Özüm haqqımda

Ö Z Ü M   H A Q D A

Mən, Ağayev Nadir Mirələkbər oğlu 13 mart 1938-ci ildə Salyan şəhərində doğulmuşam. 1957-ci ildə Bakıda 199 saylı orta məktəbi və 1963-cü ildə Azərbaycan Politexnik Institutunu memar ixtisası üzrə bitirmişəm. (O vaxt Inşaat Insitutu yox idi. Inşaat fakultəsi Politexnik Institutunun nəzdində idi.) 1964-cü ildən siyasi fəaliyyətə başlamışam. 1966-cı ildə adım sovet quruluşuna və Kommunist Partiyasına əksfikirli bir adam kimi Azərbaycan KP MK və DTK rəhbər işçilərinin, o cümlədən Heydər Əliyevin də qara siyahısına düşmüşdür. Bununla əlaqədar həmin vaxt DTK əməkdaşları məndən bir də siyasətlə məşğul olmayacağım barədə iltizamnamə aldılar. 1969-cu ilin ikinci yarısında Heydər Əliyev respublika rəhbərliyinə gələndən sonra mənə qarşı təqib və təzyiqlər gücləndi. Nəhayət, 1971-ci ilin may ayından başlayaraq 18 il müstəntiqlər və məhkəmələr qarşısında  cavab verib, həbsxanalara, kalonlara və saxta diaqnozla ruhi xəstəxanalara salınıb və bir il də Sibirin Tayqa meşələrində qaçqın həyatı sürmüşəm. O vaxt mənim qohum-əqrəbam arasında elə bir adam olmayıb ki, onu mənə görə incitməsinlər. Ailəm, evim-eşiyim DTK rəhbərliyi tərəfindən darmadağın edilmişdir. Azərbaycan SSR Alİ Məhkəməsi tərəfindən isə mənə qarşı yeganə bir hökm çıxarılmışdır. Hökmün ittihamnamə hissəsi belədir: «Işin içərisində olan, Ağayev tərəfindən icra olunmuş çoxsaylı sənədlərdən görünür ki, onun ideyası heç bir əsasla təkzib edilməyən böhtandan, şəxsi demoqoqluqdan, özünü oxuyub və işləmiş olduğu cəmiyyətdən ayrı salaraq, qəsdən sovet həqiqətlərini inadla ləkələməkdən ibarətdir. Bu sənədlərlə Ağayev təsdiq edir ki, Sovet Ittifaqı – həbsxanalar ölkəsidir; Sovet Azərbaycanı Rusiyanın müstəmləkəsidir, harada ki, həqiqi  demokratiya yoxdur, özbaşınalıq və qanunsuzluq hökm sürür; SSRI-də kiçik millətlərin məhvolma prosesi və onların ruslaşdırılması siyasəti gedir, məhkəmə, prokurorluq, milis orqanları və dövlət təhlükəsizlik komitəsi haqq və ədaləti boğmaq üçün bir silah kimi istifadə edilir.» SSRI-nin statistikasında 1970-ci ildən sonra Azərbaycan SSR-dən siyasi motivlə həbs olunmuş yeganə adamam. Bunu Heydər Əliyev özü də təsdiqləmişdir. Belə ki, 03 sentyabr 1993-cü ildə Milli Məclisin iclasında o, etiraf edib demişdir: «Keçmiş Sovet quruluşu dövründə mənim respublikaya rəhbərlik etdiyim vaxtda Azərbaycandan yeganə bir siyasi məhbus, bir dissident olmuşdur ki, o da Nadir Ağayevdir. Bir qrup adamlar isə özlərinə xal yığmaq üçün, özlərini siyasi məhbus adlandırırlar.» Həmçinin 1988-1989-cu illərdə Beynəlxalq hüquq cəmiyyətləri ilə razılaşdırılmış Amerika dövlət departamentində rəsmi qeydiyyata alınan siyası baxışlarına görə psixiatrik terrora məruz qalmış 47 sovet dissidentindən biriyəm. Eyni zamanda Ümumdünya Psixiatriya Assosiyasında və Amerika Psixiatriya Assosiyasında siyasi baxışları ilə bağlı saxta diaqnozla ruhi xəstəxanalara salınmış adamların siyahısında da mənim adım vardır.
Azadlığa çıxandan sonra isə Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 mart 1992-ci il tarixli qərarı ilə əməllərimdə cinayət tərkibi olmadığına görə mənə tam bəraət verilmişdir. Həmçinin Moskvanın ayrı-ayrı iki həkim komissiyası məndə nə indi və nə də keçmişdə ruhi xəstəlik olmaması barədə rəsmi rəy vermişlər.
Bildirirəm ki, azadlığa çıxandan sonra, 1989-1992-ci illərdə həm Bakıda və həm də Moskvada Heydər Əliyevi həddən artıq ifşa edirdim. Bununla əlaqədar Heydər Əliyevə yaxın olan çoxlu sayda adamlar məndən onu ifşa etməməyi xahiş edirdilər. Deyirdilər ki, o, keçkmiş əməllərindən peşimançılıq çəkir. Indi onun məqsədi təkrarən hakimiyyətə gəlib, keçmiş günahlarını yumaq üçün xalqı birləşdirib, vətəni yaranmış bəladan qurtarıb, özünə və ölənlərinə rəhmət qazanmaqdır. Nəhayət, 1992-ci ildə bu barədə professor Murtuz Ələsgərov mənimlə ətraflı söhbət edib, dedi ki, əgər Heydər Əliyevi ifşa etməyi davam etdirərsənsə, sabah xalq səni qınayacaq. Deyəcək ki, öz şəxsi marağına görə ağsaqqalın təkrarən hakimiyyətə gəlib, xalqı yaranmış bəladan qurtarmasına mane olur. Məsləhət etdi ki, Heydər Əliyevin xahişini təmin edib, onunla görüşmək üçün Naxçıvana getməyə razılıq verim. Respublikada baş verən siyasi prosesləri təhlil edib, gördüm ki, mənim Heydər Əliyevi ifşa və ya müdafiə etməyimdən asılı olmayaraq artıq Heydər Əliyevin təkrarən hakimiyyətə gəlməsi labüddür. Qərara gəldim ki, M.Ələsgərovla razılaşım. Əgər həqiqətən də Heydər Əliyev keçmiş günahlarını yuyub, xalqı yaranmış bəladan qurtararsa, onda 18 il (32 yaşından 50 yaşına kimi) çəkdiyim zülmləri ona bağışlayıb, özünə can sağlığı, ölənlərinə də rəhmət diləyim, əgər sözünün üstündə durmazsa, onda onu ifşa edib lənətləyərəm.
«Əlincə»  Xeyriyyə Cəmiyyəti vasitəsilə Naxçıvana göndərildim. Beş gün orada qalıb Heydər Əliyevlə ətraflı söhbətlər etdim. Yeni Azərbaycan Partiyasının təsisçilərindən biri, YAP Siyasi Şurasının üzvü seçilməklə yanaşı, Heydər Əliyevin hüquqlarının müdafiə komitəsinin sədr müavini oldum.
Heydər Əliyev təkrarən hakimiyyətə gələndən sonra isə özünün əsl bir əqrəb olduğunu nümayiş etdirib, ilk vurduğu adamlardan biri də mən oldum. Bu barədə maraqlananlar üçün «Heydər Əliyev məni necə vurdu? başlığı altında aşağıda ətraflı məlumat verirəm.
Heydər Əliyev təkrarən respublika rəhbərliyinə gələndən sonra onun yüksək tribunadan dedikləri ilə əməlləri arasında 180 dərəcə fərq olduğunu görüb, öz ərizəsi ilə YAP üzvülüyündən çıxan ilk adam olmuşam. O vaxt Heydər Əliyev tez-tez deyirdi ki, ömrümün qalan hissəsini öz xalqıma borcluyam. Hadisələrin gedişi göstərdi ki, Heydər Əliyev öz xalqım deyəndə erməni və kürd millətlərini nəzərdə tutur. Bunu nəzərə alaraq, Heydər Əliyevə yazılı şəkildə bildirdim ki, mən də türkəm. Ömrümün qalan hissəsini öz xalqıma – türk xalqına borcluyam və ömrümün sonuna kimi sizi ifşa etməklə məşğul olacağam. Internet vasitəsilə ictimaiyyətin müzakirəsinə verdiyim iki cildlik «Fəlakətlərimizin baiskarı», «Varis», iki cildlik «Ilhamlı günlər» və «Heydər Əliyev Stepan Şaumyan və Xl Qızıl Ordu haqda də deyib?» kitablarımdan oxucular öz xalqım qarşısında borcumu necə verdiyimə qiymət verə bilərlər.

HEYDƏR ƏLIYEV MƏNI NECƏ VURDU?

Heydər Əliyevin tapşırığına əsasən ona qarşı inam yaratmaq üçün YAP aktivləri Bakının müəssisələrində və respublikanın rayonlarında çıxışlar edirdilər. Bu işin təşkil olunmasına Əli Nağıyev rəhbərlik edirdi. O, ən gərgin və təhlükəli yerlərə məni göndərirdi. Heydər Əliyev Naxçıvandan Bakıya gələnə qədər ona qarşı inam yaratmaq üçün Bakının müəssisələrində və respublikanın rayonlarında ən çox çıxış edən üç adam olub: Sirus Təbrizli, Hacıbala Abutalıbov və mən. Əgər say hesabı götürsək, mən onların ikisindən də çox çıxışlar etmişəm. Buna görə də çoxlu təhqirlərə məruz qalmaqla yanaşı, hətta iki dəfə məni öldürmək də istəyiblər. Dəfələrlə üzümə tüpürüb deyirdilər ki, xalq o ermənistanlılara və naxçıvanlılara yox, sənə inanacaq. Sabah buna görə peşiman olacaqsan. Qozbeli qəbir düzəldər. Heydər Əliyev dəvə cinsi kimi kinlidir. Heydər Əliyev heç vaxt düzələ bilməz. O Azərbaycan xalqından intiqam almaq üçün gəlir. O respublikanı, türk millətini məhv etmək üçün gəlir…
Mən heç vaxt heç bir adama deməmişdim ki, hansısa bir vəzifədə işləmək istəyirəm. Mənim bir arzum vardı ki, o da Azərbaycan Respublikasının birinci parlamentinin üzvü seçilim. Çox adamlar da məni Azərbaycanın birinci parlamentinin üzvü kimi görmək istəyirdilər. 1993-cü ildə Heydər Əliyev respublika prezidenti vəzifəsini icra edərkən, bir gün gözlənilmədən Rizvan Vahabov (Sonradan o Yanacaq Komitəsinin sədri oldu.) evimə gəlib dedi ki, məni Heydər Əliyev göndərib. O səni Binəqədi Rayon Icra Hakimiyyəti başçısının birinci müavini vəzifəsinə təyin edir. Bu barədə Bakı Şəhər IH-i başçısı Rəfail Allahverdiyevə də göstəriş verib. Sənədlərini Bakı Şəhər IH-ə ver. O vaxt Binəqədi rayon icra hakimiyyətini Surət Hüseynovun silahlı dəstəsi ələ keçirmişdi. Şirməmməd Xanməmmədov adlı avaranın birisi başçı vəzifəsini icra edirdi. Birinci müavin S.Hüseynovun yaxın qohumlarından biri olmuşdur. Onların arasında konflikt yarandığından, S.Hüseynovun qohumu getmişdi. Onun yeri boş qalmışdı. Ş.Xanməmmədov barədə geniş məlumata malik olduğumdan, R.Allahverdiyevə və dövlət müşaviri Arif Rəhimzadəyə dedim ki, əgər Ş.Xanməmmədovun başçı olması üçün fərman veriləcəksə, onda mən heç sənədlərimi verən deyiləm. Hər ikisi dedi, tam arxayın ola bilərsən, onun başçı olması üçün heç vaxt fərman verilməyəcək. O, orada müvəqqətidir. Bundan sonra mən sənədlərimi verdim. Amma icra hakimiyyətində işləmək heç də mənim ürəyimdən deyildi. Bu ərəfədə Naxçıvanın Şərur rayonundan olan, Bakı şəhər Baş Tikinti Idarəsinin Təchizat Trestinin müdiri, dostum Səfər Şamilov bizə gəldi. Ona başa saldım ki, bu vəzifədə işləmək heç də mənim ürəyimdən deyil. Mən 23 ildir ki, işləmirəm. Indi aləm qarışıb bir-birinə. Icra hakimiyyətində işləmək mənim işim deyil. Mənə sakit bir iş lazımdır ki, başımı salım aşağı, işləyib ailəmi dolandırım. Dedim bu cəmiyyətdə bişmiş adamsan, bəlkə sən gedəsən bu vəzifəyə. O razılıq verdi. Onun sənədlərini özüm hazırlayıb, R.Vahabova telefon edib, onunla görüşdüm. Dedim icra hakimiyyətində işləmək mənlik deyil. Bu adamı sən də tanıyırsan, Heydər Əliyev də. Bu  cəmiyyətdə bişmiş adamdır. Icra hakimiyyətində işləmək onun yeridir. Heydər Əliyevə mənim adımdan çatdır ki,  bu vəzifəni S.Şamilova versin. Mənə isə mümkün olarsa dolanmaq üçün sakit bir iş versin. O vaxt Heydər Əliyev qardaşı Cəlal Əliyevin evində yaşayırdı. O evə də sərbəst gedib gələn bir R.Vahabov idi. Bir həftədən sonra R.Vahabov dedi ki, sənin xahişini Heydər Əliyevə çatdırdım. O da, Cəlal müəllim də dedi ki, bu vəzifəyə sən özün getməlisən. Günlər keçdi, R.Allahverdiyev işə başlamağım üçün cərəncam vermədi. Nəhayət, prezident seçkisi oldu, Heydər Əliyev respublika prezidenti seçildi. Respublika Sarayında keçirilən andiçmə mərasimindən sonra Gülüstan sarayında keçiriləcək ziyafətə gəldik. Ziyafət zalına girmə mərhələsində, dedilər ki, M.Ələsgərov məni axtarır. O məni bir otağa gətirdi. Stolun üstündə böyük bir gül buketi var idi. M.Ələsgərov dedi ki, biz qərara gəlmişik Yeni Azərbaycan Partiyası adından Heydər Əliyevi müstəqil Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə sən təbrik edəsən. Bunun həm də siyasi mənası var: keçmiş dissident indi Heydər Əliyevi təbrik edir. Ziyafət zalına daxil olduq. Dəvətnamədə stolun və stulun nömrəsi göstərilmişdi. Prezident Heydər Əliyevə yaxın bir masanın arxasında oturduq. Bir tərəfimdə M.Ələsgərov, yanında Sirus Təbrizli…, o biri tərəfimdə isə Heydər Əliyevin qardaşı Aqil Əliyev, yanında R.Vahabov…  oturmuşdu. Məclisin qızğın vaxtında aparıcı akademik Fəraməz Maqsudov dedi ki, mən ssenaridən kənar çıxmaq istəmirdim. Hörmətli akademikimiz Ziya Bünyadov söz istəyir. Mən ondan keçə bilmirəm, növbəti çıxış onundur. Hazırlaşın. Bu vaxt bir nəfər bizim stola yaxınlaşıb, M.Ələsgərova dedi ki, Z.Bünyadova söz verildiyi üçün ssenari pozulmasın deyə sizin çıxışınız təxirə salındı. Sizdə olan təbrik qovluğunu verin Nadir Ağayevə. Mənə də dedi ki, gül buketi ilə təbrik qovluğunu götür, Z.Bünyadovla birlikdə gedib prezidenti təbrik etməlisiniz. Z.Bünyadovdan sonra mən də gül buketi ilə təbrik qovluğunu Heydər Əliyevə verib, onu müstəqil Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə Yeni Azərbaycan Partiyası adından təbrik etdim. Heydər Əliyev isə mənim əlimi tutub, buraxmadı. Soruşdu, de görüm işləyirsən? Dedim xeyr. Dedi necə yanı xeyr! Axı mən Rəfail Allahverdiyevə tapşırmışam. Dedim Siz tapşırmısınız, mən də sənədlərimi vermişəm. Sərəncam və ya əmr olmamış özbaşına necə işə başlaya bilərəm? O dedi R.Allahverdiyev kimdir ki, mənim göstərişimə əməl etməsin? Dedim onu məndən yox, R.Allahverdiyevdən soruşmaq lazımdır… Əgər həmən ziyafətin videokasetinə baxsanız, görərsiniz ki, bütün qonaqlar və yerli adamlar hamısı gəlib Heydər Əliyevə əl verib, iki-üç kəlmə təbrik sözünü deyib gedib. Bütün məclis boyu Hedər Əliyevin söhbət etdiyi yeganə adam bir mən olmuşam.
Iki həftə də keçdi, işə başlamağım üçün sərəncam verilmədi. Nəhayət, 23 oktyabr 1993-cü ildə Heydər Əliyev özü yanına söhbət üçün mən də daxil olmaqla, 30 adam çağırdı. Axşam saat 9-dan gecə saat 02-yə kimi onun yanında olduq. Çıxış üçün özü hamıya bir–bir söz verirdi. Mən çıxış etdikdən sonra, dedi oturma. De görüm işləyirsən? Dedim xeyr. Bu vaxt zəhmlə R.Allahverdiyevə dedi, sən kimsən ki, mənim göstərişimə əməl etmirsən?! Təcili olaraq işə başlamaq üçün bunun sərəncamını ver.
23 oktyabr həftənin cümə günü idi. 26 oktyabrda, bazar ertəsi səhər telefon edib, məni Bakı Şəhər IH-ə çağırdılar. Gördüm ki, artıq sərəncam hazırdır. Gətirib məni Binəqədi rayon IH-i başçısının birinci müavini vəzifəsinə təqdim etdilər. Xəbər tutanların bir qismi telefonla, bir qismi də yanıma gəlib, 23 il işsizlikdən sonra işə başlamağım münasibətilə məni təbrik edirdilər. Bildirirəm ki, mən YAP rəhbərliyində olanların hamısı ilə yaxşı münasibətdə olmuşam. Ancaq üç nəfərlə: rəhmətlik Səfyar Musayev, Sirus Təbrizli və Hacıbala Abutalıbovla yaxınlığım başqalarına nisbətən çox olub. Iki saat idi ki, birinci müavin kürsüsündə oturmuşdum, rəhmətlik Səfyar Musayev gəlib işə başlamağım münasibətilə məni təbrik etdi. Qısa söhbətdən sonra o, dedi ki, Nadir müəllim mənim sənə görə ürəyim yanır. Səni burada işləməyə qoymayacaqlar. Bu yer satılıb. Dünən, bazar günü mənə xəbər çatdı ki, prezidentin mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubov birinci müavin olmaq üçün Binəqədi r-n sosial təminat şöbəsinin müdiri Cahangir Hüseynovdan, başçı olmaq üçün isə başçı vəzifəsini müvəqqəti icra edən Şirməmməd Xanməmmədovdan haqq alıb. Ona görə də gəldim ki, səni xəbərdar edim. Ehtiyatlı olasan. Heç bir provokasiyaya getməyəsən. Indi şübhəsiz C.Hüseynov  verdiyi haqqın əvəzinə bu kürsüdə oturmaq üçün bütün qüvvəsilə çalışacaq ki, nəyin bahasına olur-olsun buradan gedəsən. Burada hər şey ola bilər.  Bir qədər səbirli ol. Çox guman ki, prezidentin bu məsələdən xəbəri yoxdur. Məsələ prezidentə çatar. Hər şey öz yerinə qoyular. Bu vaxt elə bilin başıma qaynar su tökdülər. Dedim Səfyar müəllim, mən kimdən xahiş etmişdim ki, məni bu vəzifəyə təyin etsinlər. Sizin yanınızda prezident özü A.Allahverdiyəvə göstəriş verdi ki, təcili olaraq işə başlamağım üçün sərəncam vesin… Mən də, vaxtında məni xəbərdar etdiyi üçün, bir dost kimi Səfyar müəllimə öz minnətdarlığımı bildirdim.
Bir neçə gün sonra YAP Yasamal rayon təşkilatının sədri professor Fikrət Ismayılov mənə telefon edib soruşdu ki, işdən çıxmaq istəyirsən? Cavab verdim ki, hələ 23 illik işsizlikdən sonra altımı qızdırmamışam, hara gedirəm? Sonra yaxın günlərdə bir adamın mənim yerimə gəlmək üçün hazırlandığını dedi. O adamın kim olduğunu soruşdum. Dedi o sizin rayonun sosial-təminat şöbəsinin müdiri Cahangir Hüseynovdur. Məndə də belə bir məlumatın olduğunu ona bildirib, dedim ki, başa düşə bilmirəm Heydər Əliyev məni niyə bura göndərib? Bu nə çirkin oyundur.? Fikrət müəllim də dedi ki, mən C.Hüseynovu tanımıram. Arvadım sosial-təminat nazirliyində işləyir. Onu yaxşı tanıyır. Deyir kürd millətinə mənsub olan ermənistanlı qaçqındır, özü də  həşarat kimi bir şeydir. Belə adamlardan hər şey gözləmək olar. O da ehtiyatlı olmağımı məsləhət etdi.
Qısa müddətdən sonra əksəriyyəti kürd millətinə mənsub olan ermənistanlı «qaçqınların» mənə qarşı hücumları başlandı. O vaxt mən özümə yeni ailə qurmuşdum. Ardıcıl olaraq evimə telefon edib, arvadıma hədə-qorxu gəlib, deyirdilər ki, əriniz başqasının yerində oturub. Öz xoşu ilə həmin vəzifədən getməzsə, ailənizi məhv edəcəyik. Işimə ardıcıl telefon zəngləri edib, mənə cürbə-cür hədə-qorxu gəlib deyirdilər ki, öz yerində oturmamısan. Öz xoşuna bu vəzifədən getməsən sənin üçün pis olacaq. Bir dəfə birini qızışdırıb, əlində avtomat göndəriblər ki, məni elə kabinetimdə öldürsün. O əlində avtomatla kabinetimə girmək istəyəndə katibəm qışqırıb, haray salıb. Icra hakimiyyətinin binasında olan adamlar tez köməyə gəlib, məni öldürmək üçün göndərilən cavan oğlanı sakitləşdirib, otaqdan çıxardılar. Onu rayonun Polis Idarəsinin rəisi Dünyamalıyev gəlib apardı.
Qısa müddət keçdikdən sonra, axşam üstü katibəm işdən çıxandan sonra qəflətən kabinetimin qapısı açıldı və əlində pistolet yekəpər bir adam kabinetimə daxil oldu. O mənimlə üzbə-üz oturub, dedi: ya bizə haqq verməlisən, ya da ki, ölməlisən. Dedim ünvanınızı dəyişik salmısınız. Mən cəhənnəmi görüb gəlmişəm. Məni öldürməyi özünə kişilik, şərəfli bir iş sayırsansa, VUR ölüm. Heç gözlərimi də yummayacağam. Sonra o dedi ki, bilirsən nə var, biz səni yaxşı tanıyırıq. Bu yer sənin deyil, bizimdir. Öz xoşuna buradan getməlisən.
Bu vaxt kabinetimin qapısı döyüldü və açıldı. Gördüm ki, gələn  Neft-Kimya Akademiyasının professoru Musa Heydərovdur.  Əlində pistolet olan yekəpər oğlan ona baxanda, mən də Musa müəllimə əlimlə işarə etdim ki, içəri girib, mənə yaxın otursun. O da məni başa düşdü. Musa müəllim oturan kimi yekəpər oğlan da pistoleti stolun üstünə qoydu. Musa müəllim soruşdu, bu nədir? Dedim mənə deyir ki, öz kürsündə  oturmamısan. Öz xoşuna buradan getməlisən. Qərara gəliblər ki, oturduğum kürsünü öz xoşuma boşaltmasam, onda məni öldürəcəklər. Musa müəllim vəziyyətin gərgin olduğunu görüb, bir müəllim kimi sakitləşdirici söhbətlər etməyə başladı. Uzun-uzadı söhbətlərdən sonra, çox çətinliklə də olsa, onu sakitləşdirib, bir təhər yola saldı.
Binəqədi rayon IH-i başçısı vəzifəsini müvəqqəti icra edən  Ş.Xanməmmədov da maraqları üst-üstə düşdüyündən C.Hüseynovla birləşərək, məni  tutduğum vəzifəmdən uzaqlaşdırmaq üçün Bəylər Əyyubovun himayədarlığı altında hər cür çirkin oyuna əl atırdılar. Ş.Xanməmmədov tam savadsız bir adam idi. O heç orta məktəbi belə bitirməmışdı. Rus dilini heç bilmədiyi bir halda saxta atestat almışdı ki, guya 1971-ci ildə Bakıda 6 saylı orta məktəbi bitirib. Hansı ki, bu məktəb rus məktəbidir. O vaxt bu məktəbdə yüksək vəzifəli adamların uşaqları oxuyurdu. O cümlədən Azərbaycan Respublikasının prezidenti Ilham Əliyev  də bu məktəbi bitirmişdir. Sonra yenə də rus dilini  heç bilmədiyi bir halda saxta diplom almışdır ki, guya 1989-cu ildə Rusiyanın Tümen şəhərində Inşaat Mühəndisləri Institutunu bitirib. Onun diplomunun surətini əldə edib, Binəqədi rayon prokuroru Azər Cəfərovdan (Hazırda Ədliyyə Nazirliyində idarə rəisidir.) xahiş etdim ki, bu instituta Ş.Xanməmmədovun diplomunun qanuniliyini dəqiqləşdirmək üçün sorğu göndərsin. O, xahişimi təmin etdi. Sorğuya həmin institutun rektoru cavab göndərib, bildirdi ki, belə bir adam 1984-1989-cu illərdə bu institutda oxumayıb və TO seriyalı 163427 saylı diplom da belə bir adama verilməyib. Ruhi cəhətdən də sağlam adama oxşamırdı. Söhbətlər gəzirdi ki, dəfələrlə Maştağa qəsəbəsindəki ruhi xəstəxanada yatıb. Savadı olmadığına baxmayaraq, o gözəl meyxana demək, oxumaq və oynamaq qabiliyyətinə malik, kefcil bir adam idi. Bir gün müavini Bəhrəm Şiriyevə (Hazırda Binəqədi rayonunda 276 saylı orta məktəbin direktorudur.) deyir ki, respublika prezidenti Heydər Əliyevə çatdırılması üçün mənə bir şəxsi kartoçka və əmək kitabçasının surəti yaz. B.Şiriyev də deyir faktları verin yazım. Ş.Xanməmmədov isə deyir, nə fakt! Nə yazırsan yaz, haqqı çatıb. Prezident fərman verəcək. B.Şiriyev də ağzına gələni yazır. Əmək kitabçasının surətinə də IH-də işləyən xadimənin əmək kitabçasının nömrəsini yazır. Ş.Xanməmmədovun şəxsi kartoçkasında bir şəkil və bir də adı, soyadı və atasının adı onunku olur, qalanı isə cəfəngiyat. Azərbaycan Respublikasının prezidenti, «millət atası», «ümummilli lider» Heydər Əliyev də haqqı çatandan sonra, bu saxta sənədlər əsasında Ş.Xanməmmədovun Binəqədi Rayon Icra Hakimiyyətinin başçısı olması barədə fərmana 10 noyabr 1993-cü ildə gözü yumulu imza atır.
Ş.Xanməmmədovun Binəqədi Rayon Icra Hakimiyyəti başçısı olması üçün fərman verildikdən sonra, o məni çağırıb dedi: «Onsuz da səni burada işləməyə qoymayacaqlar. Bu mənlik deyil. Gəl sən işə çıxma, otur evində. Ayda nə qədər istəyirsən sənə pul göndərim. Qoy Cahangir Hüseynov otursun sənin yerində, biz də öz işimizi görək.» Onunla razılaşmadım. O dedi: «Sən bu zamanənin adamı deyilsən. Indi hər şeyi bu (barmağını biri-birinə sürtə-sürtə) həll edir.» Sonra bir əlini başının üstündəki Heydər Əliyevin şəklinə, o biri əlinin bir barmağı ilə özünün kişi cinsinə işarə edərək, dedi: «Görürsən bu kişini! Mənim başçı olmağıma bu kişi fərman verib. Kim nə danışır, danışsın. Nə qədər ki, bu kişi var, mən kefimi çəkəcəyəm.» Ondan sonra da o, başladı qəh-qəhə ilə gülməyə. Onun bu gülüşü ara vermədən 10 dəqiqədən çox çəkdi. O vaxta qədər mən Ş.Xanməmmədovda ruhi xəstəlik olduğuna şübhələnirdim. Həmən andan əmin oldum ki, o, həqiqətən də ruhi xəstədir. Bununla bağlı Səhiyyə Nazirliyinin 1 saylı ruhi xəstəxanasına sorğu göndərtdirdim. Sorğuya 24 fevral 1994-cü il tarixli 324/3903 saylı cavab gəldi. Haradakı yazılıb: «Ş.Xanməmmədov dəfələrlə bu xəstəxanada müalicə kursu keçib. Son diaqnozu ŞIZOFRENIYA.» Yəni bu adam müalicə olunmaz zır dəlidir və törətdiyi heç bir əməlinə görə cavabdeh deyildir. Həmçinin törətdiyi hər hansı bir cinayət əməllərinə görə də məhkəmə qarşısında cavab verə bilməz.
Mənə xəbər çatdı ki, C.Hüseynov və Binəqədi r-n Təhsil Şöbəsinin müdiri Məmməd Bayramov (Sonra o Xətai r-n Təhsil Şöbəsinin müdiri oldu.) mənimlə yaxınlıq edən ermənistanlıları çağırıb, başlayırlar onlara deməyə ki, nə düşmüsünüz  bir salyanlının dalınca (mənim əslim Salyandandır), o tutduğu vəzifədən getməlidir. Onun yerində bizim adam, «yeraz» oturmalıdır. Bununla bağlı rayonun ərazisində olan ermənistanlılar bölünüblər iki dəstəyə. Keçmişdən Bakıda yaşayanların əksəriyyəti məni müdafiə edir. 1988-ci il hadisələrindən sonra gələn ermənistanlılar isə C.Hüseynovla M.Bayramovu. Mən qalmışdım kənarda, bir də xəbər tuturdum ki, mənə görə ermənistanlılar bir-birləri ilə mübahisəyə, qırğına çıxıblar. Belə bir vaxtda iki naxçıvanlı və bir ermənistanlı ziyalı yoldaşlar mənim yanıma gəlib, dedilər ki, icazə verim, onlar C.Hüseynov və M.Bayramovla danışığa gedib, bu çirkin, iyrənc, ürəkbulandırıcı söz-söhbətlərə son qoysunlar. Razılıq verib, dedim ki, onları başa salın, mən bura özbaşına gəlməmişəm. Məni bura şəxsən Heydər Əliyev özü göndərib. Icra hakimiyyətində  məsul vəzifədə  işləyənlərin əksəriyyəti isə IH-ni silahlı  dəstə vasitəsilə zəbt edənlərdir. Əgər onlar Heydər Əliyevə hörmət edən adamlardırsa, onda birləşsinlər və icra hakimiyyətini silah gücünə tutanları buradan uzaqlaşdırsınlar, hərəsi bir kürsüdə otursun və əl-ələ verib işləyək. Onlar 1993-cü il dekabr ayının ortalarında danışığa getdilər. Danışıq təhsil şöbəsinin müdiri M.Bayramovun kabinetində axşam saat 7-dən başlayıb, gecə saat 4-ə kimi davam edir. Danışıqda 3 nəfər mən tərəfdən, 15-16 nəfər isə o biri tərəfdən iştirak edir. Danışıqdan sonra mən tərəfdən olan üç nəfər bildirdilər ki, vəziyyət ağlagəlməz dərəcədə  çox pisdir. Biz orada olan söhbətlərin hamısını sənə deyə bilmərik. Elə bir vəziyyət yaranmışdı ki, az qala qan töküləydi. Bunlar türk deyil. Ermənistanlı qaçqın kürdlərdir. Heç bir şeydən çəkinmədən açıq deyirlər ki, bizim arxamız Bəylər Əyyubovdur. Həddən artıq qudurğanlıq və hayasızlıq  edirlər. Son sözləri də bu oldu ki, nə olur olsun Nadir Ağayev oradan  gedəcək, Cahangir Hüseynov isə onun yerində oturacaq.
Yoldaşlarla məsləhətləşdikdən sonra belə qərara gəldik ki, bu özbaşınalığın qarşısını ancaq Heydər Əliyevin özü ala bilər. Bunu nəzərə alaraq 1994-cü ilin yanvarın 2-dən başlayaraq Heydər Əliyevə ardıcıl teleqramlar vurub, məni qəbul etməsini xahiş etdim. Qəbula getməkdə də əsas məqsədim Binəqədi rayonunda yaranmış vəziyyəti ona çatdırmaq və ondan xahiş etməkiydi ki, ya o,  B.Əyyubova göstəriş versin, C.Hüseynovdan aldığı haqqın əvəzində ona başqa bir iş versin və yaxud da özü mənə başqa bir iş versin və eyni zamanda da əsabələrinə və ətrafına topladığı adamlara tapşırsın ki, həmin vəzifəni onlar bir daha başqa adama satmasınlar. Mən də uzun sürən əziyyətlərdən və zülmlərdən sonra ömrümün sonunda öz doğma vətənimdə rahat işləyib, yaşaya bilim. O vaxtlar Heydər Əliyev hər gün axşam saat 23-dən gecə saat 02-yə kimi iş yerində olurdu. Mən də hər gün həmin vaxtda Prezident Aparatında olub, 4-cü girişdən daxili telefonla Heydər Əliyrvin köməkçisi Tariyel Ağayevlə telefon əlaqəsi saxlayırdım. (O vaxt 4-cü girişdən axşamlar daxili telefonla istənilən adama telefon etmək olurdu. Indi yığışdırılıb.) O da həmişə eyni cavabı verirdi: prezidentə demişəm, gözlə, imkan yaranan kimi o səni qəbul edəcək. Hər gün axşam Prezident Aparatına 3-5 ermənistanlı və naxçıvanlıların müşayiəti altında gedirdim. Onlar da xahiş edirdilər ki, əgər Heydər Əliyev məni qəbul edərsə, onlar barədə də məlumat verim. Mümkün olarsa onları da 5 dəqiqəliyə qəbul etsin. Onlar 1993-cü ilin dekabr ayında Binəqədi rayon təhsil şöbəsinin müdri Məmməd Bayramovun kabinetində olan danışıq zamanı ermənistanlı «qaçqın» kürdlərin B.Əyyubovun himayədarlığı altında olan quldurluq və özbaşınalıq əməlləri barədə məlumat vermək   istəyirdilər.
Bir aydan artıq vaxt keçdi. Heydər Əliyev məni qəbul etmədi. Bu müddət ərzində gecə saat 24- 01 radələrində bir neçə dəfə Bəylər Əyyubov  4-cü giriş qapısına mənim yanıma gəlib, təsəlli verib deyirdi ki, darıxma, prezident imkan tapan kimi səni qəbul edəcək. Bir dəfə gecə saat 01 radələrində yenə də B.Əyyubov mənim yanıma gəlib bir qədər təsəlli verdikdən sonra soruşdu: Binəqədi rayonunda YAP-ın nə qədər üzvü var?  Dedim dörd minə qədər. O dedi: «Ay kişi! Yığ dəstəni, vur Şirməmmədi (icra hakimiyyətinin başçısını) at o yana, özün otur onun yerində. Sonra da o yerazların bir-bir… (nəlayiq söyüşlər)». B.Əyyubovun bu məsləhəti məni dəhşətə gətirdi. Dedim, Bəylər, salaməleyküm! Məsləhətinə görə çox sağ ol. Sən məni uzunqulaq sayırsan?! Sən məni provokasiyaya çəkirsən?! Dedim yerazları mənə qarşı qaldıran sən özün deyilsənmi? O özündən çıxıb, başladı yerazları söyməyə. Dedim Bəylər heç özündən çıxma. Məni müşayət edən üç nəfəri yaxına çağırıb, xahiş etdim ki, 1993-cü ilin dekabrında rayon təhsil şöbəsinin müdiri Məmməd Bayramovun  kabinetində olan söhbətləri danışsınlar. Bu adamların üçünü də B.Əyyubov tanıyırdı. Onlar məndən xahiş etdilər ki, 15-20 metr kənara çəkilim, Bəylərlə mənə aid olmayan söhbətləri də olacaq. Onlar hər şeyi olduğu kimi B.Əyyubova dedilər. B.Əyyubov da o gedən oldu, bir daha mənə «təsəlli və məsləhət» vermək üçün yanıma gəlmədi. Bir ay yarım keçdi, Heydər Əliyev məni qəbul etmədi.
Həmin dövrdə başıma gələn hadisələrlə əlaqədar «Millət» qəzetində iki dəfə material dərc olunmuşdur. Birincisi 05.02.1994-cü ildə «YAP Siyasi Şurasının üzvü aclıq edir» başlığı altında, ikincisi isə 12.02.1994-cü ildə «Keçmiş dissidentin bugünkü problemləri» başlığı altında. Bunların da Heydər Əliyevə heç bir təsiri olmadı.
Bir tərəfdən Heydər Əliyevin məni qəbul etməməsi, o biri tərəfdən isə B.Əyyubovun himayədarlığı və bilavasitə rəhbərliyi ilə bir qrup ermənistanlı «qaçqın» kürdlərin Binəqədi rayon IH-i başçısı Ş.Xanməmmədovla birləşib məni tutduğum vəzifəmdən uzaqlaşdırmaq üçün təzyiq və təqiblərinin sonsuz olduğundan, onların bu çirkin əməllərini ifşa etmək məqsədilə qərara gəldim ki, 18 fevral 1994-cü ildə Binəqədineftin mədəniyyət sarayında rayon ictimaiyyəti ilə görüş keçirim. Bunun üçün Binəqədineftin rəisi rəhmətlik Yaşar Əliyevdən rəsmi icazə aldım. Sonra yığıncağın keçiriləcəyi barədə «Səhər» və «Yeni Azərbaycan» qəzetində elan verdim. Yığıncaqda mən gözlədiyimdən də çox, 500 (beş yüz) nəfərdən də artıq adam, o cümlədən YAP Siyasi Şurasının üzvləri: Səfyar Musayev, Hacıbala Abutalıbov, Əsədulla Qurbanov, Şahlar Əsgərov, Kərim Kərimov, Ağabəy Əsgərov,  YAP Nəzarət Təftiş Komissiyasının sədri Rizvan Vahabov  və digər YAP aktivləri  iştirak edirdilər.
Qabaqcadan hazırlanmış ssenari əsasında bir qrup «qaçqın» ermənistanlı kürdlər cürbəcür xuliqanlıq əməllərinə əl atıb, yığıncağın normal keçməsinə mane oldular. Çıxışıma mane olmaq üçün onların özbaşınalıq və xuliqanlıq əməllərinə baxmayaraq, mən ara vermədən çıxışımı davam etdirməyə və verilən suallara maksimum cavab verməyə nail oldum. Yüğıncaq iki saat davam etdi və əvvəldən axıra kimi  videokasetə çəkildi. B.Əyyubovun himayədarlığı və bilavasitə rəhbərliyi altında şəxsiyyətləri Azərbaycan xalqına məlum olmayan bir qrup azğınlaşmış ermənistanlı «qaçqın» kürdlərin xuliqanlıq və özbaşınalıq əməllərinə Heydər Əliyevin şəxsən özünün baxması üçün, videokasetin surətini dövlət müşaviri Arif Rəhimzadəyə verdim. Ümidvaram ki, vaxt gələcək bu videokaset respublikanın telekanallarında da nümayuiş etdiriləcəkdir.
Yığıncağın səhəri günü, fevralın 19-da işə gələrkən icra hakimiyyəti binasının qapısında dayanmış Ş.Xanməmmədovun silahlı dəstəsi məni binaya buraxmayıb, dedilər ki, Ş.Xanməmmədov səni işdən azad edib.
Iki saatdan sonra mənə xəbər çatdı ki, 18 fevral 1994-cü ildə axşam saat 23 radələrində üç ermənistanlı kürd: Cahangir Hüseynov (Rayon sosial-təminat şöbəsinin müdiri), Məmməd Bayramov (Rayon Təhsil Şöbəsinin müdiri) və Iskəndər Iskəndərov (Ermənistanlı «qaçqın» kürd, 276 saylı orta məktəbin tarix müəllimi) mənim kabinetimin (Binəqədi rayon IH-i başçısının birinci müavininin kabinetinin) qapısını sındırıblar. C.Hüseynov mənim kürsümdə oturub. Sonra başçı Ş.Xanməmmədov da ora gəlib.  Mənim  üzərimdə çaldıqları  «böyük qələbəni» qeyd etmək üçün  «Zümrüd» restopranına telefon edib, yeyib-içmək gətizdirib, elə oradaca ziyafət təşkil ediblər.
Dövlət müşaviri Arif Rəhimzadəyə telefon edib, yaranmış vəziyyət barədə ona məlumat verdim. O dedi: «Ş.Xanməmmədov banditin biridir. Mən ona bir söz deyən deyiləm. Bir qədər döz, 2-3 günə prezident onun tutduğu vəzifədən azad olunması barədə fərman verəcək. Sonra gedib oturarsan öz yerində.» Lakin heç də A.Rəhimzadə deyən kimi deyil, tamamilə əksinə oldu. Yəni, iki gündən sonra, 21 fevral 1994-cü ildə mənim tutduğum vəzifəmdən azad olunmağım barədə, Heydər Əliyevin cangüdənlərinin başçısı Bəylər Əyyubova haqq (rüşvət) verən,  kürd millətinə mənsub ermənistanlı «qaçqın» Cahangir Hüseynovun isə mənim yerimə təyin olunması barədə əmr verildi.
Bir neçə gün sonra axşam professor Səfyar Musayev mənə telefon edib, dedi ki, dövlət müşaviri Arif Rəhimzadə ilə danışmışam. Sabah saat 15-də Prezident Aparatının qarşısında ol, bir yerdə onun yanına gedəcəyik. S.Musayev A.Rəhimzadəyə dedi: «Arif! Nadir sizin üçün başqa adamlardan deyil. Sabah bir zibil törədər, hamınız başınızı  tutarsınız. Sonra gec olar. Buna qarşı olan ədalətsizlikləri prezidentə çatdır. O bir tədbir görsün. Bu adam respublikada normal işləyib, yaşamalıdır.» A.Rəhimzadə çox o yan, bu yandan danışdı, sonda mətləbə keçib dedi ki,  mən prezidentə heç cürə çatdıra bilməyəcəyəm. Ona görə ki, ortada Bəylər Əyyubov var. Səfyar müəllim A.Rəhimzadənin bu cavabından narazı qaldı, hətta incidi də. Mən isə Səfyar müəllimə dedim ki, A.Rəhimzadənin düz sözündən narazı qalıb inciməyə ehtiyac yoxdur. Açıq və təmiz danışığına görə mən Arif Rəhimzadfəyə minnətdaram. Sonra A.Rəhimzadəyə dedim ki, sizdən bir xahişim var. B.Əyyubovun adını çəkmədən prezidentə deyin, mən sizdən xahiş etmişəm ki, ona deyəsiniz vacib bir məsələ barədə imkan tapıb məni qəbul etsin. O dedi bunu edərəm.
6 mart 1994-cü ildə axşam A.Rəhimzadə mənə telefon edib, dedi: «Bu gün prezident Çinə getdi. Yola düşməmişdən öncə öz fondundan 160000 (yüz altımış min) manat məbləğində sənə yardım verilməsi barədə sərəncam imzaladı.» Dedim mən prezidentdən yardım istəməmişəm. Məni qəbul etməsini xahiş etmişəm. A.Rəhimzadə dedi ki, sən hələlik müvəqqəti dolanmaq üçün gəl yardımı al. Prezident Çin səfərindən qayıdandan sonra imkan tapıb, səni qəbul edəcək.
Sərəncamla tanış olub, üzünü köçürüb, pulu aldım. Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin mənə yardım etmək barədə olan sərəncamını aşağıda verirəm.
«Azərbaycan Respublikası Prezidentinin
S Ə R Ə N C A M I

 Nadir Mirələkbər oğlu Ağayevə Azərbaycan
Respublikası Prezidenti Fondundan
yardım göstərilməsi haqqında

            Keçmiş sovet dövləti sistemində siyasi baxışlarına görə əsassız olaraq azadlıqdan məhrumetmə  cəzasına məhkum edilmiş və cəza müddətini çəkib qurtardıqdan sonra əməllərində cinayət tərkibi olmadığına görə bəraət almış Nadir Mirələkbər oğlu Ağayevin ağır maddi vəziyyətini nəzərə alaraq, humanizm və ədalətin bərpa olunması prinsipini  rəhbər tutaraq qərara alıram:

            Nadir Mirələkbər oğlu Ağayevə Azərbaycan Respublikası Prezidentinin fondu vəsaitindən 160000 (yüz altımış min) manat məbləğində yardım göstərilsin.

 Azərbaycan Respublikasının
Prezidenti Heydər Əliyev

            Bakı şəhəri, 6 mart 1994-cü il, № 70»

            Bu sərəncamla bağlı, bildirirəm ki, birincisi mən Heydər Əliyevdən yardım istəməmişdim. Ikincisi də Heydər Əliyev haqq və ədalətin barpa olunması prinsipini rəhbər tutub, mənə  yardım göstərilməsi barədə yox, BMT-nin Insan hüquqları haqqında bəyannaməsinə və Azərbaycan Respublikasının Konstitusiyasına əsasən əsassız olaraq azadlıqdan məhrum edilib çəkdiyim cəzaya görə mənə vurulan maddi və mənəvi ziyanın ödənilməsi barədə sərəncam verməli idi.
Həmin dövrdə Heydər Əliyevlə əlaqədə olan bir neçə adamdan, o cümlədən M.Ələsgərovdan da xahiş etmişdim prezidentlə söhbət zamanı imkan olsa ona desin ki, Nadir Ağayev xahiş edir mümkün olsa vacib bir məsələ üçün məni qəbul etsin. Bir müddət keçdikdən sonra mənə xəbər çatdı ki, M.Ələsgərov Heydər Əliyevin yanında olarkən mənim barəmdə də söhbət olub. M.Ələsgərovun yanına gedib, nə söhbət olduğunu soruşdum. O dedi: «Xahişini prezidentə çatdırdım. Prezident də dedi ki, onun qəbuluma gəlmək istədiyini bilirəm. O başçı olmaq istəyir.» Soruşdum daha başqa heç bir söz demədi. Dedi: «Xeyir». Qəribə cavab deyilmi?! Belə ölkə prezidentinə nə ad vermək olar?
Bildirirəm ki, o vaxt mənim tutduğum vəzifəmdən zorakılıqla kənarlaşdşrılmağıma respublika ictimaiyyəti biganə qalmadı. Bu qeyri-qanuni əməllərə qarşı Yeni Azərbaycan  və Milli Istiqlal Partiyalarının Binəqədi rayon təşkilatları birgə bəyanat verib «Yeni Azərbaycan» qəzetində (3 mart 1994-cü il)  dərc etdirərək bu özbaşınalıqdan narahat olduqlarını bildirməklə respublika prezidenti Heydər Əliyevdən Binəqədi rayon əhalisinin Ş.Xanməmmədov kimilərindən xilas edilməsini xahiş etdilər. Həmçinin, o vaxt sədri Ramiz Rzayev olan (sonradan o, Azərbaycanın Rusiyada səfiri oldu) Beynəlxalq Insan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsi də bəyanat verib, «Səs» qəzetində dərc etdirərək (10 mart 1994-cü il), bu məsələdən narahat olduğunu bildirməklə qeyd etmişdir: «Nə qədər ki, N.Ağayev kimi saf, təmiz, əqidəli, xalqını sevən insanlara qarşı təqib və təzyiqlər davam edəcək, o vaxtadək Azərbaycanda demokratik cəmiyyət quruculuğundan, insan azadlığından, qanunun aliliyindən danışmaq boş mənasız sözlərdən ibarət olub xalqa heç bir xeyr verməyəcəkdir.»
Görəsən  dünya tarixində belə bir hal olubmu ki, hər hansı bir qaçqın qaçıb pənah gətirdiyi bir ölkədə hər  hansı bir dövlət işçisinin kabinetinin qapısını sındırıb, onun  yerində oturub, dövlət orqanları da belə quldurluğa və banditliyə qarşı heç bir tədbir görməyib və əksinə olaraq onun həmin vəzifəyə təyin olunması üçün əmr verilib? Dünya ictimaiyyətinə belə bir halın baş verməsi məlum deyil. Belə bir hal dünya tarixində ilk dəfə müstəqilliyini yenicə əldə etmiş Azərbaycan Respublikasında baş verdi. Belə bir hadisənin baş  verməsinə səbəb də Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin respublikaya keçmiş rəhbərliyi dövründə olduğu kimi, yenə də Azərbaycan xalqına, xüsusən də Azərbaycan türklərinə qarşı xəyanətkarlığı, qəddarcasına  düşmənçiliyi, onları regionçuluq prinsipinə əsasən parçalayıb, regionçuluq və kürdçülük siyasəti aparması oldu.
Hələ bizim eramızdan əvvəl qədim yunan filosofu Heraklit «Özbaşınalığın qarşısını yanğından daha tez almaq lazımdır» söyləmişdir. Heydər Əliyev isə təkrarən hakimiyyətə gəldikdən sonra yenə də regionçuluqla məşğul olmaqla xalqın ümüdini kəsdi. Apardığı yaramaz kadr siyasətilə xalqı regionlara bölməklə bərabər, heç bir qanuna və etik normalara məhəl qoymadan regionçuluqla məşğul olaraq bir qrup yerlipərəst ermənistanlıların və naxçıvanlıların respublikanın qalan regionları üzərində hökmran olub, özbaşınalıqlar törətməsinə yaşıl işıq verdi. O biri tərəfdən də o, nə ağsaqqal yaşına və nə də oturduğu Azərbaycan Respublikası Prezidentinin kürsüsünə heç bir hörmət etmədən, heç bir vicdan əzabı çəkmədən yüksək tribunadan yalanlar söyləyib, xalqı aldadıb, məqsədinin hüquqi dövlət qurmaq olduğundan dəm vururdu. Belə dövlət başçısına dələduzdan başqa heç bir başqa ad vermək olmaz.
Mən təbiətcə qanunpərəst, iradəli və dözümlü bir adamam. Yuxarıda göstərdiyim kimi heç icra hakimiyyətində  çalışmaq belə  istəmirdim. Heydər Əliyev şəxsən öz təşəbbüsü ilə, məkrli mədsədlə çirkin oyuna salmaq üçün məni o vəzifəyə göndərdiyindən, mən də qərara gəldim ki, məhkəmə yolu ilə qanuna müvafiq öz işimə bərpa olunum və bütün imkanlardan istifadə edib, Heydər Əliyevlə görüşüb, məni çirkin oyuna saldığı üçün ona layiqli sözümü deyim.
Qanuna müvafiq olaraq tutduğum vəzifəyə bərpa və  məcburi proqul üçün əmək haqqının ödənilməsi barədə Binəqədi rayon məhkəməsində iddia qaldırdım. Işə baxılması 20 aprel 1994-cü il tarixdə saat 10-a təyin edilmişdi. 19 apreldə axşam saat 24-ə yaxın naməlum bir adam mənə telefon edib bildirdi ki, ehtiyatlı olum. Bu gün M.Bayramovla C.Hüseynov bir qrup ermənistanlıları yığıb, lazımi təlimatdan sonra göstəriş veriblər ki, tanıdıqları və etibar etdikləri ermənistanlıların hamısına  xəbərdarlıq etsinlər ki, sabah saat 9-dan icra hakimiyyəti binasının qarşısına toplaşsınlar. Sonra oradan böyük bir dəstə ilə rayon məhkəməsinə gedib, orada piket və mitinq keçirərək tələb etsinlər ki, məhkəmə sizin iddia ərizənizə baxmasın. Desinlər ki, türemşikdən dövlət işçisi olmaz. Biz Cahangir Hüseynova inanırıq və ona etibar edirik. O, Icra Hakimiyyəti başçısının 1-ci müavini vəzifəsində qalmalıdır.
Səhər saat 9-da rayon prokurorluğunda oldum. Prokuror Azər Cəfərov işə gələn kimi axşam mənə olan naməlum telefon zəngi barədə ona məlumat verdim. O da məni arxayın etdi ki, əgər belə bir hadisə baş verərsə polis idarəsinin rəisi ilə əlaqə yaradıb, lazımi tədbir görərik.
Saat 10-na yaxın təxminən 70 nəfərlik bir dəstə, ata-baba torpqlarını erməni tapdağı altında qoyub, Ermənistandan Azərbaycana qaçıb gəlmiş bığı burma  ermənistanlı «qaçqın kişilər», aralarında bir neçə qadınla rayon Icra Hakimiyyətindən məhkəməyə gəldilər. Onlar hay-küylə məhkəmənin binasına daxil  oldular və tələb etdilər ki, məhkəmənin sədri Tamella xanım Nəsrullayevanın (Harzırda  Nizami r-n məhkəməsinin sədridir.) kabinetinə girsinlər. Harada ki, Tamella xanımdan başqa orada rayon prokurorunun müavini Fuad Mirzoyev, rayon IH-i aparatının hüquq şöbəsinin müdri Şahsuvar Təhməzov və mən oturmuşduq. Sakitlik yaratmaq üçün rayon polis rəisinin müavini Səbuhi Kərimovun rəhbərliyi ilə bir dəstə polis gəldi. Tamella xanım icazə verdi ki, onların arasından üç nəfər nümayəndə gəlib nə istədiklərini bildirsinlər. Bu vaxt hay-küylə hamısı doldu kabinətə. Məni göstərərək drdilər: «O dövlət xainidir. Zəngəzuru ermənilərə bununkimilər verib. Onun başını toyuq başı kimi kəsmək lazımdır… Məhkəmə onun iddia ərizəsinə baxmamalıdır. O, respublikadan birdəfəlik çıxıb getməlidir.»
Bir saatdan atrtıq mənim ünvanıma dünyada nə qədər çirkin sözlər varsa, hamısını dedilər. Mənim üçün isə ən dəhşəlisi o oldu ki, həmin vaxta qədər üzünü belə görmədiyim 30 yaşlı bir cavan qadın qucağında  iki-üç aylıq uşaqla üstümə hücum çəkib, həyasızcasına deyirdi: «Mən bunun qəbuluna gəldim, məni qəbul etmədi. Dedi mən yerazları qəbul etmirəm.»
Əsassız və ədalətsiz olaraq mənə qarşı bu qədər təhqiramiz sözlər deyilməsinə baxmayaraq, bu həşaratlara cavab verməyi şəxsiyyətimi alçaltmaq kimi saydığımdam susdum. Ancaq ürəyimdə Heydər Əliyevi lənətlədim və bütün nəslinin goruna söydüm. Ona görə ki, onlar Heydər Əliyevin regionçuluq və kürdçülük siyasətindən ruhlanaraq mənə qarşı bu ədalətsiz aksiyanı keçirirdilər.
Ermənistanlı «qaçqınlar» kabinetdən çixandan sonra məhkəmənin sədri Tamella xanım dedi: «Nadir müəllim, mənim qorxum sizdən idi. Qorxurdum ki, siz onlara cavab verəcəksiniz, qırğın düşəcək. Siz nə qədər dözümlü, iradəli adamsınız.» Dedim Tamella xanım, bunlarda günah yoxdur. Onlar məni tanımır, mən də onları. Bu aksiyanın təşkilatçıları var və bu təşkilatçıların da arxadaşları. Mən mübarizəmi onlara qarşı aparıram.
Yeri gəlmişkən qeyd etmək istəyirəm ki, Zəngəzuru ermənilərə mən yox, mənim kimilər yox, Heydər Əliyev və Heydər Əliyev kimilər vermişdir. Belə ki, Azərbaycanı parçalayıb, Azərbaycanla Ermənistan arasında ən böyük strateоi əhəmiyyət daşıyan bir ərazini – Zəngəzuru və həmçinin gələcəkdə Naxçıvanı da ələ keçirmək mədsədilə Naxçıvanı Azərbaycandan ayırmaq üçün ermənilərin xahişini nəzərə alaraq 1929-cu ilin 18 fevralında Zaqfedərasiyanın qərarı ilə Nüvədi kəndi Azərbaycan SSR-dən alınıb Ermənistan SSR-yə verilmişdir. Sonradan isə bu torpağın əsasında Mehri rayonu yaranmışdır. 10 illərlə nə Mir Cəfər Bağırov, nə Imam Mustafayev və nə dəki Vəli Axundov Azərbaycan dövlətçiliyinin, Azərbaycan xalqının mənafeinin əleyhinə  olan bu qərarı təsdiqləməyib. Lakin Heydər Əliyev respublika rəhbərliyinə ilk dəfə gələndən 13 gün sonra, 27 iyul 1969-cu ildə Azərbaycan KP MK bürosunun qərarı ilə 40 il əvvəl Zaqfederasiyanın Azərbaycan xalqının və dövlətçiliyinin əleyhinə və Ermənistanın isə lehinə çıxardığı bu qərarı təsdiqləyir. Sonra Azərbaycan SSR Ali Soveti də AKP MK-nın çıxardığı bu qərarı təsdiqləyir. Bu da Heydər Əliyevin Azərbaycan dövlətçiliyinə, Azərbaycan xalqına qarşı ilk XƏYANƏTI olmuşdur. Bununla da Heydər Əliyev özünün əsl simasını və gələcək fəaliyyətində kimə və nəyə xidmət edəcəyini açıq şəkildə bildirmişdir.
Baş tutmayan məhkəmənin səhəri günü məlum oldu ki, mənə qarşı bu aksiyanı keçirənlər əsasən ermənistanlı «qaçqın» kürdlər imiş. Bu adamların toplanmasında da ən böyük fəaliyyət göstərən 102 saylı MIS-in o vaxt yeni təyin olunmuş rəisi, B.Əyyubovla qohumluğu olan, mətbuatda adı dəfələrlə qatı PPK-çı kimi hallanan, kürd millətinə mənsub ermənistanlı «qaçqın» Bahəddin Süleymanov olub. Sonradan o, Binəqədi rayon IH-i baışçısının  Bələcəri qəsəbəsi üzə nümayəndəsi təyin edildi. Ermənistandan Azərbaycana «qaçıqın» adı altında gəlmiş kürd millətinə mənsub olan B.Süleymanov Azərbaycanda kürd mafiyasına başçılıq edən B.Eyyubovun himayədarlığı altında özünü yaxşıca tutduqdan sonra, indi gedib Qazaxıstanda özünə böyük biznes qurmuşdur. Məhkəmə sədrinin kabinetində mənə qarşı hücum edən qucağında iki-üç aylıq uşaq olan 30 yaşlı qadın isə heç Binəqədi rayonunun deyil, Nərimanov rayonunun sakini imiş.
Ermənistanlı «qaçqın» kürdlərin Binəqədi rayon məhkəməsində keçirdikləri bu aksiyadan sonra iddia ərizəmə baxılması Binəqədi rayon məhkəməsindən Bakı şəhər məhkəməsinə keçirildi. Işə baxan hakim Zahid Ağayev çox çətin vəziyyətdə qalmışdı. Hətta mənim ona yazığım da gəldi. Yuxarılardan ona göstəriş verilmişdir ki, iddiamı rədd etsin. Mən də qanun çərçivəsində iddiamın təmin olunmasında israrlı idim. Hakimi çıxılmaz vəziyyətdə qoymuşdum. Çox fikirləşdikdən sonra, nəhayət ki, hakim Z.Ağayev çıxış yolu tapdı. Qərara gəldi ki, nə sifarişçiləri və nə də ki, məni narazı salmasın. O, məhkəmə sistemində tarixdə görünməmiş yenilik kəşf edib, qətnamə çıxardı ki, iddia ərizəm Q I S M Ə N təmin olunsun. Yəni bir yanı üstə Binəqədi rayon  IH-i başçısının 1-ci müavininin kürsüsündə oturmalıyam, o biri yanım isə havada qalmalıdır.
Fikirləşdim ki, bir yanı üstə IH-i başçısının 1-ci müavininin kürsüsündə oturmaq mənim üçün çətin olar. Ona görə də Aili Məhkəməyə kassasiya şikayəti verib, qeyd etdim ki, işə bərpa qismən ola bilməz. Ya iddia təmin olunar, yaxud da rədd edilər. Ali Məhkəmə kassasiya şikayətimi təmin etdi. Bu mərhələdə Binəqədi rayon IH-i başçısı dəyişdirildi. Heydər Əliyevin fərmanına əsasən Ş.Xanməmmədovu Inqilab Nadirov əvəz etdi. Binəqədi rayonunun yeni təyin olunmuş IH-i başçısı I.Nadirov isə məhkəmənin qətnaməsinə əsasən məni öz kürsümdə nəinki bir gün, nəinki bir saat, nəinki bir dəqiqə və hətta kabinetimin qapısından içəri baxıb, özümə məxsus olan şeylərimi götürməyə belə imkan vermədi. O, bir anın içərisində iki əmrə imza atdı: birincisinə məhkəmənin qətnaməsinə əsasən tutduğum vəzifəyə bərpa olunmağım barədə, ikincisinə isə tutduğum vəzifəmdən yenidən azad olunmağım barədə. Kürd millətinə mənsub olan, ermənistanlı «qaçqın» Cahangir Hüseynovu isə 1-ci müavin vəzifəsində saxladı.
Sual oluna bilər Cahangir Hüseynov kimdir? DQMV-nin Azərbaycanın tərkibindən çıxıb Ermənistanın tərkibinə girməsi tələbi ilə 1988-ci ildə Yerevanın Teatr meydanında keçirilən mitinqlərdə iki müsəlman kürdü Ermənistanda yaşayan müsəlman kürdləri adından çıxış edib, ermənilərlə həmrəy olduqlarını, onları dəstələdiklərini bildirmişlər ki, onlardan da biri professor Knyaz Mirzoyev, o biri isə həmin bu Cahangir Hüseynov olmuşdur. Sonra Ermənistanda vəziyyət pisliyə doğru dəyişən kimi azərbaycanlılarla (türklərlə) birlikdə əksər kürdlər də Ermənistandan Azərbaycana məkrli məqsədlə «qaçın» adı altında gəldilər. K.Mirzoyevlə C.Hüseynov isə Qazaxıstana getdilər. Bir il orada qaldıqdan sonra C.Hüseynov Bakıya gəlir və tezliklə AXC üzvü olur. Cəbhəçilər hakimiyyətə gələn kimi, o, bir müddət Binəqədi rayon IH-nin binasında qapıçı dayanır. Sonra isə Binəqədi rayon IH-nin və o vaxt Sosial Təminat Naziri vəzifəsini icra edən, hazırda  isə Milli Məclisin üzvü və eyni zamanda da Ana Vətən Partiyasının sədri olan Fəzail Ağamalının köməkliyi ilə Binəqədi rayon sosial təminat şöbəsinin müdirini göz yaşı içində vəzifəsindən zorakılıqla kənarlaşdırıb, onun yerində oturur. Heydər Əliyev hakimiyyətə gələndən sonra isə, o, Bəylər Əyyubovun himayədarlığı altında kürd müllətinə mənsub olan ermənistanlı «qaçqın» kürdləri ətrafında toplayıb Azərbaycanda atamanlıq, qoçuluq və «lotuluq» etməyə başlayır.
Qeyd edirəm ki, bir müddət sonra Binəqədi rayon IH-i başçısı I.Nadirovla bir stol arxasında oturub çay içməli olduq. O dedi: Nadir müəllim, mən sizi tanımırdım. Binəqədi rayonuna icra başçısı göndəriləndə, Prezident administrasiyasının rəhbəri Ramiz Mehdiyev mənə dedi ki, nə olur-olsun  sizi icra hakimiyyətindən uzaqlaşdırmalıyam. Sizi icra hakimiyyətindən uzaqlaşdırandan sonra şəxsiyyətiniz və başınıza nələr gəldiyi barədə mənə məlumat verdilər. Inanın ki, o vaxtdan bəri mən vicdan əzabı çəkirəm. Əgər mən sizin barənizdə qabaqcadan məlumatlı olsaydım, çalışardım ki, hökmən sizi öz vəzifənizdə saxlayım. Bilin ki, mənim sizə hörmətim var. Mənim kabinetimin qapısı sizin üçün həmişə açıqdır. Istənilən məsələ barədə mənə müraciət edə bilərsiniz. Mən də sizə lazımi köməklik göstərməyə həmişə hazıram.
Bildirirəm ki, mənim R.Mehdiyevlə heç vaxt, heç bir əlaqəm olmayıb. Əminəm ki, R.Mehdiyev bir tərəfdən Heydər Əliyevin göstərişinə əməl edib, o biri tərəfdən də 1989-cu ildə onun qohum-əqrəbalarınin – ermənilərin tutduqları vəzifələrindən azad edilib, Azərbaycandan çıxarılmasına rəhbərlik etdiyim üçün məndən intiqam alıb.
Mənim bir arzum vardı ki, o da Azərbaycan Respublikasının birinci parlamentinin üzvü seçilim. Əgər parlament seçkilərindən öncə müstəqil Azərbaycan Respublikasının 1-ci parlamentinin üzvü kim ola bilər barədə sorğu keçirilmiş olsaydı, onda sözsüz ki, respublika ictimaiyyəti belə cavab vermiş olardı: birinci növbədə o təmiz, vicdanlı və vətənpərvər olmalıdır. Sonra isə o, elmin bütün sahələrindən: kənd təsərrüfatından, sənayedən, tikintidən, iqtisadiyyatdan, hüquqdan, siyasətdən və s. xəbərdar olmaqla bərabər eyni zamanda da o böyük dünya görüşünə malik, qabaq görən və deməyə də öz sözü olan bir adam olmalıdır.
Qeyd edirəm ki, 1970-ci ilə qədərki dövrdə mən respublikanın inzibati rayonlarının 2000-ci ilədək kompleks planlaşdırmasının aparıcı baş mühəndisi olmuşam. Kompleks planlaşdırmaya irriqasiya-meliorasiya, kənd təsərrüfatı, tikinti, sənaye və iqtisadiyyat daxil idi. Bir neçə layihə institutu subpodryad hesabla mənim tapşırığım əsasında işləyirdi. Respublikanın bütün yeraltı və yerüstü sərvətləri haqda məlumatlar bizim əlimizdə cəmləşmişdi və elmin bütün sahələrindən olan mütəxəssislərlə birlikdə iş götrürdük. 1964-cü ildən siyasətlə məşğulam. Keçmiş sovet dövründə siyasi baxışlarımla bağlı 24 dəfə məhkəmə qarşısında cavab vermişəm. Heç vaxt vəkilim olmayıb, özüm-öz vəkilim olmuşam. Məhkəmələr  əməllərimdə cinayət tərkibi olmasını mənə heç cür sübut edə bilməyiblər. Axırda məhkəmə prosesi olmadan mənə cəza kəsilib. Hüquq qanunlarını beş il universitetin hüquq fakultəsində oxuyanlardan da çox oxumuşam. Bağlı yerlərdə də əsas işim məhbuslara hüquqi yardım göstərmək olub. Azadlığa çıxandan sonra da etibarnaməyə əsasən məhkəmələrdə bir neçə adamın müdafiəçisi kimi çıxış edib, həmişə də qələbə qazanmışam. 1992-ci il prezident seçkilərində prezidentliyə namizəd akademik Nizami Süleymanovun hüquqlarının müdafiəçisi və həmən ilin dekabr ayından isə Heydər Əliyevin hüquqlarının müdafiəçisi olmuşam.
Göründüyü kimi müstəqil Azərbaycan Respublikasının 1-ci parlamentinin üzvü olmaq üçün bütün arqumentlər məndə cəmləşdiyindən, mən də 1995-ci ildə özümü yaşadığım ərazidən, yəni 22 saylı seçki dairəsindən AR Milli Məclisinə deputatlığa namizəd verdim. Lakin seçicilər səslərini mənə verməsinə baxmayaraq, Heydər Əliyev mənim arzumu ürəyimdə qoydu. Mən topladığım səslərin nəinki 5 faizi, hətta belə 3 faizi qədər səs toplaya bilməyən öz siyahısında olan bir adamı – Akif Muradverdiyevi mənim yərimə deputat təyin etdi. Üstəlik də Heydər Əliyev heç bir vicdan əzabı çəkmədən 1995-ci il parlament seçkilərinin çox demokratik keçdiyini vurğuladı.|
BMT-nin Insan hüquqları haqda bəyannəməsinə və Azərbaycan Respublikasının Konstitusiyasına görə qanunsuz həbs olunmuş adamlara vurulan ziyan tam şəkildə ödənilməlidir. Bəraət alandan sonra mənə vurulan ziyanın ödənilməsi üçün Ali Məhkəmə tərəfindən «Azərdövlətaqrarsənayelayihə» institutuna (Sovet dövründə işlədiyim layihə institutunun adı dəyişib, indi belə olmuşdur.) 15 fevral 1993-cü il tarixli 6q-150 saylı məktub göndərilmişdir. Bu məktubla bağlı layihə institutunun direktoru 18 mart 1993-cü il tarixli 35k saylı aşağıdakı əmri vermişdir.
«Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin 6q-130 №-li 15 fevral 1993-cü il tarixli məktubuna və Azərbaycan Respublikası Ali Məhkəməsi Rəyasət Heyətinin 10 mart 1992-ci il tarixli qərarına əsasən:
1. «Azərdövlətkəndtikintilayihə» institutu tərəfindən Ağayev Nadir Mirələkbər oğlunun tutduğu vəzifəsindən azad edilməsi barədə verilən 17 may 1971-ci il tarixli 111 №-li əmr etibarsız sayılsın.
2. Ağayev Nadir Mirələkbər oğluna maddi ziyan Azərbaycan KP və DTK tərəfindən vurulduğu üçün, layihə institutu təsərrüfat hesabı ilə işlədiyinə görə, bu ziyanı ödəmək imkanından məhrumdur.»

Əmrdən göründüyü kimi, mənə vurulan ziyan Azərbaycan KP və DTK tərəfindən olduğu üçün, layihə institutu bu ziyanı mənə ödəmək imkanından məhrumdur. Vurulan ziyanı ala bilməməyim bir yana qalsın, layihə institutunda o vaxt iş olmadığına və işçilərin ixtisarı getdiyinə görə həmin gün, yəni 15 fevral 1993-cü il tarixdə öz xahişimlə tutduğum vəzifəmdən azad edildim. Yeganə əmək staоım bərpa olundu.
Heydər Əliyevin mənə qarşı olan qeyri-insani əməllərinin nəticəsi olaraq maddi cəhətdən çox pis vəziyyətə düşdüm. Oxumaq həvəskarı olduğumdan, memarlıq və incəsənətlə bağlı zəngin kitabxanam vardı. Ailəmə çörəkpulu düzəltmək üçün məcburiyyət qarşısında, ürək ağrısı ilə kitablarımı satdım.
Qanunsuz həbs olunub uzunmüddətli cəmiyyətdən təcrid olunmağımla bağlı vurulan ziyanın qanuna müvafiq ödənilməsi ilə bağlı dörd dəfə məhkəmələrdə iddia qaldırdım. Lakin mənim həbsim və mənə vurulan ziyan Heydər Əliyevlə bağlı olduğu üçün məhkəmələr cürbə-cür bəhanələrə əl ataraq iddia ərizəmi icraata götürmədilər.
Mənə xəbər çatdı ki, o vaxtkı dövlət müşaviri Arif Rəhimzadə Ali Məhkəmənin sədri Xanlar Hacıyevə uzunmüddətli qeyri-qanuni cəmiyyətdən təcrid edilməyimlə bağlı mənə vurulan ziyanın necə ödənilə bilməsinin mümkünlüyü barədə telefon sorğusu etmişdir. X.Hacıyev isə A.Rəhimzadənin sorğusuna 7 mart 1994-cü il 1/22 saylı məktubla rəsmi cavab verib bildirmişdir ki, belə vəziyyətdə respublikada bir adam var. Ona görə də məqsədəuyğundur ki, vurulan ziyan dövlət səviyyəsində ödənilsin.
X.Hacıyevin qəbulunda olub, bu məktubla bağlı ona minnətdarlığımı bildirdikdən sonra, xahiş etdim ki, məni başa salsın, mənə vurulan ziyan dövlət səviyyəsində necə ödənilə bilər. Hal-hazırda Milli Məclisin deputatı, Hüquq siyasəti komissiyasının sədri olan Əli Hüseynov o vaxt X.Hacıyevin köməkçisi idi. Söhbətdə o da iştirak edirdi. X.Hacıyev bildirdi ki, bu Nazirlər Kabinetinin qərarı ilə olmalıdır. Belə məsələlər üçün xüsusi fond var. Sənə vurulan ziyan komissiya tətrəfindən qiymətləndirilməlidir. Sonra səni çağırıb deməlidirlər ki, sənə vurulan ziyanın dəyərini bu qədər qiymətləndiririk. Səninlə razılaşdıqdan sonra dəyən ziyanın bir hissəsini əmlak formasında, bir hissəsi də pulla ödənilə bilər. Məlumdur ki, sənin işin bütünlüklə Heydər Əliyevlə bağlıdır. Bu məsələnin məhkəmə yolu ilə həlli isə Heydər Əliyevə ləkə gətirə bilər. Dedim mənim də məqsədim sakitliklə, üzü hörmətli mənə vurulan ziyanı alıb, ailəmə dolanmaq üçün normal şərait yaratmaqdır.
Bu məsələnin həlli Heydər Əliyevin razılığına əsasən Nazirlər Kabineti tərəfindən həll oluna bilərdi. Lakin Heydər Əliyev məsələnin bu cür həlinə də razılıq vermədi.
Bakı şəhər IH-nin başçısı Rəfail Allahverdiyevlə münasibətim çox yaxşı idi. Mənim xahişimlə o məni qəbul etdi. Maddi cəhətdən çox çətinlik  çəkdiyimi ona bildirdim. Xahiş etdim ki, dolanmaq üçün mənə bir qeyri-yaşayış sahəsi versin. Orada bir iş görə bilim. O xahişimi təmin edib, bu məsələnin həllini Yasamal rayon IH-nin başçısı Arif Ağayevə həvalə etdi. A.Ağayev də Ş.Qurbanov küçəsi 2/15 saylı binanın (Bakıda beşmərtəbə adı ilə məşhur olan binanın) zirzəmisinin bir hissəsini mənə verdi. Lakin bura çox bərbad halda olduğundan, oranı normal vəziyyətə gətirib istifadə etmək üçün böyük vəsait lazım idi. Bizdə də belə pul yox idi. Dostum Mehdi Abbasovla (Hazırda «Bakinskiy raboçiy» qəzetində şöbə müdiridir.) özümüz müəyyən işlər gördük. Lakin ortaya bir şey çıxara bilmədik. Bir müddət sonra yenidən R.Allahverdiyevə müraciət etdim. Bu dəfə də o xahişimi təmin edib, zirzəmimin qarşısında olan boş sahəni manə kafe kimi istifadə etmək üçün verməklə yanaşı, hətta lazımi işlər görmək üçün maddi köməklik də etdi. Bu dəfə işlərimiz yaxşı getdi. Dostum Mehdi və mən ailəmizi dolandıra bildik və ev-eşiyimə də müəyyən əl gəzdirdim.
1998-ci ildə Hollandiyaya gedib, orada yaşamağım üçün real şərait yarandı. Xarici pasport alıb, planlaşdırdım ki,oktyabr ayında gedim. Dost-tanış arasında deyirdim ki, gedəndə özümlə Heydər Əliyevin bir şəklini də aparacağam. Hamısı gülüb deyirdi ki, nə üçün Heydər Əliyevin şəklini aparacaqsan? Deyirdim ki, ona nifrət əlaməti olaraq, Azərbaycan türklərinin qəddar düşməni kimi hər gün onun surətinə tüpürüb, lənətləyəcəyəm. Öləndən sonra isə, Bakıya qayıdıb qəbrini murdarlayacağam. Bu mərhələdə 7 sentyabr 1998-ci ildə Rizvan Vahabov yanıma gəlib, dedi ki,  məni Milli Məclisin sədri Murtuz Ələsgərov göndərib. O  səninlə söhbət etmək istəyir. M.Ələsgərov dedi ki, biz səni xaricə getməyə buraxmayacağıq. Məsləhət etdi ki, münasibətləri pozmayaq. Bakıda normal yaşamaq üçün sənə şərait yaradaq. Dedim mən təbiətimə görə indiki vaxtda dövlət strukturlarında işləyə bilmərəm. Çünki hər yerdə rüşvət götürmək və rüşvət verməkdir. Mən isə bu günə kimi nə rüşvət götürmüşəm və nə də ki, rüşvət vermişəm. Məqsədim qanunsuz  həbs olunub uzunmüddətli cəmiyyətdən təcrid olunmağımla bağlı mənə vurulan ziyanı qanuna müvafiq alıb, ailəmə normal şərait yaratmaqdır. Bu mümkün olmadıqda isə, Heydər Əliyevə nifrət əlaməti olaraq, onu lənətləyə-lənətləyə müvəqqəti xarici ölkədə yaşamaq. Söhbətin gedişindən mənə tam aydın oldu ki, xaricə getməyimin qarşısı tam alınacaq. Ona görə də özümə şərait yaratmaq məqsədilə minimum tələb kimi 100000 (yüz min) ABŞ dolları verilməsi məsələsini qaldırdım. (O vaxt 100000 ABŞ dollarına indikindən 4-5 dəfə artıq iş görmək olardı.) M.Ələsgərov da bunun bir hissəsini əmlak formasında, bir hissəsini də dollarla verilməsi ilə razılaşdı. Sonra mən şərt qoydum: əgər mənə toxunularsa, bilin ki, mən cavabsız qalmayacağam. O da məni arxayın etdi ki, respublikada normal yaşayıb, dolanmaq üçün mənə tam şərait yaradılacaq.
M.Ələsgərovu tanıyan hər bir adam çox yaxşı bilir ki, Həydər Əliyevin göstərişi olmasaydı, o, heç vaxt öz təşəbbüsü ilə məni çağıtdırıb, mənimlə belə söhbət etməzdi. Bu da o deməkdir ki, Heydər Əliyev mənim xaricə nə məqsədlə getməyimdən xəbər tutubmuş.
M.Ələsgərovla olan söhbətdən bir həftə sonra, 14 sentyabr 1998-ci ildə R.Vahabov yenidən mənim yanıma gəlib, bildirdi ki, Heydər Əliyevin qardaşı millət vəkili akademik Cəlal Əliyev səninlə söhbət etmək istəyir. Milli Məclisin arxasında yerləşən C.Əliyevin direktoru olduğu instituta getdik. O məni çox mehribancasına qarşıladı. Dedi sən bizim şərəfimizsən, ləyaqətimizsən .Səni xaricə buraxmayacağıq. Burada sənin hamıdan yaxşı yaşamaq haqqın var. M.Ələsgərovla olan söhbət onunla da təkrarlandı. O, M.Ələsgərovun qarşısında qoyduğum tələblərdən başqa əlavə vədlər də verdi. Mən də onları kişi sayıb, verdikləri sözlərə inandım. Lazımi yerlərə xəbər çatdırdım ki, artıq vətənimdə mənə normal şərait yarandığı üçün xarici ölkəyə getmək fikrindən yayındım. Lakin nə M.Ələsgərov və nə də C.Əliyev bir kişi kimi verdikləri sözlərin üstündə tam dayanmadılar. Minimum tələbimi əmlak formasında 40 faiz təmin etməklə kifayətləndilər.
M.Ələsgərovla C.Əliyevin sözlərinin üstündə durmamaları bir yana qalsın, Heydər Əliyev tayfasına  məxsus olan ənənəvi metodla məni maddi imkanlardan məhrum edib, terrorlaşdırmaq məqsədilə mənə qarşı cürbəcür çirkin əməllərdən istifadə etməyə başladılar. Mənim də bütün günüm bunlara yeganə silahım olan, qələmimlə kəsərli cavab verməklə keçdi.
Hacıbala Abutalıbov Nazirlər Kabinetinin sədr müavini olmamışdan bir qədər əvvəl, 1999-cu ildə mənə telefon edib, mənimlə çox vacib bir məsələ barədə söhbət etmək istədiyini bildirdi. O dedi ki, Heydər Əliyev məni R.Allahverdiyevin yerinə Bakı şəhərinin meri təyin edəcək. Sən Heydər Əliyevdən vurulan ziyanın ödənilməsi barədə iddiadan əl çək. Mən Bakının meri təyin olunandan sonra sən mənim birinci adamım (1-ci müavin nəzərdə tutulur.) olacaqsan. Dedim Hacıbala müəllim mən indiki dövrdə dövlət strukturlarında işləyə bilmərəm. Çünki bu günə kimi mən nə rüşvət götürmüşəm və nə də rüşvət vermişəm. O dedi ki, sən heç kimdən rüşvət istəməyəcəksən. Özləri verəcək. Dedim belə iş mənlik deyil. Bundansa mənə vurulan ziyan qanuna müvafiq ödənilsin. Mən də heç kimdən asılı olmayaraq rahat yaşayım.
2001-ci ilin əvvəlində H.Abutalıbov Bakının meri təyin edildi və o, ilk fəaliyyətini şəhəri zir-zibildən və küçə alverindən təmizləməklə bərabər, eyni zamanda da qanunsuz tikililəri sökməyə başladı. Lakin, çox təəssüflər olsun ki, qanunsuz küçə alveri və qanunsuz tikililərlə mübarizə adı altında bir çox kasıb-kusublar gündəlik çörəkpulu çıxardıqları qanuni köşklərindən məhrum oldular, rüşvət və əyri-üyrü yollarla tikilmiş qanunsuz tikililərə isə toxunan belə olmadı. Çanaq kasıb-kusubun  başında partladı, onlardan da biri mən oldum.
7 fevral 2001-ci ildə axşam saat 23 radələrində yay kafemdən mənə telefon edib dedilər ki, indi Yasamal rayon IH-dən gəlib xəbərdarlıq etdilər ki, kafem sabah səhər saat 10-da söküləcək. Bununla əlaqədar səhər ora getdim. Yasamal rayon IH-nin nümayəndələri maşın və avtokran gətirib dedilər ki, köşklərinizi boşaldın. Köşkləri aparırıq. Onlara bildirdim ki, burada nə varsa, hamısı mənim şəxsi əmləkımdır. Həmçinin burada nə tikili varsa, hamısı Baş Memarlıq idarəsi ilə rəsmi razılaşdırılıb, Bakı şəhər IH-i ilə razılaşdırılmış Yasamal rayon IH-i tərəfindən verilmiş sərəncam əsasənda qanuna müvafiq tikilmişdir, o cümlədən də iki köşküm də baş planda göstərilən cizgiyə əsasən qanuna müvafiq qoyulmuşdur. Siz kimsiniz ki, mənim şəxsi əmlakımı aparırsınız? Bu vaxt polislər quzğun kim töküldülər və hamısı qarğa kimi hay-küy salaraq dedilər ki, göstəriş yuxarıdandır. Onlara dedim: «Respublikanın  prezidenti Heydər Əliyevə xəbər edin, o əvvəl məni öldürsün, sonra mənim şəxsi əmlakımı aparın».
Bu vaxt R.Vahabov mənə telefon edib, dedi: «H.Abutalıbov ətrafı sökdüyünə görə artıq-söz söhbət olmasın deyə sənin də obyektini sökür. Bilirsən ki, Hacıbala müəllim sənə hörmət edən adamdır. O, bunun əvəzində sənə ondan da yaxşı şərait yaradacaq. Ona görə də heç narahat olma, özü səni yanına çağıracaq».
Fevralın 24-də H.Abutalıbov məni yanına çağırdı. O dedi: «Şəhərdə təmizlik işləri görüb, qanunsuz tikililərin  sökülməsi ilə yanaşı, prezidentin göstərişi ilə onun kortecinin keçməsi ehtimal olunan küçələrdən bütün yaz-yay kafeləri və köşklər götürülməlidir. Sənin yay kafendə qara siyahıya düşüb. Ona görə də həmin yerdən yaz-yay kafesi kimi istifadə olunmasına bir daha icazə verilməyəcək». Sonra dedi ki,  5 mərtəbənin binasında özəlləşməmiş qeyri-yaşayış sahəsi varsa, kafenin əvəzində onu sənə verim. Dedim eləsi yoxdur. Dedi onda çalışaram Fizuli meydanında sənə yaz-yay kafendən də yaxşı bir yer düzəldim. Mənə də tapşırdı ki, ətrafı nəzərdən keçirim, əgər oralarda  özəlləşməmiş bir qeyri-yaşayış sahəsi olarsa, onu yaz-yay kafenin əvəzində sənə verim.
Yasamal rayon MKTI-də oldum. Öyrəndim ki, kafemin yaxınlığında özəlləşməmiş bir qeyri yaşayış sahəsi var. Icarə müddətinin vaxtı bir ildən artıq keçib, yeni icarə müqaviləsi bağlamayıb və iki ildir ki, icarə haqqı da ödəmir. Martın 12-də ikinci dəfə H.Abutalıbovun yanında olub, bu barədə ona məlumat verdim. O, Bakı şəhər Mənzil Təsərrüfatı Departamentinin rəisi Ənvər Quliyevə telefon edib,  tapşırdı ki, yanına adam göndərirəm. Onu  dinlə və həmin yerin sənədlərini araşdırıb, ona məlumat versin.
Sonra o, mənə dedi ki, bu yeri sənə verəcəyəm. Oğlunun da adından bir ərizə yaz. Ona da dolanmaq üçün bir yer verərəm. Oğluma verilə biləcək 16 kvm-lik yeri də dəqiqləşdirdik. Sonra o dedi ki, ancaq bu məsələləri prezidentlə də razılaşacağam. Mən durub getmək istəyirdim. O dedi gözlə. Istirahət otağına keçdi və əlində gətirdiyi dolları mənim cibimə qoydu. Ona dedim ki, mənə belə köməklik lazım deyil. Rahat dolanırdım. Mənim məsələmi tez həll edin ki, heç kimdən asılı olmayım. Cavab verdi ki, biz dostuq, qardaşıq. Sənin vəziyyətini yaxşı başa düşürəm. Hələlik dolanmaq üçün bunu götür. Çalışaram sənin məsələni tez həll edim. Bayıra çıxanda gördüm ki , o, mənim cibimə 500 (beş yüz) ABŞ dolları qoyub.
Sual olunur: bu məsələni həll etmək üçün respublika prezidentindən razılıq almağa ehtiyac vardımı? Əsla yox! Mən H.Abutalıbovu yaxşı başa düşdüm, ona görə də dillənmədim. Şübhəsiz, əgər mən yox, başqa bir adam olsaydı H.Abutalıbov belə etməzdi. Çünki bu məsələnin həlli bilavasitə H.Abutalıbovun öz səlahiyyətindədir. Lakin, H.Abutalıbov yaxşı bilirdi ki, prezident Heydər Əliyevin ətrafına torladığı yaltaqlardan biri sabah ona deyə bilər ki, H.Abutalıbov Nadir Ağayevə yeni bir obyekt verib. Ola bilsin ki, bu da Heydər Əliyevin narazılığına səbəb ola bilərdi. Ona görə də o özünü sığorta etmək üçün qabaqcadan Heydər Əliyevdən razılıq almaq istədi.
Ə.Quliyevin yanında oldum. O, müavini Yaşar Əliyevə mənimlə həmin yerə baxış keçirməyi və Yasamal rayon MKTI-də sənədlərin araşdırılmasını tapşırdı. H.Abutalıbova verdiyim məlumat təsdiqləndi. Aprelin 23-də üçüncü dəfə H.Abutalıbovun yanında olanda isə, aydın oldu ki, Heydər Əliyev dövlət səviyyəsində olan reketçilik və quldurluq yolu ilə söküb dağıtdırdıqları qanuni yaz-yay klafemin əvəzində,  yaxınlıqda olan  qeyri-yaşayış sahəsinin mənə verilməsinə razılıq verməyib. Artıq hər şey məlum oldu.
Bütün bunları nəzərə alaraq, mən də Səbail Rayon Məhkəməsində qanuna müvafiq olaraq, rəsmi sənədlər və konkret faktlar əsasında Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevə, AR Milli Məclisinin sədri Murtuz Ələsgərova, Milli Məclisin üzvü akademik Cəlal Əliyevə  və Bakı şəhər IH-i başçısı Hacıbala Abutalıbova qarşı «Şərəf və ləyaqətin müdafiəsi və vurulan maddi və mənəvi ziyanın ödənilməsi barədə» iddia qaldırıb, məhkəmədən xahiş etdim:
«1. AR-nın prezidenti Heydər Əlirza oğlu Əliyevə  qarşı etdiyim yaxşılıqların əvəzində, onun mənə qarşı etdiyi ağır nəticələrə səbəb olan ədalətsiz və qeyri-insani əməllərinə və bununla əlaqədar olaraq şərəf və ləyaqətimin tapdandığına görə məndən mətbuat və televiziya vasitəsi ilə üzr istəməsi barədə;
2. AR-nın prezidenti Heydər Əlirza oğlu Əliyevin mənə qarşı olan ədalətsiz və qeyri-insani əməlləri nəticəsində mənə vurulan uzunmüddəti maddi və mənəvi ziyanın dəyəri 1.000.000 (bir milyon) ABŞ dolları məbləğində dəyərləndirilsin və bu məbləğin Heydər Əlirza oğlu Əliyev tərəfindən mənə ödənilməsi barədə;
3. AR-nın Milli Məclisinin sədri Murtuz Nəcəf oğlu Ələsgərovun mənim xarici ölkəyə yaşamağa getməyimin qarşısını almaq üçün etdiyi vədə tam əməl etməməsilə əlaqədar sonradan çəkdiyim mənəvi sarsıntılarla bağlı mənə vurulan maddi və mənəvi ziyanın məbləği 200.000 (iki yüz min) ABŞ dolları məbləğində dəyərləndirilsin və bu məbləğin Murtuz Nəcəf oğlu Ələsgərov tərəfindən mənə ödənilməsi barədə;
4. AR-nin Milli Məclisinin üzvü akademik Cəlal Əlirza oğlu Əliyevin mənim xarici ölkəyə getməyimin qarşısını almaq üçün etdiyi vədə tam əməl etməməsilə əlaqədar sonradan çəkdiyim mənəvi sarsıntılarla bağlı mənə vurulan maddi və mənəvi ziyanın məbləği 200.000 (iki yüz min) ABŞ dolları məbləğində dəyərləndirilsin. Akademik C.Əliyevin mənə 40.000 (qırx min) ABŞ dolları məbləğində əmlak formasında köməkliyi nəzərə alınıb, iki   yüz min dollarından bu 40.000 (qırx min) ABŞ dolları çıxarılsın. Qalan 160.000 (yüz altımış min) ABŞ dollarının  akademik Cəlal Əlirza oğlu Əliyev tərəfindən mənə ödənilməsi barədə;
5. Bakı şəhər IH-i başçısı Hacıbala Ibrahim oğlu Abutalıbovun qabaqcadan heç bir xəbərdarlıq edilmədən dövlət səviyyəsində olan reketçilik və quldurluq metodu ilə mənim qanuni yaz-yay kafemi darmadağın etdirməsi, tutduğu vəzifəsindən sui-istifadə edib, vəzifə səlahiyyətini aşıb iki köşkümü, 5 stolumu və 31 stulumu qeyri-qanuni konfiskasiya etməsi ilə bağlı mənə vurulan maddi ziyanın dəyəri 50.000 (əlli min) ABŞ diolları məbləğində və mənəvi ziyanın dəyəri isə 300.000 (üç yüz min) ABŞ dolları məbləğində dəyərləndirilsin. H.Abutalıbov tərəfindən mənə vurulan ziyanın ümumi dəyəri 350.000 (üç yüz əlli min) ABŞ dolları məbləğində dəyərlqəndirilsin. Nəzərə alınsın ki, H.Abutalıbov 500 (beş yüz) ABŞ   dolları məbləğində mənə maddi  köməklik etmişdir. Bu 500 (beş yüz) ABŞ dolları mənə H.Abutalıbov tərəfindən ödəniləcək 350.000 (üç yüz əlli min) ABŞ dollarından çıxarılsın. Hacıbala Ibrahim oğlu Abutalıbov tərəfindən mənə 349.500 (üç yüz qırx doqquz min beş yüz) ABŞ dolları ödənilməsi barədə qətnamə çıxarılsın».

Iddia ərizəmlə Səbail Rayon Məhkəməsinin sədri Inqilab Nəsirovun qəbulunda oldum. O, iddia ərizəm və ona əlavə olunmuş sənədlərlə tanış olub, iddia ərizəmdə heç bir qüsur və nöqsan tapmadıqdan sonra dedi: «Qanunvericilikdə respublika prezidentinə qarşı iddia qaldırmaq nəzərdə tutulmayıb».
Onu başa saldım ki, kimliyindən asılı olmayaraq respublika vətəndaşlarının hamısı qanun qarşısında bərabərdir və eyni hüquqa malikdir. Azərbnaycan Respublikasının qanunları respublika prezidentinə də şamil olunur. Mənim izahatımdan sonra o dedi: «Mən bu iddia ərizəsini qəbul etməyəcəyəm».
Sonra mən də iddia ərizəmi poçtla göndərib, məktubda qeyd etdim: «Qanunu bilmək və ona hörmət etmək hər bir hakimin müqəddəs və eyni zamanda da vəzifə borcudur. Mənə bir vətəndaş kimi hörmət etməyə bilərsiniz. Bu sizin şəxsi işinizdir. Ancaq tutduğunuz vəzifəyə görə isə qanuna hörmət etməyə borclusunuz. Xahiş edirəm qanuna müvafiq olaraq iddia ərizəmi qəbul edəsiniz. Əgər icraata götürməyirsinizsə, onda bu barədə qanuna müvafiq əsaslandırılmış qərardad çıxarıb,  surətini mənə verin».
Iddia ərizəm poçtla  rəsmi şəkildə I.Nəsirova çatdıqdan sonra təkrarən onun qəbulunda oldum. Bu dəfə o dedi: «Mən bu cavabdehlərin yanında kiməm ki, onları məhkəməyə çağırım. Mən bu işə baxa bilmərəm». Mən də dedim ki, iddia ərizəm məhkəməyə poçtla rəsmi daxil olub və qeydiyyatdan da keçib. Xahiş edirəm ki, siz də cavabınızı mənə rəsmi verin. Uzun sürən süründürməçilikdən sonra Ali Məhkəmənin o vaxtkı sədri Sudabə Həsənova məni çağıtdırdı. O bu iddiadan əl çəkməyimi məsləhət bildi. Mən isə onunla razılaşmadım. Iş belə də qaldı.
Bütün bu yuxarıda yazılanlardan sonra qərara gəldim ki, ömrümün sonuna kimi Heydər Əliyevi ifşa etməklə məşğul olum. Əvvəl Heydər Əliyev haqda qəzetlərdə yazılar dərc etdirirdim. Qəzetlər yazılarımda ixtisarlar edirdi, bəzən də dərc etmirdilər. Bu vaxt aramızda qarşılıqlı hörmət olan Nəzir Əhmədovla rastlaşdım. (N.Əhmədov keçmiş Sovet quruluşu dövründə Zaqatala və Abşeron rayonlarının birinci katibi olmuşdu. Müstəqillik dövründə isə bir müddət Şəki raron IH-nin başçısı olmuşdu.) Məqsədimi ona söylədim. O məsləhət bildi ki, bir daha qəzetlərdə dərc etdirmək üçün yazılar yazmayım. Dedi ki, Heydər Əliyevi ifşa etməyin ən yaxşı yolu onun haqda kitablar yazmaqdır. Onun məsləhətini qəbul etdim. 1998-ci ildə prezident seçkiləri  vaxtı mən prezidentliyə namizəd Əşrəf Mehdiyevin vəkili olmuşdum və onun çıxışlarını hazırlayanladan biri də mən idim. Həmin dövrdə ora Heydər Əliyevlə bağlı daxil olan sənədləri götürdüm. Sonra Nəzir Əhmədovun evinə gəldim. O da Heydər Əliyevlə bağlı özündə olan materialları mənə verdi. 2002-ci ildə Heydər Əliyevin tərcümeyi halı və fəaliyyəti haqda iki cildlik «Fəlakətlərimizin baiskarı» kitabını yazdım. Azərbaycanda olan mətbəələr Heydər Əliyevin qorxusundan bu kitabı çap etmək məsuliyyətini öz üzərlərinə götürmədilər. Mənim də marağım kitabı Heydər Əliyevin sağlığında çap etdirib, münasibət bildirməsi üçün bir nüsxəsini onun özünə göndərmək idi. Ona görə də lazımi avadanlıqlar alıb, 2003-cü ilin əvvəlində kitabı özüm çap etdim və kitabın birinci nüsxəsini münasibət bildirməsi üçün Heydər Əliyevin özünə göndərdim. Heydər Əliyev isə öz susmağı ilə kitabda yazılanlarla tam razılaşdığını bildirdi.
Oxucuların müzakirəsinə verdiyim bu «Fəlakətlərimizin baiskarı» kitabı müəyyən əlavələrlə kitabın 3-cü nəşridir. Ümumilikdə bu kitab 2000 nüsxədən artıq çap olunub və 20-dən artıq ölkəyə gedib. Bu günə qədər bu kitabla bağlı mənə nə yazılı və nə də şifahi mənfi fikir söyləyən olmayıb. Mənə ancaq təşəkkürlər deyilib. Sonra da oxucuların müzakirəsinə verdiyim «Varis» və iki cildlik «Ilhamlı günlər» kitablarını yazmışam. Sağlamlıq durumum imkan versə «Kriminal dövlət» kitabımı da tamamlayıb, oxucuların müzakirəsinə verəcəyəm. Bildirirəm ki, mən bu kitabları yazıb çap etməkdə pul qazanmaq məqsədi güdmürəm. Əsas məqsədim Heydər Əliyevi ifşa etməkdir. Kitabları məndən götürənlərdən 10 nəfərdən Heydər Əliyevə nifrət edən adamlardan 2-3 nəfəri cibimə pul qoyur. Bu pullar da kitabın nüsxələrini artırmaq üçün kağız, toner və başqa lazımlı şeyləri almağa kifayət edir.
Qeyd edirəm ki, hal-hazırda da məni öz evimdə rahat oturmağa belə qoymurlar. Mənə qarşı məmur, hüquq-mühafizə və məhkəmə orqan əməkdaşlarının qeyri-qanuni, özbaşınalıq, quldurluq və banditlik əməlləri davam etməkdədir. Artıq mən buna öyrəşmişəm. Mən də yeganə silahım olan qələmimi işə salıb, Heydər Əliyevi lənətləyə-lənətləyə bunlara layiqli cavab verirəm. Bununla bağlı Heydər Əliyevin varisi Ilham Əliyevə dəfələrlə yazılı müraciət edib, xashiş etmişəm ki, məmur, hüquq-mühafizə və məhkəmə orqan əməkdaşları ilə keçirdiyi mışavirələrdə bəyan etsin ki , kim onu və atası Heydər Əliyevi söydürmək istəyirsə gəlib mənə sataşsınlar.
Artıq mən qocalmışam. Indi 74 yaşım var. Bir yandan yaş, digər yandan da çəkdiyim 18 illik zülmlər öz təsirini göstərməkdədir. Tarix boyu xalq ədalətsiz ölkə başçılarını lənətləyib, lənətləyir və lənətləyəcək də. Mən də Heydər Əliyevə etdiyim yaxşılıqların əvəzində, onun mənə qarşı olan ədalətsiz və qeyri-insani əməlləriylə bağlı son nəfəsimə kimi onu lənətləyəcəyəm və respublikaya, Azərbaycan xalqına, xüsusən də Azərbaycan türklərinə bəla gətirmiş əliyevçiliyi ifşa etməklə məşğul olacağam. Eyni zamanda da oxuculara bildirirəm ki, mənim heç bir adamla nə düşmənçiliyim və nə də şəxsiqərəzçiliyim yoxdur. Mənim həyatımın bir düşməni olmuşdur ki, o da Heydər Əliyevdir. Onun varisi – oğlu Ilham Əliyev isə indi Azərbaycan Respublikasının prezidentidir. Ona görə də bildirirəm ki, mənə və ya ailə üzvlərimə qasrşı hər hansı bir təxribat baş vermiş olarsa, bunun məsuliyyəti bütünlüklə Heydər Əliyevin varisi Ilham Əliyevin üzərinə düşməlidir.