Nəticələr

Rəsmi sənədlər və konkret faktlara istinadən yuxarıda yazılanlarla tam sübut olunur:

1. Heydər Əliyevin atası Əlirza müsəlman kürdüdür. Onun üç arvadı olub: birinci və üçüncü arvadı kürd, ikinci arvadı isə Satanik adlı erməni qadını. Bu erməni qadınının birinci əri yrzdi kürdü olmuşdur. Heydər də yezdi kürdündən olan uşaqdır. Heydər hələ ana bətnində olanda, doğma atası – yezdi kürdü dünyasını dəyişir. Heydər anasının qucağında körpə olduğu vaxt Əlirzaya ərə gəlir və anası da körpənin atasının adını Əlirza yazdırır. Continue reading

Posted in Fəlakətlərimizin baiskarı (I-ci kitab) | Comments Off

…(davamı)

Rövşən Cavadov

Rövşən Cavadov

R.Cavadovun atası Bəxtiyar Cavadovun «Təzadlar» qəzetinə (5-12 mart 2002-ci il) 1995-ci il martın 13-17-də baş verən hadisələrə dair yazısından: «Rövşənə Naxçıvan MTN-in işçisi Əmiraslan Rza oğlu Əliyev atəş açmışdı və ona görə də o, öldürüldü. Onun etdiyi sui-qəsd də Rövşənin ölümünə səbəb olmuşdu. Əmiraslan Əliyevi hazırlayıb terror üçün yola salan «Laba» ləqəbli Mübariz gördüyü işlə hələ də fəxr edir.» Continue reading

Posted in Fəlakətlərimizin baiskarı (II-ci kitab) | Comments Off

QƏBRI DAŞ-QALAQ EDILMIŞ DIKTATOR

«Tarixi ibrət…
Dünyada Qvineya adı ilə bağlı beş ölkə vardır. Qvineya Bisau, Qvineya Respublikası, Ekvatorial Qvineya, Qvineya Popua və Yeni Qvineya. Söhbətimiz Qvineya Respublikası bərədədir. Continue reading

Posted in Fəlakətlərimizin baiskarı (II-ci kitab) | Comments Off

davamı…

Ölkənin tanınmış siyasət adamlarının və mətbuat orqanlarının Azərbaycanda PKK-nın fəaliyyətinə dair verdikləri məlumatlarla bağlı Azərbaycan hökuməti nəinki bu terrorçu təşkilata qarşı mübarizə aparır, əksinə, təhlükə barədə məlumat verən siyasətçiləri təqib edir, qəzetlərin maddi cəhətdən müflisləşib, boykot olmaları üçün onlara ağlasığmaz dərəcədə böyük cərimələr kəsir. Continue reading

Posted in Fəlakətlərimizin baiskarı (II-ci kitab) | Comments Off

lV FƏSIL: QAYIDIŞ

«Qozbeli qəbir düzəldər»
Atalar sözü

3 oktyabr 1993-cü ildə Heydər Əliyev Azərbaycan Respublikasının prezidenti seçildikdən sonra, oktyabrın 10-da Respublika Sarayında Azərbaycan Respublikası prezidentinin Vətənə, xalqa sədaqət andiçmə mərasimi keçirildi. Andiçmə mərasimində o, əllərini müqəddəs Qurana və Azərbaycan Respublikasının Konstitusiyasına təntəməli surətdə basaraq, dedi: Continue reading

Posted in Fəlakətlərimizin baiskarı (II-ci kitab) | Tagged , , , , , , | Comments Off

Vətən torpaqlarının erməni təcavüzündən qorunması üçün özü-özlüyündə yaranmış Xalq Cəbhəsinə Ə.Əliyev sədrlik etməyə başlayandan sonra xalqımızın qarşısında həll edilməsi qaçılmaz və çox ağır olan heç bir problem həll olunmadı. Əksinə. Ə.Əliyev AXC-nin qüvvəsini, yəni Azərbaycan xalqının qüvvəsini xalqdan xəbərsiz Heydər Əliyevin təkrarən hakimiyyətə gətirilməsi üçün istifadə etdi. Continue reading

Posted in Fəlakətlərimizin baiskarı (II-ci kitab) | Comments Off

Bayraq xatirələri

BAYRAQ XATIRƏLƏRI
1989-cu ilin əvvəlində Azərbaycan Xalq Cəbhəsi yaranmağa başladı. Əvvəl cəbhəyə tək-tək yazılmışdıq. Sonra AXC-nin ilk təşkilatlanması Nəsimi rayonunda başlandı və bu işə bütün cavanlığını və fiziki sağlamlığını Azərbaycanın müstəqilliyi uğrunda qurban vermiş, respublika ictimaiyyətinə yaxşı tanış olan Nadir Ağayev rəhbərlik edirdi. 1989-cu ilin iyulunda Azadlıq meydanında Sirus Təbrizlinin rəhbərliyi ilə təşkil olunmuş ilk mitinq keçirildikdən sonra, N.Ağayev mənə dedi ki, Demokratik Cumhuriyyətimizin iki böyük bayrağını düzəltmək və xalqı milli bayrağımız altında birləşdirmək lazımdır. Qoy mitinqlər zamanı tribunanın hər iki tərəfində bayraqlar dalğalansın. Qırmızı parça tapmışam. Yaşıl və mavi rəngdə ipək parça tapa bilmirəm. Continue reading

Posted in Fəlakətlərimizin baiskarı (II-ci kitab) | Tagged , , , , | Comments Off

FƏLAKƏTLƏRIMIZIN BAISKARI (ll kitab)

fəlakətlərimizin baiskarı - heydər əliyevKeçmiş sovet quruluşu dövründə 60-cı illərdən siyasi fəaliyyətdə olmuş və siyası baxışlarına görə cəmiyyətdən uzunmüddətli təcrid edilmiş və həmçinin 1988-ci ildən başlayaraq respublikada baş verən hadisələrin içində olmuş dissident Nadir Mirələkbər oğlu Ağayev bu kitabda 60-cı illərdən başlayaraq respublikada baş verən hadisələri şərh edir. Continue reading

Posted in Fəlakətlərimizin baiskarı (II-ci kitab) | Comments Off

«EXIT-POLL» KARTI AÇILDI

22. «EXIT-POLL» KARTI AÇILDI

«2005-ci ilin iyununda «Renalssance Associates» Azərbaycanda noyabr ayında keçirilən parlament seçkilərində «exit-poll» təşkil etməklə bağlı bizim ikimizə müraciət etdi. Biz tezliklə öyrəndik ki, Azərbaycanda keçirilmiş son iki seçki kütləvi şəkildə saxtalaşdırılıb. Bu seçkilərdə Azərbaycan hökumətinin elan olunmuş hədəfi şəffaflıq və nəticələrin beynəlxalq səviyyədə qəbul edilməsi idi. Ən yüksək dairələr bildirib ki, «exit-poll» azad və ədalətli seçkinin keçirildiyinə zəmanət vermək üçğn keçirilməlidir». Bu cümlələr Uorren Mitofski və Co Lenskinin Azərbaycanda keçirdiyi «exit-poll»a dair təəssüratlarından bəhs edən birgə məqalənin giriş hissəsindəndir. Bu həmin Mitofskidir ki, seçkidən öncə, «exit-poll» məsələsi gündəmə gəldikdə, qaranlıq mənbələr tərəfindən Azərbaycana çağrılmış və onun keçirəcəyi «exit-poll»un hakimiyyətə xidmət edəcəyinə dair şübhələr yaranmışdı. Əldə olan faktlar Mitofskinin Azərbaycan hakimiyyətindən küllü miqdarda rüşvət alıb, MSK-nın saxta «nəticələrini» leqallaşdıracağını deməyə əsas verirdi. Hərçərnd ki, U.Mitofskinin nüfuzlu, təcrübəli və «exit-poll» sahəsindəki uğurlar prosesin heç də qeyd olunan sxem üzrə getmədiyini göstərirdi. Continue reading

Posted in İlhamlı günlər (II-ci kitab) | Comments Off

XARICI ÖLKƏLƏRDƏ HEYDƏR ƏLIYEVƏ HEYKƏLLƏR QOYULUR

20. XARICI ÖLKƏLƏRDƏ HEYDƏR ƏLIYEVƏ HEYKƏLLƏR QOYULUR

Moskvada Heydər Əliyevə heykəl qoymaq təklifi Rusiyadakı Azərbaycan diasporu tərəfindən gündəmə gəlib. Lakin aydın olan odur ki, bu onların ağlının məhsulu deyil. Şübhəsiz ki, Azərbaycan hakimiyyətinin təmsilçiləri bu təklifi onlara verərək, reallaşdırılmasını istəyiblər. Amma Moskvalılar Heydər Əliyevin heykəlinin Moskvada qoyulması ilə razılaşmırlar və buna öz etirazlarını qəti bildirirlər. Continue reading

Posted in İlhamlı günlər (II-ci kitab) | Comments Off