davamı…

Ölkənin tanınmış siyasət adamlarının və mətbuat orqanlarının Azərbaycanda PKK-nın fəaliyyətinə dair verdikləri məlumatlarla bağlı Azərbaycan hökuməti nəinki bu terrorçu təşkilata qarşı mübarizə aparır, əksinə, təhlükə barədə məlumat verən siyasətçiləri təqib edir, qəzetlərin maddi cəhətdən müflisləşib, boykot olmaları üçün onlara ağlasığmaz dərəcədə böyük cərimələr kəsir.

Türkiyənin hakim Ədalət və Qalxanma Partiyasının başqanı Rəcəb Tayyub Ərdoğan 8 yanvar 2003-cü ildə Azərbaycan Respublikası Milli Məclisinin sədri Murtuz Ələsgərovla görüşəndə terrorizm probleminə toxunaraq əvvəlcə Azərbaycan təhlükəsizlik orqanlarının PKK-ya qarşı apardığı mübarizədən məmnun olduğunu bildirib və buna görə təşəkkürünü ifadə etdikdən sonra o, belə bir sensasion açıqlama verdi: «Amma digər tərəfdən, PKK-lı ünsürlər Azərbaycanda təşkilatlanma çabalarını kültürəl (mədəni) etkinlər (tədbirlər, qurumlar) adı altında sürdürməyə cəhd edir, buna davam edə bilir. Bu məsələ ilə bağlı əldə etdiyimiuz bilgiləri sizə çatdırmağı faydalı sayıram.»

Bununla da Türkiyənin hakim patiyasının başqanı PKK terror təşkilatının Azərbaycanda fəaliyyət göstərməsini və müxalifət qəzetlərində, xüsusən də «Yeni Müsavat» və «Hürriyyət» qəzetlərində PKK ilə bağlı yazıların həqiqət olduğunu təsdiqlədi. Bu bəyanatdan sonra respublika ictimaiyyəti Azərbaycan hökumətinin dərhal PKK ünsürlərinin sıxışdırılıb ölkədən çıxarılması istiqamqətində ciddi addımlar atacağına ümid bəslədi. Lakin qısa müddət keçdikdən sonra Azərbaycan hökuməti bu məsələyə tamamilə əks rəaksiya verdi. Milli təhlükəsizlik naziri Namiq Abbasov Demokrat və Müsavat partiyalarını, onların yaxın mətbuat orqanlarını: «Hürriyyət» və «Yeni Müsavat» qəzetlərini hədəfə götürməklə bərabər «Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğluna, «Hürriyyət» qəzetinin baş redaktoru Aydın Quliyevə və ÜMID Partiyasının sədri, millət vəkili Iqbal Ağazadəyə sorğu göndərib, PKK ilə bağlı edilən çıxışlara, qəzetdə dərc olunan yazılara görə MIN-ə faktlar təqdim etmələrini tələb etdi.

Azərbaycan hökumətinin PKK ünsürlərinə qarşı lazımi səviyyədə mübarizə aparması əvəzinə, ölkənin təhlükəsizlik nazirini belə sorğu göndərnəsinə məlumdur ki, respublika prezidenti Heydər Əliyev məcbur etmişdir. Bu da sübut edir nə qədər ki, Heydər Əliyev respublika prezidentidir, nə qədər ki, Azərbaycanda əliyevçilik hökm sürür, Azərbaycanda bir o qədər də PKK terror təşkilatı öz məkrli məqsədinə nail olmaq üçün istənilən səviyyədə fəaliyyətini davam etdirəcəkdir. Buna səbəb də PKK-nın yaradıcılarından biri, şəxsən Heydər Əliyevin özünün olmasıdır. Bu barədə sabiq respublika prezidenti Ə.Əliyəv 6 noyabr 1998-ci ildə оurnalistlərlə keçirdiyi mətbuat konfransında da məlumat vermişdir («Azadlıq», 7 noyabr 1998-ci il). Bununla əlaqədar Heydər Əliyev Ə.Əliyevi məhkəməyə verdi. Lakin sonra məlumatlandı ki Ə.Əliyevin əlində tutarlı faktlar var. Ona görə də o, özünün ifşa olunmaması üçün tez iddiasını geri götürdü.

Azəbaycan xalqı heç vaxt Heydər Əliyevə belə bir səlahiyyət verməmişdir ki, o, kadr siyasətini tayfabazlıq və yerliçilik prinsipinə əsasən qursun. Azərbaycan xalqı heç vaxt Heydər Əliyevə belə bir səlahiyyət verməmişdir ki, o, respublikanın köklü adamlarına dözülməz şərait yaradıb, onları bir tikə çörək pulu qazanmaq üçün öz doğma vətənlərini tərk etməyə məcbur etsin və xarici ölkələrdən kütləvi şəkildə kürdləri, yəni öz əmisi və bibisi uşaqlarını Azərbaycana gətirtdirib, Azərbaycanda məskunlaşdırsın və eyni zamanda da Azərbaycanın torpağına və var-dövlətinə sahib olsunlar. Heydər Əliyevin bu siyasəti Azərbaycan dövlətçiliyinə və Azərbaycan xalqına qarşı qəddarcasına düşmənçilik olmaqla bərabər, eyni zamanda da ən ağır cinayətdir.

Bir tərəfdən Türkiyə mətbuatında zaman-zaman məhz Heydər Əliyevin mərhəməti və himayədarlığı sayəsində kürd yaraqlılarının maneəsiz Azərbaycana gəlişi və sonradan ya Azərbaycanda məskunlaşması, ya da başqa yerə yola salınması barədə konkret faktların açıqlanması, digər tərəfdən də Türkiyənin ədliyyə naziri Cəmil Çiçəyin 2003-cü ilin iyul ayında Bakıya gəlib bir neçə dövlət rəhbərilə keçirdiyi görüşlərdən sonra ANS telekanalına müsahibəsində Azərbaycanda PKK strukturlarının varlığını və bu səbəbdən tələblər irəli sürdüyünü söyləməklə bərabər, PKK ilə ilişkiləri olan, eləcə də bu təşkilatın Azərbaycanda məskunlaşan üzvlərinin siyahısını baş prokurora və ədliyyə nazirinə təqdim etdiyini bildirməsi və eyni zamanda da başlıca tələbin də PKK ilə əlaqəli şəxslərin Türkiyəyə təhvil verilməsi olduğunu deməsi, Türkiyə dövləti tərəfindən Azərbaycanda PKK-nın aktiv fəaliyyətdə olmasını bir daha təsdiqlədi. Görəsən Türkiyənin ədliyyə naziri Cəmil Çiçək Azərbaycanın baş prokuroruna və ədliyyə nazirinə təqdim etdiyi siyahıda PKK-nın yaradıcılarından biri olan baş PKK-çı, Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin və Azərbaycanda PKK-nı himayə edən Heydər Əliyevin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubovun və onun qardaşı Əyyub Əyyubovun adları varmı? PKK-çıların və PKK ilə ilgisi olanların Türkiyəyə verilməsi mümkündürmü? Mümkündür! Bu ancaq Heydər Əliyev dünyasını dəyişdikdən və respublikada əliyevçiliyə son qoyulandan sonra baş tutacaqdır.

Heydər Əliyev, nəyin bahasına olur-olsun, ömrünün sonuna kimi hakimiyyətdə qalacağına tam arxayındır. Özünə dayaq saydığı əsas qüvvə YAP-çılar yox, PKK-çılardır. Hətta bəzi məlumatlara görə, Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəlməsinə gizli dəstək verən bu terrorçu təşkilatın artıq Bakıda və ölkənin ayrı-ayrı bölgələrində qarşıdurma yaratmaq üçün xüsusi planları da hazırdır. Həmçinin, hakimiyyətdə güclü dəstəkləri olduğu üçün də PKK-çılar Azərbaycanda özlərini tam sərbəst hiss edirlər. Mahir Cavadov «Yeni Musavat» qəzetinə verdiyi müsahibədə («Yeni Musavat», 21 may 2001-ci il) demişdir: «Siz də bilirsiniz ki, NATO üzvü olan Türkiyəyə qarşı mübarizə aparan PKK-ya «KQB»-nin cənubdakı idarələri rəhbərlik edib. O idarənin rəhbərlərindən biri Heydər Əliyev idi. Heydər Əliyev indi çalışır ki, PKK-dan Azərbaycanın daxilində öz siyasi maraqları üçün istifadə etsin. Əgər görsə ki, hakimiyyətdən gedir, o zaman silahlanmış həmin qüvvələrdən istifadə edəcək.»

Bütün bu yuxarıda yazılanlar tam sübut edir nə qədər ki, Heydər Əliyev respublika prezidentidir, Azərbaycan parlamenti heç vaxt PKK-nı terrorçu təşkilat kimi tanımayacaqdır. Ona görə ki, bu türk xalqına qarşı terrorçu PKK təşkilatının yaradıcılarından biri elə Azərbaycan Respublikasının prezidenti şəxsən Heydər Əliyevin özüdür. Əgər Heydər Əliyevin sağlığında Azərbaycan parlamenti PKK-nı terrorçu təşkilat kimi tanıyarsa, onda bu, böyük biabırçılığa səbəb ola bilər. Belə halda PKK lideri Abdullah Öcalan da Heydər Əliyevə layiqli cavab verib, deyə bilər: «Bu kişilik olmadı ki! Mənim təşkilatımı yaratdınız, indi də onu terrorçu kimi tanıyırsız? Ayıb olsun sizə! Axı biz əmioğlu-xalaoğluyuq.»

1999-cu ilin dekabr ayında keçirilmiş əhalinin siyahıyaalınması zamanı müəyyən edilmişdir ki, respublika əhalisinin sayı 7.953.400 (yeddi milyon doqquz yüz əlli üç min dörd yüz) nəfərdir. Onlardan da 7.205.500 nəfəri Azərbaycan türküdür. Bu da respublikanın ümumi əhalisinin 90.6 faizini təşkil edir, qalan 9.4 faizini isə milli azlıqlar. Milli azlıqların da sayı belədir: ləzgilər – 178.0 min, ruslar – 141.7 min, ermənilər – 120.7 min, talışlar – 76.8 min, avarlar – 50.9 min, ahıska türkləri – 43.4 min, tatarlar – 30.0 min, ukraynalılar – 29.0 min, saxurlar – 15.9 min, gürcülər – 14.9 min, kürdlər – 13.1 min, tatlar – 10.9 min, udinlər – 4.2 min, digər millətlər – 9.5 min.

Son zamanlar Avropa ölkələrində və həmçinin də Türkiyədə olan kürdlərə məxsus internet saytlarında Azərbaycanda yaşayan kürdlərin sayı 13.1 min yox, 77 min göstərilir. Buradan da aydın olur ki, Azərbaycan torpaqları hesabına kürd dövləti yaratmaq məqsədilə son illərdə xarici ölkələrdən Azərbaycana 60 mindən artıq kürd köçürülmüşdür.

Hər bir ölkənin əsas xalqı var ki, həmin ölkə də o xalqın adı ilə bağlıdır. O cümlədən Azərbaycan Respublikasında da Azərbaycan türkləri əhalinin əksəriyyətini təşkil etdiyindən, ölkə Azərbaycan türklərinin adı ilə bağlıdır. Lakin 1969-cu ilin sonlarından başlayaraq, yəni Heydər Əliyev hakimiyyətə gələn vaxtdan Azərbaycan türklərinin qara günləri başlayıb və Azərbaycan türkü öz doğma torpaqlarında 3-cü dərəcəli xalqa çevrilmişdir. Hazırda da Azərbaycanı Azərbaycan türkləri yox, etniklər, əsasən erməni əsillilər və kürdlər idarə edir. Heydər Əliyev isə Azərbaycanın köklü əhalisinə, xüsusən də Azərbaycan türklərinə qarşı törətdiyi cinayət əməllərinə görə ifşa olunmasının qarşısını almaq məqsədilə öz maraqlarına müvafiq olaraq, özünə qarşı müxalifət yaratmışdır. Bu iqtidar və müxalifətdəkilərin də hər 4 nəfərdən 3-ü etnikdir. Respublika rəhbərliyində və güc strukturlarında çalışanların və bizneslə məşğul olanların 30 faizdən çoxu kürd, 20 faizi erməni əsillidir. Qalanları isə Heydər Əliyevin tayfası ilə ilgisi olanlar, əslən ermənistanlılar və bir qismi də naxçıvanlılardır. Azərbaycanın köklü əhalisinə isə hətta ailələrini dolandırmaq üçün kiçik bizneslə məşğul olmağa belə imkan verilmir. Bu işdə də yeganə məqsəd respublikanın köklü əhalisinə dözülməz şərait yaradıb, onları doğma torpaqlarını tərk etməyə məcbur etməkdir. Bunun nəticəsi olaraq, respublikanın köklü əhalisi dilənçi vəziyyətinə salınır. Digər tərəfdən isə Heydər Əliyevin komandası rüşvətxorluq və korrupsiya ilə varlanıb, gündən-günə azğınlaşaraq insani simalarını itirirlər. Onların uşaqları da elə ana bətnində rüşvətxorluq və korrupsiya xəstəliyinə düçar olub, dünyaya cəmiyyətin ziyanvericiləri kimi gəlirlər. Respublikanın köklü əhalisi kasıbçılıq içində yaşadığı bir vaxtda, indi, Ermənistanda yaşadıqları dövrdə heç bir rəhbərlik və idarəetmə işlərində işləməyən, bir sovet maşını görəndə burunlarının ucu göynəyən, ata-baba torpaqlarını erməni tapdağı altında qoyub Azərbaycana qaçanların əksəriyyəti isə dəbdəbəli villalarda yaşayır, 100 min dollarlıq xarici maşınlarda gəzirlər.

SSRI dağılıb, respublikalar müstəqillik əldə etdikdən sonra Azərbaycan torpaqlarını işğal etmiş Ermənistanda bir şadlıq evi belə tikilmədiyi halda, Azərbaycanda 100-dən artıq şadlıq evləri və dəbdəbəli restoranlar tikilmişdir. Bu şadlıq evlərini və restoranları tikənlər isə əsasən ermənistanlılar və bir qrup naxçıvanlılardır. Köklü azərbaycanlıların gündə bir qəzet almağa maddi imkanı olmadığı halda, respublikada çıxan qəzetlərin 80 faizdən çoxuna ermənistanlılar nəzarət edir. Respublikanın bütün televiziyaları da Heydər Əliyev tayfasının nəzarəti altındadır və Heydər Əliyev cinayətlərinin üstündən pərdə çəkmək üçün, xalqın Qarabağ dərdini yaddan çıxarmaq üçün gecə-gündüz cürbə-cür şoular göstərməklə məşğuldurlar. Budur əliyevçiliyin mahiyyəti.

Heydər Əliyev təkrarən hakimiyyətə gəlmək üçün Azərbaycan dövlətçiliyinin möhkəmlənməsini, hər şeydən əvvəl, respublikada qanunların toxunulmazlığında, qanunların aliliyində gördüyünü bildirməklə bərabər, «memarı» olduğu Azərbaycan Respublikasının Konstitusiyasında da öz əliylə yazmışdır: «Azərbaycan Respublikasının Prezidenti məhkəmə hakimiyyətinin təminatçısıdır» (maddə 8.4), «Insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir» (maddə 12.1), «Hamı qanun qarşısında bərabərdir» (maddə 25.1), «Döbvlət hər kəsin hüquqlarının və azadklıqlarının müdafiəsinə təminat verir» (maddə 26.2), «Hər kəsin öz şərəf və ləyaqətini müdafiə eymək hüququ vardır. Şəxsioyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətini alçaldılmasına əsas verə bilməz» (maddə 46). «Hər kəsin hüquq və azadlıqların məhkəmədə müdafiəsinə təminat verilir» (maddə 60.1), «Hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.» (maddə68.2), «Konstitusiyada təsbit edilmiş insan və azadlıqlarını gözlşəmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur» (maddə 71).

Görün nə qədər ədalətli, humanist, dünyəvi qanunlardır. Necə gözəl sözlərdir. Çox təəssüf olsun ki, bu qanunlar ancaq yaraşıq üçündür. Bütün dünyaya nümayiş etdirmək üçündür ki, bizdə də belə dünyəvi qanunlar qəbul olunub. Lakin həyatda Heydər Əliyevin respublikaya keçmiş rəhbərliyi dövründə olduğu kimi, yenə də istintaq və məhkəmə orqanları ancaq şəxsən Heydər Əliyevin, onun tayfasının və iqtidar nümayəndələrinin mənafeyini müdafiə eməklə bərabər, onların sifarişlərini təmin etməklə məşğuldur. Bu barədə onlarla, yüzlərlə konkret fakt göstərmək olar. Hazırda respublika qəzetlərində belə faktlar ardıcıl dərc olunduğundan, mən şahidi olduğum bir faktı göstərməklə kifayətlənirəm. «Bakinskiy Bulvar» qəzetində «Qosudarstvennıy reket» başlığı altında dərc olunmuş bir məqalədə Bakı şəhər IH başçısı H.Abutalıbovun fəaliyyəti barədə yazılmışdır.

 «V poslednee vremya v oykrıtıe reketirı vıbilas meriya. Yavleniye narodu Qadоibalı «pod krışey» oboşlos nam oçen doroqo. Snesenı kioski, nezakonno razruşenı nəzakonnıe postroyki, razoqnanı uliçnıe torqovtsı, uniçtoоen edinstvenmıy ekoloqiçeski çlstıy vid transporta, ostalis bez rabotı i kuska xleba tısyaçi nezavisimıx, i svobodnıx qraоdan stranı».

Bu məqalədə H.Abutalıbov barədə bundan artıq heç bir söz yazılmamışdır. Göründüyü kimi, burada təhqiredici, şərəf və ləyaqətə toxunan heç bir şey yoxdur. Hamısı acı həqiqətdir. Həqiqətən də H.Abutalıbovun Heydər Əliyevin «krışalığı» altında Bakı şəhər IH başçısı təyin olunması xalqa çox baha başa gəldi. O polislərin iştirakı ilə qanuni köşkləri qeyri-qanuni götürüb, on minlərlə adamı işsiz qoydu. Bununla da yüz minlərlə adamın çörəyinə bais oldu. Bakıda ekoloоi cəhətdən ən təmiz nəqliyyat növü olan tramvay xətləri söküldü.

H.Abutalıbov bu yazını özünün şərəf və ləyaqətinin alçaldılması kimi qiymətləndirib, «Bakinskiy Bulvar» qəzetinə qarşı Nizami Rayon Məhkəməsində qəzetin bağlanması, 80 (səksən) milyon manat cərimə edilməsi, qəzetin təsisçisi E.Hüseynova, baş redaktoru B.Zakirovaya və yazının müəllifi Q.Şamaxınskayaya qarşı cinayət işi qaldırılıb, onların cəmiyyətdən təcrid edilmələri tələbilə iddia qaldırdı.

Mən də H.Abutalıbovun vəzifə səlahiyyətindən suiistifadə edərək onun quldurluq və özbaşınalıq əməllərindən ziyan çəkən bir adam kimi, Nizami Rayon Məhkəməsinə şahid qismində ifadə vermək üçün getdim. Orada olmağımdan xəbər tutan məhkəmənin sədri Tamella xanım Nəsrullayeva məni kabinetinə dəvət etdi. O, məhkəməyə gəlməyinmin səbəbini soruşdu. Dedim mən də bir şahid kimi, bir ziyan çəkən kimi məhkəmədə çıxış etmək istəyirəm. O dedi, bunun işə heç bir köməyi olmayacaq. Məsləhət edirəm məhkəmə zalına girməyib, buradan gedəsən. Dedim axı necə gedim, belə də ədalətsizlik olar? Mən belə ədfalətsizliklərə dözə bilmirəm. Artıq adım da şahidlərin siyahısına salınıb. O dedi, onda xahiş edirəm zilə qalxmayasan. Bu işdə şahidlərin çıxış etməsinin heç bir əhəmiyyəti olmayacaq.

Məhkəmədə çıxış edərkən məhkəmənin sifarişli olması özünü tam büruzə verdi. Nizami Rayon Məhkəməsi də H.Abutalıbovun tam əsassız iddiasını təmin etdi. Nəhayət, iş gəlib çıxdı Apellyasiya Məhkəməsinə. Prosesdə «Bakinskiy Bulvar» qəzetinin əməkdaşlarının vəkili E.Quliyev çıxışından sonra, mən də çıxış üçün söz istədim. Hakim Allahverdiyeva mənə söz verdi. Mən çıxış etmək üçün ayağa durdum. Bu vaxt hakimlə üzbə-üz oturan H.Abutalıbovun vəkili S.Nəbiyev əli ilə hakimə işarə etdi ki, mən çıxış etməyim. Hakim də mənə dedi, oturun. Əlavə çıxışa ehtiyac yoxdur. Apellyasiya Məhkəməsi də ictimaiyyətuin gözü qarşısında polislərin iştirakı ilə quldurluq və reketçiliklə məşğul olub, yüz minlərlə adamın çörəyinə bais olan dövlət məmuru H.Abutalıbovun tam əsassız iddiasını təmin etdi. Sual olunur, budurmu Azaərbaycan Respublikasının müstəqil məhkəmə hakimiyyəti? Azərbaycan Respublikasınınn prezidenti Heydər Əliyevin məhkəmə hakimiyyətinin təminatçısı olması budurmu? Sonra isə Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev özünə humanist adam imici qazanmaq üçün qəzetin təsisçisi E.Hüseynovu əfv fərmanı ilə əfv etdi. Əhsan belə «humanist» ölkə başçısına!

Yuxarıda Konstitusiyada təsbit olunmuş bir neçə maddənin müddəalarını və Heydər Əliyevin Azərbaycan Respublikasının prezidenti seçildikdən sonra andiçmə mərasimində söylədiyi nitqədən gətirdiyim sitatlarla mənə qarşı olan qanun pozğunluqlarını müqayisə etdikdə tam aydın olur ki, Azərbaycanda müstəqil məhkəmə hakimiyyəti yoxdur; Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev məhkəmə hakimiyyətinin təminatçısı deyildir və nə qədər ki, Heydər Əliyev respublika prezidentidir, respublikada qanunun aliliyi, müstəqil məhkəmə hakimiyyəti yoxdur və olmayacaq da; hamı qanun və məhkəmə qarşısında bərabər deyidir; hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını va azadlıqlarını müdafiə etmək hüququ yoxdur; dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat vermir; şərəf və ləyaqətini müdafiə etmək hüququ respublika vətəndaşlarına bərabər şamil olunmur; şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunmur; respublika rəhbərliyi və hüquq orqan əməkdaşları köklü türklərin şəxsiyyətlərinin və ləyaqətlərinin Azərbaycan xalqına məlum olmayan və Azərbaycan vətəndaşı olmayan kürd millətinə mənsub olan adamlar tərəfindfdən alçaldılmasına şərait yaradır və bunu müdafiə edir; respublika vətəndaşlarının şəxsiyyəti nəinki dövlət tərəfindən qorunmur, hətta respublika rəhbərliyi vətəndaşların şəxsiyyətlərinin alçaldılmasına şərait yaradır; respublikada istənilən adama işgəncə və əzab verilir və hər kəs insan ləyaqətini aşçaldan rəftara və ya cəzaya məruz qala bilir; respublikada ancaq ölkə prezidentinin, onun ailə üzvlərinin və dövlət məmurlarının hüquq və azadlıqlarınin məhkəmədə müdafiəsinə təminat verilir və ölkə rəhbərliyinin və dövlət məmurlarının ölkə vətəndaşlarına qarşı olan hər cür özbaşınalıq və qeyri-insani əməllərinə qarşı məhkəmələr qanuna müvafiq heç bir tədbir görmür; dövlət orqanlarının və vəzifəli şəxslərin qərar və hərəkətrlərindən (yaxud hərəkətsizlikləerindən) məhkəməyə şikayət verilməsinin heç bir əhəmiyyəti yoxdur; Ona götrə ki, məhkəmələr belə iddialara cürbə-cür bəhanələrə əl ataraq baxmır; cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunmur; məhkəmələr müstəqil olmadığı üçün, respublikada ədalət məhkəməsi olmadığından, vəzifəli şəxslərin hakimiyyətdən sui-istifadə nəticəsində vətəndaşa vurulan zərərin ödənilməsi tələbinə məhkəmələr cürbə-cür bəhanələrə əl ataraq baxmır; dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi barədə iddialara məhkəmələr cürbə-cür bəhanələrə əl ataraq baxmır; qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqlarını və azadlıqlarını nəinki gözləmir, əksinə olaraq, insan və vətəndaş hüquqlarını və azadlıqlarını pozur. Bunun nəticəsi olaraq, respublikada məmur, polis və məhkəmə özbaşınalıqları baş alıb getməkdədir və nə qədər ki, Heydər Əliyev Azərbaycan Respublikasının prezidentidir, respublikada belə proses davam edəcəkdir.

Nəhayət, Heydər Əliyev təkrarən hakimiyyətə gələ bilməsi üçün proqramının 5-ci bəndində bildirmişdir: Son zamanlar Azərbaycanın parçalanmasına yönəldilmiş meyylərin təzahürü böyük təhlükə yaradır. Belə meyllərin qarşısı qətiyyətlə alınmalıdır. Azərbaycan onilliklərlə, yüzilliklərlə onun ərazisində yaşayan bütün insanların vətəni olmuşdur. Yaranmış vahid, bütöv Azərbaycanın demokratik prinsiplər əsasında qorunub saxlanılması və inkişaf etdirilməsi müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsi üçün mühüm vəzifə və əsas şərtdir.

 Heydər Əliyevin proqramının bu bəndilə tanış olduqda, çox adamlar kimi, mən də ümid etdim ki, o bütün səyini və bacarığını Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsinə sərf edəcəkdir. Lakin çox təəssüflər olsun ki, o, bu sahədə xalqın ümidini kəsdi. Belə ki, dövlətin möhkəmləndirilməsi üçün əsas şərtlərdən birincisi dövlətin ərazisində yaşayan millətlərin birliyidir. Heydər Əliyev isə respublikaya keçmiş rəhbərliyi dövründə respublikanı regionlara bölüb, xalqı yerliçilik prinsipinə əsasən parçalayıb, naxçıvanlılara və ermənistanlıllara üstünlük verməklə bərabər, millətlərdən də ermənilərə, yəni öz dayısı və xalası uşaqlarına üstünlük verdiyi kimi, təkrarən respublika rəhbərliyinə gəldikdən sonra da o, bu yaramaz, Azərbaycan dövlətçiliyinə və Azərbaycan xalqına qarşı qəddarcasına düşmənçilik əməllərini təkrarladı və yeganə fərq onda oldu ki, bu dəfə ermənilər Azərbaycandan çıxarıldığı üçün, o, üstünlüyü ermənilər əvəzinə kürdlərə, yəni öz əmisi və bibisi uşaqlarına verdi.

1990-cı ilin əvvəlində PKK lideri A.Öcalanla R.Köçəryan və A.Qukasyanın arasında əldə edilmiş razılaşmaya əsasən PKK-çılar, yəni kürlər də ermənilər tərəfindən Azərbaycan torpaqlarının işğal olunmasında iştirak ediblər. Sonra isə 12 mart 1999-cu ildə ermənilərin razılığı ilə Kürdüstən Milli Azadlıq Cəbhəsi ilə «Əl-Iqas» Vahabi təşkilatı arasında Moskvada bağlaşma imzalanıb. Bu dəfə Azərbaycanın işğal olunmuş 8 rayonunun: Laçın, Kəlbəcər, Şuşa, Zəngilan, Qubadlı, Cəbrayıl, fizuli və Ağdam rayonunun hesabına «Kürdüstan Respublikası» yaranır. Bir tərəfdən daimi məskunlaşmaq üçün xarici ölkələrdən ardıcıl olaraq kürdlər işğal olunmuş Azərbaycan torpağının hesabına yaradılmış «Kürdüstan Respublikasına» köçürülür, o biri tərəfdən də kürdlərin, yəni Heydər Əliyevin əmisi və bibisi uşaqlarının Azərbaycan torpaqlarına tam sahib olması üçün, Heydər Əliyev respublikanın köklü əhalisinə dözülməz şərait yaradıb, onları öz doğma vətənlərini tərk etməyə məcbur edir və eyni zamanda da xarici ölkələrdən planlı surətdə kürdlər Azərbaycana köçürülüb, Mingəçevirdən tutmuş Qazaxadək, Kürün Şimal və Ceyrançöl hissəsində məskunlaşaraq, Azərbaycanın torpağına və var-dövlətinə sahib olurlar. Heydər Əliyev isə özünün məkrli məqsədinin xalqdan gizlədilməsi üçün, Azərbaycanın parçalanmasında əsas arqument kimi qondarma Talış Muğan Muxtar Respublikasını ortaya atmışdır. Talışlar əsrlər boyudur ki, özlərinin doğma tarixi torpaqlarında yaşayır və indiyədək heç vaxt da Azərbaycan türklərilə aralarında heç bir konflikt olmamışdır. Azərbaycan türklərilə talışlar biri-biri ilə qaynayıb-qarışmış və tarix boyu yadellilərə qarşı birgə mübarizə aparmışlar. O cümlədən, 1988-ci ildən başlayaraq talışlar da Azərbaycan türkləri ilə birlikdə erməni təcavüzünə qarşı mübarizəyə qalxmış və talış millətinə mənsub olan yüzlərlə oğullar da vətənin müdafiəsi uğrunda şəhid və şikəst olmuşlar. Lakin Azərbaycan Respublikasının o vaxtkı prezidenti Əbülfəz Əliyevin fitvası ilə daxili işlər nazirinin rəhbərliyi altında respublikanın Cənub bölgəsində «Subtropik əməliyyatı» keçirilir. Bu əməliyyatın nəticəsində talış millətinə mənsub olan onlarla ailənin əmlakı quldurcasına talan edilir və bir ailə vəhşicəsinə qətlə yetirilir. Bu qeyri-insani faciənin fitvası şəxsən respublika prezidenti Ə.Əliyev tərəfindən verildiyindən, talışlara qarşı baş vermiş bu vəhşiliklərə görə heç bir tədbir görülmür. Bundan xəbər tutan müharibə bölgəsində olan talışlar da döyüş mövqelərini qoyub, əllərində silah öz rayonlarına qayıdırlar. Htcgeökbrf hzoözhkbqb dz oəueu оhufykfhs nzhzabylzy ədalətsiz və qeyri-qanuni «Subtropik əməliyyatı»na qarşı heç bir tədbir görülmədiyindən ehtiraslar güclənib inkişaf edir. Nəticədə gündəmə «Talış Muğan Muxtar Respublikası»nın (TMMR) yaradılması gəlir. Şübhəsiz ki, əgər respublika prezidenti Ə.Əliyevin fitvası ilə «Subtropik əməliyyatı» keçirilməsəydi və talışlara qarşı öz doğma evlərində vəhşiliklər olmasaydı, heç bir talış müharibə bölgəsində döyüş mövqeyini qoyub, öz rayonlarına qayıtmayacaqdı və həmçinin də heç vaxt gündəmə TMMR yaranması da gəlməyəcəkdi. Bu məsələdə «Subtropik əməliyyatı» səbəbdir, TMMR yaradılması isə nəticə. Şübhəsiz ki, səbəb olmasdaydı nəticə də olmazdı.

Dünyanın bütün ölkələrində istər ibtidai istintaq zamanı müstəntiq və istərsə də məhkəmə istintaqı zamanı hakim qədim Roma formulasının 7 sualına: Nə baş verib?, Kim törədib?, Harada?, Nə vaxt?, Nə üçün?, Kimlə?, Nə ilə? Cavab axtarır. Bu suallara verilən cavablardan da istər-istəməz tam aydın olur ki, baş vermiş faciənin və bunun nəticəsinin məsuliyyəti Əlikram Hümbətovun deyil, bütünlüklə Azərbaycan Respublikasının o vaxtkı prezidenti Əbülfəz Qədirqulu oğlu Əliyevin üzərinə düşməlidir. Əlikram Hümbətov, Isgəndər Həmidov və digərləri isə qurbanlıqdırlar.

TMMR ilə Azərbaycan Respublikası ərazisində Kürdüstan dövləti yaratmaq ideyalarını eyniləşdirmək qəti surətdə düzgün deyildir. TMMR süni bir şey idi. Azərbaycan Respublikası ərazisində Kürdüstan dövlətinin yaradılması ideyası isə Azərbaycan dövlətçiliyinə qarşı, Azərbaycan xalqına qarşı erməni təcavüzündən də qat-qat ağır, ən dəhşətli bir faciədir. Ona görə ki, bu ideyanın daşıyıcılarından biri gah Azərbaycan xalqını nadan və cılız adamlar adlandıran, gah Azərbaycan xalqını qoyun yerinə qoyan, gah da Azərbaycan xalqını dözümlü xalq adlandıran, hazırda Azərbaycan Respublikasışnın prezidenti olan şəxsən Heydər Əliyevin özüdür və ətrafına topladığı bir qrup adamlardır.

 Həmçinin TMMR ilə respublikanın şimalında fəaliyyət göstərən seperatçı «Sadval – Ləzgi Milli Hərəkatı»nı da eyniləşdirmək qətiyyən düzgün deyildir. Belə ki, «Sadval»da birləşən bir sıra ultra millətçilşər Ləzgistan dövləti yaratmaq ideyasını ortaya ataraq, Azərbaycanın şimalına və Dağıstanın cənub hissələrinə qarşı ərazi iddiaları irəli sürürdülər. 1990-cı ilin iyulunda keçirilən təsis qurultayında general-mayor Mühiddin Qəhrəmanov «Sadval»ın sədri seçildi. Bundan sonra seperatçı mövqeyilə tanınan «Sadval» tezliklə Azərbaycanla düşmən vəziyyətdə olan Ermənistanla, daha doğrusu, onun xüsusi xidmət orqanları ilə əlaqə yaratmağa başladı. «Sadval»ın seperatçı mövqeyi həm Azərbaycanı və həm də Rusiyanı bərk narahat edirdi. Elə buna görə də 1993-cü ilin iyununda Azərbaycanda və Rusiya federasiyasında «Sadval»ın fəaliyyətinə xitam verildi. Buna baxmayaraq, Azərbaycanla müharibə vəziyyətində olan ermənilər «Sadval»çılardan istifadə etməklə respublikamızın ərazisində, necə deyərlər, «liknci cəbhə» açmaq istəyirdilər. «Sadval» Ermənistan tərəfdən silah-sursatla, küllü miqdarda pulla təmin edilirdi. Hətta Ermənistanın Lusakert və Arzini kəndlərində «sadval»çılar üçün xüsuxi bazalar da yaradılmışdı və onlara Azərbaycanda bir neçə yerdə – «20 Yanvar» metrostansiyasında, Respublika Sarayında, «Nizami» kinoteatrında və Bakı Lampa zavodunda terror aktı keçirmək həvalə olunmuşdu. Bu terror aktlarından biri 1994-cü il martın 19-da Bakı məetropoliteninin «20 Yanvar» stansiyasında həyata keçirildi. Partlayış nəticəsində 14 nəfər həlak oldu, 52 nəfər yaralandı. Bu terror aktının Ermənistan xüsusi xidmət orqasnlarının tapşırığı ilə Ləzgi Milli Hərəkatının /»Sadval»ın/ üzvləri E.Şeydayev, M.Qəhrəmanov, Ş.Hafizov tərəfindən törədildiyi sübuta yetdi.

1998-ci ildə «Sadval» özünün növbəti qurultayını keçirdi. Və bu qurultayda təşkilat, demək olar ki, iki yerə parçalandı – radikal və liberal qanadlar. Liberal qanadının lideri R.Aşurəliyev «Sadval»ı azərbaycanlılar və ləzgilər arasında düşmənçilik toxumu səpməkdə ittiham edərək, bu separatçı cəmiyyətin sərsəm Ləzgistan ideyasının boş xülyadan başqa bir şey olmadığını dilə gətirərək, qurultay iştirakçılarını radikalları dəstəkləməməyə, onları ləzgi xalqının mənafeyinə zidd mövqedən çəkinməyə çağırdı. Radikalların arasında da birlik olmadı. Ziyalılar radikallardan ayrıldı. Uzun müzakirələrdən sonra Azərbaycanla Dağıstan arasındakı Yaraq-Qazmalar buraxılış məntəqəsinin əməkdaşı N.Primov «Sadval»ın radikal qanadının sədri seçildi. «Sadval»ın bu radikal qanadının ətrafında bircə nəfər də olsun ciddi adam qalmadı. Artıq indi «Sadval»çıların fəaliyyəti görünmür. Amma bu separatçı təşkilatın aktivləşməsinə hər zaman zəmin var. Bunun qarşısını almaq üçün isə respublikanın sərhədlərini möhkəmləndirmək lazımdır.

Heydər Əliyev 2002-ci ilin iyun atyında Sankt-Peterburqda Azərbaycan diasporunun nümayəndələrilə keçirdiyi görüşdə gileylənərək demişdir: «1987-ci ilin sonunda məni yüksək vəzifələrdən kənarlaşdırandırdılar. Mən bir müddət Moskvada çox qapalı həyat sürdüm. Sonra isə vətən məni çəkib apardı, Bakıya gəldim, orada nadanlar, vaxtilə – 1970-80-ci illərdə mənim böyütdüyüm, ərsəyə gətirdiyim, vəzifələrə qaldırdığım insanlar məndən üz döndərdilər. Mənə Bakıda yaşamağa imkan vermədilər və məcbur olub doğulduğum yerə – Naxçıvana getdim.»

Bu tam həqiqətdir ki, 1990-cı ildə Heydər Əliyevin Bakıya gəlməsindən xəbər tutan Bakı ictimaiyyəti el ağsaqqalı Seyfəl Babayevin rəhbərliyilə aeroporta gedib, onu Bakıya buraxmaq istəmədilər. Deyirdilər «Başımıza bəla gəlir….» Hadisələrin gedişi göstərdi ki, nə Seyfəl Babayev və nə onun ətrafına toplanan adamlar nadanlar deyilmiş, onlar çox uzaqgörən, əsl vətənini və millətini sevən adamlarmış və çox da düzgün hərəkət edirlərmiş. Heydər Əliyev gəldi və özünün əsl simasını büruzə verdi. Göründüyü kimi, həqiqətən də o, Azərbaycan xalqına bir bələ kimi gəlirmiş. Allah Seyfəl Babayevə rəhmət eləsin.

Rusiya höçkuməti ölkədə qeydiyyatsız yaşayan əcnəbilərin ölkə ərazisindən çıxarılması ilə bağlı qərar qəbul etməyə hazırlaşanda Heydər Əliyev çox narahatlıq keçirməyə başladı. Azərbaycanlıların Rusiyadan çıxarılmasının qarşısının alınması üçün Heydər Əliyev Nazirlər Kabinetinin sədr müavini Abbas Abbasovu 2002-ci ilin noyabr ayında Rusiya rəhbərliyilə danışıqlar aparmaq üçün Moskvaya ezam etdi. Bu heç də Heydər Əliyevin bir tikə çörək pulu qazanmaq üçün Rusiyaya gedən azərbaycanlılara ürəkyanmasından irəli gəlməmişdir. Əksinə! Qarşıda prezident seçkisi gəldiyindən, 2 miolyondan artıq Azərbaycan Respublikası vətəndaşının Rusiyadan çıxarılıb, Azərbaycana – öz doğma vətəninə qaytarılmasının nə demək olduğunu Heydər Əliyev çox gözəl dərk edirdi. Heydər Əliyev çox yaxşı bilirdi ki, geri qayıdan respublika vətəndaşları müxalifətin ona qarşı keçirdiyi aksiyalara qatılacaq və prezident seçkisi zamanı da onların heç biri ona səs verməyəcək. O, totalitar saxtakarlığa başlasa da bu dəfə 5-10 min deyil, milyondan artıq adam üsyana qalxacaq. Haqq və ədaləti boğmaq üçün onun istifadə eidiyi hüquq-mühafizə orqanları da bunun qarşısını ala bilməyəcək. Bununla da Heydər Əliyev dövrünə son qoyulmaqla bərabər, 1958-1983-cü illərdə Qvineya Respublikasının prezidenti olmuş Əhməd Sekuturenin və onun ailəsinin başına gələnlər, buna bənzər şəkildə Heydər Əliyevin və onun ailəsinin və əshabələrinin də başına gələ bilər. Elə ona görə də Heydər Əliyevin əməlləriylə Əhməd Sekutuirenin əməlləri arasında çox oxşarlıq olduğundan, Heəydətr Əliyevin özünün və əshabələrinin tarixdən ibrət dərsi götürməsi üçün Əhməd Seku Ture və onun ailəsilə bağlı tarixi faktı «Tarixi ibrət.. Qəbri daş-qalaq edilmiş diktator» başlığı altında «təzadlar» qəzetində (13-20 aprel 1999-cu il) dərc etdirmişdim. Bu yazım bugünkü gündə də öz aktuallığını itirmədiyindən onu olduğu kimi aşağıda verirəm.

This entry was posted in Fəlakətlərimizin baiskarı (II-ci kitab). Bookmark the permalink.

Comments are closed.