…(davamı)

Rövşən Cavadov

Rövşən Cavadov

R.Cavadovun atası Bəxtiyar Cavadovun «Təzadlar» qəzetinə (5-12 mart 2002-ci il) 1995-ci il martın 13-17-də baş verən hadisələrə dair yazısından: «Rövşənə Naxçıvan MTN-in işçisi Əmiraslan Rza oğlu Əliyev atəş açmışdı və ona görə də o, öldürüldü. Onun etdiyi sui-qəsd də Rövşənin ölümünə səbəb olmuşdu. Əmiraslan Əliyevi hazırlayıb terror üçün yola salan «Laba» ləqəbli Mübariz gördüyü işlə hələ də fəxr edir.»

Dünyanın bütün ölkələrində vətəndaşa Vətənin yadellilərdən, düşməndən müdafiəsi zamanı şəxsi qəhrəmanlıq və şücaət göstərdiyinə görə ən yüksək ad – Milli Qəhrəman adı verilir. Bu da bütün xalq tərəfindən qəbul olunur və xalq da öz Milli Qəhrəmanı ilə fəxr edir.

Lakin, Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə isə, respublikada tamamilə əks proseslər baş verir.

Heydər Əliyev öz şəxsi marağına görə Azərbaycan xalqına amansızlıqlar göstərməsində fərqlənənlərə ən yüksək ad, orden və medallar verir. Belə ki, Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında Rövşən Cavadovun rəhbərliyilə erməni təcavüzünün qarşısını almaq üçün müstəsna qəhrəmanlıq və şücaət göstərdiyinə görə OMON-çulara qarşı amansızlıqlar göstərdiklərinə görə Heydər Əliyev Müdafiə Nazirliyi üzrə 34, Milli Təhükəsizlik Mazirliyi üzrə – 1, Daxili Işlər Nazirliyi üzrə – 1 nəfərə «Milli Qəhrəman» adı vermişdir. Bundan əlavə Müdafiə Nazirliyi üzrə 25 nəfəri «Azərbaycan Bayrağı» ordeni, 52 nəfəri isə «Hərbi xidmətlərə görə» medalı ilə təltif etmişdir.

Torpağının 20 faizi işğal edilmiş ölkədə, Heydər Əliyevin şəxsi marağını təmin edib, «Milli Qəhrəman» adı alan, orden və medallar alanlar ya intihar etməlidir, ya da bu addan, orden-medallardan imtina etməlidirlər.

Sual olunur: Azərbaycan xalqının vətənpərvər, igid, qəhrəman və sevimli oğlu Rövşən Cavadovun həyatına son qoymaq üçün Həydər Əliyevin istifadə etdiyi «Laba» ləqəbli Mübariz kimdir? «Laba» sözünün mənası nədir? Hansı əməlinə görə Mübarizə «Laba» ləqəbi verilib? Bütün bunlar barədə Labanın yaxın dostu fərəməz Allahverdiyev «Xural» qəzetində «Labanın topdağıtmaz imperiyası!!!» başlıqlı yazısında ətraflı məlumat verilmişdir. «Laba» – Pənahov Mübariz Həsən oğlu 1963-cü ildə Naxçıvan MR Şərur rayonunun Dəmirçi kəndində anadan olub. Məktəbdə oxuduğu illəri Şərur Dəmir Yolu vağzalında kiçik vedrələrdə alma, armud, alça və digər meyvələr satmaqla keçirib. Hamıdan yüksəkdə və var-dövlət sahibi olmağı arzu edən Mübariz, bu yüksəkliyə elm və savadla deyil, qol gücü hesabına nail olmağı üstün tutur. O Azərbaycanı tərk edib «fəaliyyətini» Moskva və Xarkov şəhərlərində davam etdirir. SSRI-nin dağılması prosesi gedən illərdə kriminal ünsürlər xeyli fəallaşmışdı. Həmin dövrdə keçmiş SSRI məkanında reketçiliyin binövrəsi qoyulur. Mübariz də fürsəti əldən vermir. Bütün mahiyyəti zalımlıq, dələduzluq üzərində köklənən Mübariz, ətrafına özü kimiləri toplayıb, reketçiliklə məşğul olmağa başlayır. Lakin onun qurbanları başqaları yox, özümüzünkülər, yəni ailələrinin maddi imkanlarını yaxşılaşdırmaq üçün Moskva və Xarkov şəhərlərinin bazarlarında alver edən azərbaycanlılar olur. O, bazarlarda alver edən azərbaycanlılar üzərində «xüsusi vergi» tətbiq edir. «Vergi» vaxtında ödənilmədikdə isə «vergi ödəyiciləri»ni xüsusi qəddarlıqla cəzalandırırmış. Onun belə amansız cəza tədbirlərinə görə bəzən «bazar əhli» ona qarşı «üsyan» qaldırır. O, «üsyançılar»a divan tutulmasını əmr edir, özü də şəxsən bu əməliyyatlarda iştirak edir və əməliyyatlar zamanı xüsusi qəddarlığı ilə fərqlənir. Azərbaycandan kənara, ailələrinə çörək pulu qazanmaq dalınca gedən azərbaycanlılara divan tutarkən, göstərdiyi «rəşadətə» görə ona «Laba» ləqəbi verilir. Bu adın mənasını ondan soruşanda isə, o, belə cavab vermişdir: «Polşada qurd nəslindən törəyən, məğrurluğu, hünəri, qorxmazlığı ilə seçilən xüsusi it cinsi var. Orada bu itə «Laba» deyirlər. Bazarda 5-6 nəfər talışın öhdəsindən gəldiyimə görə mənə bu adı veriblər.» Sonra o əlavə edir: «5-6 nəfərə gücümün yetişməyəcəyini görüb, onları dişləyərək, ətlərini sal-sal qoparmışam.» («Xural» qəzeti, 04-10 aprel 2004-cü il.)

1989-cu ilin payızında Laba Azərbaycana qayıdır. O vaxt Naxçıvan cəbhəçiləri arasında böyük nüfuza malik olan və Heydər Əliyevin təkrarən hakimiyyətə gəlməsində müstəsna xidmətləri olmuş fərəməz Allahverdiyevin vasitəçiliyilə o, AXC-yə üzv olur. 1992-ci ilin iyun ayında Laba əslən Şərur rayonundan olan və son zamanlar Bakıda iş adamı kimi tanınıb, çoxmərtəbəli evlər tikən Isfəndiyar Axundova bıçaqla xəsarət yetirir. Bununla əlaqədar onun həbsi üçün sanksiya verilir. O vaxt artıq Heydər Əliyev Naxçıvan MR Ali Məclisinin sədri idi və f.Allahverdiyev də bir əliyevçi kimi Əliyev komandası arasında nüfuz sahibi idi. Həmin vaxt f.Allahverdiyev Labanı bir dost kimi xilas etmək qərarına gəlir. O, Naxçıvan MR DI naziri Əsgər Ələkbərov və Naxçıvan MR baş prokuroru Hüseyn Hüseynovla danışaraq məsələni yoluna qoyur. Münaqişə edən tərəflər barışır və Laba həbsdən canını qurtarır. Sonra f.Allahverdiyev Labanın «qəhrəmanlıqları» barədə Heydər Əliyevə məlumat verir və onunla görüşdürür. Heydər Əliyev də Labanın «qəhrəmanlıq» əməllərindən məmnun olur və bu «ŞƏXS» onun gözündə yüksəlir. Bundan sonra Labanın yüksəlişi və kosmik sürətlə varlanması başlayır. O, əvvəl Sədərək Gömrük Məntəqəsində adi işçi, müfəttiş və nəhayət heç bir ali təhsili olmayan və mənfi reputasiyalı bu adam Sədərək Gömrük Idarəsi kimi mühüm strateоi posta rəis təyin edilir. Əvvəllər bazarlarda reketçiliklə məşğul olan Laba, indi özünə münasib adamları ətrafına toplayıb, reketçiliyini dövlət səviyyəsində davam etdirib, həddən artıq varlanır. Laba varlandıqca iştahı böyüyür və daha yüksək məqsədlərinə çatmaq üçün siyasətə qoşulmaq istəyir. Lakin ali təhsilinin olmaması onun bu məqsədinə çatmasına mane olur. Universitetə daxil olub 5-6 ilini hədər vermək istəməyən Laba, bu istəyinə də nail olmaq üçün çarə tapır. Heç bir ali təhsili olmayan Laba, Bakı Dövlət Universitetinə Dağıstan ali təhsil ocaqlarından birinin saxta diplomunu təqdim etməklə, birdən-birə hüquq fakultəsinin 3-cü kursuna qiyabi daxil olur və hüquqşünas diplomu əldə edir.

Laba Gömrük Idarəsinin rəisi olduqdan sonra pula pul demir. 10 ildən artıq bir müddətdə gömrükdən yüz milyonlarla dollar əldə edir. Nəhayət Laba o qədər varlanır ki, hətta yolunu azıb, Naxçıvan MR Ali Məclisinin sədri, Heydər Əliyevin bacısının kürəkəni Vasif Talıbovla rəqabətə girib, onun oturduğu kürsünü ələ keçirmək fikrinə düşür. Bununla barışmayan tayfa Labanı vəzifəsindən kənarlaşdırır. O da var-dövləti ilə xaricə gedir.

Sonra «Xural» qəzetinin 04-10 iyul 2004-cü il sayının anonsunda qəzetin növbəti saylarında f.Novruzoğlunun (Allahverdiyevin) «Laba-Araslar-PKK əlaqələri necə yarandı?» yazısının dərc olunacağı barədə məlumat verildi. (Araslar – Türkiyənin Iğdır Bələdiyyə Başqanı Nurəddin Aras və onun qardaşları nəzərdə tutulur – N.A.). Lakin nədənsə, belə bir yazı qəzetdə dərc olunmadı.

Indi Heydər Əliyevin Rövşən Cavadov kimi vətənpərvər, mərd, əsl qəhrəman, dərin zəkaya, təmiz əxlaqa malik olan bir adamı cəmiyyətin ziyanvericisinin əliylə məhv etməsinə qiymət verməyi oxucuların öhdəsinə verirəm.

O vaxt hadisələrin içində olmuş, Azərbaycanda Türkiyə səfirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışmış Turqut Ər 2011-ci ildə çap etdirdiyi «Azadlıktan tiranlığa» («Sanki Stalin və Beriya Hortlamıştı») adlı kitabında Həydər Əliyevin Rövşən Cavadovu məhv etmək üçün istifadə etdiyiu yolları çılpaqlığı ilə açıqlayayaq geniş oxucu kütləsinin müzakitrəsinə vermişdir.

Yuxarıda Heydər Əliyevin təkrarən hakimiyyətə gələ bilməsi üçün Surət Hüseynovun ayağına Gəncəyə gedib, ondan necə istuifadə etməsi barədə yazmışam. Heydər Əliyev öz müqəddəs arzusuna çatdıqdan sonra gördü ki, Surət Hüseynov nüfuz sahibidir, sabah prezidentlik iddiasında olacaq. VURULMALIDIR! Heydər Əliyev Surət Hüseynovun ona etdiyui yaxşılıqların əvəzində də, özünün əsl bir əqrəb olduğunu nümayiş etdirib, onu da vurdu.

Əbülfəz Əliyev «Şərq» qəzetinə verdiyi müsahibədə (14-16 sentyabr 1999-cu il) demişdir: «Heydər Əliyevin hakimiyyəti ələ keçirməsində indi həbsdə olmalarına baxmayaraq Ələkrəm Hümbətovun, Surət Hüseynovun, Rəhim Qazıyevin – hamısısının xidmətləri gözümün qabağında oldu.»

Göründüyü kimi, Heydər Əliyev təkrarən hakimiyyətə gələ bilməsi üçün Ələkrəm Hümbətovdan da, Rəhim Qazıyevdən də istifadə etmişdir. Sonra isə özünün bir əqrəb olduğunu nümayiş etdirib, onları da vurdmuşdur. Elə buna görə də Surət Hüseynov da, Ələkrəm Hümbətov da, Rəhim Qazıyev də məhkəmə prosesində dəfələrlə vəsatət qaldırmışdır ki, məhkəmə prosesi obyektiv keçirilib, ədalətli hökm çıxarılması üçün Heydər Əliyevin məhkəmə prosesində iştirakı təmin edilsin. Hakimlər isə açıq-açığına Heydər Əliyevin mənafeyini müdafiə edib, özlərini Heydər Əliyevin şəxsi qulu saydıqlarından, qaldırılmış bu qanuni vəsatətləri təmin etmədilər. Heydər Əliyev isə «memarı» olduğu Azərbaycan Respublikasının Konstitusiyasının 25.1 maddəsində öz əliylə yazmışdır: «Hamı qanun qarşısında bərabərdir». Sual olunur: nə üçün Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev və respublikanın hakimləri Azərbaycan Respublikasının əsas qanunu olan Konstitusiyaya hörmətsizlik edirlər? Nə üçün Heydər Əliyev qanun qarşısında cavab verməkdən yayınır? Bu sualların cavabı bir aksioma kimi məlumdur. Məlumdur ki, bütün cinayətlərin başında Heydər Əliyevin özü durur.

1998-ci il prezident seçkilərində Bakının Nardaran kəndindən Heydər Əliyevə səs verən olmamışdır. Bunun əvəzində Heydər Əliyev bütün Nardaran kəndinin əhalisinə dözülməz şərait yaradıb, kəndin başbilənlərini həbsxanalara doldurmaqla 2003-cü il prezident seçkilərinə qədər onlardan qisas almaq qərarına gəlmişdir.

Baxmayaraq ki, Heydər Əliyevin təkrarən hakimiyyətə gəlməsində mən də fəaliyyət göstərmişəm və hətta onun hüquqlarının müdafiəçisi olmuşam, lakin onun qəzəbinə tuş gələnlərdən biri də mən olmuşam. Mən nə böyük nüfuz sahibiyəm, nə silahlı dəstəm var, nə vəzifəm var, nə pulum var və nə də ki, prezidentliyə iddialıyam. Heydər Əliyev məni yeganə bir səbəbdən, qisasçılıq məqsədilə vurmuşdur. Mən heç vaxt heç bir adamdan iş istəməmişəm. Heydər Əliyev şəxsən özü öz təşəbbüsü ilə məni Bakının Binəqədi rayon IH başçısının birinci müavini vəzifəsinə göndərmişdir. O, bir tərəfdən mənə iş verib, o biri tərəfdən də 1989-cu ildə ermənilərin, yəni Heydər Əliyevin daysı və xalası uşaqlarının tutduqları vəzifələrindən azad edilib, Azərbaycandan çıxmaları barədə keçirilən piket və mitinqlərin təşkilatçısı olduğum üçün, o, şəxsiyyətləri Azərbaycan xalqına məlum olmayan, Ermənistandan «qaçqın» adı altında Azərbaycana gəlmiş kürd millətinə mənsub olan PKK-çıların, yəni öz əmisi və bibisi uşaqlarının əlilə məni qisasçılıq məqsədilə vurmuşdur. Bütün bunlar barədə 2004-cü ildə çəp etdiyim «Azərbaycanda məqsədyönlü olaraq məmur, hüquq-mühafizə və məhkəmə orqan əməkdaşlarını qeyri-qanuni, özbaşınalıq və quldurluq əməllərinə Heydər Əliyev sövq etmişdir» adlı kitabımda ətraflı məlumat vetrmişəm.

Etiraf etmək lazımdır ki, Heydər Əliyev çox böyük siyasətçidir. Lakin onun siyasi həyat fəaliyyəti başqa siyasətçilərin həyat fəaliyyətindən 180 dərəcə fərqlənir. Hər bir siyasətçi öz siyasətini yaşayıb, boya-başa çatdığı vətəninə və çörəyini yediyi xalqa xidmət etməkdə qurduğu bir halda, Heydər Əliyev isə tamamilə əksinə, öz siyasətini böyüyüb başa çatdığı ölkəyə qarşı və çörəyini yediyi xalqa qarşı qoymuşdur. Bəlkə də Heydər Əliyev dünya tarixində yeganə belə bir siyasətçidir. O, böyüyüb başa çatdığı vətəninə, çörəyini yediyi xalqa yad bir adamdır. Onun həyat yolunu öyrəndikcə, müqayisələr apardıqca insan dəhşətə gəlir. Inana bilmirsən ki, bu dərəcədə də kinli, qisasçı, qəddar, paxıl, əqrəb bir adam olarmı? Inana bilmirsən ki, bu dərəcədə də insaniyyətlikdən məhrum bir insan olarmı? Inana bilmirsən dünya tarixində belə bir ikinci siyasətçi olsun ki, böyüyüb başa çatdığı vətəninə və çörəyini yediyi xalqa qarşı bu dərəcədfə xəyanət və qəddarcasına düşmənçilik etmiş olsun.

V.Semiçastnıy «Narahat ürək» adlı kitabında, bir çox dövlət xadimləri ilə yanaşı, Azərbaycanın dövlət xadimləri barədə də məlumat vermişdir. O, Heydər Əliyevdən əvvəl Azərbaycan KP MK-nın birinci katibi olmuş Vəli Axundov barədə yazır: «Biz Axundovla xoş münasibətdə olmuşuq. Biz ən mühüm məsələlərdə belə ümumi dil tapırdıq. O, böyük mədəniyyətə malik olmaqla bərabər, respublikanı çox gözəl və ən yüksək səviyyədə təmsil edirdi.» /səh. 154/. Heydər Əliyev barədə isə yazır: «Heydər Əliyev elə bir adamdır ki, o, rəhbərlərin diqqətini özünə cəlb etmək üçün, onların əhval ruhiyyələrini, meyllərini məharətlə duyub, fürsətdən istifadə edib, vaxtında HƏDIYYƏ /rüşvət – N.M./ verməyi gözəl bacarırdı. Bu işdə Breоnevlə çox yaxın olan Sviqun da ona köməklik etdi. Sviqun gedəndən sonra onun yerini tutdu, sonra isə KP-yə, keçib respublika KP-nə başçılıq etdi. Əlbəttə, keçmişinin çekist olması qorxu xofu yaratdı, o da bundan son dövrə qədər istifadə etməkdədir.

Indi o, gah özünə qarşı hücum, gah sui-qəsd təşkil edir, o biri tərəfdən hətta nazirləri və baş naziri də həbs edir.» /səh. 154/. V.Semiçastnının bu sözü Heydər Əliyevin təkrarən respublika rəhbərliyinə gələndən sonrakı dövrdə olan əməllərinə aiddir. Heydər Əliyevin bu əməllərinə misal olaraq, 1993-cü ilə qədər, yəni onun təkrarən respublika rəhbərliyinə gəlişinə qədər olan iki respublika prezidentinə – Ayaz Mütəllibovla Əbülfəz Əliyevə qarşı cinayət işi qaldırmaqla bərabər, A.Mütəllibovu respublikadan didərgin salmasını, təkrarən hakimiyyətə gələnə qədər və hakimiyyətdə olan vaxtda Ali Sovetin sədrləri Isa Qəmbərlə Rəsul Quliyevə və baş nazirlər Pənah Hüseynlə Surət Hüseynova qarşı cinayət işi qaldırmasını, hakimiyyətə gələnə qədər müdafiə nazirləri olmuş Rəhim Qaziyevlə Dadaş Rzayevə, milli təhlükəsizlik nazirləri olmuş Vaqif Hüseynovla Nəriman Imranova, daxili işlər nazirləri olmuş Isgəndər Həmidovla Vaqif Novruzova, respublikanın baş prokuroru olmuş Ixtiyar Şirinova, Bakı şəhər prokurorları olmuş Məmməd Quliyevlə Çingiz Qəniyevə, xarici işlər naziri olmuş Tofiq Qasımova, xarici iqtisadi əlaqələr nazirləri olmuş Hafis Babayevlə Rauf Qarayevə, təhsil naziri olmuş Rafiq feyzullayevə, kənd təsərrüfatı nazirləri olmuş Tofiq Hüseynovla Müzamil Abdullayevə və 21 Azərbaycan generalına qarşı qaldırılmış cinayət işlərini göstərmək olar.

can qardaşlar iş başında

can qardaşlar iş başında

Görünür, Allah Azərbaycan xalqını sınağa çəkmək üçün Heydər Əliyevi ona qarşı bir tərəfdən bir bəla kimi göndərib, o biri tərəfdən də Azərbaycan xalqına dözüm verib. Hər şeyin sonu olduğu kimi, bunun da sonu olacaqdır. Hesab edirəm ki, artıq bunun sunu çatmaqla bərabər, eyni zamanda Heydər Əliyev dövrünün də sonu çatmaqdaqdır. Azərbaycan xalqının bütün problemlərinin müsbət həlli Azərbaycan xalqına bir bəla kimi gəlmiş Heydər Əliyev dövrünə – tayfabazlığa, yerlipərəstliyə, dövlət səviyyəsində rüşvətxorluğa və korrupsiyaya son qoyulduqdan sonra mümkün olacaq. Heydər Əliyev dövründə Azərbaycanın ən ağır dərdi olan Qarabağ problemi də nə sülh və nə də müharibə yolu ilə həll oluna bilməyəcək. Heydər Əliyevin dövründə istənilən variantda bu məsələnin həlli Azərbasycan xalqı üçün qorxuludur. Ona görə ki, sülh yolu ilə Azərbaycan xalqının mənafeyinin əleyhinə şərəfsiz sülh bağlana bilər, müharibə yoluna gəldikdə isə, azərbaycanlıları qabaqdan Heydər Əliyevin dayısı və xalası uşaqları – ermənilər, arxadan da əmisi və bibisi uşaqları kürd PKK-çıları qıra bilər. Qarabağ probleminin Azərbaycan xalqının xeyrinə həlli ancaq Heydər Əliyev dövrünə son qoyulduqdan sonra ola bilər. Suda batan adam tutmağa saman çöpü axtardığı kimi, Heydər Əliyev də «əliyevçiliyə» son qoyulmasının qarşısını almaq üçün indi varis planı barədə düşünməkdədir. Artıq Azərbaycan xalqı Heydər Əliyevin varis planının dadını bir dəfə dadıb. 1982-ci ildə o Moskvaya yüksək vəzifəyə gedəndə Moskva vasitəsilə Kamran Bağırovu öz yerinə Azərbaycana varis təyin etdirib, onun ətrafında ermənipərəst adamları və erməniləri toplayaraq Azərbaycan torpaqlarının bir hissəsini ermənilərə verdi və xalqı da belə acınacaqlı vəziyyətə saldı. Indi də Heydər Əliyev ətrafına topladığı kürdpərəst adamların və kürdlərin, köməkliyi ilə oğlu Ilhamı prezident «seçdirmək» istəyir ki, Azərbaycan türklərinin qalan hissəsini də öz doğma torpaqlarından sıxışdırıb çıxarsın və Azərbaycan torpağında Kürdüstan dövlətini bərqarər etsin. Ümidvaram ki, müxalifət qəzetlərində Azərbaycan torpağında Kürdüstan dövləti yaratmaq ideyası barədə ardıcıl dərc olunan açıqlamalar və həmçinin, bu kitabda dərc olunan materiallar xalqın oyanmasında öz rolunu oynayacaq və Heydər Əliyev də heç vaxt öz məkrli məqsədinə nail ola bilməyəcək.

2002-ci ilin sentyabr ayında respublikanın bir neçə qəzetində Azərbaycanın tanınmış və hörmətli ziyalılarından biri, Azərbaycanın müstəqilliyi uğrunda çalışdığına görə üç dəfə (1920, 1924 və 1937-ci illərdə) repressiyalara məruz qalmış, Azərbaycan Respublikası Dövlət Himninin sözlərinin müəllifi, mərhum Əhməd Cavadın oğlu Yılmaz Axundzadənin Azərbaycan Respublikasının prezidenti cənab Heydər Əliyevə ictimai və siyasi əhəmiyyətli bir məsələ ilə bağlı aşağıdakı müraciəti dərc edilmişdir.

«…Azərbaycanın ən yaxşı insanları 37-ci ildə repressiyaya məruz qalıblar. Təəssüf ki, mənəviyyatımızın və əxlaqımızın tələbləri baxımından bu barədə ən mühüm söz hələ deyilməmişdir.

Tale və zaman bizim bir sıra görkəmli insanlarımıza qarşı ədalətsizlik edərək, onların yaradıcılıq və həyat yolunu yüksəliş anında kəsdi. Tarix isə bu laqeydliyi sanki təkrar edir, onların olmayan qəbirləri unudulur, xatirələrinə isə, demək olar ki, formal münasibət bəslənilir. INDI ONLARIN HƏYATI BITMƏMIŞ KITABA BƏMZƏYIR. 37-CI ILDƏ GÜLLƏLƏNMIŞ XALQIMIZIN GÖRKƏMLI OĞULLARININ CƏSƏD QALIQLARININ HARADA OLDUĞUNU HEÇ KƏS BILMIR. Indi bu, tarix üçün yaxın keçmişdir. Amma zaman işini görməkdədir. Ən acınacaqlı isə budur ki, biz bu dəhşətli fakta – günahsız öldürülənlərin taleyilə sanki barışmışıq.

Stalin repressiyası qurbanlarına çevrilən Azərbaycanın nakam oğullarının xatirələri əbədiləşdirilməlidir. Bu isə, dövlətimizin vəzifəsidir. Adlarını bütün xalqımızın iftixarla çəkdiyi, yaxın keçmişimizdə silinməz izlər qoymuş bu insanların qəbrini ziyarət edib, oraya təzə-tər gül dəstələri düzmək, xatirələrini el adətincə anıb, yad etmək imkanından biz nə qədər məhrum olacağıq? Axı, böyük terrorun qurbanları çoxdan reablitasiya edilmişlər, onların adları çoxdan reabliyasiya edilmişlər, onların adlarına küçələr, qəsəbələr vardır, bəzilərinin kitabları dəfələrlə nəşr olunub. Lakin zaman məsafəsi artdıqca onların faciəli taleləri unudulmağa doğru gedir.

Bunu xatırlayarkən bir daha ona görə mütəəssir oluruq ki, kimlərsə tarixin həmin qatlarına qayıtmağı mənasız sayır, keçmişlərinin üstündən soyuqqanlılıqla ötə bilirlər.

Belə sarsıntılarla üzləşmiş digər xalqların sələflərinə münasibəti diqqəti cəlb edir. Polşalılar özlərinin basdırılmış zabitlərinin qəbir yerlərinin aşkara çıxarılmasına, israillilər Xolokosda baş verən faciəyə görə ümumbəşəri yadetmə mərasiminə nail oldular. Almanlar Rusiya, keçmiş SSRi hüdudlarında məhv olmuş əsgərlərinin qəbirlərini bərpa edirlər. Ruslar gələcək nəsillərə görk olsun deyə, Maqadanda nəhəng abidə ucaldırlşar.

Təəssüf ki, Stalin terrorun illərində həlak olmuş yüz minlərlə azərbaycanlınin faciəli taleyilə bağlı bizdə belə bir iş görülməyib. Repressiya qurbanlarının «işi» üstündən lüzumsüz «gizlilik» pərdəsi qaldırmağın, onların nə vaxt və harada dəfn edildiyi barədə əsl həqiqəti aşkarlamağın vaxtı çatmışdır. Xalqımızın adətinə görə, onların qalıqları tapılıb torpağa tapşırılmalıdır.

Təbiət və tarix belə bir nəhəng Movzoley-Panteon üçün özü yer seçmişdir. Dağüstü parkın əen uca yeri və ya 26 Bakı komissarının adını daşıyan keçmiş bağ bunun üçün ən layiqli yerdir. Repressiya qurbanlarının yenidən dəfn edilməsi, Əzabkeşlər Panteonunun qurulması faktı, həmin dəhşətli dövrün ağrılarından bütünlüklə qurtulma və tövbəetmə anına çevrilə bilər. Belə Panteon nəsillər üçün də böyük tərbiyə məktəbi olar. Onlar bir daha əmin olarlar ki, millətin birliyini, ölkədə vətəndaş həmrəyliyini göz bəbəyi kimi qorumağın yolu məhz həmin Panteondan keçir.

Bizim nəslimizə mənsub olan insanlar dahi Hüseyn Cavidin naxçıvanda yenidən dəfn edilməsinin bütün Azərbaycan cəmiyyətinə, mühütinə necə saflaşdırıcı təsir göstərdiyini yaxşı xatırlayırlar. Sizin Azərbaycana rəhbərlik etdiyiniz o dövrdə həyata keçirilmiş bu tarixi dönəm haqlı olaraq siyasi qətiyyət, böyük humanizm, əsl vətənpərvərlik nümunəsi kimi qiymətləndirilir.

Inanıram ki, indi bu mühüm mənəvi borcun da yerinə yetirilməsinin vaxtı çatmışdır. Şübhə etmirəm ki, belə bir vətənpəervərlik təşəbbüsünün də Sizin tərəfinizdən həyata keçirilməsi – repressiya qurbanlarına Panteon yaradılması ideyasını həqiqətən zənginləşdirər, ona daha geniş miqyas və dövləti möhtəşəmlik verər. Bu, yer üzündə və tarixdə elə bir mənəvi iz olar ki, onu unutmaq mümkün dəyildir.»

Bəli, tamamilə düzgündür ki, tarixi nəsillərin yaddaşında saxlamaq, millətin birliyini möhkəmlənmdirmək, ölkədə vətəndaş həmrəyliyi yaratmaq üçün belə bir Movzoley Panteonun hazırlanması dövlətin işidir. Ona görə də müraciət çox düzgün olaraq respublika prezidentinin adına ünvanlanmışdır. Lakin Azərbaycan xalqının düşmənlərinə bu xalqın vəsaiti hesabına abidələr ucaldan, Azərbaycan xalqının saysız-hesabsız vətənpərvər oğullarını günahsız olaraq həbsxanalara doldurub repressiyalara məruz qoyan, Azərbaycan xalqına qarşı öz doğma vətənində dözülməz şərait yaradıb, bir tikə çörək pulu qazanmaq üçün xalqın 30 faizdən çoxunu öz doğma vətənindən didərgin salan ölkə başçısı – Heydər Əliyev 37-ci il repressiya qurbanlarının «işi» üzündən lüzumsuz «gizlilik» pərdəsini qaldırıb, onların nə vaxt və harada dəfn edilməsi barədə əsl həqiqətin aşkarlanmasına razılıq verib və onların xatirəsinə möhtəşəm Movzoley – Ponteonun tikilməsinə icazə verərmi? Əlbəttə yox! Ona görə ki, arxivdə saxlanılan bu «işlər»in üzərindən «gizlilik» pərdəsi götürüldükdə aydın olacaq ki, 37-ci ildə azərbaycanlılara qarşı amansızcasına bu qeyri-insani əməlləri edənlər, əsasən Heydər Əliyevin dayısı və xalası uşaqları, yəni ermənilər olubmuş. Atalar yaxşı deyib: «Igid oğul dayısına oxşar!», yəni Azərbaycan xalqını qırmaqda dayısı Stepan Şaumyana oxşayıb. Heydər Əliyev dövrümüzün müasirləşmiş formada Stepan Şaumyanıdır.

O ki qaldı Hüseyn Cavidin nəşinin Sibirdən gətiddirib Naxçıvanda yenidən dəfn edilməsinə və Bakıda Hüseyn Cavidlə bağlı abidə kompleksinin düzəldilməsinə, bu heç də Heydər Əliyevin nə milli qeyrətindən, nə humanistliyindən və nə də vətənpərvərliyindən irəli gəlməmişdir. Heydər Əliyev bunu şəxsi maraq prinsipindən etmişdir. O bunu milləti parçalayıb, naxçıvanlıları öz tərəfinə çəkmək məqsədilə etmişdir.

Sibərdən gətirilən tabutda Hüseryn Cavidin nəşi olubmu? Yox, olmayıb! Bu barədə 83 yaşlı yazıçı Ələviyyə xanım Babayeva «Bakı-Xəbər» qəezetində (24 yanvar 2005-ci il) ətraflı açıqlama vermişdir. O deyir: «Hüseyn Cavidin Bakıya gətirilməsində mən də iştirak edirdim. Heydər Əliyev də orada idi. Hüseyn Cavidin məqbərəsinin Naxçıvanda tikilməsi ilə əlaqədar ona təşəkkür etdim. Çünki heç bir respublikada gedənləri geri qaytarıb qəbrinin üstündə məqbərə tikmirlər, ancaq gəlin böyük işə yalan qatmayaq. O vaxt dedim ki, bu tabutda Hüseyn Cavid yoxdur. Biz qiyamət qopdu ki, gəl görəsən. Heydər Əliyev mənə dedi: «bu nə deməkdir? Siz heç Sibirdə olmusunuz?» Dedim olmuşam, özü də iki dəfə. Siz Sibirdə olmamısınız. Sibirə gedərkən orada yatmış məhbusların boş qalan yerlərini qarış-qarış gəzmişəm və kimin harada olduğunu öyrənmişəm. Hətta itlərin sasxlandığı binaları da gəzmişəm. O itlər ona görə saxlanılırdı ki, dustaqlara göz olsun… Hüseyn Cavid 5 dekabr günü qətlə yetirilib. Bildiyimiz kimi, qış fəslində Sibirdə torpaq iki metr buzun altında qalır. Bu vəziyyətdə isə heç cürə qəbir qazıb, ölü basdırmaq mümkün deyil. Düşərgələrdə ölən adamlar bir-birinin üstünə yığılır, yaz gələndə isə buldozer gəlib torpağı qazır, ölənlərin hamısını bir yerdə dəfn edirlər. Ona görə də kimin harada dəfn olduğunu bilmək mümkün deyil, çünki orada heç kimin adı, ünvanı olmur. Bu sözlərdən sonra Heydər Əliyev mənimlə düşmən oldu.»

Həmçinin, Bakı şəhərində Azərbaycan Xalq Cunhuriyyətinə abidə ucaldılması haddinda Heydər Əliyevin 1 fevral 2003-cü il tarixli gözlənilməz sərəncamı də, heç də Heydər Əliyevin nə vətənpərvərliyindən və nə də humanistliyindən irəli gəlməmişdir. Bu sərəncam gözlənilməzdir ona görə ki, Heydər Əliyev heç vaxt Azərbaycan Xalq Cumhuriyyətinə məhəbbət və hörmət bəsləməyib. Azərbaycan tarixinin bu şanlı səhifəsini yaradanları, heç nədən bir dövlət quran, yoxdan bir bayraq ucaldan, Azərbaycan xalqına müstəqillik, azadlıq bəxş edən insanları heç vaxt ehtiramla anmayıb. Heydər Əliyev Azərbaycan Xalq Cumhuriyyətinin yaradıcısı olan Məmməd Əmin Rəsulzadəyə də ögey münasibət bəsləmişdir. Əksinə olaraq, 2-ci fəslin «Düşmənlərə abidə» bölməsindən göründüyü kimi, Heydər Əliyev Azərbaycan xalqının düşmənlərinə dərin məhəbbət və hörmət göstərərək, onlara abidələr ucaltmışdır. Heydər Əliyev bu sərəncamını də şəxsi maraq prinsipindən vermişdir. Bu sərəncam verilməmişdən bir gün öncə, 31 yanvar 2003-cü ildə, Azərbaycan Xalq Cumhuriyyətinin əsasını qoyan Məmməd Əmin Rəsulzadənin anadan olmasının 119-cu ildönümü münəsibətilə müxalifət partiyalarının nümayəndələri Bakının Novxanı kəndində onun abidəsi qarşısında böyük, izdihamlı mitinq keçirdilər. Bu da vətənpərvər azərbaycanlıların ürəyindən oldu. Bununla da Azərbaycan xalqının müxtəlifət partiyalarına rəğbəti artdı. Bundan xəbər tutan Heydər Əliyev özünə xal qazanmaq üçün, səhəri gün öz şəxsi marağına görə bu gözlənilməz sərəncamı verdi.

Heydər Əliyev 70-80-ci illərdə 30 mindən artıq azərbaycanlını qətlə yetirmiş, Azərbaycan xalqıının qəddar düşməni Stepan Şaumyana və 10 mindən artıq azərbaycanlını qətlə yetirıb, Azərbaycan xalqının müstəqilliyini əlindən alan Xl rus Qızıl Ordusuna abidələr ucaltmışdır. Stepan Şaumyanın abidəsini açanda çıxış edib S.Şaumyan kimi bir cəlladı, türk qanını içməklə fəxr edən bir adamı «yüksək dərəecədə mədəni, yumşaq təbiətli, nəcib insan» kimi xarakterizə etmeklə bərabər «S.Şaumyanın Azərbaycan xalqına məxsus olduğunu, 1920-ci ilin aprelində Azərbaycanda həmişəlik olaraq Sovet hakimiyyətinin qırmızı bayrağının ucaldığını» demişdir. Xl Qızıl Ordunun şərəfinə qoyduğu abidənin açılşışında isə çıxış edib, silah gücünə, qırğınla Azərbaycan xalqının müstəqilliyini əlindən alan Xl Qızıl Ordu barədə demişdir ki, «bu ordu mülkədarların, kapitalistlərin , onların müsavatşı əlaltılarının xalqa zidd, cinayətkar reоimini devirdi, Azərbaycan xalqı sosializm yoluna həmişəlik qədəm qoydu. Azərbayxcan xalqı Xl Qızıl Ordunun qəhrəmanlıq rəşadətini heç bir zaman unutmayacaq.»

Azərbaycan müstəqillik əldə etdikdən sonra Heydər Əliyev təkrarən respublika rəhbərliyinə gəlib, keçmiş sovet quruluşu dövründəki əməllərinə görə Azərbaycan xalqından üzr istəmək əvəzində dedi: «Mən öz bioqrafiyamın bir xəttindən də imtina etmirəm və keçmişdə mənim həyatımda nə olmuşsa, hamısı ilə fəxr edirəm.» Müxalifət partiyalarının M.Ə.Rəsulzadənin doğum günündə onun abidəsinin qarşısında keçirdiyi mitinqin səhəri günü isə, öz şəxsi marağı naminə, təkrarən respublika prezidenti seçilməsi üçün cildini dəyişib, 1 fevral 2003-cü ildəki sərəncamında qeyd etmişdir: «1918-ci il mayın 28-də Azətrbaycan xalq Cumhuriyyətinin yaradılması Azərbaycan xalqının həyatına böyük və əlamətdar hasdisə kimi əbədi daxil olmuşdur. Xalqımız həmin tarixi ən əziz bayramlardan biri – Respublika günü kimi təntənə ilə qeyd edir. Azərbaycanda müstəqil,azad, demokratik respublika qurmaq məqsədini öz qarşısına qoymuş Azərbaycan Xalq Cumhuriyyəti 23 aylıq fəaliyyət dövründə xalqın öz müqəddaratını təyin etməyə qadir olduğunu əyani şəkildə nümayiş etdirmişdir.

Gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə fəaliyyət göstərmiş Azərbaycan Xalq Cumhutriyyətinin demokratik dövlət qurulucuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi quruculuq və sair sahələrdə həyata keçirdiyi işlər xalqımızın tərixində dərin iz buraxmışdır. Azərbaycan xalq Cumhuriyyəti 1920-ci ilin aprelində süqut etsə də, onun aşılamış olduğu müstəqillik hissləri xalqımızın yaddaşından heç vaxt silinməmişdir.

Azərbaycan xalqı 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Xalq Cumhuriyyətinin ideallarını davam etdirərək bu, tarixi varislik üzərində yeni müstəqil Azərbaycan dövlətini yaratmışdır.»

Indi vəzifə kürsüsünə görə istənilən vaxt cildini bu və ya digər formada dəyişən Heydər Əliyev kimi bir adama simasız adamdan başqa nə ad vermək olar?

Heydər Əliyev hər şeyə qısqanclıqla baxdığı kimi, Azərbaycanın istiqlal mücadiləsi tarixində müstəsna xidmətləri olan mərhum Məmməd Əmin Rəsulzadəyə də qısqanclıq edib, onun adının yaddaşlardan silinməsinə cəhd göstərir. Bakıda bir neçə yerdə, o cümlədən Bakı Dövlət Universitetinin həyətində də M.Ə.Rəsulzadənin heykəlinin qoyulması üçün abidə daşı basdırılıb. Keçmiş iqtidarın dövründə, 1992-ci ildə heykəltaraş Ömər Eldarova sifariş verilib. Heykəl hazırlanıb. Lakin bu günə kimi qoyulmayıb və nə qədər ki, Heydər Əliyev respublika prezidentidir, bu heykəl qoyulmayacaq da. Heydər Əliyev M.Ə.Rəsulzadənin adının yaddaşlardan silinməsi üçün onun şəklini məktəblərdən, Dövlət idarə və müəssisələrdən götürtdürdü. M.Ə.Rəsulzadənin şəklinin yerinə isə öz şəklini asdırdı.

Keçmiş iqtidarın dövründə dövriyyəyə buraxılmış 1000 manatlıq pul küpürlərinin üstündə M.Ə.Rəsulzadənin şəkli vardı. Heydər Əliyev indi dövriyyəyə yeni 1000 manatlıq pul küpürü buraxdırıb, M.Ə.Rəsulzadənin şəklini pul küpürlərinin üzərindən götürtmüşdür. Şübhəsiz ki, yaxın vaxtlarda üzərində öz şəkli olan pul küpürləri buraxdırmaq niyyətindədir və əgər yaşı çatışsaydı, hətta deyərdi ki, 1918-ci ildə ilk Azərbaycan Xalq Cumhuriyyətini də mən qurmişam.

Bakı Dövlətr Universitetinin əsasını M.Ə.Rəsulzadə qoymuşdur. Respublikamız müstəqillik əldə etdikdən sonra keçmiş iqtidarın dövründə bu universitetə çox haqlı olaraq M.Ə.Rəsulzadənin adı verildi. Heydər Əliyev təkrarən hakimiyyətə gəldikdən sonra isə, qısqanclıq üzündən M.Ə.Rəsulzadənin adını götürdürdü.

Lakin Heydər Əliyev 2003-cü il iyun ayının ortalarında tanınmış heykəltaraş Ömər Eldarovu qəbul edib, indiyə qədər ayaq üstə heykəlinin olmamasından gileylənərək, sağlığında özünün 20 metrə qədər hündürlükdə, ayaq üstə, Lenin kimi bir əli irəli uzadılmış vəziyyətdə möhtəşəm bir heykəlinin düzəldlməsi arzusunda olduğunu bildirmişdir. Və həmçinin, onlar heykəlin qoyulacaq yer, düzəldiləcək material və kompozisiyasi barədə də məsləhətləşmələr aparmışlar.

Qeyd edirəm ki, keçmiş sovet dövlətinin qanunlarına müvafiq olaraq, iki dəfə Sosialist Əməyi Qəhrəmanlarının doğulduqları yerlərdə bürünc büstləri qoyulurdu. Həmçinin Heydər Əliyev də iki dəfə Sosialist Əməyi Qəhrəmanı olduğu üçün, sovet qanunlarına müvafiq olaraq onun da Naxçıvanda büstü qoyulmuşdur. Heydər Əliyev 1991-ci ildə Naxçıvan MR xalq deputatı olarkən SSRI xalq deputatları qurultayına aşağıdakı məzmunda teleqram göndərir: «Hörmətli deputatlar! Sizə aşağıdakı məsələləri baxıb həll etmək xahişi ilə müraciət edirik. Birinci, SSRI Ali Soveti Rəyasət Heyətinin 7 may 1983-cü il tarixli fərmanı ilə anadan olduğum Naxçıvan şəhərində mənim – Heydər Əilrza oğlu Əliyevin iki dəfə Sosialist Əməyi Qəhrəmanı kimi bürünc büstüm qoyulub. Bu büstün götürülməyini zəruri sayıram. Ilk dəfə bu büstü mən 1990-ci ilin iyul ayında Naxçıvan şəhərinə gələndə gördüm. Mən mənəvi əzab çəkirəm. Sağ adamam. Özümün büstüm qoyulmuş yerə yaxınlaşa bilmirəm.

Ikinci, iki dəfə Sosialist Əməyi Qəhrəmanı, iki dəfə Sovet Ittifaqı Qəhrəmanına bürünc büstlərini qoymaq haqqında SSRI ali qanunvericilik orqanının qəbul etdiyi bütün aktlar ləğv olunsun və adamlara sağlığında qoyulmuş büstlər götürülsün.

Bu baradə qəbul olunmuş dövlət aktlarını və təəssüf ki, bu günlərədək mövcud olan təcrübəni sıralarından hələ 19 iyul 1991-ci il tarixdə çıxdığım Sov.IKP-nin fəaliyyətinin eybəcər təzahürlərindən biri kimi qiymətləndirirəm.» /«Şərq qapısı» qəzeti, 6 sentyabr 1991-ci il./

Vəzifədə olmayanda «Mən mənəvi əzab çəkirəm. Sağ adamam. Özümün büstüm olan yerə yaxınlaşa bilmirəm» – yazan Heydər Əliyev vəzifəyə keçəndən sonra nəinki büstünü götüzdürdü, əksinə, onun qorunmasını hərbçilərə həvalə etdi.

Heydər Əliyev təkrarən hakimiyyətə gəldikdən sonra isə birinci olaraq özünə karyera qazanmaq üçün Heydər Əliyevin zəif damarını tutan YAP Binəqədi rayon təşkilatının sabiq sədri Abbas Mustafayev idarə və müəssisələrin, ictimaiyyətin vəsaiti həsabına böyük hay-küyə səbəb olan Heydər Əliyevin büstünü qoyub, öz müqəddəs arzusuna çatıb, var-dövlət sahibi oldu. Həmçinin, Heydər Əliyev də ona göstərdiyi bu xidmət və «sədaqət»ə görə A.Mustafayevə borclu qalmayıb, təşəkkürünü öz adına layiq yüksək səviyyədə bildirdi. O, bu abidənin əvəzində öz xeyir-duası ilə A.Mustafayevə Müstəqil Azərbaycan Universitetini açmağa icazə verdi və ömrü boyu nəinki bir elmi məqalə yazmayan və eyni zamanda ali savadı belə olmayan Abbas Mustafayev hətta professor da oldu. Sonra isə 2003-cü ildə Heydər Əliyevin baldızı oğlu, ədliyyə naziri fikrət Məmmədov onun büstünü düzəltdirib, nazirliyin foyesində qoydu. Bir qədər sonra isə Heydər Əliyev öz təşəbbüsü ilə Azərbaycan dövlətinin vəsaiti hesabına heykəltaraş Ömər Eldarova düzəltdirdiyi büstü dostu və qardaşı, Türkiyənin sabiq prezidenti Süleyman Dəmirəlin vasitəçiliyilə Tırkiyənin Qars şəhərində qoydurdu. Bütün bunların dördü də büstdür – baş və bədən. Sui-istifadə və şan-şöhrət xəstəliyinə düçar olmuş və «sağ adamam, büstümə baxa bilmirəm» deyən Heydər Əliyev, görünür, ömrünün sonunun yaxınlaşdığını və həm də dünyasını dəyişəndən sonra Azərbaycanda ona nəinki heykəl qoyan olacağını, və hətta büstlərinin götürülməsinə cəhdlər olacağını çox yaxşı bildiyindən, sağlığında özü-özünə heykəl qoydurmaq qərarına gəlmişdir.

Heydər Əliyevin respublikanın köklü şəxsiyyətlərinə qarşı qısqanclıq etrməsi ifrat dərəcəyə şatmışdı. O. Hətta dünyasını dəyişən respublikanın köklü şəxsiyyətlərinin fəxri XIyabanda torpağa tapşırılmasına da qısqanclıq edir. Belə ki, əsli bakılı olan akademik, Azərbaycan ın səhiyyə naziri, Azərbaycan KP MK-nın katibi, Nazirlər Sovetinin sədri vəzifələrində işləmiş və sonradan uzun müddət Azərbaycan KP MK-nın birinci katibi olmuş Vəli Yusif oğlu Axundov 1984-cü ildə vəfat etdi. Onun harada torpağa basdırılması barədə o vaxtkı Azərbaycan KP MK-nın birinci katibi Kamran Bağırova müraciət edilir. K.Bağırov isə Moskvaya telefon edib, bu barədə Heydəer Əliyevin qərarını öyrənmək istəyir. Heydər Əliyev də göstəriş verir ki, fəxri Xiyabanın filialında torpağa tapşırılsın. Heydər Əliyevin respublikaya istər keçmiş və istərsə də indiki rəhbərliyi dövründə onun fərmanına əsasən fəxri Xiyabanda torpağa tapşırılmış adamların şəxsiyyətləri ilə Vəli Yusif oğlu Axundovun şəxsiyyətini müqayisə edib, Heydər Əliyevin ədalətsizliyinə qiymət vetrməyi oxucuların öhdəsinə buraxıram.

Çox yaxşı ki, Allahın Azərbaycan xalqına, xüsusən də Azərbaycan türоklərinə yazığı gəlib, 1937-ci ildə Heydər Əliyev Azərbaycan rəhbərliyində təmsil olunmayıb. Şübhəsiz ki, əgər o dövrdə Heydər Əliyev Azərbaycan dövlət rəhbərliyində təmsil olunsaydı, elə o vaxt dayısı və xalası uşaqlarının, yəni ermənilərin əli ilə Azərbaycan türkünün kökünü birdəfəlik kəsərdi və indi Azərbaycan taopağında nüminə üçün belə, bir nəfər də olsun Azərbaycan türkünə rast gəlmək olmaszdı.

This entry was posted in Fəlakətlərimizin baiskarı (II-ci kitab). Bookmark the permalink.

Comments are closed.