XARICI ÖLKƏLƏRDƏ HEYDƏR ƏLIYEVƏ HEYKƏLLƏR QOYULUR

20. XARICI ÖLKƏLƏRDƏ HEYDƏR ƏLIYEVƏ HEYKƏLLƏR QOYULUR

Moskvada Heydər Əliyevə heykəl qoymaq təklifi Rusiyadakı Azərbaycan diasporu tərəfindən gündəmə gəlib. Lakin aydın olan odur ki, bu onların ağlının məhsulu deyil. Şübhəsiz ki, Azərbaycan hakimiyyətinin təmsilçiləri bu təklifi onlara verərək, reallaşdırılmasını istəyiblər. Amma Moskvalılar Heydər Əliyevin heykəlinin Moskvada qoyulması ilə razılaşmırlar və buna öz etirazlarını qəti bildirirlər.

Qeyd edək ki, Heydər Əliyevin heykəlini Moskva meriyasına Azərbaycanın Moskvadakı səfirliyi hədiyyə edib. Heykəl Moskvanın Aeroport rayonu ərazisində yerləşən «Bakı» kinoteatrının yaxınlığında, S.Vurğun küçəsi ilə Usiyeviç küçəsinin kəsiyində olan parkda ucaldılması nəzərdə tutulmuşdur. Artıq heykəlin pyedestalı üçün qazıntı və betonlama işləri başa çatmışdır. Moskvada ezamiyyətdə olan «Yeni Müsavat» qəzetinin əməkdaşı Rey Kərimoğlu yazır («Yeni Müsavat», 27.12.2005-ci il): «Ərazidə təxminən 3×3 m ölçüdə olan kvadrat formada beton tökülüb. Ətrafında isə xeyli qırmızı kərpic görünür. Biz orada olarkən güclü qar yağdığından, rəhbərə qoyulacaq abidənin ətrafında tikinti işlərini tam görə bilmədik.

Əldə etdiyimiz məlumata görə, ilk tikinti işini erməni inşaatçıları aparıblar. Sonra tikintini Türkiyə şirkətlərindən biri davam etdirib.»

Moskvanın Aeroport rayonunun sakinləri yaşadıqları rayonun ərazisində Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevə heykəl qoyulmasının əleyhinə çıxır. Bununla bağlı 18 dekabr 2005-ci ildə Moskvada Heydər Əliyevin heykəlinin qoyulmasına qarşı növbəti etiraz aksiyası keçirilib. Mitinqin təşkilatçısı Qeyri-Leqal Miqrasiyaya qarşı Rusiya Hərəkatı olub. «Exo Moskva» radiostansiyasının yaydığı məlumata görə, əksəriyyəti kamuflyajda olan və üzlərinə maska keçirmiş aksiya iştirakçılarının sayının 400-dən çox olduğu bildirilir. Onlar əllərində «Azərbaycanlılar, öz ideallarınızı öz aullarınızda qoyun», «Satqın məmurlara istefa», «Biz Əliyevin heykəlinə qarşıyıq», «Moskvanın görkəmini korladığınız yetər», «Moskva – bizim şəhərdir» şüarları tutublar.

Ətrafda yaşayan sakinlər də mitinqçiləri dəstəkləyiblər.

Rusiyanın «Kavkazskiy uzel» saytının yaydığı məlumata görə, Aeroport sakinləri bununla bağlı Moskva meri Yuri Lujkova müraciət göndəriblər. Müraciətdə deyilir: «Ümid edirik ki, Moskva hökuməti Moskvada Əliyevə heykəl qoyulmasına etiraz edən moskvalıların səsinə biganə qalmayacaq».

Oxşar təşəbbüslə Dövlət Dumasının deputatı Nikolay Kuryanoviç də çıxış edib. N.Kuryanoviç bildirib ki, Moskva şəhərinin rəhbərliyi Aeroport rayonu sakinlərinin rəyinə qulaq asmalı və Moskvada Heydər Əliyevə heykəl qoymamalıdır: «Əgar Azərbaycan tərəfi öz sevimlisinə baxmaq istəyirsə, onda heykəli Azərbaycan səfirliyinin ərazisində qoysun».

N.Kuryanoviç bu məsələ ilə əlaqədar Dövlət Dumasının mədəniyyət məsələləri üzrə komitəsinə də müraciət edib.

R.Kərimoğlu isə «Yeni Müsavat» qəzetində yazır: «Araşdırma zamanı məlum oldu ki, parkdan keçənlərin çoxu burada Heydər Əliyevə abidə qoyulacağından xəbərdardır və onların böyük əksəriyyəti bu təklifi alqışlamadı.

Söhbət etdiyimiz hər kəs abidənin qoyulmasına etirazlarının səbəbini soruşanda bizə çox aqressiv cavab verirdilər: «Aparın, öz ölkənizdə qoyun!» Çox böyük hövsələ ilə onlara Azərbaycanda rəhbərin xeyli abidəsinin olduğunu bildirdik…»

«24 Saat» qəzetinin verdiyi məlumata görə (26.01.2006-cı il), «Utro. Ru» saytı məsələ ilə bağlı yerli sakinlərin rəylərini öyrənib. S.Vurğun küçəsində yaşayan Boris Smirnov bildirib ki, Heydər Əliyevin nə S.Vurğun küçəsinə, nə də Aeroport deyilən əraziyə aidiyyəti yoxdur. «Heydər Əliyev nə təyyarəçi olub, nə də aviasiya ilə hər hansı bir bağlılığı. Belə olan halda, onun abidəsinin bu şəhərcikdə qoyulmasının heç bir mənası yoxdur. Ona görə də, etiraz edirik və tələb edirik ki, belə bir oyunbazlığa son qoyulsun».

Stanislav Artyomov isə deyir: «Mənim üçün maraqlıdır ki, Heydər Əliyevin bizə nə kimi dəxli var? Bu şəxs Azərbaycan üçün qiymətli biri ola bilər. Amma Rusiyada onun hər hansı bir nüfuzundan söhbət belə gedə bilməz. Çünki Heydər Əliyev Rusiya ilə münasibətdə böyük səhvlərə yol verib».

Arkadi Makarov isə deyir ki, əgər Heydər Əliyevin sözügedən küçədə abidəsi qoyularsa, davamlı etiraz aksiyalarına başlayacaq. «Heydər Əliyevin abidəsi burada qoyularsa, mən davamlı etiraz aksiyasına başlayacam. Bunu nə faşizm, nə də millətçilik kimi başa düşün. Çünki bu şəxsin bizimlə hər hansı bir bağlılığı yoxdur. Azərbaycan hakimiyyəti isə oyunbazlıq edir. Biz buna yol verə bilmərik».

Ivan Yefremov isə baş verənləri Azərbaycan hakimiyyəti ilə Moskva meriyasının oyunbazlığı kimi qəbul edir. Onun sözlərinə görə, Azərbaycan diasporundan pul alan meriya onların niyyətlərini reallaşdırmağa çalışır. «Meriya Azərbaycan diasporundan pul alıb və onların niyyətlərini gerçəkləşdirmək istəyir. Amma bu o demək deyil ki, biz onların istədikləri ilə barışacağıq. Bütün hallarda Heydər Əliyevin heykəlinin qoyulması ilə barışmayacağıq. Əgər meriya buna cəhd etsə, bizim müqavimətimizlə üzləşəcək».

Beləliklə Moskvada Heydər Əliyevə abidə qoyulması məsələsi əhali ilə meriya arasında narazılığın əsasını qoyub və müşkül bir məsələyə çevrilmişdir.

Rusiyada heykəlqoyma mərasimi baş tutmasada, artıq bir sıra xarici ölkələrdə: Ukraynada, Türkiyədə və Rumıniyada Heydər Əliyevin xatirə kompleksləri tikilmişdir. Şübhəsiz ki, bu xatirə komplekslərinin qoyulması havayı başa gəlmir və heç də həmin ölkələrdə Heydər Əliyevin şəxsiyyətinə hörmətin göstəricisi deyil. Dünyanın heç bir sivil və demokratik ölkəsində – ABŞ-da, Ingiltərədə, Almaniyada, Norveçdə, Fransada, Isveçdə, Isveçrədə, … Heydər Əliyevə xatirə kompleksləri açılmayıb və heç bir vaxt da açılmayacaq. Etibarlı mənbədən «Bakı-Xəbər» qəzetinə verilən məlumata görə («Bakı-Xəbər», 16.12.2004-cü il), xatirə komplekslərinin hər biri üçün 5 milyon dollara yaxın rüşvət verilir. Mənbə bildirir ki, Heydər Əliyevin xatirə komplekslərinin avtoritar və yüksək korrupsiyaya uğramış ölkələrdə açılması, məhz verilən rüşvətin nəticəsidir. Ukraynada sabiq prezident Kuçmaya, Rumıniyada sabiq prezident Ilieskuya, Türkiyədə Ərdoğana xatirə kompleksinin yeri üçün küllü miqdarda rüşvət verildiyi bildirilir. Demokratik ölkələrin başçıları isə belə çirkin və perspektivsiz işlərə əl qatmazlar. Ancaq hamı bilir ki, Rumıniya Ilieskunun dövründə Avropanın ən korrupsioner ölkəsi kimi tanınıb. Ukraynadakı Kuçma rejimi də Azərbaycanda Əliyevlər rejimi kimi rüşvətxordur. Ərdoğan Türkiyəsində isə siyasi-iqtisadi pozğunluqlardan danışmağa dəyməz».

15 dekabr 2007-ci il tarixli «Yeni Azərbaycan» qəzetinin verdiyi məlumata görə, «Dünya Azərbaycanlıları Konqresinin (DAK) Azərbaycan nümayəndəliyindən verilən məlumata görə, Bu gün Londonda məşhur «Madam Tüsso» muzeyində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin mumdan hazırlanmış heykəl-fiqurunun açılış mərasimi keçiriləcək».

Şübhə yox ki, bu mumdan hazırlanmış heykəl-fiqur, milyonlarla dollar rüşvətin hesabına başa gəlmişdir. Buradan da görünür ki, Dünya Azərbaycanlıları Konqresi (DAK) xarici ölkələrdə YAP-ın bir şöbəsi kimi fəaliyyət göstərir və onun əsas fəaliyyət növlərindən biri də xarici ölkələrdə böyük rüşvətlər hesabına Heydər Əliyevə heykəllər qoydurmaqdan ibarətdir.

21. HEYDƏR ƏLIYEV ADINA MƏSCIDLƏR

Sabirabad rayonunun mərkəzində nəhəng məscid tikilir. Ancaq 2001-ci ildən inşasına başlanılan məscidin tikintisi başa çatmaq bilmir ki, bilmir.

«Yeni Müsavat» qəzeti yazır (16.04.2006-cı il.): «Rayon sakinlərindən aldığımız məlumata görə, tikintiyə başlanan gündən hər ay müəllimlərin maaşının 1 faizini «məscid pulu» adı altında çıxırlar. Dini ibadətgahın tikintisinə yardım məqsədi daşıdığı üçün ziyalılar buna etiraz etməyib. Lakin üstündən beş il keçəndən sonra da tikintinin başa çatmaması müəllimləri şübhəyə salıb. Onların fikrincə, 140 min əhalisi olan Sabirabadda təqribən 2 minədək müəllimdən çıxılan pullar kimlərsə tərəfindən mənimsənilir. Əks təqdirdə ötən müddət ərzində məscidin inşasını tam yekunlaşdırmaq mümkün idi. Sonradan məscidə Heydər Əliyevin adı verilib və qarşısına bu barədə lövhə də vurulub. Qeyd edək ki, ibadətgah əvvəl «Azərbaycan» adlanan, sonradan isə dəyişdirilərək Heydər Əliyevin adı verilmiş prospektin kənarında yerləşir. Yerli sakinlər Azərbaycan adının götürülərək, küçəyə Heydər Əliyevin adının verilməsini də etirazla qarşılayıblar.»

«24 Saat» qəzetinin yaydığı məlumata görə (08.02.2006-cı il) Qafqaz Müsəlmanları Ruhani Idarəsinin mətbuat xidmətinin rəhbəri Hacı Akif «Media forum»a açıqlamasında Heydər Əliyev prospektində, Səttarxan adına maşınqayırma zavodunun ərazisində tikiləcək məscid kompleksinə mərhum prezident Heydər Əliyevin adının veriləcəyi ilə bağlı məlumatları təsdiqləyib. 8 hektarlıq ərazini tutacaq Qafqazın ən böyük məscid kompleksinin tikintisi iki ilə başa çatacaq.

Hacı Akifin sözlərinə görə, tarixi şəxsiyyətlərin, siyasətçilərin adlarının məscidlərə verilməsi tarixən mövcud olmuş bir ənənədir. Ona görə də Heydər Əliyevin adının məscidlərə verilməsi təqdirəlayiq hal həsab oluna bilər. Qeyd edək ki, artıq Mingəçevir şəhərindəki məscidlərdən biri Heydər Əliyevin adını daşıyır.

Dini Etiqadlar və Vicdan Azadlığı Müdafiə Mərkəzinin koordinatoru Ilqar Ibrahimoğluna görə, bütün bunlar onu göstərir ki, Azərbaycan, Özbəkistan və Türkmənistan yolu ilə gedir. «Hər iki ölkədə fərdlər bütləşdirilir». I.Ibrahimoğlu bildirir ki, insanlar tədbirə deyil, Allaha etiqad etməlidirlər. «Mən inanmıram ki, bu cür məsələlərdə islama inamdan söhbət getsin» deyən I.Ibrahimoğlu bir tərəfdən «Cümə» məscidinin bağlanmasını, orda ibadət edənlərin pərən-pərən salınmasını, o biri tərəfdən isə yeni məscidlərin tikilməsi və onlara da Heydər Əliyevin adının verilməsini misal gətirir.

Dinşünas alim Nəriman Qasımoğlu «Media forum»un «Siyasətçilərin adının məscidlərə verilməsi nə dərəcədə düzgündür» sualına ilk olaraq belə cavab verib: «Bax, elə bizim evlə üzbəüz məscid Qasımbəy məscidi adlanır». Və bildirib ki, bu cür faktlar onlarladır. «Amma bəzən bu cür məsələlərdə hansısa xoşagəlməz məqsədlərin güdüldüyü də sezilir. Elə Heydər Əliyevin adının məscidlərə verilməsində də siyasi niyyətlər var. Indidən onun adını əfsanələşdirmək istəyirlər».

Hesab edirəm ki, keçmiş sovet quruluşu dövründə ateist olub, müsəlman dininə qarşı mübarizə aparmış, saysız-hesabsız günahsız adamları öz şəxsi marağına görə cəmiyyətdən təcrid etdirib, həbsxanalara doldurmuş, ailələr, evlər-eşiklər dağıtmış, milyonlarla insanlara öz vətənində dözülməz şərait yaradıb, bir tikə çörəkpulu qazanmaq üçün onları öz doğma vətənlərini tərk edib, xarici ölkələrə getməyə məcbur etmiş, dünyanın ən vəhşi canlısı Heydər Əliyev kimi bir adamın adına məscid tikdirmək günahdır. Ancaq Şeyxi vaxtilə cibində kommunist bileti gəzdirib, KQB polkovniki olmuş bir ölkədə KQB generalının adına məscid tikilə bilər. Dünyada yeganə belə bir ölkə də Azərbaycandır. Sual olunur: insanlar bu məscidə Heydər Əliyevə dua etməyə, yoxsa da onu lənətləməyə gedəcəklər? Şübhəsiz ki, bu məscidə gedənlərin 90 faizdən çoxu Heydər Əliyevi lənətləmək məqsədi ilə gedəcəkdir.

22.«HEYDƏR ƏLIYEV ORDENI»

Uzun çək-çevirdən sonra Milli Məclis ölkənin ən ali ordeni statusu verilən «Heydər Əliyev ordeni» haqqında qanun layihəsi 12.04.2005-ci ildə müzakirəyə çıxarıldı. Xatırladaq ki, bir qədər əvvəl qanun layihəsi «Heydər Əliyevin adına layiq hala» salınması üçün yenidən işçi qrupuna qaytarılmışdı. Bu qanun layihəsi Milli Məclisin təşəbbüsü ilə hazırlanıb. Ölkənin ən ali mükafatı statusu verilən orden, qızıl və gümüşdən hazırlanaraq, 232 brilyant qaşla bəzədiləcək. Orden «azərbaycanın tərəqqisinə, əzəmətinə və şöhrətinin artımına töhfə verən müstəsna xidmətlərə görə, həmçinin, vətənin müdafiəsində, dövlət mənafeyinin qorunmasında göstərilən mərdlik və şücaətə görə veriləcək.

Qanun layihəsinin müzakirəsi layihə ilə bağlı fikirlərin səsləndirilməsindən daha çox Heydər Əliyevin ifrat formada mədhiyyəsinə həsr edildi.

YAP-çı değutat Musa Musayev qanunu «müqəddəs insandan bəhs edən müqəddəs qanun» adlandırdı. Əli Əhmqədov isə ordenin bütün prezidentlərə verilməsinin əleyhinə çıxdı. Onun fikrincə, bu ordeni «layiq olan» prezidentlər almalıdır. Siyavuş Novruzov isə bildirdi ki, ordenin dəyəri daha da artırılaraq, Heydər Əliyevin adına «layiq olmalıdır».

Şair-deputat Zəlimxan Yaqubun çıxışı xısusilə fərqləndi. On dəqiqə dayanmadan bağıra-bağıra Heydər Əliyevə mədhiyyə söyləyən məddah şair onu sərkərdə, qəhrəman, hətta ozan adlandıraraq, XX yüzillikdə heç bir dövlətdə onun kimi rəhbər olmadığını, yüz illər sonra analar çox siyasətçilər və dövlət rəhbərləri doğsalar da, Heydər Əliyev kimisini doğmayacaqlarını, onun müqəddəs bir insan olduğunu, Allah tərəfindən əbədiləşdirildiyini, 20 yaşında KQB-də işləyərkən onlarla görkəmli Azərbaycan ziyalısını repressiyadan qurtardığını və s. bu kimi absurd, məddahlığın yaramaz formasını ehtiva edən fikirlər səsləndirdi. Xalis Ələsgərov «vətənin müdafiəsində göstərdiyi mərdlik və şücaətə görə» Ilham Əliyevin bu ordenlə təltif edilməsini təklif etdi. Kərim Kərimov Azərbaycanda, Ilham Əliyevdən başqa, bu ordenə layiq insanın olmadığını, heç üfüqdə də görmədiyini dedi.

Anar Axundzadə isə Heydər Əliyevi belə mədh etdi: «Heydər Əliyev cənablarının heç vaxt şəriki və alternativi olmayıb(!)». (Bəs görəsən, bu on ildə məmurların biznes şəriki kim olub?)

Mədhiyyə yarışında çox həvəslə iştirak edən deputatlar «müqəddəslə» bağlı çoxlu sayda «xatirələrini» söylədilər.

Tam məsuliyyətimlə deyə bilərəm ki, Azərbaycanda «Heydər Əliyev ordeni»nə layiq iki adam vardır. Onlardan biri Heydər Əliyevin varisi Ilham Əliyevdir, o biri isə Prezidentin icra rəhbəri Ramiz Mehdiyevdir. Ilham Əliyev öz müqəddəs arzusuna çatdı. Azərbaycanın ən yüksək ordeni olan «Heydər Əliyev ordeni» ilə birinci olaraq Ilham Əliyev təltif olundu. 30 aprel 2005-ci ildə Ilham Əliyevə ali mükafatı Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev təqdim etdi. Təqdimetmə mərasimində Ilham Əliyev çıxış edərək dedi: «Mən prezident vəzifəsinə seçiləndə bəyan etmişdim ki, bu siyasətə sadiq qalacağam. Heydər Əliyev siyasətini Azərbaycanda bütün istiqamətlərdə həyata keçirəcəyəm. Bu gün Azərbaycanda Heydər Əliyev siyasəti yaşayır. Bu siyasətə alternativ siyəsət yoxdur. Alternativ siyasət aparmaq istəyənlər iflasa uğradılar. Ölkəmizi uçurum kənasrına gətirib çıxardılar. Biz buna yol verə bilmərik. Azərbaycanın qarşısında gözəl perspektivlər var. Ölkədə demokratikləşmə geniş vüsət almaqdadır. Xalqla iqtidar arasında vəhdət olmalıdır. Mən bu yüksək etimadı bundan sonra da doğrultmağa çalışacağam».

Göründüyü kimi Ilham Əliyev öz çıxışında yanlışlığa yol vermişdir. O prezident seçilməyib. Atasının Azərbaycan xalqına qarşı çoxsaylı cinayət tərkibli əməlləri ifşa olunmaması və çirkin yollarla yığdıqları var-dövlət əllərindən çıxmaması üçün Ilham Əliyev dövləti cinayət törədib, hakimiyyəti qəsb etmişdir. Azərbaycanın tarixində Heydər Əliyev qədər ölkəyə ziyan vuran ikinci bir şəxs olmamışdır. Azərbaycanın bütün fəlakətlərinin baiskarı Heydər Əliyevdir.

Ilham Əliyevin bu çıxışı zamanı Nyu-York Müstəqil Media Mərkəzinin internet saytında «Heydər Əliyevin dosyesi» başlığı altında yerləşdirilmiş təhlil materiallarından sitat:

«Əliyevin qurduğu Azərbaycana bənzər dövlət modeli tapmaq çətindir. Bu ölkədə Şimali Koreyanın Sunqizminə aid elementləri – adamyeyən quduzluğunu əks etdirməklə yanaşı, həm də burada özünəməxsus dilənçilik formaları ilə Heydər Əliyevin özündə müşahidə edilən elitar sinizmin vəhdəti mövcuddur…»

«Dünyanın ən dəhşətli diktatorlarından birinin oğlu olan Ilham Əliyevin hakimiyyəti əldə saxlamaq cəhdləri miskincəsinə uğursuzluqla nəticələnəcək və atasının da adamları onunla birlikdə yıxılacaq. Ilham Əliyev Azərbaycanı hansısa fəlakətə doğru aparacaq və ölkəyə aşkar zərər vuracaq. Cılız və hakimiyyətə susayan diktatorların xərçəng şişinə bənzər uşaqları heç zaman idarəediciliyi bacarmayıblar…»

22. PARLAMENT SEÇKILƏRI 

A. SEÇKI ÖNCƏSI VƏZIYYƏT

Hakimiyyəti qəsb etmiş və həyasızlığın son zirvəsinə qalxmaqla böyük saxtakarlıqlarla Azərbaycan Respublikası Prezidenti kürsüsünü ələ keçirmiş Ilham Əliyev və onun erməni-kürd əsilli komandası, bir tərəfdən Heydər Əliyevin və özlərinin Azərbaycan xalqına qarşı törətdikləri qeyri-insani və cinayət tərkibli əməllərinin ifşa olunmasının qarşısını almaq üçün ölkədə hərbi polis rejimi yaradıb, xalqı qorxu altında saxlamaqla yanaşı, hakimiyyəti əldən verməmək üçün bütün vasitələrdən istifadə edir və növbəti parlament seçkilərində parlamenti də tam özünküləşdirmək üçün lazımi işlər görürlər, digər tərəfdən də keçmiş parlament və prezident seçkilərində olduğu kimi ABŞ hökuməti, AŞ PA və ATƏT sözün əsl mənasında Azərbaycan xalqını ələ salıb, yenidən Azərbaycan xalqını seçki oyununa sürükləyirlər.

Uzun illər dünyadakı diktatura rejimlərilə əməkdaşlıq edən, müəyyən iqtisadi mənfəətlərinin ödənilməsi müqabilində tiraniyaların öz xalqlarının başına açdıqları müsibətlərə göz yuman Qərb dövlətləri, xüsusilə də ABŞ yeni siyasi doktrina həyata keçirməkdədir. Bu, bütün dünyanın demokratikləşməsi, bütün xalqların sözün həqiqi mənasında azadlığa qovuşmasına hər cür yardım göstərmək və hətta lazım gələrsə, bunu hərbi güc vasitəsilə həyata keçirməkdir.

2005-ci ilin əvvəlində Avropa turnesinə çıxan ABŞ prezidenti Corc Buş da bunu açıq bəyan edib və diktatura rejimlərinin tapdağı altında əzilən xalqlara mesaj da verib. Slovakiya paytaxtı Brateslavada çıxışında «Azadlığı müdafiə etmək asan deyil. Bunu Kiyevdə Müstəqillik meydanına və Tiflisdəki Azadlıq meydanına çıxan insanlar yaxşı bilir» deyən Corc Buş postsovet ölkələrinin xalqlarını avtoritar rejimlər üzərində qələbəyədək mübarizəyə səsləyib.

Konkret olaraq, yaxın vaxtda seçkilərin keçiriləcəyi Moldova və Belarus xalqlarına müraciət edərək, onları azadlıq uğrunda mübarizə aparmağa çağıran Amerika prezidenti bu ölkələrdə baş verəcək demokratikləşmənin digər postsovet ölkələrinə də müsbət təsir edəcyini bildirib: «Mərkəzi və Şərqi Avropada 15 il əvvəl baş verən demokratik inqilablar az əvvəl Gürcüstan və Ukraynada baş verdi. On gündən sonra seçki məntəqələrinə gedən Moldova vətəndaşları da özlərinin demokratik potensialını reallaşdırmaq şansı əldə edəcəklər. Moldovadakı seçkilər demokratiyanın digər postsovet ölkələrinə də yayılmasına ciddi təkan verə bilər. Həmçinin, Belarus vətəndaşları da öz ölkələrini demokratikləşdirmək imkanından istifadə etməlidirlər».

Demokratiya və xalqların öz azadlığına qovuşması üçün mübarizə aparmasının zəruriliyini dəfələrlə vurğulayan Buş «Mən inanıram ki, bir gün gələcək, bütün ölkələr və bütün xalqlar azad olacaq» deyə bildirib və əlavə edib ki, «azad dünya onlara dəstək verəcək».

Göründüyü kimi, ABŞ prezidenti C.Buş postsovet ölkələrindən danışarkən Azərbaycanda baş verən terror və repressiyalar, demokratiyanın boğulması, monarxiyanın yaranmasına aid heç bir kəlmə belə söyləməyib. Bu da bir daha sübut edir ki, Amerika prezidentinə, Amerika administrasiyasına müsəlman ölkəsi olan Azərbaycanda demokratik cəmiyyətin qurulması yox, Azərbaycan nefti lazımdır. Azərbaycan neftinin də lazımi güzəştlərlə Amerikaya verilməsi və bunun müqabilində Amerika tərəfindən Azərbaycanda monarxiyanın yaranmasının dəstəklənməsi və Heydər Əliyev rejiminin müdafiə olunması məsələsini isə, hələ Heydər Əliyev sağlığında Amerika administrasiyası ilə həll etmişdir. Bütün bunlara baxmayaraq Azərbaycanda yenidən seçki oyunu başlayır.

2005-ci il üçün ABŞ hökuməti Azərbaycan xalqı və hökumətilə proqlamlar həyata keçirmək üçün yeddi milyon dollar vəsait ayırıb. Bura həm seçki sahəsində çalışan mütəxəssislərin, həm ayrı-ayri partiyalardan olan namizədlərin treninqləri, həm də mətbuatla bağlı proqramlar daxildir. Bu barədə ABŞ səfiri Rino Harniş 1 mart 2005-ci ildə jurnalistlərlə söhbətində bildirib.

Onun sözlərinə görə, ABŞ hökuməti Azərbaycanda demokratiya ilə bağlı vəsaitlər ayırıb. Sözsüz ki, bu vəsaitlər Azərbaycan xalqı və hökumətilə birgə istifadə olunacaq. «Çünki demokratiya daxildən inkişaf olduğu üçün xaricdən təsir etmək olmaz» – deyə R.Harniş vurğulayıb.

O, ABŞ hökumətinin Azərbaycana açıq və şəffaf parlament seçkilərinin keçirilməsində uğurlar arzuladığını bildirib. «Ümid edirik ki, bu il keçiriləcək parlament seçkiləri Azərbaycanın Avroatlantik məkanına daha da yaxınlaşmasına kömək edəcək» – deyə səfir qeyd edib.

ABŞ Senatı da Azərbaycan hakimiyyətini demokratik seçki keçirməyə çağırıb. Sənəddə deyilir: «2005-ci ilin noyabrında Azərbaycan Respublikasında parlament seçkiləri keçiriləcək. 1991-ci ildə keçmiş Sovetlər birliyindən müstəqilliyini əldə etdikdən bəri, Azərbaycan ABŞ-la güclü münasibətlər qurub.

2003-cü ilin oktyabrında keçirilən prezident seçkilərində monitorinq aparmış beynəlxalq müşahidəçilər seçkidən öncə, seçki günü və seçkidən sonrakı vəziyyətin beynəlxalq standartlara uyğun olmadığı qənaətinə gəlib.

Azərbaycanda olan ATƏT və Avropa Şurasının üzvlərindən ibarət Beynəlxalq Seçki Müşahidəçi Missiyası həm müxalifət, həm də hökumət üzvlərinin zorakılığa yol verdiyinə dair çoxsaylı nümunələr göstərib.

Beynəlxalq seçki müşahidəçiləri müxalifət tərəfdarlarına hədə-qorxu gəlinməsi, müxalifət namizədləri tərəfindən keçirilən siyasi yürüşlərə qadağa qoyulması və seçki saxtakarlıqları da daxil olmaqla kampaniya zamanı qeyri-bərabərlik müşahidə edib.

Azərbaycan 1993-cü ildə iştirakçı dövlət kimi ATƏT-ə üzv qəbul olunarkən, demokratiya, insan hüquqları və qanunun aliliyinə dair sərbəst şəkildə öz üzərinə bir çox öhdəlik götürüb…

Bütün yuxarıda qeyd edilənləri və 2005-ci ilin parlament seçkilərində şəffaf, azad və ədalətli seçki prosesi keçirməyin Azərbaycanın demokratik ölkələr birliyinə inteqrasiyası yönümündə atılacaq mühüm addım olduğunu nəzərə alaraq Senat:

1.Azərbaycan Respublikası hökumətini ölkənin uzunmüddətli inkişafını və sabitliyini təmin etmək üçün 2005-ci ilin noyabrında şəffaf, dinc, azad və ədalətli parlament seçkisi keçirməyə çağırır;

2.Azərbaycan hökumətini 2005-ci ilin noyabrında keçiriləcək parlament seçkisindən əvvəl həbs edilmiş müxalifət partiyalarının nümayəndələri də daxil olmaqla, müxalifət partiyalarının seçkidə bütünlüklə iştirakını təmin etməyə çağırır;

3.Müxalifət partiyalarını 2005-ci ilin noyabrında keçiriləcək parlament seçkisində bütünlüklə və dinc iştirak etməyə və Azərbaycan hökumətini bütün namizədlərin seçkidə iştirakı üçün bərabər şərait yaratmağa çağırır;

4.2005-ci ilin noyabrında keçiriləcək parlament seçkisinin Azərbaycanı xalqının nöqteyi-nəzərindən azad və ədalətli olacağına, bütün tərəflərin kampaniya zamanı seçki günü və seçkidən sonra zorakılıqdan çəkinməyə inanır;

5.Avropa Şurasının Seçki Məcəlləsinə dəyişikliklər edilməsi, xüsusən də Seçki Kopmissiyalarında müxalifət və hökumət qüvvələrinin bərabər təmsil olunmasının təmin edilməsilə bağlı tövsiyələrini dəstəkləyir;

6.Noyabr seçkilərinin həqiqi monitorinqinin aparılmasının təmin edilməsi üçün beynəlxalq ictimaiyyəti və yerli QHT-ləri kifayət edən sayda seçki müşahidəçisi verməyə çağırır;

7.Müstəqil mətbuata və mətbuat azadlığının hökumət tərəfindən təmin edilməsinə ehtiyacın olduğunu qəbul edir;

8.Azərbaycan hökumətini söz azadlığını və sərbəst toplaşmaq azadlığını təmin etməyə çağırır.»

ABŞ-ın sabiq dövlət katibi, Milli Demokratiya Institutunun Idarə Heyətinin rəhbəri Madlen Olbrayt «Azadlıq» radiosunun Bakı bürosunun əməkdaşlarına verdiyi müsahibəsində deyib: «Demokratik seçkilər sabit hökumət yaratmağın ən yaxşı yoludur.»

ABŞ Dövlət Departamenti mətbuat katibinin müavini Adam Ereli «Azadlıq» radiosunun Azərbaycan xidmətinə müsahibəsində Azərbaycanla Özbəkistanda insan haqlarının ciddi şəkildə pozulduğunu bildirib. «Biz həmin ölkələrdə ciddi pozuntuların olduğunu bilirik, həm də başa düşürük ki, Azərbaycan və Özbəkistan hökumətlərinin apardığı siyasət və atdığı addımlar qanunun aliliyinə, fundamental azadlıqlara uyğun deyil» -deyə Ereli vurğulayıb.

ABŞ-ın Con Hopkins Universiteti nəzdində Qafqaz-Orta Asiya Institutunun tədqiqat direktoru Svante Kornet «Azadlıq» radiosuna müsahibəsində deyib: «Seçkilərin düzgün keçirilməməsi təhlükəli proseslərə yol aça bilər.»

ABŞ səfiri Rino Harniş qəzetlərə verdiyi müsahibələrdə deyib: «Namizədlər və seçicilər öz hüquqlarından istifadə edərək, seçkilərdə fəal olmalıdırlar. ABŞ Azərbaycan xalqını və hökumətini fəal olmağa və seçkilərin beynəlxalq standartlara cavab verməsinə köməklik etməyə çağırır.

Seçkiləri normal keçirmək üçün siyasi iradə lazımdır.

ABŞ Azərbaycanda hər hansı namizədi və siyasi partiyanı dəstəkləmir. Biz yalnız seçki prosesini dəstəkləyirik. Məqsədimiz seçkilərin ədalətli keçirilməsinə kömək etməkdir.»

Xəzər Araşdırmaları Mərkəzinin prezidenti, Amerikapərəst politoloq Vəfa Quluzadə «Yeni Müsavat» qəzetinə verdiyi müsahibədə deyib: «ABŞ Azərbaycanda azad seçki şəraiti və demokratiyanı təmin edəcək.»

Həmçinin parlament seçkilərilə bağlı Avropa Şurası Parlament Assambleyasının prezidenti Rene Der Linden, AŞ PA baş katibi Terri Devis, AŞ PA-sı Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Andres Herkellə Andreas Qross, ATƏT-in seçkiləri müşahidə missiyasının rəhbəri Gert Arnes və ATƏT-in sədri Dmitri Rupel Azərbaycana gəlib, respublika rəhbərliyi, müxalifət və media nümayəndələri ilə görüşlər keçirirlər. Onların dediklərindən.

D.Rupel: «Biz AŞ və ATƏT rəhbərlərinə təklif etdik ki, qalan iki ay müddətindən maksimum istifadə edilsin, azad və ədalətli yarış üçün şərait təmin olunsun.»

R.D.Linden: «Iyunda AŞ PA bildirmişdi ki, bu seçkilər ölkənin demokratiyaya sadiqliyi yönündə həlledici sınaq olacaq. Çalışacam ki, bunu hakimiyyətin diqqətinə çatdırım və beynəlxalq standartların təmin olunması ilə bağlı məsuliyyəti xatırladım. Güman edirəm ki, gələcək seçkilər azad və ədalətli keçiriləcək. Seçkilərin monitorinqində AŞ-nın 40 nümayəndəsi iştirak edəcək.

1456 saylı qətnamə birmənalı olaraq Azərbaycanı Seçki Məcəlləsini dəyişməyə, qanunvericiliyi Venesiya Komissiyasının və ATƏT DTIHB-nin birgə tövsiyyələrinə tam uyğunlaşdırmağa çağırıb.»

A.Herkel «Exo» qəzetinə müsahibəsində deyib: «Həm demokratik seçki keçirmək, həm də mövcud rejimin mahiyyətini saxlamaq mümkün deyil».

A.Qross BBS-nin müxbiri ilə söhbətində bildirib ki, bu gün Azərbaycanda demokratik seçkilərin keçirilməsi üçün heç bir şərait yoxdur: «Bu, bir faktdır. Halbuki Azərbaycanın gələcəyi bu seçkidən asılıdır və bu, ötən seçkilərdə olduğu kimi, zorakılığa rəvac verməməlidir».

Həmməruzəçi Azərbaycanda iqtidar-müxalifət münasibətləri ilə bağlı sualı belə cavablandırıb: «Azərbaycandakı vəziyyətin qəribəliyi bundadır ki, istər müxalifət, istərsə də iqtidar arasında qüvvələrin şaxələnməsi prosesi gedir. Onların heç biri yekcins deyil. Ötən həftə Bakıda onlarla apardığımız müzakirələr göstərdi ki, seçkilərin demokratik keçirilməsi üçün təməl şərait barədə qüvvələr arasında qətiyyən razılaşma yoxdur».

A.Qross bildirib ki, bütün tərəflər aqressiv görünürlər. Məruzəçi qeyd edib ki, ölkədəki siyasi qüvvələr arasında qarşılıqlı etimadsızlıq, hətta qarşılıqlı düşmənçilik ab-havası hökm sürür: «Yəni seçkilərin normal keçiriləcəyinə töhfə verə biləcək münasibət yoxdur. Bu, bizi qorxudur və narahat edir».

G.Arnes: «Nəticələri öz müşahidələrimiz əsasında quracağıq. Biz bu seçkilərə, prosesdə iştirak edən bütün namizədlərə qərəzsiz, bərabər münasibət bəsləyəcəyik. Bizim mandatımız müşahidə etmək və hesabat hazırlamaqdan ibarətdir.

ATƏT-in Demokratik Təsisatlar və Insan Haqları Bürosu Azərbaycanda bir sıra seçkiləri, o cümlədən 2000-ci ilin parlament, 2003-cü ilin prezident seçkilərini müşahidə edib. Iş ondadır ki, ATƏT-in həmin dövrlərdə fəaliyyət göstərən seçki missiyaları tərəfindən irəli sürülən tövsiyələr tam şəkildə yerinə yetirilməyib. Hazırda keçiriləcək seçkilərin keyfiyyət baxımından irəli detməsi üçün addım atmaq mümkündür və həmin tövsiyələri həyata keçirmək olduqca vacibdir.

Biz seçki komissiyalarının tərkibini ciddi nöqsan kimi qiymətləndiririk. Amma hesab edirəm ki, siyasi iradə olan qanunvericilik əsasında da düzgün, demokratik seçkilərin həyata keçirilməsi mümkündür. Desəm ki, indiki qanunların əsasında ədalətli seçkilərin kəçirilməsi mümkün deyil, bu, doğru olmaz. Məncə, indi də mümkündür, sadəcə, siyasi iradə olmalıdır.»

T.Devis: «Qarşıdakı parlament seçkilərinin Avropa standartlarına uyğun olması Azərbaycanın demokratik inkişafı üçün çox önəmlidir.»

T.Devis AŞ-nın demokratik seçkilərə yardım məqsədilə hazırladığı fəaliyyət Planını xatırladıb və Azərbaycan Respublikasının prezidenti Ilham Əliyevin 11 may 2005-ci il tarixli sərəncamını yüksək qiymətləndirib. «Kimsə bu sərəncamı pozarsa, deməli, prezidentin iradəsinin əleyhinə gedir və Azərbaycan dövlətçiliyinin maraqlarına xəyanət edir» - deyə o vurğuayıb.

Atası Heydər Əliyev kimi sözü ilə əməli 180 dərəcə fərqli olan, Azərbaycan Respublikasının prezidenti Ilham Əliyevin gözdən pərdə asmaq məqsədilə «Azərbaycan Respublikasında seçki praktikasının təkmilləşdirilməsi» dair imzaladığı 11 may 2005-ci il tarixli sərəncamı tam şəkildə oxucuların nəzərinə çatdırmağı məqsədəuyğun sayıram.

«Demokratik seçkilər sabit vətəndaş cəmiyyətinin və hər bir dövlətin mütərəqqi inkişafının əsasını təşkil edir. 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası bu sahədə əsas prioritetləri müəyyən etmişdir. Onları rəhbər tutaraq Azərbaycanda ümumi, bərabər və birbaşa seçki hüququ əsasında gizli və şəxsi səsvermə yolu ilə azad və mütəmadi keçirilən seçkilərin hüquqi bazası yaradılmışdır. 1997-ci ildən başlayaraq Azərbaycan rəhbərliyinin siyasi iradəsinə uyğun olaraq, müasir standartlara cavab verən seçki qanunvericiliyinin təsis edilməsi məqsədi ilə Azərbaycan hökuməti ATƏT-in Demokratik Təsisatlar və Insan Hüquqları Bürosu ilə yaxından əməkdaşlıq etmişdir. Avropa Şurasının üzvü olduqdan sonra Azərbaycanın bu əməkdaşlıq çərçivəsi daha da genişləndirilmiş və bu prosesə Avropa Şurasının Venesiya Komissiyası da cəlb edilmişdir. Səmərəli əməkdaşlıq nəticəsində seçki qanunvericiliyinin unifikasiyası məqsədi ilə 2003-cü ilin mayında Azərbaycan Respublikasının Seçki Məcəlləsi qəbul edilmişdir. Bu Məcəllə beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilmişdir. Venesiya Komissiyasının və ATƏT-in DTIHB-nin Yekun rəyində bildirilmişdir ki, Seçki Məcəlləsi seçkilərin və referendumun kəçirilməsi üçün əksər məsələlərdə beynəlxalq meyarlara və ən yaxşı təcrübələrə uyğun olan hərtərəfli çərçivələr nəzərdə tutur.

1995-ci ildən bəri keçirilmiş seçkilərin hər biri əvvəlki ilə müqayisədə seçkilərin beynəlxalq standartlara çatdırılması yolunda irəliyə atılmış addım idi və seçkilərə dair beynəlxalq təşkilatların verdikləri rəylərin müqayisəli təhlili bunu sübut edir. Lakin təəssüflər olsun ki, seçkilər sahəsində ciddi tərəqqinin əldə edilməsinə baxmayaraq, bir sıra nöqsanlar və çatışmazlıqlar qalmaqdadır. Azərbaycan rəhbərliyinin 10 illik fəaliyyəti, müasir demokratik standartlara cavab verən seçkilərin keçirilməsinə yönəlmiş siyasi iradəsi və həmin iradənin təzahürü olan seçkilər praktikasının ildən-ilə təkmilləşdirilməsi onu sübut edir ki, seçkilər zamanı baş verən qanun pozuntularının səbəbləri Azərbaycan rəhbərliyinin siyasi iradəsindən kənardır. Onların səbəblərini bəzi məmurların və seçki komissiyalarının üzvlərinin qeyri-peşəkarlığında və bir çox hallarda məsuliyyətsizliyində və ümumilikdə «postsovet mentalitetində» axtarmaq lazımdır.

2005-ci ilin noyabrında keçirilməsi nəzərdə tutulan parlament seçkilərinə hazırlıq dövründə və həmin seçkilərin keçirilməsi zamanı bu sahədə baş verə bilən əyintilərin və qanun pozuntularının qarşısını almaq, Milli Məclisə seçkiləri Azərbaycan Respublikası Seçki Məcəlləsinin müddəalarına tam uyğun keçirmək, bu sahədə icra hakimiyyəti orqanlarının üzərlərinə düşən vəzifələrin lazımınca yerinə yetirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Mərkəzi Seçki Komissiyasına tövsiyə edilsin ki, seçki rəsmilərinin, o cümlədən, paytaxtdan kənarda işləyəcək seçki rəsmilərinin təlim kurslarından keçməsi məqsədi ilə müvafiq proqramlar hazırlasın və bu sahədə bütün siyasi qüvvələrlə və beynəlxalq təşkilatlarla hərtərəfli əməkdaşlıq etsin.

2. Müəyyən edilsin ki, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri, digər dövlət məmurları seçki prosesinə qanuna zidd olaraq müdaxilə edərlərsə, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb ediləcəklər.

3. Mərkəzi və yerli icra hakimiyyəti orqanlarına tapşırılsın ki, Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq, öz səlahiyyətləri çərçivəsində seçkilərdən sonra siyasi mənsubiyyətə görə vətəndaşların təqib olunmasına yol verməsinlər və bu cür faktlar aşkar olunduqda Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, belə hərəkətlər etmiş şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb olunmaları üçün zəruri tədbirlər görsünlər. Izah edilsin ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, Inzibati Xətalar Məcəlləsinin və digər qanunların tələblərinin Azərbaycan Respublikasının vətəndaşları tərəfindən pozulmasına görə onların məsuliyyətə cəlb edilməsi halları siyasi mənsubiyyətə görə təqib kimi qiymətləndirilə bilməz.

4. Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinə tapşırılsın, Ictimai Televiziya və radio Yayımları Şirkətinə, özəl televiziya və radio yayımları şirkələrtinə tövsiyə edilsin ki, deputatlığa namizədlərin bərabər əsaslarla təbliğ olunmasını təmin edən proqramlar hazırlasınlar və siyasi platformaların müzakirəsi məqsədi ilə müvafiq forumlar təşkil etsinlər.

5. Mərkəzi və yerli icra hakimiyyəti orqanlarına tapşırılsın ki, Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq, öz səlahiyyətləri çərçivəsində ixtisaslaşmış ictimai rəyçilər tərəfindən aparılacaq exit poll prosesinin aparılmasına lazımi şərait yaratsınlar, həmin prosesin gedişinə qanuna zidd olaraq müdaxilə etməsinlər.

6. Mərkəzi və yerli icra hakimiyyəti orqanlarına tapşırılsın ki, Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq, öz səlahiyyətləri çərçivəsində deputatlığa bütün namizədlər üçün kütləvi informasiya vasitələrindən bərabər qaydada istifadə etmələrini və onlar üçün bərabər təbliğ imkanlarının yaradılmasını təmin etsinlər.

7. Mərkəzi və yerli icra hakimiyyəti orqanlarına tapşırılsın ki, Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq, öz səlahiyyətləri çərçivəsində paralel səsvermənin nəticələrinin ədalətli və şəffaf şəkildə həyata keçirilməsinə dair zəruri tədbirlər görsünlər və müvafiq seçki rəsmilərinə zəruri yardım göstərsinlər.

8. Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının seçkiləri ərəfəsində mərkəzi və yerli icra hakimiyyəti orqanları Azərbaycan Respublikası vətəndaşlarının toplaşmaq azadlığının, seçki kampaniyası zamanı və seçkilərdən sonra ictimai sabitliyin təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq lazımi tədbirlər görsünlər.

9. Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və aşağı seçki komissiyalarına tövsiyə edilsin ki, hər bir seçiciyə vəsiqənin çatdırılmasını təmin etsinlər, seçici siyahılarının dəqiq və dürüst tərtib edilməsi üçün Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq lazımi tədbirlər görsünlər.

10. Yerli icra hakimiyyəti orqanlarına tapşırılsın ki, Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq, öz səlahiyyətləri çərçivəsində dəqiq seçici siyahılarının tərtib edilməsi və həmin siyahıların seçkilərə ən azı 65 gün qalmış seçki məntəqələrində açıq nümayiş etdirilməsi üçün zəruri tədbirlər görsünlər.

11. Azərbaycan Respublikası Prezidentinin Icra Aparatına tapşırılsın ki, iqtidaryönlü, mərkəzçi və müxalif siyasi qrupların seçkilərlə əlaqədar müvafiq tədbirlərin həyata keçirilməsi və peşəkarlığın, təşkilati işlərin yaxşılaşdırılmasına yönəlmiş beynəlxalq donorların texniki yardımından istifadə ilə məşğul olacaq yaranmış kontakt qrupunun toplantısının keçirilməsinə kömək göstərsin.»

Respublika ictimaiyyəti xalqın qələbəsinin əldə olunması üçün müxalifətin seçkilərdə birgə iştirakını arzulayır. Və istəyir ki, seçkilərdə iki blok olsun Biri iqtidar, digəri isə müxalifət. Lakin müxalifət tərəfdən «Azadlıq», «Yeni siyasət» və «Azərbaycançı qüvvələr» bloku yarandı. Bir qrup adamlar isə müstəqil namizəd kimi iştirak etmək qərarı verdi. Hakim partiya isə namizədlərini müəyyənləşdirməkdə kifayət qədər ciddi problemlərlə üzləşməli oldu. Belə ki, YAP başbilənləri indiki mandat sahiblərinin bir çoxu ilə vidalaşmaq niyyətində olduqlarından, onların adlarını yeni siyahıya daxil etmək istəmirlər və bu da «köhnələr»in ciddi etirazına səbəb olub.

Siyahı hələ açıqlanmasa da, YAP-çılar vəziyyətin nə yerdə olduğundan halidirlər və indi hərə öz başına çarə qılmaq haqqında düşünür. Hətta, iş o yerə çatıb ki, adının siyahıya salınmamasından xəbər tutanların bir çoxu ötən 5 il ərzində göstərdiyi xidmətə, Əliyevlərə görə bir çox qanunsuzluqlarda iştirak etdiyi üçün «dərin peşimançılıq» hissi keçirdiyini açıq şəkildə dilə gətirməkdən çəkinmir. Amma «atılmışlar» sırasında dayanıb, həkimiyyətin «vəfasızlığı» ilə barışmayanlar da var ki, onlar YAP-ın xeyir-duasına ehtiyac duymadan seçkilərdə iştirak etməyə hazırlaşırlar. Bununla bağlı YAP-ın bir çox tanınmışları siyahının açıqlanmasını gözləmədən ayrı-ayrı dairələrdən öz namizədliklərini irəli sürürlər. Və bu hal artıq total xarakter almaqdadır ki, bundan da hakimiyyət bərk qorxuya düşüb. Elə bir vəziyyət yaranıb ki, bir dairədən ən azı 5 YAP-çının namizədliyi irəli sürülə bilər. Bu da, heç şübhəsiz ki, məğlubiyyəti əvvəlcədən şərtləndirən əsas amildir.

Ölkədəki mövcud reallıqları, əhalinin sosial-iqtisadi durumunu, YAP hakimiyyətindən vətəndaşların narazılığını nəzərə alıb, deyə bilərik ki, müxalifət hər dairədən seçici səsinin ən azı 80 faizinə sahib çıxa bilər. Hər dairədə müxalifətin ən pis halda 3 namizədi deputat olmaq uğrunda mübarizə aparacaqsa, tərəddüdsüz deyə bilərik ki, YAP-dan olan namizədlərin sayı 3-ü keçəcək. Hər halda proseslərin inkişafı bunu göstərir. Məlumatlar var ki, artıq bəzi dairələrdə YAP-ı təmsil edən namizədlərin sayı 6-ya çatıb. Hesablamalarımızın orta bir nəticəsini əldə etmək üçün o ehtimala üstünlük verək ki, bir dairədə müxalifəti və YAP-ı təmsil edənlərin sayı eyni olacaq. Məsələn hərəsindən 3 namizəd. Demək, 80 faiz seçici səsi 3 müxalifət təmsilçisi arasında parçalanacağı halda, YAP-ın 3 namizədi seçicilərin cəmi 20 faiz səsini bölüşdürməli olacaq. Bu isə heç 7 faiz seçici səsi eləmir. Aparılan araşdırmalarda məqsəd ancaq onu bir daha göstərməkdir ki, azad və ədalətli seçkilərdə YAP-ın qalıb gəlməsi mümkün deyil. Demokratik seçkilərdə YAP istənilən halda məğlub olacaq.

 Həqiqətən də bu dəfəki parlament seçkilərində namizədlərin qeydə alınmasında demək olarkı böyük problem yaranmadı. MSK-dan APA-ya verilən məlumata görə, namizəd olmaq üçün lazımi miqdarda imza toplayan 2153 vətəndaşdan 2035 nəfər namizəd kimi qeydə alınıb. Qeydə aınanların 184-ü qadındır.

Lakin AMEA Iqtisadiyyat Institutunun şöbə müdiri Tanrıverdi Əhməd Paşanın apardığı araşdırmaya əsasən («Bakı-Xəbər», 2 sentyabr 2005-ci il) Azərbaycan iqtidarını təmsil edən Mərkəzi Seçki Komissiyasının son 10 ildə apardığı prezident və parlament seçkilərində istifadə etdiyi seçki saxtakarlığı alətlərindən ən mühümü seçicilərin sayı, seçici siyahılarının tərtib olunması ilə bağlı manipulyasiyasıdır.

Milli Məclisin tətilöncəsi Seçki Məcəlləsinə etdiyi «texniki düzəlişlər» də məhz bu faktordan daha dolğun yararlanmağa xidmət edir. Məsələn, seçki siyahısında seçicilərin yaşadığı ünvanın göstərilməməsi hər məntəqə üzrə siyahıya təxminən 100 nəfərə yaxın «karusel seçicilərinin» əsasən, məntəqələrin yerləşdiyi orta məktəb müəllimlərinin və tibb müəssisələri işçilərinin salınmasına imkan verir və belə seçicilərin müşahidəçinin müəyyən etməsi çox çətindir. Son prezident seçkilərində hər məntəqə üzrə təxminən 50-60 seçicinin də (daha çox müxalifətyönlü) siyahıya salınmaması və vətəndaşın seçki hüququnun seçki günü məhkəmələr vasitəsilə həll olunması praktikasını da əlavə etsək, iqtidarın təkcə bu faktordan nə qədər yararlandığını təsəvvür etmək çətin olmaz.

Seçki Məcəlləsinə (SM) görə, seçicilərin sayı ən vacib məsələ olan seçki dairələrinin yaradılmasına və bu dairələrin sərhədlərinin müəyyən edilməsinə də xidmət edir. MSK-nın rəsmi məlumatına görə, Milli Məclisə seçkilər üzrə tərtib olunmuş seçici siyahısında seçicilərin sayı 4555600 nəfərdir və SM-in 29.1-ci maddəsinə görə, respublika üzrə seçicilərin orta təmsilçilik norması 36445 (4555,6 min 125 dairə) nəfər təşkil edir. SM-in 29.3 maddəsinə görə, seçki dairələri «Azərbaycan Respublikasının inzibati ərazi vahidinin hüdudları daxilində, bir qayda olaraq, orta təmsilçilik normasından 5 faizdən, yolu çətin və ucqar yerlərdə isə 10 faizdən çox (az) olmaq şərtilə yaradılır və «onların ərazisində qeydə alınmış seçicilərin sayı seçki dairələrində təqribən bərabər olmalıdır».

Beləliklə, orta təmsilçilik norması nəzərə alınmaqla, respublika üzrə dairələrdə seçicilərin sayı, ən aşağısı 33229 nəfər, ən yuxarısı 40613 nəfər ola bilər. MSK-nın Internetdə yerləşdirilən rəsmi saytında verilən məlumatların təhlili göstərir ki, Naxçıvan Muxtar Respublikasında yaradılan 7 dairədən 4-də 21 saylı Şərur-Sədərək – 31515; 5 saylı Şahbuz-Babək – 22828; 6 saylı Culfa-Babək 28653; 7 saylı Ordubad-Culfa 31489 seçicilərin sayı normadan azdır.

Əksinə, 19 saylı Nərimanov – 42164; 20 saylı Nərimanov – 40765; 27 saylı Sabunçu – 41645; 30 saylı Suraxanı – 40703; 42 saylı Sumqayıt – 46916; 44 saylı Sumqayıt-Abşeron – 42176; 45 saylı Abşeron – 40759; 50 saylı Qobustan-Xızı-Quba – 44179; 55 saylı Xaçmaz kənd – 41307; 82 saylı Ağcabədi – 43121; 85 saylı Şamaxı – 44860; 94 saylı Bərdə kənd – 40801; 110 saylı Zaqatala – 41770; 121 saylı Laçın – 41084; 124 saylı Şuşa-Fizulu-Xocalı – 46272 dairələrində seçicilərin sayı orta təmsilçilik normasından yuxarı götürülmüşdür. Göründüyü kimi Naxçıvanda 6 seçki dairəsi əvəzində, başqa rayonların hesabına, bir seçki dairəsi artıq təşkil olunmuşdur.

Həmçinin, MSK-nın Naxçıvan MR üzrə müəyyən etdiyi seçicilərin sayı və orta təmsilçilik norması qəbul edilsə belə, bu zonada bir seçki dairəsi artıq yaradılıb. (223656 : 36445 = 6,1 dairə). Halbuki, SM-in 29.3 maddəsinin 3-cü bəndinə görə seçkilərin bu və ya digər qrupunun çoxluq təşkil etməsi naminə məqsədli şəkildə seçki dairələrinin sərhədlərinin müəyyən edilməsinə də (dəyişdirilməsinə) yol verilmir.

Parlament seçkiləri yaxınlaşdıqca, Azərbaycanda ictimai-siyasi aktivliyin getdikcə artması müşahidə olunur. Bu, onunla əlaqələndirilir ki, bu dəfə ölkə əhalisinin bir qismi ABŞ Senatının, AŞ PA və ATƏT rəhbərlərinin Azərbaycanda seçkilərlə bağlı münasibətini nəzərə alıb, seçkilərin demokratik keçirilməsi üçün əlverişli mühit yarana biləcəyinə ümid edir.

Qəzetlərdə Azərbaycan cəmiyyətinin düşünən beyni olan ziyalı təbəqəsinin keçiriləcək parlament seçkiləri barədə fikirləri verilmişdir. Bu fikirlər isə müxtəlifdir. Onların bir neçəsini oxucuların diqqətinə çatdırıram. Tanınmış professor Kamil Vəli Nərimanoğlu birinci ziyalı barədə öz sözünü deyir: «Mən ziyalı deyərkən, öz ixtisasını yaxşı bilən adamı yox, öz həyatını, sağlamlığını, vaxtını, taleyini öz xalqına bağışlayan adamı nəzərdə tuturam. Hər bir ziyalı çalışmalıdır ki, onun xalqı dünya xalqları içərisində öz yerini tutsun. Firavan və xoşbəxt həyat tərzi sürsün. Haqları və hüquqları özündə olsun.».

Kamil bəy, xalqın bu hüquqları əldə etməsi üçün seçkinin çox böyük əhəmiyyəti olduğunu vurğulayaraq seçkinin hər bir xalqın və dövlətin tarixində bir mərhələ olduğunu deyir: «Əgər hər hansı bir ölkədə seçkilərə saxtakarlıq, möhtəkirlik qatılmırsa, həmin ölkənin xalqı demokratiya yoluna qədəm qoymuş sayılır və bu yolla əzmlə irəli gedir. Amma təəssüflər olsun ki, Azərbaycanda indiyədək belə seçkilər olmayıb. Ya dövlətin təcrübəsizliyindən, ya da dövlətdəki müxtəlif avtoritar baxışlardan, korrupsiya, tayfabazlıq ənənələri üzündən seçkilər obyektiv keçirilməyib. Bu seçkilərdə obyektivlik olarsa, Azərbaycan dövləti yalnız bundan qazanar. Itirən isə oliqarxlar, tayfaçılar, korrupsionerlər olar. Uzaqgörən, ağıllı dövlət başçısı həmişə çalışar ki, dünyanı öz ölkəsinə güldürməsin. Azərbaycanı Özbəkistanın, Türkmənistanın və ya Afrika dövlətlərinin gününə salmasın».

Kamil bəyin fikrincə, Azərbaycanın ali qanunverici orqanında xalq tərəfindən, obyektiv seçilmiş insanların təmsil olunması əvvəlki parlamentdə olan özbaşınalığın, tərbiyəsizliyin, əxlaqsızlığın qarşısını ala bilər: «Azərbaycan dövləti yalnız qanunvericilik problemini həll etdikdən sonra idarəçiliklə, məhkəmələrlə bağlı olan funksiyalarını da tədricən yerinə yetirmiş olacaq. Hər şey qanunlardan başlayır və hər şey qanunun diktaturasına tabe olmalıdır».

Yazıçı Seyran Səxavət isə mövzu ilə əlaqədar heç bir proqnoz verə bilməyəcəyini, eyni zamanda bu barədə proqnoz verməyi də heç kəsə məsləhət görmədiyini bildirir. O deyir: «Bizdə proqnoz heç vaxt düz çıxmır, özünü doğrultmur. Seçkilərdən sonra gözləməliyik ki, görək nə olacaq».

«Ərəfəsində olduğumuz tarixi zaman kəsiyində Azərbaycan ziyalısının üzərinə hansısa yük düşürmü?» sualına S.Səxavət konkret «Qətiyyən yox!» cavabını verir. Və o, öz fikrini belə əsaslandırır: «Şəxsən mən öz üzərimdə heç bir yük hiss etmirəm. Çünki bizim dediyimizə heç kəs baxmır, bizim sözümüz heç yerdə eşidilmir. Bu baxımdan mən Azərbaycan ziyalısının üzərinə hansısa yük düşməsi barədə fikirləri uydurma və əfsana hesab edirəm. Hamısı yalan şeylərdir. Belə fikirlərdən birdəfəlik qurtarmaq lazımdır».

Bəstəkar Cavanşr Quliyev isə seçkilərin ədalətli keçiriləcəyinə o qədər də inanmır: «Şübhələr var. Ona görə ki, bu iqtidar hakimiyyətə gələndən bəri normal seçki keçirməyib. Indi də cəhd edəcək ki, bacardığı qədər saxtalaşdırsın. Bu, onun köklü xüsusiyyətidir. Ona görə də bu dəfə cəmiyyətdən çox şey asılı olacaq. Prezident seçkilərində cəmiyyət saxtakarlığa əsasən susdu. Bunun üçün də saxtakarlar qələbə çaldılar. Bu dəfə də cəmiyyət sussa, yenə eyni hal baş verə bilər». Cavanşir bəy bu qənaətdədir ki, məqsədə nail olmaq üçün həlledici qüvvə beynəlxalq təşkilatlar yox, məhz Azərbaycan xalqı olmalıdır: «Düzdür, hakimiyyətə xaricdən müəyyən dərəcədə təzyiqlər artıb. Lakin xaric heç vaxt gəlib burada bizim üçün məsələ həll etməyəcək. Sadəcə, onlar rəy və təkliflərini verə bilərlər». Sadaladığı şərtləri nəzərə alaraq Cavanşir bəy belə hesab edir ki, saxtakarlığa cəhd yenə də olacaq. Bunun qarşısını yalnız mütəşəkkil mübarizə ala bilər: «Söhbət siyasi partiyalardan getmir. Sıravi vətəndaşlar da mübarizə aparmalıdırlar. Yoxsa onların övladları da bu cür quruluşda yaşayacaq. Müxalifət partiyaları onsuz da əllərindən gələni edirlər. Lakin onların əllərində qəzetdən başqa bir təbliğat vasitəsi və ya digər imkan yoxdur».

Tanınmış ictimai xadim, sevimli sənətçi Flora xanım Kərimova mövzu barədə pessimist əhval-ruhiyyə ilə danışmaq istəmədiyini bildirir: «Əgər hər hansı bir millət bədbəxtdirsə, yaşamırsa, sürünürsə, o zaman bunun səbəbləri həmin millətin özündə axtarmalıdır. Bilirsinizmi, çox vaxt xaricilər deyir ki, əgər siz qüvvətli olsanız, biz də sizə kömək edərik. Heç vaxt aciz insana qonşu, aciz millətə isə dünya kömək etmir». Bununla belə Flora xanım cəmiyyətdə aktivliyin olmasını da inkar etmir: «Sadəcə, hakimiyyət tərəfindən elə siyasət aparılmalıdır ki, millət radikallığa əl atmasın». Fikrinin sonunda müğənni hər şeyin dövlətdən asılı olmadığını deir: «Hər şey, dövləti məcbur edən millətdən asılıdır».

Müstəqil ekspert Zəfər Quliyev: «Əsas məsələ Azərbaycanda mövcud seçki ənənəsini dağıtmaqdır.»

Mərkəzi Seçki Komissiyasının üzvü Ənvər Əliyev: «Hakim Partiyanın komissiyalarda üstünlüyünə heç cürə yol vermək olmaz».

Mərkəzi Seçki Komissiyasının üzvü Vidadi Mahmudlu: «Saxtakarlığın qarşısını almaq üçün həm də məsuliyyət qorxusu yaratmaq gərəkdir».

Vəhdət Partiyasının sədri Tahir Kərimli ilə ADP-nin baş katibi Sərdar Cəlaloğlu isə seçkilərin neytral qüvvələr tərəfindən keçirilməsini istəyirlər.

T.Kərimli: «Parlament seçkilərinin keçirilməsi BMT-yə tapşırılsın. Çünki hazırda, nə qədər acı olsa da, etiraf etməliyik ki, müxalifətlə iqtidar arasında qarşılıqlı etimad yox səviyyəsindədir».

S.Cəlaloğlu: «Seçkiləri neytral qüvvənin keçirməsini istəyirik».

Azərbaycan Respublikası Prezidenti postunu müvəqqəti əvəz etmiş Yaqub Məmmədov: «Bu gün Azərbaycanda 1990-cı illərin ab-havası duyulur. Belə getsə, inqilab qaçılmaz olacaq».

B. SEÇKIQABAĞI TƏŞVIQAT

Seçki Məcəlləsinin 75.2 maddəsinə görə, səsvermə gününə 60 gün qalmış seçkiqabağı təşviqat başlayır və səsvermənin keçirilməsinə 24 saat qalmış dayandırılır. Bu hesabla sentyabrın 7-dən etibarən 6 noyabra kimi parlament seçkilərilə bağlı seçkiqabağı təşviqat kampaniyası başladı. SM-nin 74.2 maddəsinə görə isə, seçkiqabağı təşviqat aşağıdakı üsullarla aparıla bilər:

- Kütləvi informasiya vasitələrilə;

- Kütləvi tədbirlərin (yığıncaqlar, vətəndaşlarla görüşlər, kütləvi müzakirələr, söhbətlər və s.) keçirilməsi yolu ilə;

- Çap olunmuş, audiovizual və digər təşviqat materiallarının buraxılması və yayılması yolu ilə;

- Qanunla qadağan edilməyən digər üsullarla.

SM-in 74.3 maddəsində isə qeyd edilir ki, qeydə alınmış namizəd, siyasi partiya, siyasi partiyalar bloku seçkiqabağı təşviqatın forma və üsullarını müstəqil müəyyənləşdirir.

Dövlət orqanları, bələdiyyə qurumları təşviqat kampaniyasına heç bir müdaxilə edə bilməz. SM-nin 86.1 maddəsinə əsasən, dövlət orqanları, bələdiyyə qurumları təşviqat kampaniyası dövründə yalnız bəzi texniki köməkliklər göstərə bilərlər. Belə ki, adları qeyd edilən qurumlar qeydə alınmış namizədə, siyasi partiya, siyasi partiyaların blokuna və vətəndaşlara görüşlər, açıq müzakirələr təşkil edilməsində və keçirilməsində köməklik etməlidirlər.

Beynəlxalq birliyin demokratik düşərgəyə dəstək verməsi, hakimiyyətdən parlament seçkilərinin azad və ədalətli keçirilməsi tələbləri və Azərbaycandakı mövcud siyasi situasiya ilə bağlı Qərb təşkilatlarının bəyanatlar yayması iqtidarın narahatlığını bir qədər də artırır. Ölkədə baş verən nə varsa, hamısı seçkiyə – millət vəkilliyi uğrunda mübarizəyə aparılan savaşına hesablanıb. Hamı da bir ağızdan seçkinin demokratik keçirilməsinin vacibliyindən danışır. Hətta Moskvada səfərdə olan ABŞ prezidenti C.Buşun milli təklükəsizlik məsələləri üzrə müşaviri Steven Hedli də «Ria Novosti» agentliyinə müsahibəsində Azərbaycanda keçiriləcək seçkiyə toxunub. O deyib: «Əgər seçkilər keçirilirsə, azad və ədalətli olmalıdır. Azərbaycana lazım olan budur». Sonra o bildirib: «Biz inanırıq ki, xalq öz iradəsini ifadə edəcək. Biz yalnız o zaman əmin olacağıq ki, Azərbaycan doğru yoldadır».

Lakin hadisələrin gedişi göstərir ki, proseslərin getdikcə daha da qızışacağı, mənfi istiqamət götürəcəyi, hətta vətəndaş qarşıdurması həddinə çatacağı istisna deyil.

Hər bir namizədin platforması olduğu məlumdur və o da bəllidir ki, orada namizəd deputat kimi görəcəyi işlər barədə məlumat verir. Ancaq son illərin təcrübəsindən görünür ki, namizədlərin platforması demək olar ki, formal xarakter daşıyır və seçkilərdən sonra həm seçicilər, həm də seçilən tərəfindən unudulur və bir də 5 ildən sonra yada düşür. Indi də bəzi iqtidar və iqtidaryönlü namizədlər seçicilərin səsini ALMAQ üçün «xeyriyyəçilik» fəaliyyətinə başlayırlar. Mənbəyi məlum olmayan küllü miqdarda pul xərcləyib yollar çəkdirir, xeyir-şər evi tikdirməyə söz verir. Hətta həyasızlıq o həddə çatıb ki, bəzi iqtidar və iqtidaryönlü namizədlər öz adamlarını qapı-qapı gəzdirib insanlara pul, alma-armud, bostan məhsulları, qənd-çay paylatdırırlar.

Qeyd edək ki, Ilham Əliyevin siyasətini davam etdirdiyi atası Heydər Əliyevin özü də 1993-cü ildə qanuni iqtidarı ölkədə vətəndaş qarşıdurması yaratmaqla, zor gücünə devirmişdi və hakimiyyəti qəsb etmişdi. Onun oğlu isə bu və ya digər formada 1993-cü ildə baş verənləri ölkədə təkrarlayıb, hakimiyyəti bir daha qəsb etmək istəyir.

Istər I.Əliyev, istərsə də Ramiz Mehdiyev çox gözəl bilir ki, onların çıxış yolu çox məhduddur. Azad və demokratik seçkilər keçirməkdən ötrü siyasi iradəsi olmayan bu şəxslər üçün optimal çıxış yolu Azərbaycanda vətəndaş qarşıdurması yaratmaqdır. Artıq bu qarşıdurmanın işartıları görünməkdədir. Əyalətlərdən, çadır şəhərciklərindən pulla vətəndaşları ələ alan iqtidar onları Bakıya, müxalifət partiyalarının qərargahlarına, müxalifət nüməyəndələrinə doğru yönəldir, məqsədli şəkildə qarşıdurma yaradır.

Seçki prosesinin heç bir mərhələsinə qarışmaq səlahiyyətində olmayan icra strukturları, bələdiyyə qurumları imzatoplama kampaniyası dövründə bir çox qanunsuzluqlara yol verib, iqtidar və iqtidaryönlü bəzi namizədlər üçün imzatoplama kampaniyasında fəal iştirak etdikləri kimi, indi də təşviqat kampaniyası dövründə də həmin qurumlar iqtidarın namizədlərinin xeyrinə qanunsuz olaraq təbliğat da aparırlar, onların müxalifətdən olan alternativlərinin nüfuzdan salınmasına xidmət edən hərəkətlərə də yol verirlər. Icra strukturlarının seçki prosesinin gedişinə müdaxilə etməsi və vətəndaşın seçki hüququnun pozulmasına yönəlik hərəkətləri cinayət xarakterli əməllər hesab olunur və bununla bağlı Cinayət Məcəlləsində müvafiq maddələr nəzərdə tutulub. Çox təəssüf ki, seçkilərin gedişinə maneolma və seçki saxtakarlıqlarının edilməsinə dair bu məcəllələrdə yüngül cəzalar nəzərdə tutulub. Həm bu, həm də hakimiyyətin bu məsələdə siyasi iradə nümayiş etdirməməsi icra strukturlarını bu əmələ sövq edən əsas amillərdir.

Məsələn, 12 saylı Qaradağ-Binəqədi-Yasamal Seçki Dairəsindən «Azadlıq» blokunun vahid namizədi Solmaz Ələsgərovanın və blokun Seçki Qərargahının təbliğat plakatları yararsız hala salınmışdır. S.Ələsgərovanın Seçki Qərargahından verilən məlumata görə, Qaradağ rayonunda namizədin plakatlarının üstündən YAP-ın namizədinin şəkili vurulmuşdur. Eyni zamanda, Qaradağ rayonunda «Azadlıq» blokunun təbliğat plakatlarının üstündən də başqa şəkillər vurulmuşdur. («Bakı-Xəbər», 25.10.2005-ci il.)

Indiki iqtidarın hakimiyyətdə olduğu dövrdə keçirilən bütün seçkilərdə inzibati, dövlət resurslarından istifadə olunub. Seçkilər də məhz bu resursların hesabına saxtalaşdırılıb. Indiki seçkilər də bu baxımdan isisna təşkil etmir. Ən maraqlı hal isə budur ki, həmin resurslar seçki komissiyalarında cəmləşib. Qanunla qadağan olunsa da, dövlət və bələdiyyə qulluğunda çalışanlar bu gün də dairə və məntəqə seçki komissiyalarına rəhbərlik edirlər, komissiya üzvləridirlər. Heç şübhəsiz ki, seçkilərin saxtalaşdırılması prosesində onların tutduğu vəzifə, tabeçiliklərində olan işçilər əvəzsiz rol oynamaqdadırlar.

Məsələn, 125 saylı Zəngilan-Qubadlı Dairə Seçki Komissiyasının 1 saylı məntəqə seçki komissiyasının üzvlərindən biri Zəngilan rayonun baş həkimi Eldar Babayevdir. Baş həkimin müavini Məzahir Qocayev isə 2 saylı məntəqə komissiyasının üzvüdür. 3 saylı məntəqənin sədri isə həm də rayonun təhsil şöbəsinin inspektoru Hikmət adlı bir şəxsdir. Həmin komissiyanın başqa bir üzvü Almaz Osmanova təhsil şöbəsində vəzifə sahibidir.

5 saylı məntəqənin üzvləri arasında rayon Su Idarəsinin müdiri Alay Həsənov da var. 7 saylı məntəqənin sədri isə təhsil şöbəsinin inspektoru Ismayıl Alverdiyevdir. 8-ci məntəqədə də təhsil şöbəsinin rəhbər işçiləri var. Onlardan biri inspektor Akif Quliyevdir. Bu məntəqədəki vəzifə sahibləri arasında «Çinar» dövlət meşə qoruğunun direktoru da var. 125 saylı dairənin 13-cü məntəqə komissiyasının üzvlərindən biri olan Əli Məsimov Zəngilan Sosial Müdafiə və Məşğulluq Idarəsinin rəhbəridir. 17 saylı komissiyanın sədri Məhəmməd Qarayev Zəngilan «Qaçqınkom»un yerli şöbəsinin inspektorudur, 19-cu məntəqənin üzvü Şikar Məmmədov isə Iqtisadi Inkişaf Nazirliyinin yerli şöbəsinin müdiridir.

Qeyd edək ki, yuxarıda adları göstərilən şəxslərin hər birinin vəzifəsi dövlət qulluğu sayılır. Belə şəxslərinsə seçki komissiyalarında işləməsi qadağandır. Qanunla bu kimi hallar aşkarlandığı halda üç gün müddətində dairə seçki komissiyasının qərarı ilə onlar vəzifələrindən azad olunmalıdırlar.

«Korrupsiyaya qarşı mübarizə haqda» qanunun 9.3.1 maddəsinə görə isə xidməti vəzifəsini (səlahiyyətləri) icra etdiyi dövrdə elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, digər ödənişli vəzifə tutmaq və yaxud fəaliyyət növü ilə məşğul olmaq qadağandır. Belə ki, qanunun 9.3 maddəsiylə vəzifəli şəxsin belə hərəkətləri korrupsiyaya şərait yaradan hüquqi pozmalar hesab olunur.

Respublika ictimaiyyətinə yaxşı məlumdur ki, əksər məntəqə seçki komissiyalarına məktəb direktorları, onların müavinləri rəhbərlik edir. Məktəb direktorları və direktorun müavinləri də vəzifəli şəxs olduqlarından, məntəqə və dairə seçki komissiyalarında seçkilər dövründə pul təminatı verildiyindən komissiya üzvü, katibi və sədri ola bilməzlər. Belə şəxslər seçkidən kənar dövrlərdə də dairə seçki komissiyalarının sədri və katibi vəzifələrini tuta bilməzlər. Qeyd edək ki, qanunvericiliyin pozulduğu hallarda hüquqi məsuliyyət də nəzərdə tutulub. («Yeni Müsavat», 31.08.2005-ci il.)

«Bakı-Xəbər» qəzetinin (28.09.2—5-ci il) verdiyi məlumata görə 33 saylı Xətai 1-ci Seçki Dairəsindən deputatlığa namizəd Anar Allahverdiyev mətbuat konfransı keçirib, bildirdi ki, tədbiri keçirməkdə məqsəd həmin dairədə baş verən qanun pozuntularını lentə almaq istərkən, onun vəkili Vüqar Eyvazovun YAP-ın vahid namizədi Hüseynbala Mirələmovun adamları tərəfindən döyülməsilə bağlı ictimaiyyəti məlumatlandırmaqdır.

Seçkilər yaxınlaşdıqca hakimiyyət nümayəndələrinin seçki prosesinə müdaxiləsi daha kobud xarakter alır. Prezident Ilham Əliyevin 11 may sərəncamı indi tamamilə lazımsız kağız parçasına çevrilib. Heç bir icra hakimiyyəti bu sərəncamdan irəli gələn tələbləri yerinə yetirmək istəmir.

Görünür, Prezident Aparatında Ramiz Mehdiyevin sədrliyilə keçirilən müşavirələrdə onlara bu sərəncamın formal xarakter daşıdığını bildiriblər. Belə olmasaydı, məsələn, 117 saylı Oğuz-Qəbələ Seçki Dairəsində icra hakimiyyəti orqanları seçkilərə açıq müdaxilə edə bilməzdilər.

 Verilən məlumata görə, bu dairədə icra hakimiyyəti orqanları deputatlığa namizədlərdən biri olan Bakı Olimpiya Mərkəzinin prezidenti Eyvaz Qurbanovun açıq təbliğatına girişiblər. Qeyd edək ki, E.Qurbanov Dövlət Gömrük Komitəsinin sədri Kəmaləddin Heydərovun (Hazırda Fövqəladə Hallar Naziri) yaxın dostudur. Hətta qəzetlərin məlumatına görə, bir neçə gün bundan əvvəl K.Heydərov E.Qurbanovu Qəbələnin bir neçə kəndində «gələcək deputat» kimi camaata təqdim edib. Bunun kobud qanun pozuntusu olduğunu izah etməyə, fikrimizcə, ehtiyac yoxdur. Bu qanunsuzluqdan K.Heydərovun yaxın qohumu olan Qəbələnin icra başçısı da «faydalanıb». Belə ki, verilən məlumata görə, Qəbələ Icra Hakimiyyətinin nümayəndələri qanunu və Ilham Əliyevin 11 may sərəncamını pozaraq, namizədlərdən birinin – Eyvaz Qurbanovun təbliğatına başlayıblar.

22 sentyabrda Qəbələ Icra Hakimiyyətinin iqtisadiyyat şöbəsinin müdiri Nofəl Süleymanov rayonun Mixloqoaq kəndində E.Qurbanovu seçicilərə təqdim edib və onu bir xeyli tərifləyib. Bu görüşdən sonra adıçəkilən kəndin və eləcə də rayonun Yemişənli, Tikanlı kəndlərinin icra nümayəndələri və bələdiyyə sədrləri E.Qurbanovun təbliğatına başlayıblar. Onun təşviqat plakatlarını da rayon ərazisində məhz icra nümayəbndələrilə bələdiyyə sədrləri yerləşdirir. Bu isə, təbii ki, rayonda seçkilərin saxtalaşdırılmasına hazırlığın getdiyini əyani təsdiqləyir. («Baklı-Xəbər», 23.09.2005-ci il)

43 saylı Sumqayıt 3-cü Seşki dairəsindən 6 nəfər deputatlığa namizədin imzası ilə 27 oktyabr 2005-ci ildə bəyanat yayılıb. Bəyanatda deyilir: «43 saylı Sumqayıt üçüncü Seçki Dairəsində dairə komissiyası bu dairədən deputatlığa namizədlər Nizami Isgəndərovun və Məmmədtağı Ibrahimovun qanunsuz əməllərinə göz yumur».

Sənəddə dairədəki qanunsuzluqlarla bağlı dövlət başçısına, MSK-ya, Sumqayıt şəhər Icra Hakimiyyətinə dəfələrlə müraciət olunduğu, amma qanunsuzluqların qarşısının alınmadığı bildirilir. Müəlliflər qeyd edirlər ki, adları çəkilən bu namizədlər seçicilərə tikinti materialları, məktəb çantası, pul paylamaq kimi qanunsuz vasitələrdən istifadə edir. «Biz deputatlığa namizədlər parlament seçkilərini demokratik keçirməyə borclu olan dövlət qurumlarından vəzifə borclarını yerinə yetirmək üçün vətəndaşların haqlarını qorumağı tələb edirik» - deyə sənədin sonunda vurğulanır.

26 dekabr 2005-ci ildə «Azadlıq» blokunun Mərkəzi Seçki Qərargahına daxil olan məlumata görə, Şəmkir rayonunda seçki qanunvericiliyi və Ilham Əliyevin sərəncamının tələbləri kobud surətdə pozulur.

Digər bir fakt. Rayonda büdcədən maliyyələşən idarə, müəssisə, təşkilat rəhbərlərinin və bələdiyyə sədrlərinin müşavirəsində Şəmkir rayon Icra Hakimiyyəti başçısının birinci müavini T.Məmmədov çıxış edərək, 98 saylı Seçki Dairəsindən Azər Əmiraslanovun, 99 saylı Şəmkir kənd dairəsindən Məlahət Həsənovanın, 100 saylı Şəmkir-Daşkəsən Seçki Dairəsindən Mübariz Qurbanlının deputat seçiciləyinin artıq həll olunduğunu bildirərək, bu barədə icra strukturlarının rəhbərlərinə müvafiq iş aparmaları barədə tapşırıqlar verib.

56 saylı Xaçmaz kənd Seçki Dairəsindən müxalifət tərəfdən vahid namizəd Azər Həsrət 22 sentyabr 2005-ci ildə başvermiş qanun pozğunluqları ilə bağlı mətbuat konfransı keçirib qeyd etdi: «Belə ki, bəzi obyektlərdə mənim plakatlarımın yapışdırılmasına maneçilik törədilir. Konkret olaraq, dövlət obyektlərində isə, ümumiyyətlə, YAP-ın namizədi Nizami Xudiyevdən başqa heç kimin plakatlarının yapışdırılmasına imkan verilmir. Halbuki, seçki qanunvericiliyində namizədlərin hər birinin təbliğat plakatlarının asılmasına bərabər şərait yaradılmalıdır». A.Həsrət bildirdi ki, həmçinin, özəl obyektlərdə də polis müdaxiləsi nəticəsində namizədlərin plakatlarının yayılması məhdudlaşdırılır: «Həmin obyektlərin sahibləri etiraf edirlər ki, onlar öz işlərini təhlükə altında qoymamaq üçün, məcburdurlar ki, plakatları məhdudlaşdırsınlar. Rayonun iki kəndində nəqliyyatda mənim plakatlarımın polis tərəfindən müsadirə olunması halları qeydə alınıb. Həmçinin, mənim seçki kampaniyamda fəal iştirak etdiyinə görə, müsavatçı Loğman Məmmədov da polis zorakılığı ilə üzləşib. Bütün bunlara aydınlıq gətirmək məqsədilə Xudat Şəhər polis bölməsinin rəisi Azər Əliyevlə görüşməklə ona etiraz etdim və ondan seçki kampaniyası ilə bağlı iradlarını ancaq mənə bildirməsini tələb etdim».

Daha sonra A.Həsrət YAP-ın namizədi Nizami Xudiyevin qanunsuz əməlləri və bununla bağlı tədbir görülməməsi faktlarına toxundu. Bildirdi ki, seçki qanunvericiliyinin tələblərinə görə, prezidentdən, Milli Məclis və bələdiyyə üzvündən başqa bütün şəxslər namizədliyi qeydə alındıqdan sonra tutyduğu vəzifəsindən istefa verməli olduğu halda, N.Xudiyev seçki kampaniyası dövründə «xeyriyyəçilik» fəaliyyətilə məşğul olur ki, bu da Seçki Məcəlləsinin tələblərinin kobud surətdə pozulması deməkdir: «N.Xudiyev kəndlərə görüşə getdikdə məktəblərə kompüter bağışlayır. Konkret mənim doğulduğum Dədəli, həmçinin Qocalı kəndindəki məktəblərə iki kompüter bağışlayıb. Qusarçay kəndindəki məktəbin dam örtüyünün təmirini də öz üzərinə götürüb. Həmçinin o, Xudat şəhər xəstəxanasına 50 min dollarlıq ultrasəs müayinə aparatı da bağışlayıb»

Oxucuların nəzərinə çatdırıram ki, müxalifət tərəfdən vahid namizəd olan Azər Həsrət 56 saylı Xaçmaz kənd Seçki Dairəsinin ərazisində doğulub, boya-başa çatmış, respublika ictimaiyyəti arasında vətənpərvər, milli ruhlu, mərd, iadəli və mübariz adam kimi tanınmış, məşhur jurnalistlərdən biridir. Nizami Xudiyev isə naxçıvanlıdır və Xaçmaz rayonunun 56 saylı Seçki Dairəsindən YAP-ın vahid namizədidir. Ona görə də bu məsələyə münasibət bildirilməsini oxucuların öhdəsinə buraxıram.

«Azadlıq» blokuna daxil olan partiyalar avqustun 30-da Biləsuvar, Tovuz, Zaqatala, Gəncə və Saatlıda, 31-də isə Lənkəran, Imişli və Sabirabadda kütləvi aksiyalar keçiriblər. Rayonlarda mitinqə blokun müəyyənləşdirdiyi yerdə deyil, ucqar ərazilərdə razılıq verilmişdi. Mitinqin təşkilatçıları bunun qanuna zidd olduğunu bildirərək, özləri müəyyənləşditrdiklətri yerlərdə, yəni rayon mərkəzlərində aksiyanı reallaşdırıblar. Nəticədə bütün bölgələrdə aksiya baş tutsa da, insanlar polis zorakılığına məruz qalıblar.

Məsələn, ölkənin ikinci böyük şəhərində – Gəncədə keçirilən tədbirdə ADP sədrinin müavini Həsrət Rüstəmov, Müsavat Partiyasının rəhbərlərindən Qubad Ibadoğlu, Əhməd Əsgərov, AXCP-dən olan millət vəkili Nizami Quliyev iştirak edib. Mitinq barədə «Bakı-Xəbər» qəzetinə məlumat verən Həsrət bəy bildirib ki, mitinqin təşkilatçıları saat 17:00-dan 18:00-dək şəhərin mərkəzində mitinq keçirmək məqsədilə icra hakimiyyətinə müraciət etsələr də, aksiyaya şəhərin kənarında yerləşən «Spartak» stadionunda razılıq verilib: «Təşkilatçılar bunun ilk mitinq olduğunu nəzərə alaraq, orada mitinq keçirməyə qərar veriblər. Nəzərə çatdırım ki, miinqlə bağlı təbliğat aparılmasına imkan verilməyib. Iyulun 30-da isə səhər saatlarından şəhərin bütün giriş-çıxışları nəzarətə götürülmüşdü. Çevik Polis Dəstəsinin əməkdaşları, Daxili qoşunların əsgərləri silahla şəhərdə gəzişərək, insanların «Spartak» istiqamətində getməsinə əngəllər törədirdi. Aksiyaya təxminən iki saat qalmış isə stadiona gələn bütün yollar bağlandı. Polis idarəsinin rəisi, müavinləri, icra hakimiyyətinin rəhbərliyində təmsil olunan şəxslər, o cümlədən ətraf rayonların rəhbərliyi, təhsil şöbələrinin rəhbərləri «Spartak» qarşısında toplaşdlar. Onlar minlərlə insanın aksiyaya qatılmasına imkan vermədilər. Onları işdən çıxarmaqla hədələdilər. Lakin bütün bu təzyiqlərə, təqiblərə baxmayaraq, «Azad seçki», «Repressiyalara son qoyulsun», «Korrupsiya və rüşvətxorluğa yox» şüarları altında keçirilən mitinqdə təxminən 2 min nəfər insan iştirak etdi və tədbir alındı».

Sabirabadda keçirilən mitinqdə isə polis zorakılığı ən yüksək həddə çatıb. Mitinq iştirakçıları şəhərin mərkəzində aksiyaya başlayan anda yerli polis idarəsinin və Daxili Qoşun hissələrinin əməkdaşları, eləcə də Bakıdan gətirilmiş qara maskalı şəxslərin zorakılığına məruz qalıblar: «AXCP Rəyasət Heyətinin üzvü, tanınmış jurnalist Xaliq Bahadur, partiyanın Sabirabad rayon şöbəsinin sədri Səttar Şahlarov və 30-dan artıq mitinq iştirakçısı qəddarcasına döyülərək polis idarəsinə aparılıb. Həbs olunanların arasında AXCP sədrinin müşaviri Hacı Vaqif Kazımov, Gənclər Komitəsinin sədri Seymur Həziyevlə yanaşı 64 saylı ikinci Sabirabad Dairəsindən deputatlığa namizəd Xaliq Bahadır da vardır. Rayon Polis Idarəsinin müavini Zülfü Isayev tərəfindən deputatlığa namizəd X.Bahadır möhkəm döyülmüş və o, alın və burun nahiyyəsindən ciddi xəsarətlər alıb və ona heç bir tibbi yardım göstərilmədən polis idarəsində saxlanılmışdır. Sabirabadda həbs olunanların sayı 37 nəfər olmuşdur».

Lənkəran müxalifətçilərinə də aksiya keçirməsinə polis imkan verməyib. Bu barədə mətbuata ADP Lənkəran Təşkilatının sədri Sərdar Əliyev məlumat vermişdir. O bildirir ki, onlar saat 17:00-dan 18:00-dək şəhərin mərkəzi meydanında mitinq keçirmək niyyətində olublar: «Lakin Icra Hakimiyyəti aksiyaya icazə vermədiyinə görə, səhər saatlarından polislər müxalifətçiləri evlərindən, təmsil etdikləri partiyanın yerli şöbəsinin qərargahından kənara çıxmağa qoymadılar. Bütün yolları bağlayıblar, hətta mitinqə deyil, bazara, qohumunun evinə gedən insanların da hərəkət etməsinə imkan vermirlər. Sanki rayon mərkəzində fövqəladə vəziyyətdir. Onu da nəzərə çatdırım ki, Lənkəranda planlaşdırılan mitinqi müşahidə etmək üçün ATƏT və ABŞ səfirliyinin nümayəndələri də bura gəlmişdilər. Bütün bu hadisələr onların gözü qarşısında baş verdi».

APA-nın Şirvan bürosu məlumat verib ki, Şamaxının mərkəzində, o cümlədən «Kolxoz bazarı» adlanan ərazidə deputatlığa namizədlərin (Şübhəsiz ki, burada müxalifətçi namizədlər nəzərdə tutulur. – N.Ağayev) plakat və şəkilləri naməlum şəxslər tərəfindən cırılaraq yararsız hala salınır.

17 sentyabr 2005-ci ildə hüquq müdafiəçiləri Murad və Rəna Sədəddinovlar Beynəlxalq Mətbuat Mərkəzində mətbuat konfransı keçiriblər. Konfransı giriş sözü ilə açan R.Sadəddinova bildirdi ki, tədbir seçki prosesi zamanı üzə çıxan qanun pozuntuları ilə bağlıdır: Biz namizəd kimi deyil, hüquq müdafiəçiləri kimi silsilə tədbirlər keçiririk. Bir müddət əvvəl seçiciləri və namizədləri narahat edən əsas məsələlərdən biri olan şəxsiyyət vəsiqələrilə bağlı toplantı keçirdik və həmin toplantıdan sonra bu məsələ hamını düşündürdü, problemin həlli istiqamətində müəyyən işlər görüldü».

Rəna xanımın sözlərinə görə, onlar öz təcrübələrinə əsasən seçki siyahıları üzərində araşdırma aparıblar və çoxlu sayda qanun pozuntuları aşkar ediblər: «Biz 22 saylı Nəsimi ikinci Seçki Dairəsində araşdırma apardıq və məlum oldu ki, çoxlu sayda insanın adı seçki siyahılarına salınmayıb. Bir gündə aşkarladığımız 500 faktla bağlı həmin şəxslərin adını yazıb, ərizə şəklində MSK-ya təqdim etdik. Amma çox təəssüfləndirici haldır ki, MSK-da bizdən ərizəni qəbul edən katibliyin əməkdaşı Gültəkin Məmmədli sənədin qəbul edilməsilə bağlı heç bir qeydiyyat aparmadı. Bu da bizdə şübhə doğurur. Çünki sonra geniş şəkildə şikayətlər olanda, deyəcəklər ki, bizə belə bir ərizə daxil olmayıb».

Murad Sadəddinov isə öz növbəsində, R.Sadəddinovanın sözlərinə əlavə olaraq dedi ki, MSK sədri Məzahir Pənahovun onlara hər hansı bir şikayət daxil olarkən heç bir sənədə imza atmamalarını tapşırdığını deyib: «Rəsmi idarəyə şikayət verərkən şikayətçidə rəsmi qeyd olunmalıdır ki, bu ərizə qəbul edildi. Bunu nə DSK edir, nə də MSK».

Seçkiqabağı təşviqatla bağlı müxalifət tərəfdən olan namizədlərə qarşı dövlət orqanları, bələdiyyə qurumları və hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən olan qanun pozğunluqları həddən artıq çox olduğundan, bu barədə yuxarıda yazılanla kifayətlənirəm.

C. SEÇKI GÜNÜ VƏ SEÇKI SONRASI

Azərbaycanda həqiqətən də, seçkilər indiyə qədər ictimai arzuların reallaşmasına imkan yaratmayıb. Cəmiyyətdə seçkilərə bəslənən ümidlər dəfələrlə boşa çıxıb. Bu dəfə də belə oldu: namizədlər arasında ayrı-seçkilik, icra strukturlarının müdaxiləsi, seçkilərdə iştirak edən partiya bloklarının, ayrı-ayrı partiyaların namizədlərinin, müstəqil namizədlərin və seçicilərin sərbəst toplaşmaq azadlıqları pozuldu, polis zorakılıqları baş verdi, müxalifət təmsilçilərinin əsassız həbsləri həyata keçirildi, yüzlərlə seçicilərin adı seçki siyahılarından çıxarıldı, qutulara hakim partiyanın xeyrinə qanunsuz bülletenlər atıldı, seçicilərə açıq təzyiqlər edildi və s. Bütün bunlarla əlaqədar 7 noyabr 2005-ci ildə seçkilərin nəticələrinə dair «Azadlıq» siyasi partiyalar blokunun ilkin rəyi açıqlanmışdır. Bu ilkin rəy «Yeni Müsavat» qəzetində (8 noyabr 2005-ci il) ixtisarla dərc olunmuşdur. Onu aşağıda verirəm.

Təqdim olunan ilkin rəy əsas etibarı ilə «Azadlıq» blokunun namizəd irəli sürdüyü 116 seçki dairəsində, bu iş üçün əvvəlcədən müəyyən edilmiş 5 mindən çox müşahidə hüquqlu şəxsin (namizəd, səlahiyyətli nümayəndə, vəkillər, məşvərətçi səs hüquqlu üzvü və müşahidəçilər) təqdim etdiyi məlumatlar, şikayətlər, protokol surətləri və s. sənədlərin əsasında hazırlanmışdır.

Artıq səhər saatlarından etibarən məntəqələrdən kütləvi seçki saxtakarlıqlarının olması barədə məlumatlar daxil olmağa başlamışdı. Səsvermə başa çatdıqdan sonra aşağıdakı qanun pozuntuları qeydə alınmışdır.

Respublika üzrə cəmi: – 21104 qanun pozuntusu qeydə alınmışdır. O cümlədən:

1. Müşahidəçilərə təzyiq göstərilməsi – 5598;

2. Hakimiyyət orqanının üzvü seçki prosesinə müdaxilə edib -2267;

3. Barmağa mürəkkəb vurmadan səs verib -1782;

4. Seçiciyə kimə səs verməsi barədə təzyiq edilib – 1812;

5. Məntəqədə namizədin xeyrinə təbliğat aparılıb – 1425;

6. Bir nəfər bir neçə nəfərin əvəzinə səs verib – 1271;

7. Seçki məntəqəsinə kənar şəslər daxil olub – 1244;

8. Qutuya dəstə ilə bülleten atılıb – 1152;

9. Barmaq yoxlanılmadan səs verib – 1122;

10. Komissiya üzvü hər hansı namizədin əleyhinə (lehinə) təbliğat aparıb – 791;

11. Komissiya üzvlərinə təzyiq göstərilib – 745;

12. Səsvermə başlayana qədər Seçki Məcəlləsinin tələbləri pozulub – 577;

13. Polis seçkiyə müdaxilə edib – 283;

14. Səsvermə kabinələrindən kənarda səs verilib – 271;

15. Daşınan seçki qtusundan sui-istifadə edilib – 258;

16. Şəxsiyyət vəsiqəsi olmadan seçiciyə bülleten verilib – 225;

17. Əlavə seçici siyahıları tutulub – 189;

18. Komissiya üzvləri və ya müşahidəçilər həbs edilib və polis tərəfindən saxlanılıb – 83;

19. Əllərdə bülleten tutulub – 75;

20. Digər pozuntular – 96.

Həmçinin səsvermədə və səslərin hesablanması zamanı qeydə alınmış qanun pozuntularının ilkin ümumiləşdirilməsi zamanı da çoxlu sayda pozuntular müəyyən edilmişdir.

Həmçinin noyabrın 7-də Seçkiləri Beynəlxalq Müşahidə Missiyasının (SBMM) ilkin rəyi açıqlanmışdır. Missiyanı ATƏT-in Parlament Assambleyası, AŞ PA, Avropa Parlamenti və NATO Parlament Assambleyası birgə təşkil edib. SBMM-nin rəyini yüzlərlə yerli və xarici jurnalistlərin, beynəlxalq seçki müşahidəçilərinin iştirak etdiyi mətbuat konfransında ATƏT-in Azərbaycandakı seçkiləri müşahidə edən qısamüddətli missiyanın koordinatoru, ABŞ Konqresinin üzvü, ATƏT Parlament Assambleyasının prezidenti Elen Heslinq açıqladı.

Heslinq bildirdi ki, müşahidə missiyasına dünyanın 42 ölkəsindən 665 müşahidəçi daxil olub. Onların qarşısında seçkilərin ATƏT-in qoyduğu öhdəliklərə və demokratik seçkilərə dair beynəlxalq standartlara uyğun olub-olmadığını müəyyən etmək vəzifəsi qoyulmuşdu. «Seçkiqabağı dövrdə bəzi məsələlərlə bağlı, xüsusilə də namizədlərin qeydiyyata alınması ilə əlaqədar irəliləyişlər müşahidə edilsə də, seçki prosesinin əsas məqamları, məsələn seçkilərin qeydiyyatı ilə bağlı ciddi şübhələr yaranıb, fundamental hüquqlardan olan sərbəst toplaşmaq azadlığı üzərinə məhdudiyyətlərin qoyulması seçkiqabağı kampaniyanı pozub» deyə rəydə vurğulanıb. E.Helsinq bəyan edir ki, seçki günü səsvermə prosesi səslərin sayılması və hesablanması zamanı kəskin şəkildə pisləşib, xüsusən vəziyyət səslərin hesablanması mərhələsinə doğru getdikcə pisləşməkdə davam edib. «Mən və başqa beynəlxalq müşahidəçilər səssayma prosesinin çoxsaylı pozuntularla müşayət olunmasının şahidi olmuşuq. Rəsmi olaraq siyasi iradənin ifadə olunmasına və seçkilərə dair prezident strukturları həmin sərəncamlara əməl etməyib. Seçicilərin barmaqlarının mürəkkəbə batırılması seçkilərə etimadın artmasına xidmət edən tədbir olub, lakin missiya narahatdır ki, bu qərar cəmi iki həftə əvvəl verilib».

ATƏT müşahidəçilərinin əlaqələndiricisi əlavə etdi ki, seçicilərin barmaqlarının mürəkkəbə batırılması bir çox yerlərdə yaxşı həyata keçirilməyib. «Seçki komissiyalarının tərkibi də bizi çox narahat edir. Hazırki tərkibdə seçki komissiyaları seçki prosesi zamanı bütünlüklə hakimiyyətdən olan namizədlərin maraqlarına xidmət edib. Bu da seçkilərin müstəqil və dürüst şəkildə idarə olunmasına inamı azaldıb. Ona görə də seçki komissiyalarının tarazlaşdırılmış qaydada təşkil olunması çox böyük əhəmiyyət kəsb edir».

Daha sonra AŞ PA müşahidəçilərinin rəhbəri, Hollandiya parlamentinin üzvü Leo Platfeld seçkilərə dair öz fikirlərini bildirdi. «Bu seçkilərə gedən yol yaxşı məramlar və çox pis seçkilər praktikasından ibarət olub» deyə Platfeld söylədi. Onun sözlərinə görə, müsbət məqamlar bütün namizədlərə pulsuz efir vaxtının verilməsi və namizədlərin qeydiyyatıdır. Pis praktikaya isə seçki kampaniyası dövründə KIV-də təbliğatın əsasən YAP-ın xeyrinə aparılması, sərbəst toplaşmaq azadlıqlarına qadağa qoyulması və nümayişçilərə qarşı polisin qeyri-adekvat güc tətbiq etməsi, çoxsaylı müxalifət tərəfdarlarının və namizədlərinin tutulması, seçkilərə qanunsuz müdaxilə edən rəsmilərin heç birinin cəzalandırılmaması və başqa faktlar daxildir. «Seçki günü baş verənlər isə bütövlükdə seçkinin nəticələrinə inamın azalmasına səbəb olub. Buna aid misal: bizim müşahidəçilərimiz bülletenlərin sayılması prosesini 43 faizini pis ya çox pis qiymətləndirib». AŞ PA nümayəndə heyətinin rəhbəri bəyan etdi ki, barmaqlara mürəkkəbin vurulması da yaxşı icra olunmayıb və dəfələrlə səsvermə halları yenə qeydə alınıb. «Bu məsələ aydındır ki, bu seçkilər Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməyə yaxınlaşdırmayıb. Bu istiqamətdə çox ciddi iş görülməlidir. Məsələn, Azərbaycan hakimiyyəti Seçki Məcəlləsini çox ciddi şəkildə təkmilləşdirməlidir. Lakin demokratik prinsiplərə əməl olunması hər gün baş verməlidir. Sabah müxalifətin dinc yürüşünə icazə verilməsi bu istiqamətdəki addımlardan biri ola bilərdi».

Avropa Parlamentinin cəmi 7 nəfərdən ibarət nümayəndə heyətinə başçılıq edən Mariya Anna Ister isə bildirdi ki, onlar Azərbaycanda çox qısa müddət olduqlarına görə bütövlükdə seçki prosesini təhlil etmək imkanları olmadığı, həbslər, namizədlərin təqib olunması faktlarının qeydə alındığını vurğuladı. O, seçki günü barmaqlara mürakkəb vurulması prosesinin səmərəli həyata keçirilmədiyini, səslərin sayılmasında ciddi pozuntuların olduğunu da söylədi. Avropa Parlamentinin nümayəndəsi bəyan etdi ki, MSK pozuntularla bağlı şikayətlərə təcili şəkildə baxıb ciddi tədbirlər görməlidir.

Daha sonra ATƏT-in Azərbaycandakı uzunmüddətli missiyasının rəhbəri səfir Gert Arens açıqlama verdi. O, bildirdi ki, I.Əliyevin 11 may sərəncamı seçkilərin keçirilməsinə dair ümidlər yaratmışdı. «Təəssüf ki, seçki günü həyata keçirdiyimiz müşahidələr ümidlərimizi doğrultmadı. Seçki gününə dair müsahibələrimizin 3 minə yaxın hesabatı nəzərdən keçirilib. Həmin hesabatda səslərin sayılmasına, seçki prosesinə çoxsaylı qanunsuz müdaxilələrə dair ciddi pozuntular öz əksini tapıb». Arens bəyan etdi ki, I.Əliyevin 25 oktyabr sərəncamına uyğun olaraq, seçki günü qanun pozuntularına yol verən şəxslərin hamısı cəzalandırılmalıdır. «Bunun həyata keçirilməsi çox vacibdır. Biz proses tam başa çatanadək öz müşahidələrimizi davam etdirəcəyik, 6-8 həftə sonra isə seçkilərə dair yekun hesabat açıqlanacaq».

Missiyanın rəyi və səslərin sayılması prosesinin 43 faizinin pis olmasına dair deyilənlər seçkilərin nəticələrinin legitimliyinin tanınması deməkdirmi? Jurnalistlərin bu barədə sualına cavab verən E.Heslinq dedi ki, ATƏT müşahidəçilərə əsasən həmin rəyi hazırlayıb. Lakin seçkilərin nəticələrinin qanuniliyinə qiymət vermək missiyasının səlahiyyətində deyil.

«Hesab etmirsiniz ki, burada deyilənlər seçkilərin ən azından qismən təzədən keçirilməsini zəruri edir? Suala K.Arens cavab olaraq dedi ki, «bu barədə qərarı Azərbaycan hökuməti verməlidir». Bəs, Azərbaycan hakimiyyəti bu barədə ATƏT-dən məsləhət istəsə necə? ATƏT təkrar seçki keçirməyi tövsiyə edərdimi? Arens bu dəfə də birmənalı cavab verməkdən yayınaraq bildirdi ki, hələlik bu barədə onların möbvqeyini hakimiyyət soruşmayıb. «Soruşsalar biz də öz mövqeyimizi bildirərik».

E.Heslinq əlavə etdi ki, həm hakimiyyət, həm də müxalifət seçki pozuntularının aradan qaldırılması istiqamətində zorakılığa yol vermədən, dinc şəkildə fəaliyyət göstərməlidir. «Biz seçki prosesində ciddi pozuntular olduğunu aydın şəkildə bəyan etmişik və hadisələri izləməkdə davam edəcəyik».

Missiyanın seçki kampaniyası və seçki günü baş verənlərə dair açıqlanan ilkin hesabatında əks olunanlar seçkilərin heç bir parametr üzrə beynəlxalq standartlara cavab vermədiyini təsdiqləyir. Bildirir ki, AŞ PA 2006-cı il yanvar sesiyasında bu seçkilərə dair hesabat qəbul edəcək və bundan sonra növbəti addımlar atılacaq. («Yeni Müsavat», 8 noyabr 2005-ci il)

Eyni zamanda Noyabrın 7-də «Azadlıq» bloku liderləri və Milli Bilik Hərəkatının lideri Lalə Şövkət birlikdə mətbuat konfransı keçrdilər.

Tədbiri açıq elan edən ADP baş katibi Sərdar Cəlaloğlu blokun adından noyabrın 6-da keçirilən seçkilərin total şəkildə saxtalaşdırıldığını bir daha bəyan etdi və artıq ilkin rəylərinin hazır olduğunu nəzərə çatdırdı.

O, seçkilərin saxtalaşdırıldığını sübut etmək üçün ADP sədri Rəsul Quliyevin namizəd olduğu 36 saylı Xətai dairəsinin nəticələri barədə danışdı. Sərdar bəy ölkədə yeganə olaraq bu dairənin bütün 32 protokolunu əldə edə bildiklərini dedi. Onun sözlərinə görə, bu protokolların 20-sində Rəsul bəy böyük səs üstünlüyü ilə irəlidədir: «Yalnız 7 məntəqədə Səməd Seyidovun səsləri çoxdur, həmin məntəqələrdən 4-ü isə hərbi hissələrdə yerləşir və orada da hər hansı müşahidə aparılmasına imkan verilməyib. Yerdə qalan beş məntəqədə isə tanınmış vəkil Adil Ismayılovun qazandığı səslər çoxluq təşkil edir». S.Seyidovun guya 85 faizlə qələbə çalması haqda yayılan məlumatların yalan olduğunu bildirən S.Cələloğlu dedi ki, bu, «Azadlıq» blokunun qazandığı səslərlə MSK-nın elan etdiyi nəticələr arasında fərqin nə dərəcədə böyük olduğunu sübut edən göstəricidir.

Sərdar bəy özünün namizəd olduğu 9 saylı Binəqədi dairəsində də vəziyyətin oxşar olduğunu dedi. Belə ki, 19 protokolun 15-də üstünlük əldə etsə də, MSK-ın məlumatlarında bunun əksi qeyd olunub. S.Cəlaloğlu vurğuladı ki, «Azadlıq» blokunun təxminən 50-60 namizədinin nəticələri də oxşardır.

Müsavat başqanı Isa Qəmbər seçki başlanandan saat 19-a qədər böyük saxtakarlıqların olduğunu qeyd edərək dedi ki, blokun Mərkəzi Seçkui Qərargahında 21 min 104 qanun pozuntusu barədə məlumatlaer var. Bu. 113 dairədən toplanan məlumatdır: «Amma köhnə bir lətifədə deyildiyi kimi, əsl qanun pozuntuları saat 19-dan sonra başlanıb. Bu qanun pozuntularının sayı-hesabı yoxdur. Bütün gecəni və bu dəqiqəyə qədər «Azadlıq» blokunun Mərkəzi Seçki Qərargahı işləyib və seçkilərin nəticələrinə dair ilkin rəyimizi hazırlayıb. Bu sənəd ingilis dilinə də tərcümə olunub yayılacaq. Biz 6 noyabr seçkilərinin nəticələrini tanımadığımızı bəyan edirik. Bu seçkilərin nəticələrinin ləğvi və ədalətin bərpası naminə yeni parlament seçkilərinin keçirilməsi üçün Azərbayucan Konstitusiyasında və qanunlarında nəzərdə tutulmuş şəkildə dinc qeyri-zorakı üsullarla qəti və ardıcıl şəkildə mübarizə aparacağıq».

Isa Qəmbər ölkədəki 125 dairədən təxminən 100-də seçkinin nəticələrinin ləğvi üçün kifayət qədər əsaslarının olduğunu dedi. Müsavat başqanı 100-ə qədər dairənin hər biri ilə bağlı əllərində minlərlə faktlar olduğunu diqqətə çatdırdı: «Ona görə də hesab edirik ki, parlament seçkilərinin nəticələrinin ləğvini tələb etməyə tam hüquqi əsasımız var».

AXCP sədri Əli Kərimli Azərbaycanda keçirilən seçkilərin bir neçə mərhələdə saxtalaşdırıldığını qeyd edərək dedi ki, seçki kampaniyası dövründə qeri-bərabər şərait hökm sürüb və bu proses seçki günü kütləvi saxtakarlıqlarla davam edib: «Amma çox əlamqətdardır ki, seçki kampaniyası dövründə və seçki günü baş verən minlərlə pozuntular da hakimiyyətin qələbəsini təmin etməyə imkan verməyib. Ona görə də seçkidə ən kütləvi qanun pozuntuları saat 19-dan sonra başlayıb».

Həmin saatdan sonra baş verən qanun pozuntularını polis əməliyyətının keçirilməsi, komissiya üzvlərinin prosesdən kənarlaşdırılması, qutuların oğurlanması, protokolların yazılmasına imkan verilməməsi, protokollarda müxalifətin qələbəsini görəndən sonra sənədləri müşahidəçilərə verməkdən imtina edilməsi kimi mərhələlərə bölən Əli bəy onu da dedi ki, «Azadlıq» bloku bir çox məntəqələrdə protokolları əldə edə bilməyib.

Əli bəy bir daha vurğuladıki, onlar elan olunmuş nəticələrin ləğv olunması uğrunda hüquqi, demokratik mübarizəyə başlayacaqlar. O, 100-ə qədər qairənin nəticələrinin ləğv olunması üçün məhkəmələrə müraciət olunacağını, bütün məhkəmə instansiyalarını keçəcəklərini və bu prosesin davamı olacağını bəyan etdi.

Milli Birlik Hərəkatının (MBH) sədri Lalə Şövkət də toplantıda çıxış etdi: «Ən əsası odur ki, bu gün Azərbaycan cəmiyyəti, xalqımız bütün qeyri-demokratik, qeyri-bərabər seçkiöncəsi şəraitə baxmayaraq öz ruhunu, demokratiyaya hazırlığını göstərdi. Çox təəssüf ki, iqtidar bu gün demokratik seçki keçirməyə hazır olmadığını təsdiq etdi» MBH lideri dedi ki, bu gün «Azadlıq» bloku ilə birgə olan demokratik düşüncəli böyük qüvvələr var. «Artıq cəbhə formalaşıb və sona qədər demokratiya uğrunda mübarizə aparmaq əzmindədir. Demokratik qüvvələrin əzmi, iradəsi çalışacaq ki, nəhayət, bu ölkədə demokratik, ədalətli seçkilər keçirilsin».

Lalə xanım çıxışını «biz bu mübarizəyə hazırıq və bu mübarizəyə gedirik» sözləri ilə tamamladı.

Indi də bir qism namizədlərin və müşahidəçilərin seçki zamanı baş vermiş qanun pozğunluqları barədə söylədiklərini aşağıda verirəm.

125 saylı Qubdlı-Zəngilan seçki dairəsindən «Azadlıq» bloku tərəfindən vahid namizəd olan tanınmış şair Ramiz Rövşən bildirib ki, namizədliyini irəli sürdüyü dairədə icra başçıları seçkilərə müdaxilə ediblər və YAP namizədi Imamverdi Ismayılovun xeyrinə təbliğat aparıblar. Icra Başçısı Malik Ishaqov iclas keçirərək bildirib ki, «Qutudan R.Rövşən çıxsa, işdən azad ediləcəksiniz». R.Rövşənin sözlərinə görə, sözügedən dairənin məntəqələrində bülletenlər sayılan zaman işıqlar söndürülüb və əlindəki bülletenləri qutuya atan qadın tutulub. O əlavə edib ki, prezidentin verdiyi fərman kağız üzərində qalıb. («Impuls», 11.11.2005-ci il)

43 saylı Sumqayıt Seçki Dairəsindən mamizəd olan, Sosial Ədalət Partiyasının sədri Mətləb Mütəllimli bildirir ki, 15 il müddətində belə saxtakarlıqla rastlaşmamışam: «15 ildi seçki prosesində iştirak etsəm də, 6 noyabrdakı qədər saxtakarlıqla rastlaşmamışam. Qanunsuzluqların dairə və məntəqələr tərəfindən yox, ölkə rəhbərliyi səviyyəsində həyata keçirildiyini düşünürəm. Prezidentin məlum sərəncamları kağızdan başqa bir şey deyildi və beynəlxalq təşkilatlara görüntü yaratmaq üçün imzalanmışdı. Əgər seçki qanunvericiliyinə əhəmiyyət verilmirsə, sərəncam, ümumiyyətlə, yada düşməyəcək. Bütövlükdə Azərbaycanda seçki yox, təyinat oldu. Yadıma Roma imperatoru Kaliqulanın öz atını senat təyin etməsi düşdü. Yaxşı olardı, Ilham Əliyev imperator kimi ona bağışlanan atını da parlamentə deputat təyin edəydi». («Gündəlik Azərbaycan», 22.11.2005-ci il)

23.11.2005-ci ildə APA-ya ekskluziv müsahibəsində Müsavat Partiyasının başqanı Isa Qəmbər deyib: «Biz «Azadlıq» bloku olaraq, digər müttəfiqlərimizlə birlikdə Azərbaycanda köklü demokratik dəyişikliklər uğrunda mübarizə aparırıq. Bu mübarizə seçkidən əvvəlki və sonrakı dövrü əhatə edir. Mübarizənin gedişində hansı diqqəti cəlb edən addımlar, yueniliklər və ya təcrübələrdən istifadə olunacağı həlledici məsələ deyil. Hər halda bizim mübarizəmizin uğurlu sonluqla başa çatacağına və bunun da Azərbaycan variantı adlanacağına ümid edirəm».

Seçkilərdə təmsil olunduğu blokun qalib gəldiyini deyən I.Qəmbər namizəd olduğu 20 saylı Nərimanov birinci Seçki Dairəsilə bağlı protokollar ortaya qoyulmaması ilə bağlı MSK-ya müraciət ünvanlandığını, amma bu qurumun məsələyə normal baxmadığını, buna görə də məhkəməyə müraciət etdiklərini deyib.

Demokratik qüvvələrin saxta seçkilərin nəticələrini aradan qaldırmaq istiqamətində apardığı prinsipial mübarizə günü-gündən güclənir və daha qətiyyətli xarakter alır. Bu mübarizə 11 saylı Qaradağ Seçki Dairəsində daha kəskin xarakter alıb. Çünki, müxalifətin əlində olan rəsmi protokollara və ABŞ-ın «PA Consalting» şirkətinin keçirdiyi «exit-poll»a əsasən həmin dairədən «Azadlıq» blokunun namizədi Yaqub Abbasov böyük fərqlə qalib gəlsədə, nəticələr YAP-ın namizədi Murtuz Ələsgərovun xeyrinə saxtalaşdırılıb. Y.Abbasov məhkəmələrə müraciət etsə də, haqqını əldə edə bilməyib.

«Azadlıq» blokunun 29 saylı Səbəil seçki dairəsindən namizəd, AXCP sədrinin müavini Həsən Kərimov mətbuat konfransı keçirərək sözügedən dairədə baş verən saxtakarlıqlar və MSK-nın «gördüyü tədbirlər» barədə məlumat verdi. H.Kərimov bildirdi ki, o seçkidən dərhal sonra namizəd olduğu dairədə baş verən total saxtalaşdırma faktları ilə bağlı MSK sədri M.Pənahova şikayət ərizəsi göndərib: «Həmin ərazidə göstərilmişdi ki, dairənin 30, 31 və 32 saylı məntəqələrində kobud qanun pozuntuları, saxtakarlıqlar baş verib. Bu üzdən də biz MSK-nın məhz bu məntəqələrindəki pozuntuları araşdırıb, tədbir görəcəyini gözləyirdik. Amma bunun əksinə olaraq, MSK tamamilə başqa məntəqələrin – 20 və 21 saylı məntəqələrin nəticələrinin ləğv edilməsi barədə qərar qəbul etdi ki, həmin məntəqələrdən də birində mən qalib gəlmişdim». H.Kərimov xatırlatdı ki, sözügedən 30, 31 və 32 saylı məntəqələrdən ikisi hərbi hissədə, biri isə Bayıl həbsxanasında yerləşir. «Azadlıq» blokunun MSK-dakı səlahiyyətli nümayəndəsi Sevda Talıblının israrlı tələblərindən sonra M.Pənahov həmin məntəqələrdəki pozuntuların araşdırılacağına söz verib.

Qeyd edək ki 29 saylı dairənin 32 məntəqəsi var ki, onun 29 açıq məntəqəsinin 21-də H.Kərimov bütün rəqiblərini üstələyərək qalib gəlib. Hökumətin «qalib» elan etdiyi Fuad Muradov isə 3 qapalı məntəqədə – hərbi hissələrdə və həbsxanada «etimad» qazanıb. H.Kərimov bildirdi ki, sözügedən müəssisələrdə F.Muradovun xeyrinə fantastik dərəcədə saxtalaşdırma edilib: «Hərbi hissəsnin birində ona 509 səs, mənə 37 səs, digərində ona 779 səs, mənə isə 12 səs yazılıb. Bayıl təcridxanasında Fuad Muradova 447, mənə 104 səs verildiyi bildirilir. Bu adam hərbi xidmətdə olmayıb. Əsgərlərin ona belə çoxluqla səs verməsi nə qədər məntiqlidir? Həmçinin də, məhbuslar ənənəvi olaraq hökumət adamlarına nifrət ediblər. Onların Fuada səs verməsi isə ümumiyyətlə absurddur».

Mətbuat konfransında iştirak edən Sevda Talıblı qeyd etdi ki, seçki günü müxalifətdən olan həlledici səshüquqlu komissiya üzvləri hərbi hissələrdəki məntəqələrə buraxılmayıblar: «Orada müxalifətdən olan komissiya üzvlərinə bildiriblər ki, hərbi hissə strateji obyekt olduğundan, ora kənər şəxslərin buraxılması qadağandır. Eyni zamanda onlar yalnız Səfər Əbiyevə tabe oluqlarını söyləyiblər». Iki şirkətin keçirdiyi «exit-poll»a görə də, Həsən bəyin qalib gəldiyini deyən Sevda xanım, H.Kərimovun qələbəsini təsdiq edən sübutların ABŞ səfirliyinə, ATƏT-ə və digər beynəlxalq qurumlara təqdim etdiklərini bildirdi: «Biz gözləyirdik ki, onlar Həsən bəyin haqqının pozulmasına qarşı reaksiya verəcəklər. Burada təkcə Həsən bəyin yox, ona səs vermiş minlərlə seçicinin də hüquqları tapdanır». («Azadlıq», 23.11.2005-ci il)

11.11.2005-ci ildə 84 saylı seçki dairəsindən bir qrup deputatlığa namizəd Beynəlxalq Mətbuat Mərkəzində mətbuat konfransı keçirib. Namizədlər seçkilərin nəticələrinin YAP-ın namizədi Bahar Muradovanın xeyrinə saxtalaşdırıldığını deyərək, bu dairədə «Azadlıq» blokunun namizədi Qubad Ibadoğlunun qələbə çaldığını bildirdilər.

Öncə çıxış edən Q.Ibadoğlu rayon icra hakimiyyətinin başçısı Nəbi Muxtarovun rəhbərliyi ilə seçkilərə ciddi müdaxilələr edildiyini dedi. Onun sözlərinə görə, dairədə milli ordunun 4 min əsgəri Bahar Muradovanın xeyrinə səs verməyə məcbur edilib. Dairə üzrə 741 nəfərin guya xəstə olduğu biuldirilib və onların səs verməsi üçün qutular məntəqələrdən çıxarılıb. Səsverməyə gələn şəxslərin isə 60-70 faizi guya savadsız olub. Onlar komissiya üzvlərindən B.Muradovanın adını tapmaqda kömək etmələrini xahiş ediblər.

Bundan sonra digər namizədlər Rauf Əhmədov, Nəsimi Şərəfxanlı, Çinarə Vəlizadə, Rafiq Abdullayev, Mənsum Həsənov, Aybəniz Səttarqızı, Əli Həsənov icra hakimiyyəti başçısının rəhbəri N.Muxtarovun rəhbərliyi ilə baş verən çoxsaylı qanun pozğunluqlarından bəhs etdilətr. Dairədə Q.Ibadoğlunun qalib gəldiyini dedilər.

84 saylı DSK-nın Müsavat partiyasından olan üzvü Həmzə Eldarov komissiyanın AXCP və AMIP nümayəndələri ilə birlikdə imzaladıqları bəyanatı jurnalistlərin diqqətinə çatdırdı. Bəyanatda dairədə seçkilərin ciddi qanun pozuntuları, total saxtakarlıqla baş tutduğunu, B.Muradovanın xeyrinə saxta bülletenlərin dəstə-dəstə qutulara doldurulduğu bildirilir. H.Eldarov komissiya üzvlərinin yekun protokolları imzalamaqdan imtina etdiklərini bildirildi. («Yeni Müsavat», 12.11.2005-ci il)

«Impuls» qəzetinin baş redaktoru Mətanət Əliyeva qəzetin 11.11.2005-ci il tarixli 38-ci sayında yazır: «Noyabrın 6-da Novxanı kəndində idim. 45 saylı Abşeron seçki dairəsindən deputatlığa namizəd Araz Əlizadənin müşahidəçisi kimi 23 nömrəli məntəqəsində seçkinin gedişini izləyirdim. Səsvermə başa çatanda məntəqədə bir ermənistanlı qaçqın kişi ağalıq edirdi. Ona dedim səs vermisən, çıx bayıra. O mənim üstyümə qışqırdı. Bu vaxt yanmımda oturan novxanlı müşahidəçi qulağıma pıçıldadı ki, qışqıranın qardaşı KQB-də işləyir. Səsvermə başa çatanda məntəqədə ağalıq edən naməlum kişi bildirdi ki, qutu açılanda müşahidəçilər çölə çıxacaq. Novxanlı müşahidəçi Səftər müəllim dedi ki, «bəlkə biz bu kənddə də artıqıq?».

23 saylı məntəqədə 1361 seçici vardı. Məntəqənin sədri məntəqə yerləşən bağçanın müdiri Minayə Fətəliyeva idi. Seçkinin sonuna yaxın 300 seçici səs vermişdi. Kənd camaatı bunu seçicilərin inamsızlığı ilə izah edirdi. Əvvəla, əhali fikirləşir ki, kim seçilsə fərqi yoxdur, xalqı yox, cibini düşünəcək. Ikincisi, onsuz da əhalinin kimə səs verməyinin əhəmiyyəti yoxdur, yuxarıdan kimi istəsələr o seçiləcək. Məntəqədə 20-dən artıq müşahidəçinin və məşvərətçinin komissiya üzvü olmasına baxmayaraq mürəkkəb vuran bir yanda aldatmağa çalışırdı, mürəkkəbi aparatla yoxlayan bir yanda aldadırdı. Bir çox seçicinin adı siyahıda yox idi. Bələdiyyə sədri gəlib məntəqənin içərisində oturmuşdu və kənddən olan müşahidəçiləri hədələyirdi. Kimliyi məlum olmayan şəxslər seçkini idarə edirdilər. AŞPA müşahidə missiyasının rəhbəri Leo Platvoet də mətbuata verdiyi açıqlamada bildirib ki, «Bəzi məntəqələrdə anarxiya idi. Məsələn, bir məntəqədə 23 adam vardı, onun cəmi bir nəfəri seçici idi».

Seçki sona yaxınlaşanda hökumət adamları gördülər ki, Oqtay Əsədova çox səs toplaya bilməyəcəklər. Hava qaralanandan sonra məntəqə ağızına qədər dolmağa başladı. Məntəqədə qutunun yanında oturan naməlum kişi telefonda deyirdi ki, maşınla adamları daşıyırıq. Seçicinin bir neçəsindən soruşdum ki, səs verməyə niyə belə gec gəlirsiniz, cavab verdilər ki, gündüz işdə olublar. Istirahət günü olduğundan şübhələnməyə başladım. Aparatla müəkkəbi yoxlayana yaxınlaşıb məntəqəyə buraxdığı kişini bir daha yoxlamağı tələb etdim. Aparat göstərdi ki, kişinin barmağı mürəkkəblidir, hay-küy saldığımı görən kişi qeyb oldu. Hətta kənd sovetinin sədri də məntəqə komissiya üzvünə yaxınlaşıb bülleten almaq istəyirdi. Yaxınlaşıb siyahıda onun adının olub-olmadığını yoxlatdırdım. Kənd sovetinin sədri səs vermək üçün yox, elə-belə gəldiyini bildirib məntəqədən çıxdı.

Kənd camaatını tanımasam da, eyni adamların təkrar səs verdiyini gördüm. Burnunda iri ət xal olan mil-mil kostyumlu kişi bir neçə dəfə səs verdi. Məntəqə sədrindən soruşdum ki, burnu xallı kişi neçə dəfə səs verəcək? Kişi qapıdan çıxa-çıxa dedi ki, «Dörd qardaşıq, dördümüzün də burnunda xal var». Sonradan dedilər ki, bu sırtıq, xallı kişi bələdiyyə üzvüdür. Kənddən olan müşahidəçilər məni arxayın edirdilər ki, təkrar səs verməyə gələnlərə imkan verməyəcəklər. Seçkinin sonunda hiss etdim ki, onları qorxudublar, yaxud da razılığa gəliblər. Təkrar səs verənləri mən tanımasam da, onlar səslərini çıxarmırdılar. Gördüm ki, basabasda bülletenləri qutulara dolduracaqlar, seçki qutusunu götürüb stola çırpdım və dedim ki, bütün bülletenləri cıracam, seçki pozulacaq. Oxucu məətəl qala bilər ki, nə üçün məni məntəqədən çıxarmırdılar. Istəyirdilər, mən isə dedim ki, əvvəlca məni öldürün, sonra meyidimi çıxarın. Nə qədər sağam, heç kim məni məntəqədən çıxara bilməz.»

Seçkidən iki gün sonra, noyabrın 8-də 45 saylı seçki dairəsindən deputatlığa namizədlər Araz Əlizadə, Sadəddin Əfəndi, Fuad Səmədov, Etibar Talıblı, Atababa Hacıbabayev, Ceyhun Musayev mətbuat konfransı keçirdilər. Konfransı açan Sadəddin Əfəndi bildirib ki, 45-ci dairədə saxtakarlıqlar yalnız səsvermə günü baş verməyib. Seçki təbliğatı gedən dövrdə «Azərsu» prezidenti Oqtay Əsədov kəndlərdə abadlaşma işləri aparıb, asfalt çəkdirib, büdcə hesabına görülən abadlıq işləri də Oqtay Əsədovun adına çıxılıb. Seçicilərin bir çoxunun adı ümumi siyahıda olmayıb, bəzilərinin adı bülletenlər verilən siyahıda olmayıb. Bəzi məntəqələrdə müşahidəçilər məntəqələrə seçki başlayandan 40 dəqiqə sonra buraxılıb.

S.Əfəndi bildirib ki, qutudan bülletenin artıq çıxması məntəqədə səsvermənin nəticələrini ləğv etymək üçün kifayətdir. Belə ki, 45 saylı dairənin 25 məntəqəsində bülletenlər artıq çıxıb. Hərbi hissədə olan 35 saylı məntəqəyə 1092 bülleten verilib, Oqtay Əsədov 870 səs toplayıb və qutudan 46 bülleten artıq çıxıb. Digahdakı 17 saylı məntəqədə, Qobuda 14 saylı məntəqədə bülletenlər artıq çıxıb.

Namizəd Atababa Hacıbabayev bildirib ki, Xırdalandakı 1 saylı məntəqədə səslər hesablanarkən müşahidəçiləri yaxına buraxmayıblar. Digər namizədlərə verilən səsləri də Oqtay Əsədovun adına protokollaşdırıblar. DSK sədri Şaban Əmirova şikayət olunandan sonra dairədən nümayəndələr gəlib, bülletenləri təzədən yoxlayıblar. Məlum olub ki, digər namizədlərə verilmiş 120 səs Oqtay Əsədovun adına yazılaraq onun səsi 215 hesablanıb.

Hərbi hissələrdə səsvermənin nəticələrinə toxunan A.Hacıbabayev bildirib ki, noyabrın 4-də saat 5-də hərbi hissələrdə 45-ci dairədən olan namizədlərlə görüş keçirilib. Görüşdə Oqtay Əsədovdan başqa bütün namizədlər iştirak ediblər. Oqtay Əsədopvun nə özü, nə də hər hansı bir nümayəndəsi görüşdə iştirak etməyib. Amma seçkidən sonra məlum olub ki, əsgərlər tanımadıqları Oqtay Əsədova səs veriblər və nəticədə o, bir hərbi hissədə 870, o birində 700-ə yaxın səs toplayıb.

Namizəd Etibar Talıblı bildirdi ki, bələdiyyə sədrləri, icra nümayəndələri məntəqələrdə oturaraq seçkini idarə etmiş, məntəqədə YAP-ın sədri məntəqə sədri ilə söhbət etdikdən sonra bülletenləri topa-topa qutulara atmağa başlayıblar. Faktla bağlı 150-dən artıq akt tərtib edilərək prezidentə, MSK-ya, baş prokurorluğa təqdim edilmişdir.

Namizəd Ceyhun Musayev sensasiyalı faktlar açıqlayıb. Ixtisasca jurnalist olan Musayev bildirib ki, Ramazan bayramı münasibətilə Oqtay Əsədov Mehdiabadda qaloş, düyü və ət paylayıb. Su naziri əhalinin səsini qazanmaq üçün Bakı kəndlərinə su borusu əvəzində kanalizasiya borusu ilə su çəkdirib.

«Yeni siyasət» blokunun MSK-da səlahiyyətli nümayəndəsi Rəna Cavadova bildirib ki, seçki təbliğatı dövründə Oqtay Əsədovun seçki qanununu pozması ilə əlaqədar Bakı kəndlərindən DSK sədri Şaban Əmirova şikayət ərizələri verilib və tələb olunub ki, qeyri-qanuni təbliğat apardığı üçün O.Əsədovun namizədliyi ləğv edilsin. Lakin DSK sədri iclas keçirməyib və şikayətləri asraşdırmayıb.

45 saylı Seçki Dairəsindən deputatlığa namizədlər: Araz Əlizadə, Mirmahmud Mirəlioğlu, Atabala Hacıbabayev, Etibar Talıblı, Sadəddin Əfəndi, Fuad Səmədov və Ceyhun Mirzəyevin imzaları ilə bu dairədə seçkinin nəticələrinin ləğv olunması tələbi ilə «TURAN» informasiya agentliyi vasitəsilə bəyanat yaymışlar. 24 dekabr 2005-ci ildə bəyanat qəzetlərdə dərc olunmuşdur. Bəyanatda deyilir: «Əminik ki, Mərkəzi Seçki Komissiyası (MSK) təqdim etdiyimiz təkzibolunmaz seçki saxtakarlıqları dairə üzrə seçkilərin nəticələrinin ləğvi üçün tamamilə yetərlidir».

Müəlliflər bu dairədə seçkilərin nəticələrinin Yeni Azərbaycan Partiyasının namizədi, «Azərsu» Səhmdar Cəmiyyətinin prezidenti Oktay Əsədovun xeyrinə saxtalaşdırıldığını bildirirlər.

Sənəddə deyilir ki, bu saxtakarlığın nəticəsi kimi 1 və 17 saylı məntəqələrin nəticələrini dairə, 6, 12, 36 və 37 saylı məntəqələrin nəticələrini isə MSK ləğv edib. Müəlliflər dairənin bütün məntəqələrində seçkilərin nəticələrinin saxtalaşdırılmasına baxmayaraq, cəmi 4 məntəqədə nəticələrin ləğv edilməsini MSK-nın saxtakarlığı himayə etməsi adlandırır.

D. MÜXALIFƏTDƏN OLAN MSK ÜZVLƏRININ XÜSUSI RƏYLƏRI

Azərbaycan Respublikasının üçüncü çağırış Milli Məclisinə 6 noyabrda keçirilmiş seçkilərin umumi yekunlarının müəyyən edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının protokoluna Komissiyanın üzvü Mənsum Bayramov tərəfindən 23 noyabr 2005-ci il tarixli
XÜSUSI RƏY

Seçkilərin əsas mərhələlərindən sayılan təşviqat kampaniyası dövrü icra strukturlarının müdaxiləsi, namizədlər arasında ayrı-seçkilik, sərbəst toplaşmaq azadlığı hüququnun pozulması, kütləvi həbslər, konkret namizədlərin təbliğatında inzibati resurslardan istifadə edilməsi kimi kobud qanun pozuntularına yol verilmişdir. Hələ 6 noyabra qədər dəfələrlə MSK-nın iclaslarında bu barədə məsələ qaldırılmış və Komissiyanı ciddi tədbirlər görməyə çağırmışam.

AR Seçki Məcəlləsinin 35.5-ci maddəsinin tələbləri pozularaq hərbi hissələrdə yalnız hərbçilərdən ibarət komissiyalar yaradılmışdır. Cəzaçəkmə müəssisələrində və hərbi hissədə namizədlərin seçicikilərlə görüşünə məhdudiyyətlər qoyulmuşdur. Səsvermə günü onlarla seçki dairəsində səsvermə qutularına hakim partiyanın namizədlərinin və hakimiyyətin müdafiə etdiyi namizədlərin xeyrinə qanunsuz bülletenlər atılmış, komissiya üzvlərinə, müşahidəçilərə, məşvərətçi səs hüquqlu komissiya üzvlərinə açıq təzyiqlər edilmiş, polisin müdaxiləsi ilə səsvermənin nəticələri kobud şəkildə saxtalaşdırılmışdır. Bəzi dairələrdə məntəqə protokolları sonradan dəyişdirilmişdir.

Bütün bu tipli pozuntular nəticəsində 92 saylı Zərdab-Ucar, 88 saylı Göyçay, 80 saylı Imişli-Beyləqan, 79 saylı Səbail, 11 saylı Qaradağ, 81 saylı Beyləqan, 105 saylı Tovuz, 59 saylı Salyan, 19 saylı Nərimanov birinci, 22 saylı Nəsimi ikinci, 30 saylı Suraxanı birinci, 21 saylı Nəsimi, 10 saylı Binəqədi, 119 saylı Ağdam kənd, 103 saylı Gədəbəy, 115 saylı Şəki, 93 saylı Bərdə, 61 saylı Neftçala, 118 saylı Ağdam şəhər, Naxçıvan Respublikasının bütün dairələrində səsvermənin nəticələri kobud şəkildə saxtalaşdrılmışdır.

42 saylı Sumqayıt, 9 saylı Binəqədi, 110 saylı Zaqatala seçki dairələrində isə «Azadlıq» blokunun namizədləri qalib gəldiyi üçün nəticələr MSK tərəfindən ləğv edilmişdir. 20 saylı Nərimanov və 30 saylı Xətai seçki dairəsində müvafiq olaraq nəticələr saxtalaşdırılmışdır.

Namizədlərin və onların səlahiyyətli nümayəndələrinin, habelə seçicilərin çoxsaylı şikayətləri və müraciətləri uzun müddət araşdırılsa da, əhəmiyyətli dəyişiklik baş verməmiş, qanun pozuntuları aradan qaldırılmamışdır.

Müşahidəçilərin, məşvərətçi səs hüquqlu komissiya üzvlərinin qanun pozuntuları ilə bağlı tərtib etdikləri aktlara hüquqi sənəd kimi yanaşılmamaş, araşdırılmalar zamanı bu aktlara istinad edilməmişdir.

Beynəlxalq müşahidəçilərin keçirdiyi «exit-pol»un nəticələri ilə rəsmi nəticələri arasında 11 saylı Qaradağ, 15 saylı Yasamal birinci, 22 saylı Nəsimi ikinci, 30 saylı Suraxanı birinci, 10 saylı Binəqədi üçüncü, 119 saylı Ağdam kənd seçki dairələrində kəskin fərqlər ortaya çıxmışdır ki, bu fakt da MSK tərəfindən nəzərə alınmamışdır.

Tərəfimizdən iclasa təqdim edərək səsverməyə çıxardığımız məsələlər müxalifəti təmsil edən komissiya üzvlərinin azlıqda qalması səbəbindən qəbul edilmiş, iqtidarı təmsil edən kopmissiya üzvlərinin çoxluğu təşkil etməsi səbəbindən isə qanunsuz qəbul edilmiş qərarların qarşısını almaq mümkün olmamışdır.

Yuxarıda göstərilən səbəblərdən və Seçki Məcəlləsinin 24, 25, 26, 27 və 28-ci maddələrinə əsasən Azərbaycan Respublikasının Üçüncü Çağırış Milli Məclisinə 6 noyabrda keçirilmiş seçkinin ümumi yekununun müəyyən edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının protokolunu imza etmirəm. Və xüsusi rəydə qalıram.

Azərbaycan Respublikasının üçüncü çağırış Milli Məclisinə 6 noyabrda keçirilmiş seçkilərin umumi yekunlarının müəyyən edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının protokoluna Komissiyanın katibi Vidadi Mahmudlunun 23 noyabr 2005-ci il tarixli
XÜSUSI RƏYI

Deputatlığa namizədlərin qeydiyyat mərhələsi əsasən normal keçsə də səsvermə gününə təxminən 30 gün qaldıqdan sonra xüsusən bitərəf namizədlərə icra hakimiyyəti orqanları, polis və digər dövlət qurumlarının təzyiqləri başlamış, onlar namizədliklərini geri götürməyə məcbur edilmiş, müxtəlif bəhanələrlə DSK-lar tərəfindən Azərbaycan Respublikasının Apellyasiya Məhkəməsinə təqdimatlar verilmişdir. Bu yolla yüzlərlə qeydə alınmış namizəd seçkidən kənarlaşdırılmışdır. Onların şifahi və ya yazılı şikayətləri üzrə qanuni tədbirlər görülməmişdir.

Deputatlığa namizədlərin seçkiqabağı təşviqatı dövründə seçkilərdə iştirak edən siyasi partiyaların, namizədlərin və seçicilərin sərbəst toplaşmaq azadlıqlarının məhdudlaşdırılması hallarına yol verilmiş, müxalifət təmsilçilərinin əsassız həbsləri həyata keçirilmişdir.

Seçki subyektlərinin seçkiqabağı təşviqatı dövründə təşviqatın aparılması qaydalarının pozulmasına dair seçki komissiyalarına daxil olmuş müraciətlərinə bir çox hallarda qanunla müəyyən edilmiş qaydada baxılmamışdır.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 35.5-ci maddələrinin tələbləri kobud surətdə pozularaq bütün hərbi hissələrdə və onlara bərabər tutulan hərbi birləşmələrdə istinasız olaraq yalnız hərbçilərdən ibarət məntəqə seçki komissiyaları yaradılmışdır. Cəzaçəkmə müəssisələrində və təcridxanalarda da məntəqə seçki komissiyalarının tərkibi formalaşarkən həmin qanunsuz üsuldan istifadə edilmişdir. Belə komissiyaların tərkibinə qanun pozulmaqla əsasən həmin müəssisələrin əməkdaşları olan dövlət qulluqçuları daxil edilmişdir. Hərbi seçki məntəqələrinə məşvərətçi səs hüquqlu komissiya üzvləri buraxılmamış, müşahidəçilərin iştirakı məhdudlaşdırılmış, bir çox hallarda qanunla nəzərdə tutulmuş şəxslərə səsvermənin nəticələrinə dair protokolların təsdiq edilmiş surətləri verilməmişdir. Hərbçilərin səslərindən hakim partiyanın namizədlərinin və onun müdafiə etdiyi digər namizədlərin xeyrinə istifadə edilmişdir. 29 saylı Səbail, 11 saylı Qaradağ, 81 saylı Beyləqan və digər seçki dairələrində məhz bu yolla başqa məntəqələrdə qalib gəlmiş namizədlər seçkinin nəticələrini «uduzmuşlar». Məsələn, 29 saylı Səbail seçki dairəsi üzrə 29 seçki məntəqəsində səsvermənin nəticələrinə görə 3301 səslə liderlik edən «Azadlıq» siyasi partiyalar blokunun qeydə alınmış deputatlığa namizədi Həsən Kərimov hərbi hissələrdə və istintaq təcridxanasında (30-31-ci seçki məntəqələri üzrə) cəmi 151 səs «toplamış», sonradan qalib elan edilmiş digər namizəd həmin məntəqələrin köməyi ilə 1697 səs fərqi ilə «uduzmuşdur». H.Kərimov «PA Consulting Grup»un keçirdiyi «exitpoll»un nəticələrinə görə həmin namizədlə müqayisədə 15,8%-ə qarşı 27,8-lə qalib hesab edilmişdir. MSK ədalətsizliklə barışmış, bir-neçə məntəqə üzrə səsvermənin nəticələrini ləğvi ilə kifayətlənmişdir.

Səsvermə günü onlarla seçki dairəsində səsvermə qutularına hakim partiyanın namizədlərinin və onun müdafiə etdiyi digər namizədlərin xeyrinə qanunsuz bülletenlər atılmış, seçicilərə, digər seçki subyektlərinə açıq təzyiqlər edilmiş, gözə görünməyən mürəkkəbdən istifadə qaydaları kobud surətdə pozulmuş, bəzi seçki dairələrində (105 saylı Tovuz, 59 saylı Salyan və s.) seçici vəsiqələri olsa da, yüzlərlə seçicilərin adları seçici siyahılarından çıxarılmış, nəticədə onlar səsvermə imkanından məhrum olmuşlar. Səslərin sayılmasından əvvəl bir çox seçki məntəqələrindəki (19 saylı Nərimanov birinci, 20 saylı Nərimanov ikinci, 22 saylı Nəsimi ikinci, 28 saylı Sabunçu ikinci və başqa seçki dairələrinin məntəqələri) müşahidəçilər, namizədlər, vəkil edilmiş şəxslətr və qanunla müşahidə etmək hüququ olan digər şəxslər polis əməkdaşlarının, xüsusi hazırlanmış şəxslərin vasitəsilə məntəqələrdən zorla çıxarılmış, onlara səslərin sayılmasını müşahidə etmək imkanı verilməmiş, bəziləri həbs edilmişdir. Səslərin sayılması zamanı çoxsaylı seçki məntəqələrində müşahidəçilərə səslərin sayılmasını əlverişli müşahidə imkanları imkanı vetrilməmiş, bir namizədin səslərinin başqa namizədin xeyrinə hesablanması halları baş vermiş, bir çox hallarda səsvermənin nəticələrinin müəyən edilməsi zamanı fasiləsizlik prinsipi pozulmuş, müşahidəçi statusu ilə iştirak edən şəxslərə əksər hallarda səsvermənin nəticələrinə dair protokolların təsdiq edilmiş surətləri veriməmişdir. Səsvermənin nəticələrinə dair protokollardakı məlumatların sonradan çoxlu sayda qanunsuz dəyişdirilməsi halları olmuşdur. Haqlı olaraq Azərbaycanda 6 noyabr seçkilərini müşahidə edən Beynəlxalq Müşahidə Missiyası 7 noyabr 2005-ci il tarixli rəyində müşahidə aparılan yerlərdə səslərin sayılması prosesinin 43 faizini pis, yaxud çox pis kimi qiymətləndirmişdir.

Səsvermənin gedişi zamanı və ondan sonra şikayətlərə baxılması praktikasında ciddi nöqsanlar yol vermişdir. Məsələn, MSK 42 saylı Sumqayıt ikinci və 110 saylı Zaqatala seçki dairələri üzrə seçkilərin nəticələrini qanunsuz etibarsız hesab etmişdir. Belə ki, «Azadlıq» siyasi partiyalar blokunun qeydə alınmış deputatlığa namizədləri Floras Kərimova 35 seçki məntəqəsi üzrə səsvermənin nəticələrinə görə qalib gəlməsinə və DSK-nın yekun protokolu ilə deputat seçilmiş hesab edilsə də MSK-nın iclasında bilə-bilə düzgün məruzə edilməmiş, nəticə etyibarsız hesab edilmişdir. 110 saylı Zaqatala seçki dairəsi üzrə səsvermənin nəticələrinə görə «Azadlıq» siyasi partiyalar blokunun qeydə almış deputatlığa namizədi Arif Hacılının qalib gəlməsinə baxmayaraq 24 və 25-ci seçki məntəqələrinin səsvermənin nəticələrinə dair protoklları dəyişdirilmiş, başqa namizəd qalib hesab edilmişdir. MSK yalnız iki məntəqə üzrə nəticələri etibarsız hesab edərək əvəzinə, dairə üzrə nəticələri etibatrsız hesab etməklə ədalətsizliyə yol vermişdir. Seçkilərin nəticələrinin etibarsız hesab edilməsinə dair MSK-ya təqdim olunmuş çoxsaylı şikayətlərinə baxılarkən ciddi qanun pozuntularına yol verilmişdir. DSK-ların, onların sədrlərinin hərəkət və hərəkətsizliyi barədə şikayətlərin və onlara əlavə edilmiş sənədlərin çoxu Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci maddəsinin və müvafiq təlimatın 5.2.6-cı bəndinin tələbləri kobud surətdə pozulmaqla MSK-nın üzvləri tərəfindən bir çox hallarda müvafiq DSK-ların özünə göndərilmişdir. Beləliklə, MSK iclaslarında baxılmalı olan şikayətlərin sayı qəsdən azaldılmış, həmin şikayətlər səlahiyyətli orqan tərəfindən mahiyyəti üzrə baxılmamış qalmışdır. MSK komissiyası şikayətləri yalnız daxil olmuş protokol nüsxələri əsasında araşdırmış, müşahidələrin nəticələtrini əks etdirən müvafiq sənədlərə lazımsız kimi münasibət bildirilmişdir. Müşahidə institutuna lazımsız və əhəmiyyətsiz bir institut kimi yanaşılmışdır. Namizədlər, bəzi hallar istisna edilməklə səlahiyyətli nümayəndələr iclaslarının vaxtı barədə xəbərdar edilməmişlər.

«PA Consulting Grup»un keçirdiyi «exit poll»un nəticələri 11 saylı Qaradağ, 15 saylı Yasamal birinci, 22 saylı Nəsimi ikinci, 30 saylı Suraxanı birinci və bəzi başqa seçki dairələri üzrə seçkilərin rəsmi nəticələri ilə kəskin ziddiyyət təşkil etmişdir.

Mərkəzi Seçki Komissiyası ciddi qanun pozuntularına yol verilmiş bir çox seçki dairələri üzrə seçkilərin nəticələrini qanunsuz olaraq etibarsız hesab etməmişdir.

Yuxarıda göstərilənlərə əsasən Azərbnaycan Respublikasının üçüncü çağırış Milli Məclisinə 6 noyabrda keçirilmiş seçkilərin umumi yekunlarının müəyyən edilməsi barədə Azərbaycan Respublikası mərkəzi Seçki Komissiyasının protokoluna imza etmirəm və xüsusi rəydə qalıram.

Vətəndaş Həmrəyliyi Partiyasından MSK üzvü olan Ənvər Əliyev bildirir ki,«Komissiya saxtakarlıq faktlarını ciddi araşdırmır. MSK-na daxil olan şikayətlərin də sayı göstərir ki, seçkilərdə ciddi qanun pozuntuları baş verib».

ADP-nin MSK-da olan nümayəndəsi Yusuf Bağırzadə Azərbaycan xalqına və təmsil olduğu partiyaya xəyanət edərək, maddi maraq prinsipini üstün tutub, MSK-nın parlament seçkiləri ilə bağlı yekun protokola imza atmışdır. Bu barədə ADP Ali Məclisinin üzvü Aydın Quliyev APA-ya verdiyi açıqlamada bildirib: «Yusif Bağırzadənin seçkilərin nəticələri ilə bağlı yekun protokoluna imza atması təəccüblü deyil».

A.Quliyev bildirib ki, əslində Y.Bağırzadə hansı mövqeyə xidmət etdiyini prezident seçkilərində oprtaya qoyub: «Biz onun bu dəfə də sənədə imza atacağını bilirdik. Sadəcə, partiyanın seçki komissiyasından öz nümayəndəsini geri çağırmaq proseduru olmadığına görə, bunu həyata keçirə bilmədik».

E. MÜXALIFƏTIN ETIRAZ AKSIYALARI, YAP-çılarınsa QƏLƏBƏ BAYRAMI
Müxalifətin ümumxalq etirazları başlayır. «Azadlıq» blokunun sədrlər şurası Bakı şəhər IH-nə noyabrın 8-i, 9-u və 10-na «20 Yanvar»-«Qələbə» marşrutu üzrə yürüş-mitinq keçirilməsi üçün razılıq istədi. Lakin, ancaq 9 noyabr mitinqinə müəyyən şərtlə icazə verildi.

Mitinq «20 Yanvar»dan başladı. Prospekt insan selinə qərq olmuşdu. Insanların çoxluğunun mitinq iştirakçılarını ruhlandırdığı dərhal nəzərə çarpırdı. Insanlar mümkün olan bütün imkanlardan istifadə edərək mitinqə qatılmağa çalışırdılar. Bakıya gələn nəqliyyat yollarının bağlanmasına, müxalifət fəallarının polis idarələrinə aparılmasına, avtobus sürücülərinə təzyiqlərin edilməsinə baxmayaraq, insan axını davam edirdi. Ilk dəfə olaraq mitinq günü Bakıda nəqliyyat yolları bağlanmışdı. Belə şəraitdə onminlərin meydana toplaşması yaranmış vəziyyətə: xalqın iqtidara nifrətinin, müxalifətə məhəbbətinin ən bariz nümunəsi idi. Saat 15-də Müsavat başqanı Isa Qəmbər, AXCP sədri Əli Kərimli, Millii Birlik Hərəkatının lideri Lalə Şövkət, ADP funksioneri Sərdar Cəlaloğlu, AMIP sədri Əli Əliyev və digər müxalifət liderləri mitinqçilərə qoşuldu. Bu vaxt «Azadlıq» hayqırtıları kəsilmək bilmirdi. Seçkidən sonrakı Azərbaycanı müşahidə etmək niyyətində olan yüzlərlə xarici jurnalist dərhal əlində qərənfil tutaraq qol-qola girib irəliləyən liderlərə yaxınlaşdılar. «Azadlıq», «Istefa». «Azad seçki», «Ilham – saxtakar!» şüarları bir-birini əvəz edirdi. Mitinqdə «Azadlıq» blokuna daxil olan partiyaların və digər partiyaların rəhbərləri ilə yanaşı seçkilərin əsl qalibləri də çıxış etdilər. Aksiyada ölkədə fəaliyyət göstərən bütün siyasi qüvvələr bir araya gələrək, seçki saxtakarlığına etiraz etdilər. Bu mitinq eyni zamanda «Azadlıq» blokunun xalqın səsini qazandığını bütün dünyaya sübut etdi. Mitinqdəki insan seli, coşqu 1988-ci ildə keçirilən mitinqləri xatırladırdı. Üç saatlıq mitinq qətnamənin oxunması ilə yekunlaşdı. Qətnamədə parlament seçkilərinin nəticələrinin tanınmadığı bəyan olunmaqla yanaşı, saxta nəticələrin ləğvi, təkrar seçkilərin keçirilməsi, saxtakarların cinayət məsuliyyətinə cəlb olunması tələbləri qoyulmuşdu.

Dünyanın bir sıra nüfuzlu telekanalları – CNN, ORT, «TGRT Haber və digərləri Azərbaycanın demokratik qüvvələrinin bu möhtəşəm aksiyasını canlı yayınladılar.

«Azadlıq» blokunun keçirdiyi izdihamlı mitinqin səhəri günü, 10 noyabr 2005-ci ildə Yeni Azərbaycan Partiyası 6 noyabrda keçirilən parlament seçkilərində «qələbəsini» eyni marşrutla – «20 Yanvar»-«Qələbə» yürüş-mitinqlə qeyd etdi. YAP-ın yürüş-mitinqi saat 15-də başlamalı olsa da, insanların vaxtında toplaşmaması ucbatından yürüş nəzərdə tutulduğundan bir saat gec başladı. Yürüş iştirakçıları «20 Yanvar» meydanından hərəkətə başlayıb, «Qələbə» kinoteatrının qarşısındakı meydanadək irəlilədilər. Yürüşçülər yolboyu Heydər Əliyevə olan məhəbbətlərini əks etdirən şüarlar səsləndirib, başları üzərində «Azad, demokratik və şəffaf seçkilər xalqımızın iradəsini əks etdirdi», «Xalqımız sabitliyə səs verdi», «Xalq Ilham Əliyevi dəstəkləyir», «Heydər Əliyevin siyasi kursunun alternativi yoxduer», «YAP Azərbaycanın dövlət müstəqilliyinin təminatçısıdır» və digər şüarları başları üzərində tutmuşdular. Yürüş boyu Heydər Əliyevin layiqli davamçısı Ilham Əliyevin portretləri nümayişçilərin əlində dalğalanırdı.

Yeni Azərbaycan Partiyasının sədr müavini, icraçı katibi Əli Əhmədov mitinqin iştirakçılarını salamlayaraq bildirdi ki, Azərbaycan seçiciləri parlament seçkilərində YAP-ın namizədlərinə səs verməklə bir daha sabitliyi, əminamanlığı və inkişafı dəstədiklərini təsdiq ediblər. Partiyanın növbəti parlament seçkilərində bu möhtəşəm qələbəsi Prezident Ilham Əliyevin həyata keçirdiyi siyasətin, quruculuq işlərinin, iqtisadi inkişafın və tərəqqinin xalq tərəfindən mübadilə olunmasını sübut edən inkarolunmaz həqiqətdir.

Çıxış edən digər natiqlər də bildiriblər ki, parlament seçkiləri Azərbaycan xalqının seçib-seçilməklə bağlı yüksək mədəniyyətini bütün dünyaya nümayiş etdirib. Seçicilər azad şəkildə seçki məntəqələrinə gələrək sərbəst surətdə istədikləri namizədlərə səs veriblər. Seçkilər demokratik, azad, ədalətli və şəffaf şəraitdə başa çatdı. On minlərlə insanın mitinqə toplaşması seçicilərin daim Yeni Azərbaycan Partiyası ilə həmrəy olmasının göstəricisidir.

Seçicilərin partiyadan olan namizədlərə etimad göstərməsi ilk növbədə Prezident Ilham Əliyevin şəriksiz qələbəsidir.

ABŞ və Avropa mətbuatı isə YAP-ın keçirdiyi mitinq barədə acı həqiqətlərdən söz açıb. ABŞ-ın «Vaşinqton Post» qəzeti yazır: Yeni Azərbaycan Partiyasının noyabrın 10-da Bakıda keçirdiyi mitinqə insanlar zorla gətirilib. Əyninə ağ gödəkcə geymiş hökumət işçiləri insanları kolonlara düzərək onları müxalifətin bir gün əvvəl mitinq keçirdiyi meydana doğru aparır. Yürüşdə 20000-ə yaxın adam iştirak edirdi, amma onların nə qədərinin könüllü gəldiyini müəyyənləşdirmək çox çətindir. Iştirakçılar arasında müəllimlərin rəhbərliyilə aksiyaya gətirilmiş tələbələr var idi və onların çoxu yoldaşları yanlarında olmayanda burada olmaq istəmədiklərini deyirdilər».

Daha sonra qəzet adının açıqlanmasını istəməyən, mitinqdə iştirak edən bir qadından sitat gətirir?: «Adamlar bütün idarələrdən bura zorla gətiriliblər».

ABŞ-ın nüfuzlu «Nyu-York Tayms»: qəzeti də YAP-ın mitinqinə adamların məcburən gətirildiyini yazır: «Çərşənbə axşamı keçirilən mitinq göstərdi ki, demokratik olduğunu bəyan edən cənab Əliyev daha çox keçmiş Sovet Ittifaqını təcəssüm etdirən siyasi texnologiyalardan istifadə edir». Bu qəzetdə dərc olunmuş «Skertisizimlə üz-üzə. Hakim azərbaycanlılar «qələbə»ni bayram edirlər» adlı məqalədə daha çox Yeni Azərbaycan Partiyasının Bakıda keçirdiyi mitinqindən bəhs olunur. Qəzet yazır: «Ilham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası minlərlə insanı küçələrə çıxardı. Lakin çoxlarına yürüş-mitinqə gəlmək barədə hökumət tərəfindən göstəriş verilmişdi və bunda məqsəd partiyaya dəstək qazanmaqdır».

Məqalədə daha sonra deyilir: «Küçələr hökumət işçiləri ilə, tələbələrlə doldurulmuşdu. Onların çoxunun partiya rəsmilərinin göstərişi ilə bura gəldiyi hiss olunurdu. Iştirakçılar ağ rəngli partiya jaketləri geymiş gənclərin yaratdığı sədd tərəfindən mühasirəyə alınmışdı. Həmin gənclərdən bəzilərinin dediyinə görə, onlara heç kimi kənara buraxmamaq barədə göstəriş verilib. Gənclərin bəzisi müxbirlərlə danışmağa qorxurdu və bildirirdilər ki, onlara heç kimlə danışmamaq tapşırılıb. Anonimlik şərtilə açıqlama verən işçilər və tələbələr isə bildirdilər ki, onlar mitinqdə təqiblərə məruz qalmamaq üçün iştirak edirlər və bura gəlmək barədə onlara göstəriş verilib».

Məqalədə meydanın yanından keçib evinə gedən bir qoca kişinin dediklərindən də sitat gətirilir: «Mən heç vaxt bu partiyanın üzvü olmayacam. Allah eləməsin».

Qəzet bu aksiyanı Ilham Əliyevin nə qədər qeyri-demokratik olmasının göstəricisisi hesab edir: «Bu yürüş hər zaman demokratik olduğunu deyən cənab Əliyevin əsasən Sovetlər Birliyinə xas olan siyasi texnika kimi inzibati resurslardan istifadə etdiyini göstərdi».

ABŞ-ın nüfuzlu «Amerikanın səsi» radiosu da eyni məzmunlu reportaj hazırlayıb. Radionun müxbiri öyrədilmiş şəxslərin qəsdən özlərini xarici jurnalistlərə «könüllü» kimi təqdim etməyə çalışdığına diqqət yetirir: «Yanımızda duran bir kişi bizə yaxınlaşıb bildirdi ki, o könüllü şəkildə «şəffaf» adlandırdığı seçkini dəstəkləməyə gəlib. Maraqlıdır ki, heç kim ondan heç nə soruşmadığı halda, «Bizi heç kim buraya gəlməyə məcbur etməyib» deyə biuldirdi. Lakin sonradan, iki başqa adam radiomuzun əməkdaşlarına camaatın işdən və hətta universitetlərdən məcburən gətirildiyini bildirdi.

Müxalifətin keçirdiyi yürüşdən fərqli olaraq, insanların tələsik oranı tərk etmək istəmələri və meydandakı boşluqlar çox şeyə sübut idi. Bu mitinq daha çox sovet üsullu qələbə şənliyinə bənzəyirdi».

Britaniyada nəşr edilən «Ekonomist» qəzeti də Azərbaycanda keçirilən parlament seçkilərinə həsr olunmuş «Seçkiləri necə saxtalaşdırmayasan» başlıqlı geniş məqalə dərc edib: «Nəyə görə 278 saylı məktəbdə yerləşən məntəqə polis tərəfindən blokadada saxlanılmışdı? Məntəqənin girişinə nəzarət edən azəri polisi bunun cavabını verə bilmədi. Seçki qutuları harada idi və nəyə görə müstəqil müşahidəçilər çölə atılmışdı? Ərazidə olan heç kim bunu bilmirdi».

Məqalədə deyilir: «8 milyon əhalisi olan neft ölkəsində – Azərbaycanda parlament seçkilərini saxtalaşdırmaq üçün hakimiyyət yeni resept hazırlamışdı».

Məqalədə bildirilir ki, azad seçki keçirməyə səsləyən Ilham Əliyev hələ 2003-cü ildə prezident seçkilərini saxlalaşdıraraq hakimiyyəti atası Heydər Əliyevdən miras almışdı. «ATƏT parlament seçkilərinin beynəlxalq standartlara uyğun olmadığını bəyan etdi… Amerika ATƏT-in rəyinə qoşuldu və bundan sonra Əliyevlərin Qərbə ünvanlanan tənqidinin yumşaldığı göründü. Bunu hiss edən Rusiya öz keçmiş vassalına dəstək vermək üçün ATƏT-ə qarşı tənqidlə çıxış etdi».

F. «ARAŞDIRMA» OYUNU BITDI
Azərbaycan Mərkəzi Seçki Komissiyası 11 səs lehinə, 4 səs əleyhinə olmaqla, parlament seçkilərinin 121 dairə üzrə nəticələrini Konstitusiya Məhkəməsinin təsdiqinə verib.

Beləliklə MSK-nın qərarına əsasən, parlamentə hakim Yeni Azərbaycan Partiyasından 58, «Azadlıq» blokundan – 7, Liberal Partiyasından (Milli Birlik Hərəkatından) – 1, «Yeni Siyasət bloku»ndan – 2, Ana-Vətən Partiyasından – 2, Vətəndaş Həmrəyliyi Partiyasından – 1, Ümid Partiyasından – 1, Sosial Rifah Partiyasından – 1, Demokratik Islahatlar Partiyasından – 1, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasından – 1, Böyük Qurtuluş Partiyasından – 1, Vətəndaş Birliyindən 1 nəfər «seçilib», qalan deputatlar müstəqil namizədlərdir.

Bu qərarın əleyhinə MSK-nın müxalifətdən olan 4 üzvü katib Vidadi Mahmudlu (Müsavat Partiyası), Mənsum Bayramov (Xalq Cəbhəsi), Arzuxan Əlizadə (Milli Istiqlal Partiyası) və Ənvər Əliyev (Vətəndaş Həmrəyliyi) səs verib.

This entry was posted in İlhamlı günlər (II-ci kitab). Bookmark the permalink.

Comments are closed.