V A R I S

 Nadir Ağayev

 V A R I S
Bakı – 2010

Redaktor Şamil Saleh

 Fəlsəfə elmləri doktoru

 

«Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm. Inanıram ki, mənim axıra çatdıra bilmədiyim işləri Ilham Əliyev başa çatdıracaq».

 Heydər ƏLIYEV.

 1. V A R I S P L A N I  

 Heydər Əliyev Azərbaycan xalqına qarşı ən ağır dövləti cinayət əməllərini bilə-bilə, planlı şəkildə, məqsədyönlü həyata keçirdiyindən, çox yaxşı bilirdi ki, əgər prezident kürsüsünü əldən verərsə, onda tam ifşa olunub məhkəmə qarşısında cavab verəcək və həm də korrupsiya və rüşvətxorluqla yığdıqları var-dövlət əllərindən çıxmaqla bərabər, əshabələri də məşhər ayağına çəkilib, məhv olacaqlar. Ona görə də hakimiyyəti əldən verməmək üçün o, bir tərəfdən 1995-ci ildə «memarı» olduğu Azərbaycan Respublikasının Konstitusiyasının keçid müddəalarına əlavə etmişdi ki, bir şəxsin iki dəfədən artıq prezident seçilməsi Konstitusiya qəbul edildikdən əvvəlki dövrdə seçilmiş şəxsə (yəni Heydər Əliyevin özünə – N.A.) şamil edilmir. Belə bir hal dünya praktikasında heç bir ölkənin konstitusiyasında olmamışdır. Heydər Əliyev vəzifə səlahiyyətlərindən sui- istifadə edərək öz şəxsi marağına görə Azərbaycan Respublikasının Konstitusiyasına belə bir müddəa əlavə etmişdir ki, o, 2003-cü il prezident seçkilərində 3-cü dəfə öz namizədliyini irəli sürə bilsin. O biri tərəfdən də yaşının çox olmasından və sağlamlıq durumunun qənaətbəxş olmadığından ehtiyatlanıb, hakimiyyətin başqa adamın əlinə keçməsinin qarşısını alıb, hakimiyyəti öz oğlu Ilham Əliyevə ötürmək üçün planlı şəkildə iş görürdü. Bu məqsədlə Heydər Əliyev bütün həyat fəaliyyətiniqumarxanalarda, intimsalonlarda pozğun həyat sürməklə keçirmiş, nəinki neftlə heç bir əlaqəsi olmayan və hətta 76 benzinlə 93 benzini belə ayırd etməyən oğlu Ilham Əliyevi Neft Şirkətinə 1-ci vitse-prezident təyin etdi ki, o, bir qədər rəhbərçilik işlərini öyrənməklə bərabər, korrupsiya və rüşvətxorluq işlərini də yaxşı öyrənib, var-dövlət sahibi olsun. Eyni zamanda da respublika və dünya ictimaiyyəti arasında da tanınsın.Sonra o, oğlu I.Əliyevi Milli Məclisin üzvü, Azərbaycanın Avropa Şurasında Parlament Assambleyasındakı nümayəndə heyətinin başçısı, Azərbaycan Milli Olimpiya Komitəsinin sədri və Yeni Azərbaycan Partiyasının sədr müavini (yəni öz müavini) seçdirdi. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən respublika prezidenti olmadıqda onun səlahiyyətləri Milli Məclisin sədrinə keçirdi və o üç ay müddətinə yeni prezident seçkisi keçirə bilərdi. Heydər Əliyev yaşı və xəstəliyi ilə bağlı səhhətinin qəflətən pisləşib, dünyasını dəyişməsindən çox qorxurdu. Belə halda hakimiyyət əvvəl Milli Məclisin sədri M.Ələskərovun, sonra da başqalarının əlinə keçə bilərdi və o özü də tam ifşa olunardı. M.Ələskərovu çıxarıb oğlu Ilhamı onun yerinə qoyduqda isə, bir tərəfdən M.Ələskərovun tərəfdarları ona qarşı çıxa bilərdi, o biri tərəfdən də oğlu Ilham Milli Məclisə sədrlik etmək iqtidarında deyildi. Bu variantda da I.Əliyev ictimaiyyət içində tam ifşa oluna bilərdi. Nazirlər Kabinetinin sədri Artur Rəsizadə isə həm arxasız və həm də çox boş adamdır. Belə ki, o formal olaraq bu vəzifəni daşıyır. Onu istənilən vaxt, istənilən vəzifəyə qoysan belə səsi çıxmayacaq. Demək olar ki, Heydər Əliyev bu vəzifəni vakant yer kimi saxlayırdı. Ona görə də Heydər Əliyev öz işini çox yaxşı bildiyindən «referendum» keçirib, Konstitusiyada dəyişiklik edib, bu səlahiyyəti Milli Məclisin sədrindən alıb, Nazirlər Kabinetinin sədrinə verdi ki, oğlu Ilham Əliyevi Nazirlər Kabinetinin sədri təyin etsin və bu səlahiyyət, yəni özü olmadıqda prezidentlik səlahiyyəti onun oğlu Ilhamda qalsın.

 2. SEÇKI MƏCƏLLƏSI

 YAP-çılardan ibarət olan Azərbaycan Respublikası parlamentinin qəbul etdiyi qanunlarda bir qayda olaraq birinci növbədə xalqın və Vətənin deyil, Heydər Əliyevin və Heydər Əliyev iqtidarının maraqlarının qorunması nəzərdə tutulur. Seçki Məcəlləsi haqqında qəbul olunmuş qanunu da bu sıraya daxil etmək olar. Seçkilərin obyektiv və ədalətli keçirilməsi üçün Müxalifətin Koordinasiya Mərkəzi (MKM) yaradıldı. MKM Seçki Məcəlləsinə (SM) müəyyən dəyişiklər və əlavələr edilməsi barədə təkliflər irəli sürdü. Lakin YAP-çılardan təşkil olunmuş parlament isə MKM-nin təkliflərini qəbul etmədi. 27 may 2003-cü ildə Milli Məclis tərəfindən qəbul edilmiş Seçki Məcəlləsi haqqında qanunu 2 iyun 2003-cü ildə respublika prezidenti Heydər Əliyev təsdiq etdi. Prezident, parlament, bələdiyyə seçkilərinin və ümumxalq referendumunun keçirilmə qaydalarını müəyyən edən bu sənəd böyük siyasi əhəmiyyətə malikdir. Lakin, həmən Məcəllə ilə Azərbaycanda demokratik seçki keçirmək qeyri-mümkündür. Qanunun hətta bu şəkildə təsdiq olunması da tayfa hakimiyyəti üçün yetərli olmadı. SM-i dövlət başçısı tərəfindən təsdiq edildikdən sonra, SM-nin 179-cu maddəsinə özbaşına bəzi əlavələr edildi. Əlavə olunan maddədə göstərilir ki, prezidentliyə namizədlərdən biri bu və digər səbəblərdən siradan çıxarsa, seçki kampaniyası yarımçıq dayandırılır və növbədənkənar prezident seçkisinə start verilir. Bu da dünyada görünməyən, analoqu olmayan bir məsələdir. Bu dəyişiklikdən də Heydər Əliyevin sona qədər seçki prosesində iştirakına ümidi olmadığı açıq-aydın görünür. Ona görə də Heydər Əliyev şəxsən özü öz səhhəti ilə bağlı bu dəyişikliyi əlavə etmişdir ki, seçkinin qızğın vaxtında əgər o, dünyasını dəyişərsə, müxalifət nümayəndələrindən heç bir namizəd respublika prezidenti seçilə bilməsin, seçkilər dayandırılmış sayılaraq növbədənkənər seçkilər elan olunsun. Burada da yeganə məqsəd iqtidarın yeni namizədini ortaya qoymaqdır. Sonradan əlavə olunan bu maddəyə ehtiyac duyulmadığına görə AR Baş Prokurorunun təqdimatına əsasən Konstitusiya Məhkəməsi bu maddəni ləğv etdi.Milli Məclis 15 nəfərdən ibarət Mərkəzi Seçki Komissiyasının (MSK) üzvünü təsdiq etdi. Onlardan 6-sı YAP-çılar, 4-ü tərəfli bitərəflər, 5-i isə müxalifət partiyalarının nümayəndələri oldu. MSK-nın, dairə və məntəqə seşki komissiyalarının tərkibi seçkilərin mütləq saxtalaşdırılacağından xəbər verir. Mövcud seçki qanunuyla, MSK-nın hazırki tərkibiylə prezident seçkilərinə qatılmaq yolverilməzdir. Qanun qəbul edildikdə, MSK-nın tərkibi müəyyənləşəndə müxalifət kəskin etirazını bildirməli idi. Ancaq belə olmadı. Seçkilərin saxtalaşdırılması məntəqələrdən başlayır. Dairə seçki komissiyalarında davam edir. Saxtakarlıq aksiyalarını müvafiq komissiyalar həyata keçirirlər. Daha sonra saxtalaşdırılmış sənədlər MSK-ya təqdim olunur. MSK isə bu saxtakarlıqları ört-basdır etməyə çalışır. Bu baş verə biləcək saxtakarlıqları planlı şəkildə həyata keçirmək üçün dairə və məntəqə seçki komissiyalarının üzvləri və rəhbərləri isə əsasən iqtidar və iqtidaryönlü bitərəflərdən təşkil olunmuşdur. Bunun bir qismini hətta MSK özü də etiraf etməklə bərabər, məcburiyyət qarşısında açıqlama vermək qərarında qalmışdır. Bu barədə «Cumhuriyyət» qəzeti (28 avqust 2003-cü il) «MSK-dan şok açıqlama. Hakimiyyət dairə seçki komissiyalarının formalaşmasında SM-nin əksər maddələrini pozub» başlıqlı yazıda məluat verir.

«Araşdırmalar nəticəsində məlum oldu ki, YAP-ın dairə seçki komissiyalarına göndərdiyi nümayəndələrin əksəriyyəti dövlət qulluğunda və bələdiyyədə çalışır. Təxminən 57 seçki komissiyasında hakim partiyanın nümayəndəsi vəzifələrində qalmaqla komissiyalarda sədr və sıravi üzvdürlər. Bu isə SM-nin 22.2, 22.4.2, 22.3.3-cü maddələrinin tələblərinə ziddir. Belə ki, göstərilən maddələrə əsasən həlledici səs hüquqlu komissiya üzvü dövlət və bələdiyyə qulluğunda qalmaqla yanaşı komissiya üzvü kimi fəaliyyət göstərməklə SM-ni pozur. Həmin şəxs qanunsuz əmək haqqı almaqla dövlət əmlakını talama cinayətinə görə də məsuliyyətə cəlb olunmalıdı.»

Bundan əlavə hakimiyyətin əlində olan resurslar, yəni, icra orqanları, polis qüvvələri və həmçinin, maliyyə imkanlarının genişliyi də ciddi faktorlardandır. Amma iqtidarın bir zəif yeri var. O da ondan ibarətdir ki, xalq onunla deyil.Müxalifətin əlində inzibati resurslar olmasa da, hazırkı dövrdə onun üstünlüyü ondan ibarətdir ki, Azərbaycan seçicisi və vətəndaşı onun yanındadır. Ona görə də müxalifət xalqa güvənib, hakimiyyət məsələsinin xalq tərəfindən həll olunmasına çalışır.

Müxalifətdən olan MSK üzvü Ənvər Əliyev ictimaiyyətə çatdırılması üçün «Hürriyyət» qəzetinə (30 iyul 2003-cü il) məlumat vermişdir ki, SM-i Milli Məclis tərəfindən qəbul edildikdən sonra SM-nin 179-cu maddəsindən əlavə 100.12 maddəsində də iqtidarın marağını təmin etmək üçün özbaşına dəyişiklik edilmişdir. Milli Məclis tərəfindən qəbul olunmuş SM-də 100.12 maddə belədir: «Protokollar seçki komissiyasının həlledici səs hüquqlu üzvləri tərəfindən tərtib edilir və imzalanır. Komissiyanın bütövlükdə protokolla və ya onun ayrı-ayrı hissələri ilə razılaşmayan həlledici səs hüquqlu üzvü protokola öz xüsusi rəyini əlavə edə bilər. Və bu barədə protokolda müvafiq qeyd aparılır.»Sonradan isə bu maddədə dəyişiklik edilib, belə yazılmışdır: «Protokollar seçki komissiyasının həlledici səs hüquqlu üzvləri tərəfindən tərtib edilir və seçki komissiyasının həlledici səs hüquqlu üzvlərinin ümumi sayının ən azı 2/3-i tərəfindən imzalanır. Komissiyanın bütövlükdə protokolla və ya onun ayrı-ayrı hissələri ilə razılaşmayan həlledici səs hüquqlu üzvü protokola öz xüsusi rəyini əlavə edə bilər…» Məsələnin ciddi olduğunu qeyd edən Ə.Əliyev demişdir: «Bu, çox ciddi bir məsələdir. Bu cür qanun pozuntusunu ictimaiyyətin diqqətinə çatdırmaqda israrlıyıq. Hesab edirəm ki, son çap olunan Seçki Məcəlləsinə bu cür dəyişiklik edilməsi təsadüfi deyil. Hakimiyyət dairələri saxtakarlıq hərəkətlərinə qanuni don geyindirmək istəyir. SM-ə belə dəyişiklik etmək cinayət xarakterlidir».

 3. PREZIDENTLIYƏ NAMIZƏDLƏR

21 aprel 2003-cü ildə Respublika sarayında Heydər Əliyevin qəflətən yıxılması və ondan sonrakı dövrdə baş verən olaylardan istər respublika ictimaiyyətinə və istərsə də Azərbaycanla çox maraqlı olan ölkələrin: Rusiya, Türkiyə və ABŞ rəhbərlərinə də onun seçkilərdə iştirak edə bilməyəcəyi, əvəzində isə oğlu Ilhamın namizədliyinin irəli sürüləcəyi məlum idi. Həmçinin Heydər Əliyevin özü də artıq seçkinin onsuz olacağını yəqinləşdirmişdi. Lakin Heydər Əliyevin şəxsən özü də və iqtidar nümayəndələri də çox yaxşı bilirdilər ki, YAP-ın namizədi kimi təkcə Ilham Əliyevin namizədliyi irəli sürülərsə, belə halda Ilham Əliyevin respublika ictimaiyyəti arasında nüfuzu sıfra bərabər olduğundan iqtidar uduzacaq. Ona görə də iqtidar yetkilərinin son qərarı bu oldu ki, hakimiyyəti əldə saxlamağın yeganə çıxış yolu Heydər Əliyev xofundan istifadə etməkdir. Görünür buna görə də Heydər Əliyev qabaqgörənlik edib, çoban Xanışla görüşdən istifadə edərək müxalifətdəki rəqibləri ilə yanaşı, hakim düşərgədəki narahat şəxslərə də mesaj verməli olub: «Bu il də yenidən prezident seçkiləri olacaq. Mən də öz namizədliyimi irəli sürəcəyəm». Bunu deyəndən sonra Heydər Əliyev məmurlarını bir az da ürəkləndirdi: «Hesab edirəm ki, xalq məni yenə də dəstəkləyəcək, seçəcəkdir». Fikrini də belə əsaslandırdı: «Çünki biz demokratiya yolu ilə gedirik».(?!) Ancaq demədi ki, demokratiya yolunun Heydər Əliyevin yenidən prezident seçilməsinə nə aidiyyəti var? O, nə deməsinin fərqində olmasa da, bircə məqama xüsusi diqqət yetirirdi. Bu da seçkiyə özünün qatılacağı barədə təkar-təkrar dedikləri idi. Guman etmək olardı ki, dövlət başçısı elə bu sözünü demək üçün də çoban Xanışı Lerikdən Bakıya dəvət edibmiş. Heydər Əliyevin bu mesajından sonra Azərbaycan xalqı, xüsusən də respublikanın vətənpərvər və mütərəqqi fikirli ziyalıları həddən artıq narahatlıq keçirdi. Ona görə də Heydər Əliyevin bu mesajına etiraz əlaməti olaraq AMAL Ziyalı Hərəkatının təşəbbüsü ilə respublikanın 126 ziyalısı tərəfindən imzalanmış çox kəskin bir bəyanat qəbul olundu və Heydər Əliyevin özünə və ictimaiyyətə çatdırılması üçün «Hürriyyət» qəzetində (27 aprel 2003-cü il) «ETDIYINIZ DÜŞMƏNÇILIK YETMƏZMI?» başlığı altında dərc edildi. Bu tarixi bəyanatı imzalayan ziyalılar bunlardır: 1.Abbas Abdulla – şair, 2.Adil Mahmudov – professor, 3.Adil Rəhimov – elmlər namizədi, dosent, 4.Adilə Ismayılova – iqtisadçı, 5.Azər Zeynalov – Azərbaycanın xalq artisti, 6.Aydın Məmmədov – professor, 7.Akif Islamzadə – xalq artisti, 8.Akif Nağı – QAT sədri, elmlər namizədi, dosent, 9.Almaz Məmmədova – professor, 10.Arzu Səmədbəyli – BAB Idarə Heyətinin üzvü, 11.Arif Yunusov –tarix elmləri namizədi, 12.Arif Əliyev – elmlər namizədi, 13.Asif Məmmədov – QAT Ağsaqqallar Şurasının icraçı katibi, 14.Babək Sadıqov – tibb elmləri namizədi, 15.Bəhmən Sultanlı – elmlər doktoru, 16.Vaqif Sultanlı – professor, 17.Vaqif Səfərov – elmlər namizədi, dosent, 18.Vaqif Cəfərov – elmlər namizədi, 19.Vahid Babanlı – elmlər namizədi, dosent, 20.Vaqif Gərayzadə – bəstəkar, 21.Qabil Hüseynli – professor, 22.Qurban Bayramov – elmlər namizədi, 23.Qəhrəman Ağayev – professor, 24.Dayandur Qəmbərov – professor, 25.Eldar Quliyev – sabiq polis rəisi, 26.Eldar Salayev – akademik, 27. Elməddin Əlibəyzadə – professor, 28.Etibar Cəbrayıloğlu – «Politika» qəzetinin baş redaktoru, 29.Etibar Əliyev – elmlər namizədi, dosent, 30.Etimad Əsədov – QQT sədri, 31.Ehtiram Əliyev – elmlər namizədi, dosent, 32.Əliməmməd Şabanov – professor, 33.Ədalət Tağızadə – elmlər namizədi, dosent, 34.Əli Mehdiyev – hüquqşünas, 35.Əli Əliyev – professor, 36.Əhməd Kərimov – professor, 37.Əhəd Ibrahimov professor, 38.Zakir Abdullayev- professor, 39.Zemfira Budaqova – Müstəqil Rəssamlar Assosiasiyasının prezidenti, dosent, 40.Zöhrab Şamxalov – tibb elmləri namizədi, 41.Zəminə Dünyamalıyeva – sabiq millət vəkili, 42.Ibrahim Vəliyev – hüquq elmləri namizədi, dosent, 43.Ilqar Altay – hüquqşünas, 44.Imadəddin Zəkiyev – filologiya elmləri namizədi, 45.Isaxan Aşurov – hüquqşünas, 46.Islam Xaliqov – hüquqşünas, 47.Ismayıl Ismayılov –elmlər namizədi, dosent, 48.Ismayıl Musayev – professor, 49.Yusif Qəmbərov – geologiya-mineralogiya elmləri doktoru, 50. Yusif Mirzəyev – tibb xidməti polkovniki, 51.Kamil Nuriyev – Milli Azadlıq Hərəkatının veteranı, 52.Kamil Rəşidov – kimya elmləri namizədi, 53.Kənan Səfərov – hüquqşünas, 54.Leyla Yunus – tarix elmləri doktoru, 55.Lətif Əliyev – elmlər namizədi, dosent, 56.M.Quliyeva – tarix elmləri namizədi, 57.Mahal Ismayıloğlu – jurnalist, 58.Mehriban Vəzir – yazıçı-publisist, 59.Mirvari Qəhrəmanlı – Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri, 60.Mirhəşim Ağa Seyidli – alim-publisist, elmlər namizədi, dosent, 61.Musa Qasımlı – professor, 62.Musa Yaqub – şair, 63.Mürsəl Həkimov – professor, 64.Mürşüd Məmmədli – sabiq millət vəkili, yazıçı-publisist, 65. Məlahət Mürşüdlü – Azad Müəllimlər Birliyinin sədri, 66.Məmməd Kərimov – hüquqşünas, 67.Məmməd Rəcəbov – elmlər namizədi, dosent, 68. Mətləb Gülmalıyev – elmlər doktoru, 69.Məhər Aşurov – elmlər namizədi, dosent, 70.Nemət Məmmədov – elmlər namizədi, dosent, 71.Novella Cəfərova – Qadın Hüquqları Müdafiə Cəmiyyətinin sədri, 72.Nüşabə Sadıqova – elmlər namizədi, 73.Nəsiman Yaqublu – tarix elmləri namizədi, 74.Allahverdi Orucov – professor, 75.Ramiz Umaratov – elmlər namizədi, dosent, 76.Rafiq Qurbanov – elmlər namizədi, dosent, 77.Rafiq Həsən – sabiq icra başçısı, tarixçi, 78.Rafiq Əmənzadə – professor, 79.Rəna Qasımova – elmlər namizədi, dosent, 80.Rəfail Rəhimov – hüquqşünas, 81.Rəhim Rəhimov – elmlər namizədi, dosent, 82.Rəhim Hüseynov – tarix elmləri doktoru, 83.S.Həmidov – elmlər namizədi, 84.Sabir Məmmədov – elmlər namizədi, 85.Saleh Məmmədov – professor, 86.Seyid Camal Əzimbəyli – «Təbliğ» Xeyriyyə Cəmiyyətinin sədri, 87.Seyidəhməd Əhmədov – dosent, 88.Solmaz Ələsgərova – sabiq millət vəkili, 89.Səidə Qocamanlı – hüquq müdafiəçisi, 90.T.Balaxanova – professor, 91.Tahir Hüseynov – kimya elmləri doktoru, 92.Teyyub Qurban – yazıçı, 93.Teymur Eminzadə – elmlər namizədi, dosent, 94.Teymur Hacıyev – elmlər namizədi, dosent, 95.Tofiq Tağızadə – elmlər namizədi, dosent, 96.Urfan Kazımov – elmlər namizədi, 97.Firuz Poladov – elmlər namizədi, dosent, 98.Firuz Hacıyev – geologiya-mineralogiya elmlər namizədi, 99.Flora Kərimova – xalq artisti, 100.Frunze Şəmiyev – professor, 101.Fərman Zeynalov – filologiya elmlər doktoru, 102.Fəxrəddin Veysəlli – professor, 103.Nurəddin Məmmədli biologiya elmləri doktoru, 104.Xalid Əlimirzəyev – professor, 105.Xamed Gözəlov – professor, 106.Xanlar Ismayılov – elmlər namizədi, 107.Xətail Rzayev – elmlər namizədi, dosent, 108.Çingiz Mürşüdlü – elmlər namizədi, dosent, 109.Çingiz Məmmədov – iqtisad elmləri doktoru, 110.Çingiz Cəfərli – əməkdar mədəniyyət işçisi, 111.Şamil Əhmədbəyli – hüquqşünas, 112.Şahin Qədirli – hüquqşünas, 113.Şeyx Əbdül Mahmudbəyov – kinorejissor, Dövlət mükafatı laureatı, incəsənət doktoru, 114.Şəhriyar Rəsulov – iqtisad elmlər namizədi, 115.Hacı Zakir – Respublika Ağsaqqallar Şurasının sədr müavini, 116.Hidayət Nuriyev – professor, 117.Hikmət Vəzirov – professor, 118.Hüseyn Quliyev –professor, 119. Cavanşir Quliyev – bəstəkar, əməkdar incəsənət xadimi, 120.Cahangir Hüseynov – respublikanın əməkdar həkimi, 122.Vidadi Mirkamal – ədliyyə genəralı, 123.Qənimət Zahidov – jurnalist, 124.Məmmədov Qurban Cəlal oğlu – hüquqşünas, 125.Aydın Quliyev – «Hürriyyət» qəzetinin baş redaktoru, 126.»Hürriyyət» qəzetinin kollektivi. Bəyanatda 1970-2003-cü illər ərzində Heydər Əliyevin Azərbaycan xalqına qarşı törətdiyi fəlakətlər konkret faktlarla sadalanır və sonda qeyd edilir:
«Cənab Heydər Əliyev! Bütün bunlar göstərir ki, siz 2 dəfə Qurana və Konstitusiyaya əl basaraq, xalqa vəd etdiyiniz öhdəlikləri nəinki yerinə yetirməmisiniz, hətta ölkəni daha da ağır və çıxılmaz problemlərlə üz-üzə qoymusunuz. Faciə odur ki, bundan sonra da heç bir qanun və əxlaq normasına əməl etmədən, xəstə və 80 yaşında olduğunuzu unudaraq bəyan edirsiniz ki, yenidən prezident seçilmək istəyirsiniz. Əsas bəhanəniz də budur ki, guya son 10 ildə həyata keçirdiyiniz tədbirləri tam başa çatdıra bilməmisiniz. Narahat olmayın. Siz indiyədək vətən və millətin problemlərini həll etməsəniz də öz şəxsi planlarınızı və arzularınızı artıqlaması ilə yerinə yetirmisiniz.
– Heç nəyə yaramayan daşlı-kəsəkli bir diyar kimi adını ikrahla çəkdiyiniz Qarabağı həmişəlik ermənilərə bağışlamaq üçün təslimçi atəşkəs yolunu tutdunuz. Dağlıq Qarabağ separatçılarına öz müstəqil dövlət strukturlarını qurmağa, ordu yaratmağa lazımi vaxt və imkan verdiniz. Illərlə çəkən səmərəsiz və təslimçi danışıqlar adı altında bu problemi sonu görünməyən ağır bir düyünə saldınız. – Çadırda ölümə, səfalətə məhkum etdiyiniz bir milyon qaçqının sayını işsizlik və ağır maddi ehtiyac üzündən vətəni tərk edib xarıcı ölkələrə səpələnmiş didərgin vətəndaşlarımız hesabına 3 milyon yarıma çatdıraraq millətimizin genefonduna ağır zərbə vurdunuz.

 - Ölkənin maddi-sərvətlərini heç nədən çəkinmədən mənimsəmək, talan etmək üçün ailə üzvlərinizə, qohumlarınıza, ətrafınıza topladığınız yaltaq və simasız məmurlara hər cür şərait yaratmısınız, saysız-hesabsız gəlir mənbələri, torpaq sahələri, cah-cəlallı villalar əldə edib milyardlar sahibi olmusunuz. – Elmi, mədəniyyəti, təhsili avtoritar ailə-klan rejiminin mənafeinə xidmət edən, ona xüsusi gəlir gətirən, bazar psixiologiyası ilə idarə olunan, antimilli, antibəşəri bir məfkurə sahibinə çevirmisiniz. – Milli birliyə ağır zərbə endirən, dövlətin əsaslarını sarsıdan regionçuluğu, tayfabazlığı, rüşvəti, korrupsiyanı, yalanı, saxtakarlığı, yaltaqlığı, məddahlığı açıq qanun səviyyəsinə qaldırıb, bütün təbəqələrdən olan dövlət məmurları üçün ümumi fəaliyyət normasına çevirmisiniz. – Tükənməz maddi sərvətlərə malik bir ölkənin əhalisini, kasıblığa, aclığa, səfalətə məhkum etmisiniz, namuslu, işgüzar bir milləti ehtiyac və qorxu məngənəsində sıxaraq, qula, məzluma, qara kütləyə çevirmisiniz. – Daha kifayət deyilmi?! Həmişə xüsusi iftixarla deyirsiniz ki, siz ikinci dəfə hakimiyyətə xalqın və ziyalıların xahişi ilə gəlmisiniz. Ancaq çox təəssüf ki, siz nəinki xalqın, hətta əvvəllər az-çox sizə inananların belə etimadını doğrulda bilmədiniz. Siz millətin deyil, bir ovuc klanın və ac qurd kimi ölkənin canına daraşmış möhtəkir məmurların prezidentinə çevrilmisiniz. Artıq adından danışdığınız xalqın və ziyalıların sizə olan inamı çoxdan tükənib və açıq etiraza, nifrətə çevrilib. Ona görə də ailə üzvləriniz, ətrafınıza yığdığınız və törətdiyiniz saysız-hesabsız qəbahətlərə şərik olan bir ovuc rüşvətxor dövlət məmuru nəzərə alınmazsa, bu gün bütün millət və onun əzabını, dərdini ürəyində gəzdirən Azərbaycan ziyalıları sizin istefanızı tələb edir! Nə qədər gec deyil yeni müsibətlər törətmədən, qansız və qadasız, vaxtında kənara çəkilin! Əks halda gündən-günə güclənən və qarşısı alınmaz bir qüvvəyə çevrilən xalq hərəkatı sizi öz yolundan kənara atacaqdır. Imkan verin xalq ədalətli, demokratik seçkilərə getsin, çəkinmədən, qoxmadan öz sözünü desin, azad seçimini eləsin! Bu, 34 ildə zülm və əsarətdə saxladığınız millət üçün, bəlkə də ilk və ən böyük yaxşılığınız olardı!».

Qeyd edirəm ki, AMAL Ziyalı Hərəkatı tərixi zərurətdən, respublikanın vətənpərvər, sağlam düşüncəli ziyalıları tərəfindən yaranmışdır. Bu ziyalı hərəkatının yaranması haqqında 2 aprel 2002-ci ildə Bakı Mətbuat Klubunda mətbuat konfransı keçirildi. Konfransın sonunda «AMAL» Ziyalı Hərəkatının bəyanatı paylandı. Bəyanatda bildirilir ki, xalqın acınacaqlı-iqtisadi durumu, doğma vətənində qaçqın, köçkün və didərginə çevrilmiş yüz minlərlə soydaşlarımızın dözülməz həyat tərzi, qeyri-müəyyənlik içərisində nə hərb, nə sülh vəziyyətində mövcud olan respublikamızın ictimai-siyasi və sosial həyatındakı sağlam məntiqə sığmayan olaylar, müstəqil Azərbaycan Respublikasının qarşısında dayanan bu kimi təcili həll olunmalı köklü problemlər ziyalıları belə bir hərəkat yaratmağa vadar edib: «Hesab edirik ki, iqtidara göstərilən limitin tükəndiyi, müxalifətə bəslənən inam hissinin zəiflədiyi bir zamanda xalqı birləşdirib ortaq məxrəcə gətirə bilərik, mənəvi meyarlara, məmləkətdə baş verən siyasi, iqtisadi və sosial hadisələrə yeni prinsip və yeni prizmadan yanaşaraq ölkənin əsaslı problemini sistemli şəkildə həll etməyə qadir olacaq ciddi bir hərəkatın – Azərbaycan Ziyalı Hərəkatının yaranması sosial sifarişə çevrilib». Ziyalılar əmindirlər ki, «AMAL» adlandırdıqları Azərbaycan Ziyalı Hərəkatı xalqın istəyilə təşəkkül tapacaq, xalqla birgə formalaşacaq.Bəyanata respublikanın tanınmış ziyalıları, elm xadimləri, məşhur şairlər, yazıçılar və sənətçilər imza atıblar. Sonradan AMAL-ın sıraları gündən-günə genişləndi. 18 may 2002-ci ildə «Qələbə» meydanında birləşmiş müxalifət hərakatı «ağsaqqallar mitinqi» təşkil etmişdi. AMAL Ziyalı Hərəkatının üzvləri də bu mitinqdə fəal iştirak etdi. Mitinqdə görkəmli alim Mürşüd Məmmədli, xalq şairi Musa Yaqub, AMAL Ziyalı Hərəkatının sədri professor Xalid Əlimirzəyev, professor Hacıbaba Əzimov, Siyasi Repressiya Qurbanları Assosiasiyasının prezidenti Əşrəf Mehdiyev, el ağsaqqalı Bəxtiyar Cavadov (Rövşən Cavadovun atası), dissident Nadir Ağayev və başqa görkəmli ağsaqqal ziyalılar çıxış etdilər. Təcrübəli, həyatın hər üzünü görmüş ziyalılarımızın təşəbbüsü ilə keçirilən aksiyada rejimin təcili istefaya göndərilməsi məsələsi məsləhət görüldü.Ağsaqqallar həm də Heydər Əliyevə müraciət edərək onların sözünü eşitməyi tövsiyə etdilər. Mitinqin qətnaməsinin təkcə sonunu xatırlatmaq kifayət edir ki, bu insanların niyyəti barədə aydın təsəvvür yaransın: «Ağsaqqal sözünü eşidin, cənab Heydər Əliyev! Özünüzü, balalarınızı, xalqımızı, ölkəmizi cəhənnəm əzablarından, yeni fəlakətlərdən xilas etməyə tələsin! Istefaya tələsin!» Göründüyü kimi, ağsaqqallarımız Heydər Əliyevin hakimiyyətdə qaldığı hər günün ağır nəticələr verdiyi səbəbindən istefanın dövlət başçısının elə öz şəxsi maraqlarına da uyğun gəldiyini nəzərə çarpdırmaq istəyiblər.Aksiyada kifayət qədər radikal çıxış etmiş tanınmış ağsaqqal ziyalı Mürşüd Məmmədli «Yeni Musavat» qəzetinin müxbirinin suallarını cavablandırarkən, təşkil etdikləri aksiyanın gözlənildiyindən də artıq səviyyədə keçdiyini və mitinqdə səslənən çıxışların əksəriyyətinin yüksək səviyyəli olmaqla bərabər cəmiyyətin diqqətini həll olunmalı problemlərə yönəldə bildiyini söylədi: «Ağsaqqallar bəyan etdilər ki, bu hakimiyyət doqquz il ərzində heç bir problemi həll edə bilməyib, həll etmək iqtidarında deyil və buna görə də istefaya getməlidir. Mən hesab edirəm ki, cəmiyyətin diqqətini bu məsələyə geniş şəkildə yönəltmək lazımdır və insanlar bu hakimiyyətin istefaya göndərilməsinə mənən hazır olmalıdır».Ağsaqqalların çıxışlarının öz sərtliyi ilə yadda qaldığına münasibət bildirən M.Məmmədli bunun Heydər Əliyevin yeritdiyi siyasətin bu insanları həddən artıq radikallaşdırması ilə izah etdi. O, öz çıxışında dövlət başçısının məmləkəti Allahsız və doğrudan da Azərbaycanda sanki dünyanın axırının çatdığının hiss olunduğunu bildirdi: «Biz apokalipsis həddinə gəlib çatmışıq. Mən başa düşmürəm ki, bundan artıq necə dözmək, tab gətirmək olar. Rejim siyasətinin antimilli, antiinsani mahiyyəti insanların ifrat radikallaşmasına səbəb olur və bu, tam təbiidir.»Ağsaqqal ziyalıların haqlı tələblərinə diqqət yetirmək, onu dəyərləndirmək əvəzinə, bu bəyanat mətbuatda dərc olunan günün səhərindən başlayaraq iqtidar yetkiləri onlara qarşı repressiya maşınını işə saldı.Azərbaycanın yaxın keçmişində, Heydər Əliyev rejiminin əl-qol açdığı bir zamanda, 1996-cı ilin avqustunda müdafiə nazirliyinin bir qrup hərbçisi naməlum səbəblərdən iqtidar sahibinin qəzəbinə tuş gələrək həbs edilib. O zaman bu hadisə Azərbaycanın ən yeni tarixinə «generalların işi» kimi düşdü. Indi isə Respublikanın Baş Prokururluğu «ziyalıların işi»nə başlayıb. Məlum müraciət qəzetdə dərc edildikdən sonra bir qrup BDU əməkdaşı imzalarının «saxtalaşdırıldığını» iddia etdi. Onları bu işə vadar edənlərin iqtidar rəsmləri və bir sıra güc strukturlarının əməkdaşları olduğu gün kimi aydındır. Respublika Prokurorluğundan 28 aprel 2003-cü il tarixldə «Hürriyyət» qəzetinin redaksiyasına ünvanlanan məktub isə bu həqiqəti bir daha təsdiqlədi. Respublika Prokurorluğunun müraciətlərə baxılması Idarəsinin rəis əvəzi, baş ədliyyə müşaviri Behbud Ismayılovun imzası ilə göndərilən məktubunda qeyd olunur: «Yaranmış zərurətlə əlaqədar olaraq, «Hürriyyət» qəzetinin 1 aprel 2003-cü il tarixli nömrəsində «Azərbaycan ziyalıları Heydər Əliyevin istefasını tələb edir». Etdiyiniz düşmənçilik yetməzmi?» yazılarının dərc olunmasına əsas olmuş sənədlərin əslinin təcili Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsini xahiş edirəm».

«Hürriyyət» qəzetinin baş redaktoru Aydın Quliyev isə müraciətə cavab olaraq bildirdi ki, tələb edilən sənədin əsli bizdə yoxdur. Həmin sənədlərin surətini AMAL Ziyalı Hərəkatı redaksiyaya təqdim edib və biz də dərc etmişik. «Ona görə də həmin sənədin əslini deyil, surətini təqdim edirik».Məlum bəyanat ictimaiyyətin diqqətinə çatdırıldıqdan sonra bəyanatı imzalayan bir qrup şəxs sonradan təzyiq altında öz imzalarından imtina etdilər. Bu barədə ailə kanalları da xüsusi süjetlər hazırlayaraq, AMAL Ziyalı Hərəkatının saxtakarlığa yol verdiyini bildirdi. «AMAL»çılar isə atdıqları addımların doğru olduğunu və imzatoplama kompaniyası zamanı heç bir saxtakarlığa yol vermədiklərini bəyan etdilər. «AMAL» Ziyalı Hərəkatının sədri professor Xalid Əlimirzəyevin «Hürriyyət» qəzetinə verdiyi məlumatdan: «Bu ideya çoxdan yaranıb. Toplantılarımızda dəfələrlə bu məsələni müzakirə etmişik. Hərəkatın üzvlərinin, demək olar ki, hamısının məlum müraciəti hazırlamaq barədə fikri var idi. Biz ölkədəki vəziyyəti nəzərə alaraq, bu addımı atmağı özümüzə borc bildik. Ona görə də, sənədin mətnini hazırladıq və imzatoplama kompaniyası başlandı. Kompaniya zamanı isə kiməsə zorla imza atmağa yönəldilən hallar olmadı. Mən bunu tam məsuliyyəti ilə deyirəm. Qol çəkənlərin hamısı əvvəl mətnlə tanış olublar. Sonra isə hər bir şəxs öz xəttilə imza atıb. Bu prinsip axıradək gözlənilib. Biz heç kimi təzyiq və xahişlə müraciətə imza atmağa məcbur etməmişik… Indiyədək BDU əməkdaşlarından başqa heç bir ziyalı sonradan deməyib ki, mən sənədə imza atmamışam… Biz doğru yoldayıq. Hazırladığımız sənəd faktlara, imzalarsa real gerçəkliyə əsaslanır». («Hürriyyət, 27-28 aprel 2003-cü il).Respublika Prokurorluğu tərəfindən məlum bəyanatı imzalayan ziyalıların imzalarının «saxtalaşdırılması» yoxlanıldı. Lakin heç bir saxtalaşdırma faktı aşkarlanmadı. Ancaq bəyanatı imzalayan ziyalıların hamısı təqib və təzyiqlərə məruz qaldı. Onlardan 10-dan artığı tutduğu vəzifəsindən azad edildi. Misal üçün bəyanatı imzalayanlardan ikisinin baışına gələn əhvalatı şərh edirəm. Elmlər doktoru, professor Elməddin Əlibəyzadə Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat Institutunda Azərbaycan-Türk araşdırmaları Mərkəzi şöbəsinin müdiri vəzifəsində çalışırdı. Institutun direktoru akademik Bəkir Nəbiyev onu çağırıb deyir: «Qəzetdə bir şey çıxıb, imzanı sən atmısan, yoxsa sənin adından atıblar?» E.Əlibəyzadə isə deyir, mən atmışam. B.Nəbiyev isə ona deyir ki, bəlkə geri götürəsən. E.Əlibəyzadə cavab verir: «Bunu bacarmaram, mümkün deyil». Məhz bu cavabdan sonra E.Əlibəyzadəni tutduğu vəzifəsindən kənarlaşdırmaq üçün bu şöbəni birdəfəlik bağlayırlar. Halbuki, bu şöbə Ədəbiyyat Institutunun məhək daşı idi.

Iki ali təhsil diplomu olan elmlər doktoru, Neft Akademiyasının «Neftin mexanikası və maşın mexanizmlər» kafedrasının professoru Əhəd Ibrahimovu Akademiyanın prorektorları Zaur Əhmədovla Imran Cəfərov çağırıb deyirlər, imzandan imtina et. Müsavat Partiyasından və AMAL Ziyalı Hərəkatından çıx. Siz bizə lazımlı adamsınız. O etiraz edir. Sonra Akademiyanın rektoru Siyavuş Qarayev (S.Qarayev Ilham Əliyevin xalası oğlu Milli Onkologiya Mərkəzinin baş direktoru Cəmil Əliyevin bacanağıdır) professor Əhəd Ibrahimovu vəzifəsindən azad edir. Bununla bağlı professor Ə.Ibrahimov Təhsil Naziri Misir Mərdanovun qəbulunda olur. M.Mərdanov Ə.Ibrahimovdan soruşur: Sizin Elmi Şura Siyavuş Qarayevin rektor olması üçün qərar qəbul edib? O deyir yox. M.Mərdanov da deyir ki, Siyavuş Qarayevin rektor təyinatı üçün mən də əmr verməmişəm. S.Qarayev mənsiz Prezident Aparatı tərəfindən rektor təyin olunub. Ona görə də mən ona bir söz deyə bilmərəm.Sonra professor Ə.Ibrahimov öz işinə bərpa olunması üçün Nəsimi Rayon Məhkəməsində iddia qaldırır. Nəinki iddiası təmin olunmur, hətta sonra Apellyasiya Məhkəməsi də, Ali Məhkəmə də, Ali Məhkəmənin Plenumu da və Konstitusiya Məhkəməsi də Nəsimi Rayon Məhkəməsinin sifarışlə çıxardığı qətnaməsini öz qüvvəsində saxlayır. Professor Ə.Ibrahimovun iddia ərizəsi Avropa Məhkəməsinə vaxtında daxil olmadığı üçün isə, orada icraata götürülmür.Qeyd edirəm ki, professor Ə.Ibrahimov peşə ixtisas şifrinə görə «Dəniz neft-qaz mədən texnikası» üzrə respublikada yeganə mütəxəssisdir.
Iqtidar yetkiləri Heydər Əliyevə ünvanlanmış müraciəti imzalayan ziyalılara qarşı yuxarıda göstərilən təqib və təzyiqləri az bilib, bu məsələni hətta Milli Məclisin müzakirəsinə də çıxardılar. Heydər Əliyev tərəfindən Milli Məclisə təyin olunmuş – «seçilmiş» deputatlar, özlərini ağalarına sadiq göstərmək məqsədilə 2 may 2003-cü ildə Milli Məclisin iclasında bir sıra ciddi məsələlərin və qanun layihələrinin müzakirəsini yarımçıq kəsib, günlərini «fövqəladə hadisə»yə, yəni Heydər Əliyevin doğum gününə, əslində isə məlum müraciəti imzalayan ziyalıları və müxalif mətbuatı mühakimə etməyə həsr etdilər. Iclas zamanı parlamentdə təmsil olunan müxalifətçilərin böyük əksəriyyəti iştirak etmirdi. Zalda yalnız VHP sədri Sabir Rüstəmxanlı və Ümid Partiyasının sədri Iqbal Ağazadə müşahidəçi kimi əyləşmişdilər. Spiker Murtuz ƏLƏSGƏROV ölkə başçısı Heydər Əiyevin 80 illik yubileyinə həsr olunmuş «fövqəladə iclası» açıq elan etdi. Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən çıxışı zamanı M.Ələsgərov pafoslu və qeyri-real fikirlər səsləndirdi. Onun sözlərindən aydın oldu ki, guya Heydər Əliyev hələ SSRI Nazirlər Soveti sədrinin müavini, Sov.IKP MK Siyasi Bürosunun üzvü olduğu zaman bütün türk dünyası onunla fəxr edib. Hətta qəzetlər yazıb ki, «türk oğlu Heydər Əliyev Kremlin zirvəsini fəth edib». O çıxışında əvvəllər olduğu kimi, yenə Heydər Əliyevi «günəşə» bənzətdi.Bəy tərifindən sonra deputatlar məlum müraciəti imzalayan ziyalıların və müxalif qəzetlərin mühakiməsinə başladılar. Naxçıvandan «seçilmiş» deputat Anar AXUNDZADƏ Heydər Əliyevin çoxsaylı adlarını və ləqəblərini sadalayaraq «el atasının» vaxtilə Kremlə sancılmış türk bayrağı (?) olduğunu bəyan etdi. «Azərbaycanın ərazisi böyük olmasa da, onun çox böyük prezidenti var» deyən A.Axundzadə çıxışının sonunda Heydər Əliyev barəsində acı həqiqətləri yazan mətbuat orqanlarını qınamağı da unutmadı.Bir müddət öncə müxalifət düşərgəsində təmsil olunan, lakin mandat almaq naminə o tərəfə keçən deputat Şadman HÜSEYN: «Müxalifət və müxalifətyönlü mətbuat bu böyük şəxsiyyət haqqında təhqiramiz ifadələr işlədir, onu alçatmağa çalışırlar. Təssüf doğuran hal isə ondan ibarətdir ki, onun ətrafı seyrçi və gözləmə mövqeyi tutub. Indidən müxalifət Azərbaycanda repressiya meydanı (?) qurmaq fikrindədir. Qisasçılıqla məşğul olurlar (?). Onlar bu gün Azərbaycanda qan tökülməsini istəyirlər, çünki xüsusiyyətləri budur». Ş.Hüseyn ikrah doğuran çıxışını Heydər Əliyevin səhhəti ilə bağlı məlumatlar yayan qəzetləri hədələməklə bildirdi: «Hüquq-mühafizə orqanlarına tapşırmaq lazımdır ki, onlar haqqında lazımi ölçü götürülsün».

Deputat Əli HÜSEYNOV: «Bizi qınayırlar ki, müxalifət haqda kəskin danışırıq. Xarici təşkilatlar da deyir ki, onlarla dialoqa girin. Heydər Əliyev barəsində bu cür fikirlər səsləndirdikdən sonra, onlarla necə dialoqa girək».

Deputat Novruz QULIYEV: «Müxaliflər, nankorlar Heydər Əliyevin əleyhinə danışırlar. Əliyevçilər isə zəif fəaliyyət göstərirlər. Biz onları yerində oturda bilmirik. Heydər Əliyev isə uzun illər yaşayacaq. 2008-ci ilə qədər prezident olacaq».Azərbaycan Naminə Alyans Partiyasının sədri deputat Abutalıb SƏMƏDOVun sözləri isə çox şeylərdən xəbər verdi: «Biz bu il də səfərlər edib, elə etməliyik ki, Heydər Əliyev prezident olsun».Ana Vətən Partiyasının sədri deputat Fəzail AĞAMALI Heydər Əliyevin hələ müstəqil Azərbaycan dövlətinin təməlini sovet imperiyası dövründə – 70-ci illərdə qoyduğunu bildirdi. Bu gülünc, cəfəngiyat fikrini əsaslandırmaq üçün çıxışına bu sözləri də əlavə etdi: «Hələ o zaman ölkədə milli şüur oyanmışdı». F.Ağamalı daha sonra digər həmkarları kimi müxalifətin üzərinə hücuma keçərək, bir sıra ölkələrin Azərbaycandakı səfirlərinin demokratik düşərgəni dəstəkləməsindən qısqanclığını büruzə verdi: «Səfirlər, bir qayda olaraq, Heydər Əliyevi tənqid edən qəzetləri müdafiə edirlər. Xarici işlər nazirinə sorğu göndərmək lazımdır ki, bu, səfirlərin mandatına və səlahiyyətinə uyğundurmu? Onlar belə hərəkətlərinə son qoymalıdır». Çıxışının sonunda F.Ağamalı da hüquq-mühafizə orqanlarını müxalifət haqda ölçü götürməyə çağırdı».Deputat Ibrahin HÜSEYNOV isə son günlər «Hürriyyət» və «Yeni Musavat» qəzetlərinin Heydər Əliyev haqqında yaydıqları məlumatlardan narahatlığını dilə gətirərək, seçicilərinin hər iki qəzet haqda ölçü götürülməsini tələb etdiyini dilə gətirdi. (Sual olunur, cənab Ibrahim müəllim, səni kimsə seçib?)Məşhur YAP-çı deputat Siyavuş NOVRUZOV: «Bu günlərdə «qayıdışın», «qurtuluşun», Heydər Əliyevin prezidentliyinin on ili tamam olur» söyləyərək, həmişəki kimi, müxalifəti və müstəqil mətbuatı söyməklə məşğul oldu. O, Azərbaycan ictimaiyyətinin ona aid etdiyi sözlərdən istifadə edərək müxalifəti, AMAL Ziyalı Hərəkatının rəhbərləri Xalid Əlimirzəyevlə Mürşüd Məmmədlini də təhqir etməkdən çəkinmədi. Bu gün Heydər Əliyevin əleyhinə heç həyatında bir ağac əkməyənlər fikir söyləyir. Azərbaycanın maraqlarını bir qarın supa satanlar (?) danışır». S.Novruzovun hədə-qorxuları isə müxalifətə ünvanlandı. «Qulaqlarınızı açıb eşidin. Yeni Azərbaycan Partiyası və Heydər Əliyevin qvardiyası hələ öz sözlərini deməyib».Deputat Fəttah HEYDƏROV həmişəki kimi, yenə də Heydər Əliyev barəsində «qeyri-adi» ifadələr işlətdi. «Azərbaycan XXl əsri də Heydər Əliyevlə başa vuracaq». Sonra o, Heydər Əliyevin Azərbaycan dövlətinin başında doyunca durmasını arzuladı.Milli Məclisin Etika Komissiyasının sədri Kərim KƏRIMOV isə çıxışında daha çox sitatlara yer verdi. Onun dediyinə görə, nə zamansa ABŞ-ın eks-prezidenti Klinton deyib ki, Heydər Əliyev nəinki Azərbaycanı, hətta bütün dünyanı idarə etməyə qadir bir rəhbərdir. Gürcüstan prezidenti Şevardnadze isə deyib ki, əgər Əliyev Gürcüstanda öz namizədliyini irəli sürsə, gürcülərin yüz faizinin səsini toplayar. K.Kərimov hətta danışığına sərhəd qoymayıb, Heydər Əliyevin həyat və fəaliyyətini Məhəmməd peyğəmbərin həyat və fəaliyyəti ilə eyniləşdirdi. Bu günlərdə Məməmməd peyğəmbərin həyat və fəaliyyətindən bəhs edən bir kitab oxuduğunu vurğulayaraq dedi: «Mən aşkara çıxardım ki, Məhəmməd peyğəmbərin həyat və fəaliyyəti Heydər Əliyevinki ilə nə qədər oxşardır. Bu iki şəxsiyyət arasında (əstafrüllah) nə qədər oxşarlıq var».

Xalq artisti deputat Zeynəb XANLAROVA Heydər Əliyevin «el atası» adlandırılmasını təklif etdi və parlamentin bu məsələ ilə məşğul olmasını vacib saydı.Həmin gün parlamentdə kiçik bir təqdimat mərasimi də olub. Və bu zaman deputatlar «Heydər Əliyev və Azərbaycan parlamenti» adlı kitabı müzakirəyə çıxarıblar. Spiker M.Ələsgərov kitab haqda məlumat verərək bildirdi ki, o, iki hissədən ibarətdir. Birinci hissə Heydər Əliyevin çıxışları, ikinci hissədə isə deputatların ayrı-ayrı zamanlarda dövlətçiliyimizlə bağlı yazdığı məqalələr toplanıb. Deputat xalq artisti Amalya PƏNAHOVA öz artistlik qabiliyyətini işə salaraq, Heydər Əliyev haqqında pafoslu bir çıxış yapıb. Və çıxışını aşağıdakı sözlərlə bitirib: «Bu gün dünya şöhrətli, müdrik siyasətçi olan Heydər Əliyevin qarşısında biz bir qarışqayıq. Gəlin onun əl-ayağına dolaşmayaq».

1992-ci ildə Heydər Əliyev təkrarən hakimiyyətə gəlmək üçün öz təşəbbüsü ilə respublika ziyalıları adından onun adına müraciət qəbul olundu. 91 nəfər tərəfindən imzalanmış bu müraciət, müraciəti imzalayanların adı, soyadı və kimliyi göstərilməklə «Azərbaycan Sizin yolunuzu gözləyir» başlığı altında «Səs» qəzetində (16 oktyabr 1992-ci il) dərc olundu. Bir həftə sonra, 24 oktyabr 1992-ci ildə Heydər Əliyev müraciəti imzalayan ziyalılara beş bənddən ibarət olan «Yeni müstəqil Azərbaycan uğrunda» yazısı ilə cavab verdi. Haradakı əsasən keçmiş iqtidarın dövründə demokratiyanın, söz azadlığının olmamasından, insan hüquqlarının tapdalanmasından gileylənib, təkrarən hakimiyyətə gələrsə, bunların aradan qaldıracağını vəd edirdi. Lakin o təkrarən hakimiyyətə gələndən sonra isə, yazdıqlarının və dediklərinin 180 dərəcə əksinə fəaliyyət göstərdi. Keçmiş iqtidarın dövründə Heydər Əliyevin təkrarən hakimiyyətə gəlməsi üçün müraciəti imzalayan ziyalılara qarşı heç bir təqib və təzyiq olmadığı bir halda, indi Heydər Əliyev özünü doğrultmadığına görə, onun hakimiyyətdən getməsi üçün müraciəti imzalayan ziyalılara qarşı Heydər Əliyev rejiminin repressiya maşını işə düşmüşdür. BUDUR HEYDƏR ƏLIYEV DEMOKRATIYASI!Iqtidarın təqib və təzyiqlərinə baxmayaraq Heydər Əliyevin 3-cü dəfə prezidentlik iddiasında olması respublika ictimaiyyətinin müzakirə obyektinə çevrildi. Müxalif partiyaların hamısı bu məsələyə münasibət bildirib, bunu konstitusiyanın pozulması kimi qiymətləndirdilər.Yenə də öndə gedən AMAL Ziyalı Hərəkatı oldu. AMAL Ziyalı Hərəkatı 20 iyun 2003-cü ildə «Prezident seçkiləri və Konstitusiyamız» mövzusunda mətbuat konfransı keçirdi. Cəmiyyətin sədri professor X.Əlimirzəyev bildirdi ki, Heydər Əliyevlə bağlı iki komissiya yaranıb: «Heydər Əliyevin səhhətilə əlaqədar araşdırmalar aparan komissiya hüquqşünas Ilqar Altay, üçüncü dəfə prezidentlik cəhdinin Konstitusiyaya zidd olduğunu araşdıran komissiyaya isə hüquqşünas Isaxan Aşurov rəhbər seçildi. Həmin komissiyaların tərkibinə hərəsinə ayrı-ayrılıqda 15-ə qədər müvafiq peşə sahibləri cəlb olundu. Bir müddət öncə Heydər Əliyevin sağlamlıq durumu ilə məşğul olan komissiyanın hazırladığı yekun sənəd ictimaiyyətin diqqətinə çatdırıldı. Ən əsası odur ki, sübuta yetirildi ki, bu adam 7 dəfə ağır əməliyyat keçirib. Indi isə onun üçüncü dəfə prezidentlik iddiasında olmasının konstitusion qanunlara ziddiyyət təşkil etdiyini ictimaiyyətin nəzərinə çatdıracağıq…» X.Əlimirzəyev bildirdi ki, bu sənəd aprelin 15-də AMALa təqdim edilib. «Indiyədək ona görə bu sənədi saxlamışdıq ki, aprelin 21-də baş verən məlum hadisədən sonra Heydər Əliyevin istefa verəcəyini düşünürdük. Amma bunun əksinə olaraq, Heydər Əliyev özü başda olmaqla, hakimiyyət əcaib hərəkətlərə yol verdi. Səlahiyyətlərini kiməsə tapşırmaq əvəzinə, Əliyevin sədri olduğu YAP iddia edir ki, prezidentliyə namizədləri Heydər Əliyevdir. Digər acınacaqlı hal odur ki, Heydər Əliyev Seçki Məcəlləsinə antidemokratik, absurd dəyişikliklər edib. Belə çıxır ki, Azərbaycanın Konstitusiyası bir nəfərin istəyinə uyğunlaşdırılır, həmin adam onu istədiyi formaya sala bilər». Lakin YAP-çılar öz şəxsi maraqlarını Vətənin və xalqın mənafeindən üstün tutub, respublikada olan ictimai-siyasi təşkilatların verdikləri bəyanatlara və ziyalıların çıxışlarına heç bir məhəl qoymadan əvvəl istədilər Opera və Balet Teatrında yüksək səviyyədə təntənəli yığıncaq keçirib Heydər Əliyəvin şəklinin namizədliyini respublika prezidentliyinə irəli sürsünlər. Sonra isə fikirlərini dəyişib, qərara gəldilər ki, bu biabırçı tədbiri həddən artıq təmtəraqlı yox, bir qədər yığcam formada R.Behbudov adına Mahnı Teatrında keçirsinlər və 23 iyun 2003-cü ildə öz istəklərinə də nail oldular. Dünya tarixində görünməmiş bir hadisə baş verdi. Mahnı Teatrının səhnəsinin pərdəsindən Heydər Əliyevin şəkli asıldı. Gurultulu və sürəkli alqışlar sədası altında Azərbaycan Parlamentinin sədri Murtuz Ələsgərovun təklifi Heydər Əliyevin şəklinin namizədliyi Azərbaycan Respublikasının prezidentliyinə irəli sürüldü. Və bunu rəsmən bəyan etdilər Baxmayaraq ki, Ilham Əliyev dəfələrlə bildirmişdir ki, mən öz namizədliyimi irəli sürməyəcəyəm, 20 may 2003-cü ildə «Interfaks» agentliyi isə məlumat yaydı ki, Ilham Əliyev də yaxın günlərdə öz namizədliyini irəli sürəcək. Prezident Aparatı ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov TURANın müxbirilə söhbətdə bu məlumatı «yalan və təxribat» adlandırdı. Öz növbəsində YAP-dan TURANa bildiriblər ki, Ilham Əliyevin prezident postuna namizədliyi irəli sürülməsi barədə məlumatlar həqiqətə uyğun deyil. Lakin bir ay sonra Naxçıvanda yaranmış təşəbbüs qrupu tərəfindən Ilham Əliyevin namizədliyi irəli sürüldü. Son mərhələdə MSK YAP-dan prezidentliyə iki namizədi: ata – oğul Əliyevləri qeydiyyata aldı. Ata-oğul Əliyevlərdən başqa respublika prezidentliyinə 17 nəfərin namizədliyi verilmişdi. MSK Heydər Əliyev iqtidarına müxalif olan, seçki təbliğatı zamanı iqtidarı, o cümlədən şəxsən Heydər Əliyevin özünü ifşa edə biləcək namizədləri: Azərbaycan Demokrat Partiyasının sədri Rəsul Quliyev, Vətəndaş Birliyi Partiyasının sədri Ayaz Mütəllibovu, Vəhdət Partiyasının sədri Tahir Kərimlini və Sosial Demokrat Partiyasının həmsədri Araz Əlizadəni qeydə almamaq üçün hər cür saxtakarlıqlara və qeyri-qanuni əməllərə əl atdığı bir halda, ictimaiyyət arasında heç bir nüfuzu olmayan, xalq tərəfindən tanınmayan, xalq tərəfindən dəstəklənməyən və hətta xalqın nifrət etdiyi iqtidaryönlü namizədlər: Hafiz Hacıyev, Abutalıb Səmədov, Qüdrət Həsənquliyev və Yunis Oğuz barədə isə əks mövqe tutdu. Heydər Əliyevin əsas rəqiblərindən biri olan R.Quliyevin namizədliyinin qeydə alınmaması üçün isə MSK və respublikanın məhkəmə orqanları həyasızlığın ən yüksək mərhələsinə əl atdılar. Nəticədə respublika prezidentliyinə 19 iddialıdan MSK-da 12 namizəd: Heydər Əliyev, Ilham Əliyev, Musavat Partiyasının başqanı Isa Qəmbər, Liberal Partiyasının sədri Lalə Şövkət Hacıyeva, Milli Istiqlal Partiyasının sədri Etibar Məmmədov, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (islahatçılar) sədri Əli Kərimli, Ədalət Partiyasının sədri Ilyas Ismayılov, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı, Azərbaycan Xalq Cəbhəsi Partiyasının («birləşdirici») sədri Qüdrət Həsənquliyev, Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov, Milli Vəhdət Partiyasının sədri Yunis Oğuz və Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev qeydiyyata alındı. Bununla da qeydiyyata alınan namizədlər iki cəbhəyə bölündülər. Bir tərəfdə ata-oğul Əliyevlər və iqtidaryönlülər, o biri tərəfdə isə müxalifət nümayəndələri. Ilk baxışdan MSK-da baş vermiş saxtakarlıqlar göz qabağında idi. Belə ki, namizədlər qeydə alınmaları üçün respublikanın bütün seçki dairələri üzrə 45000 (qırx beş min) seçici imzası toplamalı idilər. Bu miqdarda imzaları toplamq müxalifət və iqtidar nümayəndələri üçün heç bir problem yaratmırdı. Ona görə ki, bu partiyaların bölgələrin hamısında rayon təşkilatları var. O ki, qaldı iqtidaryönlülərə: A.Səmədova, Q.Həsənquliyevə, Y.Oğuza və H.Hacıyevə onların rəhbərlik etdikləri «partiyalar» cırtdan partiyalardır. Bölgələrin çoxunda rayon təşkilatları yoxdur. Özləri də respublikada nüfuzsuz adamlar kimi tanınır və mənfi imicə malikdirlər. Onlar nəinki 45000 imza toplamaq imkanına malikdirlər, hətta belə 4-5 min seçici imzası toplaya bilməzlər. Bir aksiom kimi məlumdur ki, iqtidar bu namizədlərdən müxalifət nümayəndələrinə – ictimaiyyət arasında böyük nüfuza malik olan Müsavat başqanı Isa Qəmbərə və AXCP(i) sədri Əli Kərimliyə qarşı istifadə etmək üçün öz şəxsi maraqları naminə onları MSK-da qeydiyyata aldırmışdır.

 4.HEYDƏR ƏLIYEVINXƏSTƏLIYI VƏ ÖLÜMÜ

  Seçkiqabağı təbliğat zamanı Heydər Əliyev gözə görsənmirdi. Bu onun sağlamlıq durumunun normal olmaması ilə bağlı idi. Onun müalicə olunması üçün ABŞ-a gedəcəyi və ürəyində cərrahiyyə əməliyyatının aparılacağı barədə məlumatlar yayılmışdı. Heydər Əliyevin özünün də bu əməliyyatdan ciddi nərahatlıq keçirdiyi bildirilirdi. Buna görə də iqtidar yetkiləri mümkün qədər əməliyyata yol verməmək, problemi müalicə yolu ilə aradan qaldırmaq istəyirdilər. Nəhayət Heydər Əliyev müalicə olunmaq üçün iyulun 8-də Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyasına aparıldı. Bir müddət keçdikdən sonra onun sağlamlıq durumu barədə ziddiyyətli məlumatlar yayıldı. Azərbaycanın dövlət rəsmiləri Heydər Əliyevin sağlamlıq durumu barədə ardıcıl müsbət məlumatlar verib, onun yaxın günlərdə Bakıya qayıdacağını bildirirdilər. Fransanın nüfuzlu «Frans-press» agentliyinə istinadən Rusiyanın «Lenta.ru.» saytı «Azərbaycan prezidentinin cəmi bir neçə günlük ömrü qalıb» başlıqlı xəbərdə bildirir: «Anonim diplomatik mənbələrdən «Frans-press» agentliyinə bəlli olub ki, Əliyevi müalicə edən həkimlər onun iki – üç günlük ömrünün qalmasını güman edirlər.» Heydər Əliyev barədə rəsmi məlumatları xatırladan «Lenta.ru.» onu da bildirir ki, «Kommersant.ru.» Heydər Əliyevin iyulun 27-dən gec olmayaraq vətənə dönəcəyini yazıb.23 iyul 2003-cü ildə isə Türkiyənin populyar «Star» telekanalı Heydər Əliyev barədə şok material efirə verdi. Telekanalın araşdırmasına görə, onun bir aylıq müalıcəsinin dəyəri nə az, nə çox – düz 34 milyon dollara başa gəlir! Reportajda qeyd olunur ki, Heydər Əliyevin 8 xəstəliyi var:

1.     Ürək
2.     Qaraciyər
3.     Ağciyər
4.      Mədə
5.      Öd kisəsi
6.     Həzm sistemi pozğunluğu
7.     Şəkər
8.     Prostat xərçəngi.«Star»ın bildirdiyinə görə, səhhətinə ayda 34 milyon dollar xərclənən Azərbaycanın dövlət başçısı üçün sərf edilən bu pulun böyük hissəsi dava-dərmana gedir. Reportajda aşağıdakı dərmanların adları və qiymətləri açıqlandı:

1.     «Aktilys» – 1400 dollar (ürək dərmanı);
2.     «Human Albumin» – 9900 dollar (qaraciyər dərmanı);
3.     «Epreks» – 1160 dollar;
4.     «Genotropin» – 4700 dollar (toxumanın inkişafını təmin edən hormon);
5.     «Betateron» – 61.600 dollar (xərçəngin müalicəsində istifadə olunur);
6.     «Sopaxone» – 1375 dollar (xərçəngin müalicəsində istifadə olunur);
7.     «Proteron» – 800 dollar (xərçəngin müalicəsində istifadə olunur);
8.     «Sulperozon» – 1800 dollar (antibiotik);
9.     «Faktor 8» – 12.000 dollar (qanın laxtalanması üçün istifadə olunur);
10.«Fak. Bon» – 1775 dollar (xərçəng və iflicin müalicəsində istifadə olunur);
11. «Alexan» – 2550 dollar (prostat xərçəngin müalicəsində istifadə olunur);
12. «Rapumin» – 7500 dollar (orqan köçürmələrində istifadə olunur).«Star» telekanalının müxbiri onu da bildirdi ki, sözügedən dərmanları hər aptekdən əldə etmək mümkün deyil və onlar sifarişlə hazırlanır. Lakin əsl şok xəbər odur ki, qeyd edilən dərmanlardan başqa, özəl olaraq Heydər Əliyev üçün xüsusi dərman qarışığı da hazırlanıb gətirilir Tibbin son nailiyyətləri olan qarışığa hələ ad da qoyulmayıb. Bu dərman hətta son gücünü sərf etmiş bütün orqanları müəyyən müddət yaşada bilər. Qiyməti 1.5 milyon dollar olan həmin möcüzəvi dərman qarışığı Heydər Əliyevə iki gündən bir verilir ki, bunun aylıq dəyəri 22.5 milyon dollara gəlib çıxır. «Star»ın reportajında xüsusi vurğulandı ki, bütün bunlar Heydər Əliyevin müalicəsi üçün deyil, sadəcə olaraq, həyatda qalması üçün edilir. Yəni onun sağalıb ayağa durması heç cür mümkün deyil.Bundan başqa, dövlət başçısının aylıq müalicə prosesində başqa məsrəflər də var:
1.     Analizlər üçün – 14.000 dollar
2.     Hərtərəfli müayinə – 10.000 dollar
3.     Beş professora ödənilən pul – 5.000 dollar
4.     Mühafizə və qonaqlar üçün – 10.000 dollar
5.     Yoğun bağırsağın müayinəsi – 10.000 dolla6. Xərçənglə bağlı müayinə – 5.000 dollar
6.     Xəstəxananın qapadılan bölümləri – 100.000 dollar
7.     Müsafirlərin gəlişinə görə – 10.000 dollar
8.     Hazır vəziyyətdə həkim heyəti saxlamaq üçün – 10.000 dollar
9. Təhlükəsizlik və gizlilik üçün – 75.000 dollar
10. Təyyarəni hazır vəziyyətdə gözlətmək üçün – 15.000 dollar
11. Anqar məsrəfləri – 11.000 dollarBütün bunlar dərmanlara sərf olunan məbləğlə birlikdə 34 milyon dollar edir. Yəni, ildə 408 milyon dollar edir!!! Bu, Azərbaycan dövlət büdcəsinə yaxın, Türkiyə Səhiyyə Nazirliyi büdcəsinin isə altıda birinə bərabərdir.«Star»ın reportajında daha sonra xatırladılır ki, Heydər Əliyev Gülhanə Hərbi Tibb Akademiyasına ilk dəfə 1999-cu ildə gəlib: «Onda hər kəc problemin ciddi olduğunu bilirdi. Lakin verilən açıqlamada onun xəstəliyinin bronxit olduğu bildirilirdi. Dörd il gizlədilən gerçəyi isə «Star» telekanalı açıqladı. Əliyevə Ankarada dünyada çox az adamlarda olan qəlb cihazı qoyulub. Ürəyin ritmində pozulma hiss edən kimi, bu cihaz işə düşür və ritmi düzəldir. 21 aprel 2003-cü ildə canlı yayımda çıxış zamanı Əliyevin «elektrik vurması kimi bir şey hiss etdim» deməsi cihazın işə düşərək dayanmaq üzrə olan ürəyi yenidən çalışdırmasının nəticəsi idi. Bundan sonra Əliyev yenidən Ankaraya gəldi…» Telekanal bu yerdə iki ay öncə verdiyi başqa bir şok xəbəri xatırlatdı. Türkiyənin eks-prezidenti Süleyman Dəmirəl «Star»a verdiyi özəl açıqlamada Heydər Əliyevin ürəyində pil (kardiostimulyator) olduğunu söyləyir. Telekanal dövlət başçısının bundan əvvəlki «Gülhanə» səfərini və baş nazir Rəcəb Teyyub Ərdoğanla görüşünü də göstərdi. Həmin görüşdə Ərdoğanın «iyi görünürsünüz» sözlərinə Əliyev xırıltılı səslə belə cavab verir: «O qədər də iyi deyiləm…» Müxbir mövzunu belə yekunlaşdırır: «Əliyev müalicə olunur, həyatda qalmağa çalışır. Əliyev 14 gündür ki, türk həkimlərinin nəzarətindədir. O, səhhətinə hər ay sərf etdiyi 34 milyon dollarlıq xərclə 8 xəstəliyinə meydan oxumağa çalışır. Və iqtidarı da hələ buraxmaq niyyəti yoxdur…»Türkiyənin populyar «Star» telekanalının Heydər Əliyev barədə şok açıqlamasından iki gün sonra Azərbaycanın Istanbuldakı baş konsulu Ibrahim Nəbioğlu «Star»ın açıqlamasına etirazını bildirmək üçün, telekanalın canlı yayımında çıxış edib, Azərbaycanı biabır etdi. Ona söz verilməsindən istifadə edərək, hər cür etik çərçivələri aşaraq nəinki bir şərait yaratmış televiziyanı yalan, iftira xarakterli xəbərlər yaymaqda suçladı. O, çox gülünc bir iddia irəli sürərək həmin televiziyanın aid olduğu «Star» media qrupunu guya Azərbaycana və Heydər Əliyev hakimiyyətinə qarşı xüsusi plan (komplo) hazırlayıb həyata keçirməkdə ittiham etdi.Türkiyənin ən nüfuzlu televizionçularından olan Can Ataklı Ibrahim Nəbioğluna dedi: «Siz tam Orta Asiya qafalı insan kimi danışırsınız, dövlətinizi kiçik düşünürsünüz…» (Yəni hörmətdən salırsınız.) Azərbaycan dövlətinin təmsilçisinə on milyonlarla televiziya tamaşaçısının gözləri qarşısında bu cür sözlərin deyilməsi doğrudan da utandırıcı idi.

j Heydər Əliyev ömrünün sonunun yaxınlaşdığını hiss edib, özü özlüyündə fikirləşir: saysız-hesabsız cinayət əməlləri törədib, ailələr, evlər-eşiklər dağıdıb, ölkənin çoxlu sayda adamlarını öz doğma vətənlərindən didərgin saldığıma, Bakı əhalisinin, xüsusən də Bakıətrafı kənd əhalisinin analarını ağlatdığıma görə, görəsən Azərbaycanın torpağı mənim cəsədimi qəbul edəcəkmi? Çörəyini yediyim Azərbaycan xalqına qarşı etdiyim zülmlərə görə Allahın qəzəbindən qurtula biləcəyəmmi?

C.Ataklı konsuldan soruşdu: «Siz niyə 8 milyonluq xalqdan Heydər Əliyevin əsl xəstəliyini gizlədirsiniz? Niyə yalan danışırsınız? Siz deyin,
Heydər Əliyevin xəstəliyi nədir?»
Bu suallar qarşısında konsul I.Nəbioğlu aciz qaldı.«Star» telekanalının şok açıqlamasından sonra vahiməyə düşən Heydər Əliyevin əshabələri hakimiyyətiəldən verməmək üçün belə qərara gəldilər ki, onu təcili Bakıya gətirsinlər ki, o, sağ ikən oğlu Ilhamın baş nazir olması məqsədilə Milli Məclisə göndəriləcək təqdimatı və baş nazir təyinatına fərman imzalasın. Bununla da respublikada hakimiyyəti oğlu Ilhama ötürsün. Lakin iyulun 31-də Heydər Əliyevi Bakıya gətirmək istərkən Ankaranın hava limanına aparılarkən onun ürəyi dayanır. Onu yenidən «Gülhanəyə» qaytarırlar.
Türkiyənin «Star» televiziyasının yaydığı bu şok məlumatın Azərbaycanda necə qarşılandığını izah etməyə ehtiyac yoxdur. Əhalisinin yarıdan çoxu yoxsulluq səviyyəsində yaşayan bir ölkənin rəhbəri «uf» demədən bir ayda 34 milyon dolları öz müalicəsinə sərf edir. Onun üçün məxsusi hazırlanan bir dərmanın qiyməti 1.5 milyon dollardır. Digər tərəfdən, «Star»ın yayınladığı dərman siyahısına nəzər saldıqda, hətta Gülhanədə olmasa belə ən azı son bir ildə Heydər Əliyevin ayaqda qalması üçün hər ay milyonlarla dolların xərcləndiyini açıq görmək olar. Nə deməkdir 34 milyon dollar Azərbaycan üçün? Heydər Əliyev, onun çevrəsi bu qədər pulu haradan alır, mənbəyi haradır bu paraların? Azərbaycanın sərvətlərinin müqabilində heç nə olan 1.2 milyard dollarlıq büdcədənmi ayrılır bu qədər vəsait?
Bu ağrılı məsələyə aydınlıq gətirmək üçün «Yeni Musavat» qəzeti ilk öncə rəsmi mənbələrə üz tutub. Maliyyə Nazirliyindən suallara cavab əvəzinə qəzətdən rəsmi sorğu istədilər. Onların istəyinə əməl edərək, «Yeni Musavat» suallarını maliyyə naziri Əvəz Ələkbərova ünvanlayır. Guman edilir ki, cənab nazir «KIV haqqında» qanunun sorğuya cavabın 48 saatdan gec olmayaraq verilməli olduğunu təsbit edən maddəsinə əməl edəcək. «Yeni Musavat» suallarına Prezident Aparatından da cavab ala bilmir. Son iki həftədə ən çox danışmalı olan bu qurumun mətbuat katibi Səlahəddin Quliyevin telefonunu qaldıran tapılmır. Beləliklə, rəsmi mənbələrin ənənəvi sükutunu poza bilmədiyini görən qəzet müstəqil ekspertə müraciət edir. Yuxarıda qeyd olunan suallara cavab verən iqtisadçı-ekspert Vüsal Qasımlı Heydər Əliyevin dünyanın ən bahalı dövlət başçısı olduğunu deyir: «Heydər Əliyevin aylıq maası 6500 dollar, başqa sözlə, ən az maaş alan azərbaycanlının əmək haqqından 1200 dəfə yüksəkdir. Konstitusiyaya əsasən Heydər Əliyevin bütün yaşayış təminatı, o cümlədən dünyada ən bahalı sayıla biləcək müalicəsi sadə azərbaycanlıların ödədikləri vergilərin hesabınadır. Əgər Klivlend və Gülhanə kimi populyar tibb mərkəzlərində müalicə xərclərini də nəzərə alsaq, Heydər Əliyev dünya dövlət başçıları arasında dövlət büdcəsi üçün ən baha oturan liderlərdəndi. Bizim hesablamalarımıza görə, təkcə Heydər Əliyevi saxlamaq üçün Azərbaycanın 3-4 ortabab rayonunda toplanan vergilər qədər dövlətin büdcəsindən xərc ödənir. Müqayisə üçün deyək ki, Ağdam böyüklükdə rayonda bir il ərzində 80 min dollar, başqa sözlə, təkcə, Heydər Əliyevə bir ildə verilən maaş qədər vergi toplanır. Belə çıxır ki, «dahi rəhbər»in yalnız maaşını ödəmək üçün 160 min nəfərlik Ağdam camaatı düz bir il işləməlidir. Heydər Əliyevin həmyaşıdları cəmi 20 dollar pensiya aldıqları halda, o, dövlət büdcəsindən 325 dəfə böyük məbləğdə maaş alır. Əgər Azərbaycanın əhalisinin yarısı aylıq 30 dollar da qazana bilmirsə, onda dövlət başçısı hansı haqqla 6500 dollar maaş alır. Dünyanın hansı ölkəsində görünüb ki, prezident öz ölkəsindəki orta maaşdan (Azərbaycanda bu göstərici 66 dollardı) 100 dəfə çox məvacib alsın. Özü də bu zaman Heydər Əliyevin Ruzveltin Amerikaya və ya Çörçillin Britaniyaya etdiyindən daha çox xidmət göstərdiyini söyləmək qeyri-mümkündür. ABŞ-da prezidentin maaşı ilə əhalinin orta əmək haqqı cəmi 7 dəfə fərqlənir. ABŞ kimi superdövlətin prezidenti cəmi 16 min dollar aylıq maaş alır.»Heydər Əliyevin müalicə xərclərinə gəlincə V.Qasımlı bu məsələdə də dövlət başçısının dünyada öncül yer tutmağa «layiq» olduğunu bildirir: «Heydər Əliyevin iş yeri Prezident Aparatıdır və o, maaşını, ezamiyyə və digər xərclərini aparatdan almalıdır. Qanuna görə, aparatın xərclərinə Xəzinədarlıq idarəsi nəzarət edir. BVF-nin və Digər beynəlxalq maliyyə qurumlarının nəzarəti altında olan xəzinədarlıq idarəsinin ayda 34 milyon dollar dövlət vəsaitini Heydər Əliyevin müalicəsinə yönəltməsi qeyri-mümkündür və Əliyev belə iz qoymaz. Azərbaycanda Prezident Aparatının xərci büdcədə aydın göstərilməsə də, icra hakimiyyətinin saxlanmasına ayda cəmi 15 milyon dollar xərclənməsini bilirik. Ümumi icra hakimiyyəti xərcləri aylıq 15 milyon dollar olduğu halda, dövlət başçısına ayda 34 milyon dollar xərclənməsi qeyri-mümkündür.» Vüsal bəyin fikrincə, Heydər Əliyevin müalicə xərclərinin yalnız bir qismi dövlət büdcəsi hesabına həyata keçirilə bilər, qalan xərclər qeyri-leqal var-dövlətin hesabınadır: «Xüsusən də Türkiyədə və Kıbrısda Ailənin bank hesabları və gizli biznesinin olduğu bir şəraitdə müalicənin maliyyələşməsi problem deyil. Əslində müalicə adıyla kirli pulların istifadə və yuyulması baş verir.» («Yeni Musavat», 24 iyul 2003-cü il.) Heydər Əliyevin iyulun 8-də Ankara «Gülhanə» Hərbi Tibb Akademiyasına aparılmasından sonra çətin duruma düşənlərin sırasına ölkə başçısının təyyarəsinin pilotları da daxil olub. Pilotlar Esenboğa Hava Limanından kənara çıxa bilmirlər. Azərbaycanın xüsusi xidmət orqanlarının ciddi nəzarətində saxlanılan pilotlara gündə bir dəfə olmaq şərtilə ailələri ilə telefon əlaqəsi saxlamağa icazə verilib. Lakin bu telefon danışıqları da sözügedən orqanların ciddi nəzarəti altında keçirilir. Həmin telefon əlaqələri istisna olmaqla, pilotların hər hansı digər əlaqədən məhrum edildiyi bildirilir. Bütün Azərbaycan xalqı kimi, Heydər Əliyevi «Gülhanə»yə çatdıran pilotlar da nəyinsə intizarında qalırlar.Heydər Əliyevin səhhətini diqqətdə saxlayan «WWW avrasyatürk.com» elektron mətbu orqanı bildirir: «Əliyev Bakıya aparılmaq istəsə də, vəziyyətinin yenidən pisləşməsindən sonra «Gülhanə»yə qaytarılıb. Sabaha qədər həkimlərin nəzarəti altında saxlanılıb. Onun bütün əşyaları isə təhlükəsizlik qüvvələri tərəfindən təyyarəyə yüklənib. Lakin doktorlar Əliyevin təyyarədə ölə biləcəyi ehtimalını nəzərə alaraq, onun gedişinə icazə verməyiblər. Iyulun 31-i saat 09.00-da Əliyevin qəlbi yenidən durub.»«Türküstan bülleteni» adlı internet saytı isə Heydər Əliyevin artıq ölmüş ola biləcəyini yazır: «Azərbaycanda panikaya yol açmamaq üçün isə onun ölümünün gizlədildiyi bildirilir. Bakıya Əliyevin dublyorunun göndərilməsi də verilən məlumatlar arasındadır. Türkiyənin müxtəlif televiziya müxbirləri canlı yayım dəstəsilə birgə Azərbaycana getmək üçün hazırlıqlara başlayıb. Ilham Əliyev isə atasını Azərbaycana aparmaq üçün Ankaraya gəlib.
Vücudu artıq müalicə qəbul etməyən Əliyevin Azərbaycana şüuru qapalı olaraq göndəriləcəyi qeyd olunur. Əliyevin gözlərini həyata Azərbaycanda yummasının ailəsi tərəfindən istənildiyi də bildirilir. Bakı hava limanında Əliyevi qarşılamaq üçün hazırlıqlar görülsə də, Azərbaycan mediası aeroporta buraxılmır.Gərgin bir gözləyişin davam etdiyi «Gülhanə»də isə artıq Əliyevin maksimum iki-üç gün yaşaya biləcəyinə qərar verilib. Türkiyə Cumhuriyyəti Əliyevin Ankarada öləcəyi təqdirdə dövlət mərasiminin keçirilməsi üçün hazırlıqlara başlayıb. I.Əliyevin mütəmadi olaraq atasının başı üstündə gözlədiyi öyrənilərkən, təyyarəsi də Esenboğa Hava Limanında hazır vəziyyətdədir. Həkimlər bildirir ki, ən yaxşı hal Əliyevin vəfatının gözlənilməsi və onun dövlət mərasimi ilə Bakıya göndərilməsidir».Türkiyənin NTV telekanalının verdiyi xəbərə görə, prezident Heydər Əliyevin iyulun 8-dən müalicədə olduğu Ankaranın «Gülhanə» klinikasının həkimləri onu klinikadan aparmağı məsləhət görmür.
Həmin mənbəyə əsasən, həkimlər belə hesab edir ki, Əliyevin həyat fəaliyyətinin saxlanılması üzrə cihazlardan ayrılacağı təqdirdə, o, Ankaradan təyyarə ilə Bakıya uçuşa dözə bilməz.Heydər Əliyevin «Gülhanə»dən Bakıya gətirilməsi planlaşdırıldığı bir vaxtda Prezidentin Icra Rəhbəri Ramiz Mehdiyev təcili olaraq müəmmalı şəkildə Ankaraya uçur?!
1 avqust 2003-cü ildə Türkiyənin «Avrasyatürk» elektron mətbu orqanı şok xəbər yaydı. «Avrasyatürk»ün 22:28 – 23:46-ya olan məlumatında bildirildi: «Azərbaycanın dövlət başçısı Heydər Əliyev «Gülhanə» Hərbi Tibb Akademiyasında bu axşam həyata gözlərini yumdu. Ancaq «Gülhanə» Hərbi Tibb Akademiyası Əliyevin vəfat xəbərini sabah səhər açıqlayacaq. Ankarada gərgin iş aparan jurnalistlər artıq Əliyevin vəfat etdiyini öyrəndi. Fəqət rəsmi açıqlama verilmədiyi üçün Türkiyə televiziyaları bu xəbəri yaymaq istəmirlər.»Bir qədər sonra mətbu orqana daxil olan məlumatda isə bildirilir: «Əliyevin vəfatı ilə bağlı sabah veriləcək açıqlamadan sonra Bakıya göndəriləcəyi öyrənildi. Heydər Əliyev üçün Ankarada böyük mərasim qurulacaq. Və özəl Ambulans təyyarəsi ilə Bakıya gətirəcəklər.»Mətbu orqanın 00:34-ə olan məlumatına görə Əliyevin cənazəsi həmin axşam Bakıya gətiriləcək. «Avrasyatürk»ə daxil olan malumatlara görə Əliyevin cənazəsini bu axşam ailəsi tərəfindən Bakıya gətirmək istəyirlər. Ilham Əliyev «Gülhanə» Hərbi Tibb Akademiyasında atasının ölüm xəbərini Bakıda açıqlamaq istədiyini bildirib. «Gülhanə» klinikası isə rəsmi açıqlamanı bu gün səhər verəcək.»Avqustun 1-də Heydər Əliyevlə bağlı informasiya məkanında çox ziddiyyətli situasiya yaşandı. Bu vəziyyət günün sonunadək davam etdi, bir-birini təkzib edən xəbərlər yayıldı. Heydər Əliyevin vəfat etməsi xəbəri Gülhanə Hərbi Tibb Akademiyası tərəfindən nə təsdiq, nə də təkzib edilmədi. «Avrasyatürk» elektron mətbu orqanı bu barədə ardıcıl məlumatlar verməkdə davam etdi. Bu məlumatlar «Yeni Musavat» qəzetində (2 avqust 2003-cü il) dərc edilmişdir. Onları aşağıda verirəm.1 avqust. Türkiyə vaxtı ilə saat 02:43. «Türkiyə Xarici Işlər Nazirliyindən dövlət telekanalı TRT-yə Əliyevin həyatı ilə bağlı bir proqram hazırlanması üçün göstəriş verilib. Gecədən səhərədək proqramın hazırlanması prosesi davam edib. Bütün telekanallar Əliyevin ölməsi ilə bağlı rəsmi açıqlamanı gözləyir.»Saat 09:57. «Azərbaycan xalqı Əliyevin ölümünə heç cür inanmır. Insanlar sabahadək bir-biri ilə telefonla danışaraq, xəbəri dəqiqləşdirməyə çalışıblar. Bütün dünyada Əliyevin ölüm xəbərini ilk dəfə yayan «avrasyatürk.com» saytına yeganə qaynaq kimi daxil olurlar. Türkiyə telekanalları isə rəsmi açıqlamanı gözləyirlər. «Anadolu» Xəbər Agentliyi (Türkiyənin dövlət informasiya agentliyi) bu barədə indiyədək hər hansı xəbər verməyib. Azərbaycanda isə yalnız müxalifət mətbuatı bu mövzunu gündəmə gətirib. Hamı nəfəsini çəkmədən rəsmi açıqlamanı gözləyir.»

Saat 11:25. «Azərbaycan dövlət televiziyası Az.TV-də normal yayın davam edir. Azərbaycanın «Yeni Musavat», «Azadlıq», «Cumhuriyyət», «Hürriyyət» qəzetləri bu xəbəri «avrasyatürk.com»a istinadən manşetdən veriblər. Ölkə iqtidarından isə bu anadək hər hansı açıqlama yoxdur. Prezident Aparatı susmağa üstünlük verir.»Saat 14:52. «Əliyevin ölümünün sirr saxlanması davam edir. Azərbaycanın Türkiyədəki səfiri, ölkəsində «Azərbaycanın Əs-Səhhatı» kimi tanınan Məmməd Novruzoğlu Əliyevin səhhətinin yaxşı olduğunu, Bakıya dönəcəyini deyib. Amma bu ana qədər Gülhanə Hərbi Tibb Akademiyası heç bir açıqlama verməyib.»Avqustun 1-də məlum xəbər yayıldıqdan sonra yenə Türkiyədəki səfir Məmməd Əliyev ortaya çıxdı. O, saat 13:00-da tayfa telekanalı «Lider»in efirində vəfat xəbərini təkzib edərək, həmişəki kimi, rəhbərin səhhətinin yaxşı olduğunu və onun tezliklə Bakıya dönəcəyini bildirdi. Səfir hətta dedi ki, Heydər Əliyevin bir neçə metrliyində, qonşu otaqda açıqlama verir. Günün sonunadək Məmməd Əliyevin bu açıqlamaları bütün telekanallarda dolaşdı. O, Türkiyənin TRT-2 telekanalına da müsahibə verdi və eyni sözləri təkrarladı.1 avqustda «Turan» agentliyi birinci xəbər bülletenində Türkiyə mediasına istinadən məlumat yaydı ki, prezidentin Icra Aparatının rəhbəri Ramiz Mehdiyev iki gündür qardaş ölkədədir. Xəbərdə deyilir ki, R.Mehdiyev Gülhanə klinikasında dövlət başçısı Heydər Əliyevlə görüşüb və ona Azərbaycandakı durumla bağlı məlumat verib. Xəbərdə rəhbərin səhhətiylə bağlı hər hansı məlumat verilməsə də, onun sağlamlıq durumunun mürəkkəb olaraq qaldığı vurğulanır. «Turan»ın digər məlumatında Prezident Aparatı ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Heydər Əliyevin vəfatı ilə bağlı məlumatları təkzib edib. O bildirib ki, belə məlumatlar məqsədlı şəkildə Türkiyə jurnalisti Irfan Sapmaz tərəfindən yayılır. Ə.Həsənov R.Mehdiyevin Türkiyəyə uçması barədə məlumatları da təkzib edib. Hakimiyyət yetkisi rəhbərin durumunun normal olduğunu və yaxın günlərdə vətənə dönəcəyinin gözlənildiyini deyib.1 avqustda Milli Təhlükəsizlik Nazirliyi məsələ ilə bağlı bəyanat verdi. Bəyanatda vəfat xəbəri təkzib edildi və Demkonqresin Türkiyə təmsilçisi Xanım Xəlilova ilə Irfan Sapmaz suçlandı.Rusiya internet saytlarında da Heydər Əliyevlə bağlı maraqlı məlumatlar yayıldı. RIA-«Novosti» bildirir ki, Gürcüstan prezidenti Eduard Şevernadze Milli Təhlükəsizlik Şurasının iclasını keçirərkən Heydər Əliyevin ölüm xəbərini alıb. Onun mətbuat katibi Kaxa Imnadze jurnalistlərə bildirib ki, Milli Təhlükəsizlik Şurasının toplantısı zamanı Bakıdan Heydər Əliyevin ölməsi ilə bağlı teleqram daxil olub. O, xəbərlə bağlı əlavə açıqlama verməyərək, prezidentin adından başsağlığı verildiyini deyib.Axşam «AzərTAc» məlumat yaydı ki, Şevarnadze Ilham Əliyevə telefon edərək onunla danışıb. I.Əliyev atasının durumunun normal olduğunu söyləyib. Maraqlıdır, görəsən, Heydər Əliyev sağdırsa və özünü normal hiss edirsə, niyə yaxın dostu E.Şevernadze ilə birbaşa özü danışmayıb?BBC (Bi-Bi-Si) bildirir ki, Heydər Əliyevin durumu ilə bağlı ən ziddiyyətli məlumatlar dolaşır və onlar günbəgün artır: «Heç kim hətta sadə bir suala cavab verə bilmir: Heydər Əliyevin huşu özündədir, yoxsa o, komadadır? Yalnız bu bəllidir ki, Əliyev Ankaraya gələndən adam arasına çıxmayıb.»Rusiya saytlarının bildirdiyinə görə, «Assoşieyted Press» agentliyi türk diplomatlarına istinadən Heydər Əliyevin sağ olması məlumatını yayıb: «Klinikanın həkimləri Heydər Əliyevin zəif olduğunu bildirir və Bakıya uçmasını məsləhət görmür…»«Reyters» agentliyi isə xəbər verir ki, Azərbaycan müxalifəti Heydər Əliyevin səhhətinin sürətlə pisləşməsini əsas gətirərək, onun ölkəni idarə edə bilmək qabiliyyətinin qalıb-qalmadığını müəyyənləşdirmək üçün tibbi ekspertizanın keçirilməsini tələb edir.Günün ikinci yarısında «avrasyatürk.com.» aşağıdakı məlumatı yaydı:
«Türkiyənin keçmiş prezidenti Süleyman Dəmirəl və baş nazir Rəcəb Teyyub Ərdoğan dünən (iyulun 31-də – N.A.) Əliyevi Gülhanədə ziyarət etmək istəyiblər. Lakin Əliyevin huşunun özündə olmaması ucbatından ziyarətə izn verilməyib. Dünən Əliyevdən ümidlərini üzən Gülhanə Hərbi Tibb Akademiyası bu ziyarətin mənasız olduğunu, Əliyevin reanimasiya şöbəsində klinik ölüm vəziyyətinə düşdüyünü əsas gətirərək, Dəmirəl və Ərdoğanın ziyarətinə icazə verməyib. Daha öncəki gün ( üç gün öncə – N.A.) isə Türkiyə prezidenti Əhməd Necdət Sezərin Əliyevi 4 dəqiqə ziyarət etdiyi bildirilir.»BBC radiosunun Türkiyə bürosu Əliyevin vəziyyəti ilə bağlı məlumat almaq üçün dünən bu ölkə rəhbərliyinə müraciət edib. Onlar həm siyasi, həm də hərbi rəhbərlikdən Azərbaycan dövlət başçısı haqqında yayılan xəbərlərin doğru olub-olmadığını öyrənmək istəyiblər. Amma Türkiyə nümayəndələri bildiriblər ki, bu barədə heç bir açıqlama verə bilməzlər. Jurnalistlərə məsləhət görüblər ki, Azərbaycana müraciət etsinlər…Türkiyədə dərc olunan «Millət» dərgisində dərginin redaktoru Ersin Yılançın qələmə aldığı «Xanədan davam edir…» başlıqlı yazıda öncə Stalinin ölümü xatırladılır, daha sonra isə bildirilir: «Bu dəfə Stalinin yerində onun sarsılmaz və dəyişməz yoldaşı, Azərbaycan dövlət başçısı Heydər Əliyev var. Taleləri bir-birinə çox bənzəyir. Ikisi də diktator, ikisi də qatı kommunist, ikisi də qaranlıqlardan bəslənir. Ikisinin də sonu özlərindən öncəki diktatorlarla paraleldir. Yaratdıqları zülm dağları əvvəl-axır ƏZRAILƏ boyun əyir. 1953-cü ildə ölən Stalindən tam 50 il sonra Əliyev bu köhnə yoldaşına qovuşmaq üzrədir. Kim bilir, bəlkə də çoxdan qovuşub…»«Yeni Musavat» qəzeti bildirir ki, qəzetimizin Türkiyədəki mənbələri Əliyevin vəfat etməsi xəbərinin doğruluğuna israr edirlər. Bunun nəyə görə açıqlanmadığına gəldikdə isə onlar bildirirlər ki, bu, əsasən Azərbaycanda marağı olan dövlətlər arasındakı danışıqlar və razılaşmalarla bağlıdır.

5. DÖVLƏT ÇEVRILIŞI. VARISIN SAXTA BAŞ NAZIR TƏYINATI
4 avqust 2003-cü ildə səhər saat 10-da gözlənilmədən Milli Məclisin fövqəladə iclası çağırıldı. Iclasın keçirildiyi vaxtda Parlamentin binasının ətrafında çoxsaylı polis qüvvələrinin yığılması, Prezidentin Icra Aparatının rəhbəri Ramiz Mehdiyevin Milli Məclisin iclasına gəlib, ön cərgədə oturması və Prezidentin oğlu Ilham Əliyevin birinci dəfə olaraq əmisi akademik Cəlal Əliyevlə birlikdə Milli Məclisə gəlib, R.Mehdiyevin yanında oturması fövqəladə bir hadisənin baş verəcəyindən xəbər verirdi. Iqtidar və iqtidaryönlü deputatların demək olar ki, hamısı parlamentə toplaşmışdı. Hətta Naxçıvandan Vasif Talıbov da təşrif buyurmuşdu. Müxalifət tərəfdən isə üç nümayəndə: Ümid Partiyasının sədri Iqbal Ağazadə, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı və partiyanın funksioneri Fəzail Ibrahimov toplantıya qatılmışdılar.

Milli Məclisin sədri M.Ələsgərov fövqəladə iclasın 59 deputatın müraciətinə əsasən çağırıldığını elan etdi. Sonra o, Ilham Əliyevin Baş nazir vəzifəsinə seçilməsi barədə dövlət başçısı Heydər Əliyevin 2 avqust tarixdə Milli Məclisə «müraciət göndərdiyini» bildirdi. O bəyan etdi ki, bu gün səhər tezdən Milli Məclisin Dövlət quruculuğu və hüquq siyasəti daimi komissiyası Ilham Heydər oğlu Əliyevin baş nazir təyin olunmasına rəy verib və gündəlikdə bir məsələnin olduğunu bildirdi. Lakin iclasda baş nazir Artur Rəsizadənin olmaması, yalnız parlament sədrinin 1-ci müavini Arif Rəhimzadənin sözarası A.Rəsizadənin səhhəti ilə bağlı istefa verdiyini bildirməsi, onun istefaya getmək istəməsi barədə ərizənin oxunmaması isə qaranlıq məqamlarla bərabər A.Rəsizadənin istefaya məcburi göndərilməsindən xəbər verirdi.Məsələ, guya ki, müzakirəyə çıxarılırdı. Və zalda əyləşən deputatlar çıxışa yazıldılar. Lakin çıxışlara yazılma mərhələsi başlayanda müxalif deputatları – I.Ağazadəni, S.Rüstəmxanlını və F.Ibrahimlini çıxışa yazmadılar. Bundan sonra zalda əyləşməyin mənasız olduğunu görən müxalifətçilər zalı tərk etdilər. Deputat I.Ağazadə Milli Məclisin foyesində jurnalistlərə verdiyi müsahibədə bildirdi: «Bunu Azərbaycan Konstitusiyasının kobud surətdə pozulması və hakimiyyətin qəsb edilməsi kimi qiymətləndirirəm. Azərbaycan müxalifəti buna seyirçi mövqe tutmamalıdır. Azərbaycanda dövlət çevrilişi baş verir.»Parlamentdə məddah «millət vəkillərinin» – «deputatların» Ilham Əliyev barədə bəy tərifi çıxışları üçün yaşıl işıq yandırıldı və məddahların yarışı başlandı. Nəticədə 101 iqtidar və iqtidaryönlü «deputatın» səsverməsilə Ilham Əliyevin baş nazir təyin olunmasına razılıq verildi və gurultulu alqışların gücü sanki Parlament binasını silkələtdi.

Göründüyü kimi Parlamentdə qanunvericiliyin tələbləri kobud şəkildə pozularaq baş nazir A.Rəsulzadənin istefa ərizəsi belə oxunmadı. Hətta A.Rəsulzadənin ərizəsinin olması barədə düz-əməlli məlumat da verilmədi. Parlamentdəki çevrilişdən sonra ilk saatlarda Rusiyanın «Ria Novosti» agentliyinin yaydığı məlumatda qeyd olunur: «Artur Rəsizadə istefa ərizəsi yazmadığını və ümumiyyətlə, bu məsələdən xəbərsiz olduğunu bildirdi.»      Ilham Əliyev Azərbaycan respublikasının 8-ci baş naziri oldu. Ictimaiyyətin böyük əksəriyyəti Ilham Əliyevin baş nazir postuna təyinatını ən uğursuz addım kimi qiymətləndirir və hesab edirlər ki, o, indiyə qədər təyin edilmiş hökumət başçıları arasında ən zəifidir. Ilham Əliyevi ondan öncə çalışmış 7 baş nazirlə müqayisə etdikdə bu fərqi aydın görmək olar.Müstəqil Azərbaycanın ilk baş naziri Həsən Həsənov yüksək inzibatçılıq təcrübəsinə malik olan şəxs kimi tanınıb. O, SSRI dönəmində 26 Bakı Komissarı rayonunun (indiki Səbail rayonu) və Gəncə şəhərinin birinci katibi vəzifəsində işləyib. Daha sonra Heydər Əliyev Azərbaycanın Mərkəzi Komitəsinin birinci katibi olduğu dönəmdə MK-da katib vəzifəsində (tikinti sahəsi üzrə) çalışıb. Həmin dövrdə H.Həsənovla işləmiş şəxslərin bildirdiyinə görə, Respublikada tikinti sahəsində görülən işlərin böyük əksəriyyəti məhz onun xidmətləri sahəsində mümkün olub.1990-cı ildə Ayaz Mütəllibov MK-nın birinci katibi olduqda, H.Həsənov Nazirlər Sovetinin sədri vəzifəsinə irəli çəkildi. O, bu vəzifədə A.Mütəllibovun istefa verdiyi dövrə qədər işlədi.

Yaqub Məmmədov Ali Sovetin sədri seçildikdən və bununla da prezident vəzifələrini icra etməyə başladıqdan sonra H.Həsənov müstəqil Azərbaycanın BMT-dəki ilk nümayəndəsi təyin olunub.

Bir Müddət boş qalan baş nazir vəzifəsinə A.Mütəllibovun ikinci qayıdışından sonra tanınmış təsərrüfatçı Rəhim Hüseynov təyin edilir. Amma cəmi bir gün sonra A.Mütəllibov prezident vəzifəsindən uzaqlaşdırılsa da, R.Hüseynov bir neçə ay baş nazir postunda çalışıb.
R.Hüseynov da sələfi H.Həsənov kimi kifayət qədər inzibati təcrübəyə malik şəxs kimi tanınırdı. O, Sovet hakimiyyəti illərində Dövlət Plan Komitəsinin, 30 ilə qədər isə Dövlət Təchizat Komitəsinin sədri işləyib. R.Hüseynov AXC hakimiyyəti dövründə də bir müddət baş nazir olaraq çalışdıqdan sonra vəzifəsindən istefa verib.
Azərbaycanın üçüncü baş naziri iqtisad elmləri namizədi Əli Məsimov olub. Onun da bu vəzifədə çalışması bir neçə ay davam edib. Ə.Məsimov, sələflərindən fərqli olaraq, praktik təcrübəyə malik olmasa da, hər halda, Ilham Əliyev kimi gününü qumarxanalarda, saunalarda və pozğunluq yuvalarında əyyaşlıqlarla keçirdikdən sonra birdən-birə atasının hesabına, onun dəstəyilə bu böyük vəzifəyə təyin edilməyib. Ə.Məsimov rüşvətin, korrupsiyanın yayılmasının qismən qarşısını alıb.Eyni sözləri AXC hakimiyyətinin digər baş naziri (dördüncü baş nazir) Pənah Hüseynov haqqında da demək olar. Daha çox siyasətçi kimi tanınan Pənah bəy də vəzifədən sui-istifadə hallarına, korrupsiyanın yayılmasına şərait yaratmayıb. Bunlardan ən önəmlisi isə, əsl bir vətənpərvər kimi, Azərbaycanın çətin vaxtlarında yaranan problemlərin daha da dərinləşməməsi üçün istefa verməyi lazım bilib.

Heydər Əliyevin prezidentlik dövründə isə Azərbaycanın baş nazir vəzifəsində 4 dəfə dəyişiklik edilib.
Hakimiyyətə hərbi çeviriliş hesabına gələn Heydər Əliyev bu işdə ona yardımçı olan Sürət Hüseynovu Azərbaycanın 5-ci baş naziri təyin edib. S.Hüseynovun sahib olduğu bacarıqlar, nə qədər düşündürücü olsa da, Ilham Əliyevin sahib olduğu keyfiyyətlərdən daha üstün görünür. Onun yaşının az olmasına baxmayaraq Qarabağ savaşı zamanı ilk vaxtlar göstərdiyi xidmətlərinə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülməsi də buna misaldır. Düzdür, S.Hüseynov sonrakı qanunsuzluqları ilə Azərbaycanın siyasi hakimiyyətində böhran yaratdı. Başa düşmək lazımdır ki, bu qanunsuzluqların başında da şəxsən Heydər Əliyevin özü dururdu. Bu qanunsuzluqlar olmasaydı, onda Heydər Əliyev də Azərbaycan Respublikası Prezidentinin Krsüsünə sahib çıxa bilməzdi. Bu qanunsuzluqlar Azərbaycanın tarixinə qara ləkə kimi düşsə də, hər halda, onu da göstərdi ki, S.Hüseynov Ilham Əliyevdən fərqli olaraq ölkənin siyasi həyatına daha güclü təsir imkanlarına malik fiqur olub.

Bu yerdə onu da qeyd edək ki, Heydər Əliyev tərəfindən S.Hüseynovun baş nazir postuna təyinatı onun lazımlı kadr olmasından çox, zərərsizləşdirilməsi məqsədilə bağlı idi.

S.Hüseynovun vəzifədən uzaqlaşdırılmasının ardından 6-cı hökumət başçısı təcrübəli təsərrüfatçı Fuad Quliyev oldu. O, əvvəllər Kondisioner Zavodunun direktoru, bir müddət isə baş nazirin müavini vəzifəsində çalışıb.Eyni fikirləri 7-ci baş nazir Artur Rəsizadə haqqında da demək olar. O, SSRI dönəmində Plan Komitəsinin sədr müavini, Azərbaycan SSR Nazirlər Sovetinin və müstəqil Azərbaycan Respublikasının baş nazirinin (Həsən Həsənov və Fuad Quliyevin) birinci müavini vəzifələrində çalışıb.Axırıncı baş nazir Ilham Əliyevə gəldikdə isə, onun inzibati idarəçilik təcrübəsi, müstəqil uğurları haqqında hər hansı «müsbət» fikir söyləmək çətindir Yeganə müsbət cəhəti bir odur ki, o, Azərbaycanın bütün fəlakətlərinin baiskarı Heydər Əliyevin oğludur. Əlbəttə, baxmayaraq ki, Ilham Əliyev atasının hesabına ARDNŞ-in vitse-prezidenti, MOK sədri kimi vəzifələrdə təxminən 8 il çalışsa da, buradakı «uğurları» onun adı ilə bağlamaq olmaz. Bu adam həmişə öz şəxsi kefində olub, işlədiyi müddətdə isə ancaq hazırlanan sənədləri imzalaması, lazım bilinən haqları yığması ilə tanınıb. Hər bir uğursuzluğu, zəif tərəfi atasının köməkliyi ilə ört-basdır edilən qumarbaz və pleyboy Ilham Əliyevin Azərbaycan Respublikasının Baş naziri təyin edilməsi Azərbaycan xalqına qarşı təhqirdir.Gurultulu alqışların gücü Parlament binasını silkələdiyi bir vaxtda, Türkiyə Cumhuriyyətinin baş naziri Tayyib Ərdoğan Ilham Əliyevə telefon açıb, onu təbrik etmişdir. Bu barədə AzərTAcın aşağıdakı məlumatı, səhəri gün, yəni 5 avqust 2003-cü ildə dövlət qəzetlərinin hamısında dərc edilmişdir:
«Bu barədə Ilham Əliyevə telefon açan Türkiyənin baş naziri Azərbaycan Milli Məclisinin qərarını alqışladığını, yeni təyinatın çox uğurlu və perspektivli olduğuna inandığını bildirmişdir.»
R.T.Ərdoğandan sonra Türkiyə Respublikası baş nazirinin müavini və xarici işlər naziri Abdulla Gül, Ədalət və Inkişaf Partiyası sədrinin müavini, AŞPA-da Türkiyə nümayəndə heyətinin rəhbəri doktor Murad Mərcan, Mərmərə Qrupu Strateji və Sosial Araşdırma Vəqfinin sədri doktor Akkan Suver, Gülhanə Hərbi Tibb Akademiyasının professoru, general-mayor Əli Cətin də Ilham Əliyevi baş nazir təyinatı münasibətilə təbrik etdilər. Eyni zamanda da Rusiya Federasiyası hökumətinin sədri Mixail Kasyanin və digər dövlət məmurları Ilham Əliyevi təbrik etdi. Həmçinin prezident səviyyəsində Gürcüstanın prezidenti, Heydər Əliyevin dostu və qardaşı Eduard Şevardnadze və digər dövlət məmurları da Ilham Əliyevi təbrik etdi. Ən maraqlı və gözlənilməz təbrik isə, okeanın o tayından, Vaşinqtondan gəldi. Amerika Birləşmiş Ştatlarının prezidenti Corc U. Buş Ilham Əliyevdən əvvəl olmuş 7 baş nazirin heç birini təbrik etmədiyi bir halda, Ilham Əliyevə təbrik məktubu göndərdi. Məktubu aşağıda verirəm.«Hörmətli cənab baş nazir!
Azərbaycanın baş naziri vəzifəsinə başlamağınız münasibətilə Amerika Birləşmiş Ştatları adından Sizi təbrik edirəm. Sizin təyinatınız Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında artan möhkəm ikitərəfli əlaqələr dövrünə təsadüf edir. Qarşıdan gələn seçkilərə hazırlaşdığınız bir vaxtda ölkəmizin demokratik təsisatlarını möhkəmləndirmək üçün biz Sizinlə, sizin hökumətinizlə və Azərbaycan parlamenti ilə işləməyi səbrsizliklə gözləyirik. Biz, həmçinin ölkələrimizi daha da yaxınlaşdıracaq əsas sahələrdə, o cümlədən terrorizmlə mübarizə və regional sabitlik, enerji və davamlı siyasi və iqtisadi islahatlar sahəsində əməkdaşlığı genişləndirmək üçün Sizinlə işləməkdə davam edirik.
Atanıza və ailənizə öz diqqətimizi və dualarımızı çatdırırıq. Amerika Birləşmiş Ştatları – Azərbaycan əlaqələrinin qurulmasında Sizin atanız əsas rol oynamışdır.
Səmimiyyətlə,
Corc U. Buş,
Amerika Birləşmiş Ştatlarının prezidenti
Vaşinqton, Ağ ev, 11 avqust 2003-cü il.»
Deyəsən xoruzun quyruğu göründü. Elə deyilmi, əziz oxucular? Artıq açıq aydın görünür ki, Azərbaycan xalqının iradəsi nəzərə alınmadan Ilham Əliyevin Azərbaycan Respublikasının Konstitusiyasını və digər qanunlarını pozmaqla baş nazir təyin edilməsi qabaqcadan üç ölkə: ABŞ, Rusiya və Türkiyə hökumətlərinin rəhbərləri ilə razılaşdırılmış və onların dəstəyi ilə baş tutmuşdur. Heydər Əliyevin dünyasını dəyişməsi haqda xəbərlərin mübahisəsi səngiməmiş, onun adından parlamentə məktub gəlməsi, bununla bağlı Ilham Əliyevin baş nazir təyin edilməsi isə ölkədə ciddi ajiotaja səbəb oldu. Bununla əlaqədar, elə həmin gün respublika ictimaiyyəti bu məsələyə münasibət bildirdi.

A. AMAL ZIYALI HƏRƏKATININMÜNASIBƏTI

Elə həmin gün respublikada birinci olaraq saxta baş nazir təyinatı ilə bağlı AMAL Ziyalı Hərəkatı siyasi partiya liderləri, hüquq müdafiəçiləri, ziyalılar və qəzet redaktorlarının iştirakı ilə toplantı keçirdi. Toplantıda Avropa Şurasının Azərbaycan nümayəndəliyinin və ABŞ səfirliyinin əməkdaşları da müşahidəçi qismində iştirak edirdilər. Iclasda ziyalılar Vətənin və xalqın mənafei naminə çox dəyərli çıxışlar edib məsləhətlər verdilər. AMAL Ziyalı Hərəkatının Idarə Heyətinin üzvü Saleh Məmmədov: «Bu hadisəni üç istiqamətdən qiymətləndirmək və bundan çıxış edərək təkliflər vermək lazımdır. 1-ci, təqdimatın verilməsi şəraiti nəzərdən keçirilməlidir. Bir aya yaxındır ki, ölkə başçısı vəzifəsini icra edə bilmir. Hətta bir neçə günöncə məlumat yayıldı ki, həyatdan köçüb. Belə vəziyyətdə onun adından sərəncam verilməsi heç bir çərçivəyə sığmır. Burada xarici ölkələrin, xüsusən Türkiyənin mövqeyi tənqid olunmalıdır. Biz hələ on gün öncədən Türkiyənin dövlət rəhbərlərinə, Gülhanə hərbi tibb Akademiyasına Heydər Əliyevin durumu ilə bağlı dəqiq məlumat verilməsi xahişi ilə müraciət etmişik. 2-ci, məsələnin mənəvi tərəfidir. Avtoritar rejimin hökm sürdüyü bir ölkədə neomonarxist üsul-idarəçiliyinin bünövrəsi qoyulur. Və bunlar 21-ci əsrdə baş verir. Bu, qəbulolunmazdır. Nəhayət, sonuncu məqam baş nazir postuna təyin olunanın şəxsi keyfiyyətləridir. Bura gəlməzdən öncə mən dünyanın bir sıra məşhur media quruluşlarının saytlarına baxdım. Orada Ilham Əliyev kazino, içki düşkünü, qumarbaz kimi təqdim olunub.»Müstəqil Hüquqşünaslar Liqasının rəhbəri Isaxan Aşurov: «Mahiyyəti üzrə bu hakimiyyətin qəsb olunmasıdır. Buna görə də siyasi müstəvidə mübarizə aparılmalıdır. Hakimiyyəti buraxmaq istəməyən bu tayfa ilə meydanlarda müqavimət olmadığından, bunlar davam edib.»Musavat başqanının birinci müavini Vurğun Əyyub: «Fakt budur ki, baş nazirin təyinatı ilə bağlı hüquqi prosedur pozulub. Heydər Əliyev hansı şəraitdə bu təqdimatı verib. O, sağdır, yoxsa yox? Baş nazir hansı şəraitdə və niyə istefa verib. Bu, elan edilmədi. Bundan başqa, Seçki Məcəlləsinə görə prezidentliyə namizəd baş nazir postu tuta bilməz. Bu məsələ aydınlaşmalıdır. Partiyalar kütləvi aksiyalarla müqavimətlərini göstərməlidirlər.»Ümid Partiyasının sədri, Milli Məclisin üzvü Iqbal Ağazadə: «Bunun qarşısını almaq üçün müqavimət təşkil olunmalıdır. 1-ci, 30 iyuldan sonra Heydər Əliyevin adından verilən bütün sərəncam və fərmanlar şübhə altına alınmalıdır. 2-ci, müxalifət kütləvi aksiyalar keçirməlidir. Bu aksiyaların keçirilməsi ilə bağlı öz şərtlərini diktə etməlidir. 3-cü, oturaq aksiyaların keçirilməsinə ehtiyac var. Artıq Qarabağ qaziləri və Ümid Partiyası sabahdan aclıq aksiyasına başlayır.»

AXCP («klassiklər») sədri Mirmahmud Mirəlioğlu: «Biz vətəndaşları mübarizəyə, lazım olsa, vətəndaş itaətsizliyinə səsləməliyik.»
AMIP sədri Etibar Məmmədov: «Bu addım gözlənilirdi. Müqavimət üçün hər kəs öhdəsinə düşən işi görməlidir. Kütləvi şəkildə hər kəs bacardığı formada etirazını bildirməlidir.»AXCP («islahatçılar») sədri Əli Kərimli: «Faktiki olaraq, aprelin 21-dən Heydər Əliyev ölkəni idarə etmir. Lakin onun qurduğu sistemdə müsbət heç nə olmasa da, bu sistem mövcudluğunu saxlayır. Buna görə müxalifət birgə mübarizə aparmalıdır. Ilham Əliyevin təyinatı həm də xarici ölkələr üçün bir testdir. Onlar görsələr ki, bu iki ayda Ilham Əliyevə qarşı müqavimət yoxdur, seçkidən sonra saxta yolla hakimiyyətdə qalmasına göz yumacaqlar.»

ADP-nin ideologiya katibi Aydın Quliyev: «Müxalifət deputatları mandatlarından, MSK-da müxalifəti təmsil edən nümayəndələr isə öz yerlərindən imtina etməlidirlər.»
Vəhdət Partiyasının sədri Tahir Kərimli: «Gəlin BMT-yə, ATƏT-ə ünvanlanan birgə sənəd qəbul edək, liderlər imzalasınlar. Azərbaycan xalqına müraciət edək ki, Ilham Əliyevin legitimliyini qəbul etmirik.»Sonda AMAL Ziyalı Hərəkatının qəbul etdiyi bəyanatda bildirilir: «Bu gün ölkəmiz son illərin daha bir keçməkeşli, qanlı-qadalı, ağrılı gününü yaşayır. Bir neçə dəfə təkrar olunan dövlət çevrilişlərinin növbəti mərhələsi bu gün baş verdi. Ölkədə avtoritar rejim quran, bütöv cəmiyyəti iflic vəziyyətinə salan, aclıq və səfalətə düçar edən, millətin mənəviyyatına böyük zərbə vuran Heydər Əliyev rejimi ölkəni monarxiya sistemi ilə idarə etməyə çalışıb və sonda nəticəyə nail olub. Heydər Əliyevin ölüm xəbərindən sonra cəmiyyətdə mənfi imici ilə tanınan, ölkənin bir nömrəli korrupsioneri və rüşvətxoru baş nazir vəzifəsinə gətirilib. Bununla da rəsmi olaraq dövlət çevrilişi həyata keçirilib.Əvvəla, prezident artıq həyatda yoxdur, bu haqda qəzetlər yazıb, beynəlxalq informasiya agentlikləri xəbər verib. Rejimin inkar etməsinə baxmayaraq, zənnimizcə, əksər informasiya mənbələrinin yaydığı ölüm xəbərindən sonra onun guya 2 avqust 2003-cü ildə «imzaladığı» təqdimatın heç bir hüquqi qüvvəsi ola bilməz. Dövlət başçısının heç bir siyasi səriştəsi və idarəçilik təcrübəsi olmayan oğlunu baş nazir vəzifəsinə irəli sürməsi sivil, demokrat və dünyəvi dövlət olan ölkəmizi orta əsrlərin qaranlıqlarına yuvarlatmaq, Şərq despotizmi əxlaqını dirçəltmək və bu zərərli vərdişləri bərpa etmək cəhdindən başqa bir şey deyil.Bu məsələdə Heydər Əliyevin xəstəlik və ölüm faktını hər vəchlə gizlətməyə çalışan qardaş Türkiyənin rəhbərliyinin tutduğu mövqe də haqlı olaraq Azərbaycan xalqını məyus edir.»
Biz xalqı öz taleyinə biganə qalmamağa, dövlət çevrilişini həyata keçirənlərə sərt təpki göstərməyə, dövlətçiliyimizin əsaslarını qorumağa çağırırıq. Biz Avropa ölkələrinə, ABŞ-a və Türkiyəyə müraciət edərək, onları çevrilişin nəticələrini aradan qaldırmaqda xalqa yardımçı olmağa səsləyirik.»

B. «BIZIM AZƏRBAYCAN» BLOKUNUN MÜNASIBƏTI

Həmin gün, 4 noyabrda «Bizim Azərbaycan» Blokunun Siyasi Şurasının təcili toplantısı keçirildi. Toplantıdan sonra keçirilən brinfiqdə çoxsaylı jurnalistlərlə yanaşı dünyanın nüfuzlu media quruluşlarının, bir sıra informasiya agentliklərinin, televiziyalarının əməkdaşları da iştirak edirdi.«Bizim Azərbaycan» Bloku tərəfindən irəli sürülmüş prezidentliyə namizəd Isa Qəmbər jurnalistlərin suallarına cavab olaraq bildirdi: «Bizim Azərbaycan» Blokunun Siyasi Şurası baş verən hadisəni Heydər Əliyev rejiminin neomonarxiya ssenarisinin gerçəkləndirilməsinə yönəlmiş bir addım kimi dəyərləndirir. «Bu, Azərbaycan xalqına, Azərbaycana utanc gətirən bir hadisədir. Dövlət başçısının oğlunun baş nazir təyin edilməsi geridə qalmış, demokratiyadan xəbəri olmayan ölkələrə xas olan vəziyyətdir. Azərbaycanda belə bir addımın atılması tam biabırçılıqdır. Mən hesab edirəm ki, təkcə siyasi qüvvələr, müxalifət yox, bütün cəmiyyət buna etirazını bildirməlidir. Mən tam qətiyyətlə bildirirəm ki, Musavat Partiyası, «Bizim Azərbaycan» Bloku, ölkədə fəaliyyət göstərən siyasi partiyalar, demokratik qüvvələr, ziyalılarımız, bütövlükdə xalq heç bir zaman Azərbaycanın monarxiyaya çevrilməsinə yol verməyəcək və hakimiyyətin bu ucuz oyunları özlərinin biabırçılığı ilə nəticələnəcək.»Həmçinin Isa Qəmbər bildirdi ki, «Hakimiyyətin qəsb edilməsi, seçkilərin saxtalaşdırılması ssenariləri baş tutmayacaq. Biz onların istənilən namizədinə qalib gəlməyə hazırıq.» Eyni zamanda da o, «Bizim Azərbaycan» Blokunun Gülhanə Hərbi Tibb Akademiyasına rəsmi müraciət etdiyini diqqətə çatdırıb, dedi: «Biz Azərbaycan dövlət başçısının sağlıq durumu ilə bağlı gerçək bilgilərin verilməsini istəyirik. Başa düşürük ki, hər hansı xəstənin durumu ilə bağlı bilgilər qapalı informasiyadır. Ancaq söhbət sıravi bir vətəndaşdan deyil, Azərbaycan dövlət başçısından gedir. Eyni zamanda da, sağlıq durumu ciddi şübhə altında olan bir şəxsin adından dövlətdə ciddi qərarların qəbul edilməsi prosesi getdiyi üçün hesab edirik ki, qardaş Türkiyə Azərbaycanın da maraqlarını nazərə alaraq, məsələyə aydınlıq gətirməlidir. Biz bu aydınlığı tələb edirik.»

 C. MÜSTƏQIL HÜQUQŞÜNASLAR LIQASININ RƏYI

 Ilham Əliyevin Baş nazir təyin olunması ilə bağlı Müstəqil Hüquqşünaslar Liqası müzakirələr aparmışdır. Liqanın sədri Isaxan Aşurov liqanın rəyi barədə «Yeni Musavat» qəzetinə (2 sentyabr 2003-cü il) məlumat vermişdir. Rəydə bildirilir: «Konstitusiyanın Milli Məclisin sessiyasının çağırılması qaydasını tənzimləyən 88-ci maddəsinin 3-cü bəndinə əsasən, Azərbaycan Respublikası Milli Məclisinin növbədənkənar sessiyasının gündəliyini müvafiq olaraq onun çağırılmasını tələb edənlər müəyyənləşdirir. Bununla yanaşı, qanunda nəzərdə tutulub ki, müəyyən edilmiş gündəlik barədə Milli Məclisin üzvlərinə və vətəndaşlara əvvəlcədən məlumat verilir. Amma diqqətinizə çatdıraq ki, Milli Məclisin 4 avqust 2003-cü il tarixli sessiyasının gündəliyi barədə deputatlara və vətəndaşlara heç bir məlumat verilməyib. Bu qanunsuzluğa dair rəylər aşağıdakıları bildirilir: «4 avqust 2003-cü ildə Milli Məclisin növbədənkənar iclasında Ilham Əliyevin baş nazir vəzifəsinə təyin olunmasına razılıq verilsə də, o, hələ Konstitusiya ilə təsbit olunan qaydada həmin vəzifəyə təyin edilməyib.Rəydə ziddiyyətlər aşağıdakı kimi sıralanır:
1.Konstitusiyanın 118-ci maddəsinin 2-ci bəndinə əsasən, Azərbaycan Respublikasının baş naziri vəzifəsinə namizədlik haqqında təklifi Azərbaycan Respublikasının prezidenti onun öz vəzifələrinin icrasına başladığı gündən bir ay və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin istefa verdiyi gündən 2 həftə müddətindən gec olmayaraq, Milli Məclisin müzakirəsinə təqdim edir.

 Bu barədə Müstəqil Hüquqşünaslar Liqası aşağıdakı şərhi də verir:

Konstitusiyanın qeyd edilən müddəasında nəzərdə tutulduğu kimi, prezident baş nazir vəzifəsinə namizədlik haqqında təklifini öz vəzifələrinin icrasına başladıqdan (Konstitusiyanın 116-cı maddəsinin tələblərinə riayət etməklə Nazirlər Kabinetinin istefa verməsi səbəbindən) sonra və ya Nazirlər Kabineti digər hallarda istefa verdikdən sonra (Konstitusiyanın 109-cu maddəsinin 4-cü bəndinə uyğun olaraq prezident baş naziri vəzifəsindən azad etdikdə) yaxud (Həmin maddənin 6-cı bəndinə uyğun olaraq Nazirlər Kabinetinin istefası haqqında qərar qəbul etdikdən) sonra Milli Məclisin müzakirəsinə verə bilər.Göründüyü kimi, Konstitusiyanın 118-ci maddəsində göstərilən prosedur qaydalarına riayət edilməyib. Belə ki,
a) Prezident öz səlahiyyətlərinə növbəti dəfə 1998-ci ildə başlayıb;

b) Nazirlər Kabineti və baş nazir istefa verməyib;

c) baş nazir vəzifəsindən azad edilməyib.
Məlum olduğu kimi, Milli Məclisin növbədənkənar iclasında Ilham Əliyevin Baş nazir vəzifəsinə təyin edilməsinə razılıq verdikdən sonra öz vəzifələrini icra edən baş nazir Artur Rəsizadə səhhəti ilə əlaqədar olaraq həmin vəzifəni icra edə bilməməsi səbəbindən istefa ərizəsi təqdim edib.Yuxarıda şərh edilən konstitusion normaların məzmunundan görünür ki, baş nazir istefa ərizəsini ancaq prezidentə təqdim edə bilər və istefa yalnız prezident tərəfindən qəbul olunmalıdır. Bundan sonra isə prezident baş naziri vəzifəsindən azad edilməsi barədə qərar qəbul etməlidir. Istefa qəbul edilməmiş baş nazir öz vəzifəsində ola-ola yeni baş nazirin təyin olunması hüquqi nonsensdir.Növbəti ziddiyyətli məqamın açılışı bu cürdür:
2. A
.Rəsizadə xəstəliyi ilə əlaqədar baş nazir vəzifəsindən istefa verdikdən bir gün sonra onun baş nazirin birinci müavini vəzifəsinə təyin edilməsi aşağıdakı əsaslara görə qanunauyğun hesab edilə bilməz:
a) A.Rəsizadənin xəstəliyi bir günə sağalan xəstəlikdirsə, belə xəstəlik istefa üçün əsas ola bilməz;
b) əgər xəstəlik davam edirsə və bu, baş nazir vəzifəsinin icrasına maneçilik törədibsə, həmin şəxsə yenidən baş nazirin vəzifələrinin icrasının tapşrılması, yəni faktiki olaraq yenidən baş nazir vəzifəsinə uyğun bilinməsi onun istefasının qəbul edilməsi deməkdir.
A.Rəsizadənin istefa haqqında ərizə verdikdən bir gün sonra baş nazirin birinci müavini təyin edilməsi onun istefa ərizəsinin motivini heçə endirir və onun istefaya getmə razılığının könüllü olmasını şübhə altına alır.3. Prezidentin səhhəti barədə ziddiyyətli məlumatlar fonunda, onun fəaliyyət qabiliyyətinə əsasən şübhələr olduğu halda baş nazir vəzifəsinə yeni namizədin verilməsinin zəruliliyi barədə prezident Milli Məclisə bilgi verməli və öz namizədini özü müdafiə edib, niyə baş nazir dura-dura təzə baş nazir təyin etmək istədiyini əsaslandırmalı idi. Bunu heç olmasa, Milli Məclis özü tələb etməli, müraciət tərtib edərkən prezidentin hansı vəziyyətdə olmasını ona hər hansı təzyiq olub-olmadığını aydınlaşdırmalı idi.4. Konstitusiyanın 7-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi respublikadır. Ilham Əliyevin yuxarıda göstərilən qaydada baş nazir vəzifəsinə təyin edilməsi Konstitusiyanın bu maddəsinin kobud surətdə pozulmasıdır. Demokratik, hüquqi və dünyəvi respublikalarda hakimiyyətin atadan oğula ötürülməsi təcrübəsinə rast gəlinmir. Bu hal qeyri-demokratik, dini və qurma konstitusiyası olan ölkələr üçün xarakterikdir.
Müstəqil Hüquqşünaslar Liqası sonda bəyan edir: «Mövcud şəraitdə belə tələsik qərar qəbul edilməsi, baş nazirin dövlətin ikinci şəxsi olması, prezident öz vəzifələrini icra edə bilmədikdə, onun səlahiyyətlərinin baş nazirə keçməsi nəzərə alınmaqla, hakimiyyətin zəbt edilməsi kimi qiymətləndirilməlidir.»Ç. HÜQUQ MÜDAFIƏ TƏŞKILATLARININ MONITORINQ QRUPUNUN RƏYI

Respublikanın Hüquq Müdafiə Təşkilatlarının Monitorinq Qrupu da Ilham Əliyevin baş nazir təyin olunması məsələsinə münasibətini bəyanatla açıqlayıb. Bəyanatda bildirilir ki, «Konstitusiyanın 109-cu maddəsinin 4-cü bəndinə əsasən Azərbaycanın dövlət başçısı baş naziri vəzifəyə təyin edir və vəzifəsindən azad edir. Konstitusiyanın 95-ci maddəsinin 9-cu bəndində isə bildirilir ki, Milli Məclis dövlət başçısının təqdimatına əsasən baş nazirin vəzifəyə təyin edilməsinə razılıq verir.Həmçinin bəyanatda bildirilir ki, bu il iyul ayının 8-dək dövlət başçısı səhhəti ilə əlaqədar olaraq Türkiyə-Gülhanə Hərbi Tibb Akademiyasına aparılıb və bu günə qədər nə müsahibə verib, nə də ekranlarda görünüb. Son günlər isə onun koma vəziyyətində olduğu bildirilib, nəhayət, dünyasını dəyişməsi haqqında informasiyalar yayılıb:
«Bu informasiyaları təsdiq etməyə heç bir hərəkət göstərməyən hakimiyyət nəinki dövlət başçısının xalqa göstərilməsini təşkil etmir, əksinə, onun adından təqdimat verildiyinə və oğlu Ilham Əliyevin avqustun 4-də əksəriyyəti YAP təmsilçiləri olan Milli Məclisdə baş nazir olmasına razılıq verib. Azərbaycan xalqı baş nazir Artur Rəsizadənin istefa verməsinin vaxtı və səbəblərini bilməmiş tələm-tələsik Ilham Əliyev baş nazir təyin edilib.
Heydər Əliyevin, ümumiyyətlə, sağ olması, əgər sağdırsa, onun fiziki və əqli cəhətdən sağlam olması şübhə altındadır. Nə qədər ki, dövlət başçısı şəxsən özü bu məsələlərə aydınlıq gətirməyib, biz bu hərəkətləri dövlət çevrilişi kimi qiymətləndirir və bu qərarı tanımırıq.»D.HEYDƏR ƏLIYEVIN SAĞLAMLIQ DURUMUNUN TƏHQIQATI VƏ RƏYLƏR

Heydər Əliyevin sağlamlıq durumu barədə cəmiyyətdə çaşqınlıq yaradan müəmmalara, bir-birini təkzib edən bu məlumatlara aydınlıq gətirmək üçün Heydər Əliyevin müalicə olunduğu Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyasında olan Müstəqil Təhqiqat Mərkəzinin direktoru, ekspert-kriminalist Ilqar Altay 11 avqust 2004-cü ildə Bakı Mətbuat Klubunda mətbuat konfransı keçirib aşağıdakıları bildirdi:«Heydər Əliyev iyulun 8-də «Gülhanə» xəstəxanasının poliklinika korpusunun 7-ci mərtəbəsindəki generallara məxsus olan ümumi müalicə şöbəsinə yerləşdirilib. Ilk iki həftə ərzində ümumi vəziyyəti aşağı sabit olaraq qalıb, xüsusi ağırlaşmalar müşahidə edilib. Onun orqanizmi uzun müddət şəkər xəstəliyi, ağır dərəcəli ağ ciyər və böyrək çatışmazlığı, ardıcıl ürək infarkları, beyin insultu və bir çox digər xəstəliklər nəticəsində davamlı patoloji dəyişikliklərə məruz qalıb. Iyulun 20-21-də qəflətən vəziyyəti ağırlaşan Heydər Əliyevin ürəyinin funksiyası kritik aşağı düşüb. Bu səbəbdən o, təcili olaraq, digər binadakı ürək-damar cərrahiyyəsi bölməsinə köçürülüb. Orada dövlət başçısının ürək funksiyasının bərpası üçün təxirəsalınmaz operativ və konservativ tədbirlər görülüb və o, süni tənəffis aparatına qoşulub. Aparatdan ayrılarkən bir neçə dəfə yenə ürək dayanması baş verib. Həkim mütəxəssislərdən ibarət konsiliumun qərarı bu olub ki, ürək artıq öz funksiyasını bitirmək üzrədir və tezliklə onun ürəyinin əvəz edilməsi – transplatasiya əməliyyatına ehtiyac yaranacaq. Heydər Əliyevin yaxınlarına bu barədə məlumat verilib və xəbərdarlıq edilib ki, onun yaşının çox olması və keçirdiyi çoxsaylı xəstəliklər nəticəsində zəifləmiş orqanizmi üçün bu, son dərəcə təhlükəli (təxminənə 90-95 faiz ölümlə nəticələnə bilən) və risklı əməliyyatdır. Bununla belə, atasının ümidsiz vəziyyətini nəzərə alan Ilham Əliyev şəxsən buna razılıq verib və yeni ürək tapılmasında təkid edib. Türkiyədə uyğun ürək tapılmadıqda bu orqanın ABŞ-da tapılması ümidi ilə tranplantasiyanın Klivlend xəstəxanasında həyata keçirilməsi məsləhət bilinib.Iyulun sonuna yaxın intensiv müasir müalicə metodları sayəsində Heydər Əliyevin səhhəti nisbətən yüngülləşir, lakin həkimlərin etirazına baxmayaraq, dövlət əhəmiyyətli məsələnin həlli vacibliyindən, yaxın ətrafı tərəfindən onun birbaşa Klivlendə yox, qısa müddətə Bakıya və dərhal sonra ABŞ-a aparılması qərara alınır. Iyulun 31-dən avqustun 1-nə keçən gecə Bakıya aparılarkən son anda hava limanında Heydər Əliyevin səhhəti ağırlaşır, bu dəfə onun ürəyi dayanır, öz funksiyasını birdəfəlik itirir. Yenidən «Gülhanəyə» qaytarılaraq, onun orqanizmi təcili intensiv tədbirlər və süni çalışdırmalar nəticəsində çətinliklə cüzi həyata qaytarılır. Avqustun 1-dən 2-nə keçən gecə Heydər Əliyevin palatasında oğlu Ilham, Prezident Aparatının rəhbəri Ramiz Mehdiyev və Əliyevin şəxsi mühafizə xidmətinin rəisi Bəylər Əyyubovun iştirakı ilə müəmmalı baş nazir təyinatı həyata keçirilir. Belə bir mühüm dövlət əhəmiyyətli tədbirdə lazımi etiket qaydalarına əməl olunmur, proses KIV və ictimaiyyətdən gizli keçirilib, xəstəxana və şöbədə xüsusi ciddi rejim tətbiq olunaraq, həmin vaxt palataya şəxsi həkimlər belə buraxılmır. Bir neçə gün «Gülhanə»də süni yaşam tədbirləri, tənəffüs və ürəkçalışdırıcı aparatlar altında davam edən durumdan sonra Heydər Əliyevi xərəkdə, həmin vəziyyətdə avqustun 6-da ambulans maşını və xüsusi təyyarə vasitəsilə ABŞ-ın Klivlend xəstəxanasına aparırlar. Heç bir həkim və tibb işçiləri iyulun 31-də ürək funksiyasını itirdikdən sonra Heydər Əliyevin danışması və digər sərbəst hərəkət etməsi barədə fakt söyləmədi…
Bu orqan miokard, yəni əzələ qatı keçirmiş infarktlar nəticəsində tamamilə yararsızlığa uğrayıb və ürək pompalanmasında iştirak etmir. Dövlət başçısının ürəyi süni tənəffüs və ürəkçalışdırıcı aparatın hesabına fəaliyyət göstərib və onun yenisi ilə əvəz olunması ümidverici deyil. Heydər Əliyev bir neçə dəfə insult, yəni beyin əsası arteriyalardan qansızma patologiyasını keçib və bu səbəbdən beyin mərkəzləri zədələnərək, onun nitqi və şüurunda kəskin zəifləmələr yaranıb. Bundan başqa, onda kəskin böyrək çatışmazlığı, şəkər xəstəliyi və digər xəstəliklər də öz kritik həddinə çatıb. Bu səbəblərdən, onun normal dərketmə və hadisələri düzgün qiymətləndirmə şüuruna malik ola bilməsi inandırıcı deyil.
31 avqustda Heydər Əliyev nəinki prezidentlik, hətta sərbəst yaşamaq qabiliyyətini də itirib. Ölkə prezidenti səlahiyyətlərinin bu şəxsdə saxlanılaraq, onun istefaya göndərilməsi heç bir hüquqi və məntiqə uyğun deyil. Və həmin tarixdən sonra onun anlaqlı olması, dövlət başçısı kimi onun adından verilən sərəncam və digər siyasi aktların hüquqiliyi şübhə altına düşür. Bu səbəbdən, Azərbaycan dövlət və hakimiyyət taleyinin təhlükəli, müəmmalı anlar yaşadığı nəzərə alınaraq, ictimaiyyət tərəfindən xüsusi komissiya təşkil olunmalı, «Gülhanəyə» və Klivlendə səfərlər edib, məsələyə aydınlıq gətirilməlidir. Müxalifət isə bu mühüm məsələdə bir qədər zəif mütəşəkkillik və gec reaksiya göstərdi. Hətta «Gülhanə» həkimləri, Türkiyə siyasətçiləri buna təəccüblərini gizlətmədilər. Lakin araşdırma aparılıb, lazımi, dolğun nəticələr əldə etmək heç vaxt gec deyil, apardığım təhqiqatı tamamlamaq və yekunlaşdırmaq üçün bir daha Ankaraya, oradan da Klivlendə getmək niyyətindəyəm.»
Ürək axtarışı adı altında Heydər Əliyevin Amerikaya aparılması tamamilə uydurma və yalandır. Bu xalqda Heydər Əliyev qorxu xofunu saxlamaq üçün istifadə olunmuş bir metoddur. Bütün bunlara bir sübut kimi ABŞ-dakı mənbədən «Azadlıq» qəzetinə (15 avqust 2003-cü il) verilən məlumata diqqət yetirək:
«ABŞ-dakı mənbə vurğulayır ki, bu yolla hakimiyyət ictimai rəyə hopmuş «Heydər Əliyev vəfat edib» fikrini dağıtmağa çalışır. Qeyd edək ki, transplantasiya məsələsinin növbəti dezinformasiya olduğu bir neçə inandırıcı görünən arqumentlə əsaslandırılır. 83 yaşlı Heydər Əliyevə ürək köçürülməsinin mümkün olmadığını sübuta yetirmək üçün gətirilən arqumentlər aşağıdakılardır:Birinci arqument. Ürək köçürülməsi son dərəcə ağır əməliyyatdır. Belə əməliyyatlar yalnız cavan və güclü şəxslərə tətbiq olunur. Ürək köçürülməsi əməliyyatı çox zaman 10 saatdan artıq davam edir. Qoca və həddən artıq zəifləşmiş (əlbəttə ki, əgər dünyasını dəyişməyibsə) Heydər Əliyevin belə ağır əməliyyata tab gətirməyəcəyi hər hansı mübahisənin mövzusu deyil. Üstəlik, mənbə qeyd edir ki, ürək transplantasiyası məsələsi hələ 1999-cu ildə Heydər Əliyevin üzərində aorta-koronar şuntlama əməliyyatı aparılarkən alternativ variant kimi nəzərdən keçirilib. Prezidentin indi ilə müqayisədə xeyli sağlam və güclü olduğu 1999-cu ildə də ürəkköçürmə əməliyyatı şansı birmənalı olaraq sıfır kimi qiymətləndirilmişdi.

Ikinci arqument. Insan bədəninə yad orqanın köçürülməsi çox ağır hazırlıq prosedurları ilə həyata keçirilməlidir. Bu onunla bağlıdır ki, insan bədəni köçürülən yad orqanı (ürək, böyrək, qaraciyər və s.) «yad cisim» kimi qəbul edərək ona qarşı mübarizəyə başlayır. Nəticədə əksər hallarda yad orqanın «tutmaması», əksinə qopması baş verir. Bunun qarşısını qismən almaq üçün bədənin immuniteti, yəni yad cisimlərə qarşı mübarizə qabiliyyəti müxtəlif dərman preparatları ilə öldürülür. Immunitetin öldürülməsi insan bədənindəki bütün orqan və sistemlərin işini iflic edir. Nəticədə orqanköçürmə əməliyyatına məruz qalanlar, sözün həqiqi mənasında, yarımcan olurlar. Müqavimət gücü məhv edildiyindən belə orqanizmlər xəstəliktörədən mikroblara qarşı mübarizə apara bilmir və bəzən adi qripdən ölürlər. Onsuz da hədsiz dərəcədə zəif olan Heydər Əliyevin bədəninin müqavimət gücünün də öldürülməsinin nə demək olduğu aydındır.Üçüncü arqument. «Heydər Əliyevə köçürülmək üçün ürək axtarılır» məlumatının yaranması faktı ilə bağlıdır. Xəbəri ilk dəfə Türkiyənin «Anadolu» agentliyi yayıb. Xəbər təxminən belə təqdim olunub: «Heydər Əliyevə köçürülmək üçün ürək axtarılır. Türkiyədə münasib ürək tapılmadığı üçün o, ABŞ-a aparılıb». Bu birmənalı olaraq obıvatelə hesablanmış xəbərdir. Çünki transplantologiya barədə ən adi məlumatı olanlar da bilirlər ki, xəstə köçürülməli orqanın yanına aparılmır, əksinə, köçürülməli olan insan orqanı xəstənin yanına gətirilir. Köçürülmüş orqanların xüsusiyyətləri ilə bağlı bütün dünyanı əhatə edən qlobal məlumat bankı var. Həkimlər həmin məlumat bankında (internet vasitəsilə) istənilən xüsusiyyətli orqanı axtarır (yaxud sifariş edir) və münasib orqan tapılan kimi həmin orqan təcili şəkildə bir neçə saat ərzində dünyanın istənilən nöqtəsindən gətirilir. Bunun üçün xüsusi şəbəkələr fəaliyyət göstərir.Bütün deyilənlər «Heydər Əliyevə köçürülməsi üçün ürək axtarırlar» xəbərinə həqiqətən də seçki ərəfəsində ictimai rəyi çaşdırmaq üçün ortalığa atılmış növbəti dezinformasiya olduğuna şübhə yeri qoymur.»
Həmçinin jurnalistlərin suallarına cavab olaraq I.Altay bildirdi ki, «Gülhanə»də həkimlər dedilər ki, biz Heydər Əliyevi sağaltmamışıq, ömrünü uzatmışıq.» Müstəqil Təhqiqat Mərkəzinin direktoru ekspert-kriminalist Ilqar Altay Heydər Əliyevin sağlamlıq durumu ilə bağlı «Yeni Musavat»ın suallarına aşağıdakı cavabı vermişdir (20 avqust 2003-cü il):
«Hesab edirəm ki, iyulun 31-dən sonra Heydər Əliyev dövlət başçısı kimi nəinki idarəçilik, eləcə də yaşamaq qabiliyyətini itirib. Bu cür durumda olan adam necə fərman verə bilər? Prezident səlahiyyətlərinin belə bir adamın əlində saxlanılması özü dövləti məntiqsizlikdir. Hələ tarixdə görünməyib ki, yaşamaq qabiliyyətini itirmiş adamın əlində prezident səlahiyyətləri saxlanılsın və o, prezidentliyə namizəd olsun. Heç monarxiyalarda da bu cür hərəkətlərə yol verilməyib. Bunun nə qədər gülüş doğurduğu və təəccübə səbəb olduğu göz qabağındadır. Hesab edirəm ki, iyulun 31-dən sonra Ilham Əliyevin baş nazir təyin olunması ilə bağlı müraciət hüquqi qüvvəsini itirmiş sayıla bilər.» I.Altay rəhbərlik etdiyi komissiyanın aprelin 29-da açıqlanmış rəyinin təsdiqləndiyini deyir:
«Komissiya dövlət başçısının sağlıq durumunun ölkəni idarə etmək üçün yararsız olduğunu və onun dərhal istefa verməsinin vacibliyini bəyan etdi. Bu açıqlamadan sonra bəzi iqtidar yetkiləri, deputatlar komissiya üzvlərinə və hazırlanmış sənədə qarşı kəskin mövqe tutdular. Baxmayaraq ki, sənəd tam obyektiv və qərəzsiz hazırlanmışdı. Zaman da komissiyanın gəldiyi nəticəni təsdiqlədi.» Azərbaycanın o dövrkü durumunu acınacaqlı hesab edən I.Altay deyir: «Iqtidar yetkilərinin Heydər Əliyevin ölkəyə nəzarət etmək iqtidarında olduğu barədə söylədikləri yalandır. Bu cür fikirlər ictimaiyyəti çaşdırmaq, hakim komandadakı çatların qarşısını almaq üçün ortaya atılır. Artıq nəinki mütəxəssizlər, adi müşahidəçilər də belə qənaətə gəlirlər ki, dövlət başçısının fiziki durumu idarəyə imkan vermir.» I.Altay dövlət başçısı səlahiyyətlərinin Heydər Əliyevdən alınmasını zəruri sayır: «Bu addım Azərbaycanda hakimiyyətsizlik kimi təhlükəli bir vəziyyətin dərinləşməməsi üçün lazımdır. Təkcə ictimai sabitliyin qorunması deyil, ölkənin inkişafının təmin olunması da dövlət orqanlarının əsas vəzifələrinə daxildir. Dövlət başçısının yoxluğu isə məmur özbaşınalığının güclənməsinə şərait yaradıb. Son günlər qəzet satışına və siyasətçilərin üzləşdikləri polis zorakılığı təhlükəli vəziyyətin göstəricisi sayıla bilər. Vətandaş qarşıdurmasına səbəb olan əsas amil də məmur özbaşınalığıdır.» Heydər Əliyevin ölümünün gerçəkliyini Türkiyənin nüfuzlu media saytı «Superpoliqon.com» da xəbər verib. Həmçinin, eyni məzmunlu xəbər «SNN türk» və «Sku türk» telekanallarının xəbər bülletenlərində də yer alıb. Bu xəbərlərin yayılmasının ardından Azərbaycanın Türkiyədəki səfiri Məmməd Əliyev və Istanbuldakı baş konsulu Ibrahim Nəbioğlu «Sku türk» və «SNN türk»ün studiyalarına gələrək «Heydər Əliyevin durumunun normal olduğu və onun bir-iki günə Bakıya dönəcəyini» deyiblər. Lakin gün ərzində Gülhanə Hərbi Tibb Akademiyası Heydər Əliyevin öldüyü barədə xəbərlərə heç bir münasibət bildirməyib, susub. Susmaq da deyilənlərlə razılaşmaq deməkdirE.HEYDƏR ƏLIYEVIN IMZASININ SAXTALIĞI AÇIQLANDI

Yaxşı deyiblər ki, yalanın ömrü 40 gün çəkər, hakimiyyətin yalanının ömrü heç 4 gün də olmadı. Heydər Əliyevin guya avqustun 2-də Milli Məclisə təqdimat göndərdiyini iddia edərək Ilham Əliyevi 101 səslə Baş nazir təsdiqləyən parlamentarların çirkin, eybəcər əməlləri ifşa olundu.Bütün dünyanın gözü qarşısında əcaib quruluşu olan bir ssenarinin üstü gec-tez açılmalı idi. Müxalifət qəzetləri yazırdı ki, Heydər Əliyev hansısa sənəd imzalamaq durumunda deyil, bu oyunlar bəlkə də artıq həyatda olmayan dövlət başçısından xəbərsiz gedir. Buna görə müxalifət qəzetlərini yalançılıqda suçlayırdılar. Indi isə şübhə yeri qalmayacaq. Çünki 82-ci səhifədə təqdim etdiyim iki sənəddən hər şey aydın olur.

Birinci 2 avqust 2003-cü ildə Milli Məclisə Heydər Əliyevin «imzası» ilə daxil olan sənəddir. Ikinci sənəd isə Heydər Əliyevin imzası ilə 1999-cu ildə Milli Məclisə daxil olmuşdur. Hər iki sənəddə Heydər Əliyevin imzalarını tutuşdurduqda tarixi saxtakarlığın şahidi oluruq. Bu 2 avqust 2003-cü il «sənəd»ini imzalayan kimdirsə, Heydər Əliyev deyildir. Bu da onu sübut edir ki, Milli Məclisə Heydər Əliyev adından göndərilən, «101» səslə Baş nazir vəzifəsinə təsdiqləyən parlamentarların çirkin, eybəcər əməlləri ifşa olundu.Istər-istəməz bütün dünyanın gözü qarşısında əcaib quruluşu olan bir ssenarinin üstü gec-tez açılmalı idi. Müxalifət qəzetləri yazırdı ki, Heydər Əliyev hansısa sənəd imzalamaq durumunda deyil, bu oyunlar bəlkə də olmuşdur. Hər iki sənəddə Heydər Əliyevin imzalarınıtutuşdurduqda tarixi saxtakarlığın şahidi oluruq. Bu 2 avqust 2003-cü il «sənəd»ini imzalayan kimdirsə, Heydər Əliyev deyildir. Bu da onu sübut edir ki, Milli Məclisə Heydər Əliyev adından göndərilən, heç bir hüquqi qüvvəsi olmayan kağız parçası ilə ölkədə hakimiyyətin növbəti dəfə qəsb edilməsinə start verilib.Iddia oluna bilər ki, Heydər Əliyev ağır xəstədir və imzasında hansısa dəyişikliyin olması mümkündür. Amma…

Ammasını yenə də hakimiyyətdə axtarmaq lazımdır. Ona görə ki, Ilham Əliyev deyir ki, atasının elə bir ciddi xəstəliyi yoxdur, qabırğaları qırılıb, huşu üstündə, kefi də yerindədir. Digər iqtidar yetkiləri də eyni sözləri təkrarlayaraq rəhbərin «top» kimi olduğunu bildirirlər. Əgər deyilənlər doğrudursa, Heydər Əliyev belə ciddi sənədə niyə bu qədər fərqli, başdansovdu imza atsın? Diqqətlə baxsanız, sənədin parlamentə göndərilmə tarixini də Heydər Əliyev (və ya köməkçiləri) protokol qaydalarına uyğun olaraq özü qeyd etməyib, makinada yazılıb.
Beləliklə hakimiyyətin Azərbaycana növbəti xəyanətinin üstü açıldı.

 Ə.ILHAMLI YALANLAR…

 21 aprel 2003-cü ildən, yəni Heydər Əliyevin Respublika Sarayında yıxılması günündən başlayaraq, uzun müddətdir ki, əxlaqsız, həyasız və fırıldaqçı tayfa Azərbaycan xalqını ələ salaraq, Heydər Əliyevin sağlamlıq durumu ilə bağlı ağ yalanların əsirinə çevirmişdir. Bununla bağlı «Yeni Musavat» qəzetinin əməkdaşı Könül xanım Şamilqızı varisin, yəni Ilham Əliyevin 28 apreldən 8 sentyabra qədərki yalançılıq tarixçəsinin Azərbaycan xalqına çatdırmaq üçün qəzetin 14 sentyabr 2003-cü il tarixli 248-ci sayında «Ilhamlı yalanlar…» başlıqlı yazı dərc etmişdir. Yazını olduğu kimi verirəm.

«28 aprel 2003cü il. Ilham Əliyev jurnalistlərin suallarını cavablandırır: «Cənab prezident özünü yaxşı hiss edir və hələ 4 haftə ev şəraitində müalicəni davam etdirəcək. Hər şey yaxşıdır, hər şey yerindədir. Əlbəttə ki, bəzi narahatlıqlar, bəzi ağrılar var idi. Təbiidir. Məndə də iki il öncə buna bənzər bir hadisə baş vermişdi. Bilirəm ki, sümüyün sınması nəticəsində nə dərəcədə ağrılar olur. Amma həkimlərin dediyinə görə, sağalma prosesi yaxşı gedir və tezliklə cənab prezident tam sağalıb işə çıxacaq. Əlbəttə bütün müvafiq orqanlarla, nazirlərlə, işçilərlə mütamadi telefon əlaqəsi saxlayır, lazımi göstərişlər verir. Sadəcə olaraq, hərəkət bir az məhdudlaşıbdır. Çünki bilirsiniz ki, qabırğada çat var, əlbəttə, belə şəraitdə hesab edirəm ki, işə çıxmaq hələ ki, məqsədəuyğun olmazdı. Həkimlər də bunu deyir, biz də çalışırıq, nə qədər mümkündür, onu çox evdə saxlayaq ki, tam sağalma prosesi başa çatandan sonra işə çıxsın. Amma bunu etmək çətindir. Onun xasiyyətini siz tanıyırsınız. Daima istəyir ki, iş başında olsun. Amma təbabətin də müəyyən qanunları var, hər kəs gərək ona riayət etsin.Cənab prezident hələ ki, ağrılara dözür. Mən də təəccüb edirəm ki, o, bu cür ağrılarla yenə də işlə məşğuldur. Özü haqqında heç fikirləşmir. Məndən soruşur ki, nə var, nə yox, necədir işlər?|
Mətbuatda dövlət başçısı haqqında deyilənlərin heç bir əsası yoxdur. Onlar hamısı uydurmadır. Əgər kimsə bilmədən yazsaydı, deyərdim ki, yəqin bilmir, yazır. Dəhşət burasındadır ki, bilərəkdən bu insanlar, özünü müxalifət jurnalisti adlandıran və özünə insan kimi baxanlar belə hərəkət edir. Əlbəttə, bu, heç bir əxlaqa, mədəniyyətə, ümumiyyətlə, bizim adət-ənənələrə sığmayan bir haldır. Onlara cavab da vermək istəmirəm. Mənim haqqımda da yazıblar ki, Ilham Əliyev Bakıda yoxdur. Amma görürsünüz ki, mən Bakıdayam. Ona görə mən bunların səviyyəsinə enmək istəmirəm. Mən onların hamısına nifrət edirəm. «Yeni Musavat»ın baş redaktoruna da, təsisçisinə də, onun o yalan yazan əməkdaşlarına da nifrət edirəm. Heydər Əliyev yaşayır, yaşayacaqdır. Allah onu qoruyur. Qoruyacaqdır. Onun hələ gələcəkdə çox işləri var. Bir prezident kimi Azərbaycana lazımdır. O, bizim hamımızın atasıdır.»

30 aprel 2003-cü il. Ilham Əliyev «Space» telekanalına açıqlama verir: «Cənab prezidentin səhhəti yaxşıdır, bu günlərdə jurnalistlər ona sual vermək imkanı qazanacaqlar.»
Mayın 3-də Heydər Əliyeiv Gülhanəyə aparılır, Ilham Əliyev isə yenə yalanlarını davam etdirir.
7 may 2003-cü il.
Varis ANS telekanalına açıqlamasında deyir: «Cənəb prezidentin səhhəti yaxşıdır, həkimlər ona qayıtmağa icazə verir, amma mən bir müddət qalıb, istirahət etməsini məsləhət görürəm…»
8 may 2003-cü il.
Ilham Əliyev «Turan»ın Heydər Əliyevin Gülhanədə reanimasiyadan palataya köçürülməsi barədə xəbərinə televiziyalar vasitəsilə münasibət bildirir: «Deyə bilirəm ki, ora reanimasiya şöbəsi də deyildi. Sadəcə, insan xəstəxanaya daxil olarkən bir yerdə bir gün saxlanılır. Orada qayda belədir. Sonra isə adi palataya köçürürlər. O, həmin palatada çoxdan yerləşdirilib.Mayın 12-də Heydər Əliyev Bakıya qaytarılır, bir gün əvvəl özü Türkiyənin baş naziri Rəcəb Teyyub Ərdoğanla görüşündə «iyi deyiləm, xəstələndim» deməsinə baxmayaraq, Ilham yenə öz ampluasındadır.
15 may 2003-cü il.
Atasının oğlu parlamentdə jurnalistlərin suallarını cavablandırır: «Prezidentin səhhəti yaxşıdır. Hər şey qaydasındadır. Bilirsiniz, gərək o yaralar sağalsın. Qabırğa ağrı verir. Ona görə də bu, təbii prosesdir. Mən əvvəl də demişdim, bu, vaxt tələb edir. Ona görə müəyyən dövrdən sonra işə çıxacaq. Bizdə olan məlumatlara görə, bu, 5-6 həftə çəkər. Nəzərə alsanız ki, onun üç həftəsi keçib, qalanından özünüz nəticə çıxarın. Hazırda yaxşıdır, özünü yaxşı hiss edir.»24 may 2003-cü il. Ilham Əliyev ATV kanalına açıqlamasında bildirir: «Cənab prezidentin səhhəti hələ işə çıxmasına imkan vermir. Bu barədə dəqiq qərarı həkimlər verəcək…»
Bundan sonra Ilham Əliyevin yalanlarına müəyyən müddət ara verilir. 10 iyunda Heydər Əliyevin səhhətinin pisləşməsi, ürəyinə ikinci stimulyator qoyulması ilə bağlı məlumat, 20 iyunda onun kritik duruma düşdüyü xəbəri yayılır, 4 iyulda Prezident Aparatında yenidən yıxılır və 8 iyulda yenidən Gülhanəyə aparılır. Bundan sonra Ilham Əliyevin yalanlar seriyasını «ƏL-Səhhat», yəni rejimin Ankaradakı səfiri Məmməd Əliyev davam etdirir. Varis isə yalnız 20 gündən sonra danışır.28 iyul 2003-cü il. Ilham telekanallara atasının durumu barədə məlumat verir: «Heydər Əliyevin durumu yaxşıdır, qısa müddətə qayıdacaq!»
Bundan sonra iyulun 30-da Türkiyə prezidenti Sezərin Əliyevə baş çəkdiyi bildirilir, amma kadr göstərilmir. Həmin gecə Əliyevin Bakıya gətirilməsinin istənildiyi, amma yarı yolda geri qaytarıldığı, iyulun 31-dən avqustun 1-nə keçən gecə isə onun dünyasını dəyişdiyi barədə xəbərlər yayılır. Bu məlumatlara isə Ilham Əliyev yalnız baş nazir təyin edildiyi gün yeni bir yalanla cavab verir.
4 avqust 2003-cü il.
Saxta baş nazir Rusiyanın ORT kanalına müsahibəsində deyir: «Cənab prezidentin 7 qabırğası sınmışdı. Qabırğasının sınması onun səhhətinə pis təsir edib. Lakin indi vəziyyəti yaxşıdır. O, avqustun 6-dək ölkəyə qayıdacaq.
Amma avqustun 6-da Heydər Əliyev Klivlendə «aparılır».
7 avqust 2003-cü il.
Ilham Əliyev atasının diaqnozu barədə sualdan yayınıb, belə bir açıqlama verir: «Cənab prezidentin vəziyyəti normaldır. O, həkimlərin məsləhətlərinə rəğmən, tam sağalmamış işə çıxmışdı. Hələ Klinikada onun müayinəsinə başlanmayıb, çünki indi ABŞ-da gecədir. Hazırda onun ürəyində cərrahiyyə əməliyyatının aparılmasına ehtiyac yoxdur və mənim fikrimcə, olmayacaq. Lakin buna zərurət yaranarsa, Klivlend klinikasında yüksək səviyyəli peşəkar həkimlər işləyir. Onun Bakıya nə zaman qayıdacağını həkimlər müəyyən edəcək.»9 avqust 2003-cü il. Varis Türkiyənin «Hürriyyət» qəzetinə müsahibəsində bəzi etiraflar edir: «Atamızın xəstə olduğunu biz də qəbul edirik. Həkimlərin ilk raportlarını da aldıq. Bu raportlar Heydər Əliyevin bütün ümidlərin kəsildiyi xəstəliyin olmadığı şəklindədir. Sağlığına qoşulma şansı var və bu raportlar bizə ümid verir…»11 avqust 2003-cü il. Ilham Əliyevin Azərbaycan telekanallarına müsahibəsindən çıxarış: «Dünən cənab prezidentlə danışdım. Bu gün səhər danışa bilmədim. Səhhəti yaxşıdır, sağalma prosesi müsbət davam edir.»
12 avqust 2003-cü il.
Ilham Əliyev «Assoşieyted Press» agentliyinə danışır: «Klivlendə gələndən sonra Heydər Əliyevin səhhətində yaxşılığa doğru fövqəladə dəyişliklər olub. Əminəm ki, yaxın vaxtlarda dövlət başçısı müalicəni başa vuracaq doğma vətəninə qayıdacaqdır. Burada yalnız və yalnız terapevtik müalicədən söhbət gedir.»

18 avqust 2003-cü il. «AzərTAc Ilham Əliyevin «Assoşieyted Press»ə verdiyi başqa bir açıqlamanı yayır: «Dünən cənab prezidentlə danışdım. Təəssüf ki, bu gün həmin rayonda elektriklə bağlı problemlər olduğundan ona zəng edə bilmədik. Dünən mən həkimlərlə də danışdım. Həkimlər deyirlər ki, Klivlendə gəldiyi gündən onun səhhəti xeyli yaxşılaşmışdır, indi uğurla müalicə olunur. Bunun üçün çox vaxt lazımdır. Bilirəm ki, cürbəcür şayiələr yayılır ki, bəs sonra nə olacaq, cərrahiyyə əməliyyatı etmək lazım olacaq, yoxsa yox? Həkimlər dedilər ki, terapevtik müalicə aparacaqlar və bu, onun sağalması üçün kifayət edəcək. Mən bundan çox məmnunam. Ona görə də tələsməyək, gözləyək.»28 avqust 2003-cü il. Ilham Əliyev ABŞ-dan qayıdıb, yalanlarını davam etdirir: «Cənab prezidentlə görüşdüm. Darıxmaması üçün ona xalq mahnılarından ibarət videokaset gətirdim.»
Nəhayət, hələlik sonuncu yalan.
8 sentyabr 2003-cü il.
Ilham Əliyev Türkiyədə Rəcəb Tayyib Ərdoğanla birlikdə keçirdiyi mətbuat konfransında türk jurnalistlərinin Əliyevlə bağlı sualını cavablandırır: «Babamın durumu iyiyə gedir. Tədavi gördükdən sonra iki-üç həftəyə qayıdacaq. Ona görə də şayiə yayan mətbuat orqanları, jurnalistlər şayiə yaymaqdansa, düzgün məlumat versinlər…»Bu, Ilham Əliyevin atasıyla bağlı verdiyi ən sonuncu, yalan açıqlama idi, əziz oxucular. O, bundan sonra da yalanları davam etdirəcək və sizi bunları dinləməyə məcbur edəcək. Dinləyin, onun danışıqlarına qulaq verin, arada əvvəl söylədiklərini də xatırlayın və nəticə çıxarın: kimdir günahkar – əlində olan informasiyaları cəmiyyətə çatdırmaqla peşə borcunu yerinə yetirən jurnalistlər, yoxsa cəmiyyəti yalanlarla, fırıldaqlarla aldadan, atasının xəstəliyindən, ölümündən alver predmeti kimi istifadə edən Ilham Əliyev???»

F. TÜRKIYƏ MEDIYASININ MÜNASIBƏTI

Indi də Ilham Əliyevin baş nazir təyin olunmasına münasibət barədə Türkiyənin və dünyanın aparıcı ölkələrinin qəzet və televiziyaları ilə yayılan məlumatlara diqqət yetirək. Faktlar xarici mətbuat orqanlarına istinadən respublika qəzetlərində dərc olunmuş materiallar əsasındadır.Türkiyənin «Axşam» qəzeti xəbəri «Əliyev reanimasiyadan baş nazir təyin etdi» başlığıyla verib. «Bakı Əliyevin komada olduğu, hətta öldüyü barədə məlumatlarla çalxalanarkən Azərbaycan parlamenti baş naziri ildırım sürəti ilə dəyişdirərək hakimiyyətin oğul Əliyevə ötürülməsi prosesini başlatdı», – deyə xəbərdə bildirilir. Xəbərdə qeyd olunur ki, Azərbaycan müxalifəti Heydər Əliyevin adından verilən fərmanları saxta hesab edir.«Milliyyət» qəzeti isə xəbəri «Çevrilişə bənzər təyinat» başlığıyla verib. «Azərbaycan parlamenti dünən ani bir qərarla Ilham Əliyevi baş nazir postuna gətirdi. Bununla da öldüyü guman edilən Heydər Əliyevin adından qərar vermək səlahiyyəti onun əlinə keçdi». «Əliyev imperatorluğu sahibinə buraxılmayacaq qədər böyük bir imperatorluq. Bu tip ölkələrdə sistemlər öz alt sistemlərini yaradır, alt sistemlərin də bir modeli var. Bu baxımdan oğul Əliyev iqtidar modelinin, yəni Əliyev imperatorluğunun davamını təmin edə biləcək çözümdür».«Millət» qəzetinin köşə yazarı Sami Kohenin «Bir başqa Əliyev…» başlıqlı yazısında isə deyilir: «Azərbaycan prezidenti Heydər Əliyevin Ankaradakı xəstə yatağından oğlu Ilhamı baş nazir təyin etməsi özündən sonra ölkənin başında mütləq yenə bir Əliyev olmasını istədiyini göstərir. Yəqin 80 yaşlı ata Əliyev beləcə Azərbaycanda iqtidar dəyişikliyinin sarsıntısız gerçəkləşəcəyini və 30 il davam edən öz dönəmindəki sabitliyin davam edə biləcəyini düşünüb. Bu təyinatın ortaya qoyduğu digər bir gerçək də Heydər Əliyevin günlərinin sayılı olduğu və vəzifəsini təhvil vermək zamanının gəldiyi qənaətinə gəlmiş olmasıdır. Ata Əliyevin Gülhanə xəstəxanasından Bakıya göndərdiyi təyinat məktubu Azərbaycanda artıq yeni bir dönəmin başlamaqda olduğunun ilk işarəsini verir. Ancaq Əliyevin nəzərdə tutduğu ssenari cərəyan edə biləcəkmi? Olayın bu şəkildə gerçəkləşməsi doğru və demokratikdirmi? Ankarada Azərbaycan üzrə bir mütəxəssisin bildirdiyi kimi, Heydər Əliyev çəkilsə, ölsə və ya baş nazir olaraq oğlu onun səlahiyyətlərini icra edə bilsə belə, bu yetkidən ancaq qısa müddətdə istifadə edə bilər».«Sabah» qəzetinin şərhində Azərbaycan müxalifətinin «dağınıq olması» vurğulanır. «Bundan sonrakı mərhələdə hakimiyyətin oğul Əliyevə dövr edilməsigözləniləndir. Lakin bu, asan olacaqmı, hələ bəlli deyil. Azərbaycanda müxalifətin dağınıq olması Əliyevlərin işini asanlaşdırır və bunu nəzərə alaraq Ilham Əliyevin hakimiyyət başına gəlişini asan olacağı düşünülə bilər. Lakin oğul Əliyev atası qədər xarizmaya və bacarığa malik deyil».«Sabah» qəzetində Ilham Əliyevin baş nazir olması hadisəsindən bəhs edən köşə yazısında qeyd olunur ki, hadisələr 80-cı illərdə Kremldə, Siyasi Büroda baş verənləri xatırladır. «O zaman Brejnevin, Çernenkonun və Andropovun ölümü barədə xəbərlər yeni Baş katib müəyyənləşməyənə qədər gizli saxlanılırdı. Əliyev bu «seçimlərdən» ikisinin canlı şahidi olub və ölmüş rəhbərin «vəliəhdinin» necə təyin olunmasını yaxşı bilir. Indi o hələ ölməyibsə, rahat ölə bilər, çünki Azərbaycanda vəziyyət nəzarət altındadır».«Hürriyyət» qəzetinin köşə yazarı Hadi Uluenkin isə «Vəliəhd və Türki fənər» adlı məqaləsində yazır: «Indi Moskvanın «nomenklatura» xəstəxanalarına alışıq Heydər Əliyev belə əcəl tərzini Ankara həkimlərinə əmanət etdi. Ankaradan Bakıya təcili teleqraf və oranın məclisi sifarişi anında yerinə yetirərək Ilham Əliyevi vəliəhd təyin etdi. Ilham bəy kreslosunu isidərmi, isitməzmi, iç savaş olarmı, olmazmı, diqqəti bu suallardan yayındırıb bir məsələyə yönəltmək istərdim. Azərbaycan daxil olmaqla, keçmiş SSRI makanında demokratiya yerləşə bilmədi…» Müəllif Heydər Əliyevin Gülhanə Hərbi Tibb Akademiyasında, ölüm ayağında vəliəhd təyin etməsinin «qeyri-əxlaqi» olduğunu, Türkiyənin buna göz yummasının «realpolitik»dən qaynaqlandığını yazır.ABŞ-dan bütün türk dünyasına yayımlanan «Turkustan newsletter» bülletenində tanınmış yazar Mehmet Tütünçü Ilham Əliyevin Türkiyə və ABŞ-ın əliylə baş nazir təyin olunmasının pərdə arxasını açıqlayır. «Yaxınlarda Türkiyə-Ermənistan sərhədi ABŞ-ın istəyi ilə açılacaq. Ilham Əliyev baş nazirlik ödülünün müqabilində bu oldu-bitdidə səs çıxarmayacaq. Ilham Əliyev Türkiyədəki 8 milyard dollarını tərpətməyəcək və Azərbaycanın neft gəlirlərindən pay verilən kurum, kuruluş və dinozavrların payını artıracaq. Bunun əvəzində adıçəkilən dairələr Azərbaycandakı bu baş nazirlik komediyasına səssiz qalıb Gülhanə Hərbi Tibb Akademiyasındakı bir ölünün imzaladığı!.. fərmanı görməyəzliyə vuracaq».

M.Tütünçü daha sonra yazır: «Bizim mason media patronları və ağızlarını Azərbaycanın petrol quyularına dayayan, kirli petrol artıqlarıyla bəslənən dinozavrlar əlbirliyi ilə Türkiyəni, bu gözəl ölkəmizi «başbakan komediyasını» ilk təbrik edən ölkə durumuna gətirdilər…»

M.Tütünçüyə görə ABŞ-ın bölgədəki oyunları neftlə yanaşı «strateji ortaq» adı altında «strateji kölə»arayışı üzərində qurulub.
«Avrasiyatürk.com.» saytında isə qeyd olunur ki, Azərbaycanda baş verən çevirilişdə Türkiyədəki bəzi dairələr böyük rol oynayıb. «Bu dairələr Əliyev ailəsinin 9 böyük petrol şirkətlərindən pay alır».«Imediya.com.» saytı 4 avqust hadisəsini «Azərbaycanda qiyamət qopacaq. Əliyev öldü, oğlu baş nazir edildi» başlıqla verib. Xəbər müəllifləri Ilham Əliyevin baş nazir olmasını «Türkiyənin dəstəyi ilə həyata keçirilən dövlət çevrilişi» kimi qiymətləndirir: «Keçmişdə də Azərbaycandakı prosesləri əl altdan yönləndirən Türkiyə Əliyevin sağlıq durumunun pisləşməsiylə yenə dövrəyə girdi və Azərbaycanda bir diktatura rejiminin qurulması üçün Əliyevin oğlu Ilham Əliyevi dəstəklədi»«Imedya.com.» saytı başqa bir xəbərində bildirir ki, Heydər Əliyevin avqustun 2-də fərman hazırlayaraq oğlunu baş nazir təyin etməsi qondarmadır. «Heydər Əliyev həmin tarixdə vegetativ (dərin koma) durumundaydı və onun dünyayla əlaqəsi yox idi. Həmin təyinatın Heydər Əliyev tərəfindən həyata keçirilməsi imkansızdır». Xəbərdə qeyd olunur ki, Heydər Əliyevin öldüyünü Azərbaycandan ən doğru xəbərlər almaq imkanına malik və «Mossad»a yaxınlığı ilə tanınan «Kanal-2» Israil televiziyası da xəbər verib. Lakin Türkiyənin bunu gizlətməsi, Gülhanə rəsmilərinin avqustun 2-də «Heydər Əliyevin sağlıq durumu normaldır» şəklində açıqlama verməsi Azərbaycanda hakimiyyətin Ilham Əliyevə keçməsinə şərait yaratmaq üçün düşünülüb.

«Tərcüman» qəzetinin yazarı Nuh Könültaşın yazır: «Israilin dövlət televiziyası Azərbaycan dövlət başçısı Heydər Əliyevin müalicə olunduğu Gülhanə Hərbi Akademiyasında öldüyünü xəbər verib. MOSSAD-ın bu bilgiyə çatması məntiqsiz deyil. Dörd gün öncə eyni xəbəri Azərbaycanın müxalifət mətbuatı vermişdi, amma Azərbaycanın Ankaradakı səfiri Məmməd Novruzoğlu yalanlamışdı. Azərbaycanda müxalifət partiyalarının söylədiyi kimi desək, dövlət çevrilişi oldu.»

«Xalqa və Olaylara Tərcüman» qəzetinin yazarı Sərvət Kabaklı baş verən biabırçılığa münasibətini «Iki dövlət, bir millət haradadır?» başlıqlı yazısı ilə bildirib. Türkiyə prezidentini və hökumətini kəskin tənqid edən Sərvət bəy yazısını olduqca sərt suallar üzərində qurub: «Əgər bu gün Türkiyədə türklükdən uzaq durmayan, milliyyətçilikdən və eyni sıxıntıdan üzülməyən bir hökumət olsaydı, qardaş Azərbaycanda ata-oğul Əliyevlər «oldu-bitdi»si gerçəkləşə bilərdimi? Xeyir, xeyir, qətiyyən xeyir!… Can Azərbaycanda Rusiya dəstəkli, ABŞ-da öyrədilmiş qoltuğu dəyənəkli, beynəlxalq neft şirkətlərində tikilmiş alaca-bulaca köynəkli Əliyev xanədanı Azərbaycan türkünün arzusunun əksin hökm sürərdimi? Qətiyyən sürməzdi…».

Sərvət bəy Ilham Əliyevi oxucularına belə təqdim edib: «Biz Ilham Əliyevi Ataköy «Marina»da (Istanbulun ən məşhur əyləncə mərkəzlərindən biri – K.S.) qonaq edildiyi vaxtdan tanıyırıq. Azərbaycan torpaqları ermənilər tərəfindən işğal edilib, milyonlarla Azərbaycan türkü qaçqın duruma düşərkən o günlərdə Naxçıvan Ali Məclisinin başqanı olan, Sovet Politbürosunda «üstün keyfiyyətləri ilə yüksələ bilmiş tək türk» ünvanını əlində saxlayan Heydər Əliyevin bircəcik oğlu Ilham Əliyev viski içərək, sanki balıqlara yem niyyətinə yüzlük dollarlar səpələyirdi… Türkiyə hökumətləri Azərbaycanda olub-keçənlərə tribunalardan baxırlar, milli gözlə baxa bilmədikləri üçün görmürlər. Amma çox şükür ki, dövlətimizin bəzi strukturları baxır və görür.» «Habertürk» televiziya kanalı avqustun 5-də axşam Bakı vaxtilə saat 21 radələrində Heydər Əliyevlə bağlı şok xəbər yaydı. Telekanal yaydığı məlumatda Heydər Əliyevin beyin ölümünün baş verdiyini bir daha təsdiqləyib və əlavə olaraq bildirdi ki, ötən cümə günü, avqustun 1-də onun ürəyinin 40 dəfə dayanması faktı qeydə alınıb.

Milli Məclisə ünvanlanmış təqdimatın tarixinin 2 avqust olduğu rəsmən elan edilib. Belə çıxır ki, avqustun 1-də ürəyinin fəaliyyəti 40 dəfə dayanmış və bərpa edilmiş şəxs bir gün sonra avqustun 2-də məktub imzalayır? Özü də belə bir ciddi, dövlət əhəmiyyətli sənədi. Məhz bu məqamları nəzərə alan ölkə müxalifəti Heydər Əliyevin adından imzalanan sənədi saxta adlandırdı və nəticəni çox düzgün olaraq dövlət çevrilişi kimi qiymətləndirdi.

«Habertürk» telekanalının məlumatına isə nə iqtidar və nə dəki Gülhanə rəsmiləri heç bir münasibət bildirmədilər.
Avqustun 4-də NTV-nin «Yaxın plan» verilişində canlı yayımda çıxış edən Türkiyə parlamentinin keçmiş rəhbəri Hüsaməddin Cindoruq Ilham Əliyevin təyinatının «son dərəcə yanlış olduğunu» deyib. Baş nazir R.T.Ərdoğanın tələsik Ilham Əliyevə təbrik göndərməsini düzgün hesab etməyən Cindoruq bildirib ki, Türkiyə Azərbaycanda baş verən proseslərə münasibətdə tərəfsiz qalmalıdır: «Ilham Əliyevin təyinatı son dərəcə yanlışdır. Xalq heç vaxt onu dəstəkləməyəcək», – deyə Cindoruq bildirib.

«Avrasyatürk»ün xəbərinə görə, Ilham Əliyevin baş nazir olması Türkiyədəki bəzi qüvvələri rahatlatdı və Gülhanə Hərbi Tibb Akademiyası hər an Heydər Əliyevin ölümü barədə xəbəri açıqlaya bilər. Xatırladaq ki, sözügedən saytın iddiasına görə, Heydər Əliyev hələ iyulun 31-də keçinib və onun ölümü müəyyən siyasi məqsədlər naminə gizlədilir.

Həmin vaxtdan etibarən Azərbaycan rəsmiləri Heydər Əliyevin ölümünü təkzib edərək onun durumunun «normal» olduğunu bildirirlər.
Türkiyənin «Anadolu» rəsmi xəbər agentliyi isə, Ilham Əliyevin baş nazir olmasına dair xəbərində qeyd edir: «Keçmiş baş nazir Artur Rəsizadənin nə zaman və hansı səbəbdən istefa verdiyi açıqlanmayıb. Həmçinin, A.Rəsizadənin parlamentin fövqəladə iclasına qatılmaması da diqqəti çəkib.»«Sabah» qəzeti Ə.Kaynakın açıqlamasında çox incə məqama toxunaraq yazır ki, Gülhanə rəsmisi Heydər Əliyevin sağlıq durumunun normal olduğunu deyərkən Azərbaycanın Türkiyədəki səfiri M.Novruzoğluya istinad edib: «Bu, Gülhanənin məsuliyyəti öz üzərinə götürmək istəmədiyini göstərir.»Bildirirəm ki Azərbaycan televiziyalarının və hakimiyyətinin Gülhanə Hərbi Tibb Akademiyasının baş katibi Əkrəm Kaynakın verdiyi açıqlama ilə bağlı Demokratik Konqresin Türkiyə təmsilçisi Xanım Xəlilova Ilham Əliyevin baş nazir təyin edilməsi ilə bağlı müraciətin saxta olduğunu vurğulayaraq bəyanat vermişdir. Bəyanatda deyilir:«Əkrəm Kaynak Heydər Əliyevlə bağlı deyil, Gülhanədə insan orqanlarının transplantasiyası probleminə həsr olunmuş mətbuat konfransı keçirib. Həmin tədbirdə jurnalistlər Heydər Əliyevin səhhəti ilə bağlı sual verərkən Əkrəm Kanyak bildirib ki, Azərbaycanın Ankaradakı səfirinin söylədiyinə görə, Əliyevin durumu yaxşıdır, müalicəsi davam edir. Diqqət edin: o, bu sözləri böyükelçinin dediklərinə əsasən söyləyib, Gülhanənin adından deməyib. Bu məsələ «sabah» qəzetində də əksini tapıb. Digər tərəfdən, bu barədə verilən açıqlamaların səhihliyinə yalnız o halda inanmaq mümkündür ki, Əliyevi ekranda göstərsinlər, yaxud ən pis halda onun həkimi Ərtan Dəmirtaş açıqlama versin. Türkiyənin baş naziri Bülənt Ecevit, prezident Süleyman Dəmirəl xəstələnəndə, prezident Turqut Ozal öləndə də bütün açıqlamaları onların öz həkimləri verirdi. Çünki həkimlər Hippokrat andı içirlər, onlar yalan açıqlama verməməlidirlər. Sabah yalanları çıxsa, onlar məhkəməlik olurlar və karyeralarına böyük zərbə dəyər. Ona görə də deyilənlər həqiqətdirsə, qoy onun həkimi açıqlama versin ki, Heydər Əliyevin durumu yaxşıdır, sağ-salamatdır. Bu açıqlama da ortada olmadığına görə, mən yenə sözümün üstündə dayanıram ki, Heydər Əliyev həyatını itirib. Çox yxın günlərdə onun ölümü ilə bağlı rəsmi açıqlama veriləcək.»Qeyd edək ki, «Sabah» qəzeti Heydər Əliyevlə yaxın münasibətləri olan Aydın Doğana məxsusdur. Onun rəhbərlik etdiyi media holdinqin tərkibinə daxil olan başqa nüfuzlu qəzet «Hürriyyət» isə Heydər Əliyevin «cihazlara bağlı vəziyyətdə qaldığını və şüurunun yerində olmadığını» yazıb. Bu, tibb aləmində vegetativ həyat, yaxud «dərin koma» adlanır.«Yeni Şəfəq» qəzetinin 6 avqust sayında Hüsnü Mahallının Azərbaycandakı son hadisələrə həsr olunmuş köşə yazısı dərc olunub. Onu ixtisarla aşağıda verirəm.
«Azərbaycanın dövlət başçısı Heydər Əliyev Ankarada reanimasiyadadır. Bəzilərinə görə, ölmüş də ola bilər. Əliyev elə xəstə və ya ölüm yatağındanca oğlu Ilhamı Azərbaycanın baş naziri təyin etdi. Onun təyinat sənədini necə imzaladığı isə hələ də bilinmir. Istefa verməsi ilə bağlı heç bir bilgi olmadığından əski baş nazirə nə olduğunu bilən yoxdur. Müxalifəti təmsil edən liderlər isə baş verənləri qanun və hüquqa zidd addım kimi qiymətləndiriblər.
Prezident Əliyev oğlu Ilhamı siyasi varis etdi və gərəkli dayaqları son bir ildə hazırladı. Təəccüb edirəm ki, Sovetlər Birliyinin dağılması ilə ortaya çıxan dövlətlərin bir çoxu demokratikləşərkən, əcəba, nədən yalnız müsəlman (Özbəkistan, Qazaxıstan, Azərbaycan, Türkmənistan) olanlar tərsini yapır?! Nədən Əliyev Litva və Estoniya kimi deyil, Iraq kimi olmağı tərcih edir?! Nədən Ilham Uday kimi, Azərbaycan Milli Olimpiya Komitəsinin başına gətirilir?! Nədən Ilham Hüsnü Mübarəkin oğlu Camal kimi, öncə partiya idarəçiliyinə, sonra da parlamentə gətirilir?! Nədən Ilham Qəzzafinin oğlu Seyf əl-Islam kimi, politikaya doğru olmayan yollardan gedir?! Nədən Ilham Hafiz Əsədin oğlu Bəşşar Əsədə oxşayır?! Nədən Heydər Əliyev Ermənistan liderləri qədər ola bilmir?! Nədən iraqlı Səddam Hüseyn, suriyalı Hafiz Əsəd, misirli Mübarək, yəmənli Əli Salih və Liviyalı Qəzzafi kimi ərəb cumhurbaşqanlarına, yaxud digər kral və əmirlərə bənzəmək istəyir?! Nədən Heydər Əliyev Türkiyədən örnək götürmür?! Nədən oğlunu öz xalqına sevdirərək ata Buş kimi demokratik yollarla başqanlığa seçdirmir?!

Ümid və arzu edirəm ki, Heydər Əliyev getdiyi yanlış yoldan geri dönər, ölkəsinin və xalqının gələcəyi üçün son bir dəfə doğru qərar verər. Doğru qərar Azərbaycanın demokratikləşdirilməsidir. Yoxsa petrol zəngini Azərbaycanın sonu Iraqdan elə də fərqli olmaz. Sayın Dəmirəlin söylədiyi kimi, Ortadoğunun Israili varsa, Qafqazın da Ermənistanı var.

Azərbaycan ölkəsi və xalqı bütün bunlara layiq deyil!»

«Cumhuriyyət» qəzeti yazır: «Azərbaycan prezidenti Heydər Əliyevin müraciətindən sonra baş nazir postuna təyin edilən Ilham Əliyev 1961-ci ildə Bakıda doğulub. «Pleyboy» və «böyük qumarbaz» kimi tanınan Əliyevin barəsində çoxlu sayda söz-söhbətlər və suçlamalar var. Əliyev 1991-94-cü illərdə Moskva və Istanbulda mahiyyəti məlumat olmayan müxtəlif «ticarət fəaliyyətləri»ndə bulunub. «Narkobiznesin Geopolitik Müşahidə Mərkəzi»nin 1997-98-ci il tarixli raportunun Azərbaycan-Türkiyə mafiyası münasibətlərinin yer aldığı bölümündə Ilham Əliyevlə bağlı bu fikirlər qeyd edilmişdi: «1996-cı ildə Çilər komandası Heydər Əliyevə təzyiq etmək üçün bir yol tapdı. Ilham Əliyevin qumarxanalar kralı Ömər Lütfü Topalın Istanbuldakı qumarxanalarından birində qumar oynaması təyin edildi. Əliyev Topala 6 milyon dollar borclu qaldı. Azərbaycanın xarici işlər naziri Həsən Həsənov Əliyevin borclarını ödədi, hətta ona Bakıda 20 milyon dollar dəyərində bir yer aldı. Skandalın ortaya çıxmasından sonra Həsənov istefa verdi. Çətin duruma düşən Əliyev (Heydər – K.Ş.) qumarxanaları yasaqlamaq istədiyini açıqlamaq məcburiyyətində qaldı.Əliyevin Isveçrə banklarında milyonlarla dollar mənbəyi bilinməyən pulunun olduğu bildirilir. Onun vitse-prezident olduğu Dövlət Neft Şirkəti ilə də bağlı korrupsiya iddiaları mövcuddur…»«Dünden Bu Güne Tercuman» qəzetinin yazarı Aykut Işıklar yazısının bir bölümünü «Ilham Əliyevin Əbru Gündeş sevgisi» adlandırıb. Ironik tərzdə qələmə alınmış yazının həmən hissəsində deyilir: «Təxminən 5 il əvvəl Əbru Gündeşlə birlikdə Azərbaycana getmişdim. Əbru Bakıda Raks firmasının bir radiosunun açılışını edəcək, bir də konsert verəcəkdi.
Dünyanın dörd bir tərəfinə türk sənətçiləri ilə birlikdə getdim. Amma Əbrunun Bakıda gördüyü ilgi və sevgini heç bir yerdə, kimsədə görmədim. Kraliça Yelizaveta getsə, bu qədər etibar və diqqət, Maykl Cekson getsə, bu qədər maraq olardı. Bütün türk ekipini dövlət sarayında qarşıladı azərbaycanlılar.

Ilham Əliyevin Əbru Gündeş sevgisi

Üçüncü gün bütün bunların səbəbini öyrəndim. Sən demə, indi baş nazir olan Ilham Əliyev Əbru Gündeşin səsinə və şərqilərinə heyranmış. Gəlməsini o istəmiş, hər şeyin mükəmməl olmasını istəyən də o imiş.
O zaman da dövlət başçısı kimi idi. Konsertdən sonra verilən kokteyldə bir yeməkdə, kazinoda uzun-uzun söhbət edib yaxından tanıma fürsətim oldu. Azərbaycanın baş nazirinin Əbru Gündeşə olan heyranlığının bitdiyini heç sanmıram. Bitəcək kimi deyildi. Nə isə bu şəxsi məsələdir, kimin nə işinə?
Amma Türkiyəyə olan sevgi və ilgisi bizim üçün önəmlidir. Bu da bitəcək deyil, daha da inkişaf edəcək kimidir. Çünki Ilham Əliyev bizdən daha çox bizə bənzəyir. Aramızdakı söhbətləri danışmaq mənə yaramaz. Amma Istanbul və Ankara gecələrini və insanları ən az mənim qədər yaxından tanıdığını söyləsəm, düşünürəm, bəzi şeyləri anlayarsınız. Bizim bütün özəlliklərimizi üzərində cəmləşdirən dəliqanlı adam…»
Almaniyada yaşayan soydaşımız Nazim Hüseynov Ilham Əliyevin Türkiyə macəraları ilə bağlı «Yeni Musavat» qəzetinin internet poçtuna göndərdiyi məktubda yazır: «Iki-üç ay əvvəl zəngin bir iş adamı ilə söhbət edirdim. Söhbət əsasında o, Ilham Əliyevə yaxın olduğunu söylədi və necə dincəlmələrindən danışdı. Dedi ki, Türkiyədə olarkən Ilham Əliyevlə saunada olublar. 4 kişi, 4 qadın orada dincəliblər. O 4 kişidən biri olmuş iş adamı and içir ki, saunanı bağlatdıran Ilham Əliyev bir gecəyə 40 min dollar ödədi. Bu iş adamı Ilham Əliyevin saxavətindən danışırdı. Ancaq həmin pullar Ilham Əliyevin deyil, zavallı xalqımızındır.» Türkiyədə ezamiyyətdə olan Azərbaycan Jurnalistlər Konfedarasiyasının baş katibi Azər Həsrətə türk jurnalistləri bildirirlər ki, Gülhanə Hərbi Tibb Akademiyasında müalicə keçən Heydər Əliyevin səhhətilə bağlı yayılan ziddiyyətli məlumatlara aydınlıq gətirilməsi türkiyəli jurnalistləri ciddi şəkildə narahat edib. Məsələnin gündəmi işğal etməsi, paralel olaraq hər hansı bir informasiya almaq məhdudluğu media mənsublarının səbr kasasını əməlli-başlı basdırıb. Jurnalistlərin bu təzyiqlərinin qarşısını almaq üçün isə yeganə vasitə Azərbaycan prezidentini Türkiyədən uzaqlaşdırmaq olub: «Türkiyə mediası Heydər Əliyevin səhhəti ilə bağlı konkret məlumata sahib olmasa da, israr edir ki, prezident ölkədən məhz onların təzyiqilə çıxarılıb.»

G. RUSIYA MEDIYASININ MÜNASIBƏTI

«Utro.ru.» elektron qəzetində «Bakı klonlaşdırması çəpəki alınıb» başlıqlı məqalədə yazılıb: «Prezidentin səhhəti ilə bağlı həddindən artıq ciddi problemlərin olması hakimiyyəti seçkiqabağı kampaniyaya düzəlişlər etmək məcburiyyətində qoyub. Ona görə də Heydər Əliyev hakimiyyəti varisinə ötürməyə (məsələnin demokratik yolla həllindən yalnız rəsmi Bakı dəm vurur) tələsib.Ilham Əliyev ciddi dövlət xadimindən daha çox pleyboya xas olan imic qazanıb. Onu atası ilə müqayisə etmək olmaz – Ilham Əliyev çox zəif siyasətçi və administratordur.»«Dni.ru.» internet qəzetində isə «Azərbaycan Əliyevlərin hakimiyyəti altında» sərlövhəli dərc olunmuş məqalədə yazılıb: «Bu kölgədən gün işığına çıxan oğlun özünü necə aparacağını bilmək olmaz.»

«Rosbalt» elektron mətbu orqanına müsahibə verən Dövlət Dumasının deputatı və «Rusiya regional» deputatı qrupunun üzvü Vladimir Lısenko bildirib: «Azərbaycan prezidenti Heydər Əliyevin oğlu Ilham zəif iradəli siyasətçidir və atasının öləcəyi təqdirdə hakimiyyəti əlində saxlaya bilməz. Ilhamın baş nazir təyin edilməsi prezident seçkilərində şansını xeyli yüksəldib. Lakin bunun üçün Əliyevin də sağ qalması şərtdir. Əks təqdirdə, hakimiyyətə müxalifət qüvvələri gələcək.»

«Rosbalt» elektron orqanına müsahibə verən Rusiya Dövlət Dumasının başqa bir üzvü Serqey Kovalyov isə deyib: «Ilhamın baş nazir təyin edilməsi ölkə qanunvericiliyinə zidd deyil. Ancaq sivil dövlətlərdə olan yazılmamış etik normalar baxımından rüsvayçılıqdır. Azərbaycanda çoxdan sülalə ənənələrinə dayanan Şərq despotizmi qurulub. Bütün postsovet ölkələrində KQB-dən çıxmışların və ya keçmiş partiya nomenkulaturalarının rəhbərlik etdiyi ölkələrdə oxşar tendensiyanı görmək mümkündür. Bu ölkələrdə olan liderlər hakimiyyətə yapışaraq, öz mövqelərini gücləndirməyə çalışırlar. Azərbaycanda demokratiya ilə bağlı bir çox məsələlərdə Moskva da günahkardır. Çünki Əliyev hakimiyyətinə mənəvi dəstək verib. Indi görünür, prezidentin səhhəti olduqca pisdir. Ancaq hakimiyyətin ötürülməsindən nəyinsə dəyişəcəyini də fikirləşmək çətindir».«Exo Moskva» radiosuna müsahibə verən MDB Dövlətləri Institunun direktoru Konstantin Zatulin isə Ilham Əliyevi açıq şəkildə pleyboy adlandıraraq qeyd edib: «Ilham Əliyev, çətin ki, uzun müddətə Azərbaycanda hakimiyyəti əlində saxlaya bilsin. Bugünkü Azərbaycan reallığı belədir ki, hakimiyyət atadan kim vacib hesab edilirsə, ona ötürülür. Məsələn, oğula. Ancaq oğulun bu hakimiyyəti uzun müddətə əlində saxlayıb-saxlaya bilməməsi başqa məsələdir. Ilham Əliyevin xarakteri və təcrübəsindən çıxış edərək demək olar ki, o, ambisiyalı siyasətçilərlə, çətin ki, rəqabət apara bilsin. Belə siyasətçilərsə Azərbaycanda çoxdur. Və onların bəziləri ölkə prezidentinin postuna namizədliklərini elan ediblər. Ancaq Azərbaycanda digər Şərq ölkələrində olduğu kimi, əsas məsələ necə səs verilməsi deyil, əsas səslərin necə hesablanmasıdır. I.Əliyev atasına az oxşayır. O, açıq pleyboydur. Kazınolarda uduzduğu iri məbləğlərə görə adı çoxsaylı qalmaqallarda hallandırılır. Heydər Əliyevə loyal münasibət bəsləyənlərin I.Əliyevə kömək edib-etməyəcəkləri də diqqətdən qaçırılmamalıdır».«Politkom.Ru» elektron mətbu orqanı isə qeyd edir: «Bir müddət öncə Ilham Əliyev atasının seçkiqabağı qərargahına daxil olmaqla onun kampaniyasında yaxından iştirak etmək niyyətini bildirsə də, indi əsas məqsədinin tamam başqa olduğu aydınlaşır. Daxildə baş verənlər hakimiyyəti təşvişə salır. Bütün bunların qarşısını almaq üçün hakimiyyətin varisə ötürülməsinə ehtiyac yaranıb. Heydər Əliyevin Gülhanədə ölməsi barədə yayılan xəbərlərdən sonra bu proses güclənib…»

Ğ. AVROPA VƏ ABŞ MEDIYASININ
MÜNASIBƏTI

Dünyanın ən nüfuzlu «Röyter» xəbər agentliyinin Bakıya ezam olunmuş əməkdaşı Çeremi Paç Ilham Əliyevin baş nazir olmasını «Azərbaycan parlamenti xəstə prezident Heydər Əliyevin oğlunu baş nazir seçməklə keçmiş sovet məkanında hakimiyyətin nəsilliklə ötürülməsi praktikasının əsasını qoydu» şəklində təqdim edib. «Türkiyə xəstəxanasında yatan Əliyev neftlə zəngin Xəzər regionu ölkələrində siyasi gedişləri əvvəlcədən layihələşdirib. Ölkə konstitusiyasına görə 80 yaşlı Əliyev ölsə, onun oğlu, yeni baş nazir Ilham Əliyev müvəqqəti dövlət başçısı olacaq.Müxalifət nümayəndələri bildiriblər ki, Ilham Əliyevin baş nazir olması onun 15 oktyabr prezident seçkisində qalib gəlməsinə və klanın hakimiyyəti öz əlində saxlamasına yönəlib». Müəllifin yazdığına görə, parlamentin qərarından sonra Rusiya televiziyasına müsahibə verən Ilham Əliyev «bu gün atamla telefonla danışdım, o özünü yaxşı hiss edir və mənim baş nazir seçilməyim onu sevindirdi» deyib. Sonra Ç.Paç Ilham Əliyev barədə yazır: «Heydər Əliyevin və kazinolara meylli şəxs kimi tanınan, kifayət qədər intizama va bürokratiyanı idarə etmək üçün siyasi təcrübəyə sahib olmayan oğlu da atasının durumu barədə narahatlıqları aradan qaldıra bilməyib».

Məqalədə daha sonra deyilir: «Dəstək nümayişi olaraq prezident administrasiyasının rəhbəri, hakimiyyətin güclü fırıldaqçılarından olan Ramiz Mehdiyev parlamentin iclasında Ilham Əliyevlə yanaşı oturmuşdu». R.Mehdiyevin Ilham Əliyevlə yanaşı oturmasını «Röyter»ə şərh edən Qərb diplomatı bildirib ki, R.Mehdiyev bununla Ilham Əliyevin «onların adamı» olduğunu nümayiş etdirmək istəyib: «O, effektli şəkildə nümayiş etdirdi ki, «I.Əliyev bizim adamdır, klan və bürokratiya onun arxasındadır», - deyə diplomat bildirib.

Ingiltərənin nüfuzlu «Financial Tayms» qəzeti «Sülalə təhlükəsi: ailənin varisliyi Azərbaycanda sabitliyə təminat verə bilməz» başlıqlı məqalə dərc edib. Məqaləni tam şəkildə verirəm: «SSRI-nin dağılmasından sonra yaranmış sovet respublikaları rəhbərləri içərisində Heydər Əliyev daha çox öz qəddarlığı və məşhurluğu ilə seçilir. O, 30 ildən artıqdır ki, neftlə zəngin Xəzərin sahilində olan Azərbaycanı idarə edir – öncə Kommunist Partiyasının rəhbəri, sonra isə ölkə prezidenti kimi.
O, bir vaxtlar Bakıda KQB-nin başçısı olmuş, sonralar Mixail Qorbaçov tərəfindən korrupsiyada təqsirləndirilərək işdən azad edilmişdi. Altı ildən sonra Heydər Əliyev yenidən siyasi meydana qayıtdı. Amma indi o, xəstə və qocadır. Hakimiyyətini öz ailəsinə vermək istəyir.

Bazar ertəsi prezidentin 41 yaşlı oğlu Ilham Əliyev saxta parlamentdə baş nazir seçilib. Əgər 80 yaşlı atası istefaya getsə və ya ürək xəstəliyindən müalicə olduğu klinikada ölsə, hakimiyyət Ilham Əliyevin əlinə keçəcək. Görünür, Ilham postsovet məkanında ilk ailə sülaləsi təmsilçisi olmaq istəyir.Xarici investorlar, o cümlədən də BP kimi neft kompaniyasını aldatmaq bəlkə də cənab Əliyevin əldə etdiyi stabil, ancaq antidemokratik rejimin gələcək planlarına nəfəs verir. Azərbaycanı terrorizmlə mübarizədə özünün vacib müttəfiqi kimi görən Amerika administrasiyası da kor gözləri demokratik proseslərin bu cür həyasız tapdanmasına yönəltməyə çalışır. Onlar başa düşürlər ki, belə bir şəraitdə sabitliyin əldə olunmasını ehtimal etmək ağılsızlıq olardı.Heydər Əliyevin hakimiyyətinin uzun olmasının sirri təkcə onun qəddarlığı deyil, həmçinin siyasi instinktlərinin və təhlükəsizlik sistemi nəzarətinin nəticəsidir. Daha rəngarəng həyat sürmüş oğlunun ona həvalə olunan işlərdən başqa, «pleyboy» reputasiyası da var. Cənab Əliyev hətta öz atasının əlaqələrini irsən mənimsəsə də, siyasi və iqtisadi meydanda böyük çətinliklə üzləşəcək. Baxmayaraq ki, Gürcüstandan keçən Bakı-Tiflis-Ceyhan neft kəməri müvəqqəti olaraq neft ixracının artmasını təmin edəcək, Xəzərdən neft istehsalı 10 il ərzində azalacaq. Sonradan digər alternativ resurslara investisiya qoyuluşu uğurlu olmayacaq və neftdən alınan gəlirdən böyük hissəsinin kasıb Azərbaycan əhalisinə paylanmasına cəhd edilməyəcək. Korrupsiya qeyri-neft sektoruna investisiya cəlb olunması ümidlərini puç edəcək.

Eyni zamanda qonşu Ermənistanla çözülməmiş Qarabağ konfliktinin gərginliyi get-gedə artır. Cavan Əliyev ola bilsin ki, yerli müxalifətin qabağını almaqdan ötrü yalandan da olsa, torpaqların alınması üçün daha aqressiv hərəkət edəcək.

Onun üçün ən yaxşı variantı atasının reputasiyası üzərində qurulmuş sülalənin ardıcıllığını dəstəkləməkdənsə daha orijinal demokratik mandat axtarmaq və ya səssizcə təslim olmaq olardı. Orta Asiya dərsləri öyrədir ki, diktator sülalələri uzun sabitliyi təmin etmir, hətta iri neft gəlirləri olsa belə. ABŞ Xəzər regionunda eyni səhvləri bir də təkrar etməyəcək.»

Hollandiyanın məşhur «Hrs handelsblad» qəzeti avqustun 5-də Əliyevlərin son oyununu «sürpriz təyinat» – «əsl tamaşa» kimi qiymətləndirir. Məqalədə vurğulanır: «Ata Əliyev əfsanəvi manevretmə qabiliyyətinə malik idi. Amma oğul Əliyev əfsanəvi kazino ustası kimi tanınır. Ata yeganə çıxış yolunu ölkədəki bütün kazinoları qapatmaqda tapdı. Əgər ata Heydər dünyada mövcud diktatorlardan biri kimi tanınırdısa, onun oğlu əsl pleyboyçu kimi ad qazanıb. O, 10 milyard dollarla ölçülən neft müqavilələrinin bağlanmasında birbaşa iştirak edirdi. Fransız, ingilis və rus dillərində yaxşı danışsa da, ciddi insani keyfiyyətlərə malik bir adam kimi tanınmır. Atasında olan ölkəni idarəetmə, bir-biri ilə rəqabət aparan qruplarla müxtəlif xarakterli manevrlər etmək, polis və orduya nəzarət qabiliyyətləri Ilhamda yoxdur.

Azərbaycan Parlamenti atanın xeyir-duası ilə oğul Ilhamı ölkənin baş naziri təyin etdi. Bu, o deməkdir ki, ata vəfat edərsə, seçkilərə qədər ölkəni oğul idarə edəcək. Heydər Əliyev 30 ildən artıq Azərbaycan hakimiyyətində olub. Indi ölkə korrupsiya içində boğulur, burda işsizlik və kasıblığın səviyyəsi bütün mümkün hədləri aşıb. Lakin Heydər Əliyevin dövründə ölkədə bir stabillik var idi. Çünki o, çox güclü diktator idi. Ilham Əliyevin isə belə bir stabillik yarada biləcəyi şübhəlidir.»

ABŞ-ın «Vaşinqton Post» qəzeti yazır: «Heydər Əliyev vəzifəsinə davam edə bilməsə, onda onun keçən il əsas qanunda etməyə nail olduğu dəyişikliyə görə, artıq baş nazir olan Ilham Əliyev avtomatik şəkildə müvəqqəti prezident vəzifəsinə yiyələnəcək. Keçmiş qumarbaz kimi tanınan 41 yaşlı yeni nazir uzun müddətdən bəri prezidentin xələfi olaraq hazırlanırdı.Amerikanın Bakıdakı keçmiş səfiri Stenli Eskudero bildirib ki, bu, açıq-aydın şəkildə hakimiyyətin təhvil verilməsi ssenarisidir. Onun sözlərinə görə, Heydər Əliyevin oktyabrda keçiriləcək seçkilərdə, iştirak edə bilməməsi barədə ciddi risk olmasaydı, Ilham baş nazir vəzifəsinə gətirilməzdi. Azərbaycanın demokratik müxalifəti isə bu addımı Əliyev tərəfindən monarxiyanın təsisi adlandırıb və Heydər Əliyevin səhhətinin oğlunu baş nazir təyin edə bilməyəcək qədər pis olduğu barədə məsələ qaldırıb. Musavat Partiyasının başqanı Isa Qəmbər bu tədbiri neomonarxist ssenarinin tətbiqi və hakimiyyəti ələ keçirmə cəhdi adlandırıb. O deyib ki, hazırkı vəziyyətdə Heydər Əliyevin imzasına etibar etmək olmaz. Müxalifət və siyasi şərhçilər artıq Ilham Əliyevin YAP-ın prezidentliyə namizədi olacağını gözləyirlər. Ancaq onun siyasi hakimiyyətinin atasından çox az olmasına işarə edirlər».ABŞ-ın «Daylı Teleqraf» qəzeti isə keçmiş sovet respublikalarında ilk dəfə monarxiya sisteminin qurulduğunu qeyd edib.
BBC televiziyası
da Azərbaycanda krallıq başlandığını elan edib: «Azərbaycan prezidenti Əliyevin baş nazir seçilən oğlunun pleyboy və qumarbaz bir keçmişi var…» Fransanın məşhur xəbər agentliklərindən olan AFR Azərbaycanın 41 yaşlı yeni baş naziri Ilham Əliyevi təqdim edərkən, onun «qumarbaz»«pleyboy» olduğunu bildirib.
«Frans-Press» agentliyi də Ilham Əliyevin baş nazir olması barədə xəbərin ilk sətrində onun «qumarbaz» «pleyboy» kimi tanındığını qeyd edib. «Əliyevin «vəliəhdi» hesab olunan Ilham Əliyev çoxdandır hakimiyyətə hazırlaşırdı və hökumətyönlü mətbuat onun təbliğinə geniş yer verirdi», – deyə fransız xəbər agentliyi vurğulayıb. Dünyanın ən nüfuzlu qəzetlərindən olan ABŞ-ın «Nyu-York Tayms» qəzetinin Azərbaycana ezam edilmiş müxbiri «Heydər Əliyevin ölüm xəbərinin yayılmasından sonra minlərlə insanın mövcud hakimiyyətə istefa tələbiylə küçələrə çıxdığını» yazıb. Müəllif Ilham Əliyevin baş nazir olmasından bəhs edərək yazır: «Heydər Əliyevin 41 yaşlı oğlu Ilham indiyədək Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti olub. O, qumar və qadın düşkünü imicini qazanıb. Ilham Əliyevin kazinolarda böyük pullar uduzduğu bildirilir.» «Azadlıq» qəzetində (26 avqust 2003-cü il) ABŞ-ın iki nüfuzlu qəzetində yazılmış materiallar dərc edilmişdir. Nyu-York Tayms» qəzeti yazır: «Prezident Heydər Əliyev öz oğlu Ilhamı baş nazir təyin etdikdən sonra «beynəlxalq pleyboyçu» kimi tanınmış bu şəxs oktyabrda prezident seçkilərində qalib gəlmək niyyətinə düşüb. Azərbaycan monarxiya deyil, amma yalnız formal cəhətdən. Sülalə idarəçiliyi ərəb dövlətlərinin timsalında özünün nə qədər pis ideya olmasını artıq göstərib. Amma Dövlət Departamenti bu prosesi «konstitusion» hesab edir, hərçənd ki, Heydər Əliyev Konstitusiyanı öz istəyinə uyğun dəyişib. Bu arada, Azərbaycan hökuməti öz opponentlərini döyür, KIV-i nəzarət altında saxlayır və nümayişkaranə korrupsiyaya rəhbərlik edir… Əliyevlər sülaləsi hər bir xalqın çiçəklənməsi üçün zəruri olan vətəndaş institutlarının qurulması və qanunun aliliyi üçün məhvedicidir.»Məzmunca oxşar bir maqalə ABŞ-ın digər bir nüfuzlu – «Vaşinqton Post» qəzetinin baş məqaləsində dərc edilib. Bu materiallarla Vaşinqton administrasiyası «avtoritar rejim tərəfindən possovet məkanında ilk feodal malikanənin qurulmasını Azərbaycan Konstitusiyasına tam uyğun olması» kimi adlandırdığına görə tənqid olunur. Qəzet ABŞ-ın neft maraqlarında baş verənlərə göz yuman administrasiyanın bəzi üzvlərinin mövqeyini «səhv» adlandırır. «Lakin administrasiyanın bu həftə şahzadə Ilham Əliyev ABŞ rəsmilərilə görüşmək üçün Vaşinqtona təşrif buyuranda öz səhvini düzəltmək üçün imkanı olacaq», – deyə yazıda bildirir.

«Heydər Əliyev zamanında bütün seçkilər ciddi pozuntu şəraitində keçirilib, hakimiyyət insanların hüquqlarını məhdudlaşdırır, polis insanlara türmələrdə işgəncə verir, söz, mətbuat, toplanmaq və başqa azadlıqlar məhdudlaşdırılır. Vəziyyət bu gün də dəyişməz qalır. MSK-da çoxluğa malik Əliyev tərəfdarları nüfuzlu müxalifət namizədləri qeydə almır, polis mitinqçiləri döyür və həbs edir. Bütün bunlar bəlkə də Azərbaycan konstitusiyasına uyğundur. Iş bunda deyil. Əgər kiçik Əliyev ədalətli seçkilərdə qalib gələrsə ABŞ ona hörmət etməli olacaq. Ancaq aydın olmalıdır ki, ABŞ islam dünyasında daha bir korrupsiyalı və irsi monarxiyanın qurulmasında maraqlı deyil» – deyə məqalədə qeyd olunur. Bütün bunlar Heydər Əliyevin ölümünü Türkiyədə çox dar çevrələrin gizli saxladığını ehtimal etməyə əsas verir. Istənilən halda ən müxtəlif mənbələrin, o cümlədən nüfuzlu Qərb agentliklərinin yaydıqları məlumatların müqayisəli təhlili göstərir ki, Heydər Əliyev ölməyibsə belə, ən yaxşı halda «dərin koma» vəziyyətindədir. Deməli, onun adından yayılan sənədlər sadəcə olaraq saxtadır.

 H. JURNALIST ARAŞDIRMASI

  Heydər Əliyevin dünyasını dəyişməsi ilə xəbərlərə aydınlıq gətirmək üçün «Yeni Musavat», «Hürriyyət», «Azadlıq, «Novoye vremya», «Cumhuriyyət» qəzetlərinin birgə qərarı ilə «Cumhuriyyət» qəzetinin baş redaktoru Könül xanım Ismayılova Türkiyəyə ezam olunmuşdu. Redaktorlar Birliyinin 12 avqust tarixli növbəti toplantısında o, «Gülhanə» Hərbi Tibb Akademiyasında müalicə alan Heydər Əliyevin taleyi barədə əldə etdiyi məlumatları açıqladı.Türkiyə səfəri zamanı Heydər Əliyevlə bağlı müxtəlif mənbələrdən məlumat aldığını deyən K.Ismayılova bildirdi ki, avqustun 4-də dövlət başçısı ilə bağlı məlumat almaq üçün «Gülhanə» Hərbi Tibb Akademiyasına rəsmi məktub göndərib. «Məktubda bildirdim ki, Heydər Əliyevin ölümü barədə xəbərlər dərc edən qəzetlərə təzyiqlər olunur. Heydər Əliyevlə görüş istəyirəm. Əgər görüş mümkün deyilsə, palatasında ona baxış keçirim. Məktub ayın 5-də dəftərə qeyd edilib. Avqustun 6-da isə Heydər Əliyev Klivlendə aparıldı. Avqustun 8-də «Gülhanə» Hərbi Tibb Akademiyasından mənim məktubuma cavab verildi. Bildirildi ki, Heydər Əliyev «Gülhanə»də olmadığından, onun səhhətilə bağlı açıqlama verə bilməzlər. Ancaq əldə etdiyim məlumatlara görə, Heydər Əliyevin avqustun 1-də beyni ölüb. Avqustun 4-də isə «Gülhanə» Hərbi Tibb Akademiyasında bu sənədləşdirilib. Bildirilir ki, əgər müxalifət Heydər Əliyevlə bağlı məlumat verilməsini tələb edərsə, buna cavab verilər. («Bizim Azərbaycan» Bloku və «AMAL» Ziyalı Hərəkatı Türkiyənin «Gülhanə Hərbi Tibb Akademiyasına Heydər Əliyevin sağlamlıq durumu ilə bağlı sorğu göndərmələrinə baxmayaraq, sorğulara cavab verilməmişdir – N.A.) «Gülhanə» əskərlərilə söhbət zamanı onlar Heydər Əliyevin cənazəsini arxa qapıdan ambulans maşınına yüklədiklərini bildirdilər. Hərbi Tibb Akademiyasının giriş qapısından isə prezidentin dalınca gələn maşına onun şəxsi əşyaları yüklənib.»
K.Ismayılova qeyd etdi ki, Türkiyədə olduğu zaman Heydər Əliyevin Klivlenddə ürəyinin transplantasiya ediləcəyi barədə məlumatlar eşidib. K.Ismayılovanın sözlərinə görə, bu barədə «Gülhanə» həkimlərindən birilə söhbətində mütəxəssis bunun mümkün olmadığını deyib. «Onu da deyim ki, Heydər Əliyev Klivlendə aparılmazdan öncə oranın həkimlərindən biri onu müayinə etmək üçün «Gülhanəyə» gəlib. Heydər Əliyevi müayinə edərək, onun Klivlendə aparılmasının mümkün olmadığını söyləyib. Lakin «Gülhanə» ilə Klivlend klinikaları arasında anlaşma olduğundan, Heydər Əliyev ora aparılıb. Heydər Əliyevin Klivlendə aparılmasından əvvəl onu Ingiltərəyə və ya Fransaya götürmək istəyiblər. Lakin sözügedən dövlətlər onu qəbul etməyib. Türkiyədə olduğum müddətdə səfir M.Əliyevin Heydər Əliyevi görməsi barədə açıqlamasının yalan olduğu da aşkara çıxdı.»

 6. HEYDƏR ƏLIYEVI APARDILAR

 6 avqustda axşam Türkiyənin elektron mətbu orqanları Heydər Əliyevin cənazəsinin gecə Bakıya gətiriləcəyinə dair məlumat yaydılar. Məlumatda deyilir ki, «Heydər Əliyevin cənazəsi hərbi təyyarə ilə aparılacaq və Binə Hava Limanına deyil, hərbi hava limanının birinə düşürüləcək.»Bu məlumatdan öncə «Anadolu» agentliyi Heydər Əliyevin «Gülhanə»dən çüxarılaraq, müalicəsini davam etdirmək üçün gecə ABŞ-a götürüləcəyi barədə məlumat yaymışdı. Sonradan «Avrasyatürk»ün verdiyi məlumatda göstərilir ki, «Anadolu» agentliyi xəbəri Azərbaycanın Türkiyədəki səfiri Məmməd Əliyevə istinadən yayıb. Lakin Türkiyənin elektron mətbu orqanları saat 22:45-də məlumatın həqiqətə uyğun olmadığını və Türkiyə hökuməti tərəfindən verilmiş sifariş əsasında yayıldığını bildirdilər. Türkiyə mətbu orqanlarının əldə etdikləri məlumata görə iqtidar yetkiləri xalqın hava limanına hücum edəcəyindən ehtiyatlanıb Heydər Əliyevin ABŞ-a aparıldığına dair məlumatların yayılmasını sifariş ediblər. Türkiyəni böyük oyunda iştirakçı olduğuna görə qınayan qardaş ölkənin mətbuatı Türkiyə Cumhuriyyətini əsrin biabırçılığına imza atmaqda ittiham edir.
Saat 23:00. Türkiyə elektron mətbuatı Heydər Əliyevin vəfatı xəbərinin 6 və ya 7 avqustda açıqlanacağı məlumatını yayıb. Saat 23:10. Türkiyə elektron mətbuatı şok məlumatlar yaydılar: «Heydər Əliyevin cənazəsi Türkiyədən gizlicə qaçırılır. Hərbi təyyarədə Bakıya götürüləcək Heydər Əliyevin cənazəsi daha sonra torpağa veriləcək.»  Qeyd edək ki, 5 avqustda «Kanal-D» telekanalında Heydər Əliyevin gecə Bakıya aparılacağına dair məlumat verilmişdi. Həmçinin belə bir xəbəri «SNN Türk» telekanalı da yaymışdı. Bu məlumatda göstərilir ki, Əliyevin Bakıya aparılması ailəsi tərəfindən istənilib.
«Avrasyatürk»ün saat 01:35-ə olan məlumatında bildirilir: «Hərbi mənbələrdən alınan məlumata görə Əliyevi bu gecə (5 avqustda) aparan təyyarə əvvəl ABŞ-a doğru istiqamət alacaq və bir qədər sonra Bakıya Əliyevin guya havada öldüyü haqda məlumat veriləcək.»

         Avqustun 5-də Türkiyənin SNN telekanalı məlumat yaydı ki, «Gülhanə» Hərbi Tibb Akademiyasının kordiologiya şöbəsinin rəisi, Erkan Demirtaş vəzifəsindən istefa verib. O, 1999-cu ildən Heydər Əliyevin həkimi idi. Qeyd edək ki, Heydər Əliyevin müalicəsinə «Gülhanə»də o rəhbərlik edirdi.

«Hürriyyət» qəzeti 6 avqust 2003-cü ildə yazır: «Qəzet çapa hazırlanarkən məlumat aldıq ki, Türkiyənin «Gülhanə» Hərbi Tibb Akademiyasında həkimlərlə Əliyevin adamları arasında ciddi mübahisə başlayıb. Azərbaycan və Türkiyə ictimaiyyətinin ciddi etirazlarına rəğmən Heydər Əliyevin ölümünün gizlədilməsinin artıq mümkün olmadığını bildirirlər. Əldə etdiyimiz məlumata görə, «Gülhanə»nin həkimləri Əliyevin adamlarına təklif edir ki, ya Heydər Əliyevin cəsədini Azərbaycana bir gün sonra onun öldüyünü bəyan etsinlər, ya da «Gülhanə» bununla bağlı açıqlama versin.»Qeyd edək ki, Türkiyədə mövcud olan qanunlara əsasən, hər hansı ölkənin dövlət başçısı bu ölkənin xəstəxanasında ölərsə, bu haqda məlumat onun ailəsinin və ya hökumətin icazəsilə verilir. Bu da Azərbaycanda və Türkiyədə Heydər Əliyevin ölümünün gizlədilməsilə bağlı yaranan durum «Gülhanə»nin həkimlərini artıq qəti addımlar atmağa sövq edib. Ona görə də, mənbə Heydər Əliyevin cəsədinin bu gün və ya sabah ölkəyə gətiriləcəyini istisna etmir.

Baxmayaraq ki, Azərbaycanın Türkiyədəki səfiri Məmməd Əliyev, Heydər Əliyevin oğlu Ilham Əliyev və başqa dövlət rəsmiləri Heydər Əliyevin səhhətinin normal olduğunu, tezliklə Azərbaycana qayıdacağını bildirdilər və hətta M.Əliyev avqustun 7-də, Ilham Əliyev isə avqustun 6-dək Bakıya dönəcəyini söyləmişdilər, lakin avqustun 6-da hökumətin daha bir yalanı üzə çıxdı. AzərTAc dövlət başçısı Heydər Əliyevin müayinə və müalicəsini davam etdirmək üçün Bakı vaxtı ilə saat 12:30-da Ankaradan ABŞ-ın Klivlend şəhərinə yola düşməsi barədə məlumat yaydı. Bu məlumatla hakimiyyət bir daha Heydər Əliyevin səhhəti ilə bağlı indiyədək açıqlanan rəsmi xəbərləri təkzib etdi.

Nəhayət, «Gülhanə» Hərbi Tibb Akademiyasının ətrafında gözləyən jurnalistləri Heydər Əliyevin kartejinin Türkiyə vaxtı ilə saat 09:50-də (Bakı vaxtı ilə 11:50-də) Gülhanədən çıxdığını və «Esenboğa» Hava Limanına doğru hərəkət etdiyini xəbər verdilər. NTV-nin müxbiri canlı yayımda bunu belə təsvir edirdi: «Bu anlarda Heydər Əliyevin xidməti maşını Gülhanə Hərbi Tibb Akademiyasından ayrıldı, lakin maşının pərdələri bağlı olduğundan içəridə Əliyevin olduğunu görə bilmədik.» Ardınca müxbir Əliyevin xüsusi ambulansla Hərbi Tibb Akademiyasından çıxarıldığını xəbər verdi. Beləliklə, «Esenboğa» Hava Limanına doğru iki kortej hərəkət etməkdəydi.
Türkiyənin dövlət «Anadolu» agentliyi saat 09:20-də Heydər Əliyevin maşınının mühafizəsinin müşayiəti ilə Gülhanədən ayrıldığı məlumatını yaydı. Əliyevin öz maşını ilə deyil, ambulansla Ankaranın Esenboğa Hava Limanına aparıldığı bildirildi. Qeyd olunurdu ki, Əliyev ambulans-təyyarə ilə ABŞ-a götürülə bilər.

7. «ESENBOĞA» HAVA LIMANI

Təqribən 20 dəqiqə sonra Heydər Əliyevin xidməti maşınının hərəkət etdiyi kortej «Esenboğa» Hava Limanına çatdı və Türkiyənin TRT-2, NTV, «Kanal-D» və başqa telekanalları orada baş verənləri dəqiqə-dəqiqə canlı yayımda nümayiş etdirməyə başladılar.   TRT-2-də canlı yayınlanan məlumatlar «avrasyatürk» internet saytında operativ surətdə yerləşdirilirdi. Bakı vaxtı ilə saat 12:00 radələrində başlayan canlı yayında TRT-2-nin müxbiri hava limanında ambulans təyyarənin olduğunu bildirdi. Telekanal təyyarənin görüntüsünü yayınlanmağa başlarkən trapın qarşısında üç limuzin dayanmışdı. Görünür, qurulmuş planda Əliyevin guya özünün trapdan təyyarəyə qalxması qənaətini yaratmaq üçün belə bir aldadıcı manevrlərə əl atılıb. Lakin TRT-2-nin canlı yayın kameralarının gözündən bunu da yayındıra bilməyəcəklərini hiss etdiklərindən dərhal kameranın görüntü sahəsini məhdudlaşdırmaq üçün limuzinlərin qarşısını haradansa peyda olan iri bir avtobusla kəsdilər. Avtobus dayandığından və təyyarənin trapının üstü örtülmüş (!) olduğundan artıq təyyarəyə daxil olan və çıxan bir kimsəni görmək mümkün deyildi. Indi artıq rahatca «Əliyevin buradan düşdü, ora mindi» yalanını sırımaq üçün bütün dekorasiyalar yerində idi…Müxbir bildirdi ki, təyyarənin havaya qalxmasını mümkün qədər KIV-dən gizli saxlamağa çalışırlar. Telereportyor Heydər Əliyevin təyyarəyə başqa yolla mindirilə biləcəyini də istisna etmədi. Qeyd olundu ki, ambulans-təyyarə dünən gecədən gözləyir. Onun içərisinə Heydər Əliyevin şəxsi təyyarəsindəki tibbi ləvəzimatlar yüklənib və dünən gecə rəhbərin təyyarəsi Bakıya uçub. Müxbir qeyd etdi ki, təyyarənin ətrafında üç maşın (onlardan birinin limuzin olduğu bildirildi) dayanıb, lakin Əliyevin onların içində olub-olmadığını müəyyən etmək mümkün deyil. Müxbir eyni zamanda hava limanına ambulans maşınının gəldiyini də söylədi.
Bu hadisələrin hər dəqiqəsini sayta yerləşdirən «avrasyatürk»ün saat 10:02 məlumatı. TRT-2 canlı yayında. Əliyev ambulansla hava limanına «gətirilir». Təyyarənin önündə saxlanılan avtobusla telekanalların görüntüsinə maneə yaradılıb. Bu ana qədər ambulans təyyarəyə yaxınlaşmadı… Saat 10:03. TRT canlı yayında. Əliyevin ABŞ-a, yoxsa Bakıya aparıldığı hələ bəlli deyil. Əliyevin ambulansı 5 dəqiqədir ki, hava limanına gəlib, amma Azərbaycan təyyarəsinə deyil, Türkiyə Hava Yollarına məxsus təyyarəyə yaxınlaşıb
    Saat 10:05. TRT-2 canlı yayında. Təyyarənin yanına hələ bir kəs yaxınlaşmayıb. Az öncə müşayiətçi avtomobillərlə birgə anbulans gəlib. Amma ambulans maşın təyyarəyə yaxınlaşmadı. Ola bilər ki, maşın əks tərəfdən, görünməyən hissədən təyyarəyə yaxınlaşsın.

Saat 10:06. TRT-2 canlı yayında. Əliyevin bu halda Bakıya göndərilməsinə izn verilməyib. Təyyarənin yanındakı maşınlarda Əliyevin olması barədə heç nə deyilmir. Lakin önündə və ətrafında medianın işçiləri üçün yaradılan əngəllər durumun ciddi olmasından xəbər verir.Saat 10:08. TRT-2 canlı yayında. Ambulans hələ də Azərbaycan təyyarəsinə yaxınlaşmadı. Esenboğa limanında ciddi bir canlanma var. Azərbaycandan dünən gəcə gətirilən bir ambulans-təyyarəyə Əliyevi Ankaraya gətirən təyyarədəki yüklər yüklənib və ekipaj mindirilib. Ilham Əliyevin söylədiklərinə görə, Əliyev Bakıya dönəcək. Bizdə (TRT-2-də) olan məlumata görə isə ABŞ-a götürüləcək.

TRT-2 canlı yayında. Təyyarənin yanında 3 maşın var. Amma içində nə olduğunu bilmirik.
Qeyd edək ki, canlı yayın xəbəri ilə paralel olaraq, «avrasyatürk» saytı da özəl məlumatlarını yayıb.  Saat 10:25. «Avrasyatürk» tarixi açıqlayır. Hərbi qaynaqlardan bizə məlum olub ki, Əliyev ölüb və bu an cənazəsi Bakıya götürülür. Neçə gündür ki, Əliyevin öldüyünü yazmışıq, amma Azərbaycanda bizə qarşı böyük kampaniya başlandı. Baş qərargahdan aldığımız məlumata görə, Əliyev ölüb və cənazəsi Baküya götürülür. Hava limanındakı bütün gizliliklər isə bununla bağlıdır.Saat 10:29. Əliyevin beyin ölümünün 31 iyulda baş verdiyini yazmışdıq. Rəsmi törən təşkil olunmadan Əliyev Bakıya götürülür. Böyük oyun bitdi. Əbülfəz Elçibəyə qismət olan törən Heydər Əliyevə qismət olmadı. Çünki Türkiyə dövləti Əliyevə rəsmi törən təşkil etmək istəmədi.    Saat 10:36. TRT-2. Əliyevi yola salmağa heç bir Türkiyə rəsmisi gəlmədi. Əliyevin ölüb-ölmədiyi mesajları verilərkən, onun kardo keçidindən təyyarəyə mindirildiyi bildirilir. «Avrasyayürk»ə bəlli olan malumatlar bunlardır: Türkiyə dövləti bu oyuna icazə vermədi. Əliyevin cənazəsini yola salmağa rəsmi şəxslərdən kimsə gəlmədi. Sadəcə, general-mayor gerbli bir maşın gəldi. Nə Ankara valisi, nə hər hansı bir nazir, nə də bir millət vəkili! Türkiyə dövləti bu şəkildə etirazını göstərdi. Bu təpki, əslində yalnız Heydər Əliyevə, oğlu Ilham Əliyevə deyil, eyni zamanda Ilham Əliyev baş nazir təyin olunandan sonra bir-iki saat içində təbrik edən baş nazir Rəcəb Teyyub Ərdoğan və xarici işlər naziri Abdulla Gülə qarşıdır.

Saat 10:45. «Avrasyatürk» saytı olaylara baxışını açıqlayır: Əliyev sağdırsa, niyə bir kimsə onu yola salmadı, ölüdürsə, niyə rəsmi törən olmadı? «Avrasyatürk»ün bu neçə gündə yazdığı olay bütün çılpaqlığı ilə TRT-2-də yayınlanan zaman məlum oldu. Canlı yayında TRT-nin aparıcısı soruşurdu: «Yola salmaq üçün rəsmi şəxs gəlibmi?» Cavab: «Xeyir, heç bir rəsmi şəxs yoxdur.» Türkiyə dövləti bu neçə gündə Əliyevin ölümü ilə bağlı yapılan spekulyasiyalara dövlət telekanalı ilə son nöqtə qoydu. TRT-2 canlı yayında bütün dünyaya Əliyevin öldüyünü və cənazəsinin kardo bölümündən başqa bir təyyarəyə yükləndiyini bildirdi. Türkiyə dövlətinin ən önəmli təpkisi ilə Əliyevi kimsənin yola salmaması şəklində oldu. Yenə Bakıda Əliyevin yaşadığı iddia ediləcək? Onda biz soruşuruq, əgər Əliyev yaşayırsa, niyə onu yola salmağa bir kimsə gəlmədi? Əgər ölübsə, niyə cənazəsi rəsmi əskəri törənlə yola salınmadı? Vaxtilə Elçibəy vəfat edən zaman dövlət başçısı olmasa belə, rəsmi törənlə, türk bayrağında Bakıya göndərildi. Biz bu suallara cavab veririk: Ilham Əliyevin baş nazir seçilməsinə görə Türkiyə dövləti hökumətə qarşı etirazını bu şəkildə göstərdi. TRT-2-nin müxbiri deyir ki, Əliyevin təyyarəyə mindirildiyini də görmədim. Bir ambulans kardo bölümündən yaxınlaşdı və oradan təyyarəyə mindirilə bildiyi guman olunur.Bütün olaylar çılpaqlığı ilə ortadadır. Biz deyirik, Azərbaycanda millətçi insanlar bədbin düşüncəyə qapılmasınlar, Türkiyədə hökumət dövlət deyil. Dövlət TRT-2-də istədiyiniz kimi danışır və təpkisini açıqca ortaya qoyur. Bu oyun bitmişdir…  Bakı vaxtı ilə saat 13.02-də Türkiyə telekanalları Heydər Əliyevin xidməti təyyarəsini, bir neçə dəqiqə sonra isə üzərində «MÇS Rossiya» yazılmış nəhəng IL-62M təyyarəsinin uçuş zolağına doğru irəlilədiyini nümayiş etdirir. Az sonra TRT-1, Anadolu Aynası Heydər Əliyevin «müayinə və müalicəsini» davam etdirmək üçün ABŞ-a Klivlend klinikasına aparılması barədə xəbər yayır. Eyni məzmunlu xəbəri AzərTAc da yayır. Bütün dünyanın gözü qarşısında oynanan bir neçə günlük Böyük Oyunun – «Heydər Əliyev oyununun» – «Azərbaycan oyununun» Türkiyə hissəsi bitdi və indi hamı ən yaxşı halda «dərin koma», yaxud «beyin fəaliyyəti dayanan» xəstənin Klivlendə niyə aparıldığını düşünməkdədir.«Avrasyatürk» sual verir: «Əliyevə təyyarə niyə Rusiyadan gəldi? Əliyev niyə Gülhanədən götürülüb, ABŞ-a aparıldı? Rusiya «Əliyev əməliyyatı»nda ABŞ-la birgə çalışırmı? Gülhanə Əliyevin ölümünü niyə rəsmi açıqlamadı? Türkiyə Əliyevin ölkədən təcili aparılmasınımı tələb etdi? Bu suallara cavab verildikdə, bir aksiom kimi tam aydın olacaqdır ki, «Heydər Əliyev oyunu»nu – «Azərbaycan oynu»nu üç ölkə: Türkiyə hökuməti, Rusiya və ABŞ oynayır. Azərbaycan qumara qoyulmuşdur.»ABŞ-a Klivlend klinikasına aparılması barədə xəbər yayır. Eyni məzmunlu xəbəri AzərTAc da yayır. Bütün dünyanın gözü qarşısında oynanan bir neçə günlük Böyük Oyunun – «Heydər Əliyev oyununun» – «Azərbaycan oyununun» Türkiyə hissəsi bitdi və indi hamı ən yaxşı halda «dərin koma», yaxud «beyin fəaliyyəti dayanan» xəstənin Klivlendə niyə aparıldığını düşünməkdədir.   «Avrasyatürk» sual verir: «Əliyevə təyyarə niyə Rusiyadan gəldi? Əliyev niyə Gülhanədən götürülüb, ABŞ-a aparıldı? Rusiya «Əliyev əməliyyatı»nda ABŞ-la birgə çalışırmı? Gülhanə Əliyevin ölümünü niyə rəsmi açıqlamadı? Türkiyə Əliyevin ölkədən təcili aparılmasınımı tələb etdi?Bu suallara cavab verildikdə, bir aksiom kimi tam aydın olacaqdır ki, «Heydər Əliyev oyunu»nu – «Azərbaycan oynu»nu üç ölkə: Türkiyə hökuməti, Rusiya və ABŞ oynayır. Azərbaycan qumara qoyulmuşdur.»

8.«ÜZƏRINDƏ«MÇS ROSSIYA»YAZILMIŞ TƏYYARƏ 16:15-də «NASOSNI» HƏRBI AERODROMUNA ENIB»

 6 avqust 2003-cü ildə saat 17.00 radələrində məlumatlı hərbi mənbələrdən «Azadlıq» qəzetinə şok məlumat daxil olur. Bu barədə «Azadlıq» qəzeti (7 avqust 2003-cü il) yazır: «Ankaranın Bakıya uçuş vaxtının təqribən 3 saat olduğunu nazərə alaraq Heydər Əliyevin Klivlendə yox, əslində böyük məxfilik şəraitində Azərbaycana gətirildiyini də güman etmək olar! Göstərilən vaxtda «Nasosnı» hərbi aerodromuna üzərində «MÇS Rossiya» yazılmış nəhəng təyyarənin endiyini başqa mənbələr də təsdiq edir. Həmçinin bəlli olur ki, hərbi vertolyotlar təyyarə enməzdən az əvvəl ərazidə uçuşlar keçirib. Bu məlumatı isə bizə Gürcüstan telekanallarının birində çalışan həmkarlarımız verir, lakin onlar nə baş verdiyi haqda başqa heç nə bilmir.» Saat 18.00. Rusiyanın RTR telekanallarının «Vesti» proqramında «Esenboğa» Hava Limanında baş verənlərə aid videosüjet nümayiş etdirilir. Telekanalın müxbiri Heydər Əliyevin Rusiya Fövqəladə Hallar Nazirliyinə məxsus təyyarədə aparılması barədə nazirlikdən mövqe öyrənməyə çalışır və nazirlik faktla bağlı açıqlama verməkdən imtina edir… «Azadlıq» qəzeti yazır: «Heydər Əliyevin «Nasosnı»dan hara aparıldığı barədə məlumatlar əldə edə bilməsək də, dünən baş verənlər Böyük Oyunun konturlarını, deyəsən, açıqlamaqdadır. Həmin oyun Əliyevin ölümünün neçə gündür gizlədilməsindən, Azərbaycanda hayatda olmayan dövlət başçısı adından fərmanlar yayaraq hakimiyyətin «varis»ə ötürülməsindən və nəhayət, dünən baş verənlərdən ibarətdir. Bu oyunun ABŞ-ın, Rusiyanın, Türkiyənin xüsusi xidmət orqanlarının iştirakı ilə qurulduğuna da şübhə etməmək olar. Rusiyanın xüsusi təyyarə ayırması, Əliyevin ABŞ-a aparıldığı barədə görüntünün yaradılması, Türkiyənin Əliyevin durumuna açıqlıq gətirməkdən imtina etməsi bunu təsdiqləyir.» 6 avqust 2003-cü ildə axşam Rusiyanın Fövqəladə Hallar Nazirliyi Heydər Əliyevin nazirliyə məxsus təyyarə ilə ABŞ-a aparılmasına dair açıqlama verib. Nazirlikdən Rusiyanın NTV televiziyasına bildiriblər ki, Azərbaycan hakimiyyəti Əliyevin ABŞ-a aparılmasına yardım üçün Rusiya hökumətinə müraciət edib və bu müraciətə müsbət cavab verilib. «Əliyevi təyyarədə Rusiya Fövqəladə Hallar Nazirliyinin həkimlər qrupu müşayət edir.» – deyə açıqlamada bildirilir.Qeyd edək ki, Türkiyənin NTV kanalı Heydər Əliyevi Gülhanə həkimlərinin müşayət etdiyini xəbər vermişdi.
Türkiyəyə uçarkən Ilham Əliyevin yarı yoldan Bakıya qayıtması və həmən vaxtda da Rusiyanın «MÇS Rossiya» yazılmış təyyarəsinin «Nasosnı» hərbi aerodromuna enməsi, Heydər Əliyevin cənazəsinin əvvəl Bakı yaxınlığındakı hərbi aerodroma gəlməsindən və burada Ilham Əliyevin atası Heydər Əliyevlə vidalaşdıqdan sonra təyyarənin Amerikaya uçmasından xəbər verir.

9.ABŞ HÖKUMƏTI «HEYDƏR
ƏLIYEVIN KLIVLENDDƏDIR»
AÇIQLAMASINI VERMƏK
MƏSULIYYƏTINI ÜZƏRINƏ
GÖTÜRMÜR

 Avqustun 7-də TURAN-ın müxbirinin dəfələrlə telefonla müraciət etdiyi Vaşinqtondakı Azərbaycan səfirliyindən Heydər Əliyevin ABŞ-a çatması ilə bağlı dəqiq məlumat olmadığını bildiriblər.
Həmin gün ABŞ Dövlət Departamentində keçirilən ənənəvi brinfiqdə departamentin rəsmi nümayəndəsi Filipp Piker Heydər Əliyevin Klivlenddə olması barədə suala birmənalı cavab verməyib. Sualdan narazı qaldığını gizlətməyən Filipp Piker əvvəlcə jurnalistin sözünü yarımçıq kəsərək ona cavab vermək istəməyib(«Turan»). Lakin bir müddət keçdikdən sonra ona Heydər Əliyevin Klivlənddə olub-olmaması və sağlıq durumu barədə təkrar sual verilib. Pikerin cavabı çox yayğın və qeyri-müəyyən olub. «Bizə məlumat verilib ki, prezident Heydər Əliyev müalicə keçmək üçün ABŞ-a yola düşüb. Digər xırdalıqlar, həmçinin onun bura gəlib-gəlməməsi kimi suallarla Azərbaycan hökumətinə, ya da onların buradakı səfirliyinə müraciət etməyi məsləhət görərdim.»ABŞ Dövlət departamentinin faktı təsdiqləməkdən açıqca yayınması «Əliyev müəmması»nı artırır. Açıq şəkildə görünür ki, F.Piker «Əliyev Klivlenddədir» açıqlamasını vermək məsuliyyəti ABŞ hökumətinin üzərinə qoymaqdan imtina edib.
Avqustun 7-də günün sonunda ANS-in Vaşinqton müxbiri Kənan Kazımoğlunun verdiyi məlumata görə, Klivlend klinikasının rəhbərliyi bu gecə Heydər Əliyevin sağlamlıq durumu ilə bağlı rəsmi açıqlama ilə çıxış edəcək. Ancaq onun sözlərindən belə məlum oldu ki, bu açıqlama klinikanın həkimləri tərəfindən deyil, Azərbaycan iqtidarı tərəfindən təqdim edilmiş rəy olacaq. (?)

10.ILHAM ƏLIYEV ILQAR ALTAYIN
TƏKLIFINI QƏBUL ETMƏDI

      Türkiyənin «Gülhanə» Hərbi Tibb Akademiyasında Heydər Əliyevin səhhəti ilə bağlı tədqiqat aparmış Müstəqil Təhqiqat Mərkəzinin rəhbəri Ilqar Altay bu araşdırmanı davam etdirmək üçün ABŞ-ın Klivlend klinikasına səfər etmək qərarına gəldi. O, Heydər Əliyev müəmmalarına son qoymaq məqsədilə birgə araşdırma aparmaq üçün dövlət başçısının oğlu Ilham Əliyevə mətbuatda çap etdirməklə aşağıdakı məktubla («Yeni Müsavat», 19 aprel 2003-cü il) müraciət etdi: «Bildirmək istəyirəm ki, sizin atanız və dövlət başçısı Heydər Əliyevin qırx gündən artıqdır ki, ölkəni tərk etməsi, əvvəl Türkiyənin Gülhanə, sonra isə ABŞ-ın Klivlend xəstəxanasında yerləşdirilməsi və bu istiqamətdə bir-birini təkzib edən xəbərlərin yayılması cəmiyyətdə dərin narahatlıq, çaşqınlıq yaradıb. Heydər Əliyevin bu müddət ərzində görünməməsi, xalqla təmasda olmaması, üstəlik, prezident, Ali Baş Komandan, prezidentliyə namizəd səlahiyyətlərini əlində saxlaması ölkəni və seçkiləri qeyri-ciddi vəziyyətə salır. Bu vəziyyət təhlükəli xarakter almaqdadır.Cəmiyyətdə yaranmış qeyri-müəyyənliyə son qoymaq üçün rəhbərlik etdiyim mərkəz araşdırmalara başlayıb. Dövlət başçısının bu müddət ərzində öz vəzifəsini icra etmək qabiliyyətində olub-olmadığını müəyyənləşdirmək üçün tədqiqat aparmışıq. Həqiqətin xalqa çatdırılması üçün Heydər Əliyevin iyulun 8-dən avqustun 6-dək müalicə olunduğu Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyasına səfər də etmişəm. Tam obyektiv nəticəyə gəlmək üçün dövlət başçısının müalicə olunduğu iddia edilən ABŞ-ın Klivlend klinikasına səfər etməyə ehtiyac var. Heydər Əliyevin səhhəti ətrafında yaranmış müəmmalara son qoymaq və bu məsələdə ümummilli etimad mövqeyinin təmin olunması üçün xahiş edirəm ki, bütün tərəfləri əks etdirən birgə komissiya təşkil olunmasına və bu işdə iqtidar nümayəndəsinin də iştirakına razılıq verəsiniz. Təklifin dəstəklənməsi yaranmış problemin çözümündə iqtidar-müxalifət tərəflərinin səmimiliyinin göstəricisi sayıla bilər.»

11. ILQAR ALTAY KLIVLENDDƏ

 Müstəqil Təhqiqat Mərkəzinin rəhbəri Ilqar Altay isə mövcud bütün maneələri keçərək, okeanın o tayına, Amerikaya Heydər Əliyevi axtarıb-tapıb, sağlamlıq durumunu öyrənmək üçün tək getdi. O ilkin məlumat olaraq telefonla bildirdi ki, «Klivlend xəstəxanasına asanlıqla daxil oldum. Sözün düzü, bu sərbəstliyi gözləmirdim. Klinikanın ürək korpusundakı sorğu-informasiya mərkəzinə yollandım. Orada Heydər Əliyevin barəsində məlumat öyrənmək istədim. Onlar kompüterləri çox axtarsalar da, Heydər Əliyevin adına rast gəlmədilər. Təxminən 20 dəqiqəyə yaxın bütün kompüterləri axtarıb, mənə kömək etmək istədilər də, nəticəsi olmadı. Sonra orada bir türkü tərcüməçi kimi çağırdılar. Həmin türk dedi ki, Heydər Əliyev buradadır. O, Heydər Əliyevin Mühafizə xidmətini çağırdı. Xüsusi Dövlət Mühafizə Xidmətinin rəhbəri Vaqif Axundov və Heydər Əliyevin şəxsi həkimi Ərtan Demirtaş gəldilər, onlarla söhbət etdim. Onlar belə təkid etdilər ki, Heydər Əliyev Klinikadadır. Lakin mən kardioloji korpusun bütün mərtəbələrini gəzdim, orada çox müxtəlif şöbələrdə insanlar müalicə olunur, barokameralarda və s. yerlərdə insanlar var. Bunlar Heydər Əliyevi mənə göstərmədilər, onun burada olması və sağ olması barədə nəticəyə gələ bilmərəm. Mən bu fikrimi V.Axundov və Ə.Demirtaşa görüş zamanı da demişəm.»Bu mərhələdə, 13 sentyabr 2003-cü ildə «AzərTAc» Klivlend klinikasının mətbuat üçün növbəti məlumatını yaydı. Məlumatda bildirildi ki, Heydər Əliyev ürək çatışmazlığından aldığı müalicəyə yaxşı reaksiya göstərir: «Azərbaycana dönmək üçün hazırlıq kimi, Heydər Əliyev reablitasiya və fiziki terapiya kursu keçməkdədir.»Eyni vaxtda isə Klinikadan I.Altay telefonla bildirdi ki, V.Axundov, Hafiz Paşayev və Ə.Demirtaş, habelə tanımadığım başqa bir adamla görüşəndə mübahisələr həddən artıq dərin olub. Hətta polis müdaxiləsi ilə nəticələnib. Ona bildiriblər ki, Heydər Əliyevin səhhəti onunla görüşməyə imkan vermir. I.Altay söylədi: «Həmin görüşdə V.Axundovla mənim mübahisə etdiyimi görən həmin dörd nəfərdən biri açıq şəkildə belə söylədi ki, «Ilqar müəllim Heydər Əliyevin hansı halı var ki, səninlə görüşsün?»Bu vaxt I.Altay onu da aydınlaşdırdığını bildirdi ki, «Klivlend klinikası adından yayılan bütün məlumatların hamısı Heydər Əliyevin yaxın adamları tərəfindən hazırlanır. Bu məlumatın səhihliyi üçün, Klivlend klinikası heç bir məsuliyyət daşımır. Məlumatı Ə.Demirtaş hazırlayır. V.Axundov redaktə edir və «AzərTAc»ın Amerika müxbiri yayır. Buradan da görünür ki, məlumatın hazırlanmasında klinikanın heç bir rolu və məsuliyyəti olmur.»

I.Altay 9 gün ABŞ-da təhqiqat apardıqdan sonra Bakıya qayıdıb, BMM-də mətbuat konfransı keçirib, dedi: «Biz Qarabağda qəhrəmanlıq göstərmək əvəzinə, bir qoca kişinin – yəni Azərbaycan hakimiyyətinin «maşını»nı istədiyi kimi sürüb, haldan saldıqdan sonra «açar»ını cibinə qoyaraq, Klivlendə getmiş bir şəxsi axtarmaqla məşğuluq.
Mən orada V.Axundov və digərlərini gördüm. O, nə mənə «buradan çıx get» deyə bildi, nə də Heydər Əliyevi göstərdi. Amerikadakı səfirimiz Hafiz Paşayev də nə etmək lazım olduğunu bilmirdi. Heydər Əliyevin həkimi Ə.Demirtaşla görüşdüm. Bunların xalqla özləri arasında yaratdıqları məsafəni aradan qaldırdıq. Bu general-leytenantlarda hətta leytenant səviyyəsi yoxdur. Heydər Əliyevin ətrafında olan adamlarla görüşdüm, müəyyən məlumatlar əldə etdim. Təəssüflər olsun ki, onlar informasiya toplamağıma mane oldular. Bəlli oldu ki, V.Axundov Bakıdan ABŞ-a mənim səfərimlə bağlı gəlib. Məqsəd informasiyanın mümkün qədər mənə çatmamasına nail olmaq idi. Çox narahatlıq keçirirdi. Mən orada Ə.Demirtaşla, V.Axundovla, səfir H.Paşayevlə, Klivlend klinikasının mühafizə xidmətinin rəisi, türk ofisinin əməkdaşları ilə görüşdüm. Bizim hakimiyyət Heydər Əliyevlə bağlı əsasən türk ofisinin əməkdaşları ilə iş görür. Rəsmi qənaətim belədir: mənim üçün Heydər Əliyevin həyatda olması təəssüf ki, sual altındadır. Onlar Heydər Əliyevi qərəzsiz, müstəqil ekspertə göstərmədilər. Söz verdilər, amma etmədilər. Bəzi adamlar dedi ki, ümumiyyətlə, burada yoxdur. Şəxsi həkimi Ə.Demirtaş isə bildirdi ki, Heydər Əliyev həyatdadır, bu klinikadadır, iki aylıq uzun sürən xəstəlik zamanı arxası üstə yatdığından, əzələləri boşalıb, dura bilmir. V.Axundov söhbətimizi tez-tez kəsirdi. Ə.Demirtaş nə dərəcədə düz dedi, bunu onun vicdanının öhdəsinə buraxıram. Eyni zamanda bunu da söylədi: Klivlend klinikası və mən həkim kimi söz verə bilmərik bu insanın həyatı nə qədər davam edə bilər… Mən demirəm ki, Ə.Demirtaşın dediyi qanundur. Başqa mənbələr Əliyevin həyatda olmadığını bildirir. Ə.Demirtaşın söylədiklərinə inanmaq olmaz, o, şəxsi həkimidir. Heydər Əliyevin qulluğunda durur. Açıqlama verərkən bizim hakimiyyətdən çəkindiyini hiss etdim. Türkiyədə Demirtaşın bir günü min dollardır. Onu necə vəziyyətə salıblar ki, Klivlendə gəlib, hər dəfə V.Axundov səsini qaldıranda səksənirdi. O, bir türk generalıdır. Belə çəkinməsi qəribə görünür. Onu ələ alıblar.»
I.Altayın sözlərinə görə, klinika rəhbərliyi onun Azərbaycandan nə məqsədlə gəldiyini biləndən sonra narahat olub: «Onlara elə məlumat verilmişdi ki, guya Azərbaycan monarxiyadır və orada Heydər Əliyevin klinikada hansı vəziyyətdə olmasından cəmiyyət narahat deyil. Bunun belə olmadığını bildikdən, cəmiyyətimizdəki narahatlıqdan xəbərdar olandan sonra şoka düşdülər.»I.Altay bildirdi ki, klinika rəhbərləri Heydər Əliyevlə bağlı ona sənəd verib: «Bu kağızda Heydər Əliyevin nəinki sağ olduğu, hətta Klivlend klinikasında olub-olmadığı deyilmir. Yazılıb ki, «biz heç kim barədə məlumat verə bilmərik.» Mən xahiş etdim ki, «buradadır və biz məlumat verə bilmərik» yazsınlar. Amma yazmadılar. Bir neçə kompüterdə Heydər Əliyevi axtardılar, tapmadılar. Livanlı restoran müdiri var idi, dedi ki, Heydər Əliyevi çox istəyir, çünki ora gələndə restoranda çoxlu pul xərcləyirlər…»Mətbuat konfransının sonunda I.Altay Klivlend səfərinin nəticələri ilə bağlı hazırladığı sənədi jurnalistlərə payladı. Həmin sənəddə qeyd olunur ki, Heydər Əliyev sağ deyil, lakin onu siyasi məqsədlərə görə həyatdan «getməyə» qoymurlar: «Azərbaycan hökumətinin Klivlend klinikası adından Heydər Əliyevin səhhəti barədə yaydığı məlumatlar əsassızdır. Klivlend klinikası heç bir rəsmi məlumat yaymaq funksiyası daşımır. Indiyədək yayılan məlumatlar yalandır. Klinikanın qaydalarına görə, xəstənin səhhəti barədə onun özünün və yaxın qohumlarının xahişi ilə istənilən yerə istənilən formada məlumatlar ötürülə bilər. Heydər Əliyev erası bitib. Bu reallığı səfər və təhqiqat zamanı ünsiyyətdə olduğum Klivlend klinikası rəhbərliyi və həkimlər, ABŞ Dövlət Departamentinin rəsmiləri, Amerikadakı digər dünya miqyaslı ictimai təşkilat nümayəndələri, hətta Heydər Əliyevin yaxın ətrafı bilir və qəbul edir.»

12. VAQIF AXUNDOVUN AĞYALANI

        Respublikanın Xüsusi Dövlət Mühafizə Xidmətinin rəhbəri Vaqif Axundov oktyabın 23-də ABŞ-dan Bakıya qayıtdı və səhəri günü televiziyalar onun məlumatını oxudu. O bildirdi ki, Heydər Əliyev çox gümrahdır, ölkəni idarə edir, hazırda onun mühafizəsilə müavinim Bəylər Əyyubov və Amerikanın xüsusi xidmət orqanları məşğul olur, sonuncu dəfə bu gün saat 11:00-da telefonla özü ilə danışıb. Axundovun bu sözü və sözünün arxasında duran məqamlar istər-istəməz aşağıdakı sualları ortaya çıxarır:

1.Heydər Əliyevin səhhətilə bağlı məlumatı niyə mətbuat xidməti yox, Vaqif Axundov verir?
2.Heydər Əliyev belə gümrah idisə, onda V.Axundov niyə cəmi bir həftə əvvəl onu Klivlenddə olmuş Ilqar Altaya göstərə bilmədi?
3.Dünən saat 11:00-da V.Axundova zəng vuran Heydər Əliyev, görəsən niyə təleviziya ilə heç olmasa bircə dəqiqəliyə xalqa nəsə demir?4.Bu müddət ərzində B.Əyyubov harada olub və əgər o Klivlenddə idisə, V.Axundov onu niyə Ilqar Altaya göstərmədi?
5.I.Altay Klivlenddən qayıdandan sonra belə xəbər yayıldı ki, V.Axundov o vaxta qədər Klivlenddə olmayıb və Ilqar bəyin səfəri barədə eşidən kimi ondan qabaq Klivlendə gedib. Bəlkə bu həqiqətdir və V.Axundov Klivlenddə, sadəcə Ilqar bəyi qarşılamaq üçün bir neçə günlüyə olub?

13. HEYDƏR ƏLIYEV ÜÇÜN
AXTARIŞ ELAN EDILIB

 Heydər Əliyev Rusiyanın ambulans təyyarəsi ilə Ankaradan uçandan sonra yox olması ilə bağlı söz-söhbətlərin, şayiələrin ardı-arası kəsilmirdi. Azərbaycanda şayiə yayılmışdı ki, Heydər Əliyev qeyb olub. Bununla bağlı qəzetlərdə yarızarafat, yarıciddi mətnlər üzə çıxır. Məsələn, «Hürriyyət» qəzeti bir neçə sayında Heydər Əliyevin şəklini dərc edib, altında bu sözləri yazmaqla axtarış elan etdi: «Şəkildə gördüyünüz bu şəxs nitqini itirib, ağlında nöqsanlar var. Bu il iyulun 8-də evdən çıxarkən əynində pijama, ayağında şap-şap olub. Diri olduğu güman edilir. Görənlərdən xahiş edilir ki, onu görən kimi tutub ən yaxın polis şöbəsinə təhvil versinlər. Bunu edən vətəndaşa Avropa otelindəki kazino hədiyyə ediləcək.»«Yeni Musavat» qəzeti isə Heydər Əliyevin şəklini Bin Laden və Səddam Hüseynlə birlikdə bir nəçə sayında dərc edib, altında yazmışdı: «Bu «üçlük» axtarışdadır.» və s.«Bakı xəbər» qəzeti 11 sentyabr 2003-cü ildə yazır: «Bir sıra ciddi arqumentlər Heydər Əliyevin ya ölüsünün, ya da dirisinin həqiqətən itkin düşdüyünü düşünməyə əsas verir.Birinci, indi Heydər Əliyev haradadır? Onun Klivlenddə olmadığı, Bakıda saxlandığı barədə ziddiyyətli məlumatlar olsa da, heç biri indiyə qədər tutarlı şəkildə inkar olunmayıb.
Ikinci, ölməyibsə, niyə onu göstərmirlər?
Üçüncü, sağdırsa, onun yanında qohum və doğmalardan niyə kimsə yoxdur? Yoxdursa, bu o demək deyilmi ki, rəhbər həqiqətən ölüb? Belə şübhəli şəraitdə hansısa dairələr tərəfindən Heydər Əliyevin axtarışa verilməsi, bu axtarış mətnində onun zahiri görkəmini, kostyum və
ayaqqabısının ölçüsünü göstərmək adi bir zarafat kimi də qəbul oluna bilər, ciddi axtarış niyyəti kimi də.»

14. R.ALLAHVERDIYEV HEYDƏR
ƏLIYEVIN ÖLÜM FAKTINI
TƏSDIQLƏDI

 Tarixdə baş vermiş hər bir hadisə nə qədər gizli saxlanılsa da, gec-tez açılır və öz həqiqi qiymətini alır. Nəhayət ki, 30 il Heydər Əliyevlə birgə işləmiş: keçmiş sovet quruluşu dövründə, Heydər Əliyev Azərbaycan KP MK birinci katibi olduqda onun köməkçisi olmuş, Yeni Azərbaycan Partiyasının qurucularından biri və Heydər Əliyevin müavini olmuş, Bakı şəhər Icra Hakimiyyətinin sabiq başçısı, millət vəkili Rəfael Allahverdiyev «Yeni Müsavat» qəzetinin Avropadakı müxbirinə verdiyi müsahibəsində Heydər Əliyevin ölüm faktını təsdiqləyir. R.Allahverdiyev deyir: «Heydər Əliyev Ankarada müalicə olunduğu dövrdə ona baş çəkməyə getmişdim. Bir neçə dəfə görüşməyə cəhd etsəm də, hər dəfəsində Vaqif Axundov (Mühafizə Xidmətinin rəhbəri) buna imkan vermədi. Avqust ayının 6-da Heydər Əliyevin hava limanına aparılacağı xəbərini aldım və oraya yollandım. Çox təəssüf ki, orada Heydər Əliyevi nə yeriyən, nə də «nosılkada»da aparılan görmədim. Onun tabutda aparıldığının şahidi oldum…» («Yeni Müsavat» 7 dekabr 2004-cü il).Sonra R.Allahverdiyev həmçinin Ilham Əliyevin baş nazir təyin olunması barədə Ilham Əliyev, prezidentin icra rəhbəri Ramiz Mehdiyev və mühafizə xidmətinin rəhbəri Bəylər Eyyubov tərəfindən dünyasını dəyişmiş Heydər Əliyevin adından saxtalaşdırılmış 2 avqust 2003-cü il tarixli fərmana da münasibət bildirib, demişdir: «Mən 30 il Heydər Əliyevin yanında olmuş, onun arxivlərini saxlamış adam kimi deyirəm ki, Ilham Əliyevin baş nazir təyin olunmasıyla bağlı fərmanda olan imza Heydər Əliyevə aid deyildir!» («Yeni Müsavat» 7 dekabr 2004-cü il). Bu da Azərbaycan Respublikası Konstitusiyasının 6.2 maddəsinə əsasən Ilham Əliyev, Ramiz Mehdiyev və Bəylər Eyyubov tərəfindən Azərbaycan xalqına qarşı ən ağır dövləti cinayətin baş verdiyini bir daha təsdiqləyir

15. SEÇKIQABAĞI MÜHIT

 Prezidentlik üsul-idarəsi şəraitində keçirilən prezident seçkiləri çox mürəkkəb prosesdir. Burada nəticə bir çox amillərdən, daha doğrusu, komplekslərdən ibarətdir. Bu amillər arasında seçkiqabağı təbliğatın təşkili, bu və ya digər namizədin sosial bazasının fəallığı, seçkiqabağı platforma və proqramlarının məzmunu, namizədlərin psixioloji keyfiyyətləri, onların nüfuzu, siyasi və idarəçilik təcrübəsi, seçicilərlə iş metodlarını göstərmək olar. Bu amilləri ayrı-ayrılıqda qiymətləndirmək tamamilə yanlışdır, çünki onlar bir-biri ilə üzvü şəkildə bağlıdır.Respublikanın belə ağır, problemlər içində batıb qalmış çətin bir günündə xalqa güclü, iradəli, xalq arasında böyük nüfuza malik, ölkəni layiqincə təmsil edə bilən, gələcək 5 il ərzində çiyninə aldığı tarixi məsuliyyəti şərəflə daşıyacağına əmin olan bir lider tələb olunur. Ona görə də respublika ictimaiyyəti namizədlikləri MSK-da rəsmi qeydə alınmış 12 nəfərin, yəni 6 iqtidar və iqtidaryönlülərin: Heydər Əliyevin, Ilham Əliyevin, Qüdrət Həsənquliyevin, Abutalıb Səmədovun, Yunus Oğuzun, Hafiz Hacıyevin və 6 müxalifət nümayəndəsinin: Lalə Şövkət Hacıyevanın, Isa Qəmbərin, Əli Kərimlinin, Ilyas Ismayılovun, Sabir Rüstəmxanlının, Etibar Məmmədovun şəxsi keyfiyyətlərini araşdırıb, bir nəticəyə gəlməlidir. Xalqa yaxşı məlumdur ki, lap Heydər Əliyev həyatda olsa belə, artıq o sağlamlıq durumu ilə bağlı ölkəni idarə etmək qabiliyyətində deyil. Ilham Əliyev başda olmaqla qalan beş namizədi müxalifətin altı namizədi ilə müqayisə etdikdə isə, açıq-aydın görünür ki, müxalifət nümayəndələrinin altısı da bütün arqumentlərə görə Ilham Əliyevdən də və iqtidarın o biri dörd namizədindən də üstündür. Ilham Əliyev təkcə Azərbaycan ictimai rəyində deyil, az qala, bütün dünyada azartlı oyunların həvəskarı kimi tanınır və ümumiyyətlə, onun tərcümeyi-halında müsbət nəsə tapmaq, nəsə söyləmək mümkünsüzdür. O, xalq üçün sadəcə, özünün həyatda heç bir uğuru, qələbəsi olmayan, ərköyün, çətinliyin, problemin nə demək olduğunu bilməyən bir şəxsdir. Tərcümeyi-halındakı ən parlaq «nüans» yalnız Heydər Əliyevin oğlu olmasıdı. Vəssalam. Ilham Əliyev şəxsi keyfiyyətlərinə görə respublika prezidenti olmağa yox, öz adına layiq kazino və sauna açıb, pozğunluq yuvasına rəhbərlik etməyə layiqdir.Sual oluna bilər: bəs niyə iqtidar yetkiləri Azərbaycan Respublikasının prezidentliyinə layiqli bir ziyalının namizədliyini yox, Ilham Əliyev kimi bir adamın namizədliyini irəli sürdülər? Ona görə ki, YAP-da öz sözünü deyən adama yer yoxdur və deyənlər də tez vurulur. YAP-çı məmurların hamısı korrupsiyaya bulaşmış adamlardır və əyri yollarla yığdıqları var-dövlətə görə Heydər Əliyevə borcludurlar. Onlar vətənin, dövlətin və xalqın xilası üçün yox, öz cinayət tərkibli əməllərinin ifşa olunmaması üçün Heydər Əliyevin varisinin namizədliyini dəstəkləməyə məhkumdurlar.Prezidentliyə iddialı şəxslərin təbliğata böyük ehtiyacları olmasına baxmayaraq, YAP-dan başqa heç bir siyasi qüvvənin təbliğ olunmağa lazımi imkanı yoxdur. Bütün telekanallar və radiolar iqtidarın nəzarətindədir. Bundan başqa geniş maliyyə imkanlarına malik iqtidar saysız-hesabsız qəzetlərə də malikdir. Müxalifətin isə yeganə təbliğat maşını bəzi müxalifətyönlü qəzetlərdir ki, onların da satışına məhdudiyyət qoyulub. Yayımına imkan verilmir. Müxalifətin vasitələri nə qədər məhdud olsa da, bir neçə qəzet vasitəsilə hakimiyyətin apardığı siyasətin həm mahiyyətini ifşa edir, həm də iqtidarın müxalifətə qarşı apardığı mübarizəni tam zərərsizləşdirir.

A.Rəsizadə Baş nazir olanda televiziyalar aylarla onu ekrana çıxarmırdılar. Ilham Əliyev baş nazir olandan sonra televizorlar bütün günü onu ekranda göstərməklə, ondan danışırlar: baş nazir belə getdi, baş nazir belə gəldi. Elə bilin, Ilham Əliyev bu ölkənin ilk baş naziridi və bu günə qədər bizim Baş Nazirimiz-filanımız olmayıb.Dövlət qəzetləri və iqtidaryönlü qəzetlər isə yalnız Heydər Əliyevin cavanlıq şəkillərini dərc etməklə kifayətlənirlər. Səhifələrinin hamısını həsr edirlər Ilham Əliyevə. Əliyevlərin seçkisini polis və prokurorluq keçirir. Daxili işlər naziri R.Usubovla baş prokuror Z.Qaralov bütün fəaliyyətlərini Əliyevlərin seçki təbliğatını aparmağa yönəldiblər. Onlar respublikanın bölgələrinə səfərlər edib, iqtidar namizədlərin xeyrinə təbliğat aparırlar. «Prokurorluq haqqında» və «Polis haqqında» qanunların tələbinə əsasən isə, bu orqanların heç biri seçki təbliğatında iştirak edə bilməz.Iqtidar yetkiləri Heydər Əliyevlə Ilham Əliyevin seçki təbliğatını paralel aparır. Rüşvət və korrupsiya hesabına varlanıb, gündən-günə azğınlaşaraq insani simasını itirmiş bir çox dövlət məmurları hakimiyyət dəyişikliyini özlərinin məhvi bilib, əyri-üyrü, çirkin yollarla yığdıqları var-dövlət əllərindən çıxmamaq üçün respublikada əliyevçiliyin davam etdirilməsi naminə dəridən-qabıqdan çıxaraq, mətbuatda məddahlıqla çıxışlar edib, Heydər və Ilham Əliyevlərə bəy tərifləri söyləməkdə elə bilin ki, yarışa giriblər. Belə dövlət məmurlarından biri, Bakı şəhər IH-i başçısı Hacıbala Abutalıbov isə məddahlığın ən yüksək zirvəsinə qalxmışdır. O, məddahlığın və şəxsiyyətə pərəstişin bütün çərçivəsini vurub sındırıb, «Bakinskiy raboçiy» qəzetində (8 avqust 2003-cü il) ata-oğul Əliyevlərə həsr olunmuş məqalə dərc etdirmişdir. Həmin məqalədən çıxarış: «XXl əsrin parlaq ulduzu», «təkrarsız lider», «Azərbaycan dövlətçiliyinin qarantı», «Ayı və günəşi kölgədə qoyan»,…H.Abutalıbov bu dəfə öz məhəbbətini Heydər Əliyevə yox, daha çox Ilham Əliyevə izhar edir və bəyan edir ki, Ilham atasından da dahi şəxsiyyətdir: «Heydər Əliyev millətin atasıdırsa, Ilham xalqın oğludur. Heydər Əliyev tacdırsa, Ilham Əliyev onun qaşıdır. Bu ada o, öz talantı, tərbiyəsi, təkrarsızlığı, müstəqil Azərbaycanın qurulmasında şəksiz uğurları sayəsində layiq görülüb.Heydər Əliyev siyasi dahiliyinin miqyası və gücünü özündə birləşdirən Ilham Əliyev yüksək mənəviyyat və mədəniyyət mücəssəməsi, müdrik təcrübə, xeyirxahlıq zirvəsidir və yalnız o, Azərbaycan dövlətçiliyinin memarı Heydər Əliyevin missiyasını davam etdirə bilər.

Öz talantları ilə bütün dünyanı ram edən nəhənglər: Heydər və Ilham Əliyevlər Azərbaycanı zülmətdən çıxarıblar. Biz hamımız inanırıq ki, Ilham Əliyev Azərbaycanın dünyanın ən böyük və varlı dövlətlərindən birinə çevrilməsi üçün öz töhfəsini verəcək.»
Xalq yaxşı başa düşür ki, seçki gününə az qalmış Heydər Əliyevin namizədliyi geri götürüləcək və seçkilərdə onu müdafiə edəcək şəxsləri oğlunun müdafiəsinə çağıracaq. Heydər Əliyev həyatda olmadığı üçün onun təbliğatı ancaq arxiv materiallarına əsasən aparılır. Və bir də şəklini qoyub, artistlər onun şərəfinə oxuyub-oynayırlar. Ancaq bu bədbəxt artistlər Heydər Əliyevin ölüsünə və ya dirisinə oxuduqlarını isə heç özləri də bilmirlər. Şou proqramlarda, «mədhiyyə gecələri» düzəltməklə, dünyasını dəyişmiş tayfa başçısının üçüncü dəfə prezident kürsüsünə oturdulmasına hazırlıq gedir. Eyni zamanda da paralel olaraq Ilham Əliyevin təbliği gedir.15 iyul 2003-cü ildə Heydər Əliyevi təbliğ etmək məqsədilə Türkiyənin STV telekanalı onun Moskvadan «qayıdışı» barədə çəkilən filmi təkrar nümayiş etdirdi. Filmdə maraqlı epizodlardan biri də oğul Ilham Əliyevin «məşəqqətli» günlər yaşaması barədə danışması idi. O qaşlarını çatıb, sifətində əzab nişanələri göstərməyə çalışaraq «altı ay işsiz» qaldığı anlarda çəkdiyi «əzab-əziyyəti» xatırlatdı: «Bu altı ay ərzində çox ağır günlər yaşadım. Kimə müraciət edirdimsə, Heydər Əliyevin oğlu olduğumu biləndən sonra mənə iş verməkdən imtina edirdi..»Azərbaycanın Türkiyədəki səfiri Məmməd Əliyev isə az qala prezidentin mətbuat xidmətinin rəhbəri və ölkənin səhiyyə naziri funksiyasını birlikdə yerinə yetirir. Aşağıdakı cümlələr səfirin ən çox söylədiyi fikirlərdir: «Heydər Əliyevin Türkiyədə müayinəsi (hərdən bir müalicəsi) uğurla davam edir», «Prezident tezliklə vətənə dönəcək». Səfir eyni zamanda bütün məlumatlarında guya prezidentlə keçirdiyi hansısa telefon danışığı barədə məlumat verməyi də unutmur. Bəs görən səfirlə danışa bilən prezident niyə telekanallardan birinə telefon açmır? Digər tərəfdən müayinə hələ müalicə demək deyil. Belə halda niyə prezident efirdə göstərilmir? Axı atalar «yüz eşitməkdənsə bir görmək yaxşıdır» məsəlini heç də elə-belə işlətməmişlər.

Bu mərhələdə Heydər Əliyevin qardaşı akademik Cəlal Əliyev ANS-in efirində görsənərək hər şeyin yaxşı olduğunu, Heydər Əliyevlə hər gün telefonla danışdığını və prezidentin bir neçə günə ölkəyə qayıdacağını söylədi. Lakin o da dəqiq tarix söyləyə bilmədi. Və prezidentin vətənə diri qayıdacağını və yaxud da ölüsünün gətiriləcəyini demədi.Ilham Əliyev Baş Nazir postuna gətiriləndən sonra iki dəfə rəsmi səfər adı altında, əslində isə xaricdən dəstək almaq üçün ölkədən çıxdı. Amerika və Türkiyədə oldu. ABŞ səfəri zamanı varis yalnız Əliyevlər ailəsinə müəyyən qədər isti münasibəti ilə seçilən dövlət katibinin müavini Riçard Armitracla görüşə bildi. Bu görüşü şouya çevirmək istəyən hakimiyyət isə sonda Ağ evdə varisə olan soyuq münasibəti gördükdən sonra niyyətindən vaz keçdi. Lakin Ilham Əliyev ABŞ-da olarkən Klivlenddə «müalicə» olunan atası Heydər Əliyevə baş çəkməyə getmədi. Belə də oğul olar?Ilham Əliyev uğursuz ABŞ səfərini Türkiyəyə gedişi ilə kompensasiya etmək qərarına gəldi. O Türkiyə rəsmilərilə reklam üçün çəkdirdiyi kadrları Azərbaycanın şou-telekanallarında gen-bol nümayiş etdirməyə nail oldu, yəni Ilham Əliyevin bu ölkəyə səfəri baş tutdu. Əvvəlcə verilən açıqlamaya görə rəsmi xarakter daşıyan səfər iki gün çəkməli idi. Amma sonradan məlum oldu ki, o, işgüzar xarakter daşıyır və cəmi bir gün çəkəcək.Yox, bu səfər işgüzar səfər deyildi, əslində «işbaz» səfər idi. Bəs ötən müddətdə nə dəyişib? Nə üçün Ilham Əliyevin Türkiyəyə «işbaz» səfərinə yaşıl işıq yandırıldı?Ilham Əliyevin Türkiyə səfəri sırf siyasi şou xarakteri daşıyırdı və bağlı qapılar arxasında nədən söhbət getdiyini bilə bilmərik. Görünür, atasının yolu ilə gedən Ilham Əliyev buradakı zəif nöqtələrdən yaxşıca yararlanıb. Azərbaycanın ailə telekanallarında Ilham Əliyevin Türkiyədə çəkdirdiyi seçkiqabağı roliklər nümayiş etdirilir. Görəsən, qardaş Türkiyədə çəkdirildiyi bu roliklərin nə üçün çəkildiyini bilirlərmi?Dövlət televiziyasında 10 dəqiqəlik pulsuz efir vaxtından istifadə etmək növbəsi 7 avqust 2003-cü ildə prezidentliyə namizədlikləri qeydə alınmış Ilham Əliyevlə Hafiz Hacıyevin idi. Əvvəlcə Ilham Əliyev çıxış etməliydi. Ancaq atası kimi oğul da efirə çıxmadı. Görünür ata-oğul Əliyevlər 1993-cü ildən bəri aldatdıqları xalqa daha deməyə söz tapmırlar. 10 dəqiqəlik efir müddətində Ilham Əliyevin 2000-cü ilin parlament seçkilərində iştirak etdiyi tədbirlərdən çəkilmiş köhnə kadrlar nümayiş etdirildi. Həmin kadrlarda varis müxalifətin bostanına daş atdı. Nümayiş etdirilən köhnə kliplərdə günəşə və aya bənzədilən varis az qala milli azadlıq hərəkatının iştirakçısı kimi qələmə verildi. Heydər Əliyevin vəkilləri isə ayrı-ayrı bölgələrdə olaraq icra hakimiyyətləri tərəfindən təntənəli təşkil olunmuş yığıncaqlarda ölü namizədin təbliğatını aparırlar.Ekranda canlı görünməyə gücləri çatmayan Əliyevlər müxalifətçi prezidentliyə namizədlərə zərbə vurmaq üçün prezidentliyə namizəd Hafiz Hacıyevi – «Balıq Hafizi» qabağa verdilər. AzTV-nin ekranına çıxarılan «Balıq Hafiz»in nə deyəcəyi artıq respublika ictimaiyyətinə əvvəlcədən məlum idi. Hamı bilirdi ki, o, prezidentliyə namizədlər Müsavat başqanı Isa Qəmbər və AXCP (islahatçılar) sədri Əli Kərimli başda olmaqla digər müxalifət liderlərini söymək üçün qeydə alınıb. Əslində isə MSK Hafiz Hacıyev kimi qaraguruhçunu, tərbiyəsiz küçə uşağını prezidentliyə namizəd adı altında efirə çıxarmaqla tək müxalifət liderlərini deyil, bütün Azərbaycan xalqını təhqir etdi. Iqtidarın əlaltısı dövlət televiziyasının efirindən söylədiyi qarayaxmalar ilə missiyasının icrasına başladı. O, efirdə görünər– görünməz Müsavat başqanı Isa Qəmbəri hədəfə aldı, prezidentliyə namizədin ünvanına iftira və böhtanlar yağdırdı. Prezident olmaq eşqinə düşən H.Hacıyev platforması haqqında heç nə söyləmədi. Bir çox televiziya tamaşaçıları aktyor roluna girən və prezidentliyə namizəd adlandırılan birisinin ona tərəf püskürülən qarayaxmaları eşitməmək üçün kanalı dəyişməyə məcbur oldu. «Balıq Hafiz» üzərinə götürdüyü öhdəliyi yerinə yetirə bilmədi. Müxalifət liderlərinə qarşı söylədikləri hədyanlarla gah nala, gah da mıxa vuran «Balıq Hasiz» fakt söyləyə bilmədi. Söylədikləri də xalq tərəfindən qəbul olunmadı. «Balıq Hafiz» öz səviyyəsi və nalayiq əməlləriylə müxalifəti yox, iqtidarı və özünü biabır etdi.Hakimiyyət özünün qoşa namizədlərinin təbliğatını xalqın hesabına aparır. Seçki təbliğatı dövründə ölkədə baş verənlər məhz bundan xəbər verir. On ildən bəri bu rejimin talanlarına, soyğunlarına məruz qalan millət indi də ata-oğul Əliyevlərin seçki təbliğatına yönəlik tədbirləri maliyyələşdirmək zoru ilə üzləşib. Hakim ailə heç bir halda illər uzunu yığdığı vəsaitlərə toxunmaq istəmir. Bütün hökumət məmurları, imkanlı iş adamları bu prosesə cəlb ediliblər. Əldə olunan məlumata görə, hazırda məmur və iş adamlarından pul toplantısı kampaniyası aparılır. Hər məmura öz vəzifəsinə uyğun məbləğ təyin olunduğu deyilir. Məmur və iş adamlarına bu pulların seçki ərəfəsində iqtidarın namizədlərinin xeyrinə təbliğatın təşkili və əhalinin bəzi xırda-para problemlərinin həlli üçün xərclənəcəyi bildirilir.Iqtisadi Inkişaf Assosiasiyasının prezidenti Orxan Kərimov hesab edir ki, hakimiyyətin pul yığımı siyasi kampaniya xarakteri daşıyır («Yeni Müsavat», 16 iyul 2003-cü il): «Bizə çatan məlumatlara görə, məmurlardan, həmçinin hakimiyyətə yaxın iş adamlarından yığılan pulların məbləği milyon dollarla ölçülür. Bu əməliyyat qanunsuz gəlirlərin dövriyyəsi, çirkli pulların yeni dövriyyə sisteminin formalaşması deməkdir. Özü də bu əməliyyat ilk dəfə keçirilmir. 1998-ci ilin prezident, 2000-ci ilin parlament seçkilərində də bu üsuldan istifadə olunmuşdu. Eyni zamanda pul yığımı hakimiyyətin başında duranların öz komanda üzvlərinə və siyasi gələcəklərinə olan inamsızlığının göstəricisidir. Hər an dəyişə biləcək siyasi situasiyada onların başqa düşərgəyə keçməsindən ehtiyatlanırlar. Buna görə də seçkiqabağı böyük məbləğdə pul almaqla komanda üzvlərini asılılıqda saxlamağa çalışırlar. Bu pullar kimlərdən yığılır: məmurlardan, həmçinin, hakimiyyətin sayəsində biznes qurub qazanc əldə edən adamların hamısı əldə etdiklərinə görə hakimiyyətə borcludular.»Respublikanın bütün şəhər, qəsəbə və kəndlərində elə bir görkəmli yer qalmadı ki, orada ata-oğul Əliyevlərin plakat və şəkilləri yapışdırılmasın. «Azərbaycanın dünəni, bu günü, gələcəyi» şüarları ilə ata-oğul Əliyevlər birgə təbliğ edilir. Yəqin ki, dünən deyəndə Heydər Əliyevi, gələcək deyəndə Ilhamı, bu gün deyəndə isə hər ikisini nəzərdə tuturlar. Bu, cürbəcür formada, yüz min tirajlarla, nəfis şəkildə çap edilmiş plakatlarda nə sifarişçinin kimliyi, nə istehsalçı və nə də tiraj göstərilmir. Xalq arasında söz-söhbətlər gəzirdi ki, Əliyevlərin bu qanunsuz plakatları Azərbaycanda fəaliyyət göstərən PKK ilə ilgisi olması barədə dəfələrlə məlumatlar yayılmış Türkiyənin Azərsun şirkətinin vəsaiti hesabına Türkiyədə çap edilib və qeyri-qanuni yolla, yəni gömrükdə qeydə alınmadan respublikaya gətirilmişdir. YAP-çılar isə rəqiblərinin – müxalifətçi prezidentliyə namizədlərin plakat və şəkillərini harada, hansı tində, küçədə görürlərsə dərhal cırıb yox edirlər. Plakatları yapışdıranlar polis və icra strukturlarında işləyən məmurların zorakılığı ilə qarşılaşırlar. Respublika ictimaiyyəti isə şəkil qopartdırmağı, plakat cırdırmağı cılızlıq sayırlar. Və deyirlər ay Ilham oğulsan gir meydana. Rəqiblərinlə yarış, mübarizə apar. Və seçkidə onu kişi kimi ud, məğlub et. Ilham Əliyev isə yaxşı bilir ki, bu iş onluq deyil. Ona görə də qabaqcadan cığallıq edir. Məsələn, avqustun 31-də axşam Musavat Partiyasının üzvü Islam Hüseynov Nərimanov rayonunun Həsənoğlu küçəsi, 2 ünvanında yerləşən binanın divarlarına plakat yapışdırarkən hücuma məruz qalıb. Həmin ərazidə Nərimanov rayon IH-nin və iqtidar partiyasının çılğın müdafiəçisi kimi ad çıxarmış Barat Qəniyev ona küt alətlə zərbə endirib. I.Hüseynov ağır vəziyyətdə M.Nağıyev adına Təcili Tibbi Yardım Xəstəxanasının reaminasiya şöbəsinə yerləşdirilib. Həkimlər bildiriblər ki, xəstənin beyni silkələnib və üst dodağı partlayıb.Sağlamlığını Qarabağ torpağı uğrunda gedən amansız döyüşlərdə qurban vermiş Məmməd Tağıyev «Yeni Müsavat» qəzetinə (5 avqust 2003-cü il) «Fizulinin icra başçısı Isa Qəmbərə imza vermiş köçgünlərin ərzaq yardımını kəsib» başlığı altında göndərdiyi yazıda qeyd edir: «Seçki haqqında qanuna əsasən Böyük Bəhmənli sakinləri və bu kəndin ərazisində məskunlaşmış Fizuli köçkünləri prezidentliyə namizədlərin imzatoplama kampaniyasında Isa Qəmbərin lehinə imza verdikləri üçün «kiçik padşah»ların qəzəbinə tuş gəliblər. Belə ki, Fizuli rayon IH başçısı Nəbi Muxtarov Isa Qəmbərin lehinə imza verən soydaşlarımızın adlarını və yaşadıqları köçkün düşərgəsini müəyyənləşdirdikdən sonra belə bir tapşırıq verib: «O şəxslər ki, Isa Qəmbərin lehinə imza atıblar, onlara verilən bütün yardımlar dayandırılsın və ərzaq yardımı üçün gələnlərə deyilsin ki, gedin yardımı Isa Qəmbərdən alın…»Bax, bu, «əsl bərabərlikdir». Xatırladaq ki, qaçqın və köçkünlərə verilən ərzaq N.Muxtarov kimi harınlaşmış IH başçılarının atasının hesabına deyil, dövlətin və xaricdən göndərilən humanitar yardımların hesabınadır.Sentyabrın 2-də Milli Məclisin YAP-çı deputatı Musa Musayev Nəsimi rayon IH-i başçısı Tahir Quliyevlə birlikdə Volodarski adına tikiş fabrikində görüş keçiriblər. Əsasən qadınların toplaşdığı kollektivlə görüşdə onlar ağızlarını açıb, gözlərini yumub, başlayıblar Isa Qəmbəri təhqir etməyə. I.Qəmbər barədə ağızlarına nə gəldi deyiblər. Işi o yerə gətirib çıxarıblar ki, axırda qadınlar dözməyib, kütləvi şəkildə etiraz etmək məcburiyyətində qalıblar. Qonaqları yola saldıqdan sonra qadınlar yığışıb direktorun yanına gediblər və bu cür əxlaqsızlığın cavabının verilməsini tələb ediblər.Avqustun 26-da VHP sədri prezidentliyə namizəd Sabir Rüstəmxanlıya dövlət televiziyasında çıxış üçün vaxt ayrılıb. Ancaq çıxış efirə gedən vaxt Bakıda, eləcə də bir çox bölgələrdə işıqlar söndürülüb. S.Rüstəmxanlının Seçki Qərargahı olayla əlaqədar bəyanat yayıb.Müxalifət namizədlərin plakatlarının qopardılmasına bilavasitə hakimiyyətin və YAP-ın yerli təşkilatlarının məsul işçiləri rəhbərlik edir. Yerli icra hakimiyyətinin seçkilərə qanunsuz müdaxiləsiylə bağlı hətta respublikanın ən ucqar dağ rayonu olan, Lerik rayonunun Xalq Cəbhəsi, Müsavat və Milli Istiqlal partiyalarının yerli təşkilatları icra hakimiyyətinin özbaşınalıqları ilə bağlı bəyanat qəbul ediblər. Bəyanatdan çıxarış: «Bildiririk ki, cəmi iki küçəsi olan Lerik şəhərində yolboyu bütün dükanlara, inzibati binalara, qısası, hər yerə yalnız Heydər və Ilham Əliyevlərin plakatları vurulub. Müxalifətdən olan namizədlərin təbliğat və təşviqat materiallarının yapışdırılmasına rayon rəhbərliyi imkan vermir.»Iqtidarın müxalifət namizədlərə qarşı təzyiqləri çoxşaxəli davam edir. Belə ki, prezidentliyə namizəd Lalə Şövkət Hacıyevanın MSK-da səlahiyyətli nümayəndəsi Elman Məmmədzadə avqustun 2-də öz mənzilində tutularaq Sumqayıt şəhər Polis Idarəsinin 4-cü şöbəsinə aparılıb. Liberal Partiyası Icraiyyə Komitəsinin sədri Ə.Teymurxan TURANa bildirib ki, «Məmmədzadə hər hansı əsas olmadan həbs olunub. Bu təxribat L.Şövkəti seçkiöncəsi marafondan vurub çıxarmağa xidmət edir».Müxalif namizədləri dəstəkləmək üçün blok, koalisiya və təşəbbüs qrupları yaradılmışdır. Məsələn, prezidentliyə namizəd Lalə Şövkət Hacıyevanı «Milli birlik» təşəbbüs qrupu, Etibar Məmmədovu «Qələbə» koalisiyası, Isa Qəmbəri «Bizim Azərbaycan» bloku dəstəkləyirdi. Ilk baxışdan müxalifət namizədləri dəstəkləyən qurumlar arasında ən möhtəşəmi və iqtidar namizədilə rəqabət apara biləcək Müsavat başqani Isa Qəmbəri dəstəkləyən «Bizim Azərbaycan» bloku görünürdü. «Bizim Azərbaycan» bloku 29 sentyabr 2003-cü ildə təsis konfransını keçirmişdir. Bu blokun təsisçiləri sırasına 30-dan çox partiya, yüzdən artıq ictimai qurum, ölkədə tanınan ictimai və elm xadimləri daxil olub.Hakimiyyətin seçkiönü müxalifət tərəfdən prezidentliyə iddialılara və mətbuatın öncüllərinə qarşı təzyiq, təhqir, təxribat və şantaj əməlləriylə bağlı AMAL Ziyalı Hərəkatı bəyanat yayır. Bəyanatda göstərilir ki, hakimiyyət seçkiönü siyasi ehtirasları qızışdırır, sabitliyin pozulmasına rəvac verir, dövlət başçısının oğlu müxalifətə barmaq silkələyir, onu öz səviyyəsinə uyğun tərzdə təhqir edir, polis siyasi proseslərə cəlb olunur, ordu hissələri Bakının küçələrinə çıxarılır, müxalifət liderlərinə, o cümlədən prezidentliyə əsas iddialılara qarşı qanundankənar üsullarla mübarizənin yeni təhlükəli mərhələsi başlanır. «Ayaz Mütəllibovun və Rəsul Quliyevin seçkilərə buraxılmaması, eləcə də Əli Kərimliyə qarşı törədilən özbaşınalıq, millət vəkili Iqbal Ağazadəyə tətbiq edilən zorakılıq da hakimiyyətin siyasi aşınmasından xəbər verir.Bu azmış kimi, hakimiyyətin yüksək rütbəli məmurlarının göstərişi ilə ölkənin nüfuzlu media kapitanlarına – Əflatun Amaşova, Mehman Əliyevə, Arif Əliyevə, Rauf Arifoğluna, Gündüz Tahirliyə, Asif Mərzliyə və başqalarına qarşı növbəti fitnəkarlıq aktı həyata keçirilir.»AMAL Ziyalı Hərakatı hesab edir ki, baş verən bütün olayların arxasında hakimiyyətin məkrli niyyəti gizlənir: «Prezident seçkilərinin demokratik şəraitdə keçiriləcəyi təqdirdə uduzacağını və bununla da büs-bütün iflasa uğrayacağını irəlicədən proqnozlaşdıran rejim sahibləri bəri başdan ara qızışdırmaq, su bulandırmaq, əsas iddiaçılara terror etmək və fiziki cəhətdən aradan götürmək, mətbuatı şantaj və təxribat yolu ilə ümumi demokratik prosesdən yayındırmaq xəttini ölçüyəgəlməz bir azğınlıqla davam etdirirlər. Hakimiyyət antimilli rejimlə fəal barışmaz mövqedə dayanan, öz vətəndaşlıq borcunu vicdanla yerinə yetirən, habelə ölkədə düz sözün, haqq fikrin bərpası uğrunda yorulmadan, fədakarlıqla mücadilə aparan demokratik mətbuatın öncüllərinə qarşı törədilən zorakılıq hallarının qarşısını nəinki almır, əksinə, bu zorakılığa müxtəlif bəhanələrlə haqq qazandırır.»AMAL Ziyalı Hərəkatı hakimiyyətdən prezidentliyə iddialılara və demokratik mətbuata qarşı zorakılıq əməllərini dərhal dayandırmağı, təxribat əməllərini icra edən polislərin özbaşınalığının qarşısını almağı və ölkənin cəngəllik qanunları ilə idarə olunması vərdişlərinə son qoymağı tələb edir.«AMAL» Ziyalı Hərəkatı ölkəni vətəndaş qarşıdurmasına aparan qorxulu meyllərin genişlənməsini nəzərə alaraq Avropa Şurasından, ATƏT-dən, ABŞ Dövlət Departamentindən xahiş edir ki, Azərbaycanda yaranan vəziyyəti nəzarətə alsın və təcili tədbirlər görsün.Azərbaycanda fəaliyyət göstərən Hüquq-Müdafiə Təşkilatlarının Monitorinq Qrupu hesab edir ki, prezident seçkiləri ilə bağlı başlanan kampaniyanın ilkin mərhələsində baş verən ciddi pozuntular seçkilərin azad və ədalətli keçiriləcəyini şübhə altına alır. Bu barədə 30 iyul 2003-cü ildə keçirilən mətbuat konfransında məlumat verildi. Hüquq-Müdafiə Təşkilatlarının Monitorinq Qrupunun aprel ayından fəaliyyətə başladığını deyən Insan Haqları və Qanunçuluğun Müdafiə Bürosunun rəhbəri Səidə Qocamanlı artıq xeyli qanunsuzluqların qeydə alındığını bildirdi: «Hər bir demokratik ölkədə seçkiqabağı və seçki günlərində xalq nəyəsə can atır. Azərbaycanda isə bu proses xəstə mühitdə keçir. Monitorinq Qrupunun əyalətlərdəki nümayəndələrinin köməyi ilə xeyli pozuntular aşkarlanıb. Kampaniyanın əvvəlindən başlayaraq, Əli Kərimli və Isa Qəmbərə qarşı təzyiqlər respublikanın hər yerində müşahidə edilir».Problemlə bağlı Avropa Şurası, ATƏT və ABŞ Dövlət Departamentinin məlumatlandırıldığını söyləyən hüquq müdafiəçisi hakimiyyətin bu məsələyə polis əməkdaşlarını cəlb etməsini xüsusi vurğuladı. Onun sözlərinə görə, mövcud rejimdən «tut və məhv elə» tapşırığı alaraq siyasi sifariş yerinə yetirməyə məcbur edilən polis bu zaman xalqla üz-üzə dayanır: «Onlar imzatoplama kampaniyalarında olduqca «aktiv» iştirak ediblər. Əli Kərimliyə və Isa Qəmbərə məxsus imza vərəqələrini cırıb, kampaniyanı həyata keçirən insanlara təzyiqlər göstəriblər. Polisin belə davranışı qarşıdakı çətin aylarda ağır nəticələr verə bilər». O bildirdi ki, Bakının Nəsimi, Nizami, Xətai, Nərimanov və Binəqədi rayonlarında mənzillərə göndərilən YAP nümayəndələri əhaliyə Musavat və AXCP liderinə səs verməməyi tapşırıblar.Demokratiya və Insan Haqları Müdafiə Komitəsinin rəhbəri Çingiz Qənizadə müxalifət liderlərinə, eləcə də «Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğluna qarşı təzyiqlərə Monitorinq qrupunun münasibətini açıqladı. Dedi ki, iyulun 14-də AŞ-nın Azərbaycan üzrə həmməruzəçiləri Andreas Qross və Martines Kassanla görüşləri zamanı hakimiyyətin terror planı barədə məlumat veriblər: «Həmin axşam Əli Kərimlinin və Isa Qəmbərin avtomobilləri saxlanıldı, mühafizəçilər və sürücülər həbs edildi. Həmin polislər Cinayət Məcəlləsinin bir çox maddələri ilə məsuliyyət daşıyırlar. Təəssüf ki, bu, hüquqi və demokratik dövlətlərdə mümkündür».

Bütün bu təzyiqlərin normal seçkilərin keçirilməsini əngəlləmək üçün edildiyini qeyd edən Ç.Qənizadə bildirdi: «Hakimiyyət ucuz təbliğata əl atıb. Onlar sübut etməyə çalışırlar ki, müxalifət hakimiyyətə gələrsə, müharibə başlayacaq. Yəni torpaqların daha 5 il əsarətdə qalmasına razıdırlar, müxalifətin hakimiyyətinə yox».Siyasi Partiyaların, qeyri-hökumət təşkilatlarının, beynəlxalq təşkilatların birgə yaratdığı Məşvərət Şurası ilə bağlı məlumat verən Helsinki Vətəndaş Assambleyasının Azərbaycan bölməsinin rəhbəri Arzu Abdullayeva bidirdi: «Əgər seçkiqabağı vəziyyət belə gərgindirsə, bundan sonra daha da çətin olacaq».Iqtidarın müxalifətə qarşı patoloji nifrəti, əslində xalqımızın seçməli olduğu, faktiki olaraq isə onun başının üstündən təyin edilən deputatlardan formalaşmış Milli Məclisdən də yan keçmədi. Danışığını bilmədiyi, qarşı tərəfə əsassız patoloji nifrətinin təsiri altında «babam mənə kor deyib, gəlib – gedəni VUR deyib» azarına yoluxduğu üçün dəfələrlə qalmaqal müəllifinə çevrilmiş Əhəd Abıyev millət vəkili, AXCP (islahatçılar) sədri Əli Kərimlini deputat bir yana, heç çöldə heyvan otaran çobana da yaraşmayan sözlərlə təhqir etdi. Nə var – nə var, «Azadlıq» qəzetində yazılıb ki, Əli Kərimli prezidentliyə ən şanslı namizəddir. Heç dəxli var?Əhəd Abıyev isə, bu əməlinə görə layiqli cavabını aldı. Sübut olundu ki, Əhəd Abıyev deyənlər heç də Əli Kərimliyə yox, Ilham Əliyevə aid imiş. «Azadlıq» qəzeti 26 sentyabr 2003-cü il tarixdə birinci səhifəsində (bax, səh. 147) manşetə çıxarmaqla Ilham Əliyevin mavi tarixçəsini ictimaiyyətə açıqladı: «…Hələ Ilham Əliyev adlı adamın mövcudluğundan Azərbaycan ictimaiyyəti xəbər tutmadığı vaxtlar onun Moskva həyatı zamanı qumar oyunlarına ehtirası sonradan hər kəsə bəlli oldu. 1988-ci ildən sonra isə Ilham Əliyev üçün Moskvada oyun avtomatları zalı açdılar. Hətta bu da Ilhamın qumara meylinin qarşısını ala bilmədi. Əksinə, oyun avtomatları zalını işlədən Ilham əsl qumarbazlıq azarına tutuldu.

Hər şey ondan başladı ki,1987-ci ildə Heydər Əliyevi Politbürodan uzaqlaşdırmaq barədə siyasi qərar qəbul edildi. Artıq Moskva isteblişmentində «yad adam» sayılan Heydər Əliyevin oğlu öz əhəmiyyətini itirdi. 1988-ci ilin əvvəllərində IlhamHər şey ondan başladı ki, 1987-ci ildə Heydər Əliyevi Politbürodan uzaqlaşdırmaq barədə siyasi qərar qəbul edildi. Artıq Moskva isteblişmentində «yad adam» sayılan Heydər Əliyevin oğlu öz əhəmiyyətini itirdi. 1988-ci ilin əvvəlində Ilham növbəti qumar məclislərindən birində əlində olan bütün pulları uduzdu. Oyunu isə yarımçıq tərk etmək olmazdı. Şərt kəsilmişdi. Sübh saat 6-ya qədər oyun davam etməli idi. Hədsiz qumar ehtirasına tutulmuş Ilham isə bir qayda olaraq, həmişə əlində olanı uduzmağa vərdiş etmişdi. Amma bu xına o xınadan deyildi… Zehni cəhətdən zəif Ilham Əliyev bütün pulları uduzduqdan sonra zarafata salıb öz … qumara qoyduğunu bəyan etdi və yenə də uduzdu. Təbii ki, bütün avtoritetini birdən-birə itirmiş Heydər Əliyevin oğluna güzəşt edilmədi və oyunun şərti yerinə yetirildi.Elə həmin günlərdən başlayaraq, 1993-ün əvvəlinə qədər Ilham Moskva homoseksuallarının klubunda özünün fəxri yerini tutdu.»
Qəzetdə dərc olunan bu yazıdan sonra Ilham Əliyev də, Əhəd Abıyev də susdu. Susmaq da razı olmaq deməkdir. Bununla da Ilham Əliyevin mavi olması sübuta yetdi.Müxalifət nümayəndəsi olan MSK katibi Vidadi Mahmudlu TURAN-ın müxbiri ilə söhbətində (Cumhuriyyət», 26.08.2003-cü il) bildirib ki, YAP-ın müdafiə elədiyi hər iki namizədin təşviqat materiallarında ciddi qanun pozuntularına yol verilib: «Prezidentliyə namizədlər Heydər və Ilham Əliyevlərin təşviqat materiallarının istehsalı və yayılması zamanı çoxsaylı qanun pozuntusuna yol verilib. Seçki Məcəlləsinin 87-ci maddəsinin tələblərinə görə, təşviqat materiallarında sifarışçi, istehsalçı və tiraj göstərilməli, onun nüsxələri MSK-ya təqdim edilməlidir.Buna baxmayaraq, bu iki namizədin təşviqat plakatlarında qanunun tələblərinə əməl edilməyib. Seçki Məcəlləsinə görə rekviziti olmayan təşviqat materialları saxta hesab edilir və həmin materialların təxirə salınmadan yığışdırılması təmin edilməlidir.»V.Mahmudlunun sözlərinə görə, namizədin təşviqat xərcləri onun seçki fondunun hesabından ödənilməlidir. «Rekvizitin olmaması ciddi qanun pozuntusudur və hətta namizədin qeydiyyatının dayandırılmasına səbəb ola bilər. Təşviqat materiallarında sifarişçinin, istehsalçının və tirajın olmaması həm də dövlətə istehsalçı tərəfindən ödəniləcək vergilərin gizlədilməsi deməkdir». V.Mahmudlu eyni zamanda müxalifətdən olan namizədlərin təşviqat materiallarının yerli hakimiyyət orqanlarının əməkdaşları tərəfindən kütləvi şəkildə məhv edilməsi ilə bağlı MSK-ya şikayətlər daxil olduğunu da deyib. «AMIP, Müsavat və digər partiyaların namizədlərindən şikayətlər daxil olub. AMIP-in isə Bakı şəhər Icra Hakimiyyətinin Reklam Departamentinə müraciət etməsinə baxmayaraq, onun namizədinin təşviqat materiallarının yerləşdirilməsindən imtina edilib».Bir tərəfdən Heydər Əliyevlə bağlı müəmmalar davam edir, o biri tərəfdən də Heydər və Ilham Əliyevlərin, demək olar ki, hər yerdə yapışdırılan plakatları vətəndaşlarda ikrah hissindən başqa heç bir təəssürat yaratmır. Görünür, bu əzab-əziyyət prezident seçkilərinə qədər davam edəcək. Həmin plakatları müşaiyət edən yazılar da buradakı simalar kimi ikrah doğuracaq dərəcədə həqiqətdən uzaqdır. «Bakı-Xəbər» qəzetinin isə həmin şəkillərə və yazılara yozumu tamamilə başqadır («Bakı-Xəbər», 05.08.2003-cü il):«Azərbaycanın gələcəyinə səs verək – o gələcəyə ki, orada sizə yer yoxdur.Xalq Heydər Əliyevə, Heydər Əliyev xalqa dayaqdır – ona görə də hər ikisi Çat verib.Tarixi yaradan şəxsiyyət – tarixi saxtalaşdıran kəs.
Qayıdış, Qurtuluş, Dirçəliş, Yüksəliş – Çevriliş, Dürtülüş, Eniş, Çöküş.
Sahibkarlığı inkişaf etdirən prezident – yalnız öz maraqlarına uyğun.
Müstəqilliyimizin memarı – fəlakətlərimizin baiskarı.
Azərbaycanın keçmişi, bu günü, gələcəyi – fikirləri xalqı hər üçündən məhrum etməkdir.

Yeni Azərbaycan naminə – YAP nəzərdə tutulur.
Qarabağı qaytarmağa qadir olan prezident – on ildir nə ilə məşğuldur?
Xilaskar lider – xilas olunanlar axtarışındadır.
Azərbaycan dövlətinin banisi – Allah M.Ə.Rəsulzadənin ruhuna səbr versin.
Mən həmişə xalqımın gələcəyini düşünürəm – ona görə də bu gündəyik.
Şəhidlərin qanı yerdə qalmayacaq – yalnız siz gedəndən sonra.Azərbaycanı dünyada tanıdan prezident – Azərbaycanı rüsvay edən «padşah».
Demokratik Azərbaycanın banisi – neomonarxizmin yaradıcısı.
Uşaqlarımızın gələcəyinə səs verək – uşaqlardan ehtiyatlı olun».

Artıq respublikanın elə bir guşəsi yoxdur ki, orada ata-oğul Əliyevlərin portretlərinə rast gəlinməsin. Şəkillər artdıqca onlara qarşı ikrah və nifrət hissi də artır.
Ancaq bununla əlaqədar komik münasibətlər də peyda olunur. Bunlardan ən çox yayılanı Şəki lətifəsidir:«Bir şəkili avtobus sürücüsü işləyir. Günlərin birində sərnişinlərdən biri avtobusun şüşələrinə yapışdırılmış Heydər və Ilham Əliyevlərin şəkillərinin arxasında oturmalı olur və pəncərədən bayıra baxa bilmədiyi üçün əsəbiləşir. Sürücüyə qışqırır ki, saxla düşən var. Sürücü avtobusu saxlayan kimi sərnişin ata-balanın şəklini qoparıb pəncərədən yerə atır. Şəkili sürücü deyir: «Ha indi heyfimi aldın. Bu ərkəsöyünlər iki gündür maşınımda pulsuz gedib-gəlirlər»».

16.SEÇKIQABAĞI EHTIRASLAR
QIZIŞIR

 Seçkiqabağı təbliğat kompaniyasının tempi yüksələn xətt üzrə inkişaf edir. Prezident seçkiləri yaxınlaşdıqca prezidentliyə namizədlər və onların təbliğatçıları daha aktiv fəaliyyətə başlayıb, paytaxtda və ölkənin əyalətlərində seçicilərlə görüşürlər. Azərbaycan xalqı gələcəyə ümid edir və inanır ki, bu il xalqa qənim kəsilmiş Əliyev rejimini arxivə göndərəcək, onun yerində demokratik, qanunpərəst yeni bir hakimiyyət bərqərar etmək mümkün olacaq. Artıq əvvəlki illərdən fərqli olaraq əyalətlərdə passivlik xeyli aradan qalxıb və partiyaların yerli şöbələri aktivləşiblər. Onlar ümumi işin xatirinə bir-birinə kömək etməyə də hazır görünürlər.Hakim klan və eləcə də ona qulluq edən məmurlar və hüquq mühafizə orqanları əməkdaşları isə xalqda Heydər Əliyev xofunun davam etdirilməsi üçün dəridən-qabıqdan çıxıb, şayiələr yaymağa başlayırlar. Guya doğrudan da Heydər Əliyev normal sağlıq durumuna malikdir. Səhhətinin bərpa edilməsi və bunun da nəticəsi olaraq prezident seçkiləri gününə on gün qalmış üzə çıxacağına dair şayiələr yayırlar. Guya Heydər Əliyev həmin vaxt birdən-birə özü araya çıxmaqla hamını şoka salacaq. Və bununla da müxalif qüvvələrə sarsıdıcı zərbə vuracaq. Müxalif qüvvə deyəndə isə, əslində elə bütün Azərbaycan xalqı nəzərdə tutulur.Seşkiqabağı təbliğat və təşviqat işləri finişə yaxınlaşdıqca prezident kürsüsü uğrunda mübarizənin üç namizəd: «Bizim Azərbaycan» Blokunun vahid namizədi Isa Qəmbər, iqtidar tərəfdən namizəd Ilham Əliyevlə «Qələbə» koalisiyasının – AMIP-AXCP(i) koalisiyasının namizədi Etibar Məmmədov arasında gedəcəyi aydın olur.18 avqust 2003-cü ildə «Bizim Azərbaycan» Bloku Siyasi Şurasının növbəti toplantısında çıxış edən prezidentliyə namizəd Isa Qəmbər Ilham Əliyevi teledebata dəvət etdi: «Düzdür, hakimiyyət namizədlərindən birinin harada, nə vəziyyətdə olması bəlli deyil. O birisi isə konsert şouları vasitəsilə təbliğata başlayıb. Mən Ilham Əliyevə televiziyada canlı yayında debatlar təklif edirəm. Hesab edirəm ki, konsertlərlə xalqın başını qatmağın mənası yoxdur. Təbii ki, xalq konsertləri sevə, orada iştirak edə bilər. Ancaq mən bilən, Ilham Əliyev özü konsetdə iştirak etmir, odur ki, mən onu canlı yayında teledebata dəvət edirəm.» Ilham Əliyev isə Isa Qəmbərin təklifini qəbul etmədi. Bunun da səbəbi respublika ictimaiyyətinə çox yaxşı aydındır.Bakıda ADP-nin seçkilərin dayandırılması və Rəsul Quliyevin namizədliyinin qeydə alınması tələbi ilə mitinqləri ardıcıl davam etdirməsi və polis zorakılığına məruz qalmalarına baxmayaraq, sentyabrın əvvəlində ADP-nin Fizulu meydanında təşkil etdiyi mitinq, bir həftə sonra, sentyabrın 7-də «Bizim Azərbaycan» Blokunun – prezidentliyə namizəd Isa Qəmbərin seçki qərargahının 20 Yanvar meydanından Qələbə meydanına kimi keçirdiyi yürüş-mitinq son illərin ən möhtəşəm aksiyası oldu. Bakı küçələri hələ belə bir insan axını görməmişdi. Yürüş mitinqdə 50 mindən çox adam iştirak edirdi. Bu da iqtidardan bezmiş kütlənin təzahürü idi. Meydana axışmış insanlarda Heydər Əliyev rejiminə qarşı sonadək mübarizə aparmaq əhval-ruhiyyəsi var idi. Insanların bu cür nikbin əhval-ruhiyyədə olması ruh yüksəkliyi yaratmaya bilməzdi. Indiyə qədər iqtidarın xofundan nəsə etməyə cürət etməyən insanlar millət üçün SOS siqnalı çaldılar. Mitinqin şüarları «Vətəni sevmək imandandır», «Azad və ədalətli seçkilər keçirilsin», «Qarabağı azad edəcəyik» və s. Meydan hələ mitinq başlamazdan əvvəl dolmuşdu. Mitinqin aparıcısı şair Məmməd Ismayıl idi. Bu dəfə insan selinin qarşısında dura bilməyən polislər məcburiyyət qarşısında geri çəkildilər. Mitinqdə respublikanın tanınmış ziyalıları: xalq artistləri Flora Kərimova və Azər Zeynalov, şairlər: Musa Yaqub və Ramiz Rövşən, siyasi partiyaların liderləri: Tahir Kərimli, Mirmahmud Mirəlioğlu, Iqbal Ağazadə və digərləri çıxış etdilər. Demək olardı ki, məhz bu mitinqdən sonra hakimiyyət son günlərini yaşayır.Sonda prezidentliyə namizəd Isa Qəmbər çıxış edib, bildirdi ki, bu gün insanların meydana çıxmasına səbəb «Heydər Əliyev və onun hakimiyyətidir: «Bütün xalq bilməlidir ki, Qarabağ heç vaxt ermənilərin əlində qala bilməz. Biz Heydər Əliyev ailəsinin zəlil etdiyi xalqı bu vəziyyətdən qurtaracağıq. Ölkədə korrupsiyaya, rüşvətxorluğa son qoyulacaq».Isa Qəmbər bildirdi ki, onlar xalqa verdiyi hər bir sözə sona kimi əməl edəcəklər: «Mən qətiyyətlə deyirəm ki, bu seçkilərdə xalq kimə səs verəcəksə, həmin şəxs də gedib prezident kürsüsündə oturacaq. Mən əminəm ki, xalq bu yolda öz seçimini edəcək».Hətta müxalifətdəki digər prezidentliyə iddialılar da bu uğuru etiraf etdilər. Ancaq nə dövlət televiziyaları və nə də özəl telekanallar 7 sentyabr xəbər gününün bu ən böyük hadisələrindən bircə kadr da göstərmədilər. Halbuki, ki, xarici telekanallar bu hadisə barədə geniş reportajlar verdilər. Bu da Azərbaycanda müstəqil televiziyanın olmamasına dəlalət edir.

Qərara alındı ki, Isa Qəmbərin namizədliyini irəli sürən «Bizim Azərbaycan» blokunun «Qələbə» meydanında seçkiqabağı sonuncu möhtəşəm yürüş-mitinqi oktyabrın 12-nə təyin edilsin və bunun üçün qabaqcadan hazırlıqlar görülsün.Hakimiyyət, onun ayrı-ayrı strukturları, tayfanın iriçəkili məmurları və təmsilçiləri prezidentliyə namizəd Isa Qəmbərin uğurunu qaralamaq üçün ondan daha kütləvi bir tədbir təşkil etmək niyyətinə düşdülər. Ancaq maraqlıdır ki, həmin tədbiri misal üçün, Ilham Əliyevin adına deyil, məhz prezidentliyə namizəd Hafiz Hacıyevin adına «oformit» etmək qərarına gəldilər. Məqsəd aydındır – Isa Qəmbərin qarşısına onu çıxarıb, aşağılamaq istəyirdilər. Qərəz, pul-parası, gülbeçələri, dövlət idarəetmə aparatı vasitəsilə büdcə təşkilatlarına təzyiq göstərmək yolu ilə, insanları qorxutmaq, şantaj etmək üsulu ilə müəllimləri, həkimləri, şagird və tələbələri, başqa dövlət orqanlarının işçilərini cəlb edərək, geniş bir tədbir düzənləmək istəyirdilər. Əldə olunmuş dəqiq məlumatlara görə, Təhsil Nazirliyindən rayon təhsil şöbələri vasitəsilə orta məktəblərə göstəriş verilibmiş ki, direktor səviyyəsində olmasa da, heç olmasa, müəllimlərin və şagirdlərin təmsilçiliyi ilə 20 nəfərlik heyət mütləq mitinqə qatılmalıdır. Hətta bəzilərini Hafiz adı ilə iyrəndirməmək üçün onlara mitinqi guya YAP-in keçirdiyini bildiriblər. Bununla belə həmin insanlar Qələbə meydanına çatanda işin nə yerdə olduğunu anlayıb, heç bir hədə-qorxuya baxmayaraq, geriyə qayıdıblar. Bununla bağlı polislərə tapşırılıb geriyə qayıdanların qarşısı alınsın. Beləliklə, sentyabrın 13-də iqtidarın bütün gücünü səfərbər edərək, anti – Musavat, anti – Isa Qəmbər kimi hazırladığı bir tədbirdə cəmisi 800 (səkkiz yüz) nəfərdən də az adam iştirak etdi. «Balıq Hafizin» sayaqlamalarının nəticəsi isə xalqda müxalifətə, Musavata, onun başqanı Isa Qəmbərə yox, iqtidara qarşı nifrət yaratdı. Bu da onu göstərdi ki, artıq Əliyev hakimiyyətinin inzibati-amirlik metodları işə yaramır.Nəhayət ki, seçkilərə iki həftə qalmış Ilham Əliyev prezidentliyə namizəd kimi ilk dəfə canlı olaraq ictimaiyyət qarşısına çıxdı. O oktyabrın 1-də Salyan, Neftçala və Biləsuvar rayonlarında oldu. Salyanda görüş keçirən varis sözün həqiqi mənasında biabır oldu. Görüşə Bakıdan və ətraf rayonlardan 500 nəfərədək adam gətirilib. Görüşdə iştirak edən 2000-ə yaxın adamın təxminən 1000-i orta məktəb şagirdi, eləcə də Daxili Qoşunların mülki geyimli xeyli əsgərləri olub. Səsvermə hüququ olan 500-600 nəfər müəllim və həkim zorla tədbirə gətiriliblər. Icra hakimiyyətinin binası yaxınlığındakı meydanın yarısını doldura bilməyən hakimiyyət nümayəndələri əməlli başlı pərt olublar. Görüşə gələnlərin əksəriyyəti elə zənn ediblər ki, meydanda incəsənət ustalarının konserti olacaq. Aldandıqlarını görənlərin bəziləri varis çıxış edərkən dağılmağa başlayıblar. Tədbirin əsas təşkilatçısı olan daxili işlər naziri R.Usubovun göstərişindən sonra meydanı polis əhatəyə alıb.Ilham Əliyev Salyanda olarkən eyni zamanda da rayonun giriş və çıxış yollarını əli avtomatlı əsgərlər nəzarətə götürüb.

Heydər Əliyevin seçkiyə qatılmayacağını Ilham Əliyev Salyanda keçirdiyi görüşdə təsdiq etdi. O dedi: «Bu gün artıq qeyd olundu ki, Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab Heydər Əliyev 1998-ci ildə öz seçkiqabağı kampaniyasını məhz Salyan rayonundan başlamışdı. Mən də bu gözəl ənənəyə sadiq qalaraq ilk görüşümü sizlərlə keçirirəm.» Bu sözlərin başqa yozumu yoxdur. Indi üç aydan bəri «Heydər Əliyevə səs verin!» deyib, boğazlarını cıranların halını təsəvvür edin. Çoxları sadəlövhcəsinə inanırdılar ki, Heydər Əliyev lap cəhənnəmin isti qucağında olsa da, qayıdıb gələcək.Salyanda seçicilərlə görüşdə çıxış edən Ilham Əliyev yenə də əvvəlki yalanlarını təkrarladı: «Heydər Əliyevin müalicə prosesi uğurla davam edir, həkimlərin fikrincə, o, tezliklə vətənə dönəcək. Mən istəyirəm ki, o bizimlə olsun və inanıram ki, belə olacaq.»Varis çıxışında həmişə olduğu kimi, bu dəfə də keçmiş iqtidarın bostanına daş atıb, Azərbaycan xalqının 1993-cü ildə öz seçimini etdiyini və bu seçimə də sadiq qalacağını bildirdi: «Azərbaycanın siyasətində ölkəmizi dağıdan, talayan, vətəndaş müharibəsi törədən, ondan sonra – vəziyyət gərginləşdikcə qorxub qaçan AXC – Musavat liderlərinə və onlara bənzərlərə yer yoxdur. Azərbaycan xalqı 1993-cü ildə öz seçimini edibdir və bu seçimə də sadiq qalacaqdır.»Sonra Ilham Əliyev Neftçala rayonunda seçicilərin qarşısında çıxış edərkən xalqda qorxu xofunun saxlanılması üçün bəyan etdi: «Azərbaycan Prezidenti Heydər Əliyev bu günlərdə ABŞ-dan vətənə qayıdacaq.»
Neftçala rayonundan Biləsuvara gedən Ilham Əliyev, orada qaçqın və məcburi köçkünlər üçün yeni inşa edilmiş qəsəbənin təntənəli açılış mərasimində iştirak etdi. Qabaqcadan hazırlanmış ssenariyə əsasən Ilham Əliyev Cəbrayıl rayonundan olan bir qaçqının – Yaqub Ələsgərovun evi ilə tanış oldu, ailəyə televizor və soyuducu hədiyyə etdi. O biri qaçqın ailələri isə bu ayrı seçkiyə görə Ilham Əliyevi mədəniyyətsiz və özlərini isə təhqir olunmuş saydılar.Ilham Əliyevin Şamaxı, Ismayıllı, Quba və Qusar rayonlarına «seçicilər» yenə də Bakıdan aparıldı.Oktyabrın 2-də həmən «seçicilər» Bakı Gömrük Idarəsinin qarşısından avtobusla yola düşdülər. «Seçicilər»i aparmaq üçün Bakı Gömrük Idarəsinin qarşısına 5 «Ikarus» və 6 «Isuzu» markalı avtobus gətirilmişdi. Qısa müddət içərisində bu avtobuslar «seçicilər»lə doldurularaq, Ilham Əliyevlə görüşə göndərildi. Bütün bu prosesləri «Yeni Musavat»ın əməkdaşları lentə almışlar.Ilham Əliyevin Lənkaran səfəri də uğursuzluğuna görə əvvəlkiləri xeyli qabaqladı. Lənkərandan alınan məlumata görə, zor gücünə görüşə daşınan yerli sakinlər onu sakit qarşıladılar. Görüşü canlandıranlar isə Bakıdan gələn 7 vaqon adam olub. Bu adamlardan əlavə, məktəblilərin və büdcə təşkilatı işçilərinin iştirakı ilə Ilham Əliyevi Lənkəranda təmiri başa çatdırılan mehmanxananın «açılış» mərasiminə aparıblar. Sonra Ilham Əliyev bir il əvvəl istifadəyə verilən və cəmi 72 nəfər işçi qüvvəsi olan Konserv Məhsulları Zavodunun «açılış mərasimində» iştirak edib. Köhnə obyektlərin qarşısına bağlanan qırmızı lentləri kəsməklə Ilham Əliyev onları «yeni» obyektlər kimi nümayiş etdirib öz adına yazmaq cəhdi göstərsə də, bu, lənkəranlıların gülüşünə səbəb olub. Məktəblilər və büdcə təşkilatlarının işçiləri səhər saat 07:30-da məcburi Lənkəran Olimpiya Kompleksinin qarşısına gətirilib. Saat 12-də isə Ilham Əliyevlə görüş olub.13 oktyabrda Bakıda ali və orta məktəblərdəki dərslər təxirə salındı. Səbəb iqtidarın prezidentliyə namizədi Ilham Əliyevin Tofiq Bəhramov adına Respublika stadionunda «seçicilər»lə görüşü idi. Ali və orta məktəb müəllimləri, tələbələr, şagirdlər və büdcə təşkilatlarının işçiləri iş yerlərini itirməmək üçün məcburiyyət qarşısında stadiona getməli olublar. Bununla da Ilham Əliyevin seçki kompaniyasına yekun vuruldu.Ilham Əliyevlə paralel, həmin gün, oktyabrın 1-də respublikanın Cənub bölgəsinə Qafqaz Müsəlmanları Idarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə də səfər etdi. O da daxili işlər naziri R.Usubov və Baş Prokuror Z.Qaralov kimi vəzifə səlahiyyətini aşaraq, siyasətə qarışıb ölkə başçısı, prezidentliyə namizəd, dünyasını dəyişmiş Heydər Əliyevə dəstək məqsədi ilə Masallı və Yardımlı rayonlarında görüşlər keçirdi. Sonra Şeyx A.Paşazadə bu qanundan kənar fəaliyyətini respublikanın Şimal bölgəsində də davam etdirdi.11 oktyabrda AMIP sədri Etibar Məmmədovu dəstəkləyan «Qələbə» koalisiyası metronun «20 Yanvar» stansiyasından «Qələbə» kinoteatrınadək yürüş-mitinq keçirməklə seçki kampaniyasına yekun vurdu. Bu möhtəşəm aksiyada, çox qəribə də olsa Etibar Məmmədovun müavini Nazim Imanov tribunada yox, meydanın ən aşağı hissəsində dayanmışdı. AMIP-AXCP(i) koalisiyasının ümumrespublika mitinqi adı altında keçirdiyi bu aksiyada ötən mitinqindən fərqli olaraq, bu dəfə iştirakçıların sayı çox idi. Mitinqdə ilk çıxışı AXCP funksioneri Gözəl Bayramlı etdi. Gözəl xanım Əliyev rejiminin sonunun çatdığını və qaranlıq yolun sonunda işıq göründüyünü dedi. O, 15 oktyabr seçkilərində «Qələbə» koalisiyasının qalib gələcəyinə inandığını bildirdi. Gözəl xanım bütün seçiciləri köləliyə, alçalmağa «yox» deməyə çağırdı, çıxışını «Əli bəylə Etibar ən layiqli iqtidar» şüarı ilə yekunlaşdırdı. Sonrakı çıxış edənlər, o cümlədən AXCP sədri Əli Kərimli də bu aksiyanı «son on ilin ən möhtəşəm mitinqi» kimi dəyərləndirdilər. Qeyd edim ki, onlar, o cümlədən Əli bəy də insafsızlıq etdilər. Bildirirəm ki, mən prezidentliyə iddialıların «Qələbə» meydanında keçirdikləri aksiyaların hamısında iştirak etmişəm. «Bizim Azərbaycan» Blokunun 7 sentyabrda bu meydanda keçirdiyi aksiya qat-qat izdihamlı keçdi və mitinq iştirakçılarının sayı da ən azı iki dəfə artıq olmuşdur. Həmçinin aksiyanı izləyən beynəlxalq müşahidəçilərin və səfirlik nümayəndələrinin yaydığı məlumata görə də iştirakçıların sayı 20 min olub. Yəni 7 sentyabr aksiyasının iştirakçılarının sayından iki dəfə az.  Mitinqin fəal iştirakçılarından biri, ADP funksioneri Qurban Məmmədov idi. Q.Məmmədov Etibar Məmmədovu dəstəklədiyi bir halda, onun qardaşı ADP-nin baş katibi Sərdar Cəlaloğlu isə, Isa Qəmbərə dəstək verirdi. Q.Məmmədov meydanı canlandırmaq üçün, arxasında dayanan Etibar Məmmədovu nəzərdə tutaraq «üzr istəyirəm, arxamı Azərbaycanın prezidentinə tərəf çevirmişəm» dedi. Qurban bəyin bu sözü meydanı hərəkətə gətirdi və onu alqışladılar. Q.Məmmədov Etibar Məmmədovu «millətin şəriksiz lideri» adlandırdı. Onun sözlərinə görə, E.Məmmədovu aldatmaq iştəyiblər. Bununla Q.Məmmədovun o vaxt nəyə işarə etdiyi mitinq iştirakçılarına aydın olmadı. Prezidentliyə namizəd Etibar Məmmədov «Etibarlı gələcək» mahnısı səslənəndən sonra aksiyanın izdihamlı olduğunu və bu dəstəkdən məmnun qaldığını dilə gətirdi. O, Əliyev rejiminin yalan üstə qurulduğunu qeyd edərək, bu yaramazlıqlara göz yumanları, çəkilib kənardan seyr edənləri qınadı. Prezidentliyə namizəd: «mənəvi cəhətdən təmizlənməliyik» deyib, əxlaqlı siyasət tərəfdarı olduğunu söylədi. O, 15 oktyabrda saxtakarlıq ehtimalının böyük olduğunu xatırladaraq, hamını saxtakarlıqla mübarizəyə səslədi.  Respublika prezidentliyinə ən şanslı üç namizədin keçirdikləri görüş və mitinqlərin nəticəsi göstərdi ki, iqtidar namizədi Ilham Əliyevlə görüş və mitinqlərə seçicilər könüllü gəlmir. Görüş və mitinqlərə dövlət strukturlarında çalışanlar, həkimlər, müəllimlər, tələbələr və şagirdlər məcburi olaraq cəlb olunurlar. AMIP-AXCP(i) koalisiyasının namizədi Etibar Məmmədovun keçirdiyi görüş və mitinqlərə seçicilər könüllü gəlir. Lakin görüş və mitinqlərə gələn seçicilərin əksəriyyəti qərbi azərbaycanlılardır. «Bizim Azərbaycan» Blokunun vahid namizədi Isa Qəmbərin keçirdiyi görüş və mitinqlər ən möhtəşəm olmuşdur. Burada heç bir regionçuluqdan, hər hansı bir sosial təbəqənin üstünlüyündən və ayrı-seçkilikdən söhbət belə ola bilməz. Görüş və mitinqlərdə respublikanın bütün bölgələrinin və sosial təbəqələrinin nümayəndələri könüllü iştirak edirlər. 7 sentyabr möhtəşəm yürüş-mitinqindən sonra 12 oktyabr ümumrespublika yürüş-mitinqinin daha da möhtəşəm olacağı və bununla bağlı hazırlıqlar getdiyi bildirilir

17.RUSIYADAN ILHAM ƏLIYEVƏ
DƏSTƏK

Heydər Əliyevin aprelin 21-də Respublika sarayında qəflətən yıxılmasından sonra, Azərbaycanda hakimiyyət dəyişikliyinin qaçılmazlığının ilk simptomu olan bu olay və hadisələrin sonrakı inkişafı – Heydər Əliyevin siyasi ölümünü təsdiq etdi. Bununla bağlı Azərbaycanı əldən buraxmaq istəməyən Rusiya dövlət rəsmiləri biri-birinin ardınca ölkəmizə səfər etməyə başladılar. Əvvəl Rusiya Prezident Aparatının rəhbəri Voloşin gəldi. O getdi, ardınca Rusiya prezidenti Putinin həyat yoldaşı gəldi. O da getdi, seçkiyə bir neçə gün qalmış Rusiya Təhlükəsizlik Şurasının katibi Vladimir Ruşaylo Bakıya gəldi. Voloşin və Ruşaylo hakimiyyəti qanunsuz mənimsəyən baş nazir Ilham Əliyevi dəstəklədiklərini açıq şəkildə bəyan etdilər. Bu mövqe isə faktiki olaraq seçki prosesinə başqa bir dövlətin müdaxiləsi deməkdir.Aydın məsələdir ki, prezident seçkilərinə cəmi bir neçə gün qalmış Rusiya kimi böyük dövlətin Təhlükəsizlik Şurası katibinin Azərbaycan səfəri konkret maraqlar güdürdü. Elə təkcə səfərin üç gün çəkməsi onun aktuallığının göstəricisidir. Lakin Ruşaylo son günlərdə Azərbaycan rəhbərliyi ilə intensiv təmaslar quran yeganə rus xəfiyyəsi deyil. V.Ruşaylonun gəlişindən bir həftə əvvəl Rusiyanın yüksək rütbəli iki generalı: FSB-nin (Federal Təhlükəsizlik Xidməti) direktor müavini Jdankov və Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini Baluyevski Bakıda olub, məxfi danışıqlar aparıblar. Yəni ki, rus generalları ilə aparılan gizli danışıqlar barədə mətbuata hər hansı bilgi ötürülməsi rəsmi qaydada nəzərdə tutulmayıb. Istisna deyil ki, onlar Ruşaylonun səfərinin bəzi detallarını hazırlayıblar.V.Ruşaylo Bakıda Ilham Əliyevlə görüşdükdən sonra keçirdiyi mətbuat konfransında Azərbaycanda seçkiqabağı durumla bağlı suala belə cavab verdi: «Mən düşünürəm ki, Ilham Heydəroviç yetərincə hazırlıqlı rəhbərdir və o, prezidentliyə layiqli namizəddir».Müxalifət namizədlərinin hakimiyyətə gələcəyi təqdirdə Moskva Azərbaycanla əlaqələrə hansı düzəlişləri edəcəyi barədə suala isə Ruşaylo cavab verməkdən yayınıb, yalnız «yaşayarıq-görərik» dedi.Qafqazda l Pyotrun ermənilərin dəstəklənməsi yönümündə siyasətinin davam etdirilməsinin gələcəyi ilə bağlı Vladimir Putinin sözlərinin şərh edilməsilə bağlı suala cavabında bildirdi: «Mən düşünürəm ki, prezident tərəfindən ümumdünya erməni forumunda gətirilmiş tarixi ekskurs tamamilə yerindədir. Ancaq bu, heç də erməniləri kiməsə qarşı qoymaq demək deyil. Bizim strateji əməkdaşlıq etdiklərimizin sirasında bir çoxları, o cümlədən Azərbaycan da var».Azərbaycan Respublikası Prezident Icra Aparatının rəhbəri Ramiz Mehdiyev (Yeri gəlmişkən bildirirəm ki, Ramiz Mehdiyevin atası da, anası da ermənidir – N.A.) Ruşaylonun Bakıya səfərini «vaxtında və xeyirli» kimi qiymətləndirib. Heydər Əliyevin siyasi səhnədən birdəfəlik çəkilməsindən sonra «Rusiyanın adamı» sayılan R.Mehdiyevin canfəşanlığı göz qabağındadır. Təsadüfi deyil ki, həm Voloşin, həm də Ruşaylo Bakıya məhz cənab R.Mehdiyevin dəvəti ilə gəliblər.V.Ruşaylonun Bakı səfərini «Yeni Musavat» qəzetində (11 oktyabr 2003-cü il) şərh edən politoloqlar: Qabil Hüseynli və Rasim Musabəyov da V.Ruşaylonun Bakıya gəlişinin R.Mehdiyev tərəfindən təşkil olunduğunu bildirirlər.Q.Hüseynli: «Bu səfər prezident seçkilərindən sonra da ola bilərdi və bütövlükdə iki ölkə arasındakı münasibətlərə daha çox xeyir gətirə bilərdi. Burada yalnız şəxsi münasibətlər mühüm rol oynayır və belə görünür ki, bu məsələdə Prezidentin Icra Aparatının rəhbəri R.Mehdiyev önəmli rol oynayır. O, bir tərəfdən öz personasının dəyərini artırmaq, digər tərəfdən də Rusiyanın adamı olduğunu və bu ölkənin siyasi dairələrində xüsusi nüfuza malik olduğunu nümayiş etdirmək məqsədi güdüb. Başqa bir tərəfdən isə Rusiya da öz adamına, «stavka» etdiyi adamlara dəstək vermək kimi bədnam praktikadan əl çəkmədiyini nümayiş etdirir. Belə təsəvvür yaranır ki, Rusiya bir tərəfdən Ilham Əliyevə dəstək vermək niyyətindədir. Digər tərəfdən də müdafiə etdiyi və hakimiyyətin müxtəlif strukturlarına topladığı öz adamlarının gücünü nümayiş etdirməkdən də əl çəkmək fikrində deyil. Ilham Əliyevə və Ailəyə nümayiş etdirmək istəyir ki, ölkədə onun «stavka» etdiyi bəzi adamlar var və məhz bu adamların köməyilə varisin hakimiyyətinə dəstək verir. Ona görə də mənə belə gəlir ki, hakimiyyət daxilində çox ciddi siyasi oyunlar gedir. Bu siyasi oyunlar təkcə varisin hakimiyyətə gətirilməsindən ibarət deyil. Həm də Rusiyameyilli qüvvələrin öz aralarında qüvvələr nisbətini müəyyənləşdirməsi prosesindən ibarətdir.»R.Musabəyov: «Hakimiyyətdəki müəyyən şəxslərin yeni komandada qalmasına təminat istənilə bilər ki, balanslaşdırılmış və Rusiyanın maraqlarını nəzərə alan siyasət saxlanılsın. Unutmayaq ki, Ruşaylonu bura R.Mehdiyev dəvət edib. Ola bilsin, bununla o, həm də öz yerini möhkəmlətmək istəyir. Yəni öz şəxsi maraqlarını güdür.»Iqtidara yaxın mənbədən aldığım məlumata görə, çox şübhəli vəziyyət ondadır ki, Ramiz Mehdiyevin qonağı V.Ruşaylo gələndə, təyyarədə onlar 107 nəfər olublar. Gedəndə 6 nəfər getmiş, 101 nəfər isə qalmışdır. Sual olunur: bu qalan 101 nəfər Rusiya vətəndaşları kimlərdir? R.Mehdiyev onları nə məqsədlə saxlatdırmışdır?..

         18.ERMƏNISTANDAN ILHAM
ƏLIYEVƏ DƏSTƏK

 Heydər Əliyevin qan qohumları Ilham Əliyevi dəstəkləyir. Belə ki, Ermənistan Milli Məclisinin sədri Artur Baqdasaryan «Nezavisimaya qazeta»ya müsahibəsində Ilham
Əliyevi Qarabağ problemi yönündə «açıq düşünən siyasətçi» adlandırıb: «Mən əminəm ki, Ilham gedən proseslərdən ağahdır və danışıqların həmin ahəngdə davam etməsini təmin edəcək». (Yəni danışıqların sonu olmayacaqdır – N.A.)Ermənistan xarici işlər naziri Vardan Oskanyan da eyni ruhlu bəyanatla çıxış edərək, danışıqların dayandığı nöqtədən başlamasına yalnız Ilham razı olacağını vurğulayıb: «Mənə elə gəlir ki, bütün namizədlərdən ancaq Ilham Əliyev danışıqların həmin ruhla davam etdirilməsində maraqlıdır».19.IQTIDARIN EYBƏCƏRLIKLƏRI

 Isa Qəmbərlə görüşdə iştirak edən xanım işdən çıxarılıb.
«Bizim Azərbaycan» Blokunun prezidentliyə namizədi Isa Qəmbərin sentyabrın 28-də Tovuzda seçicilərlə görüşündə iştirak edənlərə qarşı repressiyalar səngimir. Xəbər verildiyi kimi, Musavat Partiyası Yuxarı Öysüzlü kənd özəyinin sədri Mahmud Məmmədovun valideynlərinə oğlunun öldürüləcəyi ilə bağlı xəbərdarlıq olunub. Onun kənd bələdiyyəsində işləyən qardaşının həyat yoldaşını Isa Qəmbərlə görüşdə iştirak etdiyi üçün işdən çıxarıblar.Seçki günü yaxınlaşdıqca rejimin bütün yaramazlıqları üzə çıxır. Saxtakarlıq üçünsə təhsil və səhiyyə müəssisələrinin rəhbərlərindən vasitə kimi istifadə olunur. 2 oktyabrda Nəsimi rayonundakı 159 saylı məktəbdə valideynlərin iclası keçirilib. Məktəbin rəhbərliyi valideynlərə tapşırıb ki, hamı Ilham Əliyevə səs versin. Əks halda , uşaqlarınızın qiymətlərinin kəsiləcəyi, hətta məktəbdən qovulacaqları barədə onlara xəbərdarlıq edilib.YAP-çı deputat Məlahət Həsənova baş həkim olduğu Nizami rayonundakı 3 saylı uşaq poliklinikasının sahə həkimlərini məcbur edib ki, azyaşlı uşağı olan valideynlərdən ərizə alsın. Məqsəd oktyabrın 15-də onların səs verməsi üçün evlərə daşınan seçki qutularının aparılmasıdır. Məlahət Həsənova tələbini yerinə yetirməyən həkimləri işdən çıxaracağı ilə hədələyib.Seçki kompaniyasına hüquq-mühafizə orqanlarının müdaxiləsi getdikcə sürətlənir. Bu qanunsuzluğa Sumqayıt şəhər Polis Idarəsinin rəisi Sevindik Səfərov da qoşulub. Sentyabrın 30-da 29-cu məhəllədəki xeyir-şər məclisləri üçün nəzərdə tutulan yerdə seçicilərlə görüşən polis rəisi onları Heydər və Ilham Əliyevlərə səs verməyə çağırıb.Mərkəzi Seçki Komissiyasının oktyabrın əvvəlində keçirilən iclasında Nizami rayonundakı 61 saylı məktəbin direktoru Ş.Gülmalıyevanın Ilham Əliyev üçün təşkil olunan şouda iştirak etməyən 44 müəllimi cəzalandırması barədə müzakirələr aparılıb. Bu məsələ ilə bağlı MSK-ya daxil olan müraciət prokurorluğa göndərilib və faktla bağlı Təhsil Nazirliyinə müraciət olunub. MSK-nın məsələyə loyal yanaşmasının nəticəsidir ki, Ş.Gülmalıyeva yenə özbaşınalıqlarını davam etdirir.Əzizbəyov rayon Təhsil Şöbəsinin müdiri Ilham Məmmədov rayon ərazisində olan məktəblərin direktorlarının yığıncağını keçirib. Direktorlar həm də ərazidə olan dairə seçki komissiyalarına rəhbərlik edirlər. O, DSK sədrlərinə göstəriş verib ki, seçki günü nə yolla olursa-olsun, Ilham Əliyev hamıdan çox – 70 faiz səs «toplamalıdır».Hakimiyyət hazırda həbsxanalarda cəza çəkən vətəndaşların da səslərindən Ilham Əliyevin xeyrinə istifadə etmək niyyətindədir. Cəzaçəkmə müəssisələrindən alınan məlumatlara görə, rəislər məhbuslarla söhbətlər aparıb, onları Ilham Əliyevə səs verməyə çağırırlar. Xüsusilə də öz mövqeyi ilə seçilən məhbuslar rəislərin yanına çağrılıblar. Cəzaçəkmə müəssisələrinin rəisləri məhbuslara deyiblər ki, Ilham Əliyevə yox, başqa bir namizədə səs versələr, cəzalanacaqlar.Respublikada ən nüfuzlu xeyriyyə cəmiyyətlərindən biri olan, qərbi azərbaycanlıların «Ağrıdağ» Xeyriyyə Cəmiyyətinin sədri, ictimai rəyə geniş təsiri olan Nurəddin Mustafayev də prezidentliyə namizəd Isa Qəmbərə dəstək verdi: «Mən Nurəddin Mustafayev olaraq, öz adımdan danışıram, məni istəyənlər, mənə inananlar Isa Qəmbərə səs versinlər». N.Mustafayevin Isa Qəmbərə dəstək verməsi tayfa mənsublarını vəlvələyə saldı. Bununla bağlı istisnasız olaraq bütün telekanallar irimiqyaslı əks-təbliğat kampaniyasına başladı. Əslən Qərbi Azərbaycandan olan bəzi «ziyalılar» televiziyalarda N.Mustafayevin seçiminə etiraz etmək üçün növbəyə dayandılar. Onlar israrla iddia edirlər ki, N.Mustafayevin qərbi azərbaycanlılar adından danışmağa haqqı yoxdur. Çünki «bütün ermənistanlılar Heydər Əliyev kursunun layiqli davamçısı Ilham Əliyevə səs verəcəklər.»N.Mustafayevin seçiminin geniş rezonans doğuracağı qabaqcadan məlum idi. Çünki iqtidarın monopoliyasında saxlamaq istədiyi qərbi azərbaycanlıların əhəmiyyətli kəsimi onun fikriylə hesablaşır. Belə ziyalıların Isa Qəmbərə cəsarətlə dəstək verməsi təbii ki, iqtidarın ciddi təpkisiylə üzləşməliydi.Maraqlıdır ki, qarşı tərəf kimi N.Mustafayevin deyilənlərə münasibətini verməyə heç bir televiziya kanalının cəsarəti çatmadı. Təbii ki, tayfanın nəzarətində olan telekanallardan obyektivlik gözləmək, əlbəttə, sadəlövhlük olardı.N.Mustafayev «Yeni Musavat» qəzetinə (11 oktyabr 2003-cü il) verdiyi müsahibədə dedi: «Mənim bu adamlara yazığım gəlir. Onlar başqalarına hörmət eləmirlər, heç olmasa ziyalı adına hörmət etsinlər. Əleyhimə danışanlara məsləhət görürəm ki, «Yeni Musavat»da gedən müsahibəmi diqqətlə oxusunlar. Onlardan fərqli olaraq, mən heç kəsin adından danışmıram. Müsahibəmdə öz fikrimi söyləmişəm. Bu mənim haqqımdır. Çox maraqlıdır, bu ziyalılar mənə irad tuturlar ki, nə üçün onların adından ermənistanlılara müraciət etmişəm. Qeyd etdiyim kimi, belə bir şey olmayıb. Ancaq ortaya sual çıxır: bəs sizə kim ixtiyar verib ki, qərbi azərbaycanlılar adından kimisə dəstəkləyəsiz? Bu, ermənistanlılara hörmətsizlik deyilmi? Bütün Azərbaycan vətəndaşları kimi qərbi azərbaycanlıların da seçmək hüququ var. Onlar da ürəklərinin hökmü ilə istədikləri şəxsə səs verəcəklər.Əleyhimə danışanlar kimlərdir? Yadıma gəlir, 1987-ci ildə Heydər Əliyev vəzifədən uzaqlaşdırılandan sonra indi əleyhimə danışan ziyalıların bir qrupu onda televiziyaya çıxaraq Heydər Əliyevi ən kəskin ifadələrlə tənqid edirdi. 1992-ci ildə həmin ziyalılar Ayaz Mütəllibova yaramaq üçün televiziyaya çıxaraq iddia edirdilər ki, Heydər Əliyev Naxçıvanı Azərbaycandan ayırmaq istəyir…Mən MK-da işləyəndə rayonlarda olardım, insanlarla görüşərdim. Bir dəfə bazarların birinə baş çəkəsi oldum. Eşitdim ki, kimsə qışqıra-qışqıra nəsə deyir. Yanımdakı vəzifəli şəxsdən soruşdum ki, o, nə deyir? Bu vaxt səs daha aydın eşidildi: «Kimə şahid lazımdır, kimə şahid lazımdır?» Heç nə başa düşə bilmədim. Yanımdakı şəxs izah etdi ki, bunlar pullu şahidlərdir, pul müqabilində məhkəmədə istənilən adamın üzünə dururlar. Dönə-dönə üzr istəyirəm, ancaq televiziyada əleyhimə danışanları görəndə həmin o pullu şahidlər yadıma düşdü. Mahiyyətcə bunların elə bir fərqi yoxdur. Belə mövqe olmaz. Ziyalı ona görə ziyalıdır ki, xalqın mövqeyindən çıxış edir. Ən çətin şərtlər altında belə, millətin yanında olur. Indi BDU-nin rektoru Abel Məhərrəmov ağzına gələni danışır. Deyir ki, N.Mustafayev qaçqınlara nə edib? A.Məhərrəmov 2-3 kəndçisinə yanında iş verməklə qaçqınlara kömək etdiyini zənn edir. (Bakı Dövlət Unuversitetinin rektoru Abel Məhərrəmov əslən ermənistanlıdır və anası da ermənidir – N.A.) Mən sənin kimi rüşvət almıram. Düz 15 ildir ki, evimdə oturmuşam. Indi o, oğurluq pulların hesabına qaçqınlara nəsə edə bilər. Mənimsə belə bir imkanım yoxdur. Ziyalılıq, vətənpərvərlik kiməsə pul verməklə ölçülmür. A.Məhərrəmovun o qədər cinayəti var ki, o qədər korrupsiyaya uğrayıb ki, iqtidar dəyişsə, o həbs olunacaq, törətdiyi cinayətlərə görə cavab verəcək. Ona görə də dəyişiklik istəmir. A.Məhərrəmov iqtidarın göstərişlərini icra etməsə indi də həbs oluna bilər.Çox təəssüf edirəm ki, bizim ziyalılar kimlərinsə əlində oyuncaq olmağa həvəslə razılıq verirlər. Əleyhimə təşkil olunmuş müraciətə imza atanlardan neçəsi mənə zəng vuraraq üzrxahlıq edib. Deyirlər ki, sizə böyük hörmətimiz var, ancaq bizi məcbur edirlər.Əminəm ki, iqtidar dəyişsə, bu gün Isa Qəmbəri söyənlər ona yaltaqlanmaq məqsədilə Ilham Əliyevi söymək üçün növbəyə dayanacaqlar. Bu, onların əxlaqından irəli gəlir. Ona görə də Ilham Əliyevə məsləhət görürəm ki, belə insanlara qətiyyən inanmasın. Onlardan heç kimə xeyir gəlməyib. Belələri arxadan vurmağa öyrəniblər. Mən çox şey deyə bilərəm. Ancaq istəmirəm. Mən heç onlardan da incimirəm. Onlar varlı olsalar da, bədbəxtdirlər. Ona görə ki, azad deyillər.Istərdim ki, Ilham Əliyev bilsin: əleyhimə danışanların çoxu mənimlə söhbətdə dəfələrlə deyiblər ki, biz ömründə Ilham Əliyevə səs vermərik. Kaş elə bir mexanizm olaydı ki, əleyhimə danışanların kimə səs verdiyini görmək mümkün olaydı. Bilirəm ki, onların çoxu Isa Qəmbərə səs verəcək.»Sonra N.Mustafayev deyir: «Bilirəm ki, bu oyunlar Prezident Aparatından təşkil olunur, maliyyələşir. Çünki belə iyrənc təkliflər dəfələrlə mənə olub. Ancaq mən vicdanımın əleyhinə getməmişəm. Bu qədər təşkilatlar, partiyalar Isa Qəmbəri müdafiə edir, iqtidar onlara elə bir reaksiya vermir. Ancaq mənim mövqeyim onları hövsələdən çıxarır.Prezident Aparatından, Ilham Əliyevin adından mənə müraciətlər olur. Hədələyirlər. Deyirlər, uşaqlarını işdən çıxaracağıq, sən bilmirsən ki, yolla gedəndə maşın səni vura bilər, ağlı başında olmayanlardan biri sizi güllələyə bilər və s. Sizin kimi adamlarla yanaşı yaşamaqdansa, ölmək şərəflidir. Mən heç kimdən və heç nədən qorxmuram. Mənim mövqeyim var. Mən kişiyəm, heç kimə də yaltaqlanmıram.Onlar yazıq adamlardır, mən onları bəri başdan bağışlayıram və onları Allaha tapşırıram.»
Iqtidarın belə eybəcərliklərini nə qədər desən sadalamaq olar. Mən isə yuxarıda yazılanlarla kifayətlənirəm.

 20.MSK-da QANUNSUZLUQLAR

7 sentyabrda Mərkəzi seçki Komissiyasının müxalifəti təmsil edən beş üzvü ATƏT-ə, ABŞ-ın, Almaniyanın və başqa Qərb ölkələrinin Azərbaycandakı səfirliklərinə ölkədəki seçkiqabağı vəziyyətlə bağlı müraciət edib. Sənəddə beynəlxalq təşkilatlardan və diplomatik missiyalardan seçkiqabağı şəraitin demokratikləşdirilməsi üçün təxirə salınmadan tədbirlər görülməsi məqsədilə Azərbaycan hökumətinə müraciət etməsi xahiş olunur.MSK üzvləri bildirir ki, YAP prezidentliyə namizədlər «fəaliyyətdə» olan prezident Heydər Əliyevin və baş nazir Ilham Əliyevin xeyrinə seçkiqabağı təbliğat bütün dövlət və bələdiyyə orqanlarının qanunsuz iştirakı ilə aparılır.«Hər iki namizədin təşviqat materialları sifarişçi, istehsalçı və tiraj göstərilmədən, qanunsuz və nəzarətsiz olaraq qeyri-məhdud şəkildə yayılır.Dövlət və özəl telekanallar, dövlət qəzetləri «Azərbaycan», «Respublika», «Xalq qəzeti» hər iki namizədin lehinə, müxalifəti təmsil edən namizədlərin əleyhinə məhdudiyyətsiz təşviqat aparır. Ilham Əliyev Seçki Məcəlləsini pozaraq, baş nazir vəzifəsini icra etməkdə davam edir», -deyə müraciətdə qeyd olunur.MSK üzvləri Bakıda və bölgələrdə müxalifəti təmsil edən namizədlərin seçicilərlə görüşlərinə aşkar maneçilik törətdiyini bildirir. «Bu işə polis, yerli icra və bələdiyyə qurumları cəlb edilir. Müxalifət nümayəndələrinə fiziki və psixoloji təzyiqlər göstərilir.» – deyə sənəddə vurğulanır.Musavat Partiyasının Mərkəzi Seçki Komissiyasındakı səlahiyyətli nümayəndəsi Gülağa Aslanlı qurumun sədri M.Pənahovun ünvanına seçki prosesində baş verən bir sıra qanunsuzluqlarla yanaşı prezidentliyə namizədlər Heydər və Ilham Əliyevlərin telekanallarda başqa namizədlərə nisbətən daha çox təbliğ olunması, yəni 400 saatdan artıq vaxtın ayrılması və təbliğat plakatlarında rekvizit məlumatlarının olmaması ilə bağlı müraciət etmişdir. G.Aslanlı bildirib: «Həmin reklamın dəyərinin ödənilməsi üçün mövcud reklam tariflərinə əsasən 12 milyard manata qədər vəsait tələb olunur. Bu qədər vəsait isə namizədlərin seçki fondunda ola bilməz. Bunu nəzərə alaraq, MSK-nın Nəzarət Təftiş Komissiyası vasitəsilə telekanallarda müvafiq yoxlama həyata keçirilməli və seçki fondunun xərclərinin müəyyən edilmiş yuxarı həddindən 54 faizdən artıq olan digər pul vəsaitindən istifadə edilməsi üzə çıxarsa, Seçki Məcəlləsinin 113.2.5-ci maddəsinə görə, Heydər Əliyevin və Ilham Əliyevin qeydiyyatının ləğv olunması ilə bağlı məhkəməyə müraciət edilməlidir.»G.Aslanlı Heydər və Ilham Əliyevlərin təbliğat plakatlarında rekvizit məlumatlarının olmaması ilə bağlı qanun pozuntusunu bir daha MSK-nın nəzərinə çatdırıb. O bildirib ki, bu məsələ MSK-nın qarşısında dəfələrlə qaldırılsa da, qurum qeyri-qanuni halın aradan qaldırılması ilə bağlı tədbir görməyib. O, bu məsələnin də NTK tərəfindən araşdırılmasını və tədbir görülməsini tələb edib: «Əgər həmin vəsaitin namizədin seçki fondu üçün nəzərdə tutulan maksimum məbləğin 5 faizindən artıq olduğu dəqiqləşsə, Heydər və Ilham Əliyevlərin namizədliyinin ləğv olunması ilə bağlı məhkəməyə müraciət olunmalıdır.»Seçki Məcəlləsinə əsasən əvəzsiz və güzəştli şərtlərlə xidmət göstərilməsinin qadağan olunduğunu bildirən G.Aslanlı, adları çəkilən hər iki namizəd üçün siyasi reklam xarakterli kütləvi tədbirlərin keçirildiyini də qeyd edib. O hesab edir ki, Seçki Məcəlləsinə uyğun olaraq, yenə də bu qanun pozuntusuna görə məhkəməyə müraciət olunmalı və hər iki namizədin seçki prosesindən uzaqlaşdırılması ilə bağlı qərar çıxarılmalıdır.Müraciətdə qeyd olunan növbəti məqam isə Ilham Əliyevin məzuniyyətdə olmasına baxmayaraq, vəzifə və xidməti mövqelərindən seçki kompaniyası zamanı istifadə etməsi ilə bağlıdır. Musavatın səlahiyyətli nümayəndəsi müraciətində qeyd edib ki, MSK qanun pozuntusu ilə bağlı namizədə xəbərdarlıq etməli, əgər bu, nəzərə alınmasa, namizədliyin ləğv olunması ilə bağlı məhkəməyə müraciət edilməlidir.Qeyd edək ki, MSK-nın 1 oktyabr 2003-cü il tarixli iclasında bu müraciətin bütün məqamları ilə bağlı fikirlər səsləndi və sonda müraciətdə qeyd olunan məqamların nəzərə alınması məqsədəuyğun bilindi. Hansı formada nəzərə alınacaq? Bu sual isə açıq qaldı. Və heç bir nəticə alınmadı.Azərbaycan Respublikası Konstitutsiyasının 100-cü maddəsində deyilir: «Yaşı otuz beşdən aşağı olmayan, Azərbaycan Respublikasının ərazisində 10 ildən artıq daimi yaşayan, seçkilərdə iştirak etmək hüququna malik olan, o cümlədən ağır cinayətə görə məhkum olunmayan, başqa dövlətlər qarşısında öhdəliyi olmayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan Azərbaycan Respublikasının vətəndaşı Azərbaycan Respublikasının prezidenti seçilə bilər.»Mətbuatda Ilham Əliyevin Azərbaycan vətəndaşı olmadığı barədə xəbərlər dolaışır. Oktyabrın əvvəlində MSK-nın müxalifətdən olan üzvü Yusif Bağırzadə hətta, məsələ qaldırdı ki, Ilham Əliyevin xarici ölkə vətəndaşı olub-olmadığı araşdırılmalıdır. Bunun ardınca müxalifətdən olan partiya liderləri MSK-ya analoji tələblə müraciət etdilər və Konstitusiya Məhkəməsindən Ilham Əliyevin prezidentliyə namizədliyinin ləğv edilməsini tələb etdilər. «Bakı-Xəbər» qəzetinin kollektivi hələ iyulun əvvəllərində bu məsələnin araşdırılmasına başladı və Türkiyə rəsmi dairələrinə yaxın mənbələrdən çox maraqlı məlumatlar aldı. Heç demə, dövlət başçısı Heydər Əliyevin oğlu, hətta, 1994-cü il martın 10-da ailə üzvləri ilə birlikdə Türkiyə vətəndaşlığına qəbul olunub. O vaxta qədər isə Ilham Əliyev ailə üzvləri ilə birlikdə Moskvada pasport qeydiyyatında olmaqla bərabər, Rusiya vətəndaşı idilər. Daha sonra bildirilir ki, Ilham Əliyev 1998-ci il 17 apreldə Türkiyə vətəndaşlığından çıxıb. Beləliklə, onun 5 ilə yaxın müddət ərzində Türkiyə vətəndaşı olduğu bildirilir.Yuxarıda yazılanlardan göründüyü kimi, MSK rəhbərliyi Konstitutsiyanın 100-cü maddəsinin tələblərini bilə-bilə, qəsdən pozaraq Ilham Əliyevi qeyri-qanuni olaraq Azərbaycan Respublikası Prezidentliyinə namizədliyini qeydə almışdır. Bu cinayətdir. Bu cinayətin başında da MSK sədri Məzahir Pənahov durur.Özəlləşdirmə Qanunsuzluqları üzrə Ictimai Komissiyanın koordinatoru Vüsal Qasımlı Ilham Əliyevin prezidentliyə namizədliyinin ləğv edilməsi təkliflə Mərkəzi Seçki Komissiyasına müraciət edib.Əliyevlərin adı keçən mülki və cinayət işinin hazırda ABŞ-ın Nyu-York Cənub Dairə Məhkəməsində icraata qəbul edildiyini bildirən V.Qasımlı 2002-ci ilin avqustunda ABŞ investorları tərəfindən qaldırılan mülki iddiada Əliyevlərə qarşı üst-üstə 1 milyard dollardan artıq təzminatın irəli sürüldüyünü qeyd edir: «Həmin işə görə Heydər Əliyev və Ilham Əliyevə məhkəmə sorğuları göndərilib. Nyu-York Cənub Dairə Məhkəməsində cinayət işi materiallarına görə Əliyevlərə 350 milyon dollar rüşvət ötürən vəkil Hans Bodmer Cənubi Koreyada saxlanılıb. Cinayət işinin materiallarında göstərilir ki, cənab Bodmerin şirkəti cinayətkar fəaliyyətin nəticəsində əldə edilən maliyyə gəlirini Azərbaycan hakimiyyətinə rəhbərlik edən Əliyevlərin xeyrinə yumaq, gizlətmək və ört-basdır etmək məqsədilə bir neçə Isveçrə və digər xarici ölkə banklarında hesablar açıb və onlara nəzarət edib. H.Bodmer həmçinin Britaniyanın Virciniya adalarında qeydiyyatdan keçən və Azərbaycan rəsmilərinin də nəzarətində olan kompaniyalar təşkil edib, Azərbaycan rəsmiləri və onların ailə üzvləri adına Isveçrə banklarında hesablar açıb. Bu zaman Bodmer öz hüquq firmasının müştərilərinin bank hesablarından, «Nyposwis» Bankının Direktorlar Şurasının üzvü olaraq öz mövqeyindən Azərbaycan rəsmilərinin xeyrinə istifadə edib, Isveçrə, Niderland və Birləşmiş Ərəb Əmirliklərindəki bank hesablarına Azərbaycan rəsmilərinin xeyrinə pul köçürülməsini təmin edib, dəfələrlə Isveçrədən Bakıya çarter reysi ilə pul göndərib.»Müraciətdə o da bildirilir ki, Bodmerə qarşı irəli sürülən ittihamnaməyə əsasən rüşvət alınmasını Azərbaycan hökumətinin baş rəsmilərinin həyata keçirdiyi bəlli olur: «Xüsusilə baş Azərbaycan rəsmisi, ARDNŞ-nin baş rəsmisi və DƏK-in əsas rəsmisi göstərilir. Onların kimliyini təkrar etməyə əsas görmürük. Bu rəsmilərdən hər biri ABŞ-da 1997-ci ildə qəbul edilmiş «Xaricdə rüşvət haqqında» qanunun 78-ci bəndinə əsasən «rüşvət alan xarici rəsmi şəxs» kimi təfsir olunur. Nyu-York məhkəməsi 28-ci və 18-ci ABŞ Məcəlləsinə, Vətəndaş Prosedurları haqda Federal Qaydalara və Nyu-York Vətəndaş Prosedurları haqda Qaydalara əsasən aparılır.»Özəlləşdirmə Qanunsuzluqları üzrə Ictimai Komissiyanın üzvü hüquqşünas Ilqar Altayın ABŞ-da apardığı araşdırmadan sonra komissiya qərara gəlib ki, prezidentliyə namizədlər Heydər və Ilham Əliyevlər Azərbaycan Konstitutsiyasının 100-cü maddəsinə əsasən başqa dövlətlər qarşısında öhdəlik daşıyırlar: «Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin 1 avqust 2003-cü il tarixli qərarına əsasən (qərar Respublika Prokurorluğunun 2003-cü il 15 iyul tarixli 11/65-2298 saylı sorğusu ilə bağlı qəbul edilib) Konstitusiyanın 100-cü maddəsindəki»… başqa dövlətlər qarşısında öhdəliyi olmayan… «müddəasının hüquqi mənası vətəndaşın xarici dövlətlərə bağlılığına və onlardan asılılığına səbəb olan münasibətlərin mövcudluğu ilə əlaqədar yaranan öhdəliklərinin olmamasını ehtiva edir. Belə öhdəliklər uzun müddət ərzində xaricdə yaşamaqla bağlı əmələ gələn qeydiyyat, vergi, ölkə ərazisini müəyyən müddətdən artıq tərk etməmək və sair kimi, habelə siyasi, hüquqi və bu cür digər öhdəliklər də ola bilər. Hesab edirik ki, prezidentliyə namizədliyi irəli sürülmüş Heydər Əliyev və Ilham Əliyevin adı keçən və Nyu-York Cənub Dairə Məhkəməsində icraata qəbul edilmiş mülki və cinayət işi müvafiq öhdəliyi yaradır. Belə ki, hər iki şəxsin üzərində Nyu-York Cənub Dairə Məhkəməsinin Prosessual Məcəlləyə uyğun qərarlarına tabe olmaq, habelə məhkəmənin qərarı olarsa təzminat ödəmək və cinayət məsuliyyəti daşımaq perspektivi var. Yuxarıda göstərilən öhdəliklərdən hər biri passiv seçki hüququnun həyata keçirilməsinə mane olan amil kimi qəbul edilməlidir. Artıq belə presedent mövcuddur. MSK Konstitusiya Məhkəməsinin adıgedən təfsirinə əsasən Rəsul Quliyevi prezidentliyə namizəd kimi qeydə almaqdan əsassız surətdə imtina edib.»Yuxarıda qeyd edilənləri əsas götürən V.Qasımlı MSK-dan Azərbaycan Respublikasının prezidentliyinə namizədliyi irəli sürülmüş Ilham Əliyevin namizədlik məsələsinə yenidən baxmağı xahiş edir. Qanuni xahiş təmin olunmur.Seçkilərə az müddət qalmasına baxmayaraq, hələ də Azərbaycanda nə qədər seçicinin olması ilə bağlı dəqiq rəqəmlər yoxdur. Təbii ki, hakimiyyət dairələri həmişə olduğu kimi, bu dəfə də özünə sərf edən sayın üzərində durur. MSK-nın, hakimiyyət təmsilçilərinin verdikləri məlumatlarda ötən dönəmlərdə olduğu kimi, yenə də seçicilərin sayı 4 milyon nəfərdən artıq göstərilir. Ölkəni çoxdan tərk etmiş şəxslərin, son 7-8 ildə bir dəfə də olsun Azərbaycana ayaq basmayanların adları hələ də seçici siyahılarında saxlanılır.Artıq MSK-da bülletenlərin nümunələri, onların sayı da təsdiqlənib. Verilən məlumatlara görə bu dəfəki seçkilərdə 4 milyondan çox bülletenin hazırlanması barədə qərar qəbul olunub.MSK-da ATƏT-in yeni fəaliyyətə başlayan müşahidə missiyasının rəhbəri Piter Aykerlə keçirilən görüş zamanı maraqlı bir fakt səslənib. Bu barədə «Yeni Musavat» qəzetinə (22 sentyabr 2003-cü il) məlumat verən MSK katibi Vidadi Mahmudlunun sözlərinə görə, cənab Ayker MSK rəhbərliyi ilə keçirdiyi görüşdə deyib ki, Xarici Işlər Nazirliyində görüş zamanı ona bildirilib ki, Azərbaycanın 3 milyona yaxın vətəndaşı ölkədən kənardadır. Onların 2 milyona qədəri Rusiyada yaşayır. Bu məlumata istinad edən Piter Ayker MSK-da olanda həmin seçicilərin səsverməsinin necə təşkil olunması ilə də maraqlanıb.V.Mahmudlu onun da iştirak etdiyi görüşdə P.Aykerə bununla bağlı dəqiq cavab verilmədiyini dedi: «Umumiyyətlə, MSK hələ ki bu sualın cavabını tapa bilməyib. Cəmisi respublikadan kənarda 13 mindən artıq vətəndaşın olduğu nəzərdə tutulub. Onun da 1000 nəfərdən artığının üzən gəmilərdə olması müəyyənləşdirilib. Digər vətəndaşlar isə diplomatik nümayəndəliklərimizin əməkdaşları və uzun müddətli ezamiyyətə gedən şəxslərdir. Ölkədən gedən digər vətəndaşların səsvermədən kənarda qalacaqları təhlükəsi artıq realdır. Bununla bağlı demək olar ki, heç bir tədbir görülmür. Bundan başqa, bu cür şəxslərin seçki siyahılarından çıxarılması ilə bağlı işlər aşkar aparılmır. Yəni bu, elə bir ciddi məsələdir ki, MSK seçicilərlə, seçki prosesinin digər iştirakçılarına bu barədə vaxtaşırı məlumat verməlidir. Məlumat ondan ibarət olmalıdır ki, nə qədər seçici siyahılardan çıxarılıb, ölkədə olan real seçki sayı nə qədərdir.»V.Mahmudlu deyib ki, ölkədə 4 milyon 300 mindən çox seçicinin olduğu bildirilir. Onun fikrincə, bunun özü göstərir ki, ölkədən getmiş vətəndaşlar əvvəllər olduğu kimi, bu dəfə də seçici siyahılarında saxlanılmaqdadırlar. MSK katibi onu da dedi ki, təmsil olunduğu qurum SM-nin nəzərdə tutub yerlərə göstəriş verməlidir ki, yalnız seçkilər elan olunan gündən əvvəlki bir il ərzində azı altı ay ölkədə olan şəxslərin adları seçki siyahılarında saxlanılmalıdır. Digər şəxslərin isə adları siyahılardan çıxarılmalıdır: «Bütün bunlar olduqca ciddi məsələlərdir. Belə hallar səsvermə günü məntəqəyə gəlməyən şəxslərin bülletenlərindən səsvermə günü saxtakarlıq məqsədilə istifadə olunmasına şərait yaradır. Məhz buna görə də yuxarıda deyilən məsələlərlə bağlı dəqiqləşmələrin aparılmasına maraq göstərilmir.»

 21.VAHID NAMIZƏD MƏSƏLƏSI

 Iqtidarın belə həyasızlığını görən xalq, çıxış yolunu müxalifətin vahid namizədlə seçkiyə getməsində görür. Bu ideya iki balaca meyara əsaslanır. Birinci meyar sosial sifarişdir. Yəni xalq belə istəyir. Bütün müxalifəti bir yerdə görmək arzusundadır. Ikinci meyar isə Azərbaycan reallıqları və beynəlxalq birliyin bu reallıqlara münasibətidir. Yəni Azərbaycan yenicə müstəqilliyini qazanıb. Onun müstəqilliyinin möhkəmlənməsi üçün sabitliyə ehtiyac var. Aparıcı dünya dövlətləri də bu məsələdə maraqlıdırlar. Onlar sabitliyin qarantını isə müxalifətin vahid namizədinin müəyyənləşməsində görürlər. Vahid namizədin müəyyənləşməsi beynəlxalq birliyin Azərbaycandakı proseslərə yanaşmasını müsbət yöndə dəyişə bilər.Azərbaycan xalqı yenə tarixi mərhələnin astanasındadır. Tale bizə 10 ildə üzləşdiyimiz fəlakətlərdən xilas olmaq üçün böyük şans verib. Mövcud antimilli Heydər Əliyev rejimindən qurtulmaq üçün 1993-cü ildən bəri bu qədər əlverişli şərait yaranmayıb. Heydər Əliyev boyda problemin yanında müxalifətdaxili ziddiyyətlər çox xırda görünür. Vahid namizədi müəyyənləşdirmək üçün püşk atmağa ehtiyac yoxdur. Son 10 ildə olmazın əzab-əziyyətlərə və məşəqqətlərə məruz qalan xalq kimin ən şanslı namizəd olduğunu çox gözəl bilir.Vahid namizəd məsələsinin həlli ilə bağlı iyulun 14-də AXCP(i)-nin qərargahında ADP-nin baş katibi Sərdar Cəlaloğlu, AXCP(i) sədri Əli Kərimli, Müsavat başqanı Isa Qəmbər, AMIP sədri Etibar Məmmədov qapalı görüş keçirdilər. Tədbirdən sonra jurnalistlərə açıqlama verən Əli Kərimli bildirdi ki, bugünkü görüşləri zamanı onlar son vaxtlar cəmiyyətdə, mətbuatda geniş müzakirə mövzusu olan müxalifətin prezident seçkilərində vahid namizədlə iştirak etməsi ideyası ətrafında fikir mübadiləsi aparıblar. «Müzakirələr nəticəsində belə qərar qəbul olundu ki, müxalifətin vahid namizədlə prezident seçkilərində iştirakını bu müzakirələrə qatılmış siyasi partiyalar məqsədəuyğun hesab edir. Bununla yanaşı, həmin partiyalar hesab edirlər ki, mövzu bir müddət ictimai müzakirəyə çıxarılmamalıdır. Yəni, müzakirələr partiyaların daxilində aparılmalıdır. Qərara alındı ki, prezidentliyə namizədlər qeydiyyata alınandan sonra vahid namizədin kimliyi müəyyənləşdirilə bilər».«Vahid namizədin kimliyi barədə bugünkü müzakirədə iştirak edən partiyaların liderləri öz aralarında razılığa gəliblərmi» sualına cavab olaraq, Əli Kərimli «xeyr» – deyə cavab verdi. «Bu məsələyə bütün namizədlər qeydiyyata alınandan sonra qayıdacağıq».Respublika ictimaiyyəti müxalifətin tezliklə vahid namizəd məsələsini həll edəcəyi arzusu ilə yaşayır. Hətta respublikanın ən ucqar rayonu olan Yardımlıda fəaliyyət göstərən siyasi partiyaların yerli təşkilatlarının təmsilçiləri prezident seçkiləri ilə əlaqədar bəyanat qəbul edirlər. Bəyanatı AXCP (islahatçılar), AXCP (klassiklər), Musavat, VHP, Ümid və ADP-nin rəhbərləri imzalayıb: «Azərbaycanda baş verən siyasi proseslər son vaxtlar özünün həlledici mərhələsinə qədəm qoyub. Oktyabrın 15-də keçiriləcək prezident seçkilərində ölkə dünyanın demokratik dövlətləri sırasında ya xalqın inkişafını təmin edəcək, ya da son on ildə baş verənlər kimi, Azərbaycanın yenidən beynəlxalq nüfuzuna zərbə vurulacaq». Bəyanat müəllifləri hesab edir ki, ikincinin olmaması üçün 10 il xalqın inamını sarsıtmış, ağır sosial-iqtisadi problemlərlə üz-üzə qoymuş, Qarabağ probleminin həllini dalana gətirib çıxarmış, millətin mənafeyinə ən ağır zərbə vuran Heydər Əliyev rejiminə birdəfəlik son qoyulması gərəkdir: «Azərbaycanda monarxiya üsul-idarəsinin bərqərar olunmasına cəhd edilməsi, keçmiş sovet respublikaları arasında ölkəmizdə bu rejimin yaradılmasına yönəldilən hərəkətlər bizim dünya dövlətləri sırasında rüsvay olunmağımıza gətirib çıxara bilər». Partiya təmsilçiləri qələbəyə şərait yarada biləcək amili də açıqlayıb: «Ilham Əliyevin monarxist hakimiyyətin başına gətirilməsinə əngəl ola biləcək mühüm amil müxalifətin birliyindən keçir. Müxalifətin birliyi xalqın səmimi inamını özünə qaytaracaq, beynəlxalq təşkilatlar və dövlətlərin Azərbaycanla sayğılı rəftarına şərait, dövlətimizin demokratik ənənələrinin bərpasına imkan yaradacaq».Yardımlı müxalifətçiləri liderdən və prezidentliyə müxalifətdən olan namizədlərdən xahiş edir ki, seçiciləri bir hədəfə yönəltmək naminə, xalqın çaşqınlığını aradan qaldırmaq üçün seçkiyə vahid namizədlə qatılacaqlarına söz verdikləri kimi, yubanmadan həmin namizədi müəyyənləşdirib adını xalqa açıqlasınlar. Yalnız bu halda Heydər Əliyev rejiminin tör-töküntüləri siyasi meydandan silinəcək və Azərbaycanın beynəlxalq arenada öz layiqli yeri bilinəcək, problemlərimizin həllinə açar əldə etməyə imkanımız olacaq: «Inanırıq ki, müxalifət liderləri xalqın mənafeyini nəzərə alıb, əhalinin günbəgün ağırlaşan sosial-iqtisadi vəziyyətini göz önünə gətirib bu addımı atacaqlar. Ilham Əliyevi hakimiyyət başına gətirməklə xalqın təhqir olunmasının qarşısını almaq məsuliyyəti müxalifət liderlərinin üzərinə düşür. 15 oktyabrdan sonra hər şeyin dağılıb getməməsi üçün sizlər qüvvələrinizi səfərbər etməlisiniz. Əmin olduğumuzu bildiririk ki, müxalifət vahid platforma-vahid namizəd-vahid komanda ilə bu seçkidən qələbə ilə çıxacaq».Politoloqlar isə müxalifətin vahid namizədi barədə öz proqnozlarını açıqlayırlar. Verdiyi proqnozlar əksəriyyət etibarilə özünü doğrultmuş politoloq Zərdüşt Əlizadənin «Hürriyyət» qəzetinə (22 avqust 2003-cü il) verdiyi müsahibə maraq kəsb edir. Politiloqun fikrincə, iqtidarın yenidən hakimiyyətdə qalmaq şansı azdır. Amma bu, o demək deyil ki, müxalifət də indiki vəziyyətdə qələbə qazana biləcək. Z.Əlizadə müxalifət partiyalarının hamısının birləşməsini mümkün saymasa da demokratik düşüncəli liderlərin maksimum şəkildə bir araya gəlməsinin vacib olduğunu söyləyir. Onun qənaətincə əks təqdirdə Azərbaycan ictimaiyyəti daha dəhşətli bəlalarla üzləşəcək. Z.Əlizadə deyir: «Müxalifət xalqı bu vəziyyətdən çıxarmaq istəyirsə, özündə cəsarət tapıb layiqli namizədini seçməli və onun ətrafında birləşməlidir. Belə olan təqdirdə xalqa da seçmək imkanlarında kömək etmiş olarlar. Bununla da iqtidarla müxalifətin qüvvələr nisbəti müxalifətin xeyrinə dəyişər».Seçkilərin nəticələri saxtalaşdırılarsa, müxalifət səslərinə sahib çıxa biləcək? Sualına isə politoloq Z.Əlizadənin cavabı belədir: «Əgər müxalifət namizədləri hərəsi oğurlanan səslərin onlara aid olduğunu desələr, heç nəyə nail ola bilməyəcəklər. Yeganə yol ancaq birləşməkdir. Heç olmasa milli demokratlar (Isa Qəmbər, Əli Kərimli, Etibar Məmmədov və Rəsul Quliyev nəzərdə tutulur – N.A.) bir namizəd ətrafinda birləşməlidir.»
«Bizim Azərbaycan» Blokunun prezidentliyə namizədi Müsavat başqanı Isa Qəmbər isə 7 sentyabr mitinqində söylədi: «Səsinizi verin, biz ona yiyə duracağıq».Nəhayət dörd partiya lideri: Musavat başqanı Isa Qəmbər, AMIP sədri Etibar Məmmədov, AXCP(i) sədri Əli Kərimli və ADP sədri Rəsul Quliyev avqust ayında Londonda görüşdülər. Respublika ictimaiyyəti bu görüşə böyük ümid bəsləyirdi və əmin idi ki, bu görüşdə müxalifətin vahid lideri həll olunacaq. Görüşdən qayıdan AMIP sədri E.Məmmədovla Müsavat başqanı I.Qəmbərin verdikləri məlumatlar xalqda çaşqınlıq və bir qədər də məyusluq yaratdı. Belə ki, AMIP lideri E.Məmmədov London səfərinin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında şübhəli və müəyyən eyhamlar vurmaqla, iki gün çəkən müzakirələrinin məğzini, yekununu açıq tekstlə söyləmədi, siyasi tapmaca danışdı. Həmin tapmacadan çıxan nəticə bu idi ki, Rəsul Quliyev və Əli Kərimli Etibar Məmmədovun vahid namizədliyini dəstəkləyib, Isa Qəmbər isə güzəştdən qaçıb, bu səbəbdən də, vahid namizəd ideyasını həyata keçirmək mümkün olmayıb.Media nümayəndələrinin London görüşü ilə bağlı suallarını cavablandıran Müsavat başqanı I.Qəmbər isə dedi: «Görüşdə birgə fəaliyyət barədə ciddi qərarlar qəbul edilib. Demokratik Stabillik Ittifaqı yaradılıb. Seçkiyə qədər əməkdaşlığın istiqamətləri dəqiqləşdirilib və seçkilərdə demokratik qüvvələrin qələbəsindən sonra əməkdaşlığın davam etdirilməsi nəzərdə tutulub. Bu baxımdan ikinci tur məsələsinin də həll olunmasını nəzərə alsaq, biz əməkdaşlığın daha geniş şəkildə davam etdirilməsinə üstünlük verildiyinin şahidi olarıq». O, görüş barədə müəyyən detalların açıqlanmasının tərəfdarı olmadığını vurğuladı. «Liderlər arasında aparılan müzakirələrin müəyyən detallarının açıqlanması düzgün olmazdı». Qeyd edək ki, I.Qəmbər də vahid namizədlə bağlı razılaşmaya liderlərdən birinin mane olduğunu təsdiqləsə də, konkret ad çəkmədi. Lakin ad çəkməsə də Etibar Məmmədova işarə etdi: «Orada doğrudan da, üç nəfərin bir fikrə gəlmək imkanı var idi, amma təəssüf ki, iştirakçılardan biri razı olmadığı üçün 3 nəfərin razılığı vahid namizəd məsələsində razılığa gəlməyə imkan vermədi». Başqan vahid namizəd məsələsində razılığa gəlinməməsinin faciə kimi qarşılanmasına tərəfdar olmadığını vurğuladı. «Orada əməkdaşlıq haqqında müzakirələr aparıb, qərarlar qəbul etmişik». Liderlərin bir-birləri ilə deyil, Heydər Əliyev rejiminin hakimiyyətdən getməsi, demokratik qüvvələrin hakimiyyətə gəlməsi uğrunda mübarizə apardıqlarını önə çəkən partiya funksioneri, hədəfin indiki rejimin dəyişməsi olduğunu dilə gətirdi. «Müxalifətin əməkdaşlığı daha da dərinləşdi. Ola bilər ki, cəmiyyətdə daha dərin gözləntilər vardı. Vahid namizəd məsələsi həll olunsaydı, bu təbii ki, proseslərin gedişinə müsbət təsirini verə bilərdi. Ancaq müəyyənləşməsə də dünya dağılmayacaq. Hakimiyyətə demokratik qüvvələr gələcək. Azərbaycanın problemi namizədin sayı deyil, seçkinin həqiqiliyi, demokratikliyidir. Namizədlərin isə sayına yox, keyfiyyətlərinə fikir vermək lazımdır». I.Qəmbər hesab edir ki, bir neçə siyasətçi vahid namizədi müəyyən etməyə bilər, ancaq xalq vahid prezidentini seçməyə qadirdir və seçəcək. Ikinci turun olacağı barədə liderlərin əminliyinə gəldikdə isə I.Qəmbər bildirdi ki, o, bir namizəd kimi birinci turda qalib gəlmək iddiasındadır. Amma hər halda bütün variantlar müzakirə edildiyi üçün hətta, qalib gələn demokratik qüvvənin seçkidən sonra digər demokratik qüvvələrlə əməkdaşlığı məsələləri də müzakirə edilib
4 sentyabr 2003-cü ildə Demokratik Sabitlik Ittifaqına (DSI) üzv olan ADP, AXCP(i), AMIP və Müsavat Partiyasının liderlərinin qapalı görüşləri oldu. Görüşdən sonra AMIP sədri E.Məmmədov jurnalistlərə bildirdi ki, toplantı zamanı DSI-nin adından ABŞ administrasiyasına məktub hazırlanıb. «Həmin məktub Heydər Əliyevlə bağlıdır. Məktubda qeyd olunur ki, Azərbaycan Konstitusiyasına görə, bir dövlət başçısı funksiyalarını yalnız bir şəxs yerinə yetirə bilər. Ölkə başçısının səlahiyyətləri heç bir halda başqa orqana və ya şəxsə verilə bilməz. Hazırda məlumat verilir ki, Heydər Əliyev ABŞ-dadır. Ancaq onun imzası ilə dövlət əhəmiyyətli sənədlər elan olunur. Onun iş qabiliyyətinin olub-olmaması artıq bizim dövlətimizin milli təhlükəsizlik məsələsinə çevrilib. Bu səbəbdən də məktubda ABŞ administrasiyasından tələb edilir ki, onlar şəxsi məsələ olmayan bu problem barəsində resmi məlumat versinlər. DSI-nin məktubu ABŞ-ın ölkəmizdəki səfirliyi vasitəsilə ünvanına göndəriləcək. Ümid edirəm ki, yaxın günlərdə rəsmi cavab da alacağıq». Məktub göndərildi də. Lakin ABŞ administrasiyası lazımi cavabı vermədi.

 22.HEYDƏR ƏLIYEV DÖVRÜ BITDI

 Heydər Əliyevin seçkilərdə iştirak etməyəcəyi artıq rəsmiləşmək üzrədir. Uzağı oktyabrın 4-də bu məsələ həllini tapmalıdır. Çünki qanunla gerigötürmə halları seçkilərə 10 gün qalmış reallaşmalıdır.
Əslində Heydər Əliyevin seçkilərə qatılmayacağı xeyli əvvəldən, hətta «21 aprel sindromu»ndan və seçki marafonu start götürməzdən öncə bəlli idi. Bu barədə müxalifət qəzetləri öz mülahizələrini dəfələrlə ortaya qoyub. Hələ o vaxtlar aydın idi ki, Heydər Əliyevin seçkilərdə yalnız formal iştirakı mümkündür. Yəni yalnız saxtakarlıq və xof ab-havasını saxlamaq, hakim komandanın bütünlüyünü pis-yaxşı qorumaq naminə belə bir addıma gedilməsi mümkün sayılırdı. Artıq vədə tamam olmalıdır. Seçkilər qapını döyür. Bu seçkilərdə hakimiyyətin iki namizədlə iştirakı mümkünsüzdür. Çünki məntiq bunu istisna edir.Kəsəsi, belə bir addım zərurətdən doğur. Dünyasını dəyişmiş prezidentliyə namizəd Heydər Əliyevin öz namizədliyini gerigötürmə proseduru baş tutmalıdır. Gözlənilən gün və saat gəldi. 2 oktyabr 2003-cü ildə axşam saat 20-də ANS-in xüsusi buraxışında və Az.TV-nin «Xəbərlər» proqramında dünyasını dəyişmiş dövlət başçısı Heydər Əliyevin adından Azərbaycan xalqına müraciət oxundu. Müraciətdə Heydər Əliyevin prezidentliyə namizədliyini oğlu Ilham Əliyevin xeyrinə geri götürdüyü bildirildi.
Müraciət Heydər Əliyevin xalqa göstərdiyi xidmətlərin sadalanmasından başlanır. Müraciətdə Dağlıq Qarabağ məsələsinə toxunulub və etiraf olunub ki, qaçqın və köçkünlərin öz yurduna qaytarılması problemi həll edilməyib: «Azərbaycanın pozulmuş ərazi bütövlüyünü, qaçqın və köçkünlərin öz yurd-yuvalarına qaytarılması problemini hələ də həll edə bilməmişik…»Daha sonra müraciətdə aşağıdakılar qeyd olunur: «Mənim hələ tamamlanmamış çox perspektivli planlarım var. Son vaxtlar səhhətimdə yaranan bəzi problemlər mənə imkan vermir ki, bütün bu başladığım, nəticələrini aydın gördüyüm işləri tamamlayım. Buna baxmayaraq, 2003-cü ilin 15 oktyabrında keçiriləcək prezident seçkilərində iştirak etmək üçün mənim də namizədliyim irəli sürülüb və qeydiyyata alınıb… Ümidvaram ki, tezliklə səhhətimi bərpa edərək vətənə dönəcək, xalqımla yenidən birlikdə olacağam. Indi isə öz namizədliyimi Ilham Əliyevin xeyrinə geri götürürəm.Üzümü sizə – həmvətənlərimə tutaraq qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, YAP sədrinin birinci müavini Ilham Əliyevi dəstəkləməyə çağırıram.»Sonra Ilham Əliyev təriflənir və müraciət bununla bitir. Müraciətin sonunda tarix göstərilsə də onun haradan: Cəhənnəmdən və ya Amerikanın Klivlend şəhərindən göndərildiyi qeyd edilməyib.

 23.RƏSUL QULIYEVIN DƏSTƏYI

 Iqtidar hakimiyyəti əldə saxlamaq və millətə zülm vermək siyasətini davam etdirmək niyyətindəykən, müxalifət, «Bizim Azərbaycan» Bloku və onun lideri Isa Qəmbər xilas forması üzərində çalışmaqda, daha geniş koalisiyada seçkiyə girmək imkanlarını yoxlamaqdadır. Bu sahədə işlər yaxşı gedir. Azərbaycan Demokrat Partiyasının və cənab Rəsul Quliyevin 9 oktyabr qərarları bunu bir daha göstərdi. Amerika Birləşmiş Ştatlarında mühacir həyatı yaşayan Azərbaycan Demokrat Partiyasının sədri Rəsul Quliyev seçkilərlə bağlı mövqeyini açıqladı:
«Əziz həmvətənlərim! Bu gün xalqımızın ən ağır günlərini yaşadığı bir vaxtda Sizə müraciət etməyi özümün vətəndaşlıq borcum hesab edirəm… Mən Azərbaycanın 4 aparıcı müxalifət partiyası liderlərinin London görüşündə də münasibətimi bildirmişəm və oktyabrın əvvəllərində yenidən vahid namizəd məsələsinə qayıdacağımız barədə qərar qəbul etmişik. Bu müddət ərzində ADP verdiyi sözə əməl edərək, həm Müsavat, həm də AMIP-in, onların liderlərinin seçkiqabağı tədbirlərinə yaxından kömək etmişdir. Yaranmış vəziyyəti, Azərbaycanda mövcud ictimai-siyasi münasibətlərin xarakterini təhlil edərək mən AMIP, AXCP və ADP-nin bu gün seçkilərdə təşkilatçılıq və reytinqinə görə öndə olan Müsavat Partiyası və onun lideri Isa Qəmbəri dəstəkləməsini düzgün hesab edirəm və bu partiyaları onun namizədliyini müdafiə etməyə çağırıram.
Əminəm ki, əgər mən seçkilərdə iştirak edib yüksək reytinqə malik olsaydım, Müsavat Partiyası və onun başqanı Isa Qəmbər də bu rejimdən xilas olmaq üçün bu cür addım atar, məni dəstəkləyərdi. Bu gün Azərbaycan xalqının gələcəyini demokratiyada görən partiyaların və onların liderlərinin əsas məqsədi hər hansı vəzifə kürsüsünə sahib olmaqdan daha çox bu rejimdən yaxa qurtarmaq olmalıdır. Isa Qəmbər ölkəmizdə demokratiyanın əsas prinsiplərinin həyata keçirilməsi üçün axıra qədər mübarizə aparacağına söz verir və mən onun səmimi olduğuna inanıram. Bizim götürdüyümüz qarşılıqlı öhdəliklərin əsas qayəsi 1 il müddətində demokratiyanın əsas prinsiplərini həyata keçirməklə yenidən dövlət institutlarının, başqa sözlə, prezident, parlament və məhkəmə institutlarının demokratik seçkilər yolu ilə yaradılmasına nail olmaq və Azərbaycanda əbədi olaraq hakimiyyətin taleyini onun mənbəyi olan xalqa həvalə etməkdir.15 oktyabr prezident seçkiləri Azərbaycan xalqının ölkəni düşdüyü bu vəziyyətdən, bu rejimdən xilas etməsi, yaxın illərdə xoşbəxt yaşaması üçün, bəlkə də, axırıncı şansdır. Bununla əlaqədar, mən çox hörmətlə yanaşdığım prezidentliyə namizədliyi qeydə alınmış L.Ş.Hacıyevaya, S.Rüstəmxanlı və I.Ismayılova bu rejimdən yaxa qurtarmaq naminə onlar üçün məqbul sayıla biləcək variantda qüvvələri birləşdirib, vahid cəbhə prinsipinə əsaslanan mübarizəyə keçməyi təklif edirəm.Mən hörmətli A.Mütəllibovu bu tarixi anı obyektiv dəyərləndirməyə, öz potensialını Azərbaycanda mövcud diktatura rejimini islah etmək üçün səfərbər etməyə və bu cəbhəyə qoşulmağa çağırıram.Ümidvaram ki, rejim əleyhinə mübarizə aparan bütün prezidentliyə namizədlər xalqın gələcəyi naminə, reallıq naminə bir araya gəlmək üçün özlərində iradə tapa biləcəklər. Hamınızı Azərbaycanın xoşbəxt gələcəyi naminə daha qətiyyətli mübarizəyə çağırıram!»
ADP-nin və Rəsul Quliyevin bu addımı xalqda böyük ruh yüksəkliyi, sevinc, müxalifətin şər qüvvə üzərində qələbəsinə böyük inam yaratdı. Və həmçinin, respublikanın çoxlu sayda vətənpərvər ziyalıları da mətbuat vasitəsilə buna münasibət bildirdilər. Onlardan üçünü aşağıda verirəm. Yazıçı Sabir Azəri: «Rəsul Quliyevin Isa Qəmbəri dəstəkləməsini və tərəfdarlarını buna çağırmasını mən Azəbaycan dövlətçiliyi, milli maraqlarımız üçün çox qiymətli addım hesab edirəm. Xüsusilə bu məsələdə təqdir olunan hal odur ki, R.Quliyev başqaları kimi bu birlik üçün heç bir sədd qoymadı, hansısa iddiada bulunmadı. Bütün bunlara görə mən bir vətəndaş, ziyalı kimi R.Quliyevə öz minnətdarlığımı bildirirəm. Indiki mərhələdə o, vətəndaş olaraq çox lazımlı addım atdı»
«Xalq qəzeti»nin sabiq baş redaktoru Mahal Ismayıloğlu:
«Müsavat – ADP sazişini alqışlayıram», «Xalq bu sazişdən kənarda qalan müxalifət qüvvələrini bağışlamayacaq».ADP-nin ideologiya katibi Aydın Quliyev: «Iki böyük qüvvə birləşir. Heydər Əliyevin öz mənafeyi naminə regionlar arasında düşmənçilik səpmək siyasətinin qarşısını alan bir addım atılıb. Azərbaycan cəmiyyətinə böyük qüvvələrin millət və dövlət naminə birləşməsinin mümkünlüyü barədə bir mesaj verilib. Cəmiyyətdə bu rejimə seçki yolu ilə qalib gəlməyin mümkünlüyünə böyük bir inam yaranıb».

 

24.E.MƏMMƏDOV ÜZƏ ÇIXMADI

 «Yeni Nəsil» Jurnalistlər Birliyinin təşəbbüsü ilə Bakı Mətbuat Klubunun nəzdində fəaliyyət göstərən Müstəqil Informasiya Mərkəzinin layihəsinə uyğun olaraq prezidentliyə namizədlərlə növbə ilə görüş keçirilirdi. 10 oktyabr 2003-cü ildə mətbuat nümayəndələrilə növbəti görüş Etibar Məmmədovla olmalı idi. Etibar Məmmədov üzə çıxmadı. AMIP sədrinin əvəzinə görüşdə partiyanın səlahiyyətli nümayəndəsi, hüquqşünas Fuad Ağayev iştirak etdi.AMIP sədri Etibar Məmmədovun «Bizim Azərbaycan» Blokunun namizədini dəstəkləməklə bağlı Isa Qəmbərlə apardığı danışıqların nəticəsinin olmaması ilə əlaqədar jurnalistlərin suallarını cavablandıran Fuad bəy dedi ki, liderlər arasında aparılan danışıqların yekununu Müsavat Partiyasına təqdim etmək üçün o və Qulamhüseyn Əlibəyli saziş layihəsi hazırlayıblar. Amma sonradan Isa Qəmbərlə Rəsul Quliyevin arasında razılıq əldə olunduğunu bildirən AMIP yetkilisi bu məqamla 1992-ci ilin mayında yaranan vəziyyət arasında paralellər apardı.Jurnalistlərdən birinin «nəyə görə, Etibar Məmmədov həmişə daha çox iddia ortaya qoyur, hakimiyyətdə bütün səlahiyyətlərin onun əlində cəmlənməsini istəyir» sualına cavabda isə Fuad bəy səslənən məlumatın qeyri-dəqiq olduğunu bildirdi. Fuad bəyin qaranlıq cavablarına aydınlıq gətirmək üçün, bu edilən məsələ ilə bağlı 11 oktyabrda «Yeni Müsavat» qəzetində dərc olunan «NIYƏ ALINMADI?» yazısını olduğu kimi aşağıda verirəm.

25. NIYƏ ALINMADI?

        Bu yazı bəlkə də, yazılmayacaqdı. Bəlkə də, iki gün öncə Azərbaycan siyasətində baş verən ciddi hadisələrin, sadəcə, müsbət tərəfləri vurğulanacaq, mənfi, millətimiz üçün arzuolunmaz məqamlara toxunulmayacaq, hər kəs sakitcə yoluna davam edəcəkdi. Bəlkə də həddindən artıq böyük, amma dayağı olmayan ambisiyalar sahibi, AMIP sədri Etibar Məmmədovun Azərbaycan naminə aparılan mübarizəyə yersiz iddialarla vurduğu növbəti zərbənin üstündən keçib, prosesi sadəcə, «alınmadı» deyə üstüörtülü, ümumi ifadələrlə ölkə vətəndaşlarına çatdırmaq mümkün olacaqdı. Amma olmadı, həqiqətən olmadı. AMIP sədrinə yaxın olan mətbuat orqanlarının, bu partiyanın üzvü olan jurnalistlərin yalana, qərəzə söykənən şərhləri, Etibar bəyin özünün əsəbi davranışı və açıqlamaları, başqanımızın Əliyevlərə yaraşan ifadələrlə suçlanması bu mövzuya toxunmağımıza, son bir neçə gün ərzində siyasət meydanında baş verən gizli proseslərin ssenarisini öyrənib, Azərbaycan insanına çatdırmağımıza şərait yaratdı. Bəlkə də bunun üçün kimlərəsə təşəkkür düşür…  Etibar Məmmədovun istədiklərini ala bilməməsi, əvəzində Rəsul Quliyev kimi böyük bir gücün Isa Qəmbərin namizədliyini dəstəkləməsi AMIP sədrinə yaxın mətbu orqanlarda faciə kimi qarşılanıb. Istər E.Məmmədovun özü, istərsə də yaxın çevrəsi indiyədək müxalifət liderləri arasında bağlanmış bütün sazişləri və etik normaları pozaraq, Müsavat başqanı haqqında absurd ittihamlarla çıxış ediblər. Hətta, onlar bir qədər də irəli gedərək, Isa Qəmbərin guya nə zamansa müttəfiqlərindən asanlıqla imtina etməsi, hansısa razılaşmaları pozması barədə fakt axtarışına çıxıblar. Azərbaycan cəmiyyətində kimlərin gündə bir mövqe dəyişməsi, bir gün içərisində üç bir birinə zidd qərara imza atması, kimlərin öz əqidədaşlarına, müttəfiqlərinə xəyanət etməsi barədə daşlaşmış rəy mövcuddur, ona görə də biz bu məsələnin üstündən hələlik keçirik. Amma sonunun nə olduğunu özlərinin də bilmədikləri yola mənəvi və siyasi əxlaqı, addımlarında ardıcıllığı və səmimiliyi, düzgünlüyü və prinsipiallığı ilə tanınan bir insanı da yoldaş etmək istəyənlərin yalanını çıxarmaq bizim əlimizdə elə də çətin iş deyil. Bunun üçün son bir həftədə intensivləşən danışıqların iştirakçıları ilə söhbət edib, ssenarini öyrənmək və bəzi əhəmiyyətli sitatlardan istifadə etmək yetərlidir.Isa Qəmbəri vədinə xilaf çıxarmağa suçlayan insanlar bildirirlər ki, guya Müsavat başqanı öncə Etibar Məmmədovun bütün şərtlərini qəbul edibmiş, sonradan Rəsul Quliyevlə separat danışıqlara gedib, saziş imzalayıb və əvvəlki razılaşmalardan imtina edib. Hətta liderlərin görüşünün harada keçirilməsini belə dəqiqləşdirə bilməyən bu dəstənin yalanı ADP baş katibi Sərdar Cəlaloğlunun bir açıqlaması ilə ifşa olunub. Sərdar bəyin «Cumhuriyyət» qəzetinə verdiyi müsahibədə deyilir: «Rəsul bəyin müraciəti dünən (oktyabrın 8-i nəzərdə tutulur) elan olunmalıydı. Əli bəy məndən xahiş etdi ki, müraciət oxunmasın, biz də müzakirə edək, birlikdə qərar verək. Amma onlar hələ də öz qərarlarını verməyiblər. Ona görə də biz qərarımızı elan etmək məcburiyyətində qaldıq. RƏSUL QULIYEV ÖZ MÖVQEYINI ÜÇ-DÖRD GÜN BUNDAN QABAQ BILDIRƏCƏKDI. Əli bəy bizim mövqeyimizi bilirdi. O özü də çalışırdı ki, bir araya gələk. ETIBAR BƏY TƏRƏFINDƏN ISƏ QƏRARINIZ GÖZLƏNILMƏZ OLDU. Mən ona söhbətin nədən getdiyini, niyə belə alındığını, nə baş verdiyini başa SALDIM. Dedi ki, biz müzakirə edərik…»Bu açıqlamadan da aydın görünür ki, həm Əli bəy, həm Etibar bəy R.Quliyevin mövqeyindən və ADP ilə Müsavat arasında saziş imzalanmasından əvvəlcədən xəbərdar olublar və hətta bu müraciəti bir neçə gün ləngidə də biliblər. Danışıqların iştirakçısı, Ümid Partiyasının sədri Iqbal Ağazadə isə bunun birlik naminə, birlikdə qərar vermək üçün edildiyini düşünmür. O hesab edir ki, Etibar Məmmədovun qəflətən Isa Qəmbərlə danışıqlara başlaması da, son anda danışıqların axarını dəyişməsi, çox böyük, ədalətsiz iddialarla çıxış etməsi də iki məqsədə bağlıdır: «Onlar Rəsul Quliyevin mövqeyini Isa Qəmbərdən əvvəl bilirdilər. Tez-tələsik Isa bəylə danışıqlara başlamalarına səbəb də elə bu müraciət idi. Etibar Məmmədov bu danışıqlarda iki məqsəd güdürdü. Birinci məqsəd maksimum üstünlüklər əldə etmək – prezidentin prezidenti olmaq idi. Bu baş tutmayacağı halda isə AMIP sədri ən azı, Rəsul Quliyevin müraciətinin açıqlanmamasına nail olmaq istəyirdi.    Bilirsiniz ki, Rəsul Quliyev və Ayaz Mütəllibov proseslərə qatıla bilmirlər. Etibar Məmmədov 28 sentyabra qədər bu insanları öz ətrafına cəmləmək barədə düşünürdü. Sabir Rüstəmxanlı, Ayaz Mütəllibov, Rəsul Quliyevlə danışıqlar aparırlar. Sentyabrın 28-dəki mitinqdən sonra onlar başa düşdülər ki, artıq gecdir, qatar gedib. Başa düşdülər ki, Rəsul Quliyev onları dəstəkləməyəcək, ona görə də nail olmaq istəyirdilər ki, ADP sədri ən azı neytral qalsın. Statuslar bərabər olsun. Amma onların ən böyük qüsuru bu oldu ki, Rəsul bəydən əvvəl Isa Qəmbərin ətrafında toplaşan qüvvələrin gücünü düzgün qiymətləndirə bilmədilər.» Iqbal bəydən son görüşlərin təfsilatı ilə bağlı danışmasını istədik. O, birlik təşəbbüsünün cəmiyyətə məxsus olduğunu, son danışıqlar barədə təklifin isə E.Məmmədov və Ə.Kərimli tərəfindən gəldiyini bildirdi. Millət vəkili oktyabrın 6-da ilk görüşün keçirildiyini və bəzi istisnalar olmaqla, müəyyən razılaşmalar əldə olunduğunu təsdiqlədi. O, qeyd etdi ki, həmin razılaşmalarda Rəsul Quliyevin də hüquqları nəzərə alınıb: «Rəsul Quliyev çox konstruktiv bir təklif irəli sürmüşdü. Demişdi ki, siz razılaşın, mən nəyə desəniz razıyam. Rəsul bəy, hətta, demişdi ki, mən vəzifə tutmaya da bilərəm, amma Azərbaycan naminə tam açıq dəstək verə bilərəm.»Iqbal bəyin bildirdiyinə görə, oktyabrın 6-da aparılan müzakirələr zamanı yeganə dartışmalı məsələ güc strukturlarının kimə tabe olması ilə bağlı olub: «Etibar Məmmədov genişləndirilmiş səlahiyyətlərlə Baş nazir olmaq, güc strukturlarına da nəzarət etmək, eyni zamanda gələcəkdə parlamentli respublika yaradılması tələbi ilə çıxış etmişdi. Isa bəy isə birmənalı şəkildə demişdi ki, prezident dövlətin taleyinə qarant olduğuna görə, güc strukturları onun tabeçiliyində olmalıdır. Qalan bütün məsələlərdə baş nazirin rəyi nəzərə alınmalıdır. Isa Qəmbər parlamentli respublika yaradılması təklifini qəbul edərək, bu məsələnin referenduma çıxarılmasının məqbul olduğunu bildirdi.» Ümid sədrinin dediyinə görə, sonrakı danışıqlar da bu razılaşmaların əsasında aparılmalı və mübahisəli məsələlər həllini tapmalıymış. Oktyabrın 8-də Müsavat başqanı Şirvan zonasında keçirdiyi görüşdən qayıdan zaman E.Məmmədov və Ə.Kərimli ona telefon açaraq, görüşmək istəklərini çatdırıblar. Isa Qəmbər Bakıya yetişəndə isə artıq görüşün yeri və vaxtı təyin olunubmuş: «Saat 10:00-a görüş təyin olunmuşdu. Lakin həmin dəqiqəyə qədər biz tərəfdən heç kəs Etibar Məmmədovun yeni istəklərindən xəbərdar deyildi. Oktyabrın 8-də onlar taktiki olaraq, Konstitusiyaya zidd, eyni zamanda ədalətsiz və təhqiramiz idi. Bu təkliflərdə adi etik normalar belə qorunmurdu. Hazırladıqları sazişdə əvvəlcə göstərilirdi ki, Koalisiya Şurası yaradılmalı və onun rəhbəri Etibar Məmmədov olmalıdır. Sonrakı bənddə isə qeyd olunurdu ki, bu koalisiyanın prezidentliyə namizədi Isa Qəmbərdir.Yəni bu sənədə görə, koalisiya şurasının sədri prezident yox, baş nazir olurdu. Hökuməti formalaşdırmaq səlahiyyəti Baş Nazirə verilir, bütün qərarlar Koalisiya Şurasında konsensus yolu ilə qəbul edilir ali icra hakimiyyətinin həyata keçirilməsi, təyinatlar və digər mühüm məsələlər Nazirlər Kabinetinə həvalə olunurdu. Bir sözlə, bu sənədə görə, prezident oyuncaq bir fiqura çevrilməliydi. Yəni faktiki olaraq, Etribar Məmmədov deyirdi ki, Isa Qəmbər prezident seçilsin, ancaq ölkəni mən idarə edim. Lap etik normaları bir kənara qoyaq, axı bu, hansısa qanunla da tənzimlənmirdi. Hətta bununla razılaşsaq belə, Koalisiya Şurası deyilən bir qurumun yaradılmasına baza olacaq qanunun qəbulu üçün ən azı üç ay vaxt lazımdır ki, referendum keçirilsin. Bunların təkliflərində isə nə qanun, nə etik normalar, nə də ədalət gözlənilmirdi. Kifayət qədər gücə sahib olan, onlarla partiyanı, yüzlərlə ictimai təşkilatı, minlərlə nüfuzlu insanı birləşdirən «Bizim Azərbaycan» Bloku yalnız Isa bəylə, cəmi iki partiyadan ibarət AMIP-AXCP («islahatçılar») koalisiyası iki üstün post və prezidentdən yüksək, müstəsna səlahiyyətlərlə təmsil olunur, Rəsul Quliyev isə tamamilə kənarda qalırdı. Yəni bunlar faktiki olaraq 15 oktyabrda hamını bərabər statusa – məğlubiyyət statusuna çıxarmaq istəyirdilər.»  Iqbal bəy Musavat başqanının danışıqlarda razılaşıb-razılaşmadığı məqamlarla da bağlı məlumat verdi: «Isa bəy Konstitusiya çərçivəsində verilən bütün təkliflərə razı idi. O, Etibar Məmmədovun baş nazir olması, Konstitusiya islahatları nəticəsində baş nazirin səlahiyyətlərinin artırılması kimi təklifləri qəbul etmişdi. Amma bunlar qəflətən oktyabrın 8-də axşam hazırladıqları, qəbul olunması mümkün olmayan sazişi ortaya çıxardılar. Mənim bildiyimə görə, Q.Əlibəyli sənədin hazırlanması zamanı etik normaları gözləyərək, koalisiya şurasının yaradılması barədə bəndin ikinci olmasını, yəni vahid namizəd barədə bənddən sonraya salınmasını istəyib, amma Fuad Ağayev razılaşmayıb.»I.Ağazadə Isa Qəmbərin guya koalisiya şurasının yaradılması barədə təklifə əvvəlcə razılaşdığı, səhəri gün isə fikrini dəyişdiyi barədə söylənilən yalanları rədd etdi: «Həmin təkliflər səslənəndə Isa bəy çox aydın bir fikir söyləyib: «Mən inanmıram ki, bu təklifə ağıllı bir adam «hə» desin. Amma yenə də sizə hörmət edərək, bu təklifi Siyasi Şuranın müzakirəsinə çıxaracağam.» Isa Qəmbər dediyini də etdi. Baxmayaraq ki, Siyasi Şura ona danışıqlarla bağlı tam səlahiyyət verib, amma o, olduqca demokratik xarakterli insan olduğunu bir daha sübut edərək, müttəfiqləri ilə bu barədə müzakirələr apardı. Biz isə bildirdik ki, bu şərtlərlə hakimiyyətə gəlməkdənsə, gəlməmək daha şərəflidir. Çünki bu şərtlərin irəli sürülməsi təhqirdən başqa bir şey deyil. Biz ölkənin problemlərini həll etmək üçün hakimiyyətə gəlirik, buna gücümüzün olduğuna da əminik. Bununla belə, bütün güclülərin bir yerdə olmasını istəyirik. Əgər Etibar Məmmədovun problemləri təkbaşına həll edəcək qədər gücü varsa, buyursun, hakimiyyətə gəlsin, biz müxalifətdə qalarıq. Bunun üçün hansısa oyunlar qurmağa, konstruktivlik pərdəsi altında danışıqları pozmağa yönəlmiş təkliflər səsləndirməyə ehtiyac yoxdur. Mən yüz faiz əminliklə deyirəm ki, Etibar Məmmədovun gücü Isa Qəmbərlə bərabər demirəm, ona bircə addım yaxın olsaydı, Isa Qəmbər isə ayaqlayıb keçmədi, güclü ola-ola hər kəsi birliyə, barışa çağırdı. Qəbul etmədilər, öz işləridir. Amma Isa Qəmbəri də özləri kimi məğlub statusuna gətirməyə cəhd göstərməsinlər. Mən başa düşürəm ki, Etibar Məmmədov əsəbidir. Amma bu əsəbiliyin bizə yox, onun özünə ziyanı var. Bunu nəzərə alması yaxşı olar. Çünki Etibar Məmmədov 1992-ci ildə bu əsəbiliklə, bu iddia ilə oyun oynadı, çox istədi, ala bilmədi. 1993-cü ildə də Heydər Əliyevlə oyun qurdu, çox istədi, vermədilər, kənarda qaldı. 2003-cü ildə də çox istəyir, ala bilmir. Gələcəkdə də yenə kənarda qalacaq.»

26.E.MƏMMƏDOV: «VAHID NAMIZƏD MƏSƏLƏSI BITMƏYIB»

 13 oktyabr 2003-cü ildə AMIP-AXCP(i) koalisiyasının prezidentliyə namizədi Etibar Məmmədov təbliğat kompaniyasının yekunları ilə bağlı mətbuat konfransı keçirdi. Gərgin iş rejimində işlədiklərini qeyd edən Etibar Məmmədov, seçicilərlə görüşlərindən, seçki prosesi dövründə üzləşdikləri qanunsuzluqlardan danışdı. O bildirdi ki, seçki qanunvericiliyinin yarıtmazlığı təbliğat kompaniyasına mənfi təsir göstərib.Tədbirin sonunda E.Məmmədovun cavablandırdığı suallar müxalifətin vahid namizədinin müəyyənləşməsilə bağlı oldu. Maraqlıdır ki, Etibar bəy yalnız özü haqqında yazılanlardan danışdı, bundan təəssüfləndiyini bildirdi, ancaq ona yaxın hesab olunan qələm sahiblərinin yazılarından, sazişi ilk olaraq pozmalarından danışmadı. Bu məsələnin münasibətlərə xələl gətirəcəyini qeyd edən E.Məmmədovu vahid namizəd istiqamətində aparılan danışıqların başa çatmadığını dedi və açıqladı ki, bu istiqamətdə son qərar verilməyib.  E.Məmmədovun vahid namizəd məsələsinə getməyəcəyi respublika ictimaiyyətinə qabaqcadan məlum idi. O biri tərəfdən də müxalifət (Azərbaycan xalqı nəzərdə tutulur) Etibar bəyin israrla istədiyinə baxmayaraq, heç vaxt onu müxalifətin vahid namizədi kimi görmək istəmirdi. Bununla bağlı xalq arasında söz-söhbətlər gəzirdi: Etibat Məmmədovun prezident olması, ancaq Heydər Əliyevə rəhmət söyləmək olacaq. Xalq yağışdan çıxıb, yağmura düşəcək. Ona görə də vahid namizəd məsələsini siyasi partiya liderləri yox, artıq xalq özü həll etmişdir. Etibar bəyin özü də bunu çox yaxşı bilirdi. Lakin, bütün bunlara baxmayaraq, o vahid namizəd məsələsinin hələ də bitmədiyi iddiasında qalmaqda idi.Həmçinin qeyd edirəm ki, 1992-ci ildə E.Məmmədov prezident seçkilərinə qatıldı və kompaniyanın gedişində namizədliyini geri götürdü. O 1998-ci ildə də prezident seçkilərinə qatıldı, lakin lazımi nəticə əldə edə bilmədi. Sonra 2003-cü ildə də prezident seçkilərinə qatıldı. Bu dəfə isə nəticə 1998-ci ildəkindən qat-qat zəif oldu. Seçkidən sonra isə siyasilər E.Məmmədovun əməllərinə münasibət bildirdilər. Onlardan ikisini oxucuların diqqətinə çatdırıram. Musavat başqanının təbliğat məsələləri üzrə müavini, «Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlu «Zekalo» qəzetinə verdiyi müsahibədə müxalifətin vahid namizədinin müəyyən olunmamasında və bu səbəbdən seçkinin uduzulmasında «hesab edirəm ki, ən böyük günah və məsuliyyət, həm də tarixi məsuliyyət Etibar Məmmədovun üzərinə düşməlidir» deyə bildirmişdir. Bunu «Xural» qəzeti də (15-21 avqust 2004-cü il) dərc etmişdir. Öz vətənpərvərliyi və möhkəm iradə sahibi olmağı ilə respublika ictimaiyyəti arasında böyük hörmət qazanmış tanınmış sənətçi və siyasətçi xanım Flora Kərimova «Yeni Müsavat» qəzetinə (25.11.2003-cü il) verdiyi müsahibədə E.Məmmədovla bağlı sualı belə cavablandırıb: «Biz Etibar Məmmədovu niyə məzəmmət edirik? O, çoxdan seçdiyi yolla gedir. Etibar Məmmədov çoxdan bəri simpatiya elədiyi insanı dəstəkləyir. AMIP sədri 1988-ci ildən bu yoldadı. 88-ci ilə qədər Heydər Əliyev Etibar kimi insanlardan, onun dəstəyindən asılıydı. Lefortovodan çıxandan sonra isə Etibar bəy Heydər Əliyevdən asılı oldu. Indi Etibar bəy deyir ki, 1992-ci ildə mənə vəzifə təklif olundu, getmədim. Gedə də bilməzdi, çünki 88-ci ildən Heydərlə bağlıdı. Qarabağda hakimiyyət çevrilişi vardı. 4 iyun qiyamında Etibarın rolu AzTV-də hər il göstərilir. Qeyd etdiyim kimi, 1992-ci ildə gələ bilməyəcəkdi, çünki Heydər buraxmayacaqdı. 1993-cü ildə Heydər hakimiyyətə gələndə Surət Hüseynov kartları dəyişdi və Etibarın Nazirlər Kabinetinin sədri təyin edilməsinə mane oldu. Bu hadisədən iki gün sonra Heydər Əliyev Etibar bəyi televiziyada biabır elədi. 1993-cü ildən sonra Heydər Əliyev onu elə bir səviyyədə saxladı ki, o, konstruktiv müxalifət oldu. Bir az mövqeyini dəyişən kimi qərargahını əlindən aldılar. Indi Etibar bəy çox döşünə döyür ki, 1998-ci ildə məni millət seçdi. Birincisi, seçkilərdə onun müxalifətdən alternativi yox idi. Digər tərəfdən, millət ona məhəbbətinə görə deyil, Heydər Əliyevə nifrətinə görə səs verdi. Bu, həqiqətdi. O, heç vaxt müxalifət olmayıb. Onu müxalif deyib çağırır, oyuna salırlar. Belə yaramaz. Bəlkə də bu sözləri deməzdim. Ancaq qəzetdə oxuyuram ki, Etibar Isa bəy haqqında «görün nə gündəsiniz» deyir. Mən ona bircə söz deyirəm: «Görün, siz nə gündəsiniz. Siz özünüzü müxalifət kimi qurtardınız». Mən başa düşmürəm, Etibar Məmmədov niyə Isa bəyi suçlayır? Hətta Əli Kərimlinin onun yanında olması da Etibar bəyi xilas etmədi.»
Seçkilərdən sona isə Etibar Məmmədovun bu və digər əməllərinin nəticəsi olaraq onun rəhbərlik etdiyi Azərbaycan Milli Istiqlal Partiyasında parçalanma baş verdi.

27.15 OKTYABRA GEDƏN YOL 12 OKTYABRDAN KEÇIR

 Artıq uzun müddətdir ki, «Bizim Azərbaycan» Blokunun prezidentliyə vahid namizədi, Müsavat başqanı Isa Qəmbərlə 12 oktyabr görüşünə – yürüş-mitinqə hazırlıqlar gedir. Bu yürüş-mitinq ictimaiyyətin ən müxtəlif təbəqələri tərəfindən dəstəklənir. Ölkənin tanınmış ziyalıları, söz sahibləri xalqı bu mitinqdə iştirak etməyə çağırırlar. Həmçinin, bir çox siyasi partiyalar, ictimai birliklər və cəmiyyətlər də «Bizim Azərbaycan» Blokuna qoşulmaqla, müxalifətin içərisindən Müsavat başqanı Isa Qəmbərin hamıdan öndə olduğunu etiraf edib, Heydər Əliyev rejimindən qurtulmaq üçün xalqı onu dəstəkləməyə, 12 oktyabr yürüş-mitinqində iştirak etməyə çağırırlar. Onlardan bir qismini aşağıda verirəm.Şair Vüqar Bayatlı Odər: «Bu görüş seçkinin göstəricisi, güzgüsü olacaq. Ona görə də mən hamını Isa Qəmbərlə görüşdə iştiraka dəvət edirəm, Bu, həlledici mitinqdir, zirvə mitinqidir.»Yazıçı Mürşüd Məmmədli: «Qarşıdakı seçkilər millətimizin parlaq qələbəsi ilə başa çatacaq. Hakimiyyətin saxtakarlığının qarşısını almaq üçün Konstitusiya çərçivəsində bütün mümkün addımları atacağıq. Bu mənfur rejimin tarixin arxivinə göndərilməsi üçün əlimizdən gələni edəcəyik. Hesab edirəm ki, son şansdır və bizim millət 12 oktyabr mitinqində iştirak etməklə demokratik qüvvələrə real dəstəyini verməlidir».Şair Salam Sarvan:: «Doğrudanmı görmürük ki, hakimiyyətdəki ögey babalarımız, qardaşlarımız, analarımız bizim hər birimizi hər gün təhqir edirlər? Ona görə də məncə, camaatımıza çağırış etməyə artıq ehtiyac qalmayıb. Aydındır ki, təhqirə dözməyən hər kəs bu mitinqə gələcək. Üstümüzdəki bu ləkəni yumaq üçün sel lazımdır, özü də çox güclü, qaynar sel.Bəstəkar Cavanşir Quliyev: «Azərbaycanın bir neçə gün sonrakı prezidenti ilə görüş olacaq. Meydana o qədər insan axışıb gələcək ki, Azərbaycan və bütün dünya seçkidən üç gün qabaq kimin ölkə prezidenti olacağını biləcək. Mən bütün vicdanlı insanları Isa Qəmbərin 12 oktyabr görüşünə dəvət edirəm».Xalq artisti Fuad Poladov: «Seçki öncəsi bu mitinqin keçirilməsi çox zəruridir. Mən Isa Qəmbərin bütün tərəfdarlarını bu görüşə qatılmağa çağırıram. Heç şübhəsiz ki, bu görüş çox möhtəşəm olacaq».Akademik Arif Quliyev 12 oktyabr mitinqində qaçqın və məcburi köçkünlərin iştirakının xüsusilə zəruri olduğunu deyir: «Mən vaxtilə cəmiyyət sədri kimi onların problemlərinin həlli ilə məşğul olmuşam. Bu insanların vəziyyəti mənə çox yaxşı tanışdır. Onların işğal edilmiş torpaqlarına qayıtmağa, rahat yaşamağa böyük ehtiyacları var. Əgər onlar Qarabağa qayıtmaq, vətənlərini azad görmək, xoşbəxt gələcək arzusundadırlarsa, onda bu mitinqə gəlsinlər. Çünki bu məsələdə dövlət başçısının kimliyindən çox şey asılıdır. Mən xəstə olduğumdan onlarla görüşə bilmirəm, qəzet vasitəsilə məcburi köçkünləri bu görüşə dəvət edirəm və deyirəm ki, özləriylə bərabər birini də mənim əvəzimdən gətirsinlər. Yadınıza salın ki, Qarabağ müharibəsinin ən qızğın vaxtlarında Isa Qəmbər Fizuliyə gedərək, rayonun müdafiəsini təmin etdi. Mən mitinqin möhtəşəm olacağına inanıram və hesab edirəm ki, bu mitinq hakimiyyətin son akkordlarıdır».Tanınmış diktor, xalq artisti Rafiq Hüseynli: «Mən bütün insanlarımızı, eləcə də bütün ziyalılar ordusunu Isa Qəmbərlə görüşdə iştirak etməyə çağırıram. Seçkidən üç gün əvvəl keçirilən bu tədbir olduqca zəruridir».Mən inanıram ki, bu dəfə saxtakarlıq olmayacaq, seçkilərin qanuni şəkildə keçirilməsinə nail olacaq və bu prosesdə aktiv iştirak edəcəyik. Inanmıram ki, bu dəfə saxtakarlıq mümkün olsun. Çünki xalqın səbri artıq tükənib. Hamı başa düşür ki, bu, xalqın son şansıdır. Inanıram ki, xalqımız bu prosesdə fəal iştirak edəcək, istədiyi namizədə səs verəcək və onu da seçəcək. Bu əzmkarlığı nümayiş etdirmək üçün bugünkü mitinq olduqca əhəmiyyətlidir».Şıxəli Qurbanovun qızı, sabiq millət vəkili Gülnarə Qurbanova: «Bu insana və siyasətçiyə Vətənə məhəbbətinə, doğma xalqının problemlərinə biganə qalmadığına, mənəvi təmizliyinə, yüksək intellekt sahibi, işgüzar və çox qiymətli xüsusiyyətinə – sözünün yiyəsi olduğuna görə rəğbət bəsləyirəm. Bu keyfiyyətlərin hamısı çox vacib və təqdirəlayiqdir. Lakin bu gün on il ərzində əzab-əziyyət, yalan içində itib-batan xalqımızın onun xeyrinə olan kişi sözünə, kişi təpərinə, əməli işə hər şeydən çox ehtiyacı var. Xalqımıza itmiş inamını qaytarmaq lazımdır. Bu inam və işğal olunmuş torpaqlarımızı bu gün bizə məhz Isa Qəmbər qaytara bilər. Bununçün onda həm böyük istək, həm də yetərincə bacarıq var.On il ərzində (hələ 1969-1982-ci illəri demirəm) xalqı əzən, onu kökündən ayırmağa cəhd edən, xalqın ən layiqli və ləyaqətli nümayəndələrinə iztirab verən hakimiyyətə seçkilərdə bir daha səs verənlərə nə ad vermək olar? Sadaladıqlarım «Heydər Əliyev kursu» adlanır. Ilham Əliyev bizə bu «kursu» davam etdirməyi vəd edir. Deyən gərək, Azərbaycan xalqı belə həyata layiqdirmi? Onu belə «şanlı» gələcək qane edirmi? Ümidvaram ki, həyatımıza yeni ab-havanın gəlməsi və Azərbaycanın xoşbəxt gələcəyi üçün çalışan hər kəs səsini xalqın istəklisi Isa Qəmbərə verməklə Heydər Əliyev kursuna son qoyacaq.»Vəhdət Partiyasının sədri Tahir Kərimli: «Hamı eyni zamanda prezident ola bilməz. Amma prezidentdən sonrakı vəzifələr hamıya çatar. Biz hamımız bir olsaq, Azərbaycan xalqı da bu birliyi görər və bizə olan dəstək daha güclü olar. Bu gün hamı görür ki, müxalifətin içərisindən Müsavat başqanı Isa Qəmbər hamıdan öndədir. Əslində xalq tərəfindən Isa bəyin daha çox dəstəklənməsini görməmək mümkün deyil. Bunu iqtidar hamıdan yaxşı görür. Azərbaycan xalqının gücünü təmərküzləşdirmək naminə bunu görməli və qəbul etməliyik.Əgər biz imkan versək ki, baba 34 il rəhbər olub, 34 il oğul və 34 il də nəvə hakimiyyətdə olsun, onda Əliyevlər bir əsr hakimiyyətdə olacaq. Nəticədə Azərbaycan xalqı bədbəxt olacaq, yenə torpaqlarımız işğal olunacaq, varidatımız talanacaq. Hakimiyyət 15 oktyabrdan sonra ölkədə sabitliyi pozmaq istəyir. Çox təəssüf ki, bəzi dövlətlər də bu işdə iqtidara dəstək verir. Bütün bunlara son qoymaq üçün xalq kütləvi şəkildə 12 oktyabr mitinqinə çıxmalı, bu aksiyaya hamı dəstək verməlidir. Ayın 15-i və sonrakı hərəkətlərimizin platformasını 12-də ortaya qoymalıyıq. Mən bir daha soydaşlarımıza səslənirəm: heç kimin 12 oktyabr mitinqindən kənarda qalmağa haqqı yoxdur. Imkanı olanların hamısı bu mitinqdə iştirak etməlidir. Çünki bu, bizim vicdan, vətən, Azərbaycan məsələsidir». Əmək (Işsizlər) Partiyasının sədri Arzuman Həsənov: «Ancaq iqtidar sahiblərinin insanlıqdan kənar, insan ləyaqətini alçaldan siyasəti nəticəsində vətəndaşlarımız ağır həyat şəraitində, kəskin sosial qütbləşmə dövründə işsiz yaşamağa məcburdur. Məhz bu cür siyasətin nəticəsində paytaxtda və regionda təhqiramiz «qul bazarları» yaranıb.Gənclər işsizlik ucbatından ailə qura bilmir, bir tikə çörək dalınca Rusiyaya üz tuturlar. Bu bəlalardan qurtarmaq üçün 15 oktyabrda real şans yaranıb. Bununçün seçki günü məntəqələrə gəlib Isa Qəmbərə səs verməli, səsimizi də axıra kimi qorumalıyıq. 15 oktyabra gedən yol 12 oktyabra təyin olunmuş mitinqdən keçir. Biz 12 oktyabrda «Qələbə» meydanına yığılıb, gücümüzü bu iqtidara lazımınca göstərsək, inanın ki, bizim səsimizi oğurlamağa bu saxtakar iqtidar cürət edə bilməz. Odur ki, bütün Azərbaycan vətəndaşlarını 12 oktyabrda «Qələbə» meydanına dəvət edirəm. Ey IŞSIZ! Özünün sabahına, övladının gələcəyinə, vətəninin taleyinə biganə qalma!» Ədalət Partiyasının Saatlı rayon təşkilatının bəyanatı: «Son günlər ölkədə gedən proseslər və prezident seçkiləri ərəfəsindəki hadisələr bizi dərindən düşünməyə vadar edib. Biz çox partiyaların bu seçkilərdə yaxınlaşmasını və bir cəbhədə mübarizə aparmasını ürəkdən alqışlayır, bunu nəzərə alaraq partiyanın sədri Ilyas Ismayılovu da bu birliyə qatılmağa çağırırıq. Bu birlik Azərbaycanın işıqlı gələcəyi, Əliyevlərin klanının sonu deməkdir. Sizdən dönə-dönə xahiş edirik ki, Azərbaycanımızın gələcəyi naminə güzəştə gedərək, bu birliyə qoşulasınız. Biz Ədalət Partiyasının Saatlı rayon təşkilatı olaraq, rayon səviyyəsində bu birliyə – «Bizim Azərbaycan» Blokuna qoşuluruq. Prezidentliyə namizəd Isa Yunis oğlu Qəmbəri müdafiə edir və Sizi də bu haqq işə dəvət edirik.»AMIP-çi professor Alim Mürsəloğlu Isa Qəmbəri dəstəklədi. Müxalifətin prezidentliyə vahid namizədinin müəyyənləşdirilməsində Etibar Məmmədovun mövqeyi ilə razılaşmayan AMIP-in üzvü, kimya elmləri doktoru, professor, Beynəlxalq Akademiyanın həqiqi üzvü, Nobel mükafatına namizəd Alim Mürsəloğlu 10 oktyabrda AMIP-i tərk etdiyi barədə açıqlama verib. «Müsavat Partiyasına üzv yazılacağam» – deyən professor onu tanıyanlara və istəyənlərə də müraciət edir: «Hamınızı ən şanslı namizəd Isa Qəmbərə səs verməyə çağırıram».

 A. «AMAL» ZIYALI HƏRƏKATININ MÜRACIƏTI

  «AMAL» Ziyalı Hərəkatı müxalifətin seçkidə vahid namizədlə iştirakı ilə bağlı tədbir keçirdi. Tədbiri giriş sözü ilə açan «AMAL» sədri professor Xalid Əlimirzəyev mövzu ilə bağlı geniş məlumat verdi. O bildirdi ki, rəhbərlik etdiyi təşkilatın ən böyük məramı, müxalifətin bu seçkidə vahid namizədlə iştirak etməsi və nəhayət, xalqımızın bu irtica rejimindən qurtulması olub: «Lakin, təəssüflər olsun ki, heç də sonda qarşıda duran məqsədə nail olunmadı. Amma, bununla belə, ADP-nin «Bizim Azərbaycan» Blokuna qoşulması müxalifətin inteqrasiyası yönündə əhəmiyyətli bir addımdır. Rəsul Quliyevin atdığı addım xalqın mənafeyi naminə atılıb.»  Sonra «AMAL» üzvləri çıxış edib, müxalifətin seçkidə vahid namizədlə iştirak etməsi ilə bağlı öz fikirlərini söylədilər. Tədbirin sonunda «AMAL» Ziyalı Hərəkatının Azərbaycan xalqına müraciəti qəbul olundu. Müraciətdə deyilir: «Əziz həmvətənlərimiz
Hamınıza məlumdur ki, «AMAL» Ziyalı Hərəkatı yarandığı gündən milli-dövlətçilik maraqlarımızı uca tutub. Bu səbəbdən də fəaliyyətimizin iki prioriteti var idi: birinci, xalqımızı mövcud avtoritar-totalitarizmi, koorupsiyanı, rüşvətxorluğu, regionçuluğu özünün idarəetmə ideologiyasına çevirmiş bu rejimdən qurtulub, demokratik, qanunun aliliyinə söykənən, sosial ədaləti və insan haqlarını, vətəndaş azadlığını, söz azadlığını əsas götürən halal bir dövlət qurmaq; ikincisi, bu böyük amal yolunda vicdanla mücadiləyə qalxmış siyasi qurumları, nüfuzlu vətəndaşlarımızı, ilk növbədə dövlətin alı kürsüsünə iddialı olan şəxsləri bir araya gətirmək!
Keçdiyimiz, artıq yaşadığımız tarixi təkrarlamadan qısaca onu demək istərdik ki, biz respublikada söz sahibi olan bütün siyasi liderlərlə dəfələrlə görüşüb, həmin qlobal, taleyüklü problemlərimizi müzakirə etmişik. Belə görüşlər bu il, yəni ölkədə prezident seçkiləri ərəfəsində aybaay daha da intensivləşdirilmişdir. Lap ilk gündən çalışmışıq ki, müxalifət seçkiyə vahid namizədlə getsin. Seçkiyə on gün qalmış müxalifətin iki əsas qüvvəsi – Musavat Partiyasının başqanı Isa Qəmbər və AMIP sədri Etibar Məmmədovla təkrar görüşlər keçirdik, vahid namizəd məsələsini təzədən gündəmə gətirdik. Başlanğıcda bizdə və ictimaiyyətimizdə belə bir ümid yarandı ki, niyyətimizə çatacağıq – axır ki, demokratik qüvvələrin prezidentliyə bir namizədi olacaq. Təəssüf ki, liderlərdən birinin hakimiyyət iddialarının hədsiz böyüklüyü bu dəfə də ali məqsədimizə çatmağa imkan vermədi. «AMAL»ın üzvləri də, xalqımız da buna çox heyfsiləndi. Seçicilərimiz məyus oldular. Lakin real durum belədir ki, buna faciə kimi də baxmaq lazım deyil. Hər halda, istədiyimiz başqa prinsipə nail olmuşuq, müxalifət vahid cəbhədədir, Prezidentliyə ən şanslı lider – «Bizim Azərbaycan» Blokunun vahid namizədi Isa Qəmbərin ətrafında birləşənlərin sayı gündən-günə artır. Bu günlərdə görkəmli dövlət xadimi, ADP kimi nüfuzlu bir partiyanın sədri Rəsul Quliyev də öz silahdaşlarını Isa Qəmbərə səs verməyə çağırdı. Rəsul bəyin müdrik addımının mənəvi tərəfdən də son dərəcə ibrətamiz bir cəhəti var. O, başqalarından fərqli olaraq, bu mərdliyin müqabilində heç bir şərt qoymur. Bu isə o deməkdir ki, Rəsul Quliyev DÖVLƏTIMIZIN, MILLƏTIMIZIN MARAQLARINI şəxsi maraqlarından üstün tutan bir SIYASI XADIMDIR. Əziz həmvətənlərimiz! Aydın məsələdir ki, milli varlığımızın, taleyimizin belə məsuliyyətli məqamında «AMAL» Ziyalı Hərəkatı öz seçimini etməlidir! Xalqımızın aparıcı siyasi-ictimai qurumlarının əksəriyyəti kimi biz də Prezident kürsüsündə artıq ümumxalq LIDERI kimi qəbul olunan Isa Qəmbəri seçirik. Həm də bizlərə inanan bütün vətəndaşlarımızı Isa Qəmbərə səs verməyə çağırırıq. Biz onun VƏTƏN və MILLƏT sevgisinə inanırıq və ölkəmizdə regionçuluğa, rüşvətxorluğa, talançılığa son qoyacağına əminik.»
Müraciətin sonunda Etibar Məmmədov, Əli Kərimli, L.Ş.Hacıyeva, Ilyas Ismayılov, Sabir Rüstəmxanlı və Ayaz Mütəllibov bir daha düşünüb-daşınmağa, öz addımlarını korrektə etməyə çağırılır.

  B.«AMAL» ZIYALI HƏRƏKATI ALI MƏKTƏBLƏRIN MÜƏLLIM VƏ TƏLƏBƏLƏRINI HAKIMIYYƏTIN CINAYƏTLƏRINƏ ŞƏRIKÇIXMAQDAN ÇƏKINMƏY  ÇAĞIRIR

 «AMAL» Ziyalı Hərakatı Azərbaycan ali məktəblərinin professor-müəllim və tələbələrinə müraciət edib. Müraciətdə deyilir: «Əziz həmkarlar, sevimli tələbələr!Ölkəmiz bu gün öz tarixinin yeni mərhələsinə hazırlaşır. Bu mərhələ oktyabrın 15-də keçiriləcək prezident seçkilərindən sonra başlayacaq  Bizim hər birimizdən olduqca böyük ziyalı məsuliyyəti və vətəndaş yetkinliyi tələb olunduğu bir zamanda heç kimin millətimizin taleyinə biganəlik göstərməyə mənəvi haqqı yoxdur.Biz hamımız tarixi seçim qarşısındayıq: ya Heydər Əliyevin antimilli siyasətinin davamçısı, cəmiyyət tərəfindən əyyaş və qumarbaz kimi qəbul edilən oğul Əliyevə səs verib xalqımızı daha müdhiş fəlakətlərə düçar etməli, ya da «Bizim Azərbaycan» Blokunun vahid namizədi, Müsavat Partiyasının başqanı, böyük demokrat Isa Qəmbəri dəstəkləməklə, ölkənin tayfa zülmündən qurtuluşuna öz töhfəmizi verməliyik. Üçüncü seçimimiz yoxdur!Azərbaycan xalqına düşmən kəsilmiş Heydər Əliyev bizlərə çox ağır bir miras qoyub getdi: kütləvi işsizlik, didərginlik, dilənçilik, korrupsiya və rüşvətxorluq, iqtisadi və intellektual potensialın dağıdılması kimi naqis əməllər Heydər Əliyevin qanlı ömürnaməsinin şərəfsiz epizodları kimi yaddaşlarda qalacaq. Varisin «mən prezident seçilərəmsə, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm» deməsi, əzablı taleyini yaşayan xalqımıza çoxçeşidli faciələr vəd edir.  Heydər Əliyevin yolunu davam etdirmək ölkəni dalana, çıxmaza dirəmək, onu sonsuz iztirabların burulğanına sürükləmək cəhdidir. Davamçısı Ilham Əliyev olan siyasi xəttə səs vermək, faciələrimizin uzunömürlülüyünə, cismani-mənəvi tənəzzülümüzün qat-qat dərinləşməsinə və nəhayət, gələcəkdə bir millət kimi yox olmağımıza, dövlətimizin süqutuna rəvac vermək deməkdir. Antimilli hakimiyyət və onun başabəla ideoloqları qarşıdakı seçkiləri uduzacaqlarını aydın dərk etdiklərindən xalqın demokratik seçim hüququna qəsd etməyə hazırlaşırlar.Iqtidar mənsubları dairə və məntəqə seçki komissiyalarını satın almağa, rəzil günə saldıqları vətəndaşlara pul paylamağa, onların pasportlarını yığmağa, saxta seçki bülletenləri çap etməyə başlayıblar. Heydər Əliyevin qəlibindən çıxmış məmurlar seçkilərin nəticələrini nəyin bahasına olursa-olsun saxtalaşdırmaqla hakimiyyəti daha beş il müddətinə qəsb etməyə hazırlaşırlar. Təəccüb və təəssüf doğuran bir hal da ondan ibarətdir ki, hakimiyyət özünün saxtakarlıq kompaniyasına ali məktəblərin professor-müəllim heyətini və gələcəyimiz olan tələbələri cəlb edir.Əldə etdiyimiz məlumatlara görə, rektorlar, dekanlar, kafedra müdirləri və YAP-çı müəllimlər varisə səs verməyəcəkləri təqdirdə, tələbələri, ayrı-ayrı müəllimləri institutdan xaric edəcəkləri ilə hədələyir, gənclərimiz mənəvi terrora və şantaja məruz qalır, bütövlükdə zəka və əxlaq məbədi olan ali məktəblərimiz siyasi ömrünü bitirməkdə olan rejimin mütəşəkkil cinayətkar əməllərinin iştirakçısına çevrilir. Əziz müəllimlər və tələbələr! Millətimiz üçün əcəl zənginin çalındığı tarixi məqamda sizi övladlarınızın sabahını düşünməyə, hakimiyyətin cinayətlərinə şərik çıxmamağa, onun yalançı vədlərinə aldanmamağa, fitnə-fəsadına uymamağa və nəticə etibarı ilə ziyalı ləyaqəti, vətəndaşlıq qeyrəti göstərib saxtakarları yerində oturtmağa çağırırıq. Bu gün söhbət vətənimizin tayfa işğalından xilasolmasından gedir. Odur ki, bütün müəllim və tələbələrimizi demokratik qüvvələrin bu yöndə apardıqları milli mücadilənin önündə getməyə səsləyirik! Əmin ola bilərsiniz ki, seçki saxtalaşdırılmasa, rejim tarixin zibilliyinə atılacaq.
Azərbaycan «AMAL» Ziyalı Hərəkatı adından: Xalid Əlimirzəyev, Saleh Məmmədli, Musa Yaqub, Sabir Azəri, Mürşüd Məmmədli, Cavanşır Quliyev, Azər Zeynallı, Bəhmən Sultanlı, Seyidəhməd Əhmədov.

C.«AMAL» ZIYALI HƏRƏKATININ AZƏRBAYCAN
POLISINƏ MÜRACIƏTI

 «Əziz polis işçiləri!
Əziz qardaşlarımız, övladlarımız! Xalqın taleyinin həll edildiyi bu həssas məqamda biz sizə – torpaqlarımızın bütövlüyü uğrunda mübarizədə öz sıralarından şəhidlər verən, qəhrəmanlıq göstərən oğullarımıza, qardaşlarımıza – Azərbaycan polisinə müraciət edirik. Azərbaycanda xalqımıza qarşı antimilli siyasət yeridən bu mənfur və cinayətkar rejim artıq çöküb. O, son günlərini yaşayır. Lakin bununla belə, xalqa qarşı qanunsuz hərəkətlərini Sizin vasitənizlə həyata keçirməyə çalışır. Bu gün bu mənfur rejimin heç bir qanun və əxlaq normalarına sığmayan hərəkətləri nəticəsində bütün Azərbaycan xalqı kimi Sizlər də, qohum-əqrəbalarınız da aclıq və səfalət içərisindədir.
Ölkədə mövcud olan, iqtidar tərəfindən bilavasitə yaradılan, anormal şərait bizim hamımızı eyni dərəcədə məhrumiyyətlərə düçar edib, milyonlarla gəncimizi çörək pulu qazanmaq üçün hər cür maddi sərvəti olan doğma vətənimizdən didərgin salıb.Öz doğma evinin qayğısız xanımı, mehriban anası olmağa layiq qız-gəlinlərimiz bir tikə çörək qazanmaq üçün öz ölkəmizdə və digər ölkələrdə hər cür məhrumiyyətlərə dözməyə vadar edilir. Bütün bu adamlar yad deyil-bizik, mənim, sənin, bizim əzizlərimiz, doğmalarımızdır.Biz bu mənfur rejimlə birdəfəlik vidalaşmasaq, fəlakətlərdən qurtula bilməyəcəyik. Belə bir məqsəd uğrunda mübarizədə bizimlə birlikdə olmaq üçün Sizlərə müraciət edirik.Əziz polis qardaşlarımız!
Bu saxtakar, riyakar, cinayətkar rejimin alətinə çevrilməyin! Doğmalarınızın, əzizlərinizin gələcək xoşbəxt və firavan həyatı uğrunda mübarizədə fəallıq göstərən insanları əzmək üçün hər vasitə ilə onların yollarını bağlamayın, rejimin cinəyətlərinə şərik çıxmayın! Siz də xalqın bir parçasısınız və xalqdan ayrı ola bilməzsiniz.
Bu rejim nökərlərinin qanunsuz əmr və göstərişlərini yerinə yetirməyin! Özünüzü insanlıq və vicdanınız qarşısında əbədi günahkar etməyin.
Azərbaycan polisi! Bu gün ən böyük məsuliyyət yükü sənin üzərinə düşür. Tayfa səni öz haqqı uğrunda mübarizəyə qalxan xalqınla üz-üzə qoyur. Illərdən bəri millətin qarşısında sipərə çevrilməyin yetər! Bu gün kişilik nümunəsi göstər, iradəni ortaya qoy! Biz Sizi xalqla bir yerdə olmağa çağırırıq.»

 Ç.«ANAR YALAN DANIŞIR»

        12 oktyabr 2003-cü ildə Azərbaycan Yazıçılar Ittifaqının sədri, tanınmış yazıçı Anar televiziya ilə çıxışında bütün Azərbaycan ziyalılarının adından danışıb. Özü də daxil olmaqla yaradıcı ziyalıların Ilham Əliyevi dəstəklədiyini bildirən Anar seçkilərdə ona səs verəcəyini deyib.Tanınmış ziyalı Seyran Səxavət isə Anarın bu müraciətinə etiraz edir. «Anar yalnız öz ailəsinin adından danışa bilər» – deyən Seyran Səxavət bu haqqı ona heç kimin vermədiyini bildirdi: «Anar yalan danışır. Mən də ziyalıyam, Azərbaycan yazıçısıyam, qırx ildir ədəbiyyatdayam və mən Ilham Əliyevə səs verməyəcəyəm. Anar niyə mənim adımdan danışır? Ona ayıb olsun»… («Yeni Müsavat», 14 oktyabr 2003-cü il)

D.AZƏRBAYCAN YAZIÇILARININ MÖVQEYI

Tarixin müxtəlif dönəmlərində ağır imtahanlara çəkilmiş Azərbaycanımız yenə də çətin günlər yaşayır. Itirilmiş torpaqların, cəmiyyətdə getdikcə dərinləşən mənəvi aşınmanın, ölkənin korrupsiya imicinin xəcalətini daşıdığımız azmış kimi, indi də sülalə hakimiyyətinin yaradılmasına cidd-cəhdlər edilir və mövcud rejim tərəfindən bu istiqamətdə çox çirkin oyunlara əl atılır. Biz, hazırkı dövrün məsuliyyətinin 88-93-cü illərin məsuliyyətindən də artıq olduğunu dərk eləyən qələm adamları:
- Xalqımıza utanc gətirən bu kobud prosesi rədd edirik;
- Bu prosesə aşkar və gizli səviyyələrdə dəstək verən xarici dairələrdən Azərbaycan xalqının rəyinə hörmətlə yanaşmağı tələb edirik;
- Yalnız demokratik seçkilər nəticəsində mümkün olacaq dayanıqlı sabitliyin tərəfdarı olduğumuzu bildirir, hakimiyyəti cəmiyyətdəki qarşıdurmanı açıq müstəviyə keçirmək cəhdlərindən əl çəkməyə çağırırıq;
  – Müxalifətdən olan prezidentliyə namizədlərə qarşı təxribatları və iyrənc kompaniyanı yolverilməz hesab edirik. Iqtidara öz hakimiyyət maraqları ətrafında bütün cəmiyyətə sirayət edən qeyri-əxlaqi mühit yaratmaq kimi tarixi cinayətdən çəkinməyi məsləhət görürük; – Bizə rəğbət bəsləyən oxucuları bu həlledici seçki ərəfəsində fəal olmağa çağırırıq.
1.Salam Sarvan, 2.Elçin Hüseynbəyli, 3.Aydın Uluxanlı, 4.Akif Səməd, 5.Elnur Aslanbəyli, 6.Murad Köhnəqala, 7.Fikrət Əsəd, 8.Rafiq Tağı, 9.Etimad Başkeçid, 10.Böyükkişi Heydərli, 11.Zahir Əzəmət, 12.Rövşən Naziroğlu, 13.Elxan Qaraxanlı, 14.Mahir Mehdi, 15.Ilham Qəhrəman, 16.Fəxri Uğurlu, 17.Qurban Yaquboğlu, 18.Ehtiram Məmmədli, 19.Faiq Balabəyli, 20.Vasif Süleyman, 21.Yafəs Məftun, 22..Kəmaləddin Qədim, 23.Balaxan Qərib və sair.

E.BAKI VƏ KƏNDLƏR BIRLIYININMÜRACIƏTI

        «Əziz həmvətənlərimiz!
2003-cü il 15 oktyabr Azərbaycan tarixində silinməz izlər qoyacaqdır. Vətənimizi sevən hər bir şəxs bu salnamənin şərəflə yazılmasında öz xidmətini əsirgəməməli, bugünkü zülm və səfalətin səbəbkarı indiki rejimə seçkilərdə «yox» deməlidir. Ilham Əliyevin təbliğatını aparanlar onu Heydər Əliyev kursunun davamçısı kimi təqdim edir, özü isə bu kursu şərəflə davam etdirəcəyinə söz verir. Torpaqlarımızın 20%-nin işğal altında olması, həyatını risk altında qoyaraq bir parça çörəkpulu dalınca Rusiyanın çöllərinə səpələnmiş vətəndaşlarımız, öz sosial problemini həll etmək üçün narazılıqlarını bildirən, əvəzində dəyənək və gülləyə tuş gələn Şəkimiz, Nardaranımız bu kursun nəticəsi deyilmi? Üstəlik bunu davam etdirmək də istəyirlər.
Azərbaycanın «Bizim Azərbaycan» olması üçün Sizi 15 oktyabrda Isa Qəmbərə səs verməyə, 12 oktyabrda isə seçkiöncəsi bir növ «qeydiyyatdan» keçmək üçün «Qələbə» meydanına gəlməyə çağırırıq»

Ə.QADINLAR ARASINDA  HƏMRƏYLIK ICTIMAI
BIRLIYININ BƏYANATI

        «Əziz Azərbaycan qadını!
Gözlədiyimiz an gəlib çatdı. 15 oktyabr prezident seçkiləri günüdür. Əziz qadınlar. Siz həmişə hər yerdə keyfiyyət axtarırsınız. Istəyirsiniz ki, ən yaxşılara nail olasınız. Bu, düzgün seçimdir. Siz prezident seçkilərində də keyfiyyət şərtlərinə əməl edin. 15 oktyabrda seçkilərə gəlin, Isa Qəmbərə səs verin. Sizin səsiniz özünüzün gələcəyinizi təmin edəcək.
Büdcə təşkilatlarında işləyən əziz qadınlar! Həmişə seçkiləri saxtalaşdırmaqda sizdən istifadə olunur. Ən çətin vəziyyətdə yaşayan siz müəllimlər, tibb işçiləridir. Sizləri saxtakarlığa sövq edəndə fikirləşin, axı siz yenilik istəyirsiniz. Övladlarınızın gələcəyini düşünün.
Isa Qəmbərin səslərini saxtalaşdırmağa imkan verməyin. Isa Qəmbər prezident olan kimi Sizin məvaciblərinizi 3 dəfə yüksəltməyə söz verib.»

 F.SEYIDLƏR XALQI ISA QƏMBƏRƏ SƏS VERMƏYƏ
ÇAĞIRIR

 Azərbaycan xalqının tarixən hörmətini saxladığı, sayılıb-seçilən müqəddəs seyid ocaqlarının nümayəndələri ölkə əhalisinə müraciət edib. Müraciətdə deyilir:«Əziz həmvətənlərimiz!
Biz, ağır seyid ocaqlarının nümayəndələri bir araya gəlib sizə müraciət edərək bildiririk ki, prezidentliyə namizəd, Müsavat Partiyasının başqanı Hacı Isa Qəmbərin namizədliyini dəstəkləyirik. Sizləri də prezidentliyə ən layiqli və şanslı namizəd Isa Qəmbərə səs verməyə çağırırıq.
Əziz həmvətənlər, Siz Isa Qəmbərə səs verməklə, itirilmiş torpaqlarımızın işğaldan azad olunmasına, ata-babalarımızın, şəhidlərimizin məzarlarının düşmən tapdağından xilas edilməsinə, milyonlarla insanların öz yurd yerlərinə qayıtmasına, düşdüyünüz ağır sosial-iqtisadi vəziyyətdən qurtuluşa, itirilmiş hüquqlarınızın bərpasına bir sözlə, qüdrətli dövlətə, azad cəmiyyətə, firavan həyata və işıqlı gələcəyə səs vermiş olursunuz. Bu yolda Ulu Tanrı hamınıza yar olsun!»
1.Seyid Məşədi Muxtar ağa ocağının nümayəndəsi Seyid Bəhram ağa, 2.Seyid Miriş ağa ocağının nümayəndəsi Seyid Nadir ağa, 3.Seyid Ismayıl ağa ocağının nümayəndəsi Hacı Seyid Novruz Ağamir oğlu, 4.Seyid Həsən ağa ocağının nümayəndəsi Seyid Yusif ağa, 5.Seyid Xəlil ağa ocağının nümayəndəsi Seyid Cəlal ağa, 6.Seyid Əşrəf ağa ocağının nümayəndəsi Seyid Ilham ağa, 7.Seyid Hacı Əhməd ağa ocağının nümayəndəsi Seyid Əli ağa, 8.Seyid Kərbəlayi Sadiq ağa (Şəhid atası), 9.Seyid Hüseyn ağa ocağının nümayəndəsi Hacı Seyid Rövşən ağa, 10.Mirhəsən ağa ocağının nümayəndəsi Mirhəşim ağa Seyidli, 11.Seyid Rza ağa ocağının nümayəndəsi Seyid Nadir ağa.

 G.ISLAM VƏ MILLI MÜQAVIMƏT HƏRƏKATININ MÜRACIƏTI

 Hərəkatın sədri Hacı Mehdi Şamillinin imzaladığı müraciətdə deyilir:«Bismillahirrəhmanirrəhim!
Bu Müaviyə – Yezidi rejiminin hakimiyyəti dövründə keçirilən bütün seçkilər saxtalaşdırılıb. 15 oktyabrda da belə olmayacağına heç kim zəmanət verə bilməz. Buna görə də indidən Azərbaycan xalqına, dindarlarına müraciət edirik.
Əziz qardaş və bacılarımız!Xalqımız böyük sınaq qarşısındadır. Bu imtahandan üzüağ çıxmaq vacibdir. Bu, bizim son nicatımızdır.

Hörmətli həmvətənlərimiz, nəticələrin saxtalaşdırılmasına qarşı hər birimizin müqavimət haqqı var. Yəni ölkə Konstitusiyası, həm də müqəddəs Qurani-Kərim buna qarşı mübarizə aparmağa icazə verir.
Azərbaycan xalqının saxtakarlığa qarşı cihadi-difaya (kiçik cihad) qalxmaq haqqı var. Bu cihadın mənasına görə, əgər müsəlmanların torpağına, evinə, ailəsinə, həyatına, namusuna təcavüz olunarsa, onlar heç bir müctəhidin, din xadiminin fitvasını gözləmədən, öz hüquqlarının müdafiəsi üçün ayağa qalxmalıdır. Bu, vacibdir. Bu nöqteyi-nəzərdən bütün Azərbaycan xalqını, dindarlarını öz səslərini qorumağa çağırırıq.
Qurani-Kərim Ali-Imran surəsinin 119-cu ayəsində göstərilib: «Süstləşməyin, qəm-qüssə yeməyin. Əgər iman gətirmiş olsanız, siz qələbə çalacaqsınız.»Quranın başqa bir ayəsində isə deyilir: «Ey mömünlər! Mən heç vaxt kafirlərə sizdən üstün qərar verməyəcəyəm.»

Ç.DINI ETIQAD VƏ VICDANAZADLIQLARINI MÜDAFIƏ MƏRKƏZININ VƏ «ISLAM-ITTIHAD»
CƏMIYYƏTLƏRININ QƏRARI

 «Bizim Azərbaycan» Blokuna qoşularaq Müsavat başqanı Isa Qəmbərin namizədliyini dəstəkləyən 30-dan artıq partiya, 100-dən artıq qeyri-hökumət təşkilatları sirasında Dini Etiqad və Vicdan Azadlıqlarını Müdafiə Mərkəzi (DEVAMM) və «Islam-Ittihad» Cəmiyyəti də var.Daxildə və beynəlxalq aləmdə kifayət qədər böyük dayağı olan «Islam-Ittihad», eləcə də DEVAMM mövcud vəziyyəti hərtərəfli araşdırdıqdan, təhlil etdikdən sonra bugünkü şərait üçün ən uyğun qərar qəbul edərək, «Bizim Azərbaycan»ın sıralarına qoşulub. Sözügedən qərarla bağlı «Islam-Ittihad»ın Məclis üzvü və DEVAMM-ın aparıcı koordinatoru Ilqar Ibrahimoğlu «Yeni Müsavat» qəzetinə (9 oktyabr 2003-cü il) daha ətraflı məlumat vermişdir. I.Ibrahimoğlu deyib ki, prezident seçkiləri mübarək Şaban ayına təsadüf edir və bu ayda Azərbaycan xalqının qarşısında çox ciddi imtahan dayanır: «Imam Sadiqdən (ə) nəql edilir ki, zülmün hökmranlıq etdiyi ölkələrdə zalımın yanına get, ona camaatın qanını tökmək və mallarını əllərdən almaq üçün yox, insanların əllərini mənim dərgahıma uzadıb mənə şikayət etməməsi üçün hakim olduğunu söylə. Buyurulur ki, zalıma onun zülmündə kömək edən Allahın qəzəbinə gəlir. Islam dini zülm məsələsində çox ciddidir, zalımın zülmünə dəstək verməyi heç cür qəbul etmir. Şaban ayındayıq. Elə bir aydayıq ki, dünyada ədaləti bərpa edəcəyik, zalımların burnunu yerə sürtəcəyik. Bu ay bizimcün böyük bir imtahan ayıdır».Pezident seçkilərinin çox ciddi və taleyüklü məsələ olduğunu xatırladan I.Ibrahimoğlu deyib ki, hər bir vətəndaş bu seçkilərdə iştirak etməli və seçki məntəqəsinə daxil olan anda özü-özünə «mən seçim edirəm» deməli, «mən azad insanam, ya zalımların nökəri?» deyə özünə sual etməlidir. Onun sözlərinə görə, seçkidə heç kim özünə ilahi və mənəvi rəhbər seçmir: «Ilahi rəhbərimiz bəllidir və o, hər zaman bizimlədir. Amma bu ölkə bir evə, bir binaya bənzəyir. Bu bina üçün bir xidmətçi lazımdır. Hamının bu binanı yığışdırmağa vaxtı yoxdur. Bir adam lazımdır ki, səliqə işlərinə baxsın, gözətçilik etsin. Dünyada elə situasiya yaranıb ki, prezident millətin gözətçisi, xidmətçisidir. Əgər bu insan axmaq, alçaq, əyyaş, qumarbaz olsa, öz taylarını ətrafına yığacaq. Uşaqlarımız da bu binanın həyətinə çıxanda belələrini görüb, onlara oxşayacaqlar. Ona görə də hər adam xidmətçi ola bilməz. Onu seçmək isə bizdən asılıdır. Baxıb görməliyik ki, bu işə ən uyğun şəxs kimdir. Buna görə də çox uzun araşdırmalardan, götür-qoydan sonra «Islam-Ittihad» Cəmiyyəti və DEVAMM öz mövqeyini bildirmişdir».Eyni zamanda I.Ibrahimoğlu qeyd edib ki, Azərbaycanın bölgələrindən, Bakının kəndlərindən olan on minlərlə insan «Islam-Ittihad»la DEVAMM-ın seçki ilə bağlı mövqeyini gözləyirdi: «Qeyd etdiyim kimi, biz situasiyanı ciddi şəkildə araşdırdıq, öz seçimimizi etdik. «Bizim Azərbaycan» Blokuna qoşulduq, onun prezidentliyə namizədini dəstəklədiyimizi bildirdik. Mən bir daha demək istəyirəm ki, seçki məntəqəsinə daxil olan və heç kimin görmədiyi qutulara bülleten atan hər bir seçici düşünməlidir: «Mən zalımın nökəri olmaq istəyirəm, ya azad, hürr insan?» Əminliklə söyləyirəm ki, qələbə bizimdir. Artıq biz qalibik, artıq Müaviyənin nəfəsləri yox olmağa doğru gedir, Yezidin lənətlədiklərinin qumarvari mahiyyəti tam açılır. Hürr insanlar qalibdir. Allah xalqımıza ayıqlıq, zirəklik, hürriyyət nəsib etsin».

H.HÜQUQ-MÜHAFIZƏ ORQANLARININ SABIQ ƏMƏKDAŞLARININ MÜRACIƏTI

 Prezident seçkilərinə üç gün qalmış hüquq-mühafizə orqanlarının sabiq əməkdaşları, milli qüvvələrlə bir mövqedə olan zabitlər və generallar həmkarlarına aşağıdakı müraciəti etdilər:«Əziz həmvətənlərimiz!
Biz, vaxtı ilə çoxlarınızla birlikdə çiyin-çiyinə çalışan hüquq-mühafizə orqanlarının sabiq əməkdaşları Sizlərə müraciət etmək məcburiyyətindəyik.
Əziz dostlar!
15 oktyabr 2003-cü ildə Azərbaycan xalqı seçim etməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 1-ci maddəsində göstərilir ki, «Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır.» Konstitusiyanın 6-cı maddəsində isə göstərilir ki, «Azərbaycan xalqının heç bir hissəsi, sosial qrup, təşkilat və ya heç bir şəxs hakimiyyətin həyata keçirilməsi səlahiyyətini mənimsəyə bilməz. Hakimiyyətin mənimsənilməsi xalqa qarşı ən ağır cinayətdir.»
Azərbaycan Respublikası Konstitusiyasının 56-cı maddəsində isə hər bir Azərbaycan vətəndaşına seçmək və seçilmək hüququ verilmişdir.Konstitusiyanın 104-cü maddəsi Azərbaycan Respublikasının Prezidentinin öz səlahiyyətlərini daimi icra edə bilməməsi ilə bağlı halları şərh edir.Artıq 3 aydan çoxdur ki, prezident Heydər Əliyev, nəinki, öz səlahiyyətlərini daimi icra edə bilmir, hətta, onun həyatda olub-olmaması məsələsi xalqdan gizlədilir. Indiyə kimi prezidentin səlahiyyətləri heç kimə həvalə edilməmişdir ki, bu da Konstitusiyaya və xalqa qarşı sayamazlıq və hörmətsizlikdir.Imzası və təqdimatı şübhə doğuran sənədlə Heydər Əliyev oğlunu baş nazir etmək üçün 02.08.03-cü il tarixdə Milli Məclisə müraciət etmiş, bir gün sonra isə fərmanla onu baş nazir təyin etmişdir. Sonrakı araşdırmalar və xarici mətbuatın məlumatları həmin vaxtlarda Heydər Əliyevin dünyasının dəyişdiyini bildirmiş, ən yaxşı hallarda isə onun qərar qəbul etmək imkanında olmadığı, koma vəziyyətində olduğu göstərilmişdir.Hazırda Heydər Əliyevin bütün mühafizə və xidmət sahələrinin əməkdaşlarının Bakıda olması və Ilham Əliyevlə birgə çalışmaları bir daha onu göstərir ki, artıq Heydər Əliyev erası bitmişdir. Deməli, Ilham Əliyev və bir qrup şəxs saray çevrilişi etmiş, Konstitusiyanın 6-cı maddəsinin tələblərini pozaraq, hakimiyyətin həyata keçirilməsi səlahiyyətlərini mənimsəmişdir.Hazırda başda Ilham Əliyev olmaqla hakim təbəqə və məsuliyyətdən yaxa qurtarmaq üçün 15 oktyabr seçkilərini saxtalaşdırmaq niyyətilə bütün vasitələrdən istifadə edirlər.
Səlahiyyətli şəxsləri, komissiya üzvlərini ələ almaq üçün xalqdan oğurlanmış milyonlarla pul və hədiyyələrdən istifadə edirlər. Seçki Məcəlləsinin tələbləri kobud şəkildə pozulur, təbliğat kompaniyası, qanunun bütün tələbləri Ilham Əliyevin xeyrinə pozulmaqdadır. Özəl telekanallar və dövlət televiziyası gecə-gündüz Ilham Əliyevin təbliği ilə məşğul olmaqla bərabər, digər namizədlərə müxtəlif bəhanələrlə vaxt ayırmaqdan imtina edirlər. Müxalif namizədlərə qarşı rayonlarda Icra Hakimiyyəti və polis orqanları vasitəsilə təxribatlar törədilir, zorakılıq hərəkətləri edilir, görüşləri pozurlar.
Bu qanunsuzluqların son nöqtəsi kimi hakim təbəqə seçkiləri 15 oktyabrda Ilham Əliyevin xeyrinə saxtalaşdırmaq üçün planlar hazırlamaqdadır. Bu saxtakarlıqlar baş tutmadıqda onlar xalqa qarşı zor tətbiq etmək üçün müxtəlif variantlar düşünürlər.Əziz həmkarlar!
Onlar Sizin vasitənizlə xalqda qorxu xofu yaratmağa və xalqı öz haqqını müdafiə etməkdən çəkinməyə çalışırlar.
Onlar hakimiyyət dəyişərsə, kütləvi şəkildə işdən çıxarılacağınız barədə şayiə yaymaqla, Sizləri iş yerlərinizi itirməklə qorxudurlar.Bütün bunlara inanmayın!Biz polis həmkarlarımıza, prokurorluq və Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarına, hakimlərə və ordu zabitlərinə müraciət edirik:Hörmətli Azərbaycan polisi!Sizlərin ictimai asayişin və torpaqlarımızın qorunmasında, cinayətkarlıqla mübarizədə göstərdiyiniz qəhrəmanlıqları xalqımız gözəl bilir və qiymətləndirir. Sizlərin durumunu biz çox gözəl bilirik. Bu gün hakimiyyətdə olan, rüşvət və korrupsiya yolu ilə milyonlarla dollar pulu xalqdan və dövlətdən oğurlamış 5-10 məmur Sizləri xalqla üz-üzə qoymağa və Sizlərdən xalqa qarşı istifadə etməyə çalışırlar.Əgər rəhbər işçilərin Sizlərə münasibətinin sivil formasını, gecə-gündüz küçələrdə qalmaqdan qurtulmaq, həmçinin imtiyazlarınızın və maaşlarınızın artırılmasını arzulayırsınızsa, Sizi xalqı müdafiə etməklə həm xalqın, həm də qanunun tərəfində olmağa çağırır və xalqa qarşı zor işlətməkdən çəkinməyinizi xahiş edirik.Hörmətli məhkəmə hakimiyyətinin nümayəndələri!Hörmətli hakimlər!
Biz bilirik ki, ölkədə müstəqil məhkəmə hakimiyyəti yox dərəcəsindədir. Əgər Sizlər müstəqil işləmək istəyirsinizsə, qərarların qəbulunu sədrlərinizin və daha yuxarıların göstərişi ilə deyil, Sizin daxili inam və vicdanınızın səsi ilə və qanunun tələbləri ilə həll etmək arzusundasınızsa, bu hakimiyyətin çirkin və qanunsuz tapşırıqlarından imtina edin.
Bu gün iflic vəziyyətinə salınmış prokurorluq orqanlarının nümayəndələrinə müraciət edirik!Prokurorluğun status və səlahiyyətlərinə yenidən baxılmaqla prokurorluq orqanlarının itirilmiş nüfuzunun bərpa edilməsini arzu edirsinizsə, xalqla birlikdə olun və qanunun aliliyini qoruyun!
Milli Təhlükəsizlik orqanlarının əməkdaşlarına müraciət edir, Sizi dövlətin təhlükəsizliyini qorumaqla bərabər, xalqa qarşı qanunsuz addımlar atmamağa çağırırıq!
Biz, Azərbaycan ordusunun və daxili qoşunlarının zabitlərinə müraciət edirik!Əziz zabit qardaşlarımız!
Bu klan öz hakimiyyətini qorumaq üçün Sizlərdən də istifadə etmək planları hazırlamaqdadır. Sizləri cinayətkar klanı deyil, xalqı müdafiə etməyə və Sizlərdən istifadə olunmasına yol verməməyə çağırırıq!
Bu sənədi imzalayanlar ordunun, polisin və prokurorluğun siyasətə cəlb edilməsinin yol verilməz olduğunu bəyan etməklə bərabər, həmçinin bu orqanların əməkdaşlarının hər birinə seçici kimi müraciət edir. Sizləri seçkilərdə Musavat Partiyasının başqanı, «Bizim Azərbaycan» Blokunun vahid namizədi Isa Qəmbəri dəstəkləməyə və ona səs verməyə çəğırırıq!Allah xalqımızı bəlalardan qorusun!»

Sizlərə hörmətlə, 15 oktyabr 2003-cü ildən sonra Isa Qəmbərin rəhbərliyi ilə yeni xalq Hakimiyyətində Sizlərlə birlikdə xalqa, haqqa, ədalətə və qanuna xidmət etmək arzusu ilə keçmiş həmkarlarınız: 1.Çingiz Qənizadə – Ədliyyə generalı, Bakı şəhərinin sabiq prokuroru, 2.Hüseyn Hüseynov – Ədliyyə generalı, Naxçıvanın sabiq prokurory, 3.Novruz Həsənov – Tovuz rayon Polis Idarəsinin sabiq rəisi, polkovnik, 4.Şəmsəddin Əliyev – sabiq polis rəisi, polkovnik, 5.Qabil Məmmədov – daxili işlər nazirliyinin sabiq müavini, polkovnik, 6.Məzahir Bağırov – Milli Qvardiyanın sabiq komandan müavini, mayor, 7.Rəşad Qarayev – sabiq polis rəisi, polkovnik-leytenant, 8.Eldar Abas-Qulubəy – Sabunçu rayon Polis Idarəsinin sabiq rəisi, polkovnik, 9.Oqtay Əliyev – sabiq polis bölmə rəisi, polkovnik-leytenant, 10.Tofiq Əsədov – polklovnik, 11.Mahmud Hacıyev – polkovnik, 12.Eldar Pənciyev, 13.Pirəli Orucov, 14.Isaxan Aşurov – sabiq polis rəisi, polkovnik-leytenant, 15.Nizami Əzizov – polkovnik-leytenant, 16.Yavər Əyyubov, 17.Mehdi Mehdiyev – sabiq bələdiyyə polisinin rəisi, mayor, 18.Məmməd Zeynalov – Ədliyyə polkovniki, Ədliyyə nazirinin sabiq müavini, 19.Eldar Quliyev – sabiq polis rəisi, polkovnik, 20.Elçin Bayramov – polis mayoru, 21.Balakərim Qasımov – Ədliyyə müşaviri, 22.Sakit Əmirov – polis kapitanı, 23.Ağamirzə Məmmədov, 24.Bəxtiyar Məmmədov – polis kapitanı, 25.Rövşən Ləmbəranlı – polis baş leytenantı, 26.Yusuf Abdullayev – polis mayoru, 27.Islam Süleymanoğlu – sabiq rota komandiri, polis kapitanı, 28.Fərhad Hümbətov – MTN, mayor, 29.Ədalət Məmmədov – mayor, 30.Fəxrəddin Quliyev – sabiq bölmə rəisi, polkovnik-leytenant, 31.Cahangir Cavadov – Səbayel Polis Idarəsinin sabiq qərargah rəisi, polkovnik-leytenant, 32.Elxan Sadıxov – Səbayel Polis Idarəsinin sabiq rəis müavini, polkovnik-leytenant, 33.Sülhəddin Əkbər – polkovnik, milli təhlükəsizlik nazirinin sabiq birinci müavini, 34.Ilham Ismayıl – MTN, polkovnik-leytenant, 35.Elton Quliyev – mayor, 36.Gülnarə Rüstəmova – DIN sabiq şöbə rəisi, polis baş leytenantı və s. Cəmi 112 imza.

       X.EHTIYATDA VƏ ISTEFADA OLAN  ZABITLƏR ITTIFAQININ BƏYANATI

       Musavat Partiyasının başqanı, «Bizim Azərbaycan» Blokunun prezidentliyə namizədi Isa Qəmbəri dəstəkləyən ictimai təşkilatların sayı gün-gündən artır. Dünən (10 oktyabr 2003-cü il) Ehtiyatda və istefada olan Zabitlər Ittifaqı «Bizim Azərbaycan» Blokuna qoşulmaqla bağlı bəyanat verib. Təşkilatın sədri, Müdafiə Nazirliyinin Kadrlar və Hərbi Təhsil Idarəsinin sabiq rəis müavini, ehtiyatda olan polkovnik-leytenant Yaşar Səfərli bildirib ki, təşkilat zabitlərin problemlərinin həllində hakimiyyətin etinasızlığı ilə qarşılaşıb: «Dövlət başçısına, müdafiə nazirinə müraciət etsək də, bizim problemimizlə maraqlanmayıblar. Buna görə də seşkiqabağı biz öz seçim hüququmuzdan istifadə edirik və bu cür mövqe göstəririk. Mən ordumuzda xidmət edən bütün əsgər və zabitləri Isa Qəmbərə səs verməyə dəvət edirəm.» Təşkilatın bəyanatında bildirilir ki, xalq öz taleyinə biganə qalmamalı, qətiyyət nümayiş etditməlidir: «Biz təkcə ölkə başçısı yox, həm də Ali Baş Komandan seçirik. Müşahidələrimiz göstərir ki, xalqın böyük əksəriyyəti məhz Isa Qəmbərə inanır və ona üstünlük verir. Biz prezident seçkilərində Isa Yunus oğlu Qəmbərə dəstək verəcəyik və hesab edirik ki, ehtiyatda olan bütün hərbçilər, müharibə veteranları, şəhid ailələri və müharibə əlilləri də məhz belə addım atmalıdırlar.»

 I.«ÜFÜQ» ZABITLƏR QRUPUNUN (Xüsusi xidmət orqanlarının ehtiyatda olan zabitləri)

 M Ü R A C I Ə T I

«Bir neçə gün sonra Azərbaycan öz tarixinin ən mühüm anlarından birini yaşayacaq. 15 oktyabra təyin edilən prezident seçkiləri təkcə hakimiyyət dəyişikliyi deyil, həm də yeni inkişaf istiqamətlərinin seçimi kimi əhəmiyyət daşıyır.»… «Hesab edirik ki, indiki hakimiyyət iş başında qalsa, ölkəni faciələrin girdabına sürükləməkdə, yeni-yeni bəlalar yaratmaqda davam edəcək».
«Üfüq» Zabitlər Qrupu müraciətin sonunda xalqın inandığı namizəd Isa Qəmbərə səs verəcəklərini bildirir.

 J. MÜDAFIƏ NAZIRLIYININ BIR QRUP
SABIQ ƏMƏKDAŞININ MÜRACIƏTI

 Müdafiə Nazirliyində çalışmış, hazırda istefada olan kapitan Arif Cəfərov, mayor Əliyar Həsənov, mayor Nurəddin Məmmədov, kapitan Çingiz Məmmədov və kapitan T.Əliyevin MN-in zabit heyətinə, alay, briqada, korpus komandirlərinə müraciəti:
«Vətənini, xalqını canından və qanından artıq sevən, torpaqlarımızın azadlığı üçün canlarını əsirgəməyən zabit dostlarımız, biz Sizə müraciət edirik. Bu gün Azərbaycanın ölüm və qalım günüdür. Siz zabitlər həmişə vətən darda olanda öndə olmusunuz. Biz inanırıq ki, yenə də o günlərdə olduğu kimi çiyin-çiyinə söykənib birlikdə Ilham Əliyev və onun arxasında dayanan mənfur ünsürləri kürüyüb atacaq, onların dövlətimizi qəsb etməyinə yol verməyəcəyik. Biz Sizi vətənimizi və xalqımızı canından artıq sevən, torpaqlarımızın bütövlüyü üçün çalışan, insanlarımızı nurlu gələcəyə aparmağı bacaran, dünya dövlətləri tərəfindən güclü və bacarıqlı siyasətçi kimi tanınan, xalqımız tərəfindən sevgi və məhəbbətlə qarşılanan, prezidentliyə ən şanslı namizəd olan Isa Qəmbəri dəstəkləməyə çağırırıq və oktyabrın 12-də saat 14:30-da metronun «20 Yanvar» stansiyasının qarşısında gözləyirik. Həmin gün saat 15:00-da isə «Qələbə» kinoteatrı qarşısında Azərbaycanın gələcək prezidenti Isa Qəmbərlə görüşə dəvət edirik.»

 K.KEÇMIŞ HƏRBÇI BARAT QULIYEVIN BƏYANATI

 Polkovnik-leytenant, Qarabağ müharibəsi əlili, «Baba» ləqəbli keçmiş hərbi komandir Barat Quliyev bəyanatla çıxış edib. Bəyanatda deyilir: Azərbaycan xalqı dəhşətli bir bəla ilə üz-üzədir. On illik iztirabdan sonra, nəhayət, azadlığa çıxacağını, Heydər Əliyev klanı ilə vidalaşacağını düşündüyü, bu amalla mücadiləyə qatıldığı bir məqamda millətin səsini növbəti dəfə saxtalaşdırmaq və onun varisini saxta yolla məmləkətə sırımaq istəyirlər». Qeyd edək ki, uzun müddət Texniki Universitetdəki Xüsusi Şöbənin rəisi işləyən B.Quliyev mövcud hakimiyyətə etiraz əlaməti olaraq, ərizə ilə tutduğu vəzifədən imtina edib: «Mən «Bizim Azərbaycan» Blokuna qoşulmağımı rəsmən bəyan edirəm və öz köhnə silahdaşlarımı, əsgərlərimi Müsavat başqanı Isa Qəmbərin ətrafında birləşməyə çağırıram. Mən atasının taleyine biganə olan Ilham Əliyevin hakimiyyəti altında yaşamağı özüm üçün təhqir hesab edirəm. Bu, mənim zabit şərəfimə toxunur, zabit şərəfimi zədələyir. Atası ilə belə rəftar edən oğuldan millətə rəhbər ola bilməz. Torpağının iyirmi faizindən artığı erməni tapdağında inləyən millətin Ali Baş Komandanı ləyaqətli və Qarabağı işğaldan azad etmək gücündə olmalıdır».B.Quliyevin sözlərinə görə, 12 iyun Azərbaycan ordusunun qələbə günüdür: «1992-ci il iyunun 12-də biz bir gündə yeddi kəndi düşməndən azad eləmişik. Xankəndinin bir neçə addımlığınadək irəliləmişik. «Bizim Azərbaycan» Blokunun prezidentliyə namizədi Isa Qəmbərin seçicilərlə görüşünün, yürüş-mitinqinin məhz oktyabrın 12-nə təyin edilməsi təsadüf deyil, 12 rəqəminin düşərli olmasını bir daha təsdiqləyəcək. Biz həmin gün bir daha qələbə çalacayıq, Bu məmləkəti və milləti canından artıq sevən və ona xidmət göstərmək gücündə olan prezidenti seçəcəyik. Bu, bir həqiqətdir ki, prezidentin kimliyi oktyabrın 15-də deyil, 12-də bəlli olacaq.»Keçmiş hərbi komandir Barat Quliyev bəyanatının sonunda bütün keçmiş cəbhədaşlarını, əsgərlərini 12 oktyabr mitinqində fəal iştirak etməyə çağırdı: «Dünyanın nəzərləri bizim üstümüzdədir. Təpər göstərməli, güclü olduğumuzu, saxtakarlığın qarşısında bir addım da geri çəkilməyəcəyimizi onlara sübut eləməliyik. Bundan ötrü sıx birləşməli, bir araya gəlməliyik. Yaddan çıxarmamalıyıq ki, bir olsaq, qələbə də bizim olacaq». Bəyanat bu müraciətlə bitir: «Mənim əsgərlərim, məmləkətin və millətin taleyinə biganə olmayan zabit qardaşlarım! Azərbaycanın gerçəkdən bizim olmasını istəyirsinizsə, «Bizim Azərbaycan» Blokunun mitinqinə qatılın. Oktyabrın 12-də «20 Yanvar» metro stansiyasından «Qələbə» kinoteatrına gedən yolda Sizi gözləyəcəyəm». 11 oktyabr 2003-cü il. «YM»

 L.POLKOVNIK-LEYTENANT  ÜZEYIR CƏFƏROVUN SEÇIMI

Uzun illərdən bəri ordudakı neqativ hallara qarşı barışmaz olan Müdafiə Nazirliyi Hərbi-Elmi Mərkəzin baş zabiti, baş elmi işçi polkovnik-leytenanat Üzeyir Cəfərov da öz seçimini etmək qərarına gəlib. O, «Yeni Musavat» qəzetinə (11 oktyabr 2003-cü il) verdiyi müsahibədə hərbçilərin də bu seçimlərdə iştirak edəcəyini söylədi: «23 ildən artıq orduda xidmət etmiş bir azərbaycanlı kimi, sözsüz, mən də öz seçimimi etmişəm. 15 oktyabr tarixində yəqin ki, uzun müddət davam edən özbaşınalığa, anarxiyaya etiraz əlaməti olaraq öz sözümüzü deyəcəyik. Bu qanunsuzluqların davam etməsinə, məmur özbaşınalıqlarına, ordu sıralarında olan neqativ hallara biganə qalmayan bir şəxs kimi sözsüz ki, bu siyasətin davam etməsinə səs verməyəcəyəm. Mənim kimi düşünən on minlərlə hərbçi var. Onlar uzun illər xalqımızın yaralı yeri olan ordumuzun problemlərinə biganə ilə yanaşan rəhbərliyin ömrünün uzanmasına heç cür razı olmayacaqlar. Qanunla bizə siyasi proseslərə qoşulmaq qadağan olunsa da, demək istəyirəm ki, biz də bu torpağın vətəndaşıyıq. Ona görə də mövqeyimizi qəti bildirməliyik.»Polkovnik-leytenant bu günlərdə ordudan xalqa qarşı heç bir təhlükənin olmayacağına əminliyini bildirdi: «Orduda öz xalqını və torpağını sevən on minlərlə insanlar var. Bu insanlar əcaibliyin, özbaşınalığın davam etməsini istəmirlər. Bizim ailə üzvlərimiz, bizə yaxın insanlar, bizimlə çiyin-çiyinə döyüşlərdə iştirak etmiş şəxslər hamılıqla bu haqsızlığa etiraz əlaməti olaraq yeni dəyişikliyin tərəfdarı kimi öz seçimimizi etmişik.» Ü.Cəfərov bildirdi ki, şəxsən o, ailə üzvləri, dost-tanışları ilə birgə «Bizim Azərbaycan»ın lideri Isa Qəmbərə səs verəcək: «Biz bu seçki marafonu ərəfəsində özünü son dərəcə təmkinli, əsl azərbaycanlıya xas hərəkətləri ilə xalqa sevdirə bilmiş bir şəxsə səs verəcəyik. Qəti şəkildə əminəm ki, biz səçimimizdə yanılmayacağıq və seçimimiz uğurlu olacaq.»Ü.Cəfərov Isa Qəmbərin Qarabağı azad edəcəyi barədə verdiyi vədinə inandığını da bəyan etdi: «Mən bu vədi çox yüksək qiymətləndirirəm. Yalnız sözdə Qarabağı azad edəcəyi barədə vəd verənlərin bir çoxundan fərqli olaraq, mən Isa bəyin bəyanatını ciddi qarşılayıram. Isa bəyin ata torpağı bu gün işğal altında olduğu üçün o, həmin dərdi daha yaxından bölüşür. Deyirlər «dərdlini dərdi olan daha yaxşı başa düşər». Ona görə mən inanıram ki, bir müddət sonra orduda təkmilləşdirmə işi, düzgün kadr siyasəti aparılandan, özbaşınalıqlara son qoyulandan sonra güclü ordumuzla Qarabağı azad edəcəyik.»Yekunda Ü.Cəfərov Silahlı Qüvvələrin şəxsi heyətinə də müraciət etdi: «Mənim hesablamalarıma görə, çiyin-çiyinə xidmət etdiyim insanlar haradasa 50 minə yaxındır. Onlar bilirlər ki, mən həmişə həqiqəti demişəm, haqq yolu tutmuşam. Əgər mən bu gün onlara çağırış ünvanlayıramsa, inanıram ki, bütün hərbçilər, eyni zamanda tərxis olunan şəxslər mənim çağırışıma qoşulacaqlar. Hesab edirəm ki, onlar öz seçimlərində yanılmayacaqlar.»

   28.GÖZLƏNILƏN GÜN – 12 OKTYABR

 Gözlənilən gün – 12 oktyabr gəldi. Gözlənilən də oldu. Bakıda yer yerindən oynadı, yüz minlərlə insan yürüş-mitinqə toplaşdı.
Metronun «20 Yanvar» stansiyasından «Qələbə» kinoteatrının qarşısınadək uzanan prospekt boyu yüz minlərlə Azərbaycan insanı üç saat müddətində ayaqda oldu, tribunada danışanları görməsə də, eşitməsə də, «I-sa bəy!» dedi, «Mü-sa-vat» hayqırdı. Kimsə yorulmadı, usanmadı, «danışanı eşidə bilmirəm, burada nə işim var» deyə bezikib geri dönmədi. Hər kəs irəliyə doğru addımladı. «Qələbə»yə yetişməyə, üç gün sonrakı qələbəyə öz töhfəsini verməyə can atdı.Bu, Isa Qəmbərin prezidentliyə namizəd kimi seçicilərlə axırıncı görüşü idi  Kolonların ön sırasında böyük Müsavat bayrağı ilə irəliləyən gənclər yer tutmuşdular. Isa Qəmbərə dəstək qərarı verməklə, son həftənin qəhrəmanına çevrilən ADP-çilər, Ümid Partiyası, AXCP(k) və «Bizim Azərbaycan» Blokuna daxil olan digər partiyalar da ayrıca kolonla irəliləyirdilər. Az sonra önə «Allahu-əkbər» sədaları altında 5000-ə yaxın insanı özündə birləşdirən «Vəhdət» kolonu və fədakar nardaranlılar keçdi. Axın davam edir.Mitinqin aparıcısı, Isa Qəmbərin Seçki Qərargahının rəhbəri Arif Hacılı isə tez-tez insanların kənarlara çəkilməsi barədə xahiş edir. Meydanda olan qazonun ətrafında dayanan polislər isə maneçilik törədirdi. Bununla bağlı Arif Hacılı Bakı şəhər Baş Polis Idarəsinin rəis müavini Yaşar Əliyevə xəbərdarlıq edirdi: «Yaşar Əliyevə beş dəqiqə vaxt verirəm. Beş dəqiqəyə polisləri qazonun ətrafından çəkməsən, biz özümüz onları götürəcəyik…» «Mən Yaşar Əliyevə axırıncı dəfə müraciət edirəm. Qazonun ətrafındakı polisi götür. Yoxsa mən indi göstəriş verəcəyəm, insanlar polisi götürəcəklər. Siz bu insan selinin qarşısında dayana bilməyəcəksiniz. Bu gün Azərbaycan xalqı bir daha öz iradəsini nümayiş etdirəcək.» Polislər qazonun ətrafından uzaqlaşdırıldı.Mitinq Azərbaycanımızın əzəmətli himni ilə açıq elan olundu. Ilk çıxış üçün söz Müsavat başqanının müavini, «Yeni Musavat» qəzetinin baş redaktoru Rauf Arifoğluna verildi. R.Arifoğlu toplaşanlara müraciət edərək, bir dəqiqəliyə bayraqları endirib açıq səsvermə keçirməyi təklif etdi. Bir anda «Qələbə» meydanında yüz minlərlə əl havaya qalxdı, yüz minlərlə insan bir ağızdan «Isa bəy» dedi. Rauf bəy isə çıxışını davam etdi: «Isa Qəmbəri təbrik etmək olar. Seçildi. Indi qalır onun rəsmiləşdirilməsi. Mən bilirəm ki, burada iştirak edən insanların hər biri onlarla, yüzlərlə səsi təmsil edir. Bununla demək olar ki, Azərbaycanda Isa Qəmbərin azı 85 faizlə prezident seçilməsi təmin olunub.Görkəmli müğənni, xalq artisti Azər Zeynalov: «Isa bəyi dəstəklədiyiniz, Azərbaycanın gözəl gələcəyini başa düşdüyünüz, anladığınız üçün sizlərə təşəkkür edirəm. Mən arzu edirəm ki, bütün müxaliflər, özünü müxalifət adlandıran bütün qüvvələr, onların liderləri, elektoratlar bir yerdə olsunlar. Mən bu gün Etibar bəyə, Əli bəyə, Sabir bəyə, Ilyas bəyə, Lalə Şövkətə səslənirəm, onların bu izdihamı dəstəkləməsini arzu edirəm.» O bildirdi ki, əgər belə olmasa, onda həmin şəxslər və qüvvələrin iqtidardan bir fərqi olmayacaq. Qısa, dolğun çıxışın ardınca Azər bəy böyük Əhməd Cavadın yazdığı, unudulmaz Emin Sabitoğlunun bəstələdiyi gözəl bir mahnı ilə insanları sevindirdi, «Gəncədən gəlirəm» söylədi. Naxçıvan MR-nın sabiq prokuroru Hüseyn Hüseynov: «Mənim xalqım seçimini etdi. Azərbaycanı türk dünyasında ilk demokratik dövlət qurmuş Müsavat Partiyasının davamçısı olan bugünkü Müsavat idarə edəcək.» Sonra sabiq prokuror hakimiyyətin apardığı seçki təbliğatına toxundu: «Ayıbdır, kişi kimi təbliğat aparın, kişi sözünüzü deyin. Bu, nə oyundur çıxarırsınız? Oturub Isa bəyin hakimiyyətində olduğu vaxt kimisə güllələtməsindən dasnışırlar. Həmin adamlar bir ailəni öldürmüşdülər, güllələmişdilər. Amma bunu da bir kənara qoyaq, bir soruşan lazımdır, Saşa Babayevi, Izik Quliyevi, Ələkbər Quliyevi, onlarla insanları niyə, kim güllələtdirib?»Şair Ramiz Rövşən çıxışını Heydər Əliyevdən danışmaqla başladı. Yer üzündə heç vaxt Heydər Əliyev adında dahi olmadığını söyləyən Ramiz bəy «dahiliyin əxlaqi, mənəvi keyfiyyəti olmalıdır» – dedi: «Heydər Əliyev bu keyfiyyətlərdən uzaq bir adam idi. Amma oğlu özündən də əxlaqsızdır. Allahdan bir əmr var: atalar oğulların çiynində bu dünyadan gedər. Ölmüş atasının çiynində hakimiyyətə gəlmək istəyən oğula nə demək olar?»ADP baş katibi Sərdar Cəlaloğlu Rəsul Quliyevin bir neçə müraciətini səsləndirdi və sonra Azərbaycan ordusunun əsgərlərinə, polislərə, MTN əməkdaşlarına üz tutdu: «Rəsul Quliyev sizləri ayın 15-də Isa Qəmbərə səs verməyə çağırı
AXP sədri Pənah Hüseyn: «And içirəm ata-anamın namusuna və qeyrətinə, and içirəm övladlarımın gələcəyinə, and içirəm Allaha, Qurani-Kərimə ki, ya şəhid olacağıq, ya xalqın iradəsi ilə hakimiyyətə gələcəyik.» AMAL Ziyalı Hərəkatının lideri, professor Xalid Əlimirzəyev bu böyük izdihamı gördüyü üçün Tanrıya şükür oxuduğunu bildirdi: «Mən taleyimə minnətdaram ki, oyanmış, haqqını, hüququnu qorumağı bacaran bir xalqla üz-üzə dayanmışam. Eşq olsun sizlərə!»Vəhdət Partiyasının sədri Tahir Kərimli isə qısa çıxış etdikdən sonra Nardaran ağsaqqallarının imam Mehdi Sahib-əz Zamanın doğum günü münasibətilə göndərdiyi bayram xonçasını Isa Qəmbərə təqdim etdi.
Tanınmış aktyor Fuad Poladov: «Ayın 15-də «Azərbaycan xalqını tanıyırıq» deyənlərə «yox, siz Azərbaycan xalqını tanımırsınız» deyəcəyik. Azərbaycan xalqı ayın 15-də özünün ürəyi istədiyi Isa bəyə səs verəcək. Mən bu xalq selinin qarşısında dayana biləcək qüvvə tanımıram. Heç kəs Azərbaycan xalqının qarşısında dayana bilməz.»Aksiyanın sonuna yaxın «Qələbə»yə yığılan yüz minllərin qarşısına ünlü sənətçimiz Flora xanım çıxdı. Gözəl bir çıxışdan sonra Flora xanın 1993-cü ildə Isa Qəmbər həbs olunarkən Ramiz Rövşən və Cavanşir Quliyevin ona həsr etdiyi «Səni dərd döyəcək» adlı mahnını xalqa ərməğan etdi. Sonra söz «Bizim Azərbaycan» Blokunun prezidentliyə vahid namizədi, Musavat başqanı Isa Qəmbərə verildi: «Cəbhənin qərarından sonra Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların böyük əksəriyyəti – Iqbal Ağazadənin rəhbərlik etdiyi Ümid Partiyası, Tahir Kərimlinin Vəhdət Partiyası, Pənah Hüseynin Xalq Partiyası, Isğəndər Həmidovun Milli Demokrat Partiyası, Cumhuriyyət Xalq Partiyası, Əhrar Partiyası, Azadlıq Partiyası, Milli Birlik Partiyası – hamısının adını saya bilmirəm, 30-a qədər partiya bu suala cavablarını veriblər. Eşq olsun fədakar Azərbaycan siyasilərinə!Azərbaycanımızın cəmiyyətləri, təşkilatları öz sözlərini deməyə başlayıblar. Etimad Əsədov başda olmaqla Qarabağ qaziləri, polkovnik Isa Sadıqov başda olmaqla Ehtiyatda Olan Zabitlər sözlərini dedilər, Novella xanımla Xanım müəlliməmin başçılıq etdiyi Qadın Hüquqlarını Müdafiə Cəmiyyəti sözünü dedi, «Ağrıdağ» Cəmiyyətinin rəhbəri Nurəddin Mustafayev, Bakı Kəndlər Birliyinin sədri Hacı Cəbrayıl sözünü dedi. O Hacı Cəbrayıl ki, bu hakimiyyətin əlində girovdur. Ancaq, buna baxmayaraq, o, qəhrəmancasına mövqeyini bildirdi. Azərbaycanımızım yüzlərlə, minlərlə ən dəyərli ziyalıları, alimləri, rəssamları, sənətkarları, şairləri sözlərini dedilər. Eşq olsun qəhrəman, fədakar, istedadlı, böyük Azərbaycan xalqına!Bu günlərdə nöqtəni Rəsul Quliyev qoydu. Rəsul Quliyev mövqeyini bildirdi və «Bizim Azərbaycan» Blokunun qələbəsi artıq labüd hal aldı. Eşq olsun demokratlara!
Mən hesab etmirəm ki, bu nöqtə ilə hər şey bitib. Hələ ki bəzi qüvvələr var, onlar istəsələr, nöqtənin yanına bir nida işarəsi də əlavə edə bilərlər. Bu gün, onsuz da, seçkinin müqəddaratı həll olunur. Bu gün, onsuz da, Azərbaycan xalqı sözünü deyib. Ancaq, mən hamını, bütün siyasətçiləri qaliblərin sırasına qoşulmağa, qaliblərlə bir yerdə olmağa çağırıram. Bu gün mən fəxr edirəm ki, Azərbaycan bütün siyasi qüvvələri, bütün bölgələri, bütün regionları, bütün zülmləri ilə mənimlə bir yerdədir, mənimlə bir yerdə qələbəyə doğru gedir. 15 oktyabrda qələbə bizim olacaq, xalqın olacaq. 15 oktyabrda biz qalib gələcəyik və Azərbaycanımızın müqəddəs üçrəngli bayrağını göylərə qaldıracağıq!
  Hamı hazırlaşmağa başlasın. Siyasi məhbuslar hazırlaşsınlar, mən prezident olan günün sabahı onlar evlərində ailələri, uşaqları ilə bir yerdə olacaqlar. Günahsız yerə həbsxanalarda yatan qardaşlarımız hazırlaşsınlar, çox geniş bir amnistiya veriləcək, qardaşlarımızın böyük əksəriyyəti evlərinə dönəcək, ailələri, uşaqları ilə bir yerdə olacaqlar.Rəsul Quliyev qayıtmağa hazırlaşsın. Mənim andiçmə mərasimimdən bir gün əvvəl Rəsul Quliyev Bakıda olmalıdır… Ayaz Mütəllibov da qayıtmağa hazırlaşsın. Bəsdir xaricdə yaşadı. Qayıtsın, xalqına, elinə qovuşsun, Azərbaycanımızda yaşamaqda davam etsin, bizimlə bir yerdə olsun. Milyonlarla qardaşlarımız xaricdədirlər, onların hamısına Azərbaycana dönməyə, iş yeri tapmağa, burada işləməyə, ailələri ilə bir yerdə olmağa imkan yaradacağıq. Qayıtmağa hazırlaşsınlar.Azərbaycanımızın bacarıqlı iş adamları, biznesmenləri ölkəmizdə zavodlar, fabriklər, müəssisələr qurmağa, qazandıqları pulları Azərbaycanda yatırmağa hazırlaşsınlar. Az qalıb. Onlar da dönəcəklər və bizimlə birlikdə çalışacaqlar.
Isa bəy respublikada olan müəyyən çatışmazlıqları sadalayıb, sonda dedi: «Azərbaycan qalib gələcək! Hakimiyyətə xalq gələcək! Yaşasın Azərbaycanımız! Yaşasın Müstəqil, Demokratik, Bütöv, Firavan Azərbaycan! Tanrı yardımçınız olsun! Allah Azərbaycanımızı qorusun! Eşq olsun Sizlərə! Sağ ol, var ol, ey uca millət, ey Azərbaycan xalqı! QƏLƏBƏ sənindir!»«Turan» informasiya Agentliyi və «Amerikanın səsi» radiosu 12 oktyabr mitinqində 100 mindən artıq insanın iştirak etdiyi barədə məlumat yayıblar. «Turan» bu aksiyanı son on ilin ən möhtəşəm mitinqi kimi təqdim edib. Türkiyənin «avrasyatürk.com» saytı isə bildirib ki, amerikalı müşahidəçilər öz ölkələrinə mitinqdə 500 minə yaxın insanın iştirak etdiyi barədə raport göndəriblər.

29.ISA QƏMBƏRIN SILAHLI
QÜVVƏLƏRƏ MÜRACIƏTI

 12 oktyabr möhtəşəm yürüş mitinqindən sonra, 13 oktyabrda «Bizim Azərbaycan» Blokunun prezidentliyə vahid namizədi, Müsavat başqanı Isa Qəmbər Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə müraciət etmişdir. Miraciəti aşağıda verirəm:
«Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin şəxsi heyətinə
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin şəxsi heyətinə
Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyinin Daxili Qoşunlarının şəxsi heyətinəCənab generallar, zabitlər, əsgərlər!
15 oktyabrda Azərbaycan Respublikası Prezident seçkiləridir. Xalqımız dövlətin yeni başçısını və Ali Baş Komandanını səçəcəkdir.
Azərbaycan xalqının mütləq əksəriyyətinin qəti mövqeyi bundan ibarətdir ki, bu seçki azad və ədalətli bir seçki olmalıdır. Bu seçkidə xalqın həqiqi iradəsinin ifadəsi olan qanuni hakimiyyət yaradılmalıdır.
Eyni zamanda son günlərini yaşayan mövcud rejim xalqdan, o cümlədən, ordudan oğurladıqları sərvətləri saxlamaq, talançılıqlarını bundan sonra da davam etdirmək üçün seçkinin nəticələrini saxtalaşdırmağa və bu yolla hakimiyyəti yenidən mənimsəməyə hazırlaşır. Xatırladıram ki, Azərbaycan Konstitusiyasının 6.2 maddəsinə görə «hakimiyyətin mənimsənilməsi xalqa qarşı ən böyük cinayətdir.»Əmin ola bilərsiniz ki, 15 oktyabrda xalq bu cinayətin qarşısını alacaqdır. Əgər, rejim xalqın iradəsinin əksinə olaraq seçkilərin nəticələrini saxtalaşdırmağa cəhd etsə, xalq bir nəfər kimi qalxacaq. Bu, Konstitusiyada təsbit olunmuş qanuni addım olacaqdır. Belə ki, seçkilərin nəticələrini saxtalaşdırmaqla hakimiyyəti mənimsəmək dövlət çevrilişidir və Azərbaycan Konstitusiyasının 54.2 maddəsinə görə «dövlət çevrilişinə qarşı müstəqil müqavimət göstərmək Azərbaycan Respublikasının hər bir vətəndaşının hüququdur.»

Bizdə olan məlumatlara görə, hakim klandakı bəzi dairələr Silahlı Qüvvələri öz cinayətlərinə bulaşdırmaq istəyirlər. Bununla əlaqədar nəzərinizə çatdırıram ki, Azərbaycan Konstitusiyasının 109.28 maddəsinin tələblərinə görə, Silahlı Qüvvələrin öz təyinatı ilə bağlı olmayan vəzifələrin icrasına cəlb edilməsi, yalnız Ali Baş Komandan tərəfindən edilə bilər. Heydər Əliyev 4 aydır ki, ortada yoxdur və onun adından verilən hər hansı göstəriş qanuni sayıla bilməz. Baş nazir Ilham Əliyevin və digər vəzifəli şəxslərin Silahlı Qüvvələrə heç bir göstəriş vermək hüququ yoxdur. Bundan əlavə, Ilham Əliyev prezidentliyə namizəd olduğu üçün seçkilər başa çatana qədər Baş nazir vəzifəsini icra edə bilməz və icra etmir. Odur ki, Silahlı Qüvvələrin xalqa qarşı istifadə edilməsi üçün verilmiş hər hansı bir göstəriş həmin andan etibarən qanunsuzdur, hərbi anda ziddir, Silahlı Qüvvələri qiyama cəlb etməkdir və icra oluna bilməz. Qanunsuz göstərişlərə mane olmaq, əməl etməmək Silahlı Qüvvələrin vəzifəsi, borcu və haqqıdır.

Əminəm ki, Azərbaycanın Silahlı Qüvvələri bundan sonra da Vətən, Xalq, Konstitusiya qarşısında içdikləri anda sadiq olacaq, Azərbaycan Respublikasının təhlükəsizliyini və müdafiəsini təmin etmək sahəsində müqəddəs vəzifəsini şərəflə yerinə yetirəcəkdir.»

This entry was posted in Varis. Bookmark the permalink.

Comments are closed.