«MUÇUQ OYUNU»NDA NƏLƏR VAR?!

16. «MUÇUQ OYUNU»NDA NƏLƏR VAR?!

Sabiq Milli Təhlükəsizlik naziri Nəriman Imranov da «Muçuq oynu»nda nələr var?!» adlı pamfletində Heydər Əliyevin bu dünyada törətdiyi bəd əməllərinə görə cənnətə yox, cəhənnəmə düşməsindən və inkir-minkirlərin suallarına cavab verməsindən yazır. Bu barədə «Xural» qəzeti 27 sentyabr – 3 oktyabr 2009-cu il tarixli 036 (348)-ci sayında məlumat verir. Yazıda deyilir: «Muçuq» bəzi bölgələrdə insanın arxa hissəsində, bel çanağının tən ortasında yerləşən düyməcik kimi bir şeyə deyilir. Onun üzərindən basanda ətrafa çox üfunətli və pis qoxular yayılır. Rəvayətə görə, cənnətə düşənün muçuqundan yaxşı, cəhənnəmə düşənin muçuqundan isə pis qoxular gəlir.» Continue reading

Posted in İlhamlı günlər (II-ci kitab) | Comments Off

NIYƏ DÖVLƏT MÜSTƏQILLIYI GÜNÜ DÖVLƏT SƏVIYYƏSINDƏ BAYRAM EDILMIR?

13. NIYƏ DÖVLƏT MÜSTƏQILLIYI GÜNÜ DÖVLƏT SƏVIYYƏSINDƏ BAYRAM EDILMIR?

1991-ci il 18 oktyabr tarixi Azərbaycan xalqının yaddaşında şanlı gün kimi həkk olunsa da, təəssüf ki, sonradan 2003-cü ildə hakimiyyəti zəbt edən Heydər Əliyev antimilli rejimi və onun başında duranlar Azərbaycan xalqından sanki qisas alırmış kimi bu tarixi günü unutdurmağa, üstündən qara xətt çəkməyə çalışmaqdadırlar. Bu tarixi günü bayram etməyi yasaqlamaq dediklərimizə ən bariz sübutdur. Müstəqillik gününün 13-ci ilində də belə oldu. Dövlət başçısı Ilham Əliyev 18 oktyabr günü bilərəkdən səfər bəhanəsi ilə ölkəni tərk etdi. Görünür, o, belə hesab edir ki, bu onun üçün bayram deyil. Demək olar ki, Milli Istiqlaliyyət günü rəsmi şəkildə bayram edilmədi. Bəs görəsən, bu müstəqillik asanlıqlamı başa gəlib? Xeyr! Onlarla, bəlkə də yüzlərlə vətən oğlu Azərbaycanın müstəqilliyi uğrunda ömrünü həbsxanalarda çürüdüb, bu yolda canını qurban verib. Proses hələ də davam etməkdədir. Continue reading

Posted in İlhamlı günlər (II-ci kitab) | Comments Off

VARISIN SONSUZ YALANLARI…

2. VARISIN SONSUZ YALANLARI…

Ilham Əliyev 11 mart 2004-cü ildə YAP-ın Idarə Heyətinin iclasında, sonra da Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasında iştirak edib. Iştirak etdiyi yerlərdə elə fikirlər söyləyib ki, onları ağ yalandan başqa heç nə adlandırmaq olmaz. I.Əliyevin YAP-ın Idarə Heyətinin iclasında söylədiyi ağ yalanlara «Yeni Müsavat» qəzetinin əməkdaşı GÜNEL xanım («Yeni Müsavat», 13.03.2004-cü il), AŞ PA-nın yaz sessiyasındakı çıxışı zamanı söylədiyi ağ yalanlara isə müstəqil jurnalist Şahvələd Çobanoğlu («Yeni Müsavat», 04.05.2004-cü il) aşağıdakı münasibəti bildirmişlər. Continue reading

Posted in İlhamlı günlər (II-ci kitab) | Comments Off

ILHAMLI GÜNLƏR (2-ci hissə)

Nadir Ağayev. ILHAMLI GÜNLƏR2-ci hissə. Bakı, «Kəhkəşan» nəşriyyatı.
2010-ci il. 242 səh. Sayı 500

MÜƏLLIFDƏN

Hörmətli oxucu! Iki hissədən ibarət «ILHAMLI GÜNLƏR» kitabı Heydər Əliyevin tərcümeyi-hali və həyat fəaliyyətiylə bağlı yazdığım iki cildlik «Fəlakətlərmizin baiskarı» və «Varis» kitabının ardıdır.
Kitabın yazılmasında «Azərbaycan», «Xalq qəzeti», «Respublika», «Yeni Azərbaycan», «Iki Sahil», «Yeni Müsavat», «Bakı-Xəbər», «Azadlıq», «Femida», «Vəhdət», «Impuls», «Yeni Istiqlal», «Şərq», «Ayna», «24 Saat», «Gündəlik Azərbaycan», «Realnıy Azerbaydjan», «Vedomosti», «Bizim Gündəm» qəzetlərində və «Monitor», «Hesabat», «Müsavat», «Azadlıq» jurnalında, Hacı Məmmədov, Əli Insanov və Fərhad Əliyevin həbsləri və məhkəmə prosesləri ilə bağlı «Azadlıq» qəzetinin xüsusi buraxılışlarında dərc olunmuş materiallardan və həmçinin Əlaqəçi Məşvərət Şurası tərəfindən 2004-cü ildə çap olunmuş «15 oktyabr 2003-cü il prezident seçkiləri» kitabında və «Parlament – 2005» Hüquqşünasların seçki bloku təfindən dərc olunmuş «Şərti Konstitusiya Məhkəməsi Plenumunun Qərarı» adlı kitabçada dərc olunmuş materiallardan istifadə olunmuşdur. Kitabın birinci nəşri 2007-ci ildə olmuşdur. Bu nəşrinə isə 16, 18, 22 və 23-cü bölmələr əlavə olunmuşdur. Continue reading

Posted in İlhamlı günlər (II-ci kitab) | Comments Off

HEYDƏR ƏLIYEV SAĞLIĞINDA SEÇKI MƏSƏLƏSINI HƏLL EDIBMIŞ

57. HEYDƏR ƏLIYEV SAĞLIĞINDA SEÇKI MƏSƏLƏSINI HƏLL EDIBMIŞ

Yuxarıda qeyd olunanlardan açıq-aydın görünür ki, Azərbaycan iqtidarı, MSK-sı və MDB ilə Türkiyənin müşahidəçələr missiyasnın bəyan etdikləri kimi Azərbaycanda heç də demokratik, ədalətli və azad seçki keçirilməmişdir. Azərbaycan Respublikası Prezident seçkisi görünməmiş qanun pozuntuları ilə müşayət edildi. Seçkilərin saxta nəticələrini qanuniləşdirməkdən ötrü müxalifətdən olan Dairə və Məntəqə Seçki komissiyalarının katibləri, üzvləri polis idarəsinə aparılaraq saxta protokollara imza atmağa məcbur edildilər.

Continue reading

Posted in İlhamlı günlər (I-ci kitab) | Comments Off

AMERIKA YENƏ SAXTA SEÇKINI PISLƏDI

50. AMERIKA YENƏ SAXTA SEÇKINI PISLƏDI
ABŞ-ın ATƏT-dəki  nümayəndəsi, səfir Stefan Maynakis Cənubi Qafqaz ölkələrində keçirilən seçkilərlə bağlı daha bir açıqlama verib. O, Ermənistanda və Azərbaycanda keçirilən seçkilərin demokratik standartlardan çox uzaq olduğunu bildirib: «Ermənistanda Robert Köçəryanın, Azərbaycanda Ilham Əliyevin hakimiyyətə gəlməsini təmin edən seçkilər beynəlxalq müşahidəçilərin əksəriyyətinin verdiyi rəyə görə, kütləvi saxtakarlıq və qanun pozuntuları ilə müşayiət olunub… Indiyə qədər Azərbaycanda və Ermənistanda seçkilərin ATƏT standartları ilə heç cür üst-üstə düşmədiyi yaddan çıxarılmamalıdır.» Continue reading

Posted in İlhamlı günlər (I-ci kitab) | Comments Off

ATƏT-dən REPRESSIYALARLA BAĞLI SƏRT BƏYANAT

31. ATƏT-dən REPRESSIYALARLA BAĞLI SƏRT BƏYANAT
Oktyabrın 20-də ATƏT-in Azərbaycanda baş verənlərlə bağlı növbəti bəyanatı yayılıb. «Azad Avropa» radiostansiyasının məlumatına görə, Kristian Strohal Azərbaycanda son günlər aparılan kütləvi repressiyaları kəskin pisləyib. Strohal bildirib ki, ölkədə faktiki olaraq müxalifətin darmadağın edilməsi prosesi gedir. «Bizə çatan məlumatlara görə, yüzlərlə adam, müxalifət liderləri və seçki komissiyalarının müxalifətdən olan və seçki protokollarını imzalamayan üzvləri, müxalifət partiyalarının üzvləri həbs olunub. Biz Azərbaycan hakimiyyətini repressiyaları dərhal dayandırmağa və ATƏT qarşısında öz üzərinə götürdüyü öhdəliklərə əməl etməyə çağırırıq», - deyə Strohal bildirib. Continue reading

Posted in İlhamlı günlər (I-ci kitab) | Comments Off

JURNALISTLƏRIN DÖYÜLMƏSI KƏSKIN PISLƏNIR

Bir sıra beynəlxalq təşkilatların rəhbərləri Azərbaycanda jurnalistlərin döyülməsi, oğurlanması və təzyiqlərə məruz qalmalarını pisləyən bəyanatlar yayıblar.
Mərkəzi qərargahı Brüsseldə yerləşən Beynəlxalq Jurnalistlər  Federasiyası məsələlərlə bağlı Azərbaycan hökumətinə etiraz məktubu göndərib. Məktubda ölkəmizdə demokratiyaya və jurnalistlərə qarşı cinayətlər, 73 KIV işçisinin vəhşicəsinə döyülməsi tənqid edilir. Təışkilatın baş katibi Eydn Vayt seçki dövründə bu cür hərəkətlərin qətiyyən yolverilməz olduğunu bildirir: «Hökumət bu yolla seçkinin legitimliyi məsələsindən ortaya çıxan problemləri ört-basdır etmək istəyir. Bu, ilham Əliyev hakimiyyətinin zorakı başlanğıcıdır.»  Məktubda «Yeni Musavat» əməkdaşlarının başqa qəzet redaksiyasında məskunlaşması, qəzetin bir neçə işçisinin həbs olunması, baş redaktorun şəxsən, nazir Ramil Usubovla danışması və nazirin təminatından sonra R.Arifoğlunun naməlum  adamların hücumuna məruz qalması faktları pislənir. Məktubda, həmçinin, «Avropa» qəzetinin redaktoru Azər Qraçənlinin itməsi, televiziyada nümayiş etdirilən kadrlarda onun məhz polis işçisi tərəfindən aparılması faktları da sadalanır və təcili olaraq bu jurnalistin tapılması tələb olunur. Eydn Vayt Azərbaycanda yurnalistlərin öz peşə vəzifələrini yerinə yetirmələri üçün şərait yaradılmasını tələb edir: «Bu, sadəcə, insanlar və media işçilərinin təhlükəsizliyi məsələsi deyil, həm də, qanunların rolu və demokratiyanın özünütəsdiqi üçün vacib şərtdir.» Continue reading

Posted in İlhamlı günlər (I-ci kitab) | Comments Off

NORVEÇ VƏ ABŞ SƏFIRLƏRININ MÜNASIBƏTI

16. NORVEÇ VƏ ABŞ SƏFIRLƏRININ MÜNASIBƏTI
Norveçin ölkəmizdəki səfiri Steynar Gil bir qrup jurnalisti qəbul edərək son günlər şahidi olduğu hadisələr barədə fikirlərini açıqladı.
Diplomat 15 oktyabrda Musavat qərargahı önündəki, eləcə də, oktyabrın 16-da özünün şahidi olduğu hadisələrlə bağlı çox narahat olduğunu qeyd edərək, bunu xarici işlər naziri Vilayət Quliyev və Prezident Aparatının şöbə müdiri Novruz Məmmədovun nəzərinə çatdırdığını bildirdi. Səfirin sözlərinə görə, o, Azərbaycan üçün bu «reklam»ın çox sərfəsiz olduğunu rəsmlərə xatırladıb. Continue reading

Posted in İlhamlı günlər (I-ci kitab) | Comments Off

MÜŞAHIDƏÇILƏRIN ATƏT-ə AÇIQ MƏKTUBU

10. MÜŞAHIDƏÇILƏRIN ATƏT-ə AÇIQ MƏKTUBU
Oktyabrın 15-də keçirilən prezident seçkilərində total saxtakarlığa yol verilməsi beynəlxalq müşahidəçilər tərəfindən təsdiqlənib. Şərqi Avropa ölkələrindən 188 birləşmiş müşahidəçi qrupuna daxil olan ATƏT-in Polşa müşahidəçiləri edilən saxtakarlıqla bağlı sözügedən quruma açıq məktub yazıblar. Məktubda göstərilir: Continue reading

Posted in İlhamlı günlər (I-ci kitab) | Comments Off