QƏBRI DAŞ-QALAQ EDILMIŞ DIKTATOR

«Tarixi ibrət…
Dünyada Qvineya adı ilə bağlı beş ölkə vardır. Qvineya Bisau, Qvineya Respublikası, Ekvatorial Qvineya, Qvineya Popua və Yeni Qvineya. Söhbətimiz Qvineya Respublikası bərədədir.

Qvineya Respublikası Afrika qitəsinin qərbində Atlantik okeanı sahilində, ekvatordan 10 dərəcə şimalda, subtropik qurşaqda yerləşir. Paytaxtı Kanakri şəhəridir. Ərazisi 246 min km-dir, əhalisi isə 5 milyon yarım. Böyük təbii sərvətlərə malikdir. Sərvətinin əksəriyyəti yerin altında almaz, qızıl və boksid yataqlarından, yerin üstündə isə meşəlik və il boyu meyvə-tərəvəzdən ibarətdir. 1958-ci ilədək fransanın müstəmləkəsi olub.

Keçmiş Sovet ölkəsi 1953-cü ildən sonra dünyaya hegemonluq etmək xülyasına düşmüşdü. Bunun üçün də sovet kommunist rəhbərliyi qərara gəlmişdi ki, öz təbliğat maşınını işə salıb, birinci Afrika və Latın Amerikası ölkələrini inkişaf etmiş kapitalist ölkələrinin təsiri altından çıxarıb öz himayədarlığı altına keçirsin. Həmin ölkələrdən biri də Qvineya Respublikası oldu. Sonradan Qvineya Respublikasının prezidenti olnuş Əhməd Seku Ture keçmiş SSRI dövlətinin himayədarlığı altında fransa hökumətinin prezidenti De Qola müraciət göndərib bildirir ki, «Artıq müstəmləkə altından çıxmağın vaxtı gəlib çatıb. Millət müstəmləkə vəziyyətində yaşamaqdan bezib, çox narazıdır. fransa hökuməti qan tökmədən bütün qoşunlarını Qvineyadan çıxarmalıdır.» De Qol dövlətin o vaxtkı liderinə referendum yolunu məsləhət edir. O vaxt ölkə əhalisinin 93 faizi savadsız idi. Onlar nəinki adlarını yaza bilmirdilər, hətta imza atmağı belə bacarmırdılar. Əhməd Seku Turenin adamları ölkə ərazisində gəzib, əhali arasında təbliğat aparırdılar ki, özümüz öz dövlətimizin ağası olacağıq, xalq gözəl və firavan yaşayacaq… Referendum keçirildi, Əhməd Seku Ture prezident seçildi. O, bütün qohum-əqrabalarını və özünə yaxın olan adamları dövlət aparatına topladı. Qısa müddətdən sonra xalq gündən-günə kasıblaşıb dilənçi vəziyyətinə düşdü, dövlət məmurları isə ölkənin var-dövlətinə sahib olub, vəziyyətlərini gündən-günə yaxşılaşdırıb firavan həyat sürməyə başladılar. Prezident Əhməd Seku Ture özü qəhvə plantasiyalarının, fransada 11 çoxmərtəbəli mehmanxananın, asrvadı – almaz yataqlarının, oğlu – Isveçrədə iki saat firmasının, qızı – meşə təsərrüfatının, kürəkəni – boksit yataqlarının sahibi oldu… Ölkənin qalan sərvətlərinə də başqa məmurlar və onların qohum-əqrabaları sahib oldular. Dövlətin büdcəsi boş qaldı. Prezident Əhməd Seku Ture başda olmaqla dövlət məmurlarının hamısının xarici ölkə banklarında iki-üç hesabı oldu.

Xalqın güzaranı gündən-günə pisləşib dilənçi vəziyyətinə düşməsinə baxmayaraq, ölkənin təbliğat maşını prezident Əhməd Seku Tureni ilahiləşdirərək, «millət atası» kimi təbliğ edir, ona qarşı ümumxalq məhəbbəti yaranmasına nail olurdu.

Müstəmləkəçilik dövründə fransızlər tərəfindən tikilən müəssisələr, ictimai və mədəni binalar dağıdıldı, onların avadanlıqları isə bazarlarda satıldı. .

1983-cü ildə prezident Əhməd Seku Ture Amerika xəstəxanalarının birində dünyasını dəyişdi. Onun cənazəsini Qvineya Respublikasının paytaxtı Kanakri şəhərində dəfn etdilər. Həmin vaxt, demək olar ki, millətin 100 faizi, böyükdən-balacaya kimi hamı ağlaya-ağlaya dəfn mərasimində iştirak edirdi. Prezident Əhməd Seku Turenin adamları elə güclü təbliğat aparmışdılar ki, prezidentə böyük inam yaranmışdı. Hamı onu sevirdi.

Nəhayət, prezident Əhməd Seku Turenin 40-ı çıxandan sonra «frans-Press» Agentliyi Qvineya Respublikasına həsr olunmuş bir kitab nəşr etdi. Orada Əhməd Seku Ture dövründə rəhbər vəzifəli adamların və onların qohum-əqrabalarının hansı xarici dövlətlərin banklarında nə qədər pulları, harada mehmanxanaları, müəssisələri və plantasiyaları olduğu dəqiq olaraq göstərilirdi. Qısa müddət içində bu kitabda olan konkret faktlar Qvineya Respublikasının əhalisinə çatdırılır. Bununla əlaqədar olaraq dünyasını dəyişmiş ölkənin keçmiş prezidenti Əhməd Seku Tureyə və onun ətrafında topladığı adamlara    qarşı ümumxalq nifrəti yarandı…

Prezident iqamətgahında yeni prezident, varis seçilməsi münasibətilə yığıncaq keçirilirdi. Ölkənin rəhbətr işçilərinin hamısı orada iştirak edirdi. Bu vaxt ordu polkovniki Lasana Konte öz ordusu ilə prezident iqamətgahını mühasirəyə alır və iclasın gedişi zamanı dövlət məmurlarını həbs edir. Bir həfta ətrzində keçmiş dövlət rəhbərlərinə yaxın olan həbçiləri də zərərsizləşdirib həbs edirlər.

«frans-Press» tərəfindən buraxılmış kitab vasitəsilə xalq başa düşdü ki, 1958-ci ildən 1983-cü ilə kimi onları dilənçi halına salan sevimli rəhbərləri, «millət atası» Əhməd Seku Ture olub. Xalq qəbiristanlığa hücum çəkib prezident Əhməd Seku Tutrenin qəbrini darmadağın edir. Qəbri açıb görürlər ki, içindən daş-kəsək çıxır. Oradan hücum çəkib onun atasının qəbrini də darmadağın edirlər. Sonradan məlum olur ki, dünyasını dəyişmiş ölkə prezidenti Əhməd Seku Ture xalqa xəyanət etdiyini özü çox yaxşı bilirmiş. O bilirmiş ki, vaxt gələcək, xalq öz səhvini başa düşüb ondan intiqam alacaq və onun qəbri xalqın lənət yerinə çevriləcək. Ona görə də vəsiyyət edibmiş ki, xalqı aldadıb bir cənazəyə daş-kəsək doldirub öz ölkəsində təntənə ilə dəfn etsinlər. Onun öz cənazəsini isə gizli olaraq Məkkədə basdırsınlar.

Həbs olunanların aqibəti isə belə olur. Vaxtilə fransa hökuməti Konakri şəhərində buare adlanan quyuya bənzər həbsxana tikmişdir. Bu həbsxananın diametri 70 metr, dərinliyi isə 100 metrdi. Həbsxana mərtəbə-mərtəbədir. Ən ağır cəza alanlar quyunun aşağı mərtəbəsində cəza çəkirlər. Həbsxananın da reоimi belədir: günün istisində gündə iki dəfə məhbusları gəzintiyə çıxarırlar. Gün düz onların başına düşür. Gün şüalarının təsiri nəticəsində bir-iki aya onlar ya ölürlər və yaxud ağır xəstəliklərə düçar olub uzunmüddətli əzab-əziyyətə məhkum olurlar. Ölənləri də həbsxana yaxınlığında olan qəbristanlıqda dəfn edirlər.

 Yeni gələn dövlət başçısı keçmiş dövlət xadimlərini və onların qohum əqrabalarını həbsxananın ən aşağı mərtəbəsində saxlayırdı və onların qarşısında tələb qoumuşdu ki, nə vaxt öz əlinizlə xarici ölkə banklarından pullarınızı çıxarıb dövlətin büdcəsinə keçirərsinizsə və nə vaxt xalqın mənimsədiyiniz var-dövlətini qaytararsınızsa, o vaxt da həbsdən azad olunacaqsınız. Beləliklə, Qvineya Respublikası xalqa məxsus olan pulları dövlət büdcəsinə keçirdi və xalqın mənimsənilmiş var-dövlətini qaytardı. Xalqın güzəranı gündən-günə yaxşılalşdı. Ölkə əhalisi isə bu günə kimi xalqa xəyanət edib, dünyasını dəyişmiş keçmiş ölkə prezidenti Əhməd Seku Tureni lənətləyir və həmişə də lənətləyəcək… Yflbh VBHZKZRÖZHОMKE.»

Heydər Əliyev dövründə istər prezident və istərsə də parlament seçkilərində saxtakarlıqlar total şəkildə, polislərin iştirakı ilə həyasızlığın ən yüksək mərhələsi ilə keçirilmişdir. Bütün bunlar barədə konkret faktlarla mətbuatda kifayət qədər materiallar dərc edilmişdir. O cümlədən mən özüm də bu hadisələrin canlı şahidlərindən biri olmuşam və əlavə etdiyim materialda da bu barədə müəyyən qədər yazmışam. Nə qədər ki, Heydər Əliyev Azərbaycan Respublikasının prezidentidir, seçkilərdə belə saxtakarlıqlar olub və olacaq da. Heydər Əliyev xalqı qırmağa razı olar, nəinki respublika prezidenti kürsüsünü əldən verməyə. Çünki o, Azərbaycan xalqına, xüsusən də Azərbaycan türklərinə qarşı etdiyi xəyanəti və qəddarcasına düşmənçilik əməllərini çox yaxşı bilir. O, bu əməlləri düşünülmüş şəkildə, bilə-bilə, qəsdən, planlı şəkildə etmişdir. O yaxşı bilir ki, prezident kürsüsünü əldən vermək, onun və ailəsinin ifşa olunmasına, məhv olmasına gətirib çıxaracaq. Ona görə də Heydər Əliyev bütün qanuni və qeyri-qanuni vasitələrdən istifadə edəb, son nəfəsinə kimi respublika prezidenti kürsüsünü əldən verməməyə çalışır və çalışacaq da.

Heydər Əliyev həddən artıq qəddar, qisasçı, paxıl, dəvə cinsi kimi kinli və əsl bir əqrəbdir. O, respublikada özündən başqa böyük nüfuza malik heç bir adam görmək istəmir. Ona görə də vəzifə səlahiyyətindən sui-istifadə edərək, özünə rəqib bildiyi adamları gözdən, nüfuzdan salmaq üçün çox böyük məharətlə istifadə edir və sonra isə vicdan əzabı çəkmədən özünün əsl bir əqrəb olduğunu nümayiş etdirib həmin adamı vurur. Belələrinə misal Məmməd Isgəndərovu, Ayaz Mütəllibovu, Becan fərzəliyevi, fərəməz Allahverdiyevi, Lalə Şövkət Hascıyevanı, Rəsul Quliyevi, Rövşən Cavadovu, Surət Hüseynovu, Əlikranm Hümbətovla Rəhim Qazıyevi və başqalarını göstərmək olar.

Heydər Əliyev SSRI Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən və Siyasi Büro üzvlüyündən uzaqlaşdırılandan sonra həyatı təhlükə altında oldu. Bu vaxt o, Azərbaycanın Moskvadakı daimi nümayəndəsi Zöhrab Ibrahimova Ayaz Mütəllibovla görüşmək arzusunda olduğunu bildirir. Belə bir vaxtda Sov.IKP MK Baş katibi M.S.Qorbaçov A.Mütəllibovu Moskvaya dəvət edir və onunla söhbətdə Heydər Əliyevi ifşa etmək məsələsini ortaya atır. A.Mütəllibov isə deyir: «Mən bu məsələ ilə məşğul olmayacağam. Bizim Qarabağ kimi problemimiz var. Çox ağrılı bir problem.» Elə həmin gün, 4 fevral 1990-cı ildə A.Mütəllibov Z.Ibrahimovla Heydər Əliyevin Moskvadakı mənzilinə gedir. Evdə Heydər Əliyev, qızı Sevil və kürəkəni Məhmud olur. Axşam saat 9-dan gecə saat 4-ə kimi söhbət edirlər. A.Mütəllibov Heydər Əliyevə ürək-dirək verir və M.S.Qorbaçovla olan söhbəti ona çatdırır. Heydər Əliyev də buna çox sevinir və A.Mütəllibova minnətdarlığını bildirir. Sonra onlar respublikada baş verən prosesləri müzakirə edirlər. A.Mütəllibov cəbhəçilərdən narazılığını bildirəndə Heydər Əliyev deyir: «Orada yaxşı oğlanlar az deyil və onlara arxalanmaq olar.»

Heydər Əliyev Bakıya qayıtmaq arzusunda olduğunu bildirir. A.Mütəllibov da ona deyir ki, «müxalifət partiya və dövlət rəhbərlərini, kommunistləri özünə dost hesab etmir. Buna görə də Bakıya gəlməyinizdən ötrü psixoloоi və sosial – kommunal hazırlıq üçün iki ay möhlət lazımdır.» Belə də razılaşırlar.

Səhəri gün A.Mütəllibovu Sov.IKP MK Nəzarət Komitəsinin sədri Boris Puqo çağıtdırır və ona iri bir qovluq verib, deyir Heydər Əliyevin kompromatıdır. A.Mütəllibov Heydər Əliyevi ifşaedici materialları götürməyib, deyir: «Bu cür işlər mənə yaraşmaz. Bir də ki, o kişini rahat buraxsanız, yaxşı olar. Respublikada onsuz da problem kifayət qədərdir.»

B.Puqo Heydər Əliyevlə çox yaxşı münasibətdə olduğundan və bunu M.S.Qorbaçovun göstərişi ilə etdiyindən, elə həmin gün Heydər Əliyevə zəng vurub, A.Mütəllibovla olan söhbəti ona çatdırır. Heydər Əliyev də A.Mütəllibovun belə cəsarətindən çox məmnun olur.

A.Mütəllibov Bakıya qayıdandan sonra MK-nın elm çöbəsinin müdri, əsli naxçıvanlı olan Rəfael Məmmədova tapşırıq verir ki, Işlər Idarəsinin rəhbəri M.Nəzərovla əlaqə saxlayıb, Heydər əliyev üçün mənzil və maşın məsələsini həll etsin. R.Məmmədov da bu işlə həvəslə məşğul olur. Heydər Əliyev isə dözməyib, AXC-də yaxşı oğlanlar saydığı cəbhəçilərlə əlaqəyə girib, bir ay keçməmiş Bakıya qayıdır. Bakı aeroportunda onu Becan fərzəliyevin rəhbərliyi ilə bir qrup naxçıvanlı cəbhəçilər qarşılayır. O biri tərəfdən də Heydər Əliyevin Bakıya qayıtmasından xəbər tutan bir qrup ondan narazı adam, el ağsaqalı Seyfəl Babayevin rəhbərliyi ilə aeroporta gedib, Heydər Əliyevi Bakıya buraxmaq istəmirlər. Belə bir gərgin vəziyyətdə isə B.fərzəliyevin rəhbərlik etdiyi naxçıvanlı cəbhəçilər, çox çətinliklə də olsa – Heydər Əliyevi sağ-salamat Naxçıvana aparmağa nail olurlar. Şübhəsiz ki, əgər Heydər Əliyev A.Mütəllibovla aralarında olan razılaşmaya əməl etmiş olsaydı, belə hal baş verməzdi.

Heydər Əliyev isə Naxçıvana gedəndən sonra A.Mütəllibovun ona etdiyi yaxşılıqların əvəzində, vəzifə qısqanclığı üzündən A.Mütəllibova qarşı cürbəcür şantaоla məşğul olaraq deyir ki, guya onu Bakıya A.Mütəllibov buraxmayıb.

Göydə Allah var. Insanda heç olmazsa bir balaca həyə-abır, ədalət olmalıdır. Əgər A,Mütəllibov Heydər Əliyevə pislik etmək fikrində olsaydı, elə B.Puqodan onu ifşaedici materiallarla dolu qovluğu götürüb, M.S.Qorbaçovun arxadaşlığı ilə Heydər Əliyevi vura bilməzdimi? Və yaxud da minlərlə adamı aeroporta töküb, biabırçılıqla Heydər Əliyevi təyyarə ilə geri qaytara bilməzdimi?

Heydər Əliyev isə özünün əsl əqrəb olduğunu nümayiş etdirib A.Mütəllibovun ona etdiyi yaxşılıqların əvəzində Xalq Cəbhəsində «yaxşı oğlanlar» saydığı adamların əli ilə A.Mütəllibovu vurub, doğma vətənindən didərgin saldı. Indi kimdir təmiz adam? Kimdir kişi? Ayaz Mütəllibov, yoxsa Heydər Əliyev? Heydər Əliyevin natəmizliyi və nakişiliyi bununla da bitmədi. Heydər Əliyev öz şəxsi marağına görə A.Mütəllibovun növbəti prezident seçkilərində iştirak edə bilməsinin qarşısını almaq üçün, özü respublikanın fəlakətlərə düçar olmasdında ən ağır cinayətkar olduğu bir halda, vəzifə səlahiyyətindən sui-istifadə edib, Ayaz Mütəllibovu cinayətkar kimi suçlandırmaqdadır.

Heydər Əliyev Xalq Cəbhəsində «yaxşı oğlanlar» sasydığı Becan fərzəliyevin, fəraməz Allahverdiyevin Naxçıvanda xalq arasında böyük nüfuza malik olduğunu görüb, qısqanclıq etməyə başladı. Yerini möhkəmlətdikdən sonra özünün əsl bir əqrəb olduğunu nümayiş etdirib, onların həç ikisini vurdu.

Respublika ictimaiyyətinə məlumdur ki, Heydər Əliyevin ən çətin, ən ağır günlərində Moskvada ona dayaq olan adam Lalə xanım Hacıyeva oplmuşdur. Lalə xanım Moskvada böyük nüfuz sahibi idi. Həmçinin, Heydər Əliyevin təkrarən hakimiyyətə gəlməsində də Lalə xanımın xidmətləri həddən artıq çox olmuşdur. Heydər Əliyev təkrarən hakimiyyətə gələn kimi Lalə xanımı dövlət katibi vəzifəsinə təyin etdi. Qısa müddət içində Lalə xanım öz intelektual səviyyəsi, savadı, bacarığı, böyük dünya görüşünə malik olması ilə ümumxalq məhəbbəti qazandı və eyni zamanda da o, Heydər Əliyevə keçmiş kadr siyasətini təkrarlamamağı məsləhət bilmədi. Bir tərəfdən Lalə xanımın üğmumxalq məhəbbəti qazanması Heydər Əliyevdə qısqanclıq yaratdı ki, gələcəkdə o prezidenrlik iddiasında ola bilər, o biri tərəfdən də Lalə xanımın bu məsləhətilə razılaşmaq Heydər Əliyevin təbiətinə uyğun gəlmirdi. Ona görə də Lalə xanımın vurulnası labüd idi. Bir dəfə də Lalə xanımın təhqir edilməsinin şahidi olmuşam. 23 oktyabr 1993-cü ildə Heydər Əliyevin yanınmda olarkən, professor Əsədulla Qurbanov lalə xanıma dedi ki, istədim qəbulunuza gəlim, məni qəbula yazmadılar. Lalə xanım da dedi ki, deyərəm yazarlar. Ancaq yanıma gələn ziyalılar əsasən iki xahiş edir, iş və mənzillə təmin olunma. Mən də lazımi köməklik üçün hamısını kompüterimdə qeydə alıram.

Lalə xanım sözünü deyib qurtarmamış onun yanında oturan akademik fərəməz Maqsudov yerindən durub, tam əsassız olaraq onların söhbətlərinə müdaxilə edib, əsəbi halda, ağızı köpüklənə-köpüklənə başladı kobudcasına Lalə xanımı ittiham etməyə, guya respublikanın ziyalılarını işsiz və evsiz qoyan elə odur. Lalə xanım ona dedi ki, mənə sənlə yox, sizlə müraciət edin. Bu vaxt f.Maqsudov özündən çıxıb, əsl psix bir adam olduğunu nümayiş etdirib, hay-küylə, ağzının suyu axa-axa Lalə xanıma dedi: «sən beləsən…, sən eləsən…» Lalə xanım f.Maqsudovun belə tərbiyəsiz, kobud və təhqiredici sözlərinə dözməyib, ağlaya-ağlaya getdi. Heydər Əliyev isə heç bir şey olmayıbmış kimi, yerində sakit oturub bu məmzərəyə tamaşa edirdi. Aydın oldu ki, Lalə xanıma qarşı belə hücum elə Heydər Əliyevin öz göstərişilə başlayıb. Heydər Əliyev istədiyinə nail olub, özünün əsl əqrəb olduğunu bir də sübut edib, Lalə xanımı da vurdu.

Heydər Əlşiyev Lalə xanımı tək vurmaqla qurtardımı? Əsla yox! Sonra Heydər Əliyev başladı Lalə xanımı nüfuzdan salmaq üçün cılız əməllərlə məşğul olmağa. Əvvəl gədə-güdələrin əlilə «Səs» qəzetində Lalə xanımın karikaturasını çəkdirtdirdi, sonrada «Lider» telekanalında onu kukla yerinə qoydurub ələ saldırmağa başladı. Bu cılız, iyrənc əməllarlə Lalə xanım heç vaxt xalqın gözündən düşməyib və düşməyəcək də. Xalq başa düşür ki, bunu elətdirən kimdir. Lalə xanım da həmişə mənliyini, xanımlığını saxlayır. Heydər Əliyev isə nakişiliyini davam etdirməkdədir.

Heydər Əliyevə həm mənəvi və həm də maddi dayaq olub, onun təkrarən hakimiyyətə gəlməsində Rəsul Quliyevin müstəsna rolu olmuşdur. Heydər Əliyev təkrarən hakimiyyətə gəldikdən sonra Rəsul Quliyevi Ali Sovetin sədri vəzifəsinə təyin etdi. Sonra gördü ki, onun xalq içində nüfuzu böyükdür, tərəfdarları çoxdur, maddi cəhətdən imkanlıdır, sabah prezidentlik iddiasında ola bilər. Qısqanclıq üzündən özünün yenə də əsl bir əqrəb olduğunu nümayiş etdirib Rəsul Quliyevi vurmaqla bərabər, respublikadan da didərgin saldı. Həmçinin R.Quliyev respublika prezidentliyinə öz namizədliyini verə bilməsin deyə, Heydər Əliyev onu dövlət əmlakını mənimsəməkdə ittiham etməkdədir. Mən deyə bilmərəm ki, R.Quliyev dövlət əmlakını mənimsəməyib. Mənimsəyib! Keçmiş sovet quruluşu dövründə respublikada elə bir müəssisə rəhbəri yox idi ki, dövlət əmlakını mənimsəməmiş olaydı. R.Quliyev də həmin müəssisə rəhbərlərindən biri olmuşdur. Ancaq R.Quliyev o biri müəssisə rəhbərlərindən müsbət cəhətdən fərqlənmişdir. O, özü yeməklə bərabər, rəhbərlik etdiyi müəssisədə çalışan zəhmətkeşləri də dolandırmışdır. Onun Baş direktoru olduğu Azərneftyağ zavodunda elə bir işçi tapılmaz ki, ondan narazı olsun. Ona görə ki, orada çalışan fəhlələr ən yüksək əmək haqqı almaqla bərabər, mənzillə, mebellə, maşınla və s. təmin olunurdular. R.Quliyev xalqa çörək verib. Onun hesabına nə qədər adam ailə qurub, ev-eşik tikib. Ona görə də zəhmətkeşlər ona hörmət edir, onu sevir. R.Quliyev zəhmətkeşlərə işləyib-yaşamaq üçün şərait yaratdığı bir vaxtda, Heydər Əliyev Moskva qarşısında özünə hörmət qazanıb, dövlətə ucuz işçi qüvvəsi vermək üçün saysız-hesabsız günahsız adamları həbsxanala doldurub, evlər-eşiklər dağıtmışdır. Indi də Heydər Əliyevin özü, ailəsi və bu ailəyə yaxın olan adamlar respublikanın köklü əhalisinə dözülməz şərait yaradıb, respublikanı tərk etməyə məcbur etdiyi bir vaxtda, özləri dövlət əmlakını küllü miqdarda mənimsəməklə məşğuldur. Buna sübut kimi «Novoye vremya» qəzetində dərc olunmuş (18-20 may 2002-ci il) «Çem bolen Qeydar Aliyev» məqaləsinə diqqət yetirək. «Xarici və Azərbaycabn mətbuatının məlumatlarına əsasən, Heydər Əliyev – 24 milyard, onun qızı – 13 milyard, oğlu – 11 milyard ABŞ dolları dəyərində toxunulmaz əmlaka sahibdirlər. Rusiya qəzetlərinin yazdığına görə, onun oğlu MDB ölkələrində ən varlı sahibkarlardandır. Nəvəsi, kiçik Heydər Əliyevin adına açılmış bank hesabına isə 2 milyard ABŞ dolları qoyulmuşdur. Ancaq bu pulu o həddi-buluğa çatandan sonra götürə bilər.»

Heydər Əliyevin ailəsindən sonra respublikanın ikinci varlı adamı bu ailəyə yaxınlığı ilə tanınan Dövlət Kömrük Komitəsinin sədri Kəmaləddin Heydərovdur. «Monitor» оurnalının (2002-ci il, № 4) verdiyi məlumata görə onun əmək haqqı 2 milyon manat (400 ABŞ dolları) olduğu halda, o, 1 milyard ABŞ dollarından artıq dəyərində respublikada və respublikadan kənarda toxunulmaz əmlaka sahibdir.

Indi oxucular müqayisə edib görsün: Heydər Əliyev, onun ailə üzvləri və bu ailə ilə yaxınlığı olan adamlar nə qədər dövlət əmlakını mənimsəyib, Rəsul Quliyev nə qədər? Şübhəsiz ki, R.Quliyev mənimsədiyi Heydər Əliyev, onun ailəsinin və bu ailə ilə yaxın olanların mənimsədiyinin heç 3 faizi deyil. Sual olunur: bəs niyə Rəsul Quliyev cinayətkardır, Heydər Əliyev və onun ailə üzvləri isə yox?

This entry was posted in Fəlakətlərimizin baiskarı (II-ci kitab). Bookmark the permalink.

Comments are closed.