Bayraq xatirələri

BAYRAQ XATIRƏLƏRI
1989-cu ilin əvvəlində Azərbaycan Xalq Cəbhəsi yaranmağa başladı. Əvvəl cəbhəyə tək-tək yazılmışdıq. Sonra AXC-nin ilk təşkilatlanması Nəsimi rayonunda başlandı və bu işə bütün cavanlığını və fiziki sağlamlığını Azərbaycanın müstəqilliyi uğrunda qurban vermiş, respublika ictimaiyyətinə yaxşı tanış olan Nadir Ağayev rəhbərlik edirdi. 1989-cu ilin iyulunda Azadlıq meydanında Sirus Təbrizlinin rəhbərliyi ilə təşkil olunmuş ilk mitinq keçirildikdən sonra, N.Ağayev mənə dedi ki, Demokratik Cumhuriyyətimizin iki böyük bayrağını düzəltmək və xalqı milli bayrağımız altında birləşdirmək lazımdır. Qoy mitinqlər zamanı tribunanın hər iki tərəfində bayraqlar dalğalansın. Qırmızı parça tapmışam. Yaşıl və mavi rəngdə ipək parça tapa bilmirəm.Birlikdə şəhərin mağaza və ambarlarını gəzdik, tapılmadı. Sonra mərkəzi unvermağın parça şöbəsinin müdirinə müraciət etdik. O bildirdi ki, hazırda şəhərdə saya yaşıl və mavi rəngdə ipək parça yoxdur, sabah Şəkiyə gedirəm. 3 gündən sonra qayıdacağam. Əgər fabrikdə olsa, bu xeyirxah iş üçün mən o parçaları sizə pulsuz gətirərəm. O, boş qayıtdı. Dedi ki, fabrikdə saya yaşıl və mavi parça hazırlanmır. Qərara gəldik ki, ağ atlas alıb boyatdıraq. Şəhərdə bütün boyaqçıları gəzdik. Оaşıl rəng heç yerdə tapılmadı. Mavi əvəzinə isə tünd göy oldu. Boyaqçıların məsləhəti ilə komvol fabrikinə getdik. Orada da bir nəticə hasil olmadı. Məcbur qalıb Təzə Bazardan rəng alıb Nadirin bacısı Rəfiqə xanım Ağalarovagilə gəldik. Bir qazanda mavi, o biri qazanda isə yaşıl parça boyandı. Rənglər çöküntü verib qazanların dibinə elə yapışdı ki, heç cürə onları qoparmaq mümkün olmadı. Iki böyük qazan atıldı. Rəfiqə xanım bayraqları tikdi. Üzərinə ay və səkkiz guşə ulduz çəkib bayraqları hazır etdik. Nadir bununla sakitləşməyib dedi: bayraqların bir qədər də əzəmətli görünməsi üçün hökmən buna narıncı saçaqlar tikməliyəm və ağacının ucuna şpil tökdürməliyəm. Mağazaları gəzdik. Narıncı saçaq olmadı. Bakı univermağının satıcılarından bir qız sevinə-sevinə dedi ki, məndə evdə 4 metr var, sabah gətirərəm. Sonra soraqlaşa-soraqlaşa evlərdən də saçaqlar tapdıq. Rəfiqə xanım tapılmış altı hissəni birləşdirib bayraqlara saçaq tikdi. Nəsimi rayonunda yerləşən Rəssamlar Ittifaqının bədii emalatxanasında isə cəbhəçilərə tuncdan şpil düzəltdirdik.

 AXC mitinqlərinin təşkilatçılarından biri də N.Ağayev idi. Biz Nizami metrosunun qarşısındakı meydana toplaşırdıq. Yasamal rayonunun cəbhəçiləri C.Cabbarlı küçəsi ilə yuxarıdan aşağı gəlib bizə qarışırdılar. Sonra milli himnimizi oxuya-oxuya şəhərin mərkəzi küçələri ilə Azadlıq meydanına tərəf gedirdik. Şəhər əhalisi də bizə qarışırdı. Haqqında söhbət gedən iki üç rəngli bayraqları ilk dəfə Nizami metrosunun qarşısına gətirib, oradan bütün şəhəri gəzə-gəzə nümayişlə Azadlıq meydanına getməyimiz və bayraqların ilk dəfə tribunaya qaldırılması əsil bayrama çevrildi. O vaxt nəinki Bakının Azadlıq meydanında və hətta Sumqayıtda da mitinqlər həmin bayraqlar altında keçirilirdi.

 Şəhərin mərkəzi hissəsində yaşayan cəbhəçilərin heç biri o dövrdə həmin bayraqları öz evlərində saxlamaq məsuliyyətini öz üzərlərinə götürmədiklərindən, mitinqdən sonra bayraqları geri aparmaq müşkül məsələ idi. Bayraqlar minik maşınlarına sığışmadığı üçün çox vaxt mitinqdən sonra N.Ağayev bir qrup adamla onları Azadlıq meydanından 6-cı mikrorayonadək piyada əllərində aparırdılar.

 1989-cu ilin avqust-sentyabr aylarında AXC Idarə Heyətində parçalanma başlandı. Bunu görən N.Ağayev öz təşəbbüsü və zəhməti ilə düzəltdiyi bayraqları tribunada qaldırılmasına icazə vermədi. Bir müddət sonra AXC mitinqlər zamanı qaldırılması üçün cəbhəçi Azər Kəngərlinin anası Xədicə xanıma özləri üçün bayraq tikdirdi və 1992-ci il iyul ayının 19-da AXC-nin yaradılmasının üç illiyinə həsr olunmuş təntənəli yığıncaqda AXC sədri Əbülfəz Əliyev ədalətsiz olaraq ilk bayraq tikən adam kimi Xədicə xanımı mükafatlandırdı.

 1990-cı ilin fevralında Tbilisi faciəsinin bir illiyi münasibətilə respublikamızdan bir neçə qrup nümayəndə heyəti oraya getmişdi. N.Ağayev özü ilə hazırladığı bayraqları da aparmışdı. Gürcüstan Ali Sovetinin baş fasadının iki tərəfində Gürcüstan Respublikasının bayrağı ilə yanaşı Azərbaycan Respublikasının üç rəngli bayraqları da əzəmətlə dalğalanırdı.

 1990-cı ilin aprelin axırlarında N.Ağayev Moskvadan mənə zəng vurub, dedi: burada yaşayan azərbaycanlılar mayın 1-də demokratik qüvvələrlə birlikdə milli bayrağımızla nümayişə çıxmaq üçün rəsmi icazə alıblar. Bayraqları isə yoxdur. Təcili olaraq ya bayraqları göndər və yaxudda təyyarə ilə gətir.

Aprelin 30-da bayraqları şpili ilə birlikdə Moskvaya apardım. Moskvada yaşayan həmyerlimiz mərhum Arif Hüseynovun evində gecə yarısına kimi işləyib bayraqlara ağac düzəltdik. Danışığa görə mayın 1-də səhər saat 8-də Moskvada yaşayan azərbaycanlılarla birlikdə Məshəti türkləri də ( o vaxt onlar SSRI Ali Soveti binasının qarşısında ardıcıl piket keçirib, özlərinin hüquqlarını tələb edirdilər) Belarus vağzalının qarşısındakı meydana toplaşmışdılar. Biz də həmin vaxt oraya gəldik. Ilk dəfə olaraq 1 may 1990-cı ildə Moskvada Azərbaycan Respublikasının üç rəngli bayrağı qaldırıldı. Nümayişlə Qorki küçəsi ilə Qızıl Meydana tərəf irəliləməyə başladıq. Bayraqların birini Nadir Ağayev, o birini isə mərhum Arif Hüseynov aparırdı. Milli bayrağımızın Moskvanın mərkəzi küçəsində dalğalanması yerli əhaliyə və xaricilərə bir möcüzə kimi görünürdü. Müxbirlər bayraqları foto və videokasetə çəkirdilər. Qızıl Meydana gəldik, burada qarışıqlıq başlandı. Məlum oldu ki, nümayişçilər Sov.IKP MK Baş katibi M.Qorbaçova qarşı həddən artıq təhqiramiz sözlər deyiblər. Ona görə də demokratik qüvvələrin çox hissəsi Qızıl Meydandan keçə bilmədi. Oradaca qərar çıxarıldı ki, hamı Qorki adına mərkəzi mədəniyyət və istirahət parkına getsin.

 Assoşeyted press agentliyinin müxbiri Bram Brayl Belarus vağzalından Qorki adına parkadək bizi müşayət etdi, bir neçə azərbaycanlılardan, o cümlədən Nadir Ağayevdən də müsahibə aldı. Tribunada Rusiya federasiyasının, Azərbaycan və Litva Respublikalarının bayrağı dalğalanmağa başladı. Mitinqdə azərbaycanlılar adından mərhum Arif Hüseynov çıxış etdi. Üç rəngli bayrağımızın biri bir neçə gün Azərbaycan Respublikasının Moskvadakı daimi nümayəndəliyinin baş fasadı qarşısında əzəmətlə dalğalanmağa başladı. Sonra bayraqları Bakıya gətirdim.»

 Bir tərəfdən respublikanın kommunist rəhbərliyinin və AXC rəhbərliyinin fəaliyyətini dəstəkləmədiyimdən, o biri tərəfdən də maddi imkansızlıq üzündən mən müvəqqəti yaşamaq üçün 7 yanvar 1990-cı ildən Moskvaya getdim. MQT fəaliyyətini dayandırdıqdan iki həftə sonra, MQT-nin bütün dünyada qəbul olunmuş sivil fəaliyyətini Azərbaycan xalqının milli xüsusiyyətlərinə zidd, demokratik hərəkatla bir araya sığmayan qeyri-humanist hərəkat adlandıran Moskva ilə AXC-nin birgə fəaliyyəti nəticəsində 13-14 yanvar 1990-cı ildə Bakıda «poqromlar» başlandı və sonra da 20 yanvar qırğını baş verdi. Göründüyü kimi, AXC sədri Ə.Əliyev baş verəcək hadisədən Heydər Əliyev vasitəsilə qabaqcadan tam xəbərdar olmaqla bərabər, həm də bunun təşkilatçılarından biri imiş. Ona görə də o, uzaqgörənlik edib belə bir bəyanat vermişdi ki, baş vermiş faciənin məsuiliyyəti bütünlüklə Milli Qurtuluş Təşkilatının üzərinə düşsün. Həqiqətən də əgər MQT AXC-nin bu bəyanatından sonra da fəaliyyətini davam etdirmiş olsaydı, onda bütün məsuliyyət Milli Qurtuluş Təşkilatının üzərində qalacaqdı. 20 Yanvar hadisələrilə bağlı həbs olunanların biri də MQT sədri Məhəmməd Hatəmi Tantəkin oldu. Lakin sonradan sübut olundu ki, MQT üzvlərindən bir nəfər də olsun belə «poqromlarda» iştirak edən olmamışdır. Lakin Azərbaycan Respublikası prokurorluğunun dövlət təhlükəsizlik orqanları istintaqı üzərində nəzarət şöbəsinin rəisi A.Çudin 1990-cı ildə Heydər Əliyevin cinayət əməllərilə bağlı Azərbaycan KP MK-nın o vaxtkı 2-ci katibi V.P.Polyaniçkonun adına yazdığı arayışda (27.01.1990 il. № 13\8136) göstərir: «Yanvar faciəsindən sonra briqada öz fəaliyyətini dayandırmaq məcburiyyəti qarşısındadır. Çünki yaranmış mürəkkəb şəraitdə, hökumətlə cəmiyyətin sinifləşmiş elementlərinin maraqlarının çulğalaşdığı, respublikanı faktiki olaraq bəzi həmsərhəd ölkələrin xüsusi xidmət orqanlarının idarə etdiyi və Heydər Əliyevin azadlıqda gəzdiyi məqamda onun vəzifədən cinayətkar sui-istifadə hallarını araşdırmaq mümkünsüzdür. Daha bir neçə səbəbdən.

 Birincisi, istintaq briqadası yanvar faciəsilə bağlı müəyyən edib ki, Heydər Əliyev 70-80-ci illərdə törətdiyi cinayət əməlləri ilə bağlı fakt qarşısında qaldığından, briqadanın diqqətini yayındırmaq üçün AXC-dəki həmyerliləri və əlaltıları vasitəsilə Bakıda qanlı hadisələr törədib. Məqsəd həmçinin ictimai-siyasi durumu qarışdırmaqla Naxçıvan klanının lideri Heydər Əliyevi cinayət məsuliyyətindən yayındırmaq olub. Eyni məqsədlə Heydər Əliyev Kommunist Partiyasının DQMV Vilayət Komitəsinin sabiq birinci katibi Boris Gevorkovla cinayətkar sövdələşməyə gedərək, əvvəlcə DQMV-də, ardınca isə Sumqayıtda milli ədavəti qızışdırıb. Beləliklə, müəyyən edilib ki, AXC-nin əsas məqsədi qanlı hadisələr törətməklə Heydər Əliyevin hakimiyyətə gəlişini hazırlamaq olub.

 Ikinci, Əliyevlə Gevorkovun cinayətkar sövdələşməsini SSRI-nin və DIN-in istintaq briqadasının aşkar etdiyi, onların ANA XƏTTI ILƏ (seçdirmə mənimdir – N.A.) qohumluq əlaqələrinin olması faktı, habelə Heydər Əliyevin öz anket göstəricilərini saxtalaşdırması sübut edir: onun (Heydər Əliyevin – N.A.) anası milliyyətcə ermənidir.

 Üçüncü, SSRI və DIN-in istintaq briqadası müəyyən edib ki, SSRI Prokurorluğunun zona prokurorları olan Stepanyants və Mirzoyan Azərbaycan SSR Prokurorluğunun sabiq əməkdaşlarıdır və onların da Heydər Əliyevlə QOHUMLUQ (seçdirmə mənimdir – N.A.) əlaqələri bağlayır. Bu adamları məhz Heydər Əliyev özünün növbəti şəxsi maraqları naminə SSRI Prokurorluğunda yerləşdirib. Bu marağın məntiqi davamı kimi, Heydər Əliyevin qohumları olan Şahnazaryan, Nikodozyan, Arakelov və Avakyanın cinayət işləri qanunsuz olaraq xətm edilib.

 Azərbaycan SSR prokuroru və onun müavini M.Babayevin istintaq briqadasının işinə mane olmaq, onu respublikadan çıxarmaq üçün əllərindən gələni etmələri, kütləvi informasiya vasitələrində bu yöndə təbliğat aparmaları bir daha onların Heydər Əliyevlə əlbir olduqlarını və Azərbaycanda «əliyevşina»nın kök saldığını təsdiqləyir. 70-80-ci illərdə baş verən cinayətlərin «əliyevşina» olduğunu sübut edir. «Əliyevşina»nın maraqları indi də etibarlı şəkildə onun apoligeyləri və əlaltıları tərəfindən respublikanın yeni rəhbərliyində qorunmaqdadır. Bəzən pərdə arxasında, bəzən açıq şəkildə istənilən məsələlərin həllinə təsir göstərir. Çünki dövlət idarəetmə bağlarının çoxu onların əlindədir. Onlar faktiki siyasi ekstremizm yolu tutaraq, hakimiyyəti ələ almaq və patriarxal «əliyevşina»lığı bərpa etmək niyyətindədirlər.

 Milli faciəyə çevrilən 20 Yanvar hadisələrini də «əliyevşina» planlaşdırmışdı. Məqsəd hakimiyyəti ictimaiyyətin gözündən salmaq və cinayət məsuliyyətindən yayınmaq olub. Yanvar hadisələrinin Heydər Əliyevin əlaltıları tərəfindən stimullaşdırıldığını hadisələr ərəfəsində həbs edilən Ohanovun ifadəsindən də görmək olar. Saxlanılan zaman o, nəinki istintaq briqadasının əməkdaşlarına, eləcə də təsadüfən bu hadisənin üstünə çıxan AXC nümayəndələrinə odlu silahla müqavimət göstərib. Ohanyanın evində avtomat silahdan əlavə, kəşfiyyat-agentura fəaliyyəti üçün zəruri olan texniki vasitələr aşkar edilib. Təəssüflər olsun ki, kifayət qədər dəlil-sübut olmasına baxmayaraq, Ohanyan Heydər Əliyevin iqtidardakı əlaltıları vasitəsilə azadlığa buraxılıb.

 Heydər Əliyevi hakimiyyətə qaytarmaq məqsədilə həmçinin Azərbaycan KP MK-nın katibi Ramiz Mehdiyev Azərbaycan SSR Elmlər Akademiyasında «ziyalılar»dan, əslində isə Naxçıvan klanından ibarət «beyin mərkəzi» yaradıb. Mərkəz Heydər Əliyevə rəsmi müraciət ünvanlayaraq, guya indiki böhran vəziyyətində respublikaya rəhbərlik etməyi xahiş edib. Qeyd etmək lazımdır ki, R.Mehdiyevin arvadı Heydər Əliyevin anasının xətti ilə bacısıqızı («Plemyannitsa») sayılır.

 Ikinci belə «beyin mərkəzi»ni Azərbaycan SSR Ali Sovetinin işlər müdiri Axundov yaradıb. O, «əliyevşina»nın sifarişilə deputatlar arasında analoоi iş aparır və Ali Sovetin növbədənkənar iclasının təşkilinə, orada isə cəmi bir məsələnin («Ziyalıların Heydər Əliyevə müraciəti»nin) müzakirəsinə çalışır. Nəzərə alaq ki, Axundovun bacısı – Olya Axundova ana tərəfdən Heydər Əliyevə qohum olan Zori Balayanın qardaşı arvadıdır.

Moskva. 1 may 1990-cı il. Moskvada yaşayan azərbaycanlılar demokratik qüvvələrlə birlikdə milli bayraqlarımız altında nümayişə çıxıb. Bayraq aparanlar: solda moskvalı Arif Hüseynov, sağda Nadir Ağayevdir.

Hökumətin bəzi üzvləri şəxsi məqsədlər və başqa siyasi maraqlardan çıxış edərək, Azərbaycanın Moskvadakı nümayəndəliyində Heydər Əliyev üçün mətbuat konfransı düzənləyiblər. Ona görə və nəzərə alsaq ki, Əliyevlə Gevorkov insanları milli, dini mənsubiyyətlərinə və demokratik inanclarına görə təqib etməklə bəşəriyyətə qarşı cinayət törədiblər və bütün bunlar iki xalq arasında hərbi qarşıdurmaya gətirib, onlar əməllərinə görə Beynəlxalq Hərbi Tribunal qarşısında durmalıdırlar. Bu, həmçinin, DQMV-də ğuya milli-azadlıq hərəkatının getməsi barədə beynəlxalq birlikdə yaranmış yalançı rəyi dağıtmaq üçün yeganə çıxış yolu olardı.
Yanvar faciəsinin istintaqı haqqında Sizə əlavə məlumat veriləcək.»

 Bir neçə gün sonra isə Ə.Əliyev 20 Yanvar faciəsilə bağlı Türkiyə televiziyasına verdiyi müsahibəsində deyir: «Bizi bərk aldatdılar, əfəndim». (Ə.Əliyev: «Bu mənim taleyimdir» kitabı, səh. 59). Sonra isə 21 aprel 1990-cı ildə Bakı Dövlət Universitetində «Yurd» cəmiyyətilə keçirdiyi görüşdə 20 Yanvar faciəsinin günahkarları ilə bağlı verilən sualı belə cavablandırır: «Təqsirimiz var, AXC-nin müəyyən təqsiri var. Mən bunu gələcəkdə deyəcəyəm. (Lakin demədi – N.A.)) Amma indi ona görə demirəm ki, hələ Yazovun təqsiri, Qorbaçovun təqsiri çıxmalıdır üzə. Vəzirovun, Mütəllibovun, filankəslərin təqsiri çıxmalıdır üzə. Birinci günahkar onlardır». (Yenə də orada, səh. 72).

Heydər Əliyev isə bu faciə ilə bağlı Moskvada Azərbaycan Respublikasının nümayəndəliyinə gəlib, Moskvada yaşayan azərbaycanlılar qarşısında çıxış edib, bu dəhşətli faciə ilə bağlı kədərləndiyini, xalqla bir olduğunu bildirməklə bətrabər, «Mənim rəhbərliyim zamanı belə bir şey ola bilməzdi» dedi. Bununla da o, Moskvada yaşayan azərbaycanlılardan və bütün Azərbaycan xalqından təkrar respublika rəhbərliyinə gəlmək üçün dəstək istədi.

Həmçinin, Rəsul Quliyev də 20 Yanvar qırğının Heydər Əliyevin tövsiəsilə baş verdiyini bildirir. O, Azərbaycan Respublikasının baş prokurorunun adına Heydər Əliyevin cinayət əməlləri ilə bağlı ittihamda («femida» qəzeti, 5 sentyabr 1998 il) yazır: «Heydər Əliyev guya hakimiyyət hərisində olmadığını, yalnız və yalnız xalqın təkidi ilə hakimiyyətə gəldiyini utanmadan iddia etməkdədir. Əslində isə 1987-ci ilin oktyabrından zorla istefaya göndərildikdən sonra bütün cəhdləri Azərbaycanda hakimiyyətə gəlməyə yönəlmişdir.

Onun yanvar hadisələrində oynadığı rola da bu konlekstdən yanaşmaq lazımdır. Əlimizdə olan mötəbər sənədlərə əsaslanaraq bildiririk ki, 20 Yanvar hadisələri ərəfəsində Heydər Əliyev Kremldəki ağalarına konsultantlıq etmiş, Azərbaycanda şiddətlənməkdə olan milli azadlıq hərəkatını yatırmaq üçün Moskva cəlladlarına öz tövsiyələrini söyləmişdir. Sonradan Azərbaycanın Moskvadakı nümayəndəliyində «təşkil edilmiş» mətbuat konfransı isə Heydər Əliyevin bu cinayət əməllərinin ört-basdır edilməsinə yönəlmişdir.

Sual olunur: Moskvada daim təqib və təzyiqlərə məruz qaldığını iddia edən Heydər Əliyev hansı sehirli qüvvənin himayəsi ilə guya dustaq edildiyi evini tərk edərək, Azərbaycan nümayəndəliyinə gəlir və mətbuat konfransı keçirir?»

Bu və zəruri olaraq buna oxşar digər sualların, məsələn, Heydər Əliyevi kim və hansı məqsədlərlə Azərbaycana göndərib və s. və i. cavabını Siz Şamil Salehin «Xainin mənşəyi olmaz, xainin əsli sorulmaz», «Azərbaycanı Heydər Əliyev və komandasından xilas etməyin zəruriliyinə dair» və başqa əsərlərində tapa bilərsiniz.

M.Qorbaçov 20 Yanvar faciəsindən ləzzət alır

Digər tərəfdən, SSRI rəhbəri Mixail Qorbaçov və Heydər Əliyevin özü də etiraf edib ki, 19 yanvar 1990-cı ildə onların telefon danışığı olub, M.Qorbaçov Heydər Əliyevi Bakıda baş verəcək dəhşətli qırğın barədə xəbərdarlıq edib. Bu da onu sübut edir ki, Heydər Əliyev Azərbaycan xalqına qarşı baş verəcək qırğından – ən ağır cinayətdən qabaqcadan xəbərdar idi. Əgər böyük təcrübəyə malik olan Heydər Əliyev Azərbaycan xalqına doğma olsaydı, şübhəsiz ki, bu dəhşətli faciənin qarşısını almaq üçün lazımi tədbir görə bilərdi. Lakin Heydər Əliyev baş verəcək ən ağır, dəhşərli cinayəti bilə-bilə gizlədib (hüquq qanunlarına əsasən, cinayəti bilə-bilə gizlətməyin özü cinayətdir), cinayət – dəhşətli faciə baş verəndən sonra isə o, donunu dəyişib, Azərbasycanın Moskvadakı nüməyəndəliyinə gəlib, Azərbaycan xalqı ilə bir olduğunu bəyan edir.

A.Çudinin Azərbaycan KP MK-nın 2-ci katibi V.P.Polyaniçkonun adına Heydər Əliyevin cinayət əməllərilə bağlı arayışı, R.Quliyevin Azərbaycan Respublikasının Baş prokurorunun adına Heydər Əliyevin cinayət əməlləri barədə yazdığı ittihamı və 19 yanvar 1990-cı ildə M.Qorbaçovla Heydər Əliyev arasında olan telefon danışığı 20 Yanvar qırğınının təşkilastçısının Heydər Əliyevin şəxsən özü olduğunu deməyə tam əsas verir. Bütün bunlarla da tam sübut olunur ki, Mixail Qorbaçovla Heydər Əliyev Sov.IKP MK Baş katibi kürsüsünə sahib çıxmaq üçün nə qədər bir-birinə qarşı rəqib olsalar da, Azərbaycan dövlətçiliyinin məhv olunmasında və Azərbaycan xalqına, xüsusən də Azərbaycan türklərinə qarşı aparılan genosid əməliyyatında həmfikir və həmməqsəd olublar. M.Qorbaçov da bundan qürur hissi duyub, Azərbaycan xalqına qarşı keçirdiyi dəhşətli 20 Yanvar faciəsindən ləzzət alıb. Yuxarıdakı şəkildən göründüyü kimi M.Qorbaçovun da gülüşü və xcarici sifəti bu həqiqəti təsdiq edir.

20 Yanvar soyqrımı Heydər Əliyev hakimiyyətə gələndən sonra Azərbaycan Respublikası Milli Məclisində müzakirə edilən zaman deputat Tahir Kərimli öz çıxışında Heydər Əliyevə müraciət edərək «Qırğının qarşısını almaq olardı. Əgər Mixail Qorbaçov telefonla Sizə müraciət edəndə ki, televiziya ilə çıxış edin, xalqı küçələrdən geri çağırın, Siz bunu etmədiniz, AXC-də Sizin təsiriniz böyük idi.» dedi. Heydər Əliyev isə T.Kərimlinin sualını cavablandırmadı.

 Heydər Əliyevin Moskvada Azərbaycan nümayəndəliyində keçirdiyi mətbuat konfransından sonra ona dəstək AXC sədri Ə.Əliyevin vasitəsilə Naxçıvandan verildi. O, 1990-cı ilin iyul ayında Moskvadan Naxçıvana gəldi. Iki ay sonra, noyabr ayında Naxçıvandan Azərbaycan Respublikası Ali Sovetinə deputat seçilməklə bərabər, Naxçıvan MR Ali Sovetinin sədri oldu. Bu kürsünü əldə etməklə AXC tərəfindən ona göstərilən xidmətlərə görə AXC-nin respublika üzrə Nəzarət Təftiş Komissiyasının sədri Becan fərzəliyevi Naxçıvan Nazirlər Sovetinin sədri, AXC-nin Naxçıvan MR Şərur rayon təşkilatının sədri fəraməz Allahverdiyevi isə həmin rayona başçı təyin etdi.

 18 oktyabr 1991-ci ildə Azərbaycan müstəqil respublika elan olundu və Azərbaycan Respublikasının 1-ci prezident seçkiləri təyin edildi. Heydər Əliyev Ayaz Mütəllibovun müstəqil Azərbaycanın 1-ci prezidenti seçiləcəyinin real olduğunu görüb, qısqanclıq edərək, AXC-nin gücündən istifadə istifadə edib, Naxçıvan MR-də Azərbaycan Respublikası prezidenti seçkilərini baykot etdi. Buna baxmayaraq, A.Mütəllibov qanuni olaraq müstəqil Azərbaycan Respublikasının 1-ci prezidenti seçildi. A.Mütəllibovun Azərbaycan Respublikasının 1-ci prezidenti olması, Heydər Əliyev başda olmaqla, əksər naxçıvanlıları və ermənistanlıları həddən artıq narahat edirdi. Onları nə Vətənin, nə də ki millətin taleyi qəti maraqlandırmırdı. Qarşılarında yeganə bir məqsəd dururdu nəyin bahasına olur-olsun, A.Mütəllibovu devirib, onun yerində Heydər Əliyevi oturtmaq. Bu baş tuitmadıqda isə, hər hansı bir naxçıvanlını və yaxud ermənistanlını Azərbaycan Respublikası prezidenti kürsüsündə müvəqqəti oturtmaq. Sonra hakimiyyəti Heydər Əliyevə ötürmək. Burada söhbət tək A.Mütəllibovdan getməməlidir. Əgər o dövrdə A.Mütəllibov deyil, hər hansı bir respublikanın köklü adamı (naxçıvanlılar istisna olmaqla) prezident seçilmiş olsaydı belə, yenə də bir qrup ermənistanlılar və naxçıvanlılar tərəfindən belə hərəkət baş verəcəkdi.

Müstəqil Azərbaycan Respublikasının tam demokratik yolla seçilmiş ilk qanuni prezidenti Ayaz Mütəllibov

Onmların bir məqsədi vardı təki hakimiyyət naxçıvanlılarla ermənistanlıların əlində olsun. Respublikanın belə ağır, gərgin dövründə bu qüvvə nəinki Azərbaycan Respublikasının qanuni prezidenti A.Mütəllibovu normal işləyib, respublikaya rəhbərlik etməyə qoydu, hətta onu devirmək üçün mitinqlərə, üsyana qalxmağa da cəhd edirdilər. A.Mütəllibovu istefaya göndərmək üçün 1992-ci il fevralın 29-da və martın 5-də AXC-nin izdihamlı mitinqi keçirildi. Bakıda siyasi döyüşlər, kürsü davası ara vermirdi. Bundan istifadə edən erməni qüvvələri isə Azərbaycanın kəndlərini və rayonlarını işğal edirdilər. Nəticədə, AXC funksionerləri özlərinin məkrli məqsədlərinə nail oldular, ermənilər də müqəddəs arzularına çatdılar.
Heydər Əliyev 1992-ci il Azərbaycan Respublikasına prezident seçkiləri zamanı öz namizədliyini vermək istədi. Lakin Azərbaycan Respublikasının Konstitusiyasında prezidentliyə namizədlik üçün yaş məhdudiyyəti qoyulmuşdu – 65 yaşadək. Ona görə də yaş məhdudiyyətinin götürülməsi məsələsi Ali Sovetin iclasında müzakirəyə çıxarılmalı idi. Bununla əlaqədar icazə üçün heç bir yerə müraciət etmədən 1992-ci ilin aprel ayında Heydər Əliyevin tərəfdarları Ali Sovetin qarşısında ardıcıl olaraq piket və mitinq keçirirdilər. Bu icazəsiz aksiyanın ən fəal iştirakçıları Azərbaycan Respublikası Milli Məclisinin indiki sədri Murtuz Ələsgərov, Bakı şəhər Icra Hakimiyyətinin Başçısı Hacıbala Abutalıbov, sosial təminat naziri Əli Nağıyev, Səbail rayon Polis Idarəsinin rəisi Nazim Nağıyev, Milli Məclisin üzvləri Səyyad Aran, Ağabəy Əsgərov, Siyavuş Novruzov və hazırki iqtidarın digər nümayəndələri idi. Hər gün Ali Sovetin qarşısında icazəsiz piket və mitinqlərdə 50-100 adam, təsadüfi halda isə 100 nəfərdən bir qədər artıq adam iştirak edirdi. Bu aksiyaların təşkilatçısı «Əlincə» xeyriyyə cəmiyyəti idi.

O vaxt bu xeyriyyə cəmiyyəti sırf siyasətlə məşğul olurdu və əsas fəaliyyəti də ancaq Heydər Əliyevin təbliği və onun təkrarən hakimiyyətə gətirilməsi üçün lazımi tədbirlərin görülməsindən ibarət idi. Cəmiyyətin sədrinin akademik fərəməz Maqsudov olmasına baxmayaraq, bütün təşkilati işləri Əli Nağıyev aparırdı. Bu iş üçün əlevsevər imkanlı adamların əksəriyyəti qeyri-rəsmi maddi köməklik edirdilər, bir qismi də «Əlincə» xeyriyyə cəmiyyətinin fonduna rəsmi pul keçirirdi. «Əlincə» xeyriyyə cəmiyyətinin orqanı olan «Səs», sədri Imam Mustafayev olan «Qayğı» xeyriyyə cəmiyyətinin orqanı «Aydınlıq» və baş direktoru Rəsul Quliyev olan «Azərneftyağ» zavodunun «Iki sahil» qəzetlərinin əsas fəaliyyətləri də Heydər Əliyevi təbliğ etməkdən ibarət idi. 1992-ci ilin aprel ayında piket və mitinqlərin keçirildiyi vaxtda Heydər Əliyev hər gün Naxçıvandan Bakıya «Əlincə» xeyriyyə cəmiyyətinə və «Aydınlıq» qəzetinin baş redaktoru Babək Hüseynoğluna bir neçə dəfə telefon açıb, mitinqdə nə qədər adam iştirak etdiyini soruşmaqla bərabər, iradəli olub axıra kimi kimi dözməyi tövsiyə edirdi. O vaxt Heydər Əliyev özünün müdafiəsi üçün mitinqə 50-100 adamın gəlməsini böyük bir qüvvə sayırdı.

O biri tərəfdən də Heydər Əliyevin adamları Bakıda və respublikanın rayonlarında təbliğat aparıb, xalqı inandırmağa çalışırdılar ki, əgər Heydər Əliyev təkrar respublika rəhbərliyinə gələrsə, ömrünün axırında keçmiş günahlarını yuyub, ölənlərinə və özünə rəhmət qazanmaq üçün birinci növbədə tayfabazlığa, yerlipərəstliyə (naxçıvanlı-ermənistanlıpərəstliyə) son qoyub, xalqı birləşdirib, vətəni yaranmış bəladan qurtaracaqdır. Çox adamlar da Heydər Əliyevin yaşını nəzərə alıb, bu təbliğata inanırdı. Həmin adamlardan biri də mən oldum. Bu barədə ilk dəfə Heydər Əliyev ailəsinə yaxın olan Rizvan Vəhabov (sonradan o, Yanacaq Komitəsinin sədri oldu) mənə müraciət etdi. Bildirdi ki, Heydər Əliyevin əsas məqsədi xalqı birləşdirib, Vətəni yaranmış bəladan qurtarmaqdır. Ona görə də onun təkrarən həkimiyyətə gəlməsini dəstəkləyim və ona yardımçı olum. Əgər Heydər Əliyevə qarşı çıxaramsa, onda sabah hamı məni günahlandırıb deyəcək ki, öz şəxsi marağını dövlətin, Vətənin marağından marağından üstün tutur. Öz şəxsi marağına görə Vətənin yaranmış bəladan qurtarması üçün ağsaqqalın respublika rəhbərliyinə gəlməsinə mane olur. Sonra o vaxt «Aydınlıq» qəzetinin baş redaktoru Babək Hüseynoğlu (sonradan Teleşirkətin rəisi oldu) mənə müraciət edib bildirdi ki, Heydər Əliyev keçmiş əməllərinə görə peşimançılıq çəkir. Indi onun yeganə məqsədi keçmiş günahlarını yumaq üçün xalqı birləşdirib, Vətəni yaranmış bəladan, gərginlikdən qurtarmaqdır ki, ömrünün sonunda özünə də, ölənlərinə də rəhmət qazandırsın. Belə bir xahişlə bir çox adamların mənə müraciətindən sonra, sonda professor Murtuz Ələsgərov da (sonradan o Azərbaycan Respublikası Milli Məclisinin sədri oldu) belə bir müraciətlə mənə xahiş etməsini nəzərə alıb, razılıq verdim.

Lakin mən bu məsələyə kor-koranə yanaşmadım. Hər şeyi təhlil edib gördüm ki, o vaxt respublikada ən böyük qüvvə sayılan AXC-nin rəhbərliyi tərəfindən Heydər Əliyev dəstəklənir. O biri tərəfdqən də Heydər Əliyevin mafiyası respublikada çox böyük kök salıb və həddən artıq da böyük maddi imkana malikdir. Ona görə də belə bir şəraitdə hər hansı kənar adamın hakimiyyətə gəlməsi müşkül məsələ idi, digər tərəfdən də kim respublika rəhbərliyinə gəlsə idi də, AXC rəhbərliyi ilə Heydər Əliyev mafiyasının birgə fəaliyyəti o adamı normal işləməyə qoymayacaqdı. Artıq Heydər Əliyevin hakimiyyətə gəlməsi reallaşırdı. Vaxt uzandıqca Vətənin torpaqları da gedirdi, xalqın vətənpərvər övladları da məhv olurdu. Eyni zamanda da Heydər Əliyev elə bir bacarığa və elə bir gücə malikdir ki, o istəsə, xalqı birləşdirib, Vətənin işğal olunmuş torpaqlarını nəinki azad edə bilər, hətta Ermənistandan məcburi çıxarılmış azərbaycanlıları geri, öz doğma torpaqlarına qaytartdıra bilər. Bütün bunları nəzərə alıb, mən də Heydər Əliyevi dəstəkləməyə razılıq verdim və sonra Heydər Əliyevə yaxın olan adamlarla əlaqələrim yarandı, Heydər Əliyevin özü ilə də görüşdüm.

O dövrdə kiminsə respublikaya normal rəhbərlik edə bilməsi ancaq Heydər Əliyev cəmiyyətdən təcrid edildikdən sonra və yaxud da dünyasını dəyişdikdən sonra mümkün idi. Respublikada sabitliyin yaranması və Qarabağ məsələsinə son qoyulması üçün Azərbaycan KP MK-nın 2-ci katibi V.P.Polyaniçko 1989-1990-cı illərdə Moskvadan gəlmiş istintaq qrupunun köməkliyilə Heydər Əliyevin cəmiyyətdən təcrid olunmasına cəhd göstərsə də, respublikanın o vaxtkı hüquq-mühafizə orqanları rəhbərlərinin Heydər Əlitevi müdafiə etməsi nəticəsində bu mümkün olmadı.

Heydər Əliyev mafiyası Prezident Aparatında, Ali Sovetdə, hüquq-mühafizə orqanlarında, Elmlər Akademiyasında və ümumiyyətlə respublikanın elə bir sahəsi yox idi ki, orada fəaliyyət göstərməyəydi. Bu mafiya respublikada yaranmış vəziyyəti təhlil edib, nəticəyə gəldi ki, yaş məhdudiyyəti götürülsə də, xalq Heydər Əliyevə səs verməyəcək. Ona görə də Heydər Əliyevin təkrarən hakimiyyətə gələ bilməsi üçün bir yol qalmışdı ki, o da AXC sədri Ə.Əliyevi hakimiyyətə müvəqqəti gətirmək, sonra da Ə.Əliyevdən istifadə edib, Heydər Əliyevin özünü hakimiyyətə gətirmək.

Heydər Əliyev Naxçıvanda idi. Təkrarən hakimiyyətə gəlib yerini möhkəmlətmək üçün cəbhəçilər arasında böyük nüfuza malik olan Becan fərzəliyevdən və fəraməz Allahverdiyevdən yaxşıca istifadə etdikdən sonra, özünün əsl əqrəb olduğunu nümayiş etdirib, onların hər ikisini vurdu. Halbuki, haqq və ədalət naminə Heydər Əliyev ömrü boyu bu adamların hər ikisinə də minnətdar olmalı idi. Bundan sonra Heydər Əliyev Naxçıvanda cəbhəçilər arasında nüfuzdan düşdü. Hətta elə bir vəziyyət yarandı ki, cəbhəçilər onu Naxçıvanda devirmək qərarına gəldilər. Böyük qarşıdurma yarandı. 24 oktyabr 1992-ci ildə, başda AXC liderləri olmaqla, bir qrup silahlı dəstə Naxçıvanda televiziya studiyasını, DIN binasını tutdu. Heydər Əliyev isə bunu dövlət çevrilişinə cəhd kimi qiymətləndirdi. Heydər Əliyev vəziyyətdən çıxmaq üçün bu dəfə özünə yeni arxadaşlar tapdı.

1992-ci ildə respublika prezidentliyinə namizəd verilərkən Əbülfəz Əliyev bəyan etdi ki, mən namizədliyimi vermək istəmirəm, ancaq məni məcbur edirlər. Birinci çıxışında dedi: «mən prezident olsam da 6 ay olacağam». Sonrakı çıxışında isə dedi ki, «mən prezident olsam da bir ildən artıq işləməyəcəyəm». Lakin kimlərin onu məcbur etdiyini və nə üçün 6 ay və yaxud bir ildən artıq işləməyəcəyini açıqlamadı və sözün əsl mənasında açıqəlamağa cəsarəti də çatmadı. Respublika prezidentliyinə 7 namizəd qeydiyyatdan keçdi. Seçkilərə bir ay qalmış, 07.05.1992-ci ildə mən Ə.Əliyevə bir məktub çatdırdım. Orada qeyd etmişdim: «Əgər Azərbaycan xalqı siyasi savadsızlığını və kor olduğunu bildirib, kütbeyin, siyasətdən uzaq, boşboğaz, hay-küyçü adamların təsiri altında emosiyaya uyub, sizin prezident seçilməyiniz üçün səs verərsə, onda bu xalq sözün əsl mənasında ölümə məhkum bir xalqdır. Yaxşı fikirləşin: gədədən bəy olmaz! Hayla gələn, vayla gedər!» O vaxt mənim bu məktubumu bir neçə qəzet də dərc etmişdi. Həmçinin, qeyri-formal qəzet və broşyura kimi də dərc edilib yayılmışdı. 18 noyabr 1992-ci ildə Naxçıvanda Heydər Əliyevlə görüşərkən onun stolunun üstündə mənim çap etdirdiyim qeyri-formal qəzet və broşyuralar, o cümlədən bu broşyura da vardı. O gülümsəyərək məndən soruşdu: «Əbülfəz bunları necə qəbul edir?» Dedim yükgötürəndir də.

Prezidentliyə namizədlər qeydiyyata alınandan sonra Azərbaycan televiziyası canlı yayımla namizədlərlə teledebat keçirdi. Teledebata bir Ə.Əliyevdən başqa, o biri namizədlərin 6-sı da gəldi. Ə.Əliyev gəlmədi, ona görə ki, o, istər-istəməz verilən suallara məcburiyyət qarşısında qalıb canlı efirdə cavab verməli olacaqdı. Onda da onun iç-üzü açılacaqdı. Ona görə də bu biabırçılığın qarşısını almaq üçün onun namizədliyinin verilməsində maraqlı olan Heydər Əliyev mafiyası və bir də Ə.Əliyevin prezident seçilməsindən bəhrələnmək istəyən adamlar onu teledebata buraxmadılar.

Əbülfəz Əliyev

Əbülfəz Əliyevin prezident seçilməsində ən çox maraqlı olan Heydər Əliyev artıq özünü Azərbaycan Respublikası prezidenti kürsüsündə oturmuş hesab edirdi və Ə.Əliyevi müvəqqəti oturduğu kürsüdən durğuzmaq üçün hərtərəfli tədbirlər görməyə başladı. Əvvəlcə Heydər Əliyevin göstərişi ilə Azərbaycan ziyalıları adından onun öz adına müraciət yazıldı və 91 adam tərəfindən imzalandı. Müraciəti imzalayan ziyalılar bunlardır: Azərbaycan Respublikası EA-nın akademikləri – Ziya Bünyadov, Fərəməz Maqsudov, heykəltaraşlıq akademiyasının akademiki – Ömər Eldarov, Azərbaycan EA-nın müxbir üzvləri – Iqrar Əliyev, Kərim Kərimov, Məmmədtağı Cəfərov, Sabir Hacıyev; Xəlil Rza Ulutürk – xalq şairi, Sirus Təbrizli – yazıçı-publisist; Azərbaycan Respublikasının xalq deputatları – Zeynəb Xanlarova – xalq artisti, Əli Ömərov, Eldar Ibrahimov, Mixail Zabelin, Əlfəddin Abdullayev; professorlar: Murtuz Ələsgərov – əməkdar hüquqşünas; Əkbər Bayramov – əməkdar elm xadimi; Zahid Qaralov – əməkdar müəllim; Həsən Quliyev; Adil Qasımov, Əоdər Ismayılov, fikrət Ismayılov – respublika dövlət mükafatı laureatı, Şahlar Əsgərov, Mübariz Əhmədov, Əli Nağıyev, Ədalət fərəcov, Həsən Mirzəyev, Zahid Xəlilov, Vilayət Əliyev, Abbas Səmədov; Ağabala Mahmudov, Şəmistan Mikayılov, Səfyar Musayev, Əsədulla Qurbanov, Musa Ilyasov, Tələt Qayıbov, Məmməd Məmmədov, Rafiq Əmənzadə, Lalə Hacıyeva, Eldar Abbasov, Əli Insanov, fuad Ismayılov, Əlişir Musayev, Hüsü Kərimov, Rafiq Məmmədhəsənov, Məmməd Nəsirov, Ibrahim Isayev, faiq Cəfərov, Sudeif Imamverdiyev; Liliya Luqovaya – dosent, əməkdar həkim; elmlər doktorları Hacıbala Abutalıbov, Novruz Quliyev, Əmir Mərdanov; dosentlər – Sabir Xəlilov, Pənah Mahmudov, Isgəndər Quliyev, Zakir Sərdarov, Əli Əhmədov, Əli Hacıyev, Maqsud Nəcəfov, Heydər Hüseynov, Nəbi Əsgərov, Allahverdi Hacıyev, Tofiq Hüseynov, Məmməd Məmmədov, Musa Heydərov; Hacı Hacıyev – elmlər namizədi, «Qaraçöp» xeyriyyə cəmiyyətinin sədri, elmlər namizədi – Nəzir Əhmədov, Allahyar Hascıyev, Ibrahim Əzizov, Aydın Əhmədzadə, Vidadi Aslanov, Səbirə Dünyamalıyeva; Georgi Savoskin – «Sodruоestvo» cəmiyyətinin üzvü, Lyudviq Muradov – «Azərbaycan – Rusiya» cəmiyyətinin məshul katibi, Rəfael Allahverdiyev – «Azərbaycan – Rusiya» cəmiyyətinin vitse prezidenti, Asif Cahangirov – BXTŞ-nin müdiri, Rafiq Qasımov – «Azərelektroterm»in baş direktor müavini, Kərim Kərimov – Bakı kondinsioner zavodunun şöbə müdiri, Munis Bayramov – Azərbaycan «Əlillər» cəmiyyəti sədrinin köməkçisi, Möhsün Möhsünov – yazıçı, оurnalist, Ağabəy Əsgərov – elmlər namizədi, «Səs» qəzetinin baş redaktoru, Vüqar Rəhimzadə – «Iki sahil» qəzetinin baş redaktoru, Rizvan Cəbiyev – «Naxçıvan» qəzetinin baş redaktoru, Ariz Abdullayev – «Axtarış» qəzetinin baş redaktoru, Mirzə Əsgərov – «Real» agentliyinin direktoru, Xeyrəddin Qoca – «Açıq Söz» qəzetinin redaktor müavini, оurnalistlər: Səlahəddin Quliyev, Ziya Paşa, Vüqar Ismayılov, Tahir Məmmədov.

 Bu müraciət «Səs» qəzetində (16 oktyabr 1992-ci il) «Azərbaycan Sizin sözünüzü gözləyir» başlığı altında dərc edildi. Müraciətdə qeyd edilmişdir:

«Möhtərəm Heydər bəy! Hamımız görürük ki, respublikamızın, xalqımızın vəziyyəti gündən-günə ağırlaşır. Azərbaycan sözün əsl mənasında siyasi, mənəvi böhran keçirir. Bundan da əsas səbəb son illər respublikada mövcud olan və getdikcə daha da güclənən hakimiyyət böhranıdır… Mövcud iqtidar ictimai-siyasi gedişatlara tam nəzarət edə bilmir… Dünənə kimi küçə və meydanlarda səhərdən axşama qədər demokratiyadan danışanlar, görünür, demokratiyanın mahiyyətinin nə olduğunu dərk etmirlər. Əsl demokratik ölkələrdə ordu, polis, başqa inzibati orqanlar siyasətdən kənardır və bütün bu qüvvələr hakimiyyətdə olanlara deyil, xalqa xidmət edirlər. Rəhbərliyin siyasi naşılığından, idarəetmə səriştəsizliyindən, hakimiyyət hərisliyindən həm daxildən, həm də xaricdən müəyyən qüvvələr öz mənafeləri üçün məharətlə istifadə edirlər… Xalqımıza qarşı törədilən ən böyük dəhşətli cinayətləri – 20 Yanvar, Xocalı, Şuşa, Laçın və digər faciələri törədənlər hələ cəzalarına çatmayıblar. Axırı görünməyən, minlərlə insan ömrü aparan, saysız-hesabsız ailələri doğma yurdlarından didərgin salan Qarabağ fitnəkarlığı bir çoxları üçün siyasi oyunbazlığa, məqam, vəzifə qamarlamaq zirvəsinə, qazanc mənbəyinə dönübdür… Siyasi partiyaların rəhbərləri arasında sözün əsl mənasında geniş xalq kütləsinin dərin inam və etimadını qazanmış, müxtəlif zümrələrdən olan adamları birləşdirə biləcək beynəlxalq nüfuzlu və respublika həyatının bütün sahələrindən təm, geniş məlumatı olan güclü lider yoxdur.

Möhtərəm Heydər bəy! Indiki vəziyyətdə bu çətin, məsuliyyətli işi respublikada öz üzərinizə götürməyə qadair yeganə şəxs Sizsiniz!..»

Ziyalıların müraciətilə yanaşı, Heydər Əliyevin adamları respublikanın müxtəlif bölgələrindən sakinlər adından ona müraciətlər təşkil edib, onun təkrarən respublikanın rəhbəri olması arzusunda olduqlarını bildirirdilər. Həmçinin, respublika televiziyası və bəzi mətbuat orqanları da gündən-günə bu sahədə təbliğatlarını artırırdı.

Bir həftədən sonra, 24 oktyabr 1992-ci ildə Heydər Əliyev respublika ziyalılarına «Yeni müstəqil Azərbaycan uğrunda» başlıqlı yazısı ilə cavab verdi. O cavabında yazırdı:

«…Müraciətinizdən, mətbuat və televiziyadan, Azərbaycanın müxtəlif bölgələrindən gələn məktublardan aldığım məlumatlardan məlum olur ki, respublikada ictimai-siyasi və sosial-iqtisadi vəziyyət son dərəcə ağırdır. Bu şəraitdə Azərbaycan ziyalılarının narahatlığı haqlıdır və təqdira layiqdir… Indi indiki əsas vəzifə dövlətçiliyin, müstəqilliyin bərqarər olunmasını, milli demokratik dövlətin formalaşmasını, müstəqil Azərbaycanın suverenlıyini, təhlükəsizliyini təmin etmək və vətəndaşlara azad, xoşbəxt, firavan həyat şəraiti yaratmaqdan ibarətdir. Bu xeyirxah və şərəfli işə hər bir vətənpərvər öz layiqli töhfəsini verməlidir…

Azərbaycanın dövlət müstəqilliyi bütün Azərbaycan xalqının milli sərvətidir və heç cür yol vermək olmaz ki, bu ayrı-ayrı siyasi partiyaların, qurumların, şəxslərin müstəsna səlahiyyətinə, monopoliyasına çevrilsin.

Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, milli demokratik dövlətin, hüquqi cəmiyyətin yaradılması bütün ictimai-siyasi, sosial-iqtisadi potensialından istifadə olunmasını tələb edir. Əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olur.

Güman edirəm ki, bu yolla əsas vəzifələr aşağıdakılardan ibarətdir:

Birinci. Azərbaycanın müharibə vəziyyətindən çıxması və Qarabağ probleminin tezliklə həll olunması.

 Ikinci. Azərbaycan tükənməz təbii sərvətlərə, zəngin sənayeyə, aqrar və sosial ehtiyatlara, lazımi intellektual potensiala, əsaslı istehsal formalarına, istənilən qədər işçi qüvvəsinə malikdir. Bütün bunlardan respublikanın müstəqilliyini möhkəmlətmək və insanların həyat səviyyəsini yaxşılaşdırmaq üçün səmərəli istifadə olunmalıdır.

Üçüncü. Bu gün respublikada aparılan kadr siyasəti, çox haqlı olaraq geniş xalq kütləsinin etiraz və narahatlıqlarına səbəb olur. Rəhbər vəzifələrə iş qabiliyyəti, biliyi, bacarığı, təsərrüfat və idarəetmə işlərindəki təcrübəsi nəzərə alınmadan yalnız Xalq Cəbhəsinə mənsubiyyətinin əsas götürülməsi hüquq normalarına uyğun deyil, ağır nəticələr verə bilər. Xalq Xalq Cəbhəsinə heç zaman belə müstəsna hüquq və səlahiyyət verməmişdir. Ötən illər və onilliklər ərzində respublikada dövlət idarəetmə, iqtisadiyyat, elm, mədənioyyət və sosial sahələrdə kifayət qədər bilikli, təcrübəli, səriştəli, yüksək mədəniyyət və sosial sahələrdə kifayət qədər bilikli, təcrübəli, səriştəli, yüksək mədəniyyətə malik kadrlar hazırlanmışdır. Onların hamısı ictimai-siyasi təşkilatlar, partiyalara mənsubiyyətindən asılı olmayaraq, fəal quruculuğa cəlb edilməlidirlər.

Bu gün bolşeviklərin və kommunistlərin özünü doğrultmayan təcrübəsindən yenidən istifadə olunmasına yol verilməməlidir. Təəssüf ki, son aylar bu təcrübə respublikada geniş tətbiq edilir.

Dördüncü. Müstəqil Azərbaycanın dövlətçiliyinin möhkəmlənməsi hər şeydən əvvəl, respublikada qanunların toxunulmazlığından, qanunun aliliyindən asılıdır. Totolarizmdən tamamilə xilas olmaq yalnız demokratiyanın ardıcıl inkişafı, siyasi plyüralizm, insan azadlığı şəraitində mümkündür. Söhbət söz, vicdan, din, təşəbbüskarlıq və sahibkarlıq, mülkiyyətçilik, seçib seçilmək azadlığından gedir.

fikrimcə, yeni müstəqil dövlətin quruculuğu prosesinə vətəndaşların hamısı, əhalinin bütün təbəqələri cəlb olunmalıdır. Yeni müstəqil Azərbaycan bütün Azərbaycan xalqınındır. Hamı onun tərəqqisinə çalışmalıdır. Bu işdə heç kəsə məhdudiyyət qoyulmamalıdır.

Beşinci. Son zamanlar Azərbaycanın parçalanmasına yönəlmiş meyllərin təzahürü böyük təhlükə yaradır. Belə meyllərin qarşısı qətiyyətlə alınmalıdır. Yaranan problemlər sivilzasiya və demokratik yollarla həll edilməlidir.

Azərbaycan onilliklərlə, yüzilliklərlə onun ərazisində yaşayan bütün insanların vətəni olmuşdur. Yaranmış vahid, bütöv Azərbaycanın demokratik prinsiplər əsasında qorunub saxlanılması və inkişaf etdirilməsi, müstəqil Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi üçün mühüm vəzifə və əsas şərtdir.

Azərbaycanın bugünkü həyat və gələcək taleyinə dair digər problemlər də məni narahat edir. Lakin Sizin müraciətinizə cavab verərkən yuxarıda göstərilən məsələlərə daha öncə diqqət yetirməyi lazım bilirəm. Zənnimcə, onların ən qısa müddətdə həlli müstəqil Azərbaycan dövləti üçün son dərəcə vacibdir. Azərbaycanın çağdaş və gələcək taleyilə bağlı bu problemlərinə biganə qalmağa heç kəsin haqqı yoxdur.»

Sonra Heydər Əliyev 21 noyabr 1992-ci ildə Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransını keçirdi. Partiyanın təsisçiləri siyahısına mənim də adım yazıldı və Siyasi Şuranın üzvü seçildim. Partiyanın qeydiyyata alınması üçün sənədlər hazırlanıb Ədliyyə Nazirliyinə göndərildi. YAP-ın sənədləri nazirliyə daxil olandan sonra, bir həftanin içində, 18 dekabr 1992-ci ildə partiyanın qeydiyyata alınması və rəsmi fəaliyyətinə icazə verilməsi barədə qərar çıxarıldı.

1992-ci ildə Heydər Əliyev Naxçıvanda AXC fəalları olan B.fərzəliyev və f.Allahverdiyevi ədalətsiz olaraq vurduğu üçün, Bakıda da bir çox cəbhəçilər ona qarşı çıxdılar. Hətta Heydər Əliyevi birdəfəlik olaraq siyasi arenadan çıxarmaq üçün Naxçıvan Ali Məclisini dağıtmaq qərarına gəldilər. Naxçıvan dövlət quruculuğunun ləğv edilməsi üçün layihə hazırlayıb, Azərbaycan Respublikası Ali Sovetinin müzakirəsinə çıxarmaq istədilər. Bu vaxt Heydər Əliyevin xahişilə 09 dekabr 1992-ci ildə Akademiyada akademik Ziya Bünyadovun sədrliyi ilə ziyalıların yığıncağı keçirildi. 25 nəfərdən ibarət Naxçıvan MR dövlət quruculuğunun, MR Ali Məclisinin sədri Heydər Əliyevin müdafiə komitəsi yaradıldı. Komöitənin sədri professor Zahid Qaralov, müavini isə mən seçildim.

Heydər Əliyevin təkrarən hakimiyyətə gəlməsi üçün bir yandan belə sivil, demokratik yolla mübarizə gedirdisə, o biri tərəfdən də respublikada sabitliyin pozulması sahəsində işlər gedirdi ki, xalq iqtidara öz etirazını bildirib, respublikada sabitliyin, əminamanlığın bərpası üçün güclü bir rəhbərin – Heydər Əliyevin tezliklə hakimiyyətə gəlməsini tələb etsin. Gəncəbasar bölgəsində qondarma «Gəncə qiyamı», Cənub bölgəsdində «Talış Muğan Muxtasr Respublikası» (TMMR), Şimal bölgəsində «Sadval» və sair kimi siyasi oyunlar da hakimiyyətə gəlməyin yollarından biri olmaqla bərabər şəxsən Heydər Əliyev tərəfindən idarə olunurdu.

Eyni zamanda da Heydər Əliyev dayısı və xalası uşaqlarının, yəni ermənilərin işğal etdikləri ərazilərdə möhkəmlənmələrinə köçmək etmək məqsədilə bütün vasitələrdən istifadə edirdi. O, Naxçıvanda oturub, Azərbaycan Respublikasının rəhbərliyini, şəxsən Azərbaycan Respublikasının prezidenti Əbülfəz Əliyevi saymırdı, müstəqil bir dövlətin başçısı kimi, Azərbaycan xalqının mənafeyinin əleyhinə, ermənilərin isə lehinə separatçılıq fəaliyyəti göstərirdi. O heç bir səlahiyyəti olmadan, Azərbaycan Respublikasının prezidentini saymadan 12 mart 1992-ci ildə Ermənistan Ali Sovetinin sədri Araxçiyanla «Naxçıvasnla Ermənistan arasında atəşkəsin saxlanılması haqqında» özbaşına protokol imzalamışdır. Belə bir protokolu imzalamaqda da yeganə məqsəd o olmuşdur ki, ermənilər Naxçıvan sərhəddindən tam arxayın olub, iki cəbhədə vuruşmaq əzabından qurtarsınlar, orada olan ordunu götürüb, bu qüvvədən Qarabağ bölgəsində Azərbaycan torpaqlarının işğal olunmasında və işğal etdikləri Azərbaycan torpaqlarında möhkəmlənməkdə istifadə etsinlər. Bununla da Heydər Əliyev vəzifə səlahiyyətini aşaraq Azərbaycanın dövlətçiliyinə arxadan zərbə vurmuşdur.

Bu məsələ ilə bağlı Turqut Ər 2011-ci ildə Ankarada çap etdirdiyi «Azadlıktan Tiranlığa» («Sanki Stalin və Beriya Hortlamıştı») adlı kitabında yazır: «Azərbaycan Ermənistanın təcavüzünün qarşısını almaq istəyirdi. Əsgərlər Göranboy və Ağdarəni geri almışdı. Kəlbəcər məsələsi də həll olunmaq üzrə idi. Lakin Ermənistanla müharibənin qızğın vaxtlarında – 1992-ci il martın 12-də Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev Ermənistan parlamentinin rəhbəri ilə bir-birinə hücum etməmək barədə razılaşma imzaladı. Beləliklə ermənilərin Naxçıvan sərhəddindəki hərbi qüvvələrini Qarabağ bölgəsinə göndərməsinə imkan yarandı. Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev Türkiyəyə «Naxçıvan prezidenti» kimi, xüsusi təyyarələr göndərilərək dəvət olunurdu. Mərkəzi hakimiyyətə xəbər vermədən müstəqil bir dövlət kimi pul və digər yardımlar edilirdi. Süleyman Dəmirəl Heydər Əliyevi Naxçıvan Respublikasının prezidenti kimi qəbul edir və onu dünyaya müstəqil ölkə başçısı qismində təqdim etməyə çalışırdı.

1993-2000-ci illər Azərbaycan tarixinin bəlkə də ən utancverici, başa düşülməsi çətin, hələ də aydın olmayan bir dönəmidir. 1993-cü ilin avqustundan etibarən Qarabağ və ətrafdakı kəndlər, qəsəbələr bir-bir Ermənistanın əlinə keçirdi. Şəhər, qəsəbə və kəndlərin qəbiristanlıqları şəhidlərin məzarlarıyla dolurdu. Bakıda isə Prezident Aparatında üstü açılmayan intriqalarla prezidentliyi və dövləti ələ keçirmiş Heydər Əliyev, onun çevrəsi köhnə kommynist sistemə yeni don geydirməklə məşğul idi. Əliyev yeddi aylıq qısa zaman kəsişiyində Milli Azadlıq Hərəkatının öncüllərini, gənc, vətənpərvər, demokratik kadrları təmizləyirdi. Onların bir çoxu həbsə atıldı, ya da mühacirət etməyə məcbur edildi.

Başda dövlət televiziyası olmaqla bütün qəzetlər prezident sarayından idarə olunurdu. Azərbaycan Televiziyasının ekranı, qəzetlərin səhifələri prezident sarayından ötürülən eyni xəbər, film, fotolar və digər uydurma şeylərlə doldurulurdu. Sanki dağlarda komandansız Azərbaycanın gənc türk övladları qar altında qalmamışdı. Dəstə-dəstə gənclər şəhid olmamış, əsir götürülməmiş. Sanki Qarabağ, Şişa, Laçın və Kəlbəcərdən əlavə, dörd ay ərzində Qubadlı, Ağdam, Ağdərə, Zəngilan, Cəbrayıl və füzuli rayonları, onların kəndləri, qəsəbələri müstəqil Azərbaycan dövlətinin xəritəsindən silinməmişdi. Sanki bir milyondan artıq Azərbaycan türkü öz vətənində qışın qiyamətində, ayaqyalın-başıaçıq, qadın, uşaq, yaşlı ac-susuz dağlara, meşələrə səpələnməmişdi. Qiyamətdən qaçmış kimiydilər. Sanki minlərlə azərbaycanlı gənc Murov dağında sahibsizlikdən qara basdırılmamışdı. Azərbaycanın iqtisadi vəziyyəti də ölkəni idarə edənlərin vecinə deyildi. Iqtidarda təmsil olunanlar özlərindən və yaxınlarından başqa heç kimi düşünmürdülər

Həmçinin Turqut Ər bildirir: «Süleyman Dəmirəllə Heydər Əliyevin tanışlığının kökü 1967-ci ilə gedib çıxır. Baş nazir olan S.Dəmirəl 1967-ci ildə Sovet Ittifaqına etdiyi rəsmi səfər zamanı H.Əliyevlə tanış olmuşdu və həmin ildə Heydər Əliyev Süleyman Dəmirəlin Türkiyənin prezidenti seçilməsində KQB (DTK) tərəfindən maliyyələşdirilməsində əsas rol oynamışdır. Bununla bağlı Süleyman Dəmirəl də Heydər Əliyevə borclu qalmayıb, onun Azərbaycan Respublikasının prezidenti seçilməsində əsas rol oynamaqla bərabər, həm də onun maliyyə dəstəyi olmuşdur. Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri olanda Naxçıvan Bankının qurulmasında Süleyman Dəmirəl tərəfindən ona 100 milyon dollarlıq kredit verilir. Naxçıvan Bankına verilən bu kredit Türkiyə və Azərbaycan mətbuatının diqqət mərkəzində idi. Lakin indiyə qədər nə bu məsələnin detalları ortalığa çıxıb nə də Türkiyə və Azərbaycan rəsmiləri irəli sürülən ittihamlara doğru-düzgün münasibət bildirib.

1993-cü ildə Naxçıvana səfər edən Ərciyər Universitetinin professorlarından biri Cihan Koruyucu «keçid» оurnalının 15-ci sayının 29-cu səhifəsində bu məsələylə bağlı aşağıdakıları yazmışdı: «…küçəsinin sonunda Naxçıvan-Türk bankı var. Həmin bank Dəmirəlin göndərdiyi 100 milyon dollarlıq yardımla qurulmuşdu. Əliyev də bu pulları insanları satın almaq və Elçibəyi hakimiyyətdən devirmək üçün sərf etmişdi…»

Onu da qeyd edim ki, həmin bankın Suat adlı direktoru Naxçıvanda avtomobilinin içində ölü vəziyyətdə tapıldı və bu olayla bağlı heç bir araşdırma aparılmadı, cinayət işi açılmadı.» (Səh.99-103)

Həmçinin, Heydər Əliyev öz şəxsi marağı naminə respublikada sabitliyi pozmaq üçün Naxçıvandan Gəncəyə Surət Hüseynova silah göndərərək qondarma «Gəncə qiyamı»nın təşkilatçılarından biri olmuşdur. Bu barədə Rəsul Quliyev Heydər Əliyevə qarşı ittihamında yazır:

Demokratik yolla ofrbvbqqznz ızkvzqby öbh nzhzalzy epeyvəllznkb dfğn nzkzö tnlbqbyb, diçzr nzhzalzy lz cefk fknsylf оklemeye, htcgeökbrflf bcz dzpbqqznby ntp-ntp lzqbilbqbyb ıçhzy Otqlzh Zkbqtd ubqfv qоke bkz ntpkbrkz ofrbvbqqznz ızkvzqb ltvоrhfnbr qоklfy əcnəy dz tnböfhks otcfö tnlb. Əbülfəz Əliyev də qiyamın baş verməsi üçün Heydər Əliyevə yardımçı oldu. Həmin dövrdə Gəncə şəhər IH başçısı respublikanın tanınmış ziyalısı Mürşüd Məmmədli idi.

Can-ciyərlərin məxvi görüşü. Şahid Rəsul Quliyevdir.

Can-ciyərlərin məxvi görüşü. Şahid Rəsul Quliyevdir.

«Rus qoşunları Naxçıvanı tərk edərkən onun texnikası və hərbi sursatı Naxçıvanda qalıb. Heydər Əliyev rəsmi Bakı tərəfindən bu silahın inventarizasiyasına heç cür imkan vermədi. Elə həmin vaxtlar o silahların böyük bir qismini təyyarələrlə Gəncəyə – Surət Hüseynovun qiyama hazırlaşan silahlı birləşməsinə göndərilməyə başlandı. Heydər Əliyevin Gəncəyə Surət Hüseynovun yanına xüsusi təlimat və tapşırıqla emisarlar göndərdiyini, habelə, onunla müntəzəm telefon danışıqları apardığını təsdiq edə bilən canlı şahidlər vardır. Surət Hüseynov və onun digər tərəfdarları da çox şeyləri söyləyə bilərlər.»

Demokratik yolla hakimiyyətə gəlməyin bir tərəfdən uzunmüddətli vaxt tələb etdiyini, digər tərəfdən də sual altında olduğunu, respublikada vəziyyətin tez-tez dəyişdiyini görən Heydər Əliyev qiyam yolu ilə tezliklə hakimiyyətə gəlməyi demokratik yoldan üstün və etibarlı hesab etdi. Əbülfəz Əliyev də qiyamın baş verməsi üçün Heydər Əliyevə yardımçı oldu. Həmin dövrdə Gəncə şəhər IH başçısı respublikanın tanınmış ziyalısı Mürşüd Məmmədli idi. O Gəncədə böyük nüfuza malik idi. Və qan tökülməklə qiyamın baş verməsinə mane ola bilərdi. Ona görə də Əbülfəz Əliyev öz fərmanı ilə təcili olaraq onu tutduğu vəzifədən uzaqlaşdırdı. Sonra da Çzyüzlz ufy nçrəkvzqz öfikfyls dz Cehzn Oəctqyоdey cbkfoks lzcnzcb Öfrs bcnbufvznbylz bhzkbkzqbö, bunblfhsy ufhiscsylf bcntaf nzkzöb uоqehle. fhnsu dfğn qtnbibh. Z.Zkbqtd vədzuuznb оnehleme fpzhöfqüfy Htcgeökbrfcs ghtpbltynbyby rəhcəcəylzy öbhlzazkbr leheö, «cfoböbyz» dthvzr əxəy Otqlzh Zkbqtdb Öfrsqf lzdzn tlbh.

Yəqin ki, oxucular Azərbaycan Respublikası Milli Məclisinin 9 iyun 1993-cü il tarixli iclasını yaxşı xatırlayırlar. Həmin gün deputat Tahir Kərimli emosional çıxış edərək: «Əbülfəz bəy, Isa bəy, mən sizi ittiham edirəm. Siz Heydər Əliyevlə separat danışıqlara gedib onu hakimiyyətə gətirirsiniz» demişdir. (T.Kərimlinin bu çıxışı AzTV-1 telekanalında dəfələrlə transliyasiya edilib.) Bu çıxışdan sonra Milli Məclisin iclası qapanmışdı. Heydər Əliyevin tələbi ilə Əbülfəz Əliyev 3 gün sonraya, bazar gününə Milli Məclisin təkrar iclasını çağıtdırdı. Heydər Əliyev Əbülfəz Əliyevə telefon açaraq, «Orada Tahir Kərimli nə şəbeh çıxarır. Onu və Tofiq Qasımovu Milli Məclisə qoynayın» tapşırığını verir. Həqiqətən T.Qasımov təcili xaricə göndərilir. Əbülfəz Əliyev prezident telefonu ilə Ali Məhkəməyə T.Kərimliyə zəng edərək Milli Məclisə getməyi qadağan edir. Y.Kərimli buna etitaz edəndə, Əbülfəz Əliyev bunun üçün məsuliyyət daşımadığını deyir. Bu vaxt təcili olaraq T.Kərimlinin cangüdəni Vidadi Hüseynov və sürücüsü Ağaismayıl Sadıqov müəmmalı şəkildə həbs edilir, xidməti maşını isə yoxa çıxır. Buradan da oxucular Əbülfəz Əliyevin Heydər Əliyev qarşısında öz xidməti borcunu necə yerinə yetirdiyinə qiymət verə bilər.

Heydər Əliyev isə Bakıya gəlməyə ehtiyat edir, qorxur. Özünün təhlükəsizliyinin təmin olunmasını yeganə DI nazirinin müavini və eyni zamanda da OMON-un (Xüsusi təyinatlı hərbi dəstənin) komandiri Rövşən Cavadova etibar etməkdə görür və deyir ki, Bəxtiyar kişinin oğlanları mərd və təmiz adamdırlar. Bu minvalla Rövşən Cavadova və atası Bəxtiyar kişiyə bir neçə dəfə xəbər göndərir. Bəxtiyar kişi də Rövşənə deyir: «Oğul, ağsaqqaldır, sözünü yerə salma. Əlindən gələn bütün köməkliyi et ki, o ağsaqqal sağ-salamat Bakıya gəlsin.» (Bu sözləri mənə Bəxtiyar kişi söyləyib.) Xüsusi reys təyyarə ilə Nazirlər Kabinetinin müavini Rəsul Quliyevlə Rövşən Cavadov Naxçıvana gedib, 9 iyun 1993-cü ildə Heydər Əliyevi sağ-salamat Bakıya gətirirlər. Təyyarə Bakı hava limanına enəndən Ali Sovetin binasının qarşısına kimi Rövşən Cavadov öz dəstəsilə Heydər Əliyevin təhlükəsizliyini tam təmin edir. Heydər Əliyevlə Rəsul Quliyev Ali Sovetin qapısından içəri girən kimi Heydər Əliyevin tapşırığına əsasən, R.Quliyev Rövşən Cavadova deyir ki, sən bayırda gözləməlisən?!

Heydər Əliyev Bakıya gələn kimi Ali Sovetdə özünə münasib bir neçə adamla görüşüb, məsləhətləşmələr apardı, Azərbaycan Respublikasının prezidenti Əbülfəz Əliyevlə 8 (səkkiz) saat təkbətək söhbət etdi, YAP Siyasi Şurasının üzvlərilə görüş keçirdi. Sonra isə qısamüddətli Moskva səfərinə, oradakı ağaları ilə məsləhətləşmələr aparmağa getdi. Bildirirəm ki, Heydər Əliyev hələ Bakıya gəlməmişdən öncə, mart aynda da Naxçıvandan Moskvaya gedib, oradakı ağaları ilə bir dəfə məsləhətləşmələr aparmışdı.

Baş vermiş və baş verməkdə olan bütün hadisələrin ssenarisinin müəllifi olmuş Heydər Əliyev 13 iyun 1993-cü ildə Ali Sovetin iclasında iştirak etdi. Ali Sovetin sədri Isa Qəmbərin istefası qəbul olunduqdan sonra yeni sədrin seçilməsi məsələsi müzakirəyə qoyuldu. Heydər Əliyev çıxış edib bu məsələnin hələlik təxirə salınmasını təklif etdikdən sonra dedi: «Iyunun 4-də Gəncədə qanlı hadisələr baş vermiş, insan tələfatı, şəhərdə böyük qırğınlar olmuşdur. Bununla əlaqədar Gəncədə, ətraf rayonlarda və bütün Azərbaycan Respublikasında böyük gərginlik yaranmışdır və mürəkkəb vəziyyət mövcuddur. Mən bu hadisələrlə bağlı vicdanımın tələbi, cürbəcür təbəqədən olan adamların, Azərbaycan Respublikasının prezidenti Əbülfəz Əliyevin xahişilə Bakıya gəlmişəm. Mürəkkəb, ağır vəziyyətdən çıxış yolunun axtarılması, milli barışığın, həmrəyliyin təmin olunması prosesinə qoşuluram.

Mən əvvəllərdə demişəm, bir daha deyirəm, – Gəncədə qan tökülüb, cinayət törədilib, böyük faciə baş veribdir. Ancaq bunun dərinləşməsinə heç vəchlə yol vermək olmaz. Azərbaycanın bütün vətənpərvər insanları birləşib, bu ağır vəziyyətdən uğurla çıxmağa çalışmalıdır. Çıxış yolu ancaq danışıqlar, qarşılıqlı anlaışma, sülh va barışıq vasitəsilə ola bilər. Güc işlədilməməlidir. Bir daha silah işə salınmamalıdır.

 Heydər Əliyev və Sürət Hüseynov

Heydər Əliyev və Sürət Hüseynov

Mənim fikrim budur. Mən vəziyyətdən çıxış proseində bu prinsipləri əsas tutaraq iştirak edirəm. Bu günlərdə Azərbaycanın prezidenti Ə.Əliyevlə görüşlərimiz, söhbətlərimiz olubdur. Şəxsən fəaliyyətimizin bu sahədə nə qədər səmərəli ola biləcəyini müəyyən etmək qərarına gəlmişəm. Mən Gəncə şəhərinə gedib vəziyyətlə tanış olandan sonra gəlib təkliflərimi verə bilərəm. Bundan artıq bir şey deyə bilmərəm.»

Deputat Araz Əlizadə Heydər Əliyevlə Surət Hüseynovun danışıqlarının əsas məğzinin nədən ibarət olacağını qabaqcadan başa düşdüyündən, təklif edir ki, 5-6 nəfərdən ibarət deputat qrupu yaradılsın. Heydər Əliyev isə bu təkliflə qəti razılaşmayıb deyir: «Mən sadəcə olaraq fikrimi Ə.Əliyevə də, sizin hamınıza da bildirdim ki, mən Gəncəyə getməliyəm. Bəlkə də dünən getməli idim, gedə bilmədim. Bu gün getməliyəm və artıq bunun müzakirəyə ehtiyacı yoxdur.»

Heydər Əliyev deputat qrupu ilə deyil, etibar etdiyi bir neçə adamla Gəncəyə getdi. Heydər Əliyevin o dövrdə ən etibarlı adamı olan «azadlıq aşiqi» Nemət Pənahlı isə artıq Gəncədə idi və bir addım belə olsun Surət Hüseynovdan ayrılmırdı.

Heydər Əliyevlə Surət Hüseynovun təkbətək görüşündə isə prezident Ə.Əliyev istefa verənədək iqtidara qarşı silahlı təzyiqi davam etdirmək və hakimiyyət bölgüsü məsələləri müzakirə olunurdu. Mübahisəli məsələ isə güc strukturlarının kimə tabe olması idi. Heydər Əliyev Surət Hüseynovla danışığını qurtardıqdan sonra bəyan etdi: «Surət Hüseynovla qarşılıqlı anlaşma şəraitində keçən məzmunlu söhbətimiz oldu.»

Tarixi gün – 15 iyun 1993-cü il gəlib çatdı. Baxmayaraq ki, artıq baş nazir Pənah Hüseynov və Milli Məclisin sədri Isa Qəmbər istefa vermişdi, lakin bir qrup cəbhəçi deputat yavaş-yavaş Ə.Əliyevin daxili aləmini dərk edib, həmin gün gündəliyə Milli Məclis sədrinin seçilməsi məsələsini deyil, son günlərdə baş vermiş məsələləri müzakirəyə çıxarmaq istəyirdi. Bütün bunların qarşısını almaq üçün Ə.Əliyev dedi: «Doğrudan da, respublika çox ağır, faciəli vətəndaş müharibəsi qarşısındadır. Bu məsələ gərginləşəndə, – bu, təkcə mənim öz fikrim deyil, bizim bir neçə millət vəkilinin və dövlətdə çalışan bir sıra məsul şəxslərin də fikridir, – belə fikir oldu ki, vəziyyətdən çıxmaq üçün respublikada olan nüfuzlu partiyalarla, şəxslərlə məsləhətləşmələr aparaq, onların imkanlarından, enerоisindən, gücündən, bu işdə iştirakının dərəcəsindən istifadə etmək lazımdır.

Bu şərtlə də mən bir neçə adamla görüşdüm. O cümlədən, Naxçıvana telefon edib, Heydər bəyin Bakıya gəlməsini xahiş etdim… Hələ məsələnin kökü dəqiq öyrənilməyibdir. Tam üsyana qalxmış insanlar elə şeylər edirlə ki, bu, çox böyük, sərt qarşıdurmalara gətirib çıxarardı… Respublikada iki mühüm vəzifə – baş nazir və Milli Məclisin sədri vəzifələri boş qalıbdır. Demək, dövlət iflasa gedir. Hər bir dövlətdə bu məsələləri tez həll edirlər… Mən sizə bir şeyi demək istəyirəm. Yəqin çoxunuzun xəbəri var. Onlar, sadəcə olaraq, gəlib Navahidə durmayıblar. Dünəndən müəyyən qızışmalar gedir, atışmalar var. (Heydər Əliyevlə Surət Hüseynovun təkbətək danışıqlarından sonra. – N.A.) Bir neçə adam – o tərəfdən də, bu tərəfdən də yararlandılar. Görünür ki, qırğına sürükləyirlər. Bu məsələni təcili həll etmək üçün bu gün Milli Məclisin sədri seçilməlidir. Heydər bəyin nüfuzu bu məsələnin həllinə müəyyən qədər təminat verir. Bu, sizin hamınızın ictimai fikri olubdur. Indu burada yenidən müzakirə olunmayacaqdır.»

Sonra deputat Tahir Əliyev deyir: «Gündəlikdə bir məsələ var. Biz bu gün Heydər Əliyevi sədr seçməliyik ki, qardaş qırğını olmasın. Xahiş edirəm, oyun çıxarmayın. Bəsdirin…»

Iclasa sədrlik edən Tamerlan Qarayev Ə.Əliyevlə T.Əliyevin fikirlərinə etiraz əlaməti olaraq zalı tərk edir. Sonra iclasa sədrliyi Heydər Əliyevin qanundankənar oğlu olan Afyəddin Cəlilov edir. O, Heydər Əliyevin namizədliyini səsə qoyur. Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilir.

15 iyun 1993-cü ildə AXC tərəfdarlarının mitinqində çıxış edən Əbülfəz Əliyev bəyan edir: «Mən qanuni seçilmiş prezidentəm və mən ancaq xalq referendumu yolu ilə hakimiyyətdən uzaqlaşdırıla bilərəm.»

Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin kürsüsündə oturandan sonra bir qədər rahat nəfəs alıb, bir tərəfdən Ə.Əliyevlə danışıqlar aparır, o biri tərəfdən də Surət Hüseynovla əlaqə saxlayaraq, son məqsədinə çatmaq üçün planlar hazırlayırdı.

16 iyun 1993-cü ildə S.Hüseynov Gəncədə yerli və xarici оurnalistlər üçün mətbuat konfransı keçirərək, 4 iyun 1993-cü il hadisələri haqqında məlumat verir və Ə.Əliyevin istefayasını tələb edir. Eyni zamanda da bildirir ki, o, böyük hörmət bəslədiyi Heydər Əliyevin vətəndaş həmrəyliyinə nail olmaq üçün göstərdiyi səyləri alqışlayır.

17 iyun 1993-cü ildə artıq Milli Məcvlisin sabiq sədri sayılan Isa Qəmbər «Azadlıq» qəzetinə verdiyi müsahibəsində bildirir ki, «fikrimcə, lazım olanda prezident öz qəti sözünü deyəcək.»

Həmin gün isə respublikanın belə ağır, gərgin müharibə vəziyyətində Azərbaycan Respublikasının prezidenti Əbülfəz Əliyev öz sözünü belə dedi – gözlənilmədən öz fərmanı ilə respublikanın güc strukturlarının nazirlərini: milli təhlükəsizlik naziri fəxrəddin Təhməzovu, müdafiə naziri Dadaş Rzayevi və daxili işlər naziri Abdulla Allahverdiyevi vəzifələrindən azad etdi. Bununla əlaqədar respublikada böyük çaxnaşma, anlaşılmamazlıq yarandı. Həmin gün Prezident Aparatının mətbuat xidməti məlumat yaydı ki, sabah, 18 iyun 1993-cü ildə saat 11-də Azərbaycan Respublikasının prezidenti Ə.Əliyevin canlı yayımla televiziya və radio vasitəsilə xalqa müraciəti olacaq. Hamı səbrsizliklə respublika prezidentinin xalqa müraciətini gözləyirdi və guman edirdi ki, o, bəzi qaranlıq məsələlərə aydınlıq gətirəcək. Lakin 18 iyun 1993-ci ildə saat 11-də respublika prezidenti Ə.Əliyevi televiziya ekranında görən olmadı. Şəhərə xəbər yayıldı ki, o prezident kürsüsünü və Ali Baş Komandan postunu qoyub, axşam «QAÇIB». Belə bir vaxtda respublika prezidenti Ə.Əliyevin müəmmalı şəkildə paytaxtı tərk etməsi xəbəri Azərbaycanda onsuz da mövcud olan gərginliyi daha da artırdı. Respublikada cürbəcür şayiələr yayılmışdı. Nəhayət, bu şayiələrin qarşısını almaq üçün Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əliyev canlı yayımla televiziya vasitəsi ilə xalqa müraciət edib deyir: «Prezidentlə dünən axşam saat 11-12 radələrində görüşümüz olubdur. Bu görüşdə Milli Məclisin üzvü Etibar Məmmədov, baş nazirin müavini Rəsul Quliyev (Heydər Əliyevin qardaşı, akademik Cəlal Əliyev də bu görüşdə iştirak etmişdir. – N.A.) iştirak edirdilər. Bizim geniş söhbətlərimiz oldu və vəziyyətdən çıxış yolları axtardıq. Razılaşdıq ki, bu gün danışıqlarımız davam edəcəkdir. Gecə saat 2-3 rədələrində mən evə getdim. Bir saatdan sonra mənə xəbər çatdı ki, Azərbaycanın prezidenti Ə.Əliyev Bakını tərk edibdir. Biz dərhal iş yerimizə toplaşdıq. Belə məlum oldu, təxminən saat 12 radələrində bizdən ayrılandan sonra, o, Xalq Cəbhəsi Məclisinin bir qrup üzvü – təxminən 25 nəfər ilə görüşüb, onlarla söhbətlər aparıb. Bu söhbətlərdə Azərbaycan dövlət katibi Əli Kərimov da iştirak etmişdir. Ancaq söhbətlərin məzmunu bizə məlum deyildir. Ə.Elçibəy öz iqamətgahına gedib, qısa bir fasilədən sonra Bakı hava limanına gəlib, təyyarə ilə Naxçıvana uçubdur. Gecə təxminən saat 4-də Naxçıvana enib, orada onu Xalq Xəbhəsinin bir qrup nümayəndəsi qarşılayıblar. Oradan sonra isə o, naməlum istiqamətdə hərəkət edibdir. Indi onun dəqiq yeri məlum deyildir.

Foto Oleq Litvinindir. O.Litvin öz əlilə şəklin arxasında bu sözləri yazmışdır: «Эльчибей окончательно покидает парламент».

Foto ilk dəfədir bu kitabda dərc olunur. Azərbaycan türklərinin qatı düşmənləri: Əbülfəz Əliyev və Heydər Əliyev Azərbayucan hakimiyyətini bir birinə ötürürlər. Şəkildən açıqca görünür ki, Əbülfəz Əliyev öz missiyasını yerinə yetirib, hakimiyyəti Heydər Əliyevə ötürdüyünə görə çox şaddır.

Ə.Elçibəy nə üçün belə addım atıb? Mən buna indi bir cavab verə bilmərəm… Şübhəsiz ki, şəxsən mən Ə.Elçibəyin bu addımına, hərəkətinə bəraət qazandıra bilmərəm… Vziyyət nə qədər çətin olur-olsun, o, məsələnin həllində iştirak etməlidir, özünü kənara çəkməməlidir. Belə çıxır ki, o, belə bir hərəkətlə özünü kənara çəkir və iş yoldaşlarını bu şəraitdə tək buraxıb gedir. Buna heç vəchlə bəraət qazandırmaq olmaz.»

Heydər Əliyev – Əbülfəz Əliyev siyasi oyunlarının nəticəsi olaraq, ölkədə siyasi böhran və gərginlik bir qədər də artdı. Ölkənin bu gərgin vəziyyətində xalqın ən ağrılı dərdi olan Qarabağ məsələsi arxa plana keçdi, Ali Sovetdə isə respublika prezidentinin «QAÇMASI» məsələsi müzakirəyə çıxarılır. 21 iyun 1993-cü il də Milli Məclisin sesiyasında Heydər Əliyev deyir: Prezident Ə.Elçibəy Bakıdan kənardadırsa, iş yerində deyilsə, bir dağ kəndindədirsə, onun oradan Azərbaycanı idarə etmək imkanları yoxdur.»

Həmçinin, Milli Məclisin bu iclasında dövlət qarşısında xidmətlərini qeyd etməklə Surət Hüseynova xüsusi müraciət qəbul olunur.

Müdafiə naziri vəzifəsini müvəqqəi icra edən polkovnik Səfər Əbiyev isə bildirir: «Respublikadakı siyasi şəraitlə əlaqədar cəbhədə son dərəcə gərgin vəziyyət yaranmışdır. Bildiyiniz kimi, Ağdam istiqamətində qanlı döyüşlər gedir. Zənnimcə, vəziyyət sizə bəllidir və burada əlavə məlumat verməyə ehtiyac yoxdur.»

22 iyun 1993-cü ildə isə Heydər Əliyev yerli və xarici оurnalistlər üçün keçirdiyi brifinqdə Azərbaycan xalqına «şad xəbər» verib deyir ki, Azərbaycan Respublikasının «prezidenti» Ə.Əliyevlə görüşüb, onu A N L A T M A Q üçün alimlərdən, mədəniyyət və elm xadimlərindən ibarət respublikanın bir qrup tanınmış, nüfuzlu adamlarını Azərbaycanın ikinci «paytaxtı» olan Kələkiyə göndərib.

23 iyun 1993-cü ildə Milli Məclisin iclasında Kələkiyə gedib, Ə.Əliyevlə söhbət edən nümayəndə heyətinin rəhbəri akademik Eldar Salayevin verdiyi məlumat: «Dünən biz 14 nəfər elm, mədəniyyət və incəsənət xadimləri Ordubad rayonunun Kələki kəndində Əbülfəz bəyin QƏBULUNDA olduq. Qəbul zamanı onun yanında müşavir Cəmil Həsənli və Israil Musayev də var idi. Hörmətli prezidentimizə bizim ilk sualımız bu oldu ki, nə üçün respublikanın ağır vəziyyətində heç kəsə xəbər etmədən iş yerini tərk etmişdir? Bildirirdik ki, xalq arasında böyük narazılıq yaranıb ki, siz şəxsi təhlükəsizliyinizin müdafiəsi və qan tşkülməməsi üçün Bakını tərk etmisiniz. Əbülfəz bəy bizə dedi ki, bu, səhv məlumatdır. Mən yalnız respublikada qan tökülməməsi üçün Bakını tərk etmişəm.

Əbülfəz bəydən «sizin yanınızda hərbi müşavir varmı, burada hərbi məsələni müzakirə edə bilirsinizmi» sualına «yox» cavabı aldıq. Soruşduq ki, bəs onda rabitə vasitəsilə bu məsələləri necə həll edir? Əlbətdə, bu, olduqca çox çətin məsələdir. Bu suala da lazımi cavab ala bilmədik. Çünki bu cür hərbi məsələləri belə rabitə ilə heç cür həll etmək olmaz.

Biz məsələni belə qoyduq ki, Əbülfəz bəy, əgər siz qan tökülməməsini istəyirsinizsə, siz orada olanda 5 nədərin qanı tökülürdüsə, indi siz orada olmayanda yüzlərlə, bəlkə daha artıq adamın qanı tökülə bilər. Respublikanın prezidenti kimi, gərək siz iş başında olasınız. Dedi ki, onsuz da mən buradan da məsləhətləşmələr aparıram, lazım olan göstərişləri verirəm. Lakin biz bildirdik ki, xalq bunu hiss etmir və sizin fəaliyyətiniz duyulmur. Əgər prezident kimi siz hesab edirsinizsə ki, burada işləmək üçün tam şərait var, nə üçün bu günə qədər heç bir fərman verməyib?

Respublikanın prezidenti kimi, gərək siz iş başında olasınız. Bir şeyi də deyim. Mən çox təəssüf etdim ki, əsas cavabları hörmətli prezidentimizin məsləhətçiləri verirdi. Bu, çox təəssüf doğururdu.

Sual verdik ki, Bakıya nə vaxt qayıda bilərsiniz? Cavab belə oldu ki, nə zaman Bakı şəhərində Surət Hüseynovun qoşunları olmayacaq, mən onda Bakıya qayıda bilərəm.»

Təsəvvür edin! Ölkə müharibə vəziyyətində olduğu bir vaxtda respublikanın prezidenti və eynizamanda Ali Baş Komandan Ə.Əliyev 17 iyun 1993-cü ildə gündüz öz fərmanı ilə respublikanın güc strukturlarının nazirlərini: təhlükəsizlik nazirini, müdafiə nazirini və daxili işlər nazirini vəzifələrindən azad edir, özü isə axşam Azərbaycan Respublikasının Prezidenti kürsüsünü, respublikanın Ali Baş Komandan postunu qoyub, doğma ucqar dağ kəndi olan Kələkiyə qaçaraq, orada tut arağından vurub qızışdıqdan sonra deyir mən Azərbaycan Respublikasının prezidentiyəm, mən Ali Baş Komandanam, burada oturub ölkəni telefonla idarə edirəm. Belə ölkə «prezidentinə» Vətən xainindən, xalq düşmənindən başqa nə ad vermək olar? Yazıq millət…

Istər istəməz, belə yerdə Şeyx Şamilin bir kəlamı yada düşür: «Aqibətini düşünə-düşünə döyüşə girəndən qəhrəman olmaz.» Mən isə Ə.Əliyevin iradəsiz və idarəolunan bir adam olması barədə müəyyən məlumata malik olduğumdan, elə prezident seçkilərindən bir ay öncə ona yazılı şəkildə bildirmişdim: «Əbülfəz, yaxşı fikirləş, gədədən bəy olmaz! Hayla gələn, vayla gedər!»

Əgər bu vaxta qədər Ə.Əliyevin komandası onu tam dərk etməmişdirsə də, artıq bu hadisədən sonra onların əksəriyyəti Ə.Əliyevin Heydəer Əliyevlə bağlı olduğuna və eyni zamanda da iradəsiz bir adam olduğuna əmin oldular. Bəziləri də Ə.Əliyevin qayıdışına ümidlə yaşamağa başladılar. 23-24 iyun 1993-cü ildə bu məsələ Milli Məclisdə müzakirə obyektinə çevrildi. Deputat Ibrahim Ibrahimli prezidentə etmadsızlııq göstəriməsinin nə hüquqi və nə də siyasi baxımdan düzgün olmadığını söylədi. 24 iyunda Afyəddin Cəlilov «prezident» Ə.Əliyevin səlahiyyətlərinin 16-nın müvəqqəti olaraq Ali Sovetin sədri Heydər Əliyevə həvalə edilməsi haqqında fərmanını oxudu. Murtuz Ələsgərov isə bildirdi ki, Konstitusiyada hakimiyyətin, səlahiyyətin qismən bölünməsi və müvəqqəti verilməsi barədə müddəa yoxdur. Sonra gec də olsa Heydər Əliyev – Əbülfəz Əliyev siyasi oyununu yaxşı başa düşən Rəhim Qazıyev çıxış edib dedi: «Prezident xarici siyasəti orada aparır, dövlətin bir hissəsi daxili siyasəti burada aparır, müharibə gedir. Mənim başım çıxmır, milləti ələ salmısınız, nədir? Burada bir tələb var. Əgər bu qədər deputat bütün 7 milyonluq xalqın qarşısında tələbi yerinə yetirməyə ya cəsarəti, ya hüququ yoxdursa, ya hansısa qanunları yerinə yetirə bilmirsə, mandatımızı qoyaq, çıxıb gedək işimizin – dərdimizin dalınca. Bu nə oyundur? Prezident oturub orda, ətrafındakıların diqtəsi ilə gündə bir şey göndərir. Millət də burda üz-üzə durubdur. Xahiş edirəm, durun 10-20 nəfər bu saat gedək, şəhərin kənarına baxaq. Ölkəni barıt çəlləyi kimi belə vəziyyətdə saxlamaqda məqsəd nədir? Mən bunu başa düşə bilmirəm. Heydər Əliyev mən sizdən xahiş edirəm, bu adamın istefasını qoyun, səs verən versin, verməyənlər da xalqın qarşısında cavab versinlər. Bütün silahlı qüvvələr ayağa qalxıbdır, qarşı-qarşıya durublar. Sonra bunun nəticəsi nə olacaq.»

 «Prezident» Ə.Əliyevin Milli Məcləsə göndərdiyi fərmana qulaq asdıqdan sonra el ağsaqqalı – xalq yazıçısı Ismayıl Şıxlının yadına təsadüfən Mirzə fətəli Axundovun «Aldanmış kəvakib»indəki Yusif Sərrac əhvalatı düşdüyündən, o çıxış edib deyir: «Ölkənin hökmdarı ulduzları aldatmaq, özünü xilas etmək üçün istəyir ki, milləti, ölkəni məhv etmək və bunun bütün məsuliyyəti də Yusif Sərracın üzərində qalsın. Bu, xalqın taleyinə qeyri-ciddi münasibətdir.

Əgər ölkənin prezidenti, Ali Baş Komandanı vəzifəsini atıb gedirsə, ölkəni hansısa bir kənddən idarə etmək iddiasına düşürsə, bu, xalqın taleyinə çox qeyri-ciddi münasibətdir.»

I.Şıxlının bu çıxışından sonra «prezident» Ə.Əliyevin bir ucqar dağ kəndi olan Kələkidə oturub, ölkəyə, xalqa kələk gəlməsinə son qoyulur. Beləliklə, iclasda iştirak edən 41 Milli Məclis üzvlərindən 34-nün lehinə, 5-nin əleyhinə, 1-nin bitərəef, 1-nin isə heç səs verməməsilə Azərbaycan Respublikasının «prezidenti» Əbülfəz Əliyevin bütün səlahiyyətləri Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əliyevə verildi.

O dövrdə bir çox Qərb dövlətləri öz səfirləri vasitəsilə bəyan etdilər ki, onlar yalnız Ə.Əliyevi prezident kimi tanıyırlar (ABŞ Dövlət Departamentinin, Türkiyə, Almaniya və başqa xarici işlər nazirlərinin rəsmi bəyanatları) və məsələ qoyulur ki, Milli Məclisin Ə.Əliyevi prezident səlahiyyətindən məhrum edib, onları Heydər Əliyevə verməyə ixtiyarı yox idi. 1993-üə bk bqeyey 30-lf Vbkkb Vzükbcby hfpsksms bkz Cehzn Oəctqyоd fpzhöfqüfy Htcgeökbrfcsysy öfi yfpbhb nzqby tlbkbh.

28 iyul 1993-cü ildə Milli Məclisin iclasında «Siz prezident Ə.Əliyevə etimad göstərirsinizmi?» sualı ilə referendum keçirilməsi haddında qərar qəbul edildi. Bu iclasda sabiq milli təhlükəsizlik naziri fəxrəddin Təhməzovun və daxili işlər naziri Abdulla Allahverdiyevin izahatları dinlənildi. Hər iki nazir 1993-cü il 4 iyun hadisələrində əli olduğunu etiraf edir və əmrləri bilavasitə «prezident» Ə.Əliyevdən aldıqlarını bildirirlər. Onlar uzun müddətli susmalarının və cavab verməkdən boyun qaçırmalarının səbəbini ailələrinin ünvanına dəfələrlə hədə-qorxu gəlmələri ilə əsaslandırdılar.

29 avqust 1993-cü ildə Ə.Əliyevə etimadsızlıq keçirildi. 3 oktyabr 1993-cü ildə Heydər Əliyev Azərbaycan Respublikasının prezidenti seçildi. Bununla da Azərbaycanın dövlətçiliyinə və Azərbaycan xalqına qarşı ağır nəticələrə səbəb olan Heydər Əliyev – Əbülfəz Əliyev çirkin siyasi oyunu sona çatır. Hakimiyyəti Heydər Əliyevə ötürməklə Əbülfəz Əliyev Azərbaycan xalqını 40 arşın quyunun dibinə saldı.

 Ə.Əliyev özü isə Kələkidə «interfaks»a verdiyi müsahibəsində bəyan edir: «Cоy oflbczkzh vzyb ıtnlbrüz lfof xоğ byfylshsh rb, Cehzn Oəctqyоdey dz Otqlzh Zkbqtdby ozhzrznkzhb hfpskfilshskvsi ğfhfrnth lfisqsh.» Ə.Əliyevin bu müsahibəsindən belə nəticəyə qəlmək olur ki, o da Heydər Əliyev kimi özünü həddən artıq ağıllı sayır və sözün əsl mənasında Azərbaycan xalqını qoyun yerinə qoyur.

Bildirirəm ki, AXC Azərbaycana qarşı erməni təcavüzünün qarşısının alınması üçün xalqın ayağa qalxaraq birləşməsi nəticəsində yarandığını Ə.Əliyev özü də təsdiqləyir. Bu barədə 1 may 1990-cı ildə Göyçay məscidində söhbət zamanı verilən suallara cavab olaraq o deyir: «Azərbaycan Xalq Cəbhəsi o zaman yarandı ki, millət qaldı təhlükənin altında. Erməni dağıdır ölkəni, Qarabağ dağılır. Və millət özü yığıldı, bir cəbhə düzəltdi ki, bu cəbhə ilə özünü müdafiə etsin». (Ə.Əliyev: «Bu mənim taleyimdir» kitabı, səh. 94). Azərbaycan Elmlər Akademiyasının orqanı olan «Elm» qəzetinə verdiyi müsahibədə (30 sentyabr 1989-cu il) isə deyir: «Xalqımızın qarşısında həll edilməsi qaçılmaz olan çox ağır problemlər, çətin məsələlər durur. Bunları həll etmək üçün AXC-nin yaranması günümüzün vacib tələbi olmuşdur. AXC öz fəaliyyətini iki halda dayandıra bilər: birincisi, xalqımızın qarşısında duran ağır problemləri həll etməyə qadir olsun və funksiyasını başa çatdırsın (Yəni erməni təcavüzünə son qoymuş olsun. – N.A.). Ikinci, bu problemləri AXC-dən də yüksək səviyyədə və tez həll edə biləcək yeni qüvvələr və yaxud partiyalar meydana çıxsın».

This entry was posted in Fəlakətlərimizin baiskarı (II-ci kitab) and tagged , , , , . Bookmark the permalink.

Comments are closed.